Məhkəmə qərarları › İş №1(009)-95/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-95/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-95/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 qızı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1982-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş və təkrarən elektron məlumat daşıyıcıları və informasiya texnologiyalarından istfadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 sonuncunun arvadı Şahid3 Quba rayonu Elşad Bayramov adına Alpan kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq ilk dəfə xx.xx.2021-ci il tarixdə Quba rayonu H.Əliyev prospektində yerləşən Qafqaz yanacaq doldurma məntəqəsinin yanındakı adsız kafedə nağd aldığı 6000 manat, daha sonra xx.xx.2022-ci il talixdə Quba rayonu, Alpan kəndində yerləşən Fərhad marketdən E-Manat aparatı vasitəsilə sonuncunun ona göndərdiyi "xxxx" ASC-nə aid Şahid7 adına olan bank kartına köçürdüyü 2000 manat, bundan sonra xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Elşad elektroniks mağazasında quraşdırılmış Milli.ön-aparatı vasitəsilə ona məxsus son 8 rəqəmi 6056 2216 olan Leobank kartının hesabına köçürdüyü 2000 manat, dördüncü dəfə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən marketdə quraşdırılmış E-manat vasitəsilə ona məxsus son 8 rəqəmi 6056 2216 olan Leobank kartının hesabına köçürüyü 2000 manat, daha sonra xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Elşad elektroniks mağazasında quraşdırılmış Milli.ön aparatı vasitəsilə ona məxsus son 8 rəqəmi 6056 2216 olan Leobank kartının hesabına köçürdüyü 1.000 manat, bundan sonra 2022-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 83 ünvanda yerləşən Təhsil Nazirliyinin qarşısında nağd aldığı 6.000 manat və sonuncu dəfə ünvan 5 ünvanda yerləşən Kapitalbanka məxsus bankomatın yanında nağd aldığı 1000 manat, ümumilikdə 20.000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə xeyli miqdarda madd ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək, sonuncunun tanışı “Elvin Səfərov” adlı şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş qohumunun 2022-ci ilin fevral ayının sonlarında azadlığa çıxmasına köməklik göstərəcəyinə dair yalar vədlər verib aldadaraq, 12 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinir Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə müəsissəsinin ünvan 6 ünvanda yerləşən binasının qarşısında 10000 manat məbləğdə pulunu alaraq, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 sonuncunun oğlu Fəqan Feyziyevin Azərbaycan Respublikası CM-ni 178-ci maddəsi ilə təqsirləndirildiyi Bakı şəhəri Appellyasiya məhkəməsində istintaq olunan cinayət prossesində köməklik edərək həbsdən azad olunmasına imkanı olması barədə yalan məlumat verib aldadaraq və xx.xx.2022-ci il tarixdə Biləsuvar rayonu, Bəhramtəpə yolunda yerləşən “AL Marketdə” quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-nə aid ona məxsus 5213*********7426 saylı kart hesabına köçürdüyü 3030 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs6 övladları X16 və X8 Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə Sabunçu RPİ-də istintaq olunan cinayət işində köməklik edərək həbsdən azad olunmalarına imkanı olması barədə yalan məlumat verib aldadaraq və ilk dəfə 2022-ci ilin iyun ayında ünvan 7 ünvanda yerləşən “Mado” restoranında 6000 manat, daha sonra 2022-ci ilin iyul ayında həmin ünvanda 4000 manat, sonuncu dəfə 03 avuqst 2022-ci il tarixdə ünvan 8 ünvanda yerləşən “Gilavar” restoranının qarşısında 2000 manat, ümumilikdə 12000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcıları və informasiya texnologiyalarından istifadə etməklə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 9 ünvanda yerləşən “Arion” adlı hoteldə olduqları zaman tanışı X1 məlumatı olmadan, "xxxx" ASC-yə aid sonuncuya məxsus 416973******7863 bank kartının hesabından mobil telefonunda qeydiyyata alınmış "xxxx" ASC-nin mobil əlavə tətbiqetməsi üzərindən 28 iyun 2022-ci il tarixdə 182 (yüz səksən iki) manat, 180 (yüz səksən) manat, 02 (iki) manat, 15 (on beş) manat, 13,50 (on üç manat əlli qəpik) manat və 30 iyun 2022-ci il tarixdə 4.772 (dörd min yeddi yüz yetmiş iki) manat, 72 (yetmiş iki) manat və 4.700 (dörd min yeddi yüz) manat məbləğində pul vəsaitlərini mobil telefonunda qeydiyyata alınmış "xxxx" ASC-nin mobil əlavə tətbiqetməsi üzərindən köçürməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs Nərgiz Baxşıyevaya ümumilikdə 9.936,50 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə X1 etibarından sui-istifadə edərək, sonuncunun bacısı X6 X5 müəllimə vəzifəsinə işə düzəltməkdə köməklik göstərəcəyinə dair yalan vədlər verib aldadaraq, sonuncunun 17 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri 9cu mikrorayonda "xxxx" ASC-nə aid 416973******7863 bank kartının hesabından onun bank kartının hesabına köçürdüyü 2.000 manat məbləğində pul vəsaitini ələ keçirib, verdiyi vədinə əməl etməyərək zərərçəkmiş şəxs Nərgiz Baxşıyevaya həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 sonuncunun oğlu Vüqar Mahmudovun Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə Lənkəran Ağır Cinayətlər məhkəməsində istintaq olunan cinayət prosessində köməklik edərək yüngül cəza ilə həbsdən azad olunmasına imkanı olması barədə yalan məlumat verib aldadaraq Zərərçəkmiş şəxs2 xx.xx.2022- ci il saat 23 radələrindən xx.xx.2022-ci il saat 01 radələrinədək olan müddət ərzində ünvan 10 ünvanda onun kart hesabına köçürdüyü 8000 manat, xx.xx.2022-ci il tarixdə gecə saatlarında ünvan 11 ünvanda nağd aldığı 2000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda nağd aldığı 5000 manat, xx.xx.2022-ci il tarixdə ünvan 12 ünvanında yerləşən “Xəzər” marketdə quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsi ilə onun Kapitalbank ASC-nə aid 416973******5858 saylı kart hesabına köçürdüyü 1500 manat, 2022-ci ilin sentyabr ayında ünvan 14 ünvanda nağd aldığı 2000 manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 535/24 ünvanında yerləşən “Yeni” adlı parkdakı “Yaşıl” adlı kafedə nağd aldığı 2000 manat, 2022-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Q.Abbasov küçəsində yeni tikili binanın qarşısında nağd aldığı 3000 manat, ümumilikdə 23500 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, bəzi epizodlar düzgün yazılmayıb. Zərərçəkmiş şəxs1 tərəfindən verilən ittihamı qəbul edirəm və onun pulunu qaytarmamışam. Zərərçəkmiş şəxs4 10000 azn pul götürmüşəm, amma anlaşılmazlıq olub və bu ittihamda özümü təqsirli bilmirəm. Zərərçəkmiş şəxs6 özümü təqsirli bilirəm. Baxşıyeva Ruhəngiz epizodunda özümü təqsirli bilmirəm, çünki videoçəkiliş də var ki, pulu birlikdə çıxarmışıq. Baxşıyeva Nərgizin bacısını kollece düzəltmək hissəsində də özümü təqsirli bilmirəm. Zərərçəkmiş şəxs2 pulunun müəyyən hissəsini qardaşım qaytarıb. Zərərçəkmiş şəxs3 hissəsində özümü təqsirli bilirəm. Əvvəllər Penitensiar Xidmətdə işləmişəm və təqaüdə çıxmışam. Zərərçəkmiş şəxs1ı ortaq tanışımdan tanıyıram və yoldaşını direktor düzəltmək adı ilə pul almışam. Zərərçəkmiş şəxs6 aldatmışam və səbəb də oğlu narkotiklə məşğul idi. Nərgiz Baxşıyeva mənim tanışımdı. Zərərçəkmiş şəxs6 1-ci dəfə qardaşı ilə gəlmişdi və 6000 azn pul aldım. 2-ci dəfə 4000 azn gətirdi verdi Caspian qarşısında. 2500 azn da karta atdılar.Ümumən də 12500 azn pul olub. Zərərçəkmiş şəxs2la ortaq tanışla tanımışam. 177-ci maddə üzrə ümumiyyətlə özümü təqsirli bilmirəm, çünki bu mənə yaraşan deyil. Videonu Nərgizlə birlikdə çəkmişik və çəkilişi də Nəsimi rayonunda müstəntiqə təqdim etmişəm. Zərərçəkmiş şəxs4 epizodunda 7000 azn heçkimə verməmişəm və həmin epizoda da müstəntiqə 2 dəfə ərizə verilib ki, heç bir şikayətim yoxdur. Namiqə heç nə çatmayıb. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan edilib. İbtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, 2002-ci ildən Ədliyyə Nazirliyinin müxtəlif stuktur bölmələrində işləmiş, 2020-ci ildə Ədliyyə Nazirliyi, Qobustan həbsxanasında nəzarətçi vəzifəsindən təqaüdə çıxmışdır. Şahid4 təxminən 5 il olar tanıyır. Belə ki, Şahid4 “Evro home” mağazalar şəbəkəsində işləmiş və sonuncudan tikinti materialları almış, beləcə Şahid4la münasibətləri yaranmışdı, Ayazla dostluq edirmişlər. 2022-ci ilin iyun ayında Ayaz ona zəng edib bir nəfər tanışına köməklik etmək lazım olduğunu bildirmiş, belə ki, Ayazın tanışı Təranə adlı xanımın iki övladı narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduqlarından saxlanılmış və barələrində həbs qətimkan tədbiri seçilmişdi, barələrində Azərbaayacan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət işinin istintaqı aparılırmış və Bakı İstintaq Təcridxanasında, saxlanılırmışlar. Ayaz onun Ədliyyə Nazirliyində işləməyini bilirdi, təqaüdə çıxmağını isə bilmirmiş. O da cavabında bildirmişdi ki, Təranə xanıma köməklik edə bilər və mobil nömrəsini Təranə xanıma verməsini xahiş etmiş, bir neçə saat sonra Zərərçəkmiş şəxs6 ona zəng edib görüşmək istədiyini bildirmiş, 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs6 ilə ünvan 16 ünvanda yerləşən “Mado” restoranında görüşmüş. Təranə xanımın yanında qardaşı da olmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs6 bildirmişdir ki, övladlarından biri ağır xəstədir və həmin övladının xəstəlik kağızlarını ona göstərib bildirmişdir ki, övladları X11 və X16 narkotik vasitənin istifadəsi və satşı ilə bağlı tutulmuşlar və barələrində Sabunçu RPİ-nin İŞ-də cinayət işi var. O, məsələ ilə bağlı maraqlandıqdan sonra sonuncularla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə gündən sonra o, Təranəgillə yenidən görüşdükdə bildirmişdir ki, ilkin xərclər üçün 6.000 manat pul lazımıdır, ilkin xərclər dedikdə isə vəkil tutmağı və digər xərcləri nəzərdə tuturmuş. Zərərçəkmiş şəxs6 razılaşmışdır. 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs6 və qardaşı ilə “Mado” restoranında görüşmüş, Zərərçəkmiş şəxs6 orada 6.000 manat pulu ona vermişdir. O, 6000 manat pulu götürən zaman sonuncunun övladlarına köməklik edəcəyini və ilkin xərclər üçün bu pulu götürdüyünü bildirmişdir. Pulu götürdükdən sonra oradan uzaqlaşmış və Zərərçəkmiş şəxs6 övladlarına hüquqi yardım etməsi üçün Kərim adlı vəkillə müqavilə bağlamışdır. Müqavilə üçün Kərimə 1200 manat pul vermiş, 4800 manat pul onda qalmışdır. 2022-ci ilin iyul ayında yenidən Zərərçəkmiş şəxs6 ilə əlaqə saxlayıb övladlarının işi üçün əlavə olaraq 4000 manat pul lazım olduğunu bildirmişdi. Təranə xanım heç nə demədən yenə ona 4.000 manat verəcəyini bildirmişdir. 2022-ci ilin iyul ayında o, Təranə xanım və sonuncunun əri Yavərlə Nərimanov rayonunda yerləşən “Mado” restoranının yaxınlığında görüşmüş və 4000 manat pulu almışdır. Həmin pulu da özündə saxlamışdır. Fikirləşmişdir ki, Sabunçu rayonunun müstəntiqi ilə danışar və məsələni həll edə bilər, lakin pulun artıq bir hissəsini xərcləmişdir. Zərərçəkmiş şəxs6 aldığı 4000 manat pulu da öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra sonuncu dəfə o, yenidən 2022-ci ilin avqust ayının əvəllərində Zərərçəkmiş şəxs6 zəng edib xərclər üçün əlavə olaraq 2500 manat da pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs6 razılaşaraq 2500 manat pulu ona göndərmişdi. O, aldığı 2500 manat pulu da öz şəxsi ehtiyaclarına xəcləmişdi. Təxminən bir neçə gün sonra Zərərçəkmiş şəxs6 onunla əlaqə saxlayaraq onları aldatdığını, övladlarının işi ilə maraqlanan zaman övladlarının işinin düzəlmədiyini bildirmişdi. O, aldığı pulları qaytaracağına söz versə də, bu günədək pulu olmadığından Zərərçəkmiş şəxs6 pulunu qaytarmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 onun uzaq qohumudur. 2022-ci ilin fevral ayının əvvəllərində digər qohumu İlkin Məmmədov ona zəng edərək Zərərçəkmiş şəxs3 oğlu Fəqanin Bakı Apelliyasiya məhkəməsində işi olmasını və sonuncuya köməklik göstərmək lazım olduğunu bildirmişdi. O, bu işdə köməlik göstərə biləcəyini bildirmiş, sonra Xudam ona zəng edərək vəziyyəti izah etmişdi. Bundan sonra həmin məhkəmədə anket məlumatlarını bilmədiyi şəxslə danışıq aparmış, həmin şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslərin ziyanı ödənilərsə Fəqana köməklik göstərə bilər, bunun üçün isə xidmət haqqı kimi 2500 manat pul lazımdır. Bu barədə Xudama məlumat verərək işi 3000 manata həll edə biləcəyini demişdi. Sonuncu razılaşmış və xx.xx.2022-ci il tarixdə ona məxsus Rabitə Bank plastik kart hesabına 3000 manat pul göndərmişdi. Həmin pulun 500 manatı onun, qalan pul isə işi həll edən şəxsin idi. O, həmin puldan 1000 manatını şəxsi ehtiyaclarına xərcləmiş, 2000 manatını isə iş üçün saxlamışdı ki, istənildiyi vaxt üzərinə 500 manat qoyaraq işi həll etsin. Lakin, işin alınmadığını gördükdə həmin 2000 manatı da nağdlaşdırıb xərcləmişdi. Bundan sonra Xudam onunla əlaqə saxladıqda müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdı. Zərərçəkmiş şəxs4 onun sinif yoldaşı və uşaqlıq dostudur, 2022-ci ilin fevral ayında dostu Çingizin tanışı “Elvin” adlı şəxsin tanışının qohumundan, həmin şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə müəsissəsində cəza çəkən qohumunun azadlığa çıxarılması məqsədi ilə 10.000 (on min) manat məbləğdə pul almış, həmin pulun 1.000 (bir min) manat hissəsini o, 1.000 (bir min) manat hissəsini Çingiz, 1.000 (bir min) manat hissəsini isə həmin “Elvin” adlı şəxs özlərinə götürmüş, 7.000 (yeddi min) manat hissəsini isə, adını demək istəmədiyi şəxsə vermiş, lakin həmin iş alınmadığı üçün o, 2.000 (iki min) manat hissəsini məhkumun ona 10.000 manat pul vermiş qohumuna qaytarmış, nə Çingizdən, nə də tanışından pul almamışdır. X3 onun əvvəllər görüşdüyü qadın olmuşdur. Sonuncunun bank kartından mobil tətbiqetmə üzərindən köçürmə əməliyyatını o, gizli deyil, sonuncunun öz məlumatı və razılığı əsasında etmiş, çünki Nərgizin bank kartının istifadə müddəti başa çatmışdır və yeniləmək lazım olmuşdur. Onlar Türkiyədə olduqları vaxt bir neçə nəfərdən borc pul alıb xərcləmiş, ona görə Nərgizlə birlikdə ikisi sonuncunun pulunu kartından çıxarıb xərcləmiş və bir hissəsi ilə borclarını qaytarmışlar. Nərgiz Baxşıyevanın bacısı Rənanı həqiqətən də tanışlarının vasitəsi ilə orta məktəbə müəllimə işinə qəbul olunması üçün imtahandan keçməkdə köməklik etmək məqsədi ilə 2.000 (iki min) manat məbləğdə pulu məhz Nərgizdən deyil, onun bacısı Rənadan kartdan karta köçürmə sistemi ilə almışdır. O, Nərgizdən pul almamış, Rənanın “işini” də düzəltmək məsələsi 2023-cü ilə qalmışdır, ona görə də o, Rənanın pulunu özünə qaytarmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 oğlu Vüqar 2021-ci ilin noyabr ayında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq istintaqı aparılmış və həmin cinayət işi üzrə məhkəmə prosesi davam etmişdir. 2022-ci ilin avqust ayında tanışı Rəsul onu Rasimlə tanış etmiş, onlar Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Bulvarı ərazisində yerləşən “Hərbi qənimətlər parkı”nm yaxınlığındakı kafedə görüşmüş, Rasimlə o, masadan qalxıb bir qədər kənara çəkilmiş, söhbət zamanı Rasimə həmin işdə köməklik edəcəyini bildirmiş və 15.000 manat pul istəmişdi. Sonra Rasimin idarə etdiyi “Mercedes” markalı avtomobillə yaşadığı ünvana getmişdi. Bundan sonra Rasim evdən bank kartı gətirərək ona vermiş, o, həmin kartından mobil tətbiq vasitəsilə 8.000 manat pulu öz bank kartlarına köçürmüşdü. Bundan sonra o, Rasimlə Səbail rayonu Bayıl qəsəbəsində "xxxx"ın ASC-nin bankomatına yaxınlaşıb orada həmin kartdan əlavə olaraq 2000 manat pul da çıxarış etmişdi. Bundan sonra Rasimə iki gün sonra əlavə 5000 manat pul da verməyini bildirmiş, iki gün sonra Rasimlə Bayıl qəsəbəsində yerləşən Beynəlxalq Bankın filialının qarşısında görüşmüş, sonuncu orada ona 5000 manat pul vermişdi. Bundan iki gün sonra yenə Rasimə zəng edərək əlavə 3000 manat pul lazım olduğunu bildirmiş, Rasim də onun kartına 1500 manat pul köçürmüşdü. Bundan iki gün sonra Rasimə yenidən zəng edib əlavə 3000 manat pul istəmiş, sonra Rasimlə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Milli Elmlər Akademiyası” ilə üzbəüz yerləşən Hüseyn Cavid parkında görüşmüş və Rasim orada ona 2000 manat pul vermişdi. Bundan sonra da Rasim əlavə olaraq müxtəlif vaxtlarda ona 5000 manat pul vermiş, sonuncu dəfə isə Rasimlə Bayıl qəsəbəsində görüşmüş və Rasim ona verdiyi 23.500 manat pulunu tələb etməyə başlamışdı. O, Rasimə söz versə də, lakin pulunu qaytara bilməmişdi. Bundan başqa Zərərçəkmiş şəxs1 sonuncunun Rəsmiyyə adlı arvadını Quba rayonu Alpan kənd orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyini bildirərək 20.000 manat pul istəmişdi. İlk dəfə Sənan ona 2021-ci ilin oktyabr ayının əvvəllərində Quba rayonu H.Əliyev prospektində yerləşən kafedə 6000 manat pul vermişdi. Bundan başqa Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayının axırlarında yenə Quba rayonundan E-Manat aparatı vasitəsilə onun göndərdiyi bank kartına 2000 manat, daha sonra 2022-ci ilin may ayında Quba rayonundan Milli.ön aparatı vasitəsilə ona məxsus Leobank kartının hesabına 2000 manat, həmin ilin iyun ayında yenə də Quba rayonundan həmin kartına 2000 manat, ondan bir neçə gün sonra yenə də Quba rayonundan həmin kartının hesabına 1.000 manat pul göndərmişdi. Bundan sonra 2022-ci ilin iyul ayının əvvəllərində onlar Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 83 ünvanda yerləşən Təhsil Nazirliyinin qarşısında görüşmüş və Sənan orada ona 6.000 manat pul vermişdi. O, Sənandan qalan 1.000 manatı da verməsini istəmiş və Sənan ünvan 5 ünvanda yerləşən Kapitalbanka məxsus bankomatm yanında ona 1000 manat pul vermişdi. O, Sənandan beləliklə cəmi 20.000 manat məbləğində pul almış, lakin onun arvadının işini düzəldə bilməmiş və aldığı pulları öz ehtiyaclarına sərf etdiyinə görə Sənana qaytara bilməmişdi. Onu Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməyində tanışı Zərərçəkmiş şəxs5 hər hansı bir formada iştirakı olmamış, sonuncu yalnız onları tanış etmiş, digər pul məsələlərinə qarışmamış, Sənandan hər hansı bir məbləğdə pul almamış, o da Sənandan aldığı puldan Nərgizə hər hansı bir məbləğdə pul verməmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs1 və sonuncunun arvadı ilə Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 83 ünvanda yerləşən Təhsil Nazirliyinin qarşısında görüşdüyü vaxt indi xatırlamadığı bir nəfər tanışımdan xaşih etmişdi ki, onları öz avtomobilinə dəvət edərək işlərin yolunda getdiyini bildirsin. Sonuncu da hadisədən məlumatı olmadığı halda belə onunla razılaşmış və avtomobilinə əyləşəndən sonra Sənanla arvadına demişdi ki, hər şey öz qaydasındadır, işlər yolunda gedir. Bundan sonra həmin şəxs çıxıb getmişdi. Həmin şəxsin idarə etdiyi avtomobilin markasını və dövlət nömrə nişanlarını xatırlamır. ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin kimə məxsus olmasını bilmir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs mənim uşaqlıq dostu olub, ona vurulan ziyan qaytarılmayıb, amma uşaqlıq dostum olduğu üçün bağışlayır. Şikayətçi deyil və istintaq dövründə də bunu qeyd etmişdir ki, zərərşəkmiş kimi tanınmasın. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2000 azn verərkən qonşusu da orada idi və o təsdiq edər. Zamin dedi ki, gələn müəllim adamdı yanında dayandı. Onu görsə xatırlayar və bilmək istəyir o kimdir. Söhbət etdik onunla. Zaminlə biz aralandıq ordan, o şəxs getdi. Zamin dedi ki, sənin yoldaşın bizi güddürür. Diqqət etdim ki, saat 6 olmadan dövlət işçisi necə çöldə ola bilər. Sonradan Ayaz adlı şəxs bizə dedi ki, mən cavabdehəm və pulu aparıb vermişik. Əks təqdirdə biz ona inanmamışdıq. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, bibioğlu zəng etdi mənə o işi həll etməyə adam olduğunu, qonşum olduğunu dedi. Xətaidə MP rəisidir. Bir müddət keçdikdən sonra mənə zəng gəldi və dedilər ki, istəsən sənə köməklik edək. 2021-ci ildə mayın 4-də Qənimətlər parkına getdim və tanış olduq. 15000 azn verəcəyimə dair razılaşdıq. Bu məbləğin də 8000 azn kartdan çıxartdım sonra 3000 azn da əlavə çıxartdım ona verdiyim zaman 1000 azn artıq olduğunu dedi və mən də bu hərəkətinə görə daha da inandım. Nəticədə 2000 azn verdim. Daha sonra 5000 azn da lazım olduğunu dedi və iş yerimə gəldi ordan pulu çəkib verdim. Daha sonra iş uzandi 3000 azn, 2000 azn verə-verə gəldi çıxdı 23500 azn pula. Onun 1500 azn qardaşı Elçin mənə qaytarıb. Namiq də hər ay 50 azn verir ki, 1000 azna çatsın. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Ayaz adlı qonşumuz var və dedi ki, sizə köməklik edə bilər. Biz də Zaminlə Nərimanovda görüşdük, danışdıq və qardaşı Elçinə zəng vurdu. Elçinlə danışdı ki, belə məsələ var, oğlu da xəstədir. Həmin gün 4000 azn verməli idik amma vermədik, sonradan 6000 azn istədi, amma biz 4000 azn verdik. Sonradan yenə istədi verdik. Belə-belə 15000 azna gəldi çıxdı. Sonradan əlaqə saxlaya bilmədik. Uşağına da iş kəsdilər və Zaminlə bağlı ərizə ilə müraciət etdi. Sonra Səbail rayonuna gələndə 4 ay azadlığa buraxıldı və 28-də ərizə ilə müraciət edəndə Zamini yenidən tutdular. Xahişi odur ki, uşağı xəstədir və onun müalicəyə ehyiyyacı var, 15000 azn pulum qaytarılsın və ərizədə də bu məbləğ öz təsdiqini tapır. İlk dəfə 4000 azn sonra 2000 azn, sonra 2500 azn kartına atdım, 500 azn da əlavə vermişəm. Mən vəkil tutmuşdum. Ona baxdı dedi ki, bu heç nə bilmir. Zamin yığdı qardaşı Elçinə o, da dedi ki həll edərik. O səsi də xatırlayıram. Elçin sonradan yığdı məni ki, ərizəni götür pulu qaytaracağıq. Mən inanmadım. 12000 azn verirəm qalan 3000 aznı sonradan verəcəm demişdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ildə oktyabr ayında X13 birlikdə Quba rayonuna gəldi. Qafqaz YDM-də kofedə görüşdük. Nərgiz yoldaşımın nömrəsini tapdı və o cür onları tanımışam. **-TX-*** nömrəli ağ rəngli mercedeslə gəlmişdilər. Görüş zamanı dedilər ki, nazirlikdə tanışım var 6000 azna yoldaşını direktor verəcəklər və ayın 6-sı maşında görüşdüm 6000 azn pul verdim. Sonradan yalandan dedilər ki, yoldaşın 27 balla keçib və Şahid7 kartına 2000 azn göndər ki, sənədlər işlənilib. Sonuncu dəfə də Gənclikdə rastlaşdıq Hyundai markalı maşında görüşdük və qalan məbləği də orada verdim. Yasamal rayonunda da kartdan pul çəkib ona verdim. Hər dəfəsində də mənə dedi ki, iş düzəlib narahat olma, gözlə. Müsabiqə oldu və yoldaşım keçmədi. Sənədlərimi qaytardı amma pulumu qaytarmadı. Nərgiz mənə yığıb dedi ki, Zamin həbs olunub. 4-5 ay həbsdə yatdıqdan sonra çıxıb. Zaminin anası ağladı ki, şikayət etməyin ziyanınızı ödəyəcəyik və biz də bir müddət gözlədik. Bir müddət telefonda danışdıq amma hər dəfə məni aldatdı. Sonunda Nərimanov rayon Prokurorluğuna ərizə ilə müraciət etdim və Polis şöbəsinə dəvət etdilər və ifadə verdim. Sonradan Yasamal rayon Polisindən 2024 yanvar ayında cinayət işinin başlanmasına rədd məktubu gəldi. Səbəb olaraq da Təqsirləndirilən şəxs AR-də tapa bilmədikləri üçün. 2024 avqust ayında cinayət işinin açıldığını dedilər və Səbail rayonunda müstəntiq məni çağırdı və ifadəmi verdim. Əlavə edim ki, Şahid7, Baxşıyeva Nərgiz də bu cinayətkar dəstə üzvüdür. Həbsdən çıxdıqdan sonra da mənə Zamin dedi ki, torpaq sahəm var onu satmağa kömək et. Mən də aşağı qiymətə satmağa adam tapdım amma satmadı. 20000 azn pulu müsabiqədən keçmək üçün vermişəm. Nərgiz özünü Ədliyyə nazirliyinin Əməliyyat-axtarış şöbəsində işlədiyini təqdim etdi, formasız idi. Kartın nömrələri Zaminin adına idi. Nərgizlə yoldaşım danışırdı, Zaminlə də mən. Zamin vəd vermişdi ki, mən işi həll edəcəm.Nərgiz Zaminin dostudur. Şahid7 maşında vəd verdi ki, işlər hazırdı və sənədlər həll olunacaq. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğlu tutulan zaman Zaminin xalası oğlu da mənlə gəldi və Zaminin nömrəsini verdi mən də danışdım. 3000 azn pul bu günə çatmalı olduğunu dedi və gecəylə pulu Biləsuvarda marketdən göndərdim. Sonra əlaqə saxladım mənə dedilər ki, Türkiyədədir. Zaminin anası mənlə əlaqə saxladı dedi ki, Sumqayıtdayam gəlirəm pulunuzu qaytaram. Aradan 1 saat keçdi zəng vurdum sonradan dəfələrlə yığsam da açmadı. Zamin mənə dəymiş ziyanı ödəməyib. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o direktorların işə qəbulla bağlı imtahan vermişdi və 2021-ci ildə imtahandan keçdi. Müsabiqə mərhələsi ilə bağlı Nərgiz xanımla tanış oldu və o dedi ki, mənim tanışı var, adı Zamindir. O, sənə köməklik edəcək və müsabiqədən keçəcəksən. Mən də razılaşdım. Nərgiz xanım məni yığdı və Qubaya gəldilər. 2021-ci il oktyabr 5-də görüşdük onla, amma həmin gün pul vermədik. Sonradan dedilər ki, biz həll edəcəyik. Şahid7 adlı şəxsin olduğunu və Təhsil nazirliyində işlədiyini bildirdilər. Biz də Zaminin bu sözlərinə inandıq. Mən də bankdan gedib pul götürdüm və Şahid7 kartına yüklədik. Yenidən yığdılar ki, bizə 20000 azn lazımdır. Biz bu səbəbdən may ayında 2022-ci ildə nazirliyin qarşısında görüşdük. Orada Şahid7 və Zamin var idi. Yoldaşım orada pulu verdi. Sonuncu dəfə də Zaminin kartına pul yüklənib. İyul ayında Zabitlər bağında Zamin və Nərgizlə görüşdük. Hətta Nərgiz dedi ki, mən Amillə görüşməliyəm, sizin işiniz həll olunub. Nəticədə mən müsahibəyə getdim və kəsildim. O zaman da aldadıldığımı bildim. Biz Zamin, Amil və Nərgizə 20000 azn vermişik. Direktor kimi müsahibədən keçmək üçün vermişdim. Zamini Ədliyyə işçisi kimi tanıyırdım. Zamin söz verdi ki, Şahid7 mənim tanışımdır və o həll edəcək. Şahid7 görmüşəm. Amil dedi ki, Rüfət müəllimə pul verəcəyik həll edəcək. Əlbəttə ki, Şahid7 pul çatıb. Ondan sonra Amillə görüşməmişik. Pulumu Zamindən tələb etdim. Pulu Zamin götürüb, amma Amilin maşınında vermişik. Nərgizlə danışdım, yalandan dedi ki, mən də zərərçəkmişəm. Zamindən Amilin nömrəsini də tələb etmişəm, amma verməyibdi. Amilin maşınında 6000 azn Zaminə vermişik. Hətta biz Türk bank kartına Amilin adına pul vurmuşuq. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Zamin bəyə 6000 azn pul vermişəm, onun 4000 azn Nərimanovda vermişəm, 2000 azn isə Səbail rayonunda vermişəm. Təranə xanımın yoldaşıdır. Yoldaşı Təranə dedi ki, Zamin adlı şəxs var köməklik edə bilər və mən də onu belə tanımışam. Ümumi 12000 azn səhv etmirəmsə verilib, amma mənim üzərimə düşən məbləği yaxşı biirəm. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Chevrolet Kruze” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili atası Hüseyn 2011ci ildə öz adına almış və özü də idarə edir. Atası Hüseyn həmin avtomobili yalnız öz işləri üçün istifadə edir, həmin avtomobillə heç vaxt taksi fəaliyyəti ilə məşğul olmamışdır. Bəzi hallarda isə həmin avtomobili o, da idarə edir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Şahid3 və Təhsil nazirinin köməkçisi Şahid7 adlı şəxsləri tanımır, sonuncularla heç vaxt görüşməmiş, onlarla aralarında heç bir münasibət olmamışdır. O, heç vaxt həmin avtomobillə Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 83 ünvanda yerləşən Təhsil Nazirliyinin qarşısında olmamış, atası Hüseynin 61 yaşı var, sonuncu yaşlı olduğuna görə həmin avtomobili yalnız yaşadığı Sahil qəsəbəsində idarə edir, həmin avtomobillə Bakı şəhərinə gəlmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 da şahid Səxavəl Dünyamalıyev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü il avqustun 5-də qonşum Rəsul mənə dedi ki, “dayınoğlunun məhkəməsində sizə köməklik edə bilərəm, mənim dostum Ədliyyədə işləyir”. Həmin dostu Zamin idi. Zamin də Rəsula deyib ki, 15000 azna bu məsələni həll edəcəyəm. Mən də nömrəni verdim Rəsula və o da dayımoğlu – Rasimlə danışdı. Axşam Zamin, mən və Rəsul bir də türk vətəndaşı ilə birlikdə Qənimətlər parkında görüşdük. Saat 10-11 arasında Zamin və Rəsul aralarında söhbət etdilər. Mənə heç nə demədilər. Onlar çölə çıxıb söhbət edib gəldi. Saat 12-ə qalanda Zamin tək gəldi. Gecə saat 1-in yarısı Rasim mənə dedi ki, 7000 nə qədərsə, Zaminə pul vermişəm. Mən də ona dedim ki, kaş ki, notariusda birlikdə təsdiqlədərdik. Ondan sonra Rasim mənə zəng edib deyir ki, 3500 vermişəm, 7000 azn vermişəm, vəkil Kərimə 3000 azn vermişəm. Belə-belə proses davam etdi. Bir də qeyd edim ki, Səbail rayonunda Cavid adlı müstəntiq dedi ki, 1000 azn aldığına dair yaz, yoxsa övladların yetim qalacaq. Bizdən cəmi 23500 azn pul alıb. Biz Zaminlə danışanda dayımnəvəsi hələ də Kürdəxanıda idi. Pulları hissə-hissə alıb. Pulların verilməsinin heç birinin yanında olmamışam. Çayxanada olarkən Zamin vəkil tutmuşam və işi həll etməyə gedirəm dedi. Mən oradan 1 azn belə götürməmişəm. X23 tanış edib. Mən Zamini tanımamışam. Rəsulu tanımışam. Mən Rəsulu tanımışam, o Zamini bizə calaşdırıb və heç kimdən də pul götürməmişəm. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 bir qonşu kimi 15 ildən çoxdur tanıyır. Təqsirləndirilən şəxs isə iki il olar mağazada alver edərkən görüb tanımış və aralarında yaxın münasibətlər yaranmışdır. Həmin vaxtlar Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin 13 saylı cəzaçəkmə müəssisəndə işləyirmiş. Bir neçə dəfə Zaminlə oturub çörək də yemişdir. 2022-ci ilin iyun və ya iyul aylarında, tarixi dəqiq xatırlamır Təqsirləndirilən şəxsla birlikdə Dərnəgül qəsəbəsində yerləşən «Evrahom» tikinti malları satılan mağazada olarkən qonşusu Zərərçəkmiş şəxs6 telefon vasitəsilə zəng edərək ona bildirmişdir ki, iki oğlu narkotik vasitələrdən istifadə etdiklərinə görə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və onların hər ikisi barəsində İstintaq şöbəsində istintaq aparılır, o, oğlanlarını həbsdən azad etdirmək istəyir, adam axtarır və ona bu işdə köməklik edə biləcək bir adam tanıyırmı? O, Zərərçəkmiş şəxs6 ilə söhbəti bitirdikdən sonra bu barədə Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu demişdi ki, Sabunçu RPİ-də tanışı var, həmin şəxslə danışıb yoluna qoyar. Sonra Təranə xanıma demişdi ki, belə bir adam var və Təqsirləndirilən şəxs ***-***-**-** saylı telefon nömrəsini Təranə xanıma göndərib demişdi ki, özləri danışıb razılaşsınlar. Bundan sonra Zaminlə Təranə xanım özləri telefon əlaqəsi yaratmış, lakin o, həmin söhbətlərdə iştirak etməmişdir. Həmin hadisədən təxminən bir ay sonra Təranə xanımdan eşitmişdir ki, artıq həmin məsələnin həlli üçün Təqsirləndirilən şəxs 6.000 manat məbləğində pul vermişdir. Həmin hadisədən təxminən 5-6 ay sonra isə Təranə xanımdan eşitmişdi ki, Təqsirləndirilən şəxs Təranə xanımı aldadaraq 16.500 manat pulunu ələ keçirmiş, oğlanlarının həbsdən azad olunmaları üçün heç bir iş görməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs6 Nizami metrostansiyasmm yaxınlığında yerləşən “Qoçət” adlı restoranda görüşdürmüş və orada olan söhbət zamanı Təqsirləndirilən şəxs demişdi ki, Zərərçəkmiş şəxs6 cəmi 11.500 manat pul almışdır və bir həftə sonra qaytaracaq. Həmin vaxtı Zərərçəkmiş şəxs6 özü də etiraf etmişdi ki, həqiqətən də oğlanlarının işi üçün Təqsirləndirilən şəxs cəmi 11.500 manat pul vermişdir. Orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 bir həftə vaxt istəmişdi ki, ondan şikayət etməsin, Quba rayonunda özünə məxsus torpaq sahəsi var, həmin torpaq sahəsini 155.000 manata satır, torpaq sahəsi satılan kimi bir həftə ərzində Təranə xanımdan aldığı 11.500 manat pulu özünə qaytaracaq və sonuncular razılaşıb ayrılmışlar. Bir müddət sonra isə eşitmişdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 aldığı puldan hər hansı bir məbləğ qaytarmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 aldığı puldan ona hər hansı bir məbləğdə pul verməmiş, o da Təqsirləndirilən şəxs hər hansı bir məbləğdə pul istəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, həyat yoldaşı işdə idi. Zaminin bibisi oğlu Namiqdən zəng gəldi, yoldaşımla danışdılar və yoldaşım uşağımın işi ilə əlaqədar maşını satmışam dedi. Yoldaşıma köməklik edəcəyini dedi və Ağ şəhərə çağırdı. Yoldaşıma deib ki, 8000 azn pul ver və o pulu Zamin öz kartına atdırdı. Sonradan 2000 azn da əlavə pul çıxartdılar ki, eyni gündə bankomatdan pul çıxarmaq olmur. Daha sonra banka getdik 5000 azn da bankdan götürüb Zaminə verdik. Zaminə dedik ki, notariusda təsdiq edək o, dedi ki “mən kişiyəm bizə yaraşmaz”. Aradan 2 gün keçdi və Zamin dedi ki, 2000 azn pul verin gedirəm Lənkərana. Sonra yenidən zeng edib dedi ki, 5000 azn da verin ki, prokurora verəcəm və verdik. Sonradan bizi yığıb aldatdı ki, oğlun çıxıb. Hövsana getdik yoldaşımla və orada Zamin dedi ki, 15000 azn da verin. Biz ona dedik ki, nə olur olsun oğlumu oradan çıxart. Aydın Mməmmədov küçəsində 3000 aznda özüm saydım ona verdim və sonradan 1500 azn qardaşı Elçin qaytardı. Namiqə də aylıq 50 azn kəsiblər o, qaytarır. Mənə dəyən zərər 23500 azndır və bu puldan 1500 qaytarılıb. 22000 azn dəymiş ziyandır. Zaminin bibisi oğlu da pensiya aldıqca hər ay 50 azn ödəyir, 500 ödəyib 500-ü qalır. Ümumən 21500 azn ziyanım ödənilməyib. Pulu götürəndə bizə heç nə demədi. Lənkərana gedəcəyini dedi. Həmin vaxt da oğlumun məhkəməsi gedirdi. Cəlil müəllim idi oğlumun vəkili o dedi ki, Zamin oğlunuzu çıxaran deyil. Zaminlə bizi yoldaşımın bibisi oğlu tanış etdi və dedi ki, Zamin bu işi görən adamdı. Ətrafımdakı şəxslər sonradan dedi ki, Zamin sizi aldadır. Məhkəmə istintaqında ittiham tərəfin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki,Təranə onun köhnə qonşusudur və bir gün 2 oğlunun içəridən çıxarılması üçün ona zəng etdi və bu məsələdə köməklik göstərəcək deyə bir adam tanıyırsan soruşdu. Təranəni Zamin ilə calaşdırdı və ona 11,500 manat məbləğ deyilmişdir. Pulu verəndən bir müddət sonra Təranə zəng edib ona dedi ki, Zamin telefonları 3-4 aydır ki qaldırmır. Sonra 20 yanvar ərazisində Təranə ilə görüşdük. Yanında adam var idi o dedi ki 16.500 manat verib, lakin heç bir xəbər yoxdur və pul qaytarılmayıb. Sonra Nizami rayon ərazisində üçümüz görüşdük və Zamin dedi ki, əlində olan aksessuarları satıb pulu qaytaracaq. Həmin vaxtlar bilirdi ki, Zamin türmədə yox, Ədliyyə Nazirliyində işləyir, xidməti vəsiqəsini görmüşdü. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (İ cild c.i.v.12). İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə altında istintaqı davam etdirilmişdir (İV cild c.i.v 10). İş materiallarında olan 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır (İ cild c.i.v 1-9). İş materiallarında olan 09 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinyaət işi icraata qəbul edilməklə ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı davam etdirilmişdir (İ cild c.i.v 35-37). İş materiallarında olan 17 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilərək ********* nömrə altında istintaqı davam etdirilmişdir (İ cild c.i.v 58-60). İş materiallarında olan 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş (İ cild C.İ.V.119- 120). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild c.i.v.29). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v.144). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild c.i.v.161). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 08 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v.18). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 09 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v.36). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İV cild c.i.v.49). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild c.i.v.180- 181). İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 4(011)-606/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablanmaqla 01 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib (İ cild c.i.v.201-204). İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 4(005)-27/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 30 mart 2023cü il tarixədək uzadılmışdır (İİ cild c.i.v.143-150). İş materiallarında olan 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild c.i.v.259-263). İş materiallarında olan 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İİİ cild c.i.v.53- 62). İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 4(006)-441/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 02 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib (İİİ cild c.i.v.159- 170). İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-807/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə uzadılmışdır. İş materiallarına əlavə olunmuş səs yazılarının yaddaşına köçürüldüyü 01 (bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, bir tərəfi ağ rəngli boyalı, digər tərəfi şəffaf rəngli, üzərində Binqo 2X-56X, CD-Rekordable, CD-R, 700MB/80Min yazıları olan diskdə yeddi ədəd fayl yerləşir. Həmin videofayldan birincisi 01:17 dəqiqə, ikincisi 00:37 dəqiqə, üçüncüsü 01:02 dəqiqə, dördüncüsü 02:19 dəqiqə, beşincisi 04:11 dəqiqə, alttmcısı 00:01 dəqiqə və yeddincisi 01:28 dəqiqə müddətdə davam edir. Həmin videofayllardan birinci, ikinci və yeddinci fayllarda iş üzrə Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid6, digər fayllarda isə Zərərçəkmiş şəxs2 özünün iş üzrə Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə söhbət aparmaları müşahidə olunur, altıncı faylda isə söhbətin aparılması müşahidə edilmir, yəni həmin altıncı fayl boşdur. Həmin söhbətlər iş üzrə Zərərçəkmiş şəxs2 oğlu Vüqar Mahmudovun azadlığa buraxılması barədə aparılır və hər söhbət zamanı Təqsirləndirilən şəxs sonunculara narahat olmamalarını, məhəkəmə ilə danışdığını, Vüqar Mahmudovun həbsdən azad olunmasına köməklik edəcəyini bildirir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, zərərçəkmiş şəxs X2 məxsus X27 416973******7863 nömrəli kartdan 28.06.22-ci il tarixdə 182 manat, 180 manat, 02 manat, 15 manat, 13,50 manat, xx.xx.2022-ci il tarixdə 4.772 manat, 72 manat və 4.700 manat məbləğində pul vəsaitlərini “card-to-card” sistemi ilə Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən digər bank hesablarına köçürmüşdür. İş materiallarına əlavə olunmuş qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs2ı bank kartından 05 oktyabr 2022-ci il tarixdə 2.000 manat, digər tarixi qeyd olunmayan vaxtlarda is 6.000 manat pul digər hesaba köçürülmüşdür. İş materiallarına əlavə olunmuş köçürmə sənədinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Biləsuvar rayonu Bəhramtəpə yolunda yerləşən “AL Marketdə” quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 3.030 manat məbləğində pul digər hesaba köçürülmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş ödəniş kart üzrə çıxarışın surətindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Kar ******************** kart hesabından 03.08.22-ci il tarixdə 1.000 manat, 1.000 manat, 2.010 manat 3.015 manat, 15.020 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat məbləğində pul vəsaiti çıxarılmışdır. İş materiallarında olan 31 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (İV cild c.i.v.97-99). İş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, 31 oktyabr 2024-cü il tarixdə ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (İV cild c.i.v.64-86). İş materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırki vaxtda dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir şikayəti yoxdur (İV cild c.i.v.118). İş materiallarında olan AZ-İİİ seriyalı, 487033 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş. Ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında isə “X7” qeyd edilmişdir (İİİ cild c.i.v.6). İş materiallarında olan AZ-İİİ seriyalı, 234977 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş. Ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında isə “X7” qeyd edilmişdir (İİİ cild c.i.v.7). İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (İ cild c.i.v.156-157). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələrinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanskiyası dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs vurulmuş ziyandan qismən ödəməsini və himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məqsədəuyğun hesab edir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 04 (dörd) ay, 07 (yeddi) gün həbsdə olduğu müddət və 07 sentyabr 2023-cü il tarxdən 27 yanvar 2024-cü il tarixədək həbsdə qaldığı müddət 04 (dörd) ay 20 (iyirmi) gün, ümumilikdə 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün həbsdə olduğu müddət azadlıqdan məhru etmə cəzasının müddətinə bir gün bir gün hesablanmal və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmənin hazırlıq iclasının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli qərar ilə hazırki iş üzrə həbs qətimkan tədbiri seçilsə də digər cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi üçün icra edilmədiyindən cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 500 manat pul ödənilməlidir. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaiti hesabına 180 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan CD-R disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün 01 (bir) gününə 01 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. xx.xx.2024-cü il tarixli qərar ilə hazırki iş üzrə həbs qətimkan tədbiri seçilsə də digər cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 500 (beş yüz) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi2 ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Access Bank hesabına, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi1 ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun Kapital Bank hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar