Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-94/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, tərcüməçi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2005-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində azyaşlı uşağı olan, təhsili olmayan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, yetkinlik yaşına çatmayan X8, azyaşlılar X9, Şahid3 və Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 77 ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən «Nəsimi» heykəlinin yaxınlığında Zərərçəkmiş şəxsn əynindəki şalvarının cibində olan 3500 ABŞ dolları nağd pulu ələ keçirmək üçün, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə aralarında əldə edilmiş razılığa əsasən X8 və digər şəxslərlə ətrafı müşahidə etməklə Zərərçəkmiş şəxsn fikrinin yayındırmış, Şahid2 isə Zərərçəkmiş şəxsn əynindəki şalvarının cibində olan həmin dövrün milli manat məzənnəsi 5950 manat təşkil edən 3500 ABŞ dolları nağd pulu çıxarıb yerə atdığı pul qabını yerdən götürüb hadisə yerindən uzuqlaşmaqla özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs Jameelə 5950 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilir. Bildirmişdir ki, dayanmışdı, balaca uşaq gedib cibindən götürüb. Pulun hamısını qaytarıb. İbtidai istintaqdakı ifadəsində söylədiklərini təsdiq edir. Cibindən pul götürmək fikrini balaca bacısı deyib. Pul qabını bacısı yerdən götürüb. Digər qız başını qatıb. Pulu 5 nəfər arasında bölüblər. Əvvəl belə əməl etməyiblər. Onlara yaxın getdikdə bilib ki, onlarda pul var. Pakistanlılar 3 nəfər idilər. 1 nəfərdən oğurluq ediblər. Uşaqların 12-15-16 yaşları var. Təklifi Leyla bacısı verib. 1 nəfər başını qatıb. Şuşa keçidindən onu izləyiblər. Şuşa keçidi Tarqovuda yerləşir. Yevlaxda qeydiyyatdadır. Əməlindən peşmandır. Birdə bu səhvi etməyəcək. İki azyaşlı övladı var. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqda isə bildirmişdir ki, ailəsi ilə birlikdə Gürcüstan Respublikasında yaşayıb, 2022-ci ildə Azərbaycan Respublikasına deport ediliblər. Hazırda Bakı şəhəri Yasamal rayonu, 38 saylı məktəbin yaxınlığında fərdi yaşayış evində yaşayır. Onlar qaraçı millətindən olduqlarına görə dilənçilik etməklə maddi ehtiyaclarını ödəyirlər. 09 avqust 2023-cü il tarixdə 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu, “Torqovıy” adlanan Nizami küçəsi ərazisində qohumları Şahid3, X10, X3 və X9 ilə birlikdə dilənçilik edirmişlər. Yeraltı keçid tərəfindən Pakistan millətindən olan iki nəfər şəxsin gəldiyini görüblər, onlar həmin şəxslərə yaxınlaşaraq pul istəyiblər. Həmin şəxslər onlara pul verməkdən imtina ediblər. Buna görə də qərara gəliblər ki, sonuncuların ciblərindən pul oğurlasınlar. Buna görə də onlar həmin şəxslərin başlarını qatıblar, bu zaman o sonunculardan birinin əynində olan şalvarının sağ cibinə əlini salıb orada pul qabının olduğunu görüb. Sakitcə pul qabını çıxartdıb və o pul qabını həmin şəxsin cibindən çıxardıqdan sonra bir qədər uzağa atıb, Ulduza Bukavizin isə həmin pul qabını götürdü. Bundan sonra onlar hamısı qaçıb oradan uzaqlaşıblar. O pakistanlının cibindən pulu oğurlayan zaman sonuncunun bundan heç bir məlumatı olmadı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqda isə bildirmişdir ki, ailəsi ilə birlikdə Gürcüstan Respublikasında yaşayıb, 2022-ci ildə Azərbaycan Respublikasına deport ediliblər. Hazırda Bakı şəhəri Yasamal rayonu, 38 saylı məktəbin yaxınlığında fərdi yaşayış evində yaşayır. Adı Güldəstə olsa da, çox adam onu bəzi vaxtlarda Asmin deyə çağırırlar. Onlar qaraçı millətindən olduqlarına görə dilənçilik etməklə maddi ehtiyaclarını ödəyirlər. 09 avqust 2023-cü il tarixdə 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu, “Torqovıy” adlanan Nizami küçəsi ərazisində qohumları Şahid3, X10, X3 və X9 ilə birlikdə dilənçilik edirmişlər. Yeraltı keçid tərəfindən Pakistan millətindən olan iki nəfər şəxsin gəldiyini görüblər, onlar həmin şəxslərə yaxınlaşaraq pul istəyiblər. Həmin şəxslər onlara pul verməkdən imtina ediblər. Buna görə də qərara gəliblər ki, sonuncuların ciblərindən pul oğurlasınlar. Buna görə də onlar həmin şəxslərin başlarını qatıblar, Leyla isə sonunculardan birinin cibinə əl salıb pul qabını çıxardıb. Leyla pul qabını həmin şəxsin cibindən çıxardıqdan sonra bir qədər uzağa atıb, Ulduza Bukavizin isə həmin pul qabını götürüb. Bundan sonra onlar qaçıb oradan uzaqlaşıblar. Şahid2 pakistanlının cibindən pulu oğurlayan zaman sonuncunun bundan heç bir məlumatı olmayıb, onlar əldə etdikləri pulları öz təlabatlarına xərcləyiblər. O, başqa oğurluq hadisələrində iştirak etməyib. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs Jameel ifadəsində bildirmişdir ki, iş adamıdır, Pakistan İslam Respublikasının vətəndaşıdır, bəzən Pakistanda, bəzən də işi ilə bağlı bəzi vaxtlarda Dubayda yaşayır. 06 avqust 2023-cü il tarixdə sərmayə qoyulması və iş görülməsi məqsədilə Azərbaycan Respublikasına gəlmiş, 09 avqust 2023-cü il tarixdə saat 22.30 radələrində birlikdə işlədiyi Şahid1 ilə Səbail rayonu ərazisində yerləşən «Tarqovıy» adlanan Nizami küçəsində gəzişmiş, «Nəsimi» heykəlinin yaxınlığında yerləşən yeraltı keçidin yaxınlığında 5 nəfər azyaşlı qız uşağı ona yaxınlaşaraq pul istəmişlər. Sonuncuların dilənçi olduğunu başa düşmüş və təkidlərinə baxmayaraq getmələrini bildirən zaman sonuncular onlara yaxınlaşanda onlar həmin qızları əlləri ilə kənara itələmişlər. Həmin vaxt qızlardan 3 nəfəri onun başını qatmağa, ondan pul istəməyə başlamışlar. Həmin qız uşaqları onları əhatə edib dilənmək məqsədilə pul istəyir və onlardan əl çəkmirdilər. Həmin qızlardan biri əlləri ilə onun ayaqlarından tutub yalvarışla pul istəyirdi. Bir müddət sonra həmin qızlar onlardan uzaqlaşıb getmişdilər. Qızlar getdikdən bir neçə dəqiqə sonra o, ciblərini yoxladıqda, əynində olan şalvarının sağ yan cibində olan 3.500 ABŞ dollarının yerində olmadığını aşkar etmiş, bu barədə Şahid1yə də demiş və onlar başa düşmüşlər ki, həmin pulunu azyaşlı qızlar oğurlamışlar. Bundan sonra baş vermiş hadisə barədə onlar polis orqanlarına məlumat vermişlər. O, cibindən pulun kimin tərəfindən oğurlamasını görməmiş, hətta pulun oğurlanmasını belə hiss etməmiş, pulun oğurlanmasını qızlar gedəndən bir neçə dəqiqə əsonra aşkar etmişdi. Oğurluq nəticəsində ona 3.500 (üç min beş yüz) ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Həmin vaxt qızlar ona hədə-qorxu gəlməmiş, hər hansı bir silah qismində əşya və ya silah göstərməmişlər. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iş adamıdır, Pakistan İslam Respublikasının vətəndaşıdır, bəzən Pakistanda, bəzən də işi ilə bağlı bəzi vaxtlarda Dubayda yaşayır. 06 avqust 2023-cü il tarixdə sərmayə qoyulması və iş görülməsi məqsədilə Azərbaycan Respublikasına gəlmiş, 09 avqust 2023-cü il tarixdə saat 22.30 radələrində birlikdə işlədiyi Zərərçəkmiş şəxs Jameel ilə Səbail rayonu ərazisində yerləşən «Tarqovıy» adlanan Nizami küçəsində gəzişmiş, «Nəsimi» heykəlinin yaxınlığında yerləşən yeraltı keçidin yaxınlığında 5 nəfər azyaşlı qız uşağı onlara yaxınlaşaraq pul istəmişlər. Sonuncuların dilənçi olduğunu başa düşmüş və təkidlərinə baxmayaraq getmələrini bildirən zaman qızlar onlara yaxınlaşanda o, əli ilə kənara itələmiş, həmin vaxt qızlardan 3 nəfəri Zərərçəkmiş şəxsn başını qatmağa, sonuncudan pul istəməyə başlamışlar. Həmin qız uşaqları onları əhatə edib dilənmək məqsədilə pul istəmiş və onlardan əl çəkməmişlər. Həmin qızlardan biri əlləri ilə Jameelin ayaqlarından tutub yalvarışla pul istəmişdi. Bir müddət sonra həmin qızlar onlardan uzuqlaşıb getmişlər. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs Jameel ciblərini yoxladıqda, əynində olan şalvarının sağ yan cibində olan 3.500 ABŞ dollarının yerində olmadığını aşkar etmiş və onlar başa düşmüşlər ki, həmin pulu azyaşlı qızlar oğurlamışlar. Bundan sonra onlar baş vermiş hadisə barədə polis orqanlarına məlumat vermişlər. Həmin vaxt qızlar ona hədəqorxu gəlməmiş, hər hansı bir silah qismində əşya və ya silah göstərməmişlər. İş materiallarında olan “icraata ayrıca cinayət işinin ayrılması haqqında” xx.xx.2024cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (c.i.v.1-2). İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə cinayət işi başlanılmışdır (c.i.v.10). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Jameel zərərçəkmiş şəxs kimi tanınmışdır (c.i.v.44). İş materiallarında olan “yetkinlik yaşına çatmamış şəxsə qanuni nümayəndə təyin etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 yetkinlik yaşına çatmayan Şahid3 qanuni nümayəndəsi qismində təyin edilmişdir (c.i.v.59). İş materiallarında olan “yetkinlik yaşına çatmamış şəxsə qanuni nümayəndə təyin etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 yetkinlik yaşına çatmayan şahid X1 qanuni nümayəndəsi qismində təyin edilmişdir (c.i.v.66). İş materiallarında olan “yetkinlik yaşına çatmamış şəxsə qanuni nümayəndə təyin etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 yetkinlik yaşına çatmayan Şahid2 qanuni nümayəndəsi qismində təyin edilmişdir (c.i.v.73). İş materiallarında olan “cinayət əməlinin tövsif edilməsi haqqında” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir (c.i.v. 96). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.98-99). İş materiallarında olan “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.100). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.103). İş materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il il tarixdə saat 10:00 radələrində Səbail rayon ərazisində saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir (c.i.v. 106). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 15 may 2024cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.107). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (c.i.v.126-127). İş materiallarında olan “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.130). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 02 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.132). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 01 iyun 2024cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.134). İş materiallarında olan “icraata ayrıca cinayət işinin ayrılması haqqında” xx.xx.2024cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (c.i.v.136-137). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.140). İş materiallarında olan 04 avqust 2024-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına gələrək axtarışda olması barədə heç bir məlumatı olmadığını bildirmişdir (c.i.v. 142). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 04 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.143). İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 1(009)-283/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarları ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır (c.i.v.198-200). İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələri ilə istintaqı aparılan cinayət işi icraata qəbul edilmişdir (c.i.v.210). İş materiallarında olan “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.212). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.214). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.217). İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair yenidən ittiham elan edilmişdir (c.i.v.243-244). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 13 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c.i.v. 129). İş materiallarında olan Zərərçəkmiş şəxsn xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 3500 ABŞ dolları tam ödənilib təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir (c.i.v.93). İş materiallarında olan AZ-İV seriyalı, 863512 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında “X4”, ana qrafasında “Təqsirləndirilən şəxs” qeyd edilmişdir (c.i.v.125). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyinə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi xeyli miqdarda ziyan vurmaqla törədildiyinə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməyə görə cinayət məsuliyyətini müəyyən edir və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CMin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin, beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmişin, şahidlərin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını və zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00-da saxlanılaraq və Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. 21 fevral 2024-cü il tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs saxlanıldığı 01 (bir) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Yevlax rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 manat və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 220 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə saxlanıldığı 01 (bir) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini ünvan 1 ünvanı axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini- ünvan 1 ünvanının dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Yevlax rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Müdafiəçi1, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Müdafiəçi2 ödənilməsi üçün Bakı şəhəri 12 saylı vəkil bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-94/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-94/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver