Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-94/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olan və ünvan 1 ünvansız fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 fevral 2023-cü il tarixdə saat 11.45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmiş, habelə qanunsuz olaraq döyüş sursatını əldə edib üzərində saxlamaqla gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 01 ədəd döyüş sursatı olan F-1 əl qumbarasının gövdəsi, 01 ədəd “UZRQM” tipli partlayıcısı olmaqla F-l, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı kimi də istifadə edilə bilən, zavod üsulu ilə istehsal olunmuş tamlığı pozulmadığına görə istifadəyə yararlı döyüş sursatlarını əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçağı olan, istifadəyə yararlı soyuq silahı əldə edib üzərində gəzdirmiş, Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 oktyabr 2022-ci il tarixdə, saat 14:15 radələrində ünvan 2 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Polis bölməsinə dəvət edilib üzərində şəxsi axtarış aparılarkən üzərində olan 01 ədəd göy rəngli sellofan paketdən 01 ədəd döyüş sursatı olan F-l əl qumbarasının gövdəsi, 01 ədəd “UZRQM” tipli partlayıcısı olmaqla F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı kimi də istifadə edilə bilən, zavod üsulu ilə istehsal olunmuş tamlığı pozulmadığına görə istifadəyə yararlı döyüş sursatları və 01 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan istifadəyə yararlı soyuq silah hesab edilən ümumi təyinatı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ildə yaşadığı Masallı rayon Vələş kəndində Viləşçayın kənarında balıq tutarkən çayın içərisindən tapdığı 01 ədəd əl qumbarası, 01 ədəd əl qumbarasının alışdırıcısı və 01 ədəd bıçağı gətirib yaşadığı evin həyətyanı sahəsində qazaraq yerə basdırmışdır. 2011-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş və Vladivastok şəhərində dava-dalaş etdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra qeydiyyatda olduğu Masallı rayon Vələş kəndinə qayıdaraq ailə həyatı qurmuşdur və himayəsində iki azyaşlı övladı vardır. Ailəsini dolandırmaq üçün Bakı şəhərinə gəlib Səbail rayonunda kirayədə yaşayaraq yeni inşa olunan çoxmənzilli binalarda fəhlə kimi işləyərək ailəsini dolandırır. X3 sonra torpaq altında qalan minalar və ya sair partlayıcı maddələrlə bağlı verilmiş məlumatlar zamanı qeydiyyatda olduğu ünvanın həyətyanı sahəsində basdırmağı həmin əşyalar yadına düşdüyündən onları çıxarıb oradan uzaqlaşdırmaq fikrinə düşmüşdür. Həmin əşyaları basdırdığı yerdən çıxardıb göy rəngli sellofan paketə qoyaraq Bakı şəhərinə gətirmiş və bu barədə təsadüfən tanış olduğu, Masallı rayonundan olan Qadir adlı şəxsə demiş, o da həmin əşyaları gətirib polisə təqdim etməsini söyləmişdir. Həmin əşyaları polisə aparıb vermək niyyəti olmuşdur. 30 oktyabr 2022ci ildə içərisində 01 ədəd əl qumbarasının gövdəsi, 01 ədəd ə l qumbarasının alışdırıcısı və 01 ədəd bıçaq olan göy rəngli sellofan paketlə Səbail rayonunda olan 8-ci Polis Bölməsinə gətirib vermək istəyərkən və Qadiri gözləyərkən üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət etmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı içərisində 01 ədəd əl qumbarasının gövdəsi, 01 ədəd əl qumbarasının alışqanı və 01 ədəd soyub silah hesab edilən bıçaq olan göy rəngli sellofan paketi onlara təqdim etmişdir. Üzərindən aşkar olunan əşyalar zərfə qoyulmaqla qablaşdırılmışdır. Partlayıcı maddəni və bıçağı polisə təhvil vermək istədiyini və himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə almasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Masall rayon sakini olan Cavid adlı şəxsdə qumbara və soyuq silah olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə yaradılmış əməliyyat qrupunun tərkibində 30 oktyabr 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid2lə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində Masallı rayon Viləş kənd sakini Təqsirləndirilən şəxs Səbail rayonu ərazsində saxlanılanaraq 39-cu Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə xidməti otaqda videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs 01 ədəd göy rəngli sellofan paketdən 01 ədəd beşbarmaq dəstəyi olan bıçaq, 01 ədəd əl qumbarası və 01 ədəd əl qumbarasının alışdırıcısı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin paketdə daşıdığı 01 ədəd əl qumbarası, 01 ədəd əl qumbarasının alışqanı və 01 ədəd bıçağı bir neçə il əvvəl yaşadığı kənddə olan Viləş çaydan taparaq aparıb öz evinin həyətində gizlətmiş, yaşadığı ünvanda söküntü işləri aparıldığından onları basdırdığı yerdən çıxardaraq Bakı şəhərinə gətirmişdir. Aşkar edilərək götürülmüş 01 ədəd əl qumbarası, 01 ədəd əl qumbarasının alışqanı və 01 ədəd bıçağı kağız zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin 39-cu Polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosessual hərəkəti əks etdirən DVD diskdəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindəki «Honor» markalı mobil telefonu və içərisində 01 ədəd əl qumbarasının gövdəsi, 01 ədəd əl qumbarasının alışqanı və 01 ədəd soyub silah hesab edilən bıçaq olan göy rəngli sellofan paketi aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirlyinin Kriminalistik Tədqiqatlar İdarəsinin ballistik ekspertizasının 31 oktyabr 2022-ci il tarixli 22/676R №-li rəyində aşağıdakılar göstərilmişdir:
1. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya «UZRQM» tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 01 ədəd əl qumbarasını həmin 01 ədəd «UZRQM» tipli partlayıcı ilə komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır. MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. Daxili İşlər Nazirlyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 31 oktyabr 2022-ci il tarixli 22/1099a №-li tədqiqat haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bıçağın tiyəsi zavod, dəstəyi isə kustar üsulu ilə hazırlanmış ümumi təyinatlı ov bıçağıdır və kəsici-deşici xassəli soyuq silahdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməballistik 17 noyabr 2022-ci il tarixli, 3/1580 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. 30 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:15-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 01 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 01 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 01 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 03 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd döyüş sursatı olan F-1 tipli əl qumbarasının gövdəsi, bir ədəd “UZRQM” tipli partlayıcı və bir ədəd soyuq silah hesab edilən ov bıçağı maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. 03 dekabr 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələrinə tövsif edilmişdir. 05 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham elan edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs - X5 Rayon Məhkəməsinin xx.xx.2011-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 30.3, 228.1.2 “B” 30.3, 228.1.1 maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - xx.xx.2017-ci il tarixdə Masallı RPŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin başlanması CPM-nin 39.1.11-ci maddəsinə əsasən rədd edilib. Masallı Rayon İcra Hakimiyyəti Viləş kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X4 iki azyaşlı uşağı var – xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd döyüş sursatı olan F-1 tipli əl qumbarasının gövdəsi və bir ədəd “UZRQM” tipli partlayıcı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azəraycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd döyüş sursatı olan F-1 tipli əl qumbarasının gövdəsi və bir ədəd “UZRQM” tipli partlayıcı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova