Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-95/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhər 21 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, ev 85, mənzil 10-da qeydiyyatda olan və ünvan 8-da yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, ev 12, mənzil 11-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə 23 fevral 2023-cü il tarixdə, saat 20 radələrində sonuncunun anası Şahid1 xadiməçi işlədiyi Ansatasııa Ragımovanın yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov 3/5 ünvanındakı binanın 16-cı mərtəbəsində yerləşən 193 saylı mənzilə gəldikdən sonra Təqsirləndirilən şəxs1 həmin mənzildə qalmış şəxsi əşyalarını axtararkən Ansatasııa Ragımovanın yataq otağına daxil olub otağın divarına quraşdırılmış paltar dolabının yuxarı hissəsindəki saxlanc yerininin qapısını açdıqda müxtəlif növ qızıl zinət əşyalarının olmasını görüb, onunla həmin qızılları birlikdə oğurlayıb satmaq barədə razılığa gəldikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, dolabın saxlanc yerinə qanunsuz daxil olaraq, qutunun içinə sellofan torbalara yığılmış halda qoyulmuş Ansatasııa Ragımovaya məxsus 2023-cü ilin fevral ayına olan orta bazar dəyəri 878 (səkkiz yüz yetmiş səkkiz) manat təşkil edən 2016-cı ildə alınmış 8,78 qram çəkili, 585 əyarlı “Cartier” markalı sarı qızıldan brilliant qaşlı 01 cüt qızıl sırğanı, 2023-cü ilin fevral ayına olan orta bazar dəyəri 1530 (min beş yüz) manat təşkil edən 2004-cü il istehsallı, birlikdə çəkiləri 15,3 qram təşkil edən 750 əyarlı 0.3 karatlı 08 ədəd brilliantı olan 01 cüt qızıl sırğanı və 01 ədəd qızıl üzüyü, həmçinin 2023-cü ilin fevral ayına olan orta bazar dəyəri 40.000 (qırx min) manat təşkil edən 400 qram ümumi çəkili 750 əyarlı - 2016-cı ildə alınmış “Pasguai Burini” markalı 01 cüt qızıl sırğanı, 01 ədəd qızıl üzüyü və 01 ədəd qızıl kolyeni, 2017-ci ildə alınmış “Tiffany” markalı 01 ədəd qızıl kolyeni, 2000-ci ildə alınmış “Pişik” formalı klonu olan qızıl uzun boyunbağını, 2017-ci ildə alınmış “Cartier” markalı birilliant qaşlı ağ qızıldan 01 cüt sırğanı, 2000-ci ildə alınmış “Rubin” daşlı 01 cüt qızıl uşaq sırğanı, 2004-cü ildə alınmış “sarı tapaz” qaşlı 01 ədəd üzüyü, “sarı tapaz” qaşlı 01 cüt sırğanı, 2000-ci ildə alınmış zümrüd qaşlı qızıl 01 ədəd üzüyü, 2016-cı ildə alınmış Miravari qaşlı 01 ədəd qızıl üzüyü, 2017-ci ildə alınmış, birilliant qaşlı klonu olan 01 ədəd qızıl uşaq boyunbağısını, 2022-ci ildə alınmış qızıl xaç klonu ilə 01 ədəd boyunbağını, “Cartier Lov” markalı sarı qızıldan qolbağı və 100(yüz manat) manat dəyərində çəkisi haqqında hər hansı məlumat olmayan 2016-cı ildə alınmış “Butali” markalı 01 ədəd gümüş klonu gizli olaraq talayıb zərəçəkmiş şəxs Ansatasııa Ragımovaya, ümumilikdə 42508 manat (qırx iki min beş yüz səkkiz) olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, özlərinin təsdiqedici ifadələri, ibtidadi istintaq zamanı keçirlmiş ekspertiza rəyi və iş üzrə toplanmış materiallar ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 4 ildir ki, tanıyır. Süsənlə aralarında sevgi münasibəti olmuşdur və Süsənin anası Şahid1 ünvan 3 ünvanında yerləşən binanın 16-cı mərtəbəsindəki 193 saylı mənzildə yaşayan Anastasııa Ragımova adlı Ukraniya Respublikası vətəndaşının evində uşaq baxıcısı işləmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 23 fevral 2023-cü ildə 20 radələrində yolda olan zaman Süsən anasına zəng vurub Anastasııanm evində olan eynəyini və pişiyini götürmək üçün gəlmək istədiyini demişdir. Bu zaman anası ona pişiyi aparmaq üçün istifadə etdiyi qəfəsin harada olduğunu bilmədiyini deyib, mənizlə gələn zaman özünün həmin qəfəsi axtaramalı olacağını demişdir. Təxminən 20-25 dəqiqə sonra Süsənlə birlikdə Süsənin anasının işlədiyi həmin mənzilə getmişdirlər. Həmin mənzilə çatdıdan sonra Süsən qapını döymüş və anası qapını açmışdır. O içəri daxil olub anası ilə görüşmüş, bu zaman mənzilin qapısı açıq qalmış, o isə qapıdan çöldə qapının qarşısında dayanmışdır. Süsən qapısını açan zaman dayanmış olan ona mənzilin girişindəki divarlara quraşdırılmış paltar dolablarına yaxınlaşıb bir-bir şkafların qapsını açaraq oradan eynəyini və pişiyin qəfəsini axtarmağa başlamışdır. Üçüncü şkafın orada nəyəsə baxmış və əlinə 03 ədəd torbaları götürüb qapıdan çöldə göstərmişdir. Elvin də əlindəki torbaları görüb nə olduğunu soruşmuş sonra isə bir ayağını qapıdan içəri qoyub iki ədəd torbanı əlindən alıb cibinə qoymuş, Süsən isə dəridən hazırlanmış makyaj qutusunda olan torbanı öz cibinə qoymuşdur. Bu zaman anası “pişik gizlənib divanın altında” sözlərini deyəndə o tez çölə çıxmış, Süsən də əli ilə qapının tutacağından tutmuşdur ki, guya özü qapını açıb. Sonra isə Süsən eynəyini də götürüb evədən çıxmışdır. Aşağı düşüb taksi sifariş etmişlər və Süsən özündəki torbanı da ona vermişdir. O da gözucu onlara baxmış və qızıl əşyaları olduğunu anlamışdır. Sonra isə onun yaşadığı mənzilə getmişlər və orada torbalara baxan zaman qızıl-zinət əşyaları olduğunu görmüşdürlər. Bundan sonra həmin əşyaları satıb borclarını ödəmək və şəxsi məsrəflərinə sərf etmək qərarına gəlmişdirlər. 23 fevral 2023cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev 107, mənzil 1-də yerləşən qızıl dükanına gəlib, oradakı satıcıya 01 ədəd mərcan qaşlı qızıl üzüyü, 01 ədəd qızıl üzüyü və 01 cüt qırmızı qaşlı qızıl sırğanı və şəxsiyyət vəsiqəsinin şəklini təqdim edib, müvafiq yazılı qeydiyyatlar aparmaqla 220 manata, bundan sonra 24 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk 2A ünvanında yerləşən “Nəqşicahan” qızıl dükanına gəib oradakı satıcıya 01 ədəd birilliant qaşlı qızıl sırğanı və 01 ədəd metal rəngli üzərində xırda qaşlar olan üzüyü və şəxsiyyət vəsiqəsinin şəklini təqdim edib, müvafiq yazılı qeydiyyatlar aparmaqla 550 manata və sonuncu dəfə 25 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu. Atatürk 2A ünvanında yerləşən “GoldLife” qızıl dükanına gəlib 01 ədəd göy rəngli qaşı olan ətrafı 0,3 karatlıq brilliant qaşlarla bəzədilmiş qızıl sırğanı, 01 ədəd göy rəngli qaşı olan ətrafı 0,3 karatlıq brilliant qaşlarla bəzədilmiş qızıl üzüyü və şəxsiyyət vəsiqəsinin şəklini təqdim edib, müvafiq yazılı qeydiyyatlar aparmaqla 1200 manata satmışdır. Həmin məbləğə özünə geyim əşyaları və yemək almışdırlar. Bir qismi ilə isə borclarını vermişdirlər. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin dəymiş ziyanın tam ödənilməsini bildirərək barəsində azadlıqdan məhruetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 4 ildir ki, tanıyır. Elvinlə aralarında sevgi münasibəti olmuşdur və anası Şahid1 ünvan 3 ünvanında yerləşən binanın 16- cı mərtəbəsindəki 193 saylı mənzildə yaşayan Anastasııa Ragımova adlı Ukraniya Respublikası vətəndaşının evində uşaq baxıcısı işləmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 23 fevral 2023-cü ildə 20 radələrində yolda olan zaman o, anasına zəng vurub Anastasııanın evində olan eynəyini və pişiyini götürmək üçün gəlmək istədiyini demişdir. Bu zaman anası ona pişiyi aparmaq üçün istifadə etdiyi qəfəsin harada olduğunu bilmədiyini deyib, mənizlə gələn zaman özünün həmin qəfəsi axtaramalı olacağını demişdir. Təxminən 20-25 dəqiqə sonra Elvinlə birlikdə anasının işlədiyi həmin mənzilə getmişdirlər. Həmin mənzilə çatdıdan sonra o, qapını döymüş və anası qapını açmışdır. O, içəri daxil olub anası ilə görüşmüş, bu zaman mənzilin qapısı açıq qalmış, Elvin isə qapıdan çöldə qapının qarşısında dayanmışdır. Süsən mənzilin girişindəki divarlara quraşdırılmış paltar dolablarına yaxınlaşıb bir-bir şkafların qapsını açaraq oradan eynəyini və pişiyin qəfəsini axtarmağa başlamışdır. Üçüncü şkafın qapısını açan zaman orada nəyəsə baxmış və əlinə 03 ədəd torbaları götürüb qapıdan çöldə dayanmış olan Elvinə göstərmişdir. Elvin də əlindəki torbaları görüb nə olduğunu soruşmuş sonra isə bir ayağını qapıdan içəri qoyub iki ədəd torbanı əlindən alıb cibinə qoymuş, o isə dəridən hazırlanmış makyaj qutusunda olan torbanı öz cibinə qoymuşdur. Bu zaman anası “pişik gizlənib divanın altında” sözlərini deyəndə Elvin tez çölə çıxmış, Süsən də əli ilə qapının tutacağından tutmuşdur ki, guya özü qapını açıb. Sonra isə Süsən eynəyini də götürüb evədən çıxmışdır. Aşağı düşüb taksi sifariş etmişlər və o, özündəki torbanı da ona vermişdir. Elvin də gözucu onlara baxmış və qızıl əşyaları oldğunu anlamışdır. Sonra isə Elvinin yaşadığı mənzilə getmişlər və orada torbalara baxan zaman qızıl-zinət əşyaları olduğunu görmüşdürlər. Bundan sonra həmin əşyaları satıb borclarını ödəmək və şəxsi məsrəflərinə sərf etmək qərarına gəlmişdirlər. 23 fevral 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev 107, mənzil 1-də yerləşən qızıl dükanına gəlib, oradakı satıcıya 01 ədəd mərcan qaşlı qızıl üzüyü, 01 ədəd qızıl üzüyü və 01 cüt qırmızı qaşlı qızıl sırğanı və Elvinin şəxsiyyət vəsiqəsinin şəklini təqdim edib, müvafiq yazılı qeydiyyatlar aparmaqla 220 manata, bundan sonra 24 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk 2A ünvanında yerləşən “Nəqşicahan” qızıl dükanına gəlib oradakı satıcıya 01 ədəd birilliant qaşlı qızıl sırğanı və 01 ədəd metal rəngli üzərində xırda qaşlar olan üzüyü və Elvinin şəxsiyyət vəsiqəsinin şəklini təqdim edib, müvafiq yazılı qeydiyyatlar aparmaqla 550 manata və sonuncu dəfə 25 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk 2A ünvanında yerləşən “GoldLife” qızıl dükanına gəlib 01 ədəd göy rəngli qaşı olan ətrafı 0,3 karatlıq brilliant qaşlarla bəzədilmiş qızıl sırğanı, 01 ədəd göy rəngli qaşı olan ətrafı 0,3 karatlıq brilliant qaşlarla bəzədilmiş qızıl üzüyü və Elvinin şəxsiyyət vəsiqəsinin şəklini təqdim edib, müvafiq yazılı qeydiyyatlar aparmaqla 1200 manata satmışdır. Həmin məbləğə Elvin özünə geyim əşyaları və yemək almışdırlar. Bir qismi ilə isə borclarını vermişdirlər. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olumamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmçinin dəymiş ziyanın tam ödənilməsini bildirərək barəsində azadlıqdan məhruetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Anastasiia Ragımova ifadəsində göstərmişdir ki, 26 fevral 2023cü il tarixdə axşam saatlarında o, qonaq getmək üçün hazırlaşan zaman yataq otağındakı paltar dolabının yuxarı rəfinə qoymuş olduğu qutunun içinə baxan zaman sellofan torbalardakı müxtəlif növdə və markalı qızıl-zinət əşyalarının yerində olmadığını müəyyən etmişdir. Bu barədə onun uşaqlarının baxıcısı Minarə adlı qadından qızıl-zinət əşyalarının harada olduğunu soruşduqda Minarə ona bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. O isə bir neçə gün öncə qızının bura gəldiyinin onun oğurluq edə biləcəyini Minarəyə demişdir, Minarə isə cavabında əgər qızından şübhəsi varsa, ondan polisə şikayət edə biləcəyini demişdir. O isə cavabında nə istəsə edə biləcəyini demişdir. O da əvəzində Minarəyə bir gün vaxt verdiyini demiş və 27 fevralı da gözləmiş, lakin Minarənin qızından və özündən bir xəbər çıxmamışdır. Sonda isə 28 fevral 2023-cü il tarixdə o, məcbur qalıb bu barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. O, özünə məxsus qızılzinət əşyalarının dəyəri, əyarı, miqdarı və əlamətləri barədə verilmiş suala cavab olaraq, 2016-cı ildə alınmış olan 8,78 qram çəkili, 585 əyarlı “Cartier” markalı sarı qızıldan brilliant qaşlı 01 cüt qızıl sırğasnın, 2004-cü il istehsallı, birlikdə çəkiləri 15,3 qram təşkil edən 750 əyarlı, 0.3 karatlı 08 ədəd brilliantı olan 01 cüt qızıl sırğasının və 01 ədəd qızıl üzüyünün, həmçinin ümumi çəkiləri 400 qram təşkil edən və 750 əyarlı olan , 2016-cı ildə alınmış olan, “Pasguai Burini” markalı 01 cüt qızıl sırğasının, 01 ədəd qızıl üzüyünün, 01 ədəd qızıl kolyesinin, 2017-ci ildə alınmış olan “Tiffany” markalı 01 ədəd qızıl kolyesinin, 2000-ci ildə alınmış “Pişik” formalı klonu olan qızıl uzun boyunbağısının, 2017-ci ildə alınmış olan “Cartier” marakalı birilliant qaşlı ağ qızıldan 01 cüt sırğasının, 2000-ci ildə alınmış olan “Rubin” daşlı 01 cüt qızıl uşaq sırğasının, 2004-cü ildə alınmış olan “sarı tapaz” qaşlı 01 ədəd üzüyünün, qeyri-müəyyən tarixdə alınmış olan “sarı tapaz” qaşlı 01 cüt sırğasının, 2000-ci ildə alınmış olan zümrüd qaşlı qızıl 01 ədəd üzüyünün, 2016-cı ildə alınmış olan miravari qaşlı 01 ədəd qızıl üzüyünün, 2017-ci ildə alınmış olan birilliant qaşlı klonu olan 01 ədəd qızıl uşaq boyunbağısının, 2022-ci ildə alınmış olan qızıl xaç klonu ilə 01 ədəd boyunbağsının, qeyri-müəyyən tarixdə alınmış olan “Cartier Lov” markalı sarı qızıldan qolbağının və çəkisi haqqında hər hansı məlumat olmayan 2016-cı ildə alınmış olan “Butali” markalı gümüş 01 ədəd klonun(100 manat dəyərində) aşağıdakı qızıl zinət əşyalarının oğurlandığını bildirmişdir. Həmin qızıl əşyalarının demək olar ki, hamısının İtalyan qızılı olmaqla, 750 əyarlı olduğunu və həmin qızıl əşyalarının təxmini çəkisinin 400 qram təşkil etdiyini bildirmişdir. Hadisə nəticəsində ona ümumilikdə təxminən 120.000 ABŞ dolları məbləğində maddi ziyan dəydiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdikləri yalandır, özünə məxsus olan qızıl-zinət əşyalarını, təqsirləndirilən şəxslərin ifadələrində göstərdiyi yerdə, yəni qapıdan içəri girəndə hollda quraşdırılmış olan dolabda deyil, özünə məxsu olan yataq otağındakı paltar dolabının yuxarı rəfinə qoymuş olduğu qutunun içinə sellofan torbalara qoyaraq saxlamışdır. 23 avqust 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının 6\6478 saylı rəyi ilə ona məxsus qızıl-zinət əşyalarının ümumilikdə cəmi dəyərinin 42408,00 manat müəyyən edilməsinə dair heç bir etirazı və ya şikayəti yoxdur, ekspertizanın rəyi ilə razıdır. Zərərçəkmiş şəxs Anastasiia Ragımovanın nümayəndəsi “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə2 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxs Anastasiya Ragımovaya vurulmuş zərər tam şəkildə ödənilmiş, onlarla barışıq əldə edilmiş və onlara qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, uşaq baxıcısı işləyir. Elmira Mehdiyeva adlı qadının yanında uşaq baxıcısı və ev təmizlkçisi işləmişdir. Elmira adlı qadın ölkədən getdikən sonra rəfiqəsi Anastasiya Ragimovaya işləmək üçün adam lazım olduğuna görə onu məsləht görmüş, beləliklə o, 2022-ci ilin oktyabr ayının 17-dən Anastasiianın evində qalmaqla aylıq əmək haqqısı 1000 manat olmaqla uşaq baxcısı olaraq işləməyə başlamışdır. Anastasiianın böyük övladı 6 yaşı olan Sonya adlı qızı və 4 yaşı olan Platon adlı oğlan övladları vardır. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 26 fevral 2023-cü il tarixdə axşam saatlarında Anastasiya harasa getməyə hazırlaşan zaman onu digər otaqdan öz yataq otağına çağırıb, qızıl-zinət əşyalarının oğurlandığını demiş, üzərində qırmızı və sarı zolaqlar olan kardon qutunu göstərib həmin qızıl əşyalarını oradan makyaj əşyaları ilə birlikdə saxladığını demiş və bu evə ondan başqa kimin gəldiyini soruşmuşdur. O isə cavabında həmin qızıl-zinət əşyalarını görmədiyini ümumiyyətlə onları harada saxlaması barədə məlumatımın olmadığını demişdir. Həmçinin əlavə olaraq, bu evə ikisindən başqa 24 fevral 2023-cü i tarixdə balaca qızı Təqsirləndirilən şəxs1 gəldiyini, özünün də onunla görüşdüyünü və Süsənin evdə qalmadan bir saat ərzində getdiyini demişdir. Anastasiia isə cavabında yəqin ki, onun qızı Süsənin həmin qızılları götürdüyünü demişdir. O da Anastasiianm bu sözlərindən pis olmuş, Ansatasiia isə onun pis olduğunu görüb cavabında bəlkə də əvvəllki uşaq baxıcısının həmin qızıl əşyalarını götürdüyünü demişdir. Daha sonra isə onu sakitləşdirib heç nəyə görə narahat olmasını demiş və getmişdir. 27 fevral 2023-cü il tarixdə o, səhər saatlarında oyanıb evi yığışdırmağa başlamış, bu zaman o, evin girişində yerləşən paltar şkafını səliqəyə salmış və o, Sonya adlı qızını məktəbə aparmışdır. Sonra isə yenidən qayıdıb evə gəlmişdir. Axşam saat 19 radələrində Anastasiia işdən evə qayıtmış, ona Sonyanı gimnastikadan götürməsini tapşırmışdır. Bu zamandək Anastasiya onunla normal rəftar etmişdir. O, Sonyanı gimnastikadan götürüb, yenidən evə qayıtmışdır. Evə çatdıqda Anastasiia tamamilə fərqli şəkildə əsəbi formada onunla davranamğa başlamış və səhər tezdən onun səliqəyə salmış olduğu Anastasiiaya məxsus kürk və digər geyim əşyalarının asıldığı şkafı ona göstərib oğurlanmış qızılların olduğu balaca çantanın(kaşeloku) həmin şkafdan tapdığını, lakin həmin balaca çantanın içində bütün qızıllarının olmadığını oradan cəmi iki ədəd qızılını tapdığını demişdir. Lakin ona nə balaca çantanı və nədə ki, qızılları göstərməmişdir. O isə cavabında səhər həmin şkafı özünün təmizlədiyini lakin, oradan içində qızıl əşyası olan heç bir balaca çanta olmadığını demişdir. Anastasiia isə cavabında yəqin ki, qızı Süsənin həmin qızıl əşyalarını oğurladığını, lakin özü ilə aparmağa imkan tapmadığı üçün orada gizlətdiyini demişdir. Bir az sonra o, uşaqları yatırmış və onunla bu barədə söhbətə başlayan zaman Anastasiia ona Ukraynada bir neçə il öncə çəkilmiş olan şəkilləri telefonda göstərib, həmin şəkillərdə görünən üzərində olan qızıl əşyalarının oğurlandığını saymağa başlamışdır. O isə cavabında bu barədə heç bir məlumatının olmadığını əgər qızı Süsəndən şübhələnirsə bu barədə polisə deməsini bildirmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, onun baş vermiş oğurluq hadisəsi barədə ümumiyyətlə məlumatı olmamışdır. O, ümumiyyətlə həmin qızıl-zinət əşyalarını və onların saxlandığı yeri görməmişdir. Həmçinin qızı Süsən, Anastasiianın icazəsi ilə birinci dəfə 2022-ci ilin dekabr ayında, ikinci dəfə isə 24 fevral 2023-cü il tarixdə həmin mənzilə gəlmiş və bir saat qalaraq evdən çıxmışdır. Süsənin həmin qızıl-zinət əşyalarının oğurlamasından özünün məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 kompyuter dükanı işlədən kimi əvvəlidən tanıyır. 24 fevral 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 onun işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk 2A ünvanında yerləşən “Nəqşicahan” qızıl dükanına gəlmişdir. Özündə qızıl olduğunu deyib cibində 01 ədəd birilliant qaşlı qızıl sırğanı və 01 ədəd metal rəngli üzərində xırda qaşlar olan üzüyü çıxarıb satmaq istədiyini demişdir. O da həmin qızıl əşyalarının kimə məxsus olduğunu soruşduqda anasına məxsus olduğunu demişdir. Daha sonra o, həmin qızıl-zinət əşyalarını alıb ona baxış keçirmiş və 01 ədəd metal rəngli üzərində qaş olan üzüyün dəyərini müəyyən edə bilməmiş və yoxlayıb bir söz deyəcəyimi Elvinə bildirmişdir, o isə cavabında dəyərli deyilsə zibilə atmasını ona demişdir. Lakin 01 ədəd “Cartier” markalı birilliant qaşlı qızıl sırğa dəyərli olmuş və əyarı isə 585 olmuşdur. O, qızıl sırğaya 520 manat pul verə biləcəyini Elvinə demişdir. Elvin də onunla razılaşmamış bu dəfə o, Elvinə 550 manat verə biləcəyimi dedikdə Elvin onunla razılaşmışdır. O da həmin qızıl sırağanın cütünü ondan alıb, əvəzində 550 manat pulu Elvinə vermişdir. Bu barədə “Qızılın alışının akt kitabı”nda xüsusi qeyd aparmışdır. Həmin qızıl sırğa cütünü 25 fevral 2023-cü il tarixdə barəsində məlumatlar olmayan qadın alıcıya 585 manat satmışdır. Həmçinin o, 01 ədəd metal rəngli üzərində qaş olan üzüyün bijuteriya əşyası olduğunu müəyyən etmiş və lazımsız olduğu üçün zibil kimi atmışdır. O, həmin qeydiyyat jurnalındakı səhifənin surətini istintaqa təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllcədən tanımır. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 25 fevral 2023-cü il tarixdə axşam saat 17 radələrində adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs adının sonradan Süsən olduğunu bildiyi qızla onun işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk 2A ünvanında yerləşən “GoldLife” qızıl dükanına gəlmişdir. Özündə qızıl olduğunu deyib cibində 01 ədəd göy rəngli qaşı olan ətrafı 0,3 karatlıq brilliant qaşlarla bəzədilmiş qızıl sırğanı və 01 ədəd göy rəngli qaşı olan ətrafı 0,3 karatlıq brilliant qaşlarla bəzədilmiş qızıl üzüyü çıxarıb satmaq istədiyini demişdir. O da həmin qızıl əşyalarının kimə məxsus olduğunu soruşduqda Süsən adlı həmin qızıl əşyalarının ansına məxsus olduğunu demişdir. Daha sonra o, həmin qızıl zinət əşyalarını alıb baxış keçirmiş və hər iki qızıl əşyasının eyni əyarlı olduğunu müəyyən etmişdir. O, həmin əşyalara cəmi 1150 manat təklif etmişdir. Lakin yanındakı qız məbləği bir az da artırmağı tələb etdiyi üçün, o da həmin bu əşyalara görə Elvinə 1200 manat verə biləcəyini demişdir. Onlar onun bu təklifi ilə razılaşmışdırlar. O həmin əşyaları alıb əvəzində Elvinə 1200 manat vermişdir. Hər iki zinət əşyası 750 əyarlı olmuşdur. Qızıl əşyalarının markaları olmamışdır. Bu barədə “Qızılın alışının akt kitabı”nda xüsusi qeyd aparmışdır. Həmin qızıl komlektini 26 fevral 2023-cü il tarixdə barəsində məlumatlar olmayan qadın alıcıya 1300 manata satmışdır. Həmin qeydiyyat jurnalındakı səhifənin surətini istintaqa təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 kompyuter dükanı işlədən kimi əvvəlidən tanıyır. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 23 fevral 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 onun işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev 107, mənzil 1-də yerləşən qızıl dükanına gəlmişdir. Özündə qızıl olduğunu deyib cibində 01 ədəd mərcan qaşlı qızıl üzük, 01 ədəd qızıl üzük və 01 cüt qırmızı qaşlı qızıl sırğanı çıxarıb satmaq istədiyini bildirmişdir. O da həmin qızılların kimə məxsus olduğunu soruşduqda Elvin arxa tərəfində durmuş olan adının sonradan Süsən olduğunu bildiyi qızı göstərib, həmin qızılların ona məxsus olduğunu demişdir. Daha sonra o, həmin qızıl zinət əşyalarını alıb ona baxış keçirmiş və eyni əyarlı qızıl əşyaları olduğunu görüb, ümumi olaraq 210 manat pul verə biləcəyini demiş, bu zaman Elvin arxa tərəfində durmuş olan qıza çevrilib razı olub-olmadığını soruşmuş, həmin qızı isə bir az da qiyməti artırmağı xahiş etmişdir. O da 220 manat verə biləcəyimi demişdir. Onlar da onun təklifi ilə razılaşmışdır. Sonra isə o, Elvindən sənədini istəmiş, Elvin də cibində telefonunu çıxarıb şəxsiyyət vəsiqəsinin şəkilini ona göstərmişdir. O da qızıl əşyaları ilə birlikdə sənədinin şəkilini çəkmişdir. Sonra əlyazma ilə onun adını və sənədinin nömrəsini, qızılın ümumi çəkisini, sayını və 220 manat məbləği ağ kağıza yazmış sonra isə həmin kağıza Elvinə imza etdirmişdir. Bundan sonra 220 manat pulu Elvinə vermişm və yanındakı qız ilə birlikdə çıxıb getmişdirlər. O da həmin qızıl-zinət əşyalarını bir gün sonra 24 fevral 2023-cü il tarixdə köhnə qızıl əşyaları almaq istəyən Özbək turistlərə 240 manata satmışdır. O həmin əşyaları təqdim edə bilməsə də müvafiq qeydiyyat sənədlərini istintaq təqdim etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş 28 iyul 2023-cü il tarixli qərarla təyin edilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 avqust 2023-cü il tarixli №3-16-16/2-9/6478/2023 6\6478 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2023-cü ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 42408,00 manat müəyyən olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov 3\5 ünvanında yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən 3 otaqdan ibarət 193 saylı mənzilin yataq otağındakı dolabın yuxarı hissəsindəki saxlanc yeridir. Beləliklə iş materiallarından və zərərçəkmiş şəxsin ifadələrindən də görünüdüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstədiklərinə baxmayaraq hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov 3\5 ünvanında yerləşən 193 saylı mənzilin yataq otağındakı dolabın yuxarı hissəsindəki saxlanc yeridir. İfadənin yerində yoxlanılması haqqında 01 mart 2023-cü il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiklərini bir daha əyani olaraq təsvir etməklə təsdiq etmişdirlər. Baxış və götürmə keçirilməsi barədə 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs2 23 fevral 2023cü il tarixdə ümumi çəkisi 3,7 qram çəkidə 2 ədəd üzüyü və 01 cüt sırğanı 220 manata almışdır. Həmin qəbzin üzərində Təqsirləndirilən şəxs2 əlyazma ilə adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, qızılın ümumi çəkisi, sayı, habelə qiyməti və özünün imzası qeyd olunmuşdur. Qəbz vasitəsi ilə Təqsirləndirilən şəxs2 Şahid2 23 fevral 2023-cü il tarixdə 3,7 qram çəkidə 02 ədəd qızıl üzüyü və 01 ədəd qızıl sırğanı 220 manata satması təsdiq olunur. Baxış və götürmə keçirilməsi barədə 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi Təqsirləndirilən şəxs2 24 fevral 2023-cü il tarixdə ümumi çəkisi 8,78 qram çəkidə 585 əyarlı 01 ədəd sırğanı 550 manata almışdır. Həmin qəbzin üzərində Təqsirləndirilən şəxs2 əlyazma ilə adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və özünün imzası qeyd olunmuşdur. Qəbz vasitəsi ilə Təqsirləndirilən şəxs2 Şahid3 25 fevral 2023-cü il tarixdə 8,78 qram çəkidə 01 ədəd qızıl sırğanı 550 manata satması təsdqi olunur. Baxış və götürmə keçirilməsi barədə 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 təqdim etdiyi Təqsirləndirilən şəxs2 25 fevral 2023-cü il tarixdə ümumi çəkisi 15,3 qram çəkidə, 750 əyarı olan (01 ədəd göy rəngli qaşı olan ətrafı 0,3 karatlıq brilliant qaşlarla bəzədilmiş qızıl sırğanı, 01 ədəd göy rəngli qaşı olan ətrafı 0,3 karatlıq brilliant qaşlarla bəzədilmiş qızıl üzüyü) komplekt dəstini 1200 manata almışdır. Həmin qəbzin üzərində Təqsirləndirilən şəxs2 əlyazma ilə adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, doğum tarixi (xx.xx.2001) və satıcının imzası qeyd olunmuşdur. Qəbz vasitəsi ilə Təqsirləndirilən şəxs2 Şahid4 25 fevral 2023-cü il tarixdə 15,3 qram çəkidə komplekt dəsti 1200 manata satması təsdiq olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşlar. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində “həbs” qətimkan tədbirinin seçilməsi üçün 03 mart 2023-cü il tarixdə Səbail rayon prokurorluğuna vəsatətlər verilmiş, həmin tarixdə Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən “həbs” qətimkan tədbirinin seçilməsi haqqında vəsatətlər təmin edilərək bu barədə Səbail rayon Məhkəməsinə təqdimatlar verilmiş və həmin tarixdə Səbail rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətinə, yəni 01 may 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Daha sonra Səbail Rayon Məhkəməsininin 11 aprel 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində 01 may 2023-cü il tarixədək seçilmiş “həbs” qətimkan tədbiri, həmin tarixədək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, 26 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində 01 may 2023-cü il tarixədək seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin uzadılması barədə Səbail rayon prokurorluğuna vəsatətlər verilmiş, həmin tarixdə Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən “ev dustaqlığı” qətimkan tədbirinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edilmiş və 01 may 2023-cü il tarixdə hər iki şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 02 may 2023-cü il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış və 28 iyul 2023-cü il tarixdə cinayət işinin icraatı təzələnərək istintaq davam etdirilmişdir. 28 iyul 2023-cü il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış və 06 noyabr 2023cü il tarixdə cinayət işinin icraatı təzələnərək istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 03 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilməklə onlara həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında arayışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddənin sanksiyası həddində onlara cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12-ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını,əməlindən peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olumamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmçinin dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini nəzərə aralaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, 01 mart 2023-cü il tarixdən 11 aprel 2023-cü tarixədək həbsdə olduğu və 11 aprel 2023-cü il tarixdən 01 may 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddətin cəza təyin olunarkən nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12-ci, 59.1.13-cü və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmçinin dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri nin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, 01 mart 2023-cü il tarixdən 11 aprel 2023-cü tarixədək həbsdə olduğu və 11 aprel 2023-cü il tarixdən 01 may 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddətin cəza təyin olunarkən nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxslərdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1nun və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 01 mart 2023-cü il tarixdən 11 aprel 2023-cü tarixədək həbsdə olduğu və 11 aprel 2023-cü il tarixdən 01 may 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri ərazisini tərk etməmək, üzərinə və ünvan 7 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 01 mart 2023-cü il tarixdən 11 aprel 2023-cü tarixədək həbsdə olduğu və 11 aprel 2023-cü il tarixdən 01 may 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri ərazisini tərk etməmək, ünvan 8 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat, Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat olmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkilləri X4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat “Express Bank”-ın 21 saylı Vəkil Bürosunun Xətai filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-95/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-95/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver