Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-93/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1962-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 noyabr 2023-cü il tarixdə saat 16:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən birinci Qarabağ döyüşlərində şəhid olmuş X2 həyat yoldaşı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncunun həyat yoldaşı üçün təyin olunmuş təqaüdə olan artımlarla bağlı hesabında pul yığıldığını və həmin pulu nağdlaşdırmaq üçün köməklik edəcəyinə yalandan vəd verib inandıraraq, Zərərçəkmiş şəxs onunla arasında yaranmış etibarlı münasibətlərdən sui istifadə edərək sonuncunun adından öz adına bank əməliyyatlarının həyata keçirilməsi üçün etibarnamə almağa nail olub sonuncuya məxsus "xxxx"-ın 416974******5879 nömrəli kartını da əldə etdikdən sonra 23 sentyabr 2014-cü il tarixdə öz adına verilmiş etibarnamədən istifadə etməklə "xxxx" ın ünvan 3 ünvanında yerləşən filialında Zərərçəkmiş şəxs 416974******5879 nömrəli kart hesabına dövlət tərəfindən həyat yoldaşı Mehman Alıyevin şəhid olması ilə əlaqədar köçürülmüş 30.585 manat məbləğində pulu Zərərçəkmiş şəxs pulun məbləği barədə heç bir məlumat vermədən nağdlaşdırıb ələ keçirərək etibardan sui istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 30.585 (otuz min beş yüz səksən beş) manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1983-cü ildə Azərbaycan SSR-in DİO-da xidmətə qəbul olunmuşdur. 1990-cı ildə xidmətini “Omon”da davam etdirmişdir. 1995-ci ildən xidmətdən xaric olunmuşdur. Zərərçəkmiş şəxs 2014-cü il tarixdə tanımışdır. Belə ki, Tünzalənin həyat yoldaşı Alıyev Mehman keçmiş “Omon” əməkdaşı olmaqla döyüşlərdə şəhid olmuşdur. 2014-cü ilin yaz-yay aylarında istifadəsində olan mobil nömrəsinə hazırda xatırlamadığı nömrədən zəng vuran və özünü Tünzalə kimi təqdim edən şəxs onunla görüşmək istədiyini bildirərək onu Bakı şəhəri Nəsimi rayonunda yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşməyə dəvət etmişdir. Tünzalə oraya tanımadığı bir nəfər orta yaşlı kişi ilə gəlmişdir. Söhbət əsnasında Tünzalə şəhid Mehman Alıyevin həyat yoldaşı olduğunu və yoldaşının şəhid olduğuna görə məvacib alsa da, aşağı olduğunu bildirmiş, ondan məvacibin artırılması üçün zəruri sənədləri toplayıb aidiyyəti üzrə verilməsinə köməklik etməyini xahiş etmişdir. Tünzalə Gədəbəy rayonunda yaşadığı üçün bu işlə məşğul olmağa vaxtının olmadığını və ona bu işlərlə məşğul olmaq üçün etibarnamə verəcəyini də qeyd etmişdir. O, Tünzaləyə etiraz etməmiş və yaxınlıqda yerləşən 14 saylı notariat kontoruna getmişdir. Tünzalə ona adından çıxış etmək üçün etibarnamə vermiş və özünə məxsus, "xxxx" ASC-yə aid kartını ona verərək çıxıb getmişdir. Bundan sonra o, hazırda xatırlamadığı qurumlara müraciət edərək zəruri sənədləri toplayıb, 23 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən metronun “İçəri şəhər” stansiyasının yaxınlığında olan "xxxx" ASC-nin Səbail filialında Tünzalənin kartında olan 30.000 manatdan artıq pulu nağdlaşdırmışdır. Təxminən 2-3 gün sonra o, Tünzalə ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Qələbə” dairəsinin yaxınlığında görüşmüşdür. Tünzalə oraya tanımadığı bir nəfər qadınla gəlmişdir. O, orada Tünzaləyə 27.000 manat pul vermişdir. Belə ki, Tünzalə təqaüdündən son 2-3 ayda tutulmaların olduğunu bildirərək həll etməyini xahiş etmiş, o, Tünzaləyə etiraz etməmiş və işin həll olunması məqsədilə müəyyən xərcləri qarşılamaq üçün 3000 manat pulu özündə saxlamışdır. O, bir neçə gün ərzində bu işlə məşğul olmuş və məlum olmuşdur ki, Tünzalənin təqaüdünə öncəki aylarda artıq pul köçürüldüyü üçün son 2-3 ayın təqaüdü kəsirlə köçürülmüşdür. Bundan sonra o, Tünzalənin ona vermiş olduğu "xxxx" ASC-yə aid kartını və təxminən 3000 manat pulu Tünzalənin göndərdiyi, Şahid adlı şəxsə Bakı şəhəri Nəsimi rayonunda yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında vermişdir. Həmin gün Tünzalə ona zəng edərək öz minnətdarlığını bildirmişdir. Bu məsələdən bir neçə ay sonra Tünzalə onunla əlaqə saxlayaraq maddi vəziyyətinin ağır olduğunu bildirmiş, adından müvafiq qurumlara müraciət etməyini xahiş etmişdir. O da Tünzalənin adından Gədəbəy rayon İcra Hakimiyyətinə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Bir müddət sonra Tünzalə onunla əlaqə saxlayaraq nəvəsinin xəstə olduğunu bildirərək maddi yardım etməyini xahiş etmişdir. Bunun üçün o, keçmiş “Omon” əməkdaşı olmaqla avtobus sürücüsü olan Seymur adlı tanışı ilə 400 manat pulu Gədəbəy rayonuna Tünzaləyə göndərmişdir . Tünzalə pulu qəbul etdiyini ona bildirmişdir. 2021-ci ilin dekabr ayından başlayaraq isə Tünzalə ondan şikayətlər etməyə başlamışdır. Bildirmişdir ki, ona elan olunmuş ittihamla özünü təqsirli bilmir, çünki o, Tünzalənin kartından nağdlaşdırdığı pulları Tünzaləyə vermişdir. Heç bir məbləğdə pulu ələ keçirməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X7 ifadəsində göstərmişdir ki, əri X5 04 avqust 1992-ci il tarixdə İ Qarabağ Müharibəsində şəhid olmuşdur. O, 2-ci qrup əlil olmağına baxmayaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında xadimə işləyir. X12 şəhid olduqdan sonra dövlət tərəfindən ailəyə prezident təqaüdü və məvacibi verilməyə başlanmışdır. 2014-cü ilin yay aylarında onun mobil nömrəsinə hazırda xatırlamadığı mobil nömrədən zəng edərək özünü ona Asəf kimi təqdim edən şəxs bank əməkdaşı kimi təqdim edərək ərinin verilən əmək haqqında olan artımlarla bağlı hesabda pul yığıldığını və həmin pulu 10 gün müddətinə çıxarmasa pulun batacağını demişdir. Asəf adlı şəxs görüşüb söhbət etmək üçün onu Bakı şəhərinə çağırmışdır. Lakin o, həmin şəxsi tanımadığı üçün razılıq verməmişdir. Asəf öz işləri ilə əlaqədar Gədəbəy rayonuna gələcəyini və onunla zəngləşib görüşəcəyini demişdir. Bir neçə gün sonra Asəf yaşadığı Gədəbəy rayonu Qaradağ kəndindən keçən asfalt yolda olduğunu deyib, onu oraya çağırmışdır. O, Asəfin dediyi yerə gedib Asəflə görüşmüşdür. Asəf qara rəngli “Hyundai” markalı avtomobillə gəlmişdir. Orada söhbət əsnasında Asəf özünü bankın hansısa departamentində işlədiyini və yığılan pulların nağdlaşdırılması üçün bəzi sənədlərin tələb olunduğunu bildirmişdir. O, Asəfdən hesabda nə qədər məbləğdə pul yığılmasını və hansı sənədlərin tələb olunduğunu soruşmuşdur. Asəf yığılan pulun təxminən 3000-4000 manat olduğunu və həmin pulu götürmək üçün ərinin ölüm haqqında şəhadətnaməsi, şəhidlik statusu haqqında vəsiqəni, yaşayış yerindən arayış və vəsiqəni götürüb əlaqə saxlamağını bildirmişdir. O, Asəfin dediyi sənədləri bir neçə gün ərzində toplayıb Asəf ilə əlaqə saxlamışdır. Bundan sonra o, qohumu Məhərrəm ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Şamaxinka” deyilən ərazidə Asəf ilə görüşmüşdür. O, dediyi sənədləri gətirdiyini Asəfə bildirmişdir. Həmin vaxt Asəf onlardan bir qədər kənarda dayanan tanışı Təqsirləndirilən şəxs yanına çağırmış və ona işlə Familin məşğul olacağını bildirərək çıxıb getmişdir. Famil sənədləri ondan götürüb baxdıqdan sonra bu işin müəyyən müddət aparacağını və onun lazımi yerlərə gedə bilməyəcəyini bildirərək ondan Familin adına etibarnamə verməyini, bu işlə özünün məşğul olacağını demişdir. O, ilk öncə razı olmasa da, sonradan Familin təklifi ilə razılaşmışdır. Bundan sonra birlikdə Bakı şəhəri 14 saylı notariat kontoruna getmişlər və orada o, Familə öz adından çıxış edə bilməsi üçün iki ay müddətinə etibarnamə vermişdir. Famil alınacaq pulun tezləşməsi üçün pulun onun bank kartına köçürülməli olduğunu və kartın bu proseslərdə lazım olduğunu bildirərək onun bank kartını istəmişdir. O da özünə məxsus bank kartını Bakı şəhəri, Nəsimi rayonunda yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qohumu Məhərrəmin yanında Familə vermişdir. O, yaşadığı Gədəbəy rayonuna qayıtdıqdan sonra mütəmadi olaraq həm Asəf, həm də Famil ilə əlaqə saxlamışdır. Asəf onun işini Familə həvalə etdiyi üçün o, daha çox Famil ilə əlaqə saxlamışdır. Təxminən iki ay sonra Famil ona zəng edərək pulun hazır olduğunu bildirmiş və Gədəbəy rayonuna gələn avtobusla ona içərisində 3000 manat və bank kartı olan zərf göndərmişdir. Onun maddi vəziyyəti aşağı olduğu üçün buna sevinərək Asəf və Familə öz minnətdarlığını bildirmişdir. Həmin ayın sonu o, təqaüdünü çıxarmaq istəyərkən bark kartında pul olmadığını görüb "xxxx" ASC-nin Gədəbəy rayon filialının müdiri Arif müəllimə müraciət etmişdir. Həmin şəxsin göstərişi əsasında həmin bankın işçisi onun bank hesabından çıxarış qəbzi çıxararkən ona məlum olmuşdur ki, onun "xxxx" ASC-yə aid kartına xx.xx.2014-cü il tarixdə dövlət tərəfindən 30.000 manatdan artıq pul köçmüş, xx.xx.2014-cü il tarixdə 30.585 manat pul nağdlaşdırılaraq çıxarılmışdır. Həmin vaxt ona aydın olmuşdur ki, Asəflə Famil onu aldadaraq ona çatmalı olan, 30.585 manat pulu nağdlaşdıraraq həmin puldan ona cəmi 3000 manat pul göndərmişdir. O, bu barədə öyrəndikdən sonra Asəfə zəng edib bu barədə bildirsə də Asəf bundan xəbərinin olmadığını ona bildirmişdir. Daha sonra Asəf onun telefon zənglərinə cavab verməmişdir. Famillə danışan zaman onun kartında 3000 manat pulun olduğunu bildirmiş və müxtəlif bəhanələr gətirərək söhbətdən yayınmağa başlamışdır. O, Familə kartından 30.585 manat pul çıxarıldığını bildirmiş, bundan sonra Famil 400 manat pulu ona göndərəcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra Gədəbəy rayonunda yaşayan, öz işçisi kimi təqdim etdiyi Zirəddin adlı şəxs ona 400 (dörd yüz) manat pul göndərmişdir. O, dəfələrlə Familə zəng edib pulunu tələb etsə də, Famil pulun olmadığını və ona Bakı şəhərində torpaq sahəsi verəcəyini bildirmişdir. Bir müddət Famil beləcə onu aldatdıqdan sonra pulunu tələb etdiyini görüb onu hədələməyə başlamışdır. Belə ki, Famil onun FHN-nin Gədəbəy rayon Şöbəsində işləyən oğlunu işdən çıxartdıracağını və onun təqaüdünü kəsdirəcəyini bildirmişdir. Asəf və Familin ona qarşı dələduzluq əməlləri barədə o, yalnız 2022-ci ilin əvvəlində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət etmişdir. Həmin ərəfədə o, Famil ilə əlaqə saxlamışdır. Familin ona məxsus 30585 manat pulu nağdlaşdıraraq ələ keçirməsi ilə bağlı Famil ilə danışıqlara dair səs yazılarını diskə köçürərək istintaqa təqdim etmişdir. O, 2014-cü ildə qohumu Məhərrəmin yanında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında özünə məxsus "xxxx" kartını Familə vermişdir. Famil onun kartından çıxardığını bildirərək kartı ilə birlikdə ona avtobus sürücüsü ilə 3000 manat pul göndərmişdir. Bundan əlavə, Zirəddin adlı şəxslə ona 400 manat pul göndərmişdir. Familin dedikləri yalandır. Mülki iddianın təmin edilməsini, 30000 manat maddi zərərin və bu müddət ərzində cavabdehin (təqsirləndirilən şəxsin) verdiyi uzun müddətli sarsıntıya görə 10000 manat məbləğində mənəvi zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş Şahid ifadəsində göstərmişdir ki, onun qardaşı Qarabağ veteranı olduğu üçün Daxili İşlər Nazirliyinə veteran kitabçası almağa getmişdir. Köhnə “Omon” işçisi əmisi oğlu Mübariz ona köməklik üçün Təqsirləndirilən şəxs nömrəsini vermişdir. O da arxivdən lazım olan sənədləri toplayaraq Famil adlı şəxsə vermişdir. Arxivdən aldığı əmək kitabçasında göstərilir ki, həqiqətən də qardaşı 1991-1995-ci illərdə DİN-də işləmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, şəhid ailələrinə dövlət tərəfindən 3000 manatlıq birdəfəlik yardım ediləcək. Beləliklə, 1-2 aya qardaşına veteran kitabçasını almağı mümkün olmuşdur. Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, Gədəbəydə əvvəllər polisdə işləmiş və ya işləyən şəhid ailələrindən olanlar varsa, onlara bu barədə məlumat versin. Zərərçəkmiş şəxs qardaşı Gədəbəydə polisdə işlədiyindən, həm də onun həyat yoldaşı İ Qarabağ müharibəsində şəhid olduğundan, o da yerli kimi ona köməklik etmək istəmişdir. O, Zərərçəkmiş şəxs ilə Gədəbəydə görüşərək ona şəhid ailəsi kimi dövlət tərəfindən verilən 2000-3000 manatlıq birdəfəlik yardımdan yararlanmağı təklif etmişdir. Onun məqsədi sadəcə Zərərçəkmiş şəxs yardım etmək olmuşdur. Sonradan baş verən dələduzluq hadisəsindən onun qətiyyən xəbəri olmamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş şahid X6 ifadəsində göstərmişdir ki, 2014-cü ildə o, işdə olarkən bacısı Zərərçəkmiş şəxs zəng vuraraq bildirmişdir ki, Şahid adlı şəxslə dayanacaqda görüşəcəkdir, onun da gəlməyini xahiş etmişdir. Şahid ilə telefonda danışarkən o, özünü bank işçisi kimi təqdim etmişdir. O, bacısının yanına gələndə Şahid gözləməyib artıq getmişdir. Asəf bacısına demişdir ki, şəhid ailəsi olduğu üçün onun adına bankda pul var. O, məhkəməyə gələnə qədər Şahid adlı şəxsi nə görmüş , nə də ki tanımışdır. Cinayət işində olan "xxxx" MMC-dən daxil olmuş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində «WhatsApp Video 2022-01-07 at 10.19.31 (1)», «WhatsApp Video 2022-01-07 at 10.19.31», «WhatsApp Video 2022-01-07 at 10.19.32 (1)», «WhatsApp Video 2022-01-07 at 10.19.32 (2)» və «WhatsApp Video 2022-01-07 at 10.19.32» adlı «Video (MP4) (.mp4)» formatlı faylların olması müəyyən olunmuşdur. «WhatsApp Video 2022-01-07 at 10.19.31 (1)» adlı fayla baxış keçirilərkən həmin faylın 30.8 Mb həcmli olması, görüntünün 01 dəqiqə 37 saniyə davam etməsi müəyyən olunmuş, həmin görüntülərdə hər-hansı bir şəxsin üzü görünməsə də telefon vasitəsilə aşağıdakı danışıqlar aparılması müəyyən olunmuşdur: Famil: Yazmaq istəyirsən: Tünzalə: Məhlə, sən mənə dedin ki, məhlə verəcəm, dedin uje o pul qurtarıbdı, pulu götürmüşük, sənə məhlə verəcəm, məhlə. Heç olmasa məhləni verərdi, məhləni düz-qoş edərdin. Famil: Nə məhlə xanım? Tünzalə: Sən demədin o məhlə pulun yerinə. Yaxşı Famil müəllim, qardaşım çatdı, danışammıram. Fazil: Salam meleykim, Famil: Salam meleykim qardaş. Fazil: Mənim adım Fazildi, siz harda işləyirsiniz? Famil: Mən işləmirəm, mən «Omon»çuların işinə kömək edirəm. Fazil: Hə kömək edirsinz, lap yaxşı. Bəs nətər olur ki, gəlib dovernost alırsın, bircə dəqiqə qulaq asın. Sözümü kəsməyin. Burdan sizə sənəd verir, siz ondan sonra yoxa çıxırsız, bir dənə ağ kağız göndərirsiz, buna qol çək. Famil: Siz kimsiz, bir dənə bağışlayın. Fazil: Qardaşı Fazil. Tünzalə: Mənim qardaşımdı Famil müəllim. Famil: Lap yaxşı. Fazil: O boyda pulu çıxarmısız. Famil: Qulaq as, mən heç kimə şeyləməmişəm, birincisi mən həmişə hamıynan ünsiyyətdəyəm. O vaxt pensiyalar qaldırılanda, kim ki, bizim bütün şəhid ailələrinin pensiyaları... «WhatsApp Video 2022-01-07 at 10.19.31» adlı fayla baxış keçirilərkən həmin faylın 15.2 Mb həcmli olması, görüntünün 01 dəqiqə 37 saniyə davam etməsi müəyyən olunmuş, həmin görüntülərdə hər-hansı bir şəxsin üzü görünməsə də telefon vasitəsilə aşağıdakı danışıqlar aparılması müəyyən olunmuşdur: Famil: İşi düzəlmədi, elə əvvəlki kimi Tünzalə:Famil müəllim, bəs mən o puldan almadım, mənə yolladığın, o Saratovkadan olan Zirəddinlə 400 manat yolladın, ağ kağız da yolladın ki, qol çəkməyə. Bəs sən o puldan mənə vermədin. Sonra da mənə dedin sənə məhlə, məhlə verəcəm. Dedin ki, burdan sən ondan mənə 3.000 göndərdin. Famil: Hə göndərdim, hə. Yox, indi, burda, indi o, burda nə problem var? Tünzalə: 32.000 manat çıxartmısan. 32.000 nə qədər pul çıxarmısan, onun quyruğu da var. Mənə (qolum qırıldı), mən xahiş elədim ki, pula ehtiyacım var. Sən mənə dedin ki, məhlə yazdırmışam sənə Tünzalə xanım, burdan məhlə verəcəm. Famil: O, qulaq asginən, o, o vaxtı, onu kim yazmaya da bilərdi, o vaxtı oraynan o vaxtkı işçilər, o vaxtıydı da, uje sistemdə hamsı şey oldu. Tünzalə: Asəf gəlmişdiye, bizi tanışdırdı. Famil: O vaxtı kim nə istəyirdi, lijbi qaldırsın. Qaldırsın o mənada, hamı dedi ki, o ölmüş şeydi, o nə yazılıbsa yazılıb. Tünzalə: Famil müəllim, ölmüş puldu deyəndə, o, mənim öz şəxsi pulum idi. Hə eşidirəm. Famil: Qulaq asda bir dənə. O vaxtı, indi, onlar həmin günü yazdıra bilərdilər, söhbət ondan getmir. Tünzalə: Famil müəllim sən öz adına.. «WhatsApp Video 2022-01-07 at 10.19.32 (1)» adlı fayla baxış keçirilərkən həmin faylın 31.2 Mb həcmli olması, görüntünün 01 dəqiqə 37 saniyə davam etməsi müəyyən olunmuş, həmin görüntülərdə hər-hansı bir şəxsin üzü görünməsə də telefon vasitəsilə aşağıdakı danışıqlar aparılması müəyyən olunmuşdur: Fazil: O boyda pulu çıxarmısız. Famil: Qulaq asginən, heç yerə mən şeyləməmişəm. Birincisi mən hamıynan ünsiyyətdəyəm. O vaxtı pensiyalar qaldırılanda kim ki, bizim bütün şəhid ailələrinin pensiyasını o nətər lazımdı, özləriynən razılaşdırılıb qaldırılırdı. Kiminki qaldırılmadı, indiyə kimi qaldı belə. O vaxtı onlar o vaxtı dedilər ki, belə şey var. Bakıda olarlar, o dedi ki, təki elə qalxsın. Dedim ki, orda mənzil var, sizə də verəcəklər, yazırlar, götürürlər. Gədəbəy uşaqlarından bilirsən nə qədər uşaq var orda. Olar dedi ki, bizdə də Mehmanın yoldaşı belə-helə. Obşim nəsə, Mehmanın yoldaşı gəldi bura, belə bir şey var, qaldırılır. Qaldırandan sonra bunlar deyir ki, biz yazırıq götürürük, gələcəklər bular qohumuynan Fazil: Onu yazdı kim götürdü. Famil: Qulaq asginən, bir də dinlə də məni, başqa adam deyilki. Fazil: Bilirəm, başa düşürəm, onu yazdı deyirsin. «WhatsApp Video 2022-01-07 at 10.19.32 (2)» adlı fayla baxış keçirilərkən həmin faylın 15.2 Mb həcmli olması, görüntünün 01 dəqiqə 37 saniyə davam etməsi müəyyən olunmuş, həmin görüntülərdə hər-hansı bir şəxsin üzü görünməsə də telefon vasitəsilə aşağıdakı danışıqlar aparılması müəyyən olunmuşdur: Fazil: 3 gün ərzində 32.000 pul çatmasa, şəhidin qan pulunu sən nətər alıb yeyirsən, mən başa düşə bilmədim. Sən nağıl söylüyürsən mənə. Ay filankəs belə getdi, sənəti yazdım, nağardım, o sənin öz işindi, o sənin öz problemindi. Famikqulaq asda heç kimin pulu yeyilməyib. FazikMən dediyim söz sizə çatdımı, yoxsa yox? Mən onu bankdan çıxarmışam, sən onu çerez şeynən, sənəd çıxartdırmışam ona. Əlimdə fakt sənəd var. Mənim əlimdə sənəd var. Famil: Yaxşı. Fazil: O pulun hamısını çıxarmısan 3 gün ərzinə, 3 gün ərzinə. Camahata da deyirsən ki, sənə burda məhlə yeri vermişəm, məhlə yerim var, nə bilim nə. Famil: Mənim məhləm var? Mən özüm. Fazil: Bakıda a kişi, Bakıda demisən məhlə yerim var, nə bilim sənə sahə vermişəm, nağarmışam. Sən camahatın başına tor hörürsən. Yoxsa bu yerə göyə sığası deyil, başa düşmədim. Siz.. Mən dediyim söz sizə çatdımı? Famil: Yaxşı onda, yaxşı. Fazil: Pulunu 3 gün ərzinə çatdırın, 3 gün ərzinə camahatın pulunu çatdırın. Famil: Yaxşı. FazikEşitdizmi? Famil: Yaxşı, danışarıq, Fazil: Danışarıq yox, 3 gün ərzinə deyirəm camahatın pulu çatmalıdı, eşitdizmi? Famil: Deyirəm yaxşıda. Fazil: Bəs mən. Sənə day heç kim zəng etməyəcək. Onu mən deyirəm, mən Fazil bunu sizə deyirəm. Ki, sizə day heç kim zəng etməyəcək. 3 gün ərzinə pul çatmasa, sənnən mən başqa yerdə görüşəcəm. «WhatsApp Video 2022-01-07 at 10.19.32» adlı fayla baxış keçirilərkən həmin faylın 15.2 Mb həcmli olması, görüntünün 01 dəqiqə 37 saniyə davam etməsi müəyyən olunmuş, həmin görüntülərdə hər-hansı bir şəxsin üzü görünməsə də telefon vasitəsilə aşağıdakı danışıqlar aparılması müəyyən olunmuşdur: Fazil: 3 gün ərzinə 32.000 pul çatmasa, şəhidin qan pulunu sən nətər alıb yeyirsən, mən başa düşə bilmədim. Sən nağıl söylüyürsən mənə. Ay filankəs belə getdi, sənəti yazdım, nağardım, o sənin öz işindi, o sənin öz problemindi. Famikqulaq asda heç kimin pulu yeyilməyib. FazikMən dediyim söz sizə çatdımı, yoxsa yox? Mən onu bankdan çıxarmışam, sən onu çerez şeynən, sənəd çıxartdırmışam ona. Əlimdə fakt sənəd var. Mənim əlimdə sənəd var. Famil: Yaxşı. Fazil: O pulun hamısını çıxarmısan 3 gün ərzinə, 3 gün ərzinə. Camahata da deyirsən ki, sənə burda məhlə yeri vermişəm, məhlə yerim var, nə bilim nə. Famil: Mənim məhləm var? Mən özüm. Fazil: Bakıda a kişi, Bakıda demisən məhlə yerim var, nə bilim sənə sahə vermişəm, nağarmışam. Sən camahatın başına tor hörürsən. Yoxsa bu yerə göyə sığası deyil, başa düşmədim. Siz.. Mən dediyim söz sizə çatdımı? Famil: Yaxşı onda, yaxşı. Fazil: Pulunu 3 gün ərzinə çatdırın, 3 gün ərzinə camahatın pulunu çatdırın. "xxxx" ASC-dən əldə edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 416974******5879 nömrəli pensiya kartından 23 sentyabr 2014-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx"ın filialından 30.585 (otuz min beş yüz səksən beş) manat pul çıxarılmışdır. 27 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. 14 oktyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Ceyhun Mircavadlı tərəfindən icraata qəbul edilmişdir. 18 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 19 dekabr 2022-ci il tarixi sübutların qiymətləndirilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ələ keçirdiyi 30.585 manatdan 3400 manatı Zərərçəkmiş şəxs qaytarması Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi kimi məsuliyyəti yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. 20 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 30000 manat maddi zərərin və bu müddət ərzində təqsirləndirilən şəxsin verdiyi uzun müddətli sarsıntıya görə 10000 manat məbləğində mənəvi zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətməməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin cinayətlərin təsnifatına görə az ağır cinayətlərə aid olduğundan hesab edir ki, həmin ittiham üzrə cəlbetmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırki işdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə arasında yaranmış etibarlı münasibətlərdən sui istifadə edərək onun adından öz adına bank əməliyyatlarının həyata keçirilməsi üçün etibarnamə almağa nail olmuş və 23 sentyabr 2014-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 416974******5879 nömrəli pensiya kartından ünvan 4 ünvanında yerləşən "xxxx"ın filialından 30585,00 manat pul çıxarmışdır. Beləliklə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətdiyi vaxtdan doqquz ildən artıq müddət keçmişdir. Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə), 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən məhkəmə hesab edir ki, hazırkı halda Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə münasibətdə Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsi tətbiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsində 30.000 (otuz min) manat məbləğində maddi ziyanın, həmçinin 10.000 (on min) manat məbləğində mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə araşdırılması zamanı Zərərçəkmiş şəxs ümumilikdə 30.000 manat məbləğində ziyan vurulduğunu, vurulmuş ziyanın 3400 manatının Zərərçəkmiş şəxs ödənildiyi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 26.600 (iyirmi altı min altı yüz) manat, mənəvi zərərə görə 1.000 (bir min) manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Beləliklə, məhkəmə mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 26.600 (iyirmi altı min altı yüz) manat, mənəvi zərərə görə 1.000 (bir min) manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Mülki iddia qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 26600 (iyirmi altı min altı yüz) manat, mənəvi zərərə görə 1000 (bir min) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-93/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-93/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver