Məhkəmə qərarları › İş №1(009)-93/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-93/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-93/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-219/2021 saylı, 02 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2500 (iki min beş yüz) manat cərimə cəzasının ödənilməmiş hissəsi yəni, 1051 (min əlli bir) manatı, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 yanvar 2025-ci il tarixdə saat 12.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid4 istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 iyun 2024-cü il tarixdə saat 20:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 4erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış və həmin gün saat 21:50-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 15,66 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 iyun 2024-cü il tarixdə yaşadığı mənzilə Fuad adlı tanışı əlində torba ilə gəlmişdir. Həmin torbada narkotik vasitə olduğunu bilməmişdir. Sonra Fuad mənzildən çıxmış, ondan sonra polislər evə gəlmiş və axtarış keçirməyə başlamışlar. Fuad polis əməkdaşlarına hər şeyin onluq olduğunu, onun xəbərinin olmadığını demişdir. Lakin əməliyyatçılar tapılmış narkotik vasitənin 15 qramını öz istifadəsi üçün götürdüyünü deməsini, ifadəni imzalamasını, 15 qram üçün tutulmayacağını demiş, qəbul etmədikdə döyərək məcburi imzalatmışlar. Həmçinin videoçəkiliş zamanı əvvəlcədən üzərinə narkotik vasitə qoymuşlar və necə danışacağını izah etmişlər. Halbuki əməliyyatçılar evindən idarəyə aparmışlar və bu zaman üzərində və ya istifadəsində heç bir narkotik vasitə olmamışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Orxanla dostu vasitəsilə tanış olmuşdur. Həmin narkotik vasitələr özünə məxsus olmuş və Orxanın evinə getmişdir. Orxan narkotik vasitə istifadə etdiyi üçün gətirdiyi qurudulmuş marixuanadan götürmüşdür. Biraz sonra evdən çıxdıqdan sonra polis əməkdaşları evə gəlmiş və əməliyyat keçirmişdir. İdarəyə aparılaraq üzərində axtarış keçirilmiş və ifadəsi alınmışdır. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, idarəyə Şahid4 və Təqsirləndirilən şəxs narkotik dövriyyəsi ilə məşğul olmaları ilə bağlı məlumat daxil olmuşdur. Bu səbəbdən 26 iyun 2024-cü il tarixdə ünvan 2 ünvanına əməliyyat qrupu vasitəsilə getmiş və evə, daha sonra üzərinə baxış keçirilərkən narkotik vasitə-qurudulmuş marixuana aşkar edilmişdir. İdarədə həmin şəxslərin ifadələri alınarkən Fuad demişdir ki, narkotik vasitəni Xocasən qəsəbəsindən Orxanla birlikdə götürüb evə gətirmişlər. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq göstərilməmiş, döyülmə olmamışdır. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 və Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan evə baxış keçirilməsi və götürməyə dair diskdəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:30-da ünvan 2 ünvanına baxış keçirilir. Şahid4 və Təqsirləndirilən şəxs kütləni həmin ünvanda saxladıqlarını deyirlər. Divanın üzərində 03 ədəd qara rəngli torba təqdim edilir. Həmin torbalardan ümumilikdə 07 ədəd bağlama çıxır. Şahid4 həmin kütlənin narkotik vasitəqurudulmuş marixuana olduğunu, 2 gün əvvəl Xocəsən ərazisindən İran İslam Respublikasının vətəndaşı olan “Baloğlan” adlı şəxsdən alaraq Təqsirləndirilən şəxs ilə birlikdə götürərək taksi ilə gətirdiklərini, Orxanın bu zaman narkotik vasitə götürdüklərini bilmədiyini, sonradan bildiyini və bu zaman həmin narkotikdən birazını öz şəxsi istehlakı üçün götürdüyünü, etiraf edir. Təqsirləndirilən şəxs izahatı təsdiqləyərək əvvəl narkotik vasitə götürdüklərini bilmədiyini, bilən zaman evdə sadəcə bir gecə saxlaya biləcəyini, üzərində aşkar olunan narkotik vasitəni həmin kütlədən istehlak etmək məqsədilə götürdüyünü etiraf edir. Daha sonra bükümlər zərfə qoyularaq qablaşdırılır. Cinayət işində olan digər videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olmuş qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bükümdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün Şahid4 əldə etdiyini bildirir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 3-16-16-2-7/1050 saylı, 27 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində “Şahid4 təqdim etdiyi ..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 19,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi ..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 15,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş ağ kağız üzərində "Təqsirləndirilən şəxs, Şahid4... təqdim etdiyi ..." yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 04 (dörd ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 980 qram; 995 qram; 985 qram; 575 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş qara rəngli polietilen bağlamadakı 03 (üç) ədəd qara rəngl polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1010 qram; 995 qram; 980 qram olar bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusta üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, qurudulmuş marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:00dan etibarən şübhəli şəxs qismində tutulmuşdur. 27 iyun 2024-cü il tarixli qərarla Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. 28 iyun 2024-cü il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 28 iyun 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Şahid4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6539,11 qram olan narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 15,66 qram olmaqla ümumilikdə təmiz çəkisi 6554,77 qram narkotik vasitə qurudulmuş mariuxuana maddi sübut kimi tanınmışdır. 28 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Səbail Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Sabir Abdullayevin 28 iyun 2024cü il tarixli vəsatəti təmin edilməmişdir. 28 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 05 sentyabr 2024-cü il tarixli qərarla icraatda olan ********* saylı cinayət işindən iş üzrə təqsirləndirilən Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə icraata ayrıca ********* nömrəli yeni cinayət işi ayrılmış və ibtidai istintaqın aparılması üçün icraata götürülmüşdür. 22 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 15,66 qram narkotik vasitə-qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonrakı qalıq 14,66 qram qurudulmuş marixuana saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə nəzərə alınmışdır. Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6173 №-li ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin xx.xx.2024-cü il tarixdən alkoqoldan sui-istifadə etməsi ilə əlaqədar Bakı Narkoloji Mərkəzində dispanser qeydiyyatındadır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 iyul 2024cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-219/2021 saylı, 02 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2500 manat cərimə cəzasının ödənilməmiş hissəsi yəni, 1051 (min əlli bir) manatı, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin 1(009)- 219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və təyin olunmuş cərimə cəzasının ödənilməmiş qalan 1051 manat hissəsi Səbail rayon məhkəməsinin 7(009)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Məhkum O. Abdinov xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Məhkum O. Abdinov xx.xx.2025-ci il tarixə cəzasının 03 ay 06 gününü çəkmiş, çəkilməmiş hissəsi 02 ay 24 gün təşkil edir. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 1 uşağı var: xx.xx.2018-ci il təvəllüdlü X6. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsini, yəni satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımaması iş materiallarında olan sənədlər, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-219/2021 saylı, 02 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2500 manat cərimə cəzasının ödənilməmiş hissəsi yəni, 1051 (min əlli bir) manatı, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasınının 03 (üç) ay 06 (altı) gününü çəkmiş, 02 (iki) ay 24 (iyirmi dörd) gün hissəsi qalmışdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini 26 iyun 2024-cü il tarixdə, yəni barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü çıxdıqdan sonra törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2500 (iki min beş yüz) manat cərimə cəzasının ödənilməmiş hissəsinin əvəz edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) ay 24 (iyirmi dörd) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,66 qram olan (ilkin təmiz çəki 15,66 qram) kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 3-16-16-2-7/1050 saylı, 27 iyun 2024-cü il tarixli ekspert rəyi hazırki iş üzrə Təqsirləndirilən şəxs və digər ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid4 münasibətdə verilmiş və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat təşkil edir. AR CPM-nin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. AR CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının xərci müştərək qaydada tutularaq, 39 (otuz doqquz) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2500 (iki min beş yüz) manat cərimə cəzasının ödənilməmiş hissəsinin əvəz edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) ay 24 (iyirmi dörd) gün hissəsi hazırda təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 26 iyun 2024-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,66 qram olan (ilkin təmiz çəki 15,66 qram) kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş 3-16-16-2-7/1050 saylı, 27 iyun 2024-cü il tarixli məhkəmə ekspertizası tədqiqatının xərcinin 39 (otuz doqquz) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar