Məhkəmə qərarları › İş №1(009)-94/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-94/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-94/2022 07.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Sabirabad rayonu, Çiçəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs istifadə etdiyi özünə məxsus sensor ekran “İOS 12.4.92” əməliyyat sistemi ilə təchiz olunmuş “İPhone 6” markalı “A1586” modelli mobil telefonla yaşadığı Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 20 A nömrəli ünvanda internet qlobal şəbəkəsindən istifadə etməklə +994 55 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi “Telegram” proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq 2021-ci ilin iyul ayında orada “NN|QəhbəHub” adlı kanal yaradıb həmin səhifəyə məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyəta keçirilməsi prosesləri göstərilən videogörüntülər və fotoşəkillər daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədi ilə “Telegram” sosial şəbəkəsində “NN|QəhbəHub” adlı kanalda 2021-ci ilin iyul ayından 2021-ci ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 16 000 nəfərdən çox daimi izləyicilərin istifadəsinə verərək reklam etməklə yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istifadə etdiyi özünə məxsus sensor ekran “İOS 12.4.92” əməliyyat sistemi ilə təchiz olunmuş “İPhone 6” markalı “A1586" modelli mobil telefonla yaşadığı Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 20 A nömrəli ünvanda internet qlobal şəbəkəsindən istifadə etməklə +994 55 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi “Telegram” proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq 2021ci ilin sentyabr ayının sonlarında orada “NN|SexLandiya” adlı kanal yaradıb həmin səhifəyə məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyəta keçirilməsi prosesləri göstərilən videogörüntülər və fotoşəkillər daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədi ilə “Telegram” sosial şəbəkəsində “NN|SexLandiya”adlı kanalda 2021-ci ilin sentyabr ayının sonlarından 2021-ci ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 5 000 nəfərdən çox daimi izləyicilərin istifadəsinə verərək reklam etməklə təkrar yaymışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası heç bir yerdə işləmir, anası BakıFransız liseyində xadimə işləyir. 9-cu sinifə qədər orta məktəbdə oxumuşdur. Özünə məxsus “İphone 6” markalı mobil telefonla sosial şəbəkələrə daxil olmuşdur. Həmin telefonda ***-***-**-** nömrəsini istifadə etmişdir. Həmin telefonla “Whatsapp”, “Telegram”, “İnstagram” və digər sosial şəbəkələrə daxil olmuşdur. Təxminən 6 aya yaxındır ki, telegram sosial şəbəkəsinə daxil olmuşdur. Orada istifadəsində olan ***- ***-**-** nömrəsi ilə qeydiyyatdan keçmişdir. İstifadəçi adını isə “NNİBoSs” yazmışdır. İlk əvvəl telegrama sadəcə xəbərlərə baxmaq üçün daxil olmuşdur. Telegrama daxil olduqdan sonra orda olan “18+” kanallarda izləyici sayı çox olduğunu gördüyündən o da özünə belə bir kanal açmaq istəmişdir. Təxminən 2021 -ci ilin iyul ayında birinci dəfə “NN|QəhbəHub” adlı telegram kanalı açmışdır. Qeyd Telegramda kanal açmaq rahat olmuşdur. Bunun üçün heç bir ödəniş tələb edilməmişdir. Həmin kanala izləyici yığmaq üçün internetdən və digər telegram kanallarından telefonuna yüklədiyi porno videoları paylaşmışdır. Kanallarda paylaşdığı foto və video materialları hər bir şəxs görə bilmiş, yəni hər hansı məhdudiyyət və parol qoymamışdır. Pornoqrafik materiallara baxmaq üçün yaş məhdudiyyəti tələb olunmamışdır, səhifə mütəmadi olaraq onun tərəfindən idarə olunmuşdur. Qeyd olunan pornoqrafik məzmunlu materialları, yəni video və fotoşəkilləri o, əsasən xarici ölkələrə məxsus olan internet saytlarından yükləmişdir. Paylaşdığı pornoqrafik materialların içində qərb ölkələrinin, türk, rus, həmçinin azəri seks videoları olmuşdur. Həmin zaman telegram kanalını hamı üçün açıq etmiş ki, istənilən şəxs daxil olub videolara baxa bilsin. Lakin bir neçə saatdan sonra həmin şəxs kanala qoşulmasa avtomatik olaraq kanaldan çıxarılmışdır. O bu formada kanalda xeyli sayda porna videolar və şəkillər paylaşmıdır. 2021 -ci ilin sentyabr ayının sonlarında isə “NN|SexLandiya” adlı daha bir kanal da açaraq orda da porno video və şəkillər paylaşmışdır. Hazırda “NN|QəhbəHub” adlı telegram kanalda 16 000-dən çox izləyicisi, “NN|SexLandiya” adlı kanalda isə 5 000 dən çox izləyicisi vardır. Kanalda izləyici yığdıqdan sonra orada reklam edərək gəlir də qazanmışdır. Belə ki, kanallarda “MostBet”, “1xbet” və digər idman mərc oyunun reklamını paylaşmışdır. Bunun müqabilində onun atasına məxsus 5167-5111- 0349-7495 nömrəli beynəlxalaq banka məxsus karta ayda 200 manat ödəniş göndərilmişdir. Ümumilikdə 1000-1500 manat arası gəlir əldə etmişdir. Bu barədə telegramda tanımadığı şəxslə razılaşmışdır. Əksər telegram kanalları da bu üsulla gəlir əldə etmişlər. Hər iki kanalda ondan başqa heç kim adminlik etməmişdir. Hər iki kanalda ümumilikdə təxminən 300-400 pornoqrafik xarakterli video eləcə də şəkilər paylaşmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, gənc olmasını, cinayəti törədən zaman yetkinlik yaşına çatmamasını və əməlini etiraf etməsini nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. “Məhkəmə-sənətşünaslıq” ekspertizasının 02 dekabr 2021 -ci il tarixli 11/456 nömrəli rəyindən görünür ki, Təqdim edilmiş diskdə olan “Telegram” mobil tətbiqində açılmış “NN SexLandiya” və “NN QəhbəHub” adlı kanallardan götürülmüş ekran görüntülərində pronoqrafik xarakterli şəkillər və videolar mövcuddur. Təqdim edilmiş diskdə olan “Telegram” mobil tətbiqində açılmış “NN SexLandiya” və “NN QəhbəHub” adlı kanallardan götürülmüş ekran görüntülərindəki şəkillər və videogörüntülər pronoqrafik xaraketrlidir. “Məhkəmə kompyuter-texniki” ekspertizasının 02 mart 2022-ci il tarixli 5/181 nömrəli rəyindən görünür ki, təqdim olunmuş bir ədəd sensor ekran və “İOS 12.4.9” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 6” markalı “A1586” modelli “**********82239” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “İphone 6” markalı “A1586” modelli smartfonun “Menyu” hissəsinə baxış keçirilən zaman həmin smartfonun yaddaşında “+994 55 863 51 09” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Telegram” proqram təminatı və həmin proqram təminatında mövcud olan “NN|SexLandiya” və “NN|QəhbəHub” adlı kanallar müəyyən olundu. Təqdim edilmiş “İphone 6” markalı “A1586” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “+994 55 863 51 09” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Telegram” proqram təminatında mövcud olan “NN|SexLandiya” və “NN|QəhbəHub” adlı kanallarda istifadəçinin “admin” funksiyasının, yəni kanal üzərində bütün idarəetmə (foto, video faylları paylaşma, yeni üzvlər əlavə etmə, silmə, kanala tipinin dəyişdirilməsi (gizli və ya genel-görünüən) və sairə kimi əməliyyatların həyata keçirilməsi texniki cəhətdən mümkündür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 03 dekabr 2021 -ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi və içərisində sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar olan “İphone 6” markalı mobil telefonu könüllü olaraq araşdırmaya təqdim etdiyindən telefon götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, “İphone 6” markalı mobil telefon ağ rəgli işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Telefon aparatında ***-***-**-** nömrəsini istifadə edilməsi, həmçinin “Whatsapp”, “Telegram”, “İnstagram” və digər sosial şəbəkələr proqramları olması müəyyən edilmişdir. “Telegram” mobil tətbiqinə daxil olan zaman orada Təqsirləndirilən şəxs istifadəçi adını isə “NN|BoSs” olması, ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Telegramda “NN|SexLandiya” və “NN|QəhbəHub” adlı kanalların olması müəyyən edilmişdir. “NN|SexLandiya” adlı kanala daxil olan zaman kanalın 5.000 nəfərdən çox abunəçisi olduğu, kanalın idarə edən isə “BoSs” profilinin sahibi yəni Təqsirləndirilən şəxs olması müyyən edilmişdir. “NN|SexLandiya” adlı kanalda müxtəlif vaxtlarda xeyli sayda paylaşılmış pronoqrafik xarakterli videogörüntülər və fotoşəkillər olması müəyyən edilmişdir. Həmin fotoşəkillərdə və videogörüntülərdə çılpaq formada qadın şəkilləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyəta keçirilməsi prosesi göstərilmişdir. Həmçinin paylaşımların birində arıqlayıb kökəlmək istəyən şəxslərin əlaqə saxlamsı üçün elan qoyuduğu, həmin elanda isə ***-***-**-** saylı nömrənin olması müəyyən edilmişdir. “NN|QəhbəHub” adlı kanala daxil olan zaman kanalın 16.000 nəfərdən çox abunəçisi olduğu, kanalın idarə edən isə “BoSs” profilinin sahibi yəni Təqsirləndirilən şəxs olması müyyən edilmişdir. “NN|QəhbəHub” adlı kanalda müxtəlif vaxtlarda xeyli sayda paylaşılmış pronoqrafik xarakterli videogörüntülər və fotoşəkillər olması müəyyən edilmişdir. Həmin fotoşəkillərdə və videogörüntülərdə çılpaq formada qadın şəkilləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyəta keçirilməsi prosesi göstərilmişdir. Baxış zamanı “NN|SexLandiya” və “NN|QəhbəHub” adlı kanallardan 04 ədəd videogörüntü və 07 ədəd fotoşəkili texniki vasitələrdən istifadə etməklə 01 ədəd CD diskə yüklənmişdir. Həmin disk bir ədəd kağız zərfdə qablaşdırılmış və üzəri DİN-in 06 nömrəli möhrü ilə möhürlənmişdir. CD disk protokola əlavə edilmişdir. Telefona baxış zamanı ekran görüntüləri (screen shot) götürülərək protokola əlavə edilmişdir. “NN|SexLandiya” və “NN|QəhbəHub” adlı kanallardan 04 ədəd videogörüntü və 07 ədəd fotoşəkili texniki vasitələrdən istifadə etməklə 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin CD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd “İphone 6” markalı mobil telefon aparatı öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında” 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, X5 tərəfindən təqdim edilmiş özünə məxsus Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş ******************** nömrəli kart hesabında 01 vərəqdə olan çıxarışa baxış keçirilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş həmin çıxarışda X4 məxsus ******************** nömrəli kart ilə xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixdək olan əməliyyatlar göstərilmişdir. Həmin müddət ərzində karta 3.725,07 manat pul mədaxil edilmiş, 3.834,9 manat məxaric edilmişdir. Həmin müddət ərzində karta müxtəlif tarixlərdə 110, 248, 148, 497, 132, 199, 248 və sair məbləğlər mədaxil edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd edilən kartın atasının pensiya kartı olduğunu və hər ay göndərilən 110 manat pulun pensiya ödənişi olduğunu, qalan məbləğlərin isə ona göndərilən pullar olduğunu bildirmişdir. Baxışda iştirak edən Natiq Nəcəfov həmin kartın özünə məxsus pensiya kartı olduğunu, aylıq 110 manat təqaüd aldığını, kartın həmişə evdə olduğunu, pensiyasını isə oğlu Təqsirləndirilən şəxs çıxartdığını, karta göndərilən digər pullardan xəbərinin olmadığını bildirmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən, cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, cinayəti törədən zaman yetkinlik yaşına çatmaması və gənc olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd İphone 6 markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılmasını əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. iş üzrə maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd İphone 6 markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 126 (yüz iyirmi altı) manat pul tutulub, 3 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar