Məhkəmə qərarları › İş №1(009)-94/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-94/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-94/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2001-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu 20-ci sahə ünvan 1 ünvanda yaşayan, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə saat 21:11 radələrində idarə etdiyi “Khazar” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi ilə Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Zərərçəkmiş şəxs yolu soldan sağa keçdiyini görüb, hərəkət üçün təhlükə yarandığını anlayıb, hadisənin qarşısını almağa texniki imkanı olsada “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, avtomobilin ön hissəsi ilə sonuncunu vuraraq, qarının küt travması, qaraciyərin, nazik bağırsaq və yoğun bağırsaq müsariqələrinin yaralanması, sidik kisəsinin cırılması, qarın boşluğunda çoxlu daxili qanaxma, nazik bağırsağın nekrozu, peritonarxası nahiyyənin hematoması, müştərək travma, qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, alının cırılmış yarası, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınığı, komatoz hal ilə müşayiət olunan qarının qapalı küt travması; sağ baldır sümüklərinin (qamış və incik) yuxarı 1/3-nin qapalı sınıqları; sağ qaşüstü nahiyənin əzilmiş yarası; alın nahiyəsinin sağ yarısının, burunüstü nahiyənin, sağ dirsək oynağı və sağ mil-bilək oynağı nahiyələrinin, sağ əlin arxa səthlərinin sıyrıqları; sağ bazu və sağ dirsək oynağı nahiyələrinin yumşaq toxumaların şişkinliyi və qançırı xəsarətləri kimi ölümlə birbaşa səbəbli əlaqəli, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli biləməyərək məhkəmədə ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 ildirki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə yaşadığı məhəllənin sakini kimi tanımış və normal münasibətləri olmuşdur. Tanışı Şahid2 söhbət əsnasında ona Bərdə rayonunda yaşayan Şahid1 “Khazar” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə vermək təklif etmişdir. O, da Əlişə həmin avtomobili Bakı şəhərinə gətirib, ona təhvil verməsini avtomaşına gündəlik 25 manata müştəri tapacağını bildirmişdir. 2023-cü ilin avqust ayının ortalarında Əliş Şahid1 avtomobili Xırdalan şəhərində olduğunu demiş və ondan maşını oradan götürüb müştəri tapmasını xahiş etmişdir. O, həmin gün Xırdalan şəhəri, BDYPİ-nin Ekoloji Nəzarət postu yaxınlığında deyilən yerdən avtomaşını və açarını saz vəziyyətdə götürüb, yaşadığı ünvana gətirmişdir. xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs onun avtomaşını icarəyə verdiyindən xəbər tutub, onunla görüşmüş və həmin avtomaşını günlük 25 manata icarəyə götürmək istədiyini və sürücülük vəsiqəsinin şəklini ona göstərmişdir. Onlar şifahi razılaşdıqdan sonra o, etibarnamə olmadan Şahid1 məxsus “Khazar” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə əsasında günlük 25 manata Təqsirləndirilən şəxs təhvil vermişdir. Onların razılaşmasına görə o, xx.xx.2023-cü il tarixdə günorta vaxtı Yasinin vasitəsi ilə Əlibala Musayaevə etibarnamə verməli idi. Lakin, onun və Əlibalanın işləri olduğundan həmin gün etibarnaməni Əlibalaya verə bilməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs ona zəng edib, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesində sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs idarə etdiyi “Khazar” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobil ilə vurduğunu və Zərərçəkmiş şəxs xəstəxanaya yola saldığını bildirmişdir. Bundan sonra o, Sabunçu 3 saylı xəstəxanaya getmiş və orada olan Təqsirləndirilən şəxslə və xəstə Zərərçəkmiş şəxs yaxınları ilə görüşmüşdür. 02 oktyabr 2023-cü il tarixdə saat 06 radələrində onlara məlum olmuşdurki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 01 oktyabr 2023-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokolundan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 01 oktyabr 2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 2/36403 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başanılmış və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli 59 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X10 məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 16 oktyabr 2023-cü il tarixdə verdiyi 59 saylı rəyindən görünür ki: 1.Mərhum Zərərçəkmiş şəxs adma “X11”nin X10in tərtib etdiyi C3703 xəstəlik tarixinin əslində qeyd olunanlardan görünür ki, o, xx.xx.2023-cü il tarixdə həmin xəstəxanaya ağır vəziyyətdə gətirilmiş, aparılmış cərrahi və reanimasion tədbirlərə baxmayaraq xx.xx.2023-cü il tarixində saat 05:30 radələrində bioloji ölüm baş vermişdir. Son klinik diaqnoz: Qarının küt travması. Qaraciyərin, nazik bağırsaq və yoğun bağırsaq müsariqələrinin yaralanması, daxili qanaxma. Nazik bağırsağın nekrozu. Peritonarxası hematoma. Müştərək travma. Qapalı kəllə-beyin travması, baş beynin əzilməsi. Alının cırılmış yarası. Sağ baldır sümüklərinin qapalı yerdəyişən sınığı. Komatoz hal. Alkoqol sərxoşluğu. 2.Mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edildi: qarın boşluğuna çoxlu qanaxma (1,5 litr), eləcə də, qaraciyərin, nazik və yoğun bağırsaq müsariqələrinin, sidik kisəsinin cırılmaları, peritonarxası nahiyənin hematoması ilə müşayiət olunan qarının qapalı küt travması; sağ baldır sümüklərinin (qamış və incik) yuxarı 1/3-nin qapalı sınıqları; sağ qaşüstü nahiyənin əzilmiş yarası; alın nahiyəsinin sağ yarısının, burunüstü nahiyənin, sağ dirsək oynağı və sağ milbilək oynağı nahiyələrinin, sağ əlin arxa səthlərinin sıyrıqları; sağ bazu və sağ dirsək oynağı nahiyələrinin yumşaq toxumaların şişkinliyi və qançırı. 3.Qeyd olunan xəsarətlər həyati olub, ölümündən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 01 oktyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər. 4. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər kompleksi nəticəsində inkişaf etmiş hemotravmatik (qanitirmə və zədə) şok olmuşdur. 5.Mərhum Zərərçəkmiş şəxs adma tərtib olunmuş sənəddə o, xəstəxanaya daxil olarkən ağzından alkoqol iyi gəldiyi qeyd olunsa da onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi qərarından görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad dilməsi qərara alınmışdır. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Gəncə Hərbi məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 02 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Səbail rayon məhkəmə qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 07 gün hissəsi, 05 ay 03 gün müddətinə A.M.E. cəzası ilə əvəz edilmiş və xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Səbail RPİ tərəfindən xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir xx.xx.2022-ci il tarixli qərar ilə cinayət işinin icraatına 40.3-cü maddəsi ilə xitam verilmişdir. İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasının “8\3026 ”saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Khazar LX" markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, X5 mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli qətimkan tədbirinin şərtlərini poduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, yeri müəyyən edildikdə tutulsun və barəsində cinayət təqibinin davam etdirilməsi üçün Bakı şəhəri Səbail RPİ-nin MSY-nə təhvil verilməsi haqqında qərar verilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli AR DİN Səbail RPİ-nin 47/2-29299 saylı məktubundan görünür ki, 21 oktyabr 2023-cü il tarixdə saxlanılaraq Səbail RPİ-yə gəlmiş və Səbail RPİ-in MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan ittiham yeni məzmunda elan edilmişdir. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli Bakı şəhəri, Səbail rayon məhkəməsinin 4(009)-741/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİN X6 Xidmətinin məhkəməyə ünvanladığı 3-15-3/2-19800/2023 saylı məktubundan görünür ki, təhlükəsiz şəhər xidmətinin TŞ 1-220 nömrəli kameralarının xx.xx.2023-cü il tarixli saat 21.00-dan 21.30-dək olan müddətdəki görüntüləri təqdim edilmişdir. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:11 radələrində bir nəfər şəxs (kişi) Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi, Dəniz kənarı park istiqamətindən yolu Bayıl qəsəbəsi istiqamətinə avtomobillərin hərəkət zolağı üzərindən keçir, hava qaranlıq olduğundan onun yolun orta səkisinə doğru keçdiyi, 21:11 radələrindən sonrakı müddətdə yolun əks istiqamətində avtomaşınların toplaşdığı, daha sonra həmin əraziyə polis və təcili-tibbi yardım avtomaşınlarının gəldiyi, TŞ 1-220.1 müşahidə kamerası 21:23 radələrində irəlidən çəkildiyi çəkilişdə həmin ərazidə Khazar LX markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön sol hissəsinin əzilmiş vəziyyətdə olduğu müşahidə olunur. İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakına xitam verilməsi haqqında qərarından görünür ki, X3 müraciəti nəzərə alınmaqla onun ********* saylı cinayət işi üzrə tarixli zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınması statusuna xitam verilmişdir. İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında qərarından görünür ki, X9 mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan 02 dekabr 2023-cü il tarixli 3030 saylı kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində kontuziya alması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Əqliintellektual imkanlara görə iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik müəyyən olunmadı. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli qəbzindən görünür ki, “Khazar LX” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qəbzlə Şahid1 təhvil alınmışdır. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli subutların qitmətləndirilməsi haqqında qərarından görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu və sxemi, məhkəmə-tibbi ekspertizasının 16 oktyabr 2023-cü il tarixdə verdiyi 59 saylı rəyi, məhkəmə- yol-nəqliyyat hadisələri ekspertizasının 18 oktyabr 2023-cü il tarixdə verdiyi “8/3026” saylı rəyi, kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 02 dekabr 2023-cü il tarixdə verdiyi 3030 saylı rəyi, Sərxoşluq vəziyyətinin 2/36403 nömrəli tibbi müayinə protokolu, Diskə baxış protokolu və baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsü köcürülmüş 1 ədəd DVD disk sübut növü kimi qəbul edilsin. İş materiallarında olan 16 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X7 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barişmamış, dəymiş ziyanı ödənilməmiş və şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Yeni Salyan şossesi ilə paralel olan Əhəd Yaqubov küçəsində quraşdırılmış kameradan xx.xx.2023-cü il, saat 21:00-dan 22:00-dək olan müddətdə qeydə alınmış videogörüntünün təqdim edilməsi barədə müraciətə Daxili İşlər Nazirliyinin X2 mərkəzində baxılmış, həmin videogörüntünün qeydə alınma tarixi videoarxiv serverində nəzərdə tutulmuş saxlama müddətindən əvvəl olduğu üçün hazırda təqdim edilməsi texniki baxımdan mümkün deyil. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət şahidlərin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi şahidlərin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2.-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq şübhəli şəxs qismində tutulduğu müddəti azadlığdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Odur ki, Təqsirləndirilən şəxs istintaq dövründə 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlığdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejımli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə olan 01 (bir) ədəd disk işin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan “Khazar LX” markalı, **-BU-*** dövlət dövlət qeydiyyat nişanlı minik avtomobilin qəbzlə qeri gaytarılması nəzərə alınmalıdır. Cinayət işi keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejımli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk işin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “Khazar LX” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qəbzlə qeri gaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 336 (üç yüz otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar