Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-95/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a küçəsi, dalan 2, ö/t ev 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan əməli törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15:35-də sürücülük hüququ olmadan, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mersedes Benz» markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda təxminən 70-80 km/saat sürətlə Bakı şəhəri, Səbail rayonu,Yeni Salyan yolu küçəsi ilə “Dövlət Bayrağı Meydanı” istiqamətində hərəkətdə olarkən Bayıl qəsəbəsi, Yeni Salyan yolu küçəsi ilə N.Qurban küçəsinin kəsişməsində, «X6» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş,yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib həmin vaxt yolu sağdan sola keçən piyada 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 vurması nəticəsində baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması, eləcə də, yuxarı paraparez ilə nəticələnən və İİİ-İV boyun fəqərələri (C3-C4) səviyyəsində onurğa beyinin əzilməsi, Vİ boyun fəqərəsinin (C6) cisminin xətti sınığı, Vİİ boyun (C7), İ, İİ, İİİ, İV döş fəqərələrinin (TH1, TH2, TH3, TH4) arxa çıxıntılarının sınığı ilə müşayiət olunan onurğanın qapalı küt travması kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa “AĞİR” zərər vurmaya aid, həmçinin digər piyada 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 vurması nəticəsində sonuncunun baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, burunüstü nahiyənin sıyrığı, eləcə də, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırı kimi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək sonuncuların sağlamlıqlarına zərər vurmuş, habelə Zərərçəkmiş şəxs3 məxsus «Mersedes Benz» markalı, **-TZ-*** dövlət qeydiyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 210 (iki yüz on) manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 15:40 radələrində Zərərçəkmiş şəxs3 adına olan və etibarnamə ilə idarə etdiyi “Mercedes Benz 190” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu, Yeni Salyan yolu küçəsi ilə “X7” istiqamətindən mərkəz istiqamətində saatda 70-80 km/saat sürətlə yolun 4-cü zolağı ilə hərəkət edərkən “Dövlət Bayrağı Meydanı”na çatmamış qəfildən, iki nəfər qadın 3cü zolaq ilə hərəkət edən “Jeep” markalı avtomobilin qarşısından çıxıb onun hərəkət zolağına qaçmışdılar. Onları görən anda əyləci basmış, lakin avtomobili tam dayandıra bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin qadınları vurmuşdur. Zərbənin təsirindən onlar yerə yıxılmışlar. Dərhal avtomobildən düşüb onlara yaxınlaşmış və həmin şəxslərə yardım etmişdir. Sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlmişdir. Həkim briqadası onları X5 çatdırmışlar. Polis əməkdaşları tərəfindən hadisə yerinin müayinəsindən sonra o, da, xəstəxanaya getmişdir. Həmin qadınların müayinə edilməsi və lazımi tibbi yardımın göstərilməsi üçün hər cür kömək göstərmişdir. Xəstəxanada həmin qadınların Zərərçəkmiş şəxs1 və onun qızı Zərərçəkmiş şəxs2 olduğu ona məlum olmuşdur. Avtomobil idarə etmək üçün sürücülük vəsiqənin müddəti xx xxxxxx 2019-cu il tarixdə bitmişdir. Şəxsiyyət vəsiqəni itirdiyinə və xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixləri qeyri iş günləri olduğuna görə sürücülük vəsiqəsinin yenisini ala bilməmişdir. Hadisə Səbail rayonu, Yeni Salyan yolunda, “Dövlət Bayrağı Meydanı”na çatmamış dayanacaqla üzbəüz avtomobil yolunun hərəkət hissəsinin solunda, 4-cü zolaqda baş vermişdir. Həmin vaxt avtomobili 70-80 km/saat sürəti ilə idarə etmiş və piyadaları onlara 20-22 metr məsafə qalmış görmüşdür. Piyadalar yolun hərəkət istiqaməti üzrə sağdan sola orta yerişlə hərəkət etmişdirlər. O, təhlükəni həmin qadınların ondan əvvəldə və 3-cü zolaqla hərəkət edən “Jeep” markalı avtomobilin qarşısından sağdan sola, onun hərəkət zolağına keçdikləri anda hiss etmiş, dərhal tormoz əyləcini basıb avtomobili tam dayandırmağa çalışmışdır. Lakin qəzadan yayına bilməmiş və avtomobilin ön hissəsi ilə iki qadın piyadanı vurmuşdur. Həmin yolda yeraltı piyada keçidi olduğundan piyadaların yola çıxa biləcəklərini düşünməmişdir. Hadisə baş verən yerin yaxınlığında piyadalar üçün yeraltı keçidi vardır, lakin zərərçəkmiş şəxslər həmin keçiddən istifadə etməyərək yola çıxmışlar. O qadınları gördüyü anda avtomobilin əyləcini bassa da, hadisənin qarşısını ala bilməmişdir. Bunu əlavə etmişdir ki, etibarnamə əsasında idarə etdiyi «Mersedes-Benz» markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi Zərərçəkmiş şəxs3 xx xxxx 2013-cü il tarixdə əri Şahid mülkiyyətində olan bütün əmlak üzrə mülkiyyət hüququnun idarə etməsi barədə etibarnamə vermişdir. Şahid də öz növbəsində arvadı Zərərçəkmiş şəxs3 mülkiyyətində olan «Mersedes-Benz» markalı, **-TZ- *** dövlət qeydiyyat nişanlı avtomaşını bir il ərzində aylıq icarə haqqı 175 manat olmaqla etibarnamə əsasında idarə etmək üçün xx xxxx 2019-cu il tarixdə ona Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 26 saylı notariat kontorunda etibarnamə vermişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən bir neçə gün sonra o, törətdiyi hadisə barədə Şahid məlumat verib icarə haqqını müvəqqəti ödəyə bilməyəcəyini sonuncuya bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyadaları vurduqda idarə etdiyi avtomobilin kapotun üst hissəsi əzilmiş, ön barmaqlıq, ön bamper, qabaq sağ faranın şüşəsi sınmış, alın şüşəsi çatlamışdır. İdarə etdiyi avtomobilin sağ farasının şüşəsini alıb yerinə quraşdırılmasına 40 manat, alın şüşəsini alıb yerinə quraşdırılmasına 100 manat, kapotun, ön barmaqlığın ön bamperin təmirinə cəmi 70 manat, ümumilikdə isə həmin avtomobilin zədələnmiş hissələrin alıb dəişdirilməsinə və əzilmiş hissələrinin təmirinə 210 manat məbləğində vəsait xərcləmişdir. Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıdan baş verməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə kiçik qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə Dənizkənarı Milli Parkda gəzdikdən sonra Dövlət Bayrağı Meydanının yaxınlığındakı avtobus dayanacağına daha tez çatmaq məqsədi ilə yeraltı keçiddən istifadə etməyərək avtomobil yolunu keçmək istəmişdir. Avtomobil yolunu keçərkən onları ağ rəngli, “Mersedes” markalı avtomobil vurmuşdur. Zərbədən o, yerə çırpılmış, qızı Ayşən də yerə yıxılmışdır. Sonra orda olan şəxslər təcili tibbi yardım çağırmışlar və onları X5 aparmışlar. Avtomobil onu sol bud nahiyəsindən vurmuşdur. Hadisə zamanı boyun, sinə, bud və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. O, həmin yolu həmişə yeraltı keçiddən istifadə etməklə keçmiş, lakin həmin gün səhhəti ilə bağlı keçidə qızı ilə birlikdə düşməmişdir. Avtomobil yolunu qızı birlikdə hərəkət hissəsi ilə keçmişdir. Xəstəxanada olarkən və oradan çıxdıqdan sonra Təqsirləndirilən şəxs ona diqqət və qayğı göstərmişdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək görsətmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə anası Zərərçəkmiş şəxs1 ilə birlikdə Dənizkənarı Milli Parkda gəzdikdən sonra Dövlət Bayrağı Meydanının yaxınlığında avtomobil yolunu birgə keçən zaman onları ağ rəngli “Mersedes” markalı avtomobil vurmuşdur. Zərbədən anası Nəzifə yerə çırpılmış,o da yerə yıxılmışdır. Sonra orda olan şəxslər təcili tibbi yardım çağırmışlar və onları X5 aparmışlar. Avtomobil anasını sol bud nahiyəsindən vurmuş, anası Nəzifə hadisə zamanı boyun, sinə, bud və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. O, da, başından, sifətindən və sol bud nahiyəsindən xəsarət almışdır. Onlar həmin yolu həmişə yeraltı keçiddən istifadə etməklə keçmişlər. Lakin həmin gün avtobus dayanacağına tez çatmaq üçün anası Nəzifənin səhhəti ilə bağlı keçidə düşməmişlər və avtomobil yolunun hərəkət hissəsi ilə keçmişlər. Xəstəxanada olarkən və oradan çıxdıqdan sonra onları vuran avtomaşının Elxan adlı sürücüsü onlara diqqət və qayğı göstəilməklə xəstəxanadan çıxdıqdan sonra da, köməklik göstərəcəyinə dair söz vermişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram göndərərək göstərmişdir ki, ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edir, iştirakı olmadan işə baxılmasını xahiş edir, eləcə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmişşəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,xx xxxx 2013-cü il tarixdə o, əri Şahid mülkiyyətində olan «Mersedes-Benz» markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzrə mülkiyyət hüququnun idarə etməsi barədə etibarnamə vermişdir. Şahid öz növbəsində xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs bir il ərzində aylıq icarə haqqı 175 manat olmaqla «Mersedes- Benz» markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə etmək üçün Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 26 saylı notariat kontorunda etibarnamə vermişdir. 2020-ci ilin yanvar ayının ortalarında ona məlum olmuşdur ki, mülkiyyətində olan «Mersedes-Benz» markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomışını etibarnamə əsasında idarə edən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində iki nəfər piyada vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan avtomobilin kapotun üst hissəsi əzilmiş, ön barmaqlıq, ön bamper, qabaq sağ faranın şüşəsi sınmış, alın şüşəsi çatlamışdır. Onda olan məlumata görə Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi avtomobilin zədələnmiş hissələrin alıb dəişdirilməsinə və əzilmiş hissələrinin təmirinə 210 manat məbləğində pul xərcləmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində avtomaşına dəymiş maddi zərər tam olaraq sürücü Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq ehtiyat hissələrinə və təmir haqqı olaraq ustalara ümumilikdə 210 manat ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxx 2013-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs3 mülkiyyətində olan «Mersedes-Benz» markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzrə mülkiyyət hüququnun idarə etməsi barədə ona etibarnamə vermişdir. O, da, öz növbəsində həyat yoldaşının mülkiyyətində olan «Mersedes-Benz» markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını Təqsirləndirilən şəxs aylıq icarə haqqı 175 manat olmaqla etibarnamə əsasında idarə etmək üçün xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 26 saylı notariat kontorunda etibarnamə vermişdir. «Mersedes-Benz» markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomışına dəymiş maddi ziyanın ona heç bir aidiyyəti yoxdur. Belə ki, baş vermiş hadisə nəticəsində avtomaşına dəymiş maddi zərər tam olaraq sürücü Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq ehtiyat hissələrinə və təmir haqqı olaraq ustalara ödənilmişdir. Məhkəmə Eskspertizası Mərkəzinin xx xxxxxx 2020-cı il tarixli, 1383 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, yol nəqliyyat hadisəsi törətmiş “Mercedes Benz 190 minik” markalı **-TZ-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 70 (yetmiş) manat müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 18 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ-təpə ənsə nahiyyəsinin dərialtı hematomaı, eləcə də yuxarı paraparez ilə nəticələnən və İİİ-İV boyun fəqərələri (C3-C4) səviyyəsində onurğa beyinin əzilməsi, Vİ boyun fəqərəsinin (C6) cisminin xətti sınığı, Vİİ boyun (C7), İ, İİ, İİİ, İV döş fəqərələrinin (TH1, TH2 TH3, TH 4) arxa çıxıntılarının sınığı ilə müşayiət olunan onurğanın qapalı küt travması bərk küt əşyanın (əşyalaın) təsirindən törənmişlər, qərarın təviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi (hərəkətdə olan avtomaşının piyadanı vurması) nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 15 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, burunüstü nahiyənin sıyrığı, eləcə də sol budun yuxarı 1/3-nin bayır səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müdətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi (hərəkətdə olan avtomaşının piyadanı vurması) nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən əldə edilmiş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 1-014 nömrəli video müşahidə kameralarının yol-nəqliyyat hadisəsinin qeydə alınması iləəlaqədar “DVD” diskə baxış protokolundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:34:24-də iki qadın Yeni Salyan yolu küçəsində, Dövlət Bayrağı Meydanı istiqamətində avtomobil yolunun hərəkət hissəsi ilə əks hərəkət istiqamətlərini ayıran daş səkinin yaxınlığında asfalt döşəmənin üstünə çırpılaraq qorizontal vəziyyətdə bir qədər afvalt döşəmənin üstündə sürüşüb dayanırlar. Görüntünün saat 15:34:35-də qırmızı rəngli gödəkçə və açıq qəhfəyi rəngli şalvar geyinmiş kişi cinsinə mənsub olan bir nəfər şəxs asfalt döşəmənin üstündə qorizontal vəziyyətdə olan iki nəfər şəxsə yaxınlaşaraq köməklik göstərməyə başlayır. Görüntünün saat 15:34:50-də albalı rəngli avtomobilin sürücüsü idarə etdiyi avtomobili hadisə yerinin yaxınlığında saxlayaraq asfalt döşəmənin üstündə olan şəxslərə yaxınlaşıb köməklik göstərməyə çalışır. Görüntünün saat 15:35:00-da digər avtomobil sürücüləri idarə etdikləri avtomobilləri yolun hərəkət hissəsində saxlayaraq hadisə yerinə yaxınlaşırlar. Görüntünün saat 15:35:40-da hadisə yerində olan kişi cinsinə mənsub olan iki nəfər şəxs asfalt döşəmənin üstündə qorizontal vəziyyətdə olan şəxslərdən birinə ayağa qalxmağa köməklik göstərirlər. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx xxxxxx 2009-cu il tarixdə verilmiş AB seriyalı 261158 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ vardır və xx xxxxxx 2019-cu ilədək etibarlıdır. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AC seriyalı 575385 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır və xx xxxxxx 2030-cu ilədək etibarlıdır. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş AD seriyalı 541936 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 190 minik” markalı **-TZ-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs3dır. 26 saylı notoriat ofisi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, ƏN-İİ seriyalı, 920624 nömrəli etibarnamənin surətindən görünür ki, “Mercedes Benz 190 minik” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ ilə Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixədək etibar edilmişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək hqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. AzərbaycanRespublikasıDİN-in Baş Əməliyyat və X2 tərəfindənverilmiş xx xxxx 2020-ci il tarixlitələbnamədəngörünürki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı teleqramından görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən əldə edilmiş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 1-014 nömrəli videomüşahidə qurğusunun götürülmüş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk sübutların qıymətləndirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə sübut kimi tanınaraq iş materialına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «X6» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsini qeydə alan Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən götürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs3 dəymiş 210 (iki yüz on ) manat maddi ziyan aradan qaldırılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə etmiş X1 150 (bir yüz əlli) manat dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs hüquqlarınıməhkəmədə müdafiə etmiş Müdafiəçi dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Lakin təqdim edilmiş hesabatda göstərilən məbləğ məhkəmə tərəfindən ağlabatan hesab edilmədiyindən, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində vəsaitin ayrılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsini qeydə alan Azərbaycan Rrespublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən götürülmüş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs3 dəymiş 210 (iki yüz on ) manat maddi ziyan aradan qaldırılması nəzərə alınsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ( “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-95/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-95/2020
24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver