Məhkəmə qərarları › İş №1(009)-93/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-93/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-93/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxx 2021-ci il tarixdə saat 14:30-da xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşaq atası, “Azəristilik” təchizatının 506 nömrəli qazanxanasında əməliyyatçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində yüksək hərarəti olan bir yaş altı aylıq qızı Könülü Hüseynovam tibbi yardım göstərilməsi üçün Bakı şəhəri Səbail rayonu Şahlar Allahverdiyev-21 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili və X4 Stansiyasının 19 nömrəli X5 aparmış və Köməkçi yardım Stansiyasının səyyar həkimi Şahid2 qızma tibbi yardım üçün müraciət etdikdə sonuncu tərəfindən qüvvədə olan “COVİD-19” pandemiyası ilə əlaqədar elan edilmiş sərt karantin rejimi qaydalarına uyğun olaraq müraciət etmiş xəstələrə stansiyanın inzibati binasında deyil, həyətdə saxlanılmış TTY avtomobillərində müayinə edilməli olmasını və uşağı müayinə üçün avtomobilə aparması təklif olunduqda Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətdə insanlar və həkimlər arasında bərqərar olmuş münasibət qaydalarına zidd olaraq sitansiyanın işçilərinin gözü qarşısında əvvəllər tanımadığı həkim Şahid2 nəlayiq söyüşlərlə söyüb təhqir etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib şəxsiyyətini başqalarının fövqündə qoyaraq onun qışqırıq səsinə xidməti otağından çıxıb ona tibbi müayinə qaydalarını və yerini izah edən həkim Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə əli ilə onun boğazından tutub sıxmış, işçilər onları ayırdıqdan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək stansiyanın mətbəxində qalan Zərərçəkmiş şəxs hücum edib əlləri ilə yenidən boğazından tutub sıxaraq ona boynunun yuxarı 1/3-nin sol yan səthinin sıyrıqları qismində sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət yetirmiş, işçilər tərəfindən aralaşdırıldıqdan və stansiyanın inzibati binasından çıxarılarkən xuliqanlıq hərəkətlərini davam etdirib stansiyanın giriş qapısına təpiklə vurub qapının 40 manat dəyərində şüşəsini sındıraraq özgə əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə, axşam vaxtı evdə olan zaman anası və ailə üzvləri azyaşlı qızının vəziyyətinin pisləşməsini ona demişlər və uşağa tibbi yardım göstərilməsinin vacib olduğunu bildirmişlər, ona görə də o, həmin gün yəni, xx xxxx 2020-ci ildə, saat 20:30 radələirndə anası və bacısı ilə birlikdə azyaşlı uşağını qucağına alıb 19 nömrəli TTYS-na aparmışdır. Həmin zaman orada qapıda dayanmış təcili yardım avtomobilini idarə edən şəxs nə səbəbə ora gəlməsini soruşanda qucağında olan azyaşlı uşağın halının pis olduğunu bildirib ona tibbi yardım göstərilməsinə ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxt onunla danışan sürücü içəri daxil olmağın qadağan olduğunu dedikdə o, ona içəri daxil olub uşağının halının pisləşməsi ilə bağlı danışmaq istədiyini dedikdə bunun qadağan olmasını dediyi üçün onunla razılaşmışdır, çünki bundan 10-15 gün əvvəl də belə bir hadisə olmuş, ona içəri daxil olmağın qadağan olması və azyaşlı uğağa baxmadıqlarını, “onlarlıq deyil” deyibmişlər. O sürücü ilə danışıb qurtarandan sonra 19 nömrəli TTYS-nın qapısını əli ilə döyərək içəridən həkim gəlməsini bildirmişdir. Həmin vaxtı qapını açan və adını bilmədiyi bir xanım ona nə olduğunu soruşduqda o qucağında olan azyaşlı uşağının tempiraturu olduğunu deyib ona baxmasını bildirmişdir. Həmin vaxt qadınla uşağın dişinin çıxmasını dedikdə o, uşaqda olan temperaturun bunun nəticəsində olmasını deyib azyaşlı uşağa baxmayacağını dedikdə o bildirmiş ki, bu azyaşlı uşaqdır ona baxmaq lazımdır ki, nə xəstəliyi olmasını bilsin. Həmin xanım belə azyaşlı uşağa baxa bilməyəcəyini dedikdə o, ona gəlin həyətdəki skamiyanın üstündə uşağa baxın demişdir. Həmin həkim ona bildirmiş ki, Səhiyyə nazirliyi belə bir azyaşlı uşağa baxmağa icazə vermir. Bundan sonra o baş həkimlə görüşmək üçün içəri daxil olaraq baş həkimlə görüşmək istəmişdir. İçəridə olan zaman otaqdan bir nəfər kişi həkimi çıxıb ona yaxınlaşaraq nə istəməsini soruşduqda o, qucağında olan uşağına baxmaq barədə müraciət etmişdir. Həmin həkim ona “çıx çölə” deyib “biz belə azyaşlı xəstələrə baxmırıq” söyləmişdir. O, həmin həkimə bu uşağın 9 aylıq olmasını və ona ya tibbi yardım göstərilməsi, yada ki hansısa bir xəstəxanaya aparmasını dedikdə həmin şəxs onun üstünə gəlmiş və onu polislə hədələmişdir. Ona, sənin işin həkimlik etməkdi, məndə olan xəstəliyə görə həkim kimi köməklik göstərməkdir, dedikdə həmin kişi həkim onun qolundan tutub itələyərək “çıxın çölə” demişdir. O həkimə “nəyə görə həkimsən, sən mənim uşağıma tibbi yardım göstərməlisən” dedikdə o, əli ilə onun sinəsindən vurub boynundan tutaraq qadınların yanında “lotuluq edirsən” sözünü demişdir. Ona görə də o əsəbləşib əlləri ilə həmin kişi həkiminin boğazından tutmuş ki, ondan ayrılsın. Həmin zaman orada ikisindən başqa qadınlar da olmuşdur. O, həmin həkimdən aralaşandan sonra həmin həkim onu polisə və nazirliyə verəcəyini və “onun başına oyun açacağını” bildirmişdir. O, içəridən çölə çıxan zaman əli ilə giriş qapısının şüşəsini itələdiyi üçün və qapı plastik qapı olduğundan yerindən çıxıb yerə düşərək sınmışdır. Həmin vaxt baxdıqda bacısının orada olmadığını və evə gedib atasını çağırmasını bilmişdir. Atası bu zaman 19 nömrəli TTYS na gələrək orada olan həkimlərin qucağımda apardığı azyaşlı uşağa köməklik etməməsini bildiyi üçün bu səbəbdən də bərk əsəbləşmişdir. Bu zaman orada tanımadığı şəxslər atasını sakitləşdirmişlər və onlar oradan çıxıb evlərinə getmişlər. Bundan sonra da onları həmin hadisə ilə bağlı 8-ci polis bölməsinə dəvət etmişlər. Həmin vaxt o orada həkimdən aralaşmaq üçün onun boğazından tutub kənara çəkmişdir, həmin zaman çox əsəbi imiş, ola bilərki nəsə ağzından nalayıq sözlər çıxsın, lakin konkret olaraq kiməsə nalayıq sözlər deməmişdir. O qapıya təpik vurmamışdır, sadəcə olaraq çölə çıxanda əli ilə şüşəyə vurduğu üçün qapının şüşəsi çıxıb yerə düşüb sınmışdır. Hadisə yerinə atası gəlsə də onun əlində olan taxta parçası 19 nömrəli TTYS-na gələn zaman yolda olan sahibsiz itlərdən qoyunmaq üçün götürmüşdür. Atası Ehram əlində olan taxta parçası ilə heç kimi vurmamışdır. Məhkəmə-tibbi müayinəsi zamanı ekspert onun bədəninə baxanda xəsarətin yeri qalmasa da hadisə vaxtı Zərərçəkmiş şəxs həkim sinəsindən əli ilə vurmuşdur, o da əsəbləşdiyi üçün həmin Zərərçəkmiş şəxs həkimin boğazından tutmuşdur, həmçinin TTYS-nın qapısını təpiklə vurub sındırmamışdır. Mir Seyid həkimi də tutub boğazından boğmamışdır, sadəcə olaraq onun ondan ayrılması üçün boğazından tutub kənara itələmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, ailəli olmasını, himayəsində iki azyaşlı uşağının olmasının, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının, nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, 19 nömrəli TTYS-da səyyar həkim kimi xidmət edir. xx xxxx 2020-ci il tarixdə, saat 20 radəlrində həkim işlədiyi 19 nömrəli TTYSda xidməti otaqında siqnal vərəqəsini yazan zaman səs-küy gəldiyini eşidib çıxıb baxdıqda bir nəfər sonradan adını bildiyi Əkpər adlı oğlanın qucağında bir azyaşlı uşaq və yanında da bir nəfər qadın həyəcanlı vəziyyətdə iş yerinə gələrək uşağın temperaturu olduğunu bildirmiş və ona tibbi yardım göstərilməsini dedikdə orada olan Tamam həkim ona mövcud vəziyyətdə epidemiya xəstəliyi ilə əlaqədar olaraq rəhbərliyin göstərişinə əsasən içəri daxil olmağın qadağan olmasını, çöldə gözləməsi, X14 avtomobilinin içərisində uşağı müayinədən keçirərək tibbi yardım göstərəcəyini dedikdə həmin şəxs yəni, Əkpər Tamam həkimə qarşı əsəbləşərək əxlaqsız sözlər deyib münaqişə yaratmağa başlamışdır. Həmin zaman o, iş yoldaşlarının yanında ona yaxınlaşıb qapıda olan yazını ona göstərib içəri daxil olmağın qadağan olmasını demişdir. Bu zaman Əkpər əlini atıb qapıya vurulmuş həmin kağızı dartıb cıraraq kənara atmışdır. Həmin zaman orada olan işçilər Əkpərin onunla dava-dalaş etməməsi üçün mətbəxə keşirmişlər. Bu zaman Əkpər mətbəxə hücum edib ona nalayıq sözlər deyərək boğazından tutub sıxaraq boğmağa başlamışdır. Orada olan işçilər bunu görüb polisə zəng edib polis çağırmasını bildirmişdir. Həmin vaxt orada olan işçilər onları ayırıb onu həkim otağına aparmışlar. O həkim otağına keçəndə bu zaman Əkpər bacısı ilə onun otağına gələrək üstünə hücum edib yenə onun boğazından tutub sıxaraq boğmağa başlamışdır. Orada olan iş yoldaşları onları ayırmışlar, Əkpəri otaqdan çıxarmış və qapını örtüb otaqda qalmağını demişlər ki, çölə çıxmasın. Bundan az sonra çöldən nəsə tapıltı və şüşə sınması səsini eşitmiş və bundan sonra çölə çıxıb maraqlandıqda bunu Əkpərin təpiklə qapıya vurması nəticəsndə şüşənin yerindən çıxıb yerə düşərək sınması nəticəsində əmələ gəlməsini bilmişdir. Bu hadisəni həmin zaman orada olan iş yoldaşları da görübdür. Həmin hadisə günü içəridə olduğundan Əkpərin atası Şahid10 yanında bir neçə nəfər şəxslə əllərində taxta və dəmir parçaları ilə X14 stansiyasına hücum edərək orada olan həkimlərin ünvanına nəlayiq sözlər deməsini görməmişdir. Xəsarəti ona xx.xx.2020-ci ildə 19 nömrəli TTYS-da olan zaman Təqsirləndirilən şəxs əlləri ilə boğazından tutulub sıxması nəticəsində əmələ gəlmişdir. Həmin hadisə zamanı orada bir dənə kişi o, olmuşdur, həmin zaman Əkpərin ondan başqa kimisə vurduğunu görməmişdir, həmçinin kiminsə Əkpəri vurmasını da görməmişdir. Zərərçəkmiş şəxs, ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışmasını, ona dəymiş zərərin tam şəkildə ödənilməsini və ona qarşı heç bir şikayəti və tələbi olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə, axşam vaxtı evdə olan zaman anası və ailə üzvləri qardaşı Əkpərin azyaşlı qızının vəziyyətinin pisləşməsini demişlər və ona tibbi yardım göstərilməsinin vacib olduğunu bildirmişlər. Bunun üçün o, və qardaşı Əkpər qucaqda 9 aylıq uşağı saat 20:30 radələirndə 19 nömrəli TTYS-na aparmışlar. Həmin zaman orada qapıda dayanmış təcili yardım avtomobilini idarə edən şəxs, nə səbəbə gəlmələrini qardaşı Əkpərdən soruşanda Əkpər qucağımdakı uşağın halının pis olduğunu bildirib ona tibbi yardım göstərilməsinə ehtiyac olduğunu demişdir. Həmin vaxt Əkpərlə danışan sürücü içəri daxil olmağın qadağan olduğunu dedikdə Əkpər ona içəri daxil olmanın səbəbini qucağında olan uşağının halının pisləşməsi ilə bağlı danışmaq istədiyini demişdir, həmin şəxs içəri girməyin qadağan olmasını dediyi üçün onunla razılaşmışdır, çünki onlar pandemiya xəstəliyi ilə bağlı olaraq deyilən qadağalar barədə bilirmişlər. Əkpər sürücü ilə danışıb qurtarandan sonra 19 nömrəli TTYS-nm qapısını əli ilə döyərək içəridən həkim gəlməsini istəmişdir. Həmin vaxtı qapını açan və adını bilmədikləri bir xanım gəlib nə olduğunu soruşduqda Əkpər qucağımda olan uşağının hərarəti olduğunu deyib ona baxmasını istəmişdir. Həmin zaman qadın uşağın dişinin çıxmasını dedikdə o, uşaqda olan hərarətin bunun nəticəsində olmasını deyib körpə uşağa baxmadıqlarını bildirmişdir. Cavabında Əkpər ona demiş ki, bu azyaşlı uşaqdır ona baxmaq lazımdır ki, nə xəstəliyi olmasını bilsin. Həmin xanım belə azyaşlı uşağa baxa bilməyəcəyini dedikdə Əkpər ona gəlin həyətdəki skamiyanın üstündə uşağa baxın demişdir. Həmin xanım demiş ki, Səhiyyə Nazirliyi belə bir azyaşlı uşağa baxmağa icazə vermir. Bundan sonra Əkpər baş həkimlə görüşmək üçün içəri daxil olmuşdur, baş həkimlə görüşmək istəmişdir. İçəridə olan zaman otaqdan bir nəfər kişi həkim, sondan adını bildiyi Akif həkim çıxıb Əkpərə yaxınlaşaraq nə istəməyini soruşduqda Əkpər ona qucağında olan uşağına baxmaq barədə müraciət etmişdir. Akif həkim onlara “çıxın çölə” deyib belə azyaşlı xəstələrə baxmadığını söyləmişdir. Əkpər Akif həkimə bu uşağın 9 aylıq olmasını və ona ya tibbi yardım göstərilməsi, ya da hansısa bir xəstəxanaya aparmasını dedikdə Akif həkim Əkpərin üstünə gəlmiş və onları polislə hədələmişdir. Əkpər ona, “sənin işin həkimlik etməkdi” deyib xəstəyə həkim kimi köməklik göstərməli olduğunu bildirmişdir. Bu zaman Əkpərlə söhbət edən Akif həkim Əkpərin qolundan itələyib “çıxın çölə” demişdir. Əkpər ona, “nəyə görə həkimsən, sən uşağa tibbi yardım göstərməlisən” dedikdə o, əli ilə Əkpərin sinəsindən vurub boynundan tutaraq qadınların yanında “lotuluq edirsən” sözünü demişdir. Ona görə də Əkpər əsəbləşib əlləri ilə həmin Akif həkimin boğazından tutmuş ki, ondan ayrılsın. Həmin zaman orada başqa digər qadınlarda olmuşlar. Əkpər Akif həkimdən aralaşandan sonra o, onları polisə və nazirliyə verəcəyini və Əkpərin başına oyun açacağını bildirib. Bu zaman o evlərinə gedərək atasına bu barədə deyib və atası 19 nömrəli TTYS na gələrək orada olan həkimlərin Əkpərin qucağında apardığı körpə uşağa köməklik etməməsini bildiyi üçün bu səbəbdən də bərk əsəbləşib. Bu zaman orada tanımadığı şəxslər atası Ehramı sakitləşdiriblər və oradan çıxıb evə getmişlər. Bu səsküyə görə orada yolnan keçən tanımadığı kişilərdə dayanıb baxırmışlar. Bundan sonra da qardaşı Əkpəri və atasını həmin hadisə ilə bağlı 8-ci polis bölməsinə dəvət etmişlər və bu hadisə ilə bağlı onlardan izahat almışlar. Həmin zaman orada ara çox qarışıqlıq imiş, Əkpərin sonradan dediyinə görə 19 saylı TTYS-dan çölə çıxanda əli ilə şüşəyə vurduğu üçün qapının şüşəsi çıxıb yerə düşüb sınmışdır. O, xəbər verəndən sonra hadisə yerinə tək atası gəlibmiş, onun əlində olan taxta parçası 19 nömrəli TTYS-na gələn zaman yolda olan sahibsiz itlərdən qorunmaq üçün götürübmüş. Atası Ehram əlində olan taxta parçası ilə heç kimi vurmamışdır. Bu hadisə ilə bağlı olaraq orada yolnan keçən tanımadığı şəxslər də dayanıb baxırmışlar. Hadisə vaxtı həkim ekspert qardaşı Əkpərin bədəninə baxanda xəsarətin yeri qalmasa da həmin Akif həkimin Əkpərin sinəsindən əli ilə vurduğunu görmüşdür. Qardaşı Əkpər xx xxxx 2020-ci ildə 19 nömrəli xəstəxananın qapsını təpiklə vurub sındırmamışdır və Akif həkimidə tutub boğazından boğmamışdır, sadəcə olaraq onun ayrılması üçün Akif boğazından tutub kənara itələmişdir. Həmin hadisə zamanı o, və ya atası Ehram heç kimi vurmamışlar, həmçinin onları da heç kim vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, 19 nömrəli X14 Stansiyasında səyyar həkim kimi xidmət edir, iş yoldaşları ilə birlikdi xx xxxx 2020-ci ildə, saat 20 radəlrində həkim işlədiyi 19 nömrəli TTYS-da xidmətdə olan zaman bir nəfər sonradan adını bildiyi Əkpər adlı oğlan qucağında bir azyaşlı uşaq və yanında bir nəfər qadın həyəcanlı vəziyyətdə iş yerinə gələrək qucağında olan uşağın temperaturu olduğunu bildirib ona tibbi yardım göstərilməsini dedikdə, o həmin şəxsə mövcud vəziyyətdə epidemiya xəstəliyi ilə əlaqədar olaraq rəhbərliyin göstərişinə əsasən içəri daxil olmağın qadağan olmasını, çöldə gözləməsi, X14 avtomobilinin içərisində uşağı müayinədən keçirərək tibbi yardım göstərəcəyini bildirmişdir. Lakin həmin şəxs, yəni Əkpər ona qarşı əsəbləşərək əxlaqsız sözlər deyib münaqişə yaratmağa başlamışdır. Həmin zaman iş yoldaşları onu sakitləşdirməyə çalışsalarda o, heç kimə fikir verməyib nalayıq sözlər deyirmiş. Həmin zaman orada olan həkim Mirseyid Akif yaxınlaşaraq onu sakitləşməyə və pandemiya ilə əlaqədar olaraq çölə çıxmasını, çöldə olan tibbi avtomobildə uşağa tibbi yardım göstərilməsini dedikdə Əkpər Akif həkimə də nalayıq sözlər demişdir. O, Əkpərin heç kimə qulaq asmadığını görüb, nalayıq söyüşlərlə söydüyünü eşidib qadın olduğuna görə ona pis təsir etdiyindən kənara çəkilmişdir. Bu zaman stansiyanın içərisində yenə Əkpərin ucadan nalayıq söyüş səslərini və nəsə şüşənin qırılması səsini eşidib yaxınlaşaraq baxdıqda stansiyanın giriş qapısının yerə düşüb sınmış vəziyyətdə olduğunu görmüşdür. Həmin ərəfədə Əkpər Akif həkimin otağına hücum edərək onun boğazından tutub sıxmaqla xəsarət yetirmişdir. Bundan az bir vaxt sonra Əkpərin yanında gələn qadın bir neçə nəfər kişi ilə, sonradan adını bildiyi Əkpərin atası Ehram və tanımadığı şəxslərlə əllərində dəmir və taxta parçaları stansiyaya gəlib orada olan həkimlərin üstünə hücum çəkib nalayıq söyüşlərlə söymüşlər. Həmin hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Lakin həmin hadisəni törədən Əkpər adlı şəxs işdə olan Akif Mirseyidin boğazından tutub sıxaraq ona xəsarət yetirmişdir. Həmin hadisə zamanı Əkpəri və onunla gələn xanımı vurub xəsarət yetirməmişdir. Hadisə zamanı Əkpərin atası Ehram və yanında olan bir neçə nəfər şəxslə stansiyaya hücum etmiş və nalayıq söyüşlərlə təhqir etmişlər, lakin həmin vaxt onların kimisə vurmalarının şahidi olmamışdır. Hadisə zamanı bildiyinə görə Mirseyid Akif həkimdən başqa heç kim xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə, saat 20 radələrində xidməti iş yerində sanitar otağında olan zaman 19 saylı TTYS-dan bir neçə nəfər şəxsin səs-küyü gəldiyini eşitmişdir, çölə çıxıb baxdıqda bir nəfər qucağında azyaşlı uşaq olan, sonradan adını bildiyi Əkpər adlı şəxsin uşağın xəstə olmasını, ona tibbi yardım göstərilməsini dediyini görmüşdür. Həmin zaman həkim Tamama yaxınlaşaraq qucağında olan uşaqın temperaturunun olmasını və ona tibbi yardım göstərilməsini dedikdə həkim həmin şəxsə mövcud vəziyyətdə epidemiya xəstəliyi ilə əlaqədar olaraq rəhbərliyin göstərişinə əsasən içəri daxil olmağın qadağan olmasını, çöldə gözləməsini, X14 stansiyasının avtomobilinin içərisində uşağı müayinədən keçirərək tibbi yardım göstırilməsini dedikdə Əkpərin Tamam həkimə qarşı əsəbləşərək əxlaqsız sözlər deyib münaqişə yaratmağa başlamışdır. Həmin zaman işdə olan həkim Mieseyid Akif bu münaqişə olan səs-küyü eşidib yaxınlaşaraq Əkpərə bir daha izah etmiş ki, mövcud vəziyyətdə pandemiya xəstəliyi ilə bağlı olaraq içəri daxil olmaq qadağandır, çölə çıxmaq lazımdır, çöldə olan X14 avtomobilində xəstə uşağı müayindən keçirib yardım göstəriləcəkdir. Buna baxmayaraq Əkpər aqressiv vəziyyətdə Akif həkimi nalayıq sözlərlə təhqir edərək qucağındakı uşağı yanında olan qadına verib Akif həkimin üzərinə hücum edib əlləri ilə həkimi boğazından tutub sıxaraq öldürəcəyi ilə hədələməyə başlamışdır. Bu zaman o Toma həkimlə birlikdə həmin uşağı xəstəxananın həyətində olan X14 maşınında tibbi yardım göstərmişdir. O həmin uşağa Toma həkimlə birlikdə yardım göstərib çölə çıxanda xəstəxananın giriş qapısının şüşəsinin yerə düşüb sınmış vəziyyətdə olduğunu görmüşdür. Həmin zaman o, 19 saylı TTYS-nın mətbəxinə keçmiş, lakin sonradan eşitdib bilmiş ki, o maşında uşağa yardım göstərən zaman orada olan digər iş yoldaşları yaxınlaşaraq Akif həkimi Əkpərin əlindən almışlar. Əkpər orada olan onun digər iş yoldaşlarını nalayıq sözlərlə söyüb təhqir etmişdir. Bundan sonra Əkpər sakitləşməyərək Akif Mirseyidin otağına daxil olaraq həkimin üzərinə hücum edərək yenidən onun boğazından tutaraq onu boğmuşdur. Bunu görən iş yoldaşları Akif həkimi Əkpərin əlindən birtəhər alıb otağa salaraq qapını da bağlamışlar ki, həkimin üstünə hücum çəkib onu döyməsin. Bundan sonra Əkpəri stansiyanın içərisindən çölə çıxarmaq istəyən zaman Əkpər ucadan nalayıq sözlər deyərək stansiyanın giriş qapısına təpiklə vurub qapının şüşəsini sındırmışdır. Bundan bir neçə dəqiqə sonra Əkpərin yanında gələn qadın bir neçə nəfər kişi ilə, sonradan adını bildiyi Əkpərin atası Ehram və tanımadığı şəxslərlə əllərində dəmir və taxta parçaları stansiyaya gəlib orada olan həkimlərin üstünə hücum çəkmiş və nalayıq söyüşlər söymüşlər. Həmin vaxt polisin gəlməsi ilə bağlı dedikdə onlar qorxularından tez oradan uzaqlaşmışlar. Lakin o onların oradan hansı qaydada və necə getməsini bilmir. Həmin hadisə zamanı orada olmasa da sonradan eşidib bilmiş ki, həmin hadisəni törədən Əkpər işdə olan Akif Mirseyidin boğazından tutub sıxaraq ona xəsarət yetirmişdir. Hadisə zamanı orada olmadığından Əkpərin atası Ehramın yanında olan bir neçə nəfər şəxslə stansiyaya hücum edərkən kiminsə vurularaq xəsarəti almasını görməmişdir və hadisə vaxtı Mirseyid Akif həkimdən başqa heç kim xəsarəti almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, bir ildir ki, 19 nömrəli TTYS-da sanitar kimi xidmət edir. İş yoldaşları ilə birlikdə xx xxxx 2020ci ildə, saat 20 radəlrində 19 nömrəli TTYS-da xidmətdə olan zaman bir nəfər sonradan adını bildiyi Əkpər adlı oğlan qucağında bir azyaşlı uşaq və yanında da bir nəfər qadın həyəcanlı vəziyyətdə iş yerinə gələrək qucağında olan uşağın xəstə olmasını deyib ona tibbi yardım göstərməsini dedikdə həkim Tamam yaxınlaşaraq Əkpərin qucağında olan uşağın temperaturunun olmasını demiş və ona tibbi yardım göstərilməsini mövcud vəziyyətdə epidemiya xəstəliyi ilə əlaqədar olaraq rəhbərliyin göstərişinə əsasən içəri daxil olmağın qadağan olmasını, çöldə gözləmələrini, X14 stansiyasının avtomobilinin içərisində uşağı müayinədən keçirərək tibbi yardım göstırilməsini dedikdə Əkpər Tamam həkimə qarşı əsəbləşərək ona qarşı əxlaqsız sözlər deyib münaqişə yaratmağa başlamışdır. Həmin zaman işdə olan həkim Mirseyid Akif bu münaqişə olan səs-küyü eşidib yaxınlaşaraq Əkpərə bir daha izah etmiş ki, mövcud vəziyyətdə pandemiya xəstəliyi ilə bağlı olaraq içəri daxil olmaq qadağandır, çölə çıxmaq lazımdır, çöldə olan X14 avtomobilində xəstə uşağı müayindən keçirib yardım göstəriləcəkdir. Həmin zaman Tamam həkimlə Elmira birlikdə həmin uşağı TTYS-nın həyətində olan tibbi avtomobildə müayinə etmək üçün aparmışlar. Bu zaman Əkpər aqressiv vəziyyətdə Akif həkimi nalayıq sözlərlə təhqir edərək onun üzərinə hücum edib əlləri ilə həkimin boğazından tutub sıxaraq öldürəcəyi ilə hədələməyə başlamışdır. Həmin vaxt o və orada olan digər iş yoldaşları yaxınlaşaraq Akif həkimi Əkpərin əlindən almağa başlamışlar. Həmin vaxt Əkpər onu və orada olan digər iş yoldaşlarını nalayıq sözlərlə söyüb təhqir edirmiş. Əkpər sakitləşməyərək Akif Mirseyidin otağına daxil olaraq həkimin üzərinə hücum edərək yenidən onun boğazından tutaraq onu boğmağa başlamışdır, iş yoldaşları Akif həkimi Əkpərin əlindən birtəhər alıb otağa salaraq qapını da bağlamışlar ki, həkimin üstünə hücum çəkib onu döyməsin. Bundan sonra onlar Əkpəri stansiyanın içərisindən çölə çıxarmaq istəyən zaman Əkpər ucadan nalayıq sözlər deyərək stansiyanın giriş qapısına təpiklə vurub qapının şüşəsini sındırmışdır. Bundan bir neçə dəqiqə sonra Əkpərin yanında gələn qadın bir neçə nəfər kişi ilə, sonradan adını bildiyi Əkpərin atası Ehram və tanımadığı şəxslərlə əllərində dəmir və taxta parçaları stansiyaya gəlib orada olan həkimlərin üstünə hücum çəkmişlər və nalayıq söyüşlər söyməyə başlamışlar. Bu zaman polisin gəlməsi ilə bağlı dedikdə onlar qorxularından tez oradan uzaqlaşmışlar. O, sonradan eşidib bilmiş ki, onlar nömrəsini və sürücüsünü görmədiyi tünd göy rəngli maşına minərək oradan uzaqlaşıb getmişlər. O, onların minib getdikləri avtomobili görməmişdir. Həmin hadisə təxminən 30 dəqiqə davam etmişdir, stansiyada işləri də bu müddət ərzində pozulmuşdur. Həmin hadisə zamanı heç bir bədən xəsarəti almamışdır, lakin hadisəni törədən Əkpər adlı şəxs işdə olan Akif Mirseyidin boğazından tutub sıxaraq ona xəsarət yetirmişdir. O, həmin vaxt əllərində dəmir və taxta parçası ilə hücum edib gələn Əkpərin atası Ehramın və onun yanında olanların kimisə vurmasının şahidi olmamışdır və hadisə zamanı Mirseyid Akif həkimdən başqa heç kim bədən xəsarəti almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, bir ildir ki, 19 nömrəli TTYS-da sanitar kimi xidmət edir. İş yoldaşları ilə birlikdə xx xxxx 2020ci ildə, saat 20 radəlrində 19 nömrəli TTYS-da xidmətdə olan zaman bir nəfər sonradan adını bildiyi Əkpər adlı oğlan qucağında bir azyaşlı uşaq və yanında da bir nəfər qadınla həyəcanlı vəziyyətdə iş yerinə gələrək qucağında olan uşağın xəstə olmasını deyib ona tibbi yardım göstərməsini demişdir, TTYS-nın həkimi Tamam xanım yaxınlaşaraq Əkpərin qucağında olan uşağın temperaturunun olmasını və ona tibbi yardım göstərilməsini mövcud vəziyyətdə epidemiya xəstəliyi ilə əlaqədar olaraq rəhbərliyin göstərişinə əsasən içəri daxil olmağın qadağan olmasını, çöldə gözləmələrini, X14 stansiyasının avtomobilinin içərisində uşağı müayinədən keçirərək tibbi yardım göstırilməsini dedikdə Əkpər Tamam həkimə qarşı əsəbləşərək əxlaqsız sözlər deyib münaqişə yaratmağa başlamışdır. Həmin zaman işdə olan həkim X17 bu münaqişə olan səs-küyü eşidib yaxınlaşaraq Əkpərə bir daha izah etmiş ki, mövcud vəziyyətdə pandemiya xəstəliyi ilə bağlı olaraq içəri daxil olmaq qadağandır, çölə çıxmaq lazımdır, çöldə olan X14 avtomobilində xəstə uşağı müayindən keçirilib tibbi yardım göstəriləcəkdir. Həmin zaman Tamam həkimlə Elmira birlikdə həmin uşağı TTYS-nın həyətində olan tibbi avtomobildə müayinə etmək üçün aparmışlar. Bu zaman Əkpər aqressiv vəziyyətdə Akif həkimi nalayıq sözlərlə təhqir edərək onun üzərinə hücum edib əlləri ilə həkimin boğazından tutub sıxaraq öldürəcəyi ilə hədələməyə başlamışdır. Həmin vaxt o və orada olan digər iş yoldaşları yaxınlaşaraq Akif həkimi Əkpərin əlindən almağa başlamışlar. Həmin vaxt Əkpər onu və orada olan digər iş yoldaşlarını nalayıq sözlərlə söyüb təhqir edirmiş. Bundan sonra Əkpər sakitləşməyərək Akif Mirseyidin otağına daxil olaraq həkimin üzərinə hücum edib yenidən onun boğazından tutaraq boğmağa başlamışdır. Bu zaman iş yoldaşları Akif həkimi Əkpərin əlindən birtəhər alıb otağa salaraq qapını da bağlamışlar ki, həkimin üstünə hücum çəkib onu döyməsin. Bundan sonra Əkpəri stansiyanın içərisindən çölə çıxan zaman ucadan nalayıq sözlər deyərək stansiyanın giriş qapısına təpiklə vurub qapının şüşəsini sındırmışdır. Bundan bir neçə dəqiqə sonra Əkpərin yanında gələn qadın bir neçə nəfər kişi ilə, sonradan adım bildiyi Əkpərin atası Ehram və tanımadığı digər şəxslərlə əllərində dəmir və taxta parçaları stansiyaya gəlib orada olan həkimlərin üstünə hücum çəkmişlər, nalayıq söyüşlər söyməyə başlamışlar. Bu zaman polisin gəlməsi ilə bağlı dedikdə onlar qorxularından tez oradan uzaqlaşıb getmişlər. Həmin zaman o içəridə olmuşdur və onların getdiyini görməmişdir. Lakin sonradan eşidib bilmiş ki, onlar maşınla oradan uzaqlaşıb getmişlər, onların minib getdikləri avtomobili də görməmişdir. Həmin hadisə təxminən 30 dəqiqə davam etmişdir. Əkpərin yanında gələn qadın, onun öz deməsinə görə adını bilmədiyi bacısı olmuşdur. Həmin vaxt əllərində dəmir və taxta parçası ilə hücum edib gələn Əkpərin atası Ehramın və onun yanında olanların kimisə vurmalarının şahidi olmamışdır. Həmin hadisə vaxtı o heç bir xəsarət almamışdır, lakin həmin hadisəni törədən Əkpər adlı şəxs işdə olan Akif Mirseyidin boğazından tutub sıxaraq ona xəsarət yetirmişdir və Zərərçəkmiş şəxs başqa orada xəsarət alan olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, Azəristilikdə fəhlə işləyir. Qızı Aynurə və oğlu Əkpər ailəlidirlər, qızı Aynurənin əri İlqar rəhmətə getdiyindən qızı Aynurə onlarla yaşayır, oğlu Əkpərdə onunla bir yaşayır. X16 adlı azyaşlı bir qız övladları var, hazırda Könül 1 yaş yarımlıqdır. Oğlu Əkpərin uşağının xx xxxx 2020-ci ildə, saat təxminən 20 radələrində qızdırması olduğu üçün ona ilk tibbi yardım göstərilməsi məqsədi ilə Əkpərlə qızı Aynurə bilikdə uşağı 19 saylı X15 Stansiyasına aparmışlar. Bundan sonra qızı qaça-qaça evə gələrək demiş ki, Əkpər həmin 19 nömrəli X1 həkimlərlə mübahisə edir. O da bunu qızından eşidən kimi dərhal Əkpərin yanına getmiş ki, orada hər hansı bir xoşagəlməz hal baş verməsin. O həmin yerə çatanda orada həkim olmasını görməmişdir, lakin orada 4-5 nəfər qadın işçilərin olduğunu görmüşdür. O, onlardan oğlu Əkpərin və nəvəsinin harada olmasını soruşduqda ona içəri daxil olmağın qadağan olmasını demişlər, lakin buna baxmayaraq nəvəsindən və oğlundan çox narahat olduğu üçün məcbur olub 19 nömrəli X14 Stansiyasına içəri daxil olmuşdur və baxdıqda orada olan tanımadığı şəxslər onu içəridən çıxarmışlar. O nəvəsi ilə Əkpərin orada olmasını görüb sakitləşmiş və ondan sonra oradan çıxıb getmişdir. Həmin hadisə zamanı orada tək olmuşdur, əlində taxta parçası olmuşdur, lakin həmin X14 stansiyasında ondan başqa yolnan keçən tanımadığı bəlkədə 30 və 50 nəfərə yaxın adamlar olmuşdur. Onların hamısı dayanıb baxırmışlar. Həmin zaman əlində taxta parçasının olmasına da səbəb yolnan gələndə sahibsiz itlərin ona hücum etməsinin qarşısını almaq olmuşdur. Əlində olan taxta parçası ilə orada kimisə vurmaq fikri olmamışdır və heç kimi də vurmamışdır. Əkpərlə TTYS-nın həkimləri arasında olmuş ilkin mübahisənin şahidi olmamışdır, lakin sonradan bildiyinə görə Əkpərin qucağında olan uşağının qızdırması ilə bağlı 19 nömrəli X14da olan həkimlər baxmadıqda Əkpər qapıdan çıxan zaman əli ilə qapıya toxunduğu üçün qapının şüşəsi yerə düşüb sınmışdır. Bundan əlavə onu da bildirirəm ki, ola bilər ki, orada olan Mir Seyid həkim Əkpərlə mübahisə xarakterli danışdığı üçün və onun qolundan tutaraq çölə çıxmasını dediyinə görə aralarında belə bir mübahisə olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə, saat 20 radələrində xatırlamadığı iş yoldaşı ilə birlikdə çağırışdan gələndə 19 saylı TTYS-nın həyətində bir neçə nəfər şəxsin toplaşdığını və səsküy olduğunu görüb yaxınlaşdıqda TTYS-nın giriş qapısının şüşəsinin yerdə sınmış vəziyyətdə olduğunu görmüşdür. Həmin hadisədən bir neçə ay müdət keçdiyinə görə orada olan şəxslərin kim olmasını xatırlamır. Sonradan maraqlandıqda bilmiş ki, həmin gün ondan bir qədər əvvəl bir nəfər, sonradan adını bildiyi Əkpər adlı oğlan qucağında bir azyaşlı uşaq və yanında da bir nəfər qadın həyəcanlı vəziyyətdə TTYS-na gələrək qucağında olan uşaqın temperaturu olduğunu bildirmiş və uşağa tibbi yardım göstərilməsini xahiş etdikdə orada olan həkimlərdən həmin şəxsə mövcud vəziyyətdə epidemiya xəstəliyi ilə əlaqədar olaraq rəhbərliyin göstərişinə əsasən içəri daxil olmağın qadağan olmasını, çöldə gözləməsi, X14 avtomobilinin içərisində uşağı müayinədən keçirərək tibbi yardım göstərəcəyini dedikdə Əkpər əsəbləşərək əxlaqsız sözlər deyib münaqişə yaratmışdır. Həmin zaman iş yoldaşları onu sakitləşdirməyə çalışsalarda Əkpər heç kimə qulaq asmayıb nalayıq sözlər demişdir. Həmin zaman orada olan iş yoldaşı həkim Mirseyid Akif yaxınlaşaraq Əkpəri sakitləşməyə və pandemiya ilə əlaqədar olaraq çölə çıxmasını, çöldə olan tibbi avtomobildə uşağa tibbi yardım göstərilməsi ilə bağlı olanları desədə Əkpər Akif həkimə də nalayıq sözlər deyib şüşənin təpiklə vurub qırmış və onun vurduğu zərbənin təsirindən giriş qapısının şüşəsi yerə düşüb sınmışdır. Həmin zaman Əkpər Akif həkimin otağına hücum edərək onun boğazından tutub sıxmaqla ona xəsarət yetirmişdir. Hadisə zamanı orada olmasa da sonradan eşidib bilmişdir ki, həmin hadisəni törədən Əkpər işdə olan Akif Mirseyidin boğazından tutub sıxaraq ona xəsarət yetirmişdir. Hadisə zamanı orada olmadığından Əkpəri və yaxud da onunla gələn xanımı vurub xəsarət yetirməmişdir və hadisə nəticəsində orada Mirseyid Akif həkimdən başqa heç kim bədən xəsarəti almamışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş X9 ifadəsində göstərmişdir ki, iş yoldaşları ilə birlikdə xx xxxx 2020-ci ildə, saat 20 radəlrində 19 nömrəli TTYS-da xidmətdə olan zaman bir nəfər sonradan adını bildiyi Əkpər adlı oğlan qucağında bir azyaşlı uşaq və yanında da bir nəfər qadın həyəcanlı vəziyyətdə iş yerində həkim Tamama yaxınlaşaraq qucağında olan uşağının temperaturunun olmasını və ona tibbi yardım göstərilməsini dedikdə, həkim həmin şəxsə mövcud vəziyyətdə epidemiya xəstəliyi ilə əlaqədar olaraq rəhbərliyin göstərişinə əsasən içəri daxil olmağın qadağan olmasını, çöldə gözləməsini və X14 stansiyasının avtomobilinin içərisində uşağı müayinədən keçirərək tibbi yardım göstırilməsini dedikdə Əkpər Tamam həkimə qarşı əsəbləşərək əxlaqsız sözlər deyib münaqişə yaratmağa başlamışdır. Həmin zaman işdə olan həkim Mirseyid Akif bu münaqişə olan səs-küyü eşidib yaxınlaşaraq Əkpərə bir daha izah etmiş ki, mövcud vəziyyətdə pandemiya xəstəliyi ilə bağlı olaraq içəri daxil olmaq qadağandır, çölə çıxmaq lazımdır, çöldə olan X14 avtomobilində xəstə uşağı müayindən keçirib yardım göstəriləcəkdir. Həmin zaman Tamam həkimlə Ellmira birlikdə həmin uşağı aparıb TTYSnın həyətində olan tibbi avtomobildə müayinə etmişlər. Həmin zaman Əkpər aqressiv vəziyyətdə Akif həkimi nalayıq sözlərlə təhqir edərək Akif həkimin üzərinə hücum edib əlləri ilə həkimi boğazından tutub sıxaraq öldürəcəyi ilə hədələməyə başlamışdır. Bu zaman o və orada olan digər iş yoldaşları yaxınlaşaraq Akif həkimi Əkpərin əlindən almağa başlamışlar. Bu zaman Əkpər onu və orada olan digər iş yoldaşlarını nalayıq sözlərlə söyüb təhqir etməyə başlamışdır. Bundan sonra Əkpər sakitləşməyərək Akif Mirseyidin otağına daxil olaraq həkimin üzərinə hücum edərək yenidən onun boğazından tutaraq onu boğmağa başlamışdır. Bu zaman iş yoldaşları Akif həkimi Əkpərin əlindən birtəhər alıb otağa salaraq qapını da bağlamışlar ki, həkimin üstünə hücum çəkib onu döyməsin. Bundan sonra Əkpəri stansiyanın içərisindən çölə çıxarmaq istəyən zaman Əkpər ucadan nalayıq sözlər deyərək stansiyanın giriş qapısına təpiklə vurub qapının şüşəsini sındırmışdır. Bundan bir neçə dəqiqə sonra Əkpərin yanında gələn qadın bir neçə nəfər kişi ilə Əkpərin atası Ehram və tanımadığı şəxslərlə əllərində dəmir və taxta parçaları stansiyaya gəlib orada olan həkimlərin üstünə hücum çəkmişlər və nalayıq söyüşlər söyməyə başlamışlar. Bu zaman polisin gəlməsi ilə bağlı dedikdə onlar qorxularından tez nömrəsini və sürücüsünü görmədiyi tünd göy rəngli maşına minərək oradan uzaqlaşıb getmişlər. O, onların minib getdikləri avtomobilin nömrəsini və markasını bilmir, lakin sedan tipli avtomobil imiş. Həmin hadisədən bir neçə ay müddə keçdiyi üçün həmin avtomobili görsə tanıya bilməz. Həmin hadisə zamanı heç bir bədən xəsarəti almamışdır, hadisəni törədən Əkpər işdə olan həkim Akif Mirseyidin boğazından tutub sıxaraq ona xəsarət yetirmişdir. Hadisə vaxtı Əkbərin atası Ehram yanında olan bir neçə nəfər şəxslə əllərində dəmir və taxta parçaları ilə stansiyaya hücum edib kimisə vurmalarının şahidi olmamışdır. Hadisə vaxtı Mirseyid Akif həkimdən başqa heç kim bədən xəsarəti almamışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, 19 nömrəli TTYS-da sanitar kimi xidmət edir. İş yoldaşları ilə birlikdə xx xxxx 2020-ci ildə, saat 20 radəlrində 19 nömrəli TTYS-da xidmətdə olan zaman bir nəfər sonradan adını bildiyi Əkpər adlı oğlan qucağında bir azyaşlı uşaq və yanında da bir nəfər qadın həyəcanlı vəziyyətdə iş yerinə gələrək qucağında olan uşağın xəstə olmasını deyib ona tibbi yardım göstərməsini demişdir. Bu zaman Tamam həkim yaxınlaşaraq Əkpərin qucağında olan uşağın temperaturunun olmasını və ona tibbi yardım göstərilməsini dedikdə həkim həmin şəxsə mövcud vəziyyətdə epidemiya xəstəliyi ilə əlaqədar olaraq rəhbərliyin göstərişinə əsasən içəri daxil olmağın qadağan olmasını, çöldə gözləməsini, X14 stansiyasının avtomobilinin içərisində uşağı müayinədən keçirərək tibbi yardım göstırilməsini dedikdə Əkpər Tamam həkimə qarşı əsəbləşərək əxlaqsız sözlər deyib münaqişə yaratmağa başlamışdır. Həmin zaman işdə olan həkim Mieseyid Akif bu münaqişə olan səs-küyü eşidib yaxınlaşaraq Əkpərə bir daha izah etmiş ki, mövcud vəziyyətdə pandemiya xəstəliyi ilə bağlı olaraq içəri daxil olmaq qadağandır, çölə çıxmaq lazımdır, çöldə olan X14 avtomobilində xəstə uşağı müayindən keçirib yardım göstəriləcəkdir. Həmin zaman Tamam həkimlə Elmira birlikdə həmin uşağı TTYS-nın həyətində olan tibbi avtomobildə müayinə etmək üçün aparmışlar. Bu zaman Əkpər aqressiv vəziyyətdə Akif həkimi nalayıq sözlərlə təhqir edərək onun üzərinə hücum edib əlləri ilə həkimi boğazından tutub sıxaraq öldürəcəyi ilə hədələməyə başlamıhdır. Həmin vaxt o, və orada olan digər iş yoldaşları yaxınlaşaraq Akif həkimi Əkpərin əlindən almağa başlamışlar. Həmin vaxt Əkpər onu və orada olan digər iş yoldaşlarını nalayıq sözlərlə söyüb təhqir edirmiş. Bundan sonra Əkpər sakitləşməyərək Akif Mirseyidin otağına daxil olaraq həkimin üzərinə hücum edib yenidən onun boğazından tutaraq onu boğmağa başlamışdır, bu zaman iş yoldaşları Akif həkimi Əkpərin əlindən birtəhər alıb otağa salaraq qapını da bağlamışlar ki, həkimin üstünə hücum çəkib onu döyməsin. Bundan sonra onlar Əkpəri stansiyanın içərisindən çölə çıxarmaq istəyən zaman Əkpər ucadan nalayıq sözlər deyərək stansiyanın giriş qapısına təpiklə vurub qapının şüşəsini sındırmışdır. Bundan bir neçə dəqiqə sonra Əkpərin yanında gələn qadın bir neçə nəfər kişi ilə, sonradan adını bildiyi Əkpərin atası Ehram və tanımadığım şəxslərlə əllərində dəmir və taxta parçaları stansiyaya gəlib orada olan həkimlərin üstünə hücum çəkmiş və nalayıq söyüşlər söyməyə başlamışlar. Bu zaman polisin gəlməsi ilə bağlı dedikdə onlar qorxularından tez oradan uzaqlaşmışlar. O, sonradan eşidib bilmiş ki, onlar nömrəsini və sürücüsünü görmədiyi tünd göy rəngli maşına minərək oradan uzaqlaşıb getmişdilər. O, onların minib getdikləri avtomobili görməmişdir. Həmin hadisə təxminən 30 dəqiqə olmuşdur. Onların işləri də buna görə həmin müddətə pozulmuşdur. Həmin hadisənin videogörüntüsün 01 ədəd diskdə istintaqa təqdim edir. Həmin hadisə zamanı heç bir bədən xəsarəti almamışdır, lakin həmin hadisəni törədən Əkpərin işdə olan Akif Mirseyidin boğazından tutub sıxaraq ona xəsarət yetirməsini görmüşdür. Həmin vaxt əllərində dəmir və taxta parçası ilə hücum edib gələn Əkpərin atası Ehramın və onun yanında olanların kimisə vurmalarının şahidi olmamışdır və hadisədə həkim Mirseyid Akifdən başqa xəsarət alan olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid9 ifadəsində göstərmişdir ki, iş yoldaşları ilə birlikdə xx xxxx 2020-ci ildə, saat 20 radəlrində 19 nömrəli TTYS-da növbəni təhvil verib xidmətdən çıxan zaman bir nəfər sonradan adını bildiyi Əkpər adlı oğlanın qucağında bir azyaşlı uşaq və yanında da bir nəfər qadın həyəcanlı vəziyyətdə iş yerində həkim Tamama yaxınlaşaraq qucağında olan uşaqının temperaturunun olmasını və ona tibbi yardım göstərilməsini istədikdə həkim həmin şəxsə mövcud vəziyyətdə epidemiya xəstəliyi ilə əlaqədar olaraq rəhbərliyin göstərişinə əsasən içəri daxil olmağın qadağan olmasını, çöldə gözləmələrini, X14 stansiyasının avtomobilinin içərisində uşağı müayinədən keçirərək tibbi yardım göstırilməsini dedikdə, Əkbər Tamam həkimə qarşı əsəbləşərək ona əxlaqsız sözlər deyib münaqişə yaratmağa başlamışdır. Həmin zaman işdə olan həkim Zərərçəkmiş şəxs bu münaqişə olan səs-küyü eşidib yaxınlaşaraq Əkpərə bir daha izah etmiş ki, mövcud vəziyyətdə pandemiya xəstəliyi ilə bağlı olaraq içəri daxil olmaq qadağandır, çölə çıxmaq lazımdır, çöldə olan X14 avtomobilində xəstə uşağı müayindən keçirib yardım göstəriləcəkdir. Həmin zaman Tamam həkimlə Ellmira birlikdə həmin uşağı aparıb TTYSnın həyətində olan tibbi avtomobildə müayinə etmişlər. Həmin zaman Əkpər aqressiv vəziyyətdə Akif həkimi nalayıq sözlərlə təhqir edərək onun üzərinə hücum edib əlləri ilə həkimi boğazından tutub sıxaraq öldürəcəyi ilə hədələməyə başlamışdır. Bu zaman o və orada olan digər iş yoldaşları yaxınlaşaraq Akif həkimi Əkpərin əlindən almağa başlamışlar. Bu zaman Əkpər onu və orada olan digər iş yoldaşlarını nalayıq sözlərlə söyüb təhqir etməyə başlamışdır. Bundan sonra Əkpər sakitləşməyərək Akif Mirseyidin otağına daxil olaraq həkimin üzərinə hücum edərək yenidən onun boğazından tutaraq onu boğmağa başlamışdır. Bu zaman iş yoldaşları Akif həkimi Əkpərin əlindən birtəhər alıb otağa salaraq qapını da bağlamışlar ki, həkimin üstünə hücum çəkib onu döyməsin. Bundan sonra Əkpəri stansiyanın içərisindən çölə çıxarmaq istəyən zaman Əkpər ucadan nalayıq sözlər deyərək stansiyanın giriş qapısına təpiklə vurub qapının şüşəsini sındırmışdır. Bundan bir neçə dəqiqə sonra Əkpərin yanında gələn qadın bir neçə nəfər kişi ilə, sonradan adını bildiyi Əkpərin atası Ehram və tanımadığı digər şəxslərlə əllərində dəmir və taxta parçaları stansiyaya gəlib orada olan həkimlərin üstünə hücum çəkmiş və nalayıq söyüşlər söyməyə başlamışlar. Bu zaman polisin gəlməsi ilə bağlı dedikdə onlar qorxularından tez oradan uzaqlaşmışlar. Onlar gedən zaman o içəridə oldiuğu üçün onların nə ilə oradan getmələrini görməmişdir. Həmin hadisə zamanı heç bir xəsarət almamışdır, həmin hadisə vaxtı Əkpər işdə olan həkim Akif Mirseyidin boğazından tutub sıxaraq ona xəsarət yetirmişdir. Həmin vaxt əllərində dəmir və taxta parçası ilə hücum edib gələn Əkpərin atası Ehramın və onun yanında olanların kimisə vurmalarının şahidi olmamışdır və hadisə vaxtı həkim Zərərçəkmiş şəxs başqa xəsarət alan olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 337 JVo-li canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - boyunun yuxarı 1/3-nin sol yan səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər. xx xxxx 2020-ci il tarixdə boyun nahiyəsinin əl ilə tutulub bərk sıxılması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrəİş üzrə BŞT və TTYS-RHŞ nın 19 saylı bölməsindən alınmış xx xxxxxx 2021ci il tarixli, 001 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xuliqşanlıq hadisəsi nəticəsində 19 saylı bölmənin inzibati binasının giriş qapısının şüşəsi sındırılmış və nəticədə müəssisəyə 40 manat maddi ziyan vurulmuşdur. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, hadisə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən 19 saylı X14 stansiyasının inzibati binasında baş vermişdir, stansiyanın giriş qapısının bir layının şüşəsi yerə düşüb sınmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. Məhkəmə iclasında və ibtidai istintaq zamanı görüntülərə baxış keçirilmiş müəyyən edilmişdir ki, 19 nömrəli TTYS-nın inzibati binasının dəhlizinin içəri tərəfindən girişində kişi və qadın səsləri ilə yüksək tonda mübahisə səsləri eşidilir və qara yubka-kofta geyinmiş qadının sifətləri və kimlikləri görünməyən şəxslərə qarşı əl-qol hərəkətləri etməsi görüntülənir, səslər qarışıq və uzaqdan gəldiyindən mübahisənin mövzusu başa düşülmür, sonra qadın səsi ilə “gəlin qoymayın dəə, Toma gəlin dəə” işdə olan qadınları dəhlizə girişdə olan mübahisə yerinə çağırırlar və sifətləri görünməyən qadınlar mübahisə olan yerə tərəf gedirlər, az sonra həkim geyimində olan bir qadın və mübahisə edən qara yubka və koftada olan qadın mübahisə yerindən dəhlizin digər tərəfmə gedirlər, lakin girişdə olan mübahisə səsləri davam edir, içəridə olan otaqların qapılarının açıq olması görünür, sonra qadın səsi ilə bir nəfərin «nə həyasız qadındır ee, gör kişiləri qana salır, şikayəti bura niyə eləyirsən, ged başqa yerə elə» deməsi eşidilir, həmin vaxt da kişi və qadınların yüksək tonlu səslə mübahisə etmələri eşidilir, sonra TTYS-nın həyəti və həyətdə mübahisə edən qara yubka və koftalı qadının və əlində həkim çantası olan həkim geyim formasında olan qadının təcili yardfım maşınına tərəf getmələri görüntülənir, sonra TTYS-nın dəhlizi görüntülənir, dəhlizin döşəməsinin orta hissədən metlax döşəməsinin bir neçəsi qoparılmışdır, dəhliz və otaqlarda səliqəlilik pozulmayıb, giriş qapısının şüşəsi yerindədir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan, DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Səbail Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx xxxxxxxx 2006-cı il tarixində cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sabunçu RPİ tərəfindən xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xx.xx.2013-cü ildə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Eyni zamanada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunmur. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən gorünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2021-ci il təvəllüdlü və xx xxxxxxx 2019cu il təvəllüdlü X7 adlı azyaşlı uşaqları var. İş materiallarında olan 149 saylı MKİS-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin MKİS-dən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu müddət ərzində onun və ailəsi haqqında heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasının, hadisələrin təsadüfü axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsinin, ailəli olmasının, himayəsində iki azyaşlı uşaqlarının olmasının, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, ona vurulmuş ziyanın tam ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və 353.4.11cu maddəsinə uyğun olaraq iş üzrə bir ədəd “CD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, “xxxx” QSC-nin Səbail filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar