Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-93/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, X15 Zavodunda «Saipem» şirkətinda işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 oktyabr 2022-ci il tarixdə saat 12.25-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdə, saat 07:00 radələrində idarə etdiyi, özünə məxsus «Nissan X-Trail» markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax yolunun Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi küçəsi ilə Bibiheybət Məscidi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olan zaman «sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir» barədə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq yolun Bibiheybət Məscidinə qalxan yoxuşunda 78,6 metr qarşıda nəqliyyat axınlarının birləşdiyi adacığın üzərindən üç nəfər piyadaların yolu sağdan sola onun hərəkət zolağına keçmələrini görüb idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmədən idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə həmin üç nəfər piyadalardan Zərərçəkmiş şəxs vuraraq qarşıdan əks istiqamətdə hərəkət edən Şahid2 idarə etdiyi «BMW 740» markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsinə ataraq həmin avtomaşının alın şüşəsinə dəyib oradan asfalt yol örtüyünün üzərinə düşməklə ehtiyatsızlıqdan sağ baldır sümüklərinin (qamış və incik) yuxarı 1/3-nin yerini dəyişmiş açıq sınıqları, sağ baldırın yuxarı və orta 1/3-nin ön səthinin geniş ölçülü əzilmiş-cırılmış yarası, sağ baldır əzələlərinin didilib dağılması; kiçik çanağa qanaxma(250 ml), sağ sirkə kasasının qapalı sınığı, sağ qasıq büküşünün əzilmiş- cırılmış yarası, sağ qasıq və oturaq sümüklərinin yerini dəyişən açıq sınıqları, sidik kisəsinin cırılması ilə müşaiət olunan çanaq nahiyyəsinin küt travması; sağ döş boşluğuna çoxlu qanaxma (800 ml), sağ ağciyərinin aşağı payında cırılma, sağdan V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların qoltuqaltı xətt üzrə yerini dəyişmiş qapalı sınıqları ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının qapalı küt tarvması; baş beyinin sol təpə nahiyyəsinə qansızına, sol təpə sümüyünün xətti sınığı və sol təpə nahiyyəsinin əzilmişcırılmış yarası ilə müşayiət olunan başın küt zədəsi kimi həyati olub dərəcələrinə görə ayrıayrılıqda və ümumilikdə AĞİR zərərvurmanın əlamətlərinə aid və kompleksi nəticəsində inkişaf etmiş hemotravmatik şok olmaqla baş vermiş ölümlə səbəbli əlaqələri olan xəsarətlər alaraq ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü təqsirli bilməyərək bildirmişdir ki, baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 mart 2022-ci il tarixli rəyi ilə razı deyil. Belə ki, hadisə baş verən zaman hava şəraiti, yəni insanın qaranlıq havada görmə qabiliyyəti, avtomobilin qəza anında hərəkət etdiyi sürət, avtomobilin əyləc yolu, qəzaya səbəb olan amil ekspert rəyində nəzərə alınmamışdır. Növbəti məhkəmə iclaslarında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «BC» kateqoriyası ilə sürücülük vəsiqəsi vardır, «Nissan X-Trail» markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, Qaradağ rayonu ərazisinidə olan “Bakı Dərin Özüllər” zavodunda yerləşən «Saipem» şirkətində layihələrin çəkilişi ilə məşğul olur. 02 dekabr 2021-ci il tarixdə, saat 06:30-da yaşadığı mənzildən işə getmək üçün avtomobilini idarə edərək çıxmış və Bakı- Qazax avtomobil yolu ilə Qaradağ rayonu istiqamətində hərəkət etmiş, saat 07 radələrində Bakı-Qazax yolunun Bibiheybət Məscidinə yaxınlaşan zaman avtomobili 70 km/saat sürətlə hərəkət edərkən qarşıda sağ tərəfdən üç nəfər şəxsin yolu keçdiyini görmüş və onları vurmamaq üçün maşını saxlamaq məqsədi ilə əyləcdən istifadə etsə də, lakin onlardan biri yolu keçməyə davam etdiyi üçün həmin piyadanı maşının qabaq sol tərəfi ilə vurmuşdur. Vurduğu piyada əks istiqamətdə gələn qara rəngli “BMW” markalı avtomobilə dəyərək yolun əks kənarına düşmüşdür. Həmin zaman maşını saxlayıb avtomobillə vurduğu piyadaya yaxınlaşmış, oraya başqa tanımadığı adamlar da toplaşmışlar. Təcili tibbi yardım çağırılmış və az sonra təcili tibbi yardım maşını hadisə yerinə gəlmişdir. Lakin vurduğu piyada hadisə yerində vəfat etmişdir. Bundan sonra polis işçiləri hadisə yerinə gəlib sənədləşdirmə aparmışlar. Həmin yol-nəqliyyatı hadisəsi zamanı spirtli içki qəbul etməmişdir. İdarə etdiyi avtomobillə ehtiyatsızlıqdan piyadanı vuran zaman vurduğu piyadanın yanında iki nəfər tanımadığı şəxs də olmuşdur. Törətdiyi əmələ görə səmimi peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, atası mərhum Əliyev X3 Məscidinin yaxınlığında yerləşən X16 xidmətində boru çilingəri işləmişdir. Onun iş günü həftənin 6 günlük iş rejimi olmaqla səhər saat 06 radələrində evdən çıxıb işə getmiş, saat 18 radələrində də işdən çıxıb evə gəlmişdir. Atası əksər vaxt sərnişin daşıyan avtobusla işə gedib-gəlmişdir. 02 dekabr 2021-ci il tarixdə də saat 06 radələrində atası işə getmiş, təxminən bir saat sonra bilmişlər ki, Bibiheybət Məscidinin qarşısında piyada yolu keçən zaman tanımadığı bir minik avtomobili atasını vurmuş və nəticədə atası hadisə yerində vəfat etmişdir. Mərhum atasını vuran avtomobilin sürücüsünü tanımır, onunla ailəsinin arasında əvvəldən heç bir ədavət və düşmənçilikləri olmamışdır. Sonradan bildiyinə görə atası 120 nömrəli sərnişin daşıyan avtobusla Bibiheybət Məscidinin yanında düşərək yolu keçdikdə avtomobil onu vurduğu üçün o hadisə yerində vəfat etmişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti, tələbi və mülki iddiası yoxdur, gələcəkdə də olmayacaq. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, «BC» kateqoriyası ilə sürücülük vəsiqəsi vardır, 2 ildir ki, Neft Fondunda sürücü işləyir. 02 dekabr 2021-ci il tarixdə, saat 07 radələrində idarə etdiyi Neft fonduna məxsus «BMW 740» markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolu ilə şəhər mərkəzi istiqamətində iş yerinə gələn zaman Bibiheybət Məscidinin yanında olan işıqforda qırmızı işıq yandığı üçün idarə etdiyi avtomobili yolun birinci hərəkət zolağında saxlamış, həmin zaman yanında nömrəsini bilmədiyi maşınlar da saxlamışlar. İşıqforun yaşıl işığı yanan kimi hərəkətdə olduğu birinci zolaqla yoluna davam etmişdir. Qarşısında avtomobil getməsə də, hərəkətdə olduğu zolağın yanındakı zolaqda bir neçə metr öndə başqa avtomobillər də hərəkətdə olmuşlar. Həmin zaman avtomobili 50 km/saat sürətlə hərəkət etmişdir. Bibiheybət Məscidini keçəndən təxminən 10-15 metr sonra qəflətən maşının alın şüşəsinə nəsə çırpılmış və həmin an surəti azaldaraq idarə etdiyi avtomobili bir neçə metr öndə sağ yan tərəfə çəkib saxlamışdır. Maşından düşüb arxa tərəfə baxdıqda bir neçə nəfərin bir yerə toplaşdığını görmüş və həmin yerə yaxınlaşdıqda asfalt üzərində bir nəfərin yerə uzandığını, onun ətrafına bir neçə nəfər tanımadığı şəxslərin toplaşdığını görmüşdür. DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə xəbər vermişdir. Həmin hadisə zamanı spirtli içki qəbul etməmişdir. Onunla əks istiqamətdə «Nissan X-trail» markalı, ** SB *** dövlət nömrə nişanlı avtomobilin gəldiyini, həmin avtomobilin qarşısından piyadanın keçdiyini və yolu keçmək istəyən həmin piyadanın avtomobillə vurduğunu görməmişdir. Həmin hadisə saat 07 radələrində olmuşdur, hadisə səhər saatlarında qaranlıq hava şəraitində baş vermişdir. Hadisə zamanı avtomobili gecə işıqları ilə idarə etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxslə 2010-cu ildən tanıyır, bir yerdə işləyirdilər və işə də birlkdə gedirdilər. Baş vermiş yol nəqliyyat hadisəsinin şahidi olmuşdur. Belə ki, 02 dekabr 2021-ci il tarixdə, həmişə olduğu kimi səhər saatlarında mərhum Məzahirlə birlikdə 88 saylı avtobusla gəlib 20-ci Sahə dairəsində düşərək avtobusu dəyişib 120 nömrəli avtobusa minərək birlikdə işə yola düşmüşlər. Həmin avtobusla gəlib Bibiheybət Məscidinə yaxınlaşdıqda bir nəfər sərnişin avtobusu Bibiheybət Məscidinin qarşısındakı dayanacağa çatmamış saxladıb düşmüşdür. Həmin zaman səhər radələri olsa da, lakin hava qaranlıq olmuşdur. Avtobus iş yerlərinin yaxınlığında saxladığı həmin yerdə düşmüşlər, çünki yolun əks tərəfindən iş yerinə getmək üçün piyada yolu vardır. Buna görə həmin yerdə düşmüşlər, avtobus gedəndən sonra üçü də yolun əks tərəfinə keçmək üçün yolun ortasında olan ayrıcı zolağın üstünə gəlib yolda maşın olmadığın görüb yenə də üçü də yolu keçmək məqsədi ilə irəliyə doğru addımlamışlar. Bu zaman keçdikləri yolla bir maşın gəldiyini görüb qabaqda gedən Məzahirə maşının gəldiyin dedikdə Məzahir getdiyi yolda dayanıb geri qayıtmaq istədikdə tanımadığı bir ağ rəngli avtomobil Məzahiri vurmuşdur. Həmin avtomobilin hansı sürətlə gəlməsi barədə heç nə deyə bilməz. Hadisədən sonra hadisə yerinə təcili tibbi yardım maşını və polislər gəlmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Təqsirləndirilən şəxsla ailə qurmuşdur. Əri Fariz “Bakı Dərin Özüllər” zavodunda “Saipem” şirkətində işləyir. 02 dekabr 2021-ci il tarixdə, saat 06:30 radələrində Fariz həmişə olduğu kimi öz maşını ilə işə getmişdir. Az sonra həyat yoldaşı Fariz mobil telefonuna zəng edərək Bibiheybət Məscidinin yanında piyadanı idarə etdiyi avtomobillə vurduğunu demişdir. O da hadisə yerinə gəlmişdir. Hadisə yerində olan zaman Farizlə görüşüb maraqlandıqda yolu keçmək istəyən piyadanı Farizin avtomobillə vurub yolun əks tərəfindən gələn “BMW” markalı avtomobilə dəyib yerə düşdüyünü bilmiş, hadisə yerində olan zaman Farizin vurduğu piyadanın yolun kənarında asfalt örtüyü üzərində yerə uzanıqlı vəziyyətdə görmüşdür. Hadisə yerində polislər də olmuşlar. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən götürülmüş hadisə baş verdiyi ərazidə quraşdırılmış «TŞ 1-117» videomüşahidə qurğusunun 1-ci kamerasının xx.xx.2021-ci il tarixli, saat 07:08-dən 07:10-dək olan müddətdəki görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 20-ci sahə dairəsindən yuxarıdan gələn avtomobil yolu məscid istiqamətində, yolayrıcından sonrakı zolaq da eyni istiqamətlidir, lakin dəniz tərəfdə olan zolaq Bakı şəhəri istiqamətindədir. 20-ci sahə dairəsindən gələn yol enişlidir, «SOCAR» yanacaqdoldurma məntəqəsindən gəlib həmin yola birləşən yol yoxuşludur, əks hərəkət yolu isə enişlidir. Hadisə qaranlıq hava şəraitində çəkildiyindən hər iki istiqamətdə hərəkət edən avtomaşınların markalarını, dövlət qeydiyyat nişanlırını görmək mümkün deyil, avtomaşınların hərəkət istiqamətlərini avtomaşınların gecə işıqları vasitəsilə müəyyən etmək olur. Videogörüntülər hər üç istiqamətdən avtomaşınların qarşılıqlı hərəkət etmələri ilə başlayır. Görüntülərin başlanmasının 01:00 dəqiqəsində 20-ci sahə dairəsi tərəfdən gələn sərnişin avtobusu yolayrıcının tuşunda qəbirsanlıq divarının yanında dayanır və 01:13-də həmin avtobus asta sürətlə hərəkətini davam etdirməyə başlayır, avtobus gedəndən sonra həmin avtobus dayanan yerdən üç şəxs piyada olaraq 20-ci sahə dairəsi tərəfdən gələn avtomobil yolunu «SOCAR» yanacaqdoldurma məntəqəsin tərəfdən gələn yola tərəf gəlir, görüntülər başlamasının 01:20 dəqiqəsində yolayrıcı nişan xəttinin üstündə olurlar və yolayrıcı nişanın üstündə dayanmadan «SOCAR» yanacaqdoldurma məntəqəsi tərəfdən gələn avtomaşınların hərəkət zolağına çıxdıqları görüntülənir, həmin piyadalardan biri qarşıda nisbətən iti addımlarla həmin hərəkət zolağını keçir, iki nəfər isə həmin piyadadan təxminən 2-2,5 metr arxada normal yerişlə hərəkət zolağından əks hərəkət zolağına tərəf addımlayırlar, videogörüntülərin başlanmasının 01:23 dəqiqəsində yolayrıcından təxminən 2 metr keçərkən «SOCAR» yanacaqdoldurma məntəqəsi tərəfdən gecə işıqları yanılı halda gələn avtomaşın həmin arxadakı piyadalardan birini avtomaşının sol qabaq hissəsi ilə vuraraq qarşıdan əks istiqamətdə orta xəttə yaxın zolaqla hərəkət edən avtomaşının qabaq hissəsinə atır, sonra da vurulan piyada, qabağa, əks hərəkətin 2-ci zolağına, səki istiqamətində düşüb qalır, bundan sonra hər iki istiqamətdə hərəkət edən avtomaşınlar dayanır və vurulan piyadanın ətrafına adamlar toplaşır. Həmin piyadanı vuran avtomaşın hadisə yerindən 10-15 metr qabağa gedib dayanır və avtomobillərin işığından həmin avtomobilin ağ rəngli «NİSSAN X-TRAİL» markalı avtomaşın olduğu görünür. Piyadanın vurulması anında qarşıda piyada yolu keçən şəxs orta qoşa xəttin üzərində dayanmış vəziyyətdə, vurulan piyada ilə yanaşı gedən piyada isə avtomaşının gəlməsini görüb arxaya çəkilmiş vəziyyətdə görünürlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 72 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyidində aşağıdakı xəsarətlər aşkar edilmiş və onları aşağıdakı qruplara bölmək olar: a) sağ baldır sümüklərinin (qamış və incik) yuxarı 1/3-nin yerini dəyişmiş açıq sınıqları, sağ baldırın yuxarı və orta 1/3-nin ön səthinin geniş ölçülü əzilmiş-cırılmış yarası, sağ baldır əzələlərinin didilib dağılması; b) kiçik çanağa qanaxma(250 ml), sağ sirkə kasasının qapalı sınığı, sağ qasıq büküşünün əzilmiş-cırılmış yarası, sağ qasıq və oturaq sümüklərinin yerini dəyişən açıq sınıqları, sidik kisəsinin cırılması ilə müşaiət olunan çanaq nahiyyəsinin küt travması; c) sağ döş boşluğuna çoxlu qanaxma (800 ml), sağ ağciyəriin aşağı payında cırılma, sağdan V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların qoltuqaltı xətt üzrə yerini dəyişmiş qapalı sınıqları ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının qapalı küt tarvması; d) baş beyinin sol təpə nahiyyəsinə qansızma, sol təpə sümüyünün xətti sınığı və sol təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan başın küt zədəsi;
2. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 02 dekabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi, o, cümlədən hərəkətdə olan avtomaşının (Nissan X-Trail) qabarıq hissəsi ilə piyadanın vurulması və sonrakı mərhələdə mərhumun baş nahiyyəsiin digər avtomaşının (BMW 740) alm şüşəsinə dəydikdən sonra bərk sərt örtüyə çırpılması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dəyəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər.
3. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər kompleksi nəticəsində inkişaf etmiş hemotravmatik şok olmuşdur. Meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 3-4 saat əvvəl baş vermişdir.
4. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilmədi. Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli, 8/343 nömrəli məhkəmə yolnəqliyyat hadisələri ekspertizası rəyinə əsasən «Nissan X-Trail» minik markalı 90SB966 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «BMW 740» markalı, 10AA659 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 85 (səksən beş) manat müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2021-ci il tarixli 2/35351 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin sürətindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) AD 106669 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş “Nissan X-Trail” markalı, **-SB-*** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən qeyd edilən avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. 02 dekabr 2021-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. 10 dekabr 2021-ci il tarixdə cinayət işi üzrə X6 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. 05 fevral 2022-ci il tarixli qərarla baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri köçürülmüş bir ədəd DVD-R diski cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. 07 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. 07 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən Təqsirləndirilən şəxsqarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır – xx.xx.2005-cı il tarixdə anadan olmuş X5 və xx.xx.2016- cı il tarixdə anadan olmuş X8. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən götürülmüş və baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüləri köçürülmüş 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. Aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən götürülmüş və baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüləri köçürülmüş 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 600 (altı yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova