Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-96/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, X1 iştirakları ilə, xx.xx.1969-cu ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05.06.2020-ci il tarixdə saat 23:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 48 ünvanın qarşısında küçədə şəxsi münasibətlər zəminində, yəni idarə etdiyi «Mercedes Benz E 200» markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs Serqeyevicin gediş haqqını tam ödəmədiyinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunu yumruqla və təpiklə baş və bədən nahiyələrindən qəsdən vuraraq ona sifətin sağ yarısının ümumi şişkinliyi fonunda alın nahiyəsinin sağ yarısının, sağ qaşın bayır qurtaracağı, sağ gözün bayır bucağı və sağ almacıq nahiyəsinin, burunun əsasına yaxın yəhəri və sol yan çəpəri proyeksiyasının, ucuna yaxın burnunun sağ yan çəpərinin, sağ yanağın yuxarı yarısının, üst dodağın və alt çənənin sağ yarısının, alt çənənin mərkəzinin sıyrıqları, sağ gözaltı nahiyənin qançırı, sağ gözün ağlı qişasının aşağı-bayır yarısına total qansızına, üst çənədə sağ 1-ci dişin hissəsinin hissəvi sınığı, diş ətinə qansızmalar, sağ saidin orta-yuxarı 1/3-nin ön səthinin qançıırı və qançır fonunda sıyrığı, sağ əl pəncəsinin arxa səthində İİİ daraq sümüyü proyeksiyasının və sağ diz oynağının ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs Serqeyevicin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Uzun müddətdir ki, axşamlar özünə məxsus “Mercedes Benz E200” markal, **-KZ-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 05 iyun 2020-ci il tarixdə saat təxminən 23 radələrində özünə məxsus həmin avtomobillə bir nəfər qadın müştərini “Torqovu” deyilən əraziyə düşürdükdən sonra “Buta” marketin qarşısında tanımadığı, sonradan adını bildiyi Ruslan adlı şəxs ona yaxınlaşıb Bayıl qəsəbəsinə aparmağı xahiş etmişdir. O da Ruslana 5 manat gediş haqqı ödəyəcəyini bildirmişdir. Ruslan onunla razılaşmış, avtomobilə əyləşmişdir. Həmin vaxt Ruslan sərxoş olmuşdur. “Buta” marketin yanından Neftçilər prospektinə çıxarkən o Ruslana sərxoş olduğunu, siqaret çəkmək istəyibistəmədiyini soruşmuş, Ruslan isə istəmədiyini prokurorluq əməkdaşı olduğunu və səhər işə getməli olduğunu bildirmişdir. Azneft meydanını keçdikdən sonra Ruslan yuxuya getmişdir. Bayıl qəsəbəsinə yaxınlaşan zaman o Ruslanı oyatmış, Ruslan isə ona Bayıl qəsəbəsində olan işıqforu keçməmişdən öncə zibil qutularının yanında saxlamağını bildirmişdir. Avtomobili saxladıqdan sonra Ruslan ona 5 manat pul verib 2 manatını çıxmasını və 3 manat qaytarmasını bildirmişdir. Bundan sonra o Ruslana 5 manata razılaşdıqlarını bildirmişdir. Sonra Ruslan ondan şikayət edəcəyini bildirmiş, sərxoş vziyyətdə olduğu üçün mübahisə etməyə başlamış, o isə onu sakitləşdirmişdir. O Ruslanın içkili olduğunu görüb yolu keçe bilməyəcəyini görüb yolu keçirməyə kömək etmək istəmiş, bu zaman yolun qarşı tərəfində bir ailənin maşına yük doldurduğunu görmüş və onlardan Ruslanın evinin harada olduğunu soruşsa da, onlar ona diqqət yetirməmişlər Daha sonra Ruslanı yolun kənarında səkinin üzərində əyləşdirərək oradan uzaqlaşmışdır. O Ruslan adlı şəxsi vurmadığını döymədiyini, hər hansı bir xəsarət yetirmədiyini, eyni zamanda yol boyu sonuncununu hər hansı bir şəkildə ələ salmadığını bildirmişdir. Ruslanın sərxoş olduğunu və onun necə və hansı şəraitdə xəsarət alması ilə bağlı hər hansı məlumatı olmadığı bildirmişdir. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05.06.2020-ci il tarixdə saat təxminən 20:20 radələrində yaşadığı ünvandan Bakı şəhəri, Səbail rayonu ərazisində Natavan heykəlinin yanma gəlmək üçün 189 taksi xidmətinə zəng vurub taksi sifariş verdiyini və bir neçə dəqiqə sonra sifariş verdiyi taksi ilə həmin yerə gəldiyini, taksi sürücüsünə ödənişi işlədiyi şirkət kod vasitəsilə ödədiyini bildirdiyini, həmin sürücü onunla razılaşdığını və oradan ayrıldığını, belə ki, şirkəti tərəfindən 189 taksi xidmətilə razılaşma olduğunu və taksi sifariş verdikdə ödəniş üçün 4 rəqəmli kodu dedikdən sonra taksi şirkəti onların şirkətinin hesabından ödəniş çıxdığını, bundan sonra o, “Kompas” restoranına getdiyini və orada tanışı ilə görüşüb təxminən bir saat yarım oturub pivə içdikdən sonra evə getmək üçün saat 22:05 radələrində 189 taksi xidmətinə zəng vurub taksi sifariş etdiyini, təxminən bir saat sonra taksi gəldiyini, həmin taksi onu yaşadığı ünvanın qarşısına gətirdiyini, sürücüyə yenə də ödənişi kod vasitəsilə şirkəti tərəfindən ödənildiyini bildirdiyini, bundan sonra taksi sürücüsü onunla razılaşmadığını və mübahisə yaratmağa başladığını, mübahisə zamanı həmin sürücü əvvəlcə avtomobilin içərisində, daha sonra isə avtomobildən düşürüb təpiklə və yumruqla onu bədəninin müxtəlif yerlərindən vurduğunu və onu yolun kənarında qoyub getdiyini, sonradan huşunu itirmiş vəziyyətdə yolun kənarında ayıldığını, lakin taksi sürücüsü orada olmadığını, həmin vaxt bir küçədə yaşayan üzdən tanıdığı Tahir adlı şəxs ona yaxınlaşıb köməklik edib onu yaşadığı evə apardığnı, səhəri günü özünü pis hiss etdiyi üçün xəstəxanaya müraciət etdiyini, sonradan polis şöbəsində həmin şəxsi döyən kimi Mercedes Benz markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs olduğunu Təqsirləndirilən şəxs əvvəlcə avtomobilinin içərisində yumruqla bir neçə dəfə əsasən sifət nahiyələrindən, daha sonra onu maşından çıxarıb yumruqla və təpiklə bir neçə dəfə bədəninin müxtəlif yerlərindən vurduğunu, həmin vaxt içkili olduğundan, eyni zamanda zərbələrin təsirindən huşunu itirdiyini, onun həmin sürücü ilə əvvəlcədən 5 manata gediş haqqı üçün danışıq edib razılaşmadığı, 189 taksi xidmətinə zəng vurub taksi sifariş etdiyini, Elxanın avtomaşınını görüb əyləşən vaxtı 189 xidməti göndərdiyini düşündüyünü, maşına əyləşdikdə Elxan ondan sonra gedəcəyini soruşduğu üçün Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsinə dediyini, gediş haqqını danışmadığnı, hadisə zamanı orada ikisindən başqa heç kəsin olmadığını göstərmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun ögey qardaşıdır. Onlar anaları ilə birlikdə eyni ünvanda yaşayırlar. 05.06.2020-ci il tarixdə saat 23:30 radələrində o evdə olmuşdur. Həmin vaxtı o binanın dəhlizində səs eşidib koridorun qapısını açdıqda Ruslanı görmüşdür. Ruslan halsız vəziyətində divardan tutaraq dayanmışdır. Həmin vaxtı binanın pilləkənlərindən bir nəfərin düşüb getdiyini görmüşdür. Ruslan ona demişdir ki,həmin adamın adı Tahirdi, o evə gəlməkdə ona köməklik etmişdir. Ruslanın sifətinə baxdıqda onun sifət nahiyəsində müxtəlif yerlərində hematomalar, dişləri sınmış, qolunda barmaq izləri, boynunda və qolunda əl izləri, ayağında zədələr, bədəninin müxtəlif yerlərində göyərmiş izlər görmüşdür. O Ruslanı bu vəziyətdə otağına aparıb uzanmağına və bədəninin müxtəlif yerlərindən axan qanların dayanmasına köməklik etmişdir. O Ruslandan soruşduqda onu kim bu hala salıb, Ruslan bildirmişdir ki, onu tanımadığı evə gətirən taksi sürücüsü döymüşdür. Həmçinin də Ruslan bildirmişdir ki, taksi sürücüsü onu pul üstündə döymüşdür. Ruslan anasının onu bu vəziyətdə görməyini, əsəbləşməsini istəmədiyindən anasına deməməyini xahiş etmişdir. Səhərisi günü, yəni 06.06.2020-ci il tarixdə Ruslan anası ilə birlikdə əvvəl xəstəxanaya, sonradan da polis şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda pasport qeydiyatmda olmaqla ailə üzvləri ilə birlikdə yaşadığını, 05.06.2020-ci il tarixdə saat 23:30 radələrində evin zibilini tullamaq məqsədi ilə evdən çıxıb zibil qutuların yanma gələn vaxtı səkidə bir nəfərin ağzı-üstə uzanıqlı vəziyətində olduğu vəziyyətdə gördüyünü və həmin şəxsə yaxınlaşdıqda qonşuluqda yaşayan Ruslan olduğunu gördüyünü, Ruslanın burnundan qan axdığını və bədəni üzərində müxtəlif xəsarətlərinin olduğunu, Ruslanı ayağa qalxmağa köməklik etdiyini və qolundan tutub evinin qirişinə tərəf apardığını, yolda Ruslanı kim bu vəziyətə saldığını və nə baş verdiyni soruşduqda sonuncu taksi sürücüsünün pul üstündə döydüyünü bildirdiyini, sonra Ruslanı mənzilinin qapısının qarşısına kimi apardığını və oradan evinə qayıtdığını, hadisə barəsində bildiyinin bu qədər olduğunu göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının 08 iyun 2020-ci il tarixli 266 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sifətin sağ yarısının ümumi şişkinliyi fonunda alm nahiyəsinin sağ yarısının, sağ qaşın bayır qurtaracağı, sağ gözün bayır bucağı və sağ almacıq nahiyəsinin, burunun əsasına yaxın yəhəri və sol yan çəpəri proyeksiasmm, ucuna yaxın burnunun sağ yan çəpərinin, sağ yanağın yuxarı yarısının, üst dodağın və alt çənənin sağ yarısının, alt çənənin mərkəzinin sıyrıqları, sağ gözaltı nahiyənin qançırı, sağ gözün ağlı qişasının aşağı-bayır yarısına total qansızma, üst çənədə sağ 1 dişin hissəsinin hissəvi sınığı, diş ətinə qansızmalar, sağ saidin orta-yuxarı 1/3-nin ön səthinin qançıırı və qançır fonunda sıyrığı, sağ əl pəncəsinin arxa səthində İİİ daraq sümüyü proyeksiyasının və sağ diz oynağının ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müxtəlif şəraitdə, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, yəni 05.06.2020-ci il tarixdə qeyd olunan nahiyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2 iş üzrə təkrar məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli, 1(009)-96/2021 saylı qərarı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli, 1(009)-96/2021 saylı qərarına əsasən təyin edilmiş məhkəmə tibbi-ekspertizasının 08.09.2021-ci il tarixli, T 206/2021 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adma tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki, vətəndaş Zərərçəkmiş şəxs sağ almacıq qövsünün alt çənə sümüyünün sol oynaq çıxıntısının sınığı, 11, 12, 21-ci dişlərin natamam travmatik sınığı, diş ətinə qansızmalar, sifətin sağ yarısının ümumi şişkinlik fonunda alm nahiyəsinin sağ yarısının, sağ qaşın bayır qurtaracağı, sağ gözün bayır bucağı, sağ almacıq nahiyəsinin, burunun əsasına yaxın yəhəri və sol yan çəpəri proyeksiyasının ucuna yaxın, burunun sağ yan çəpərinin, sağ yanağın yuxarı yarısının, üst dodağın, alt çənənin sağ yarısının, alt çənənin mərkəzinin sıyrıqları, sağ gözaltı nahiyənin qançırı, sağ gözün ağlı qişasının aşağı-bayır yarısına total qansızma, sağ saidin orta-yuxarı 14-nin ön səthinin qançırı, qançır fonunda sıyrığı, sağ əl pəncəsinin arxa səthinin İİİ daraq sümük proyeksiyasının və sağ diz oynağının ön səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, kənar şəxs (şəxslər) tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, yetirilmə müddəti 05.06.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sifətin sağ yarısının yumşaq toxumalarının əziyi, sağ qaşın bayır kənarı, sağ gözün bayır bucağı, ağlı qişaya qansızma, sağ almacıq, burun nahiyəsi, sağ yanağın yuxarı hissəsinin sıyrığı, sağ almacıq sümüyünün sınığı, alt çənənin sol oynaq çıxıntısının sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, üst dodaq və alt çənə nahiyəsində yumşaq toxumalarının əziyi, 11, 12, 21-ci dişlərin natamam sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakteri və yerləşdiryi nahiyələr onların şəxsin öz boyu hündürlüyündən sərbəst yıxılması nəticəsində yarana bilməsini inkar edir. Avtomobilin salonunda sürücü tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs sağ tərəfində olan xəsarətlərin yetirilməsi mümkündür. 13.10.2021-ci il tarixli məhkəmə iclasında dövlət ittihamçısı vəsatətlə müraciət edərək məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edildiyini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 vəsatətin təmin edilməsini, cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iş üzrə iki ekspertiza rəyinin mövcudolduğunu, 08 sentyabr 2021-ci il tarixli ekspertiza rəyində ziddiyətlər olduğundan etibarsız hesab edilməsini və məhkəmə prosesinin davam etdirilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təkrar ekspertiza rəyi ilə razılaşmadığını, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etdi. Məhkəmə proses iştirakçılarının vəsatət barədə fikirlərini dinləyib, dövlət ittihamçısının vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi məsələsinə baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 127.1 maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Beləliklə məhkəmə hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək CPM-nin 318.2-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməklə, Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 321 və 318.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz) manat tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-96/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-96/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver