Məhkəmə qərarları › İş №1(009)-96/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-96/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-96/2022 20.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X3 iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyat olan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr Meydanında dilənçiliklə məşğul olarkən ünvan 2 ünvanında yerləşən “Sapfır” restoranın qarşısından keçən Küveyt Respublikasının vətəndaşı X10 Abdulla Aşiqə yaxınlaşmış, sonuncunun başı dilənçiliklə məşğul olan digər şəxslərə qarışmasından istifadə edərək Xalid Marzuqun əynindəki gödəkçənin sağ cibində saxladığı 50 manat dəyərində, içərisində 1200 manat nağd pul, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd **********17 nömrəli Küveyt vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, 01 ədəd “Covid-19” pasport, 01 ədəd **********213000 nömrəli bank kartı olan pul kisəsini gizli yolla talayıb zərərçəkmiş şəxs X10 Abdulla Aşiqə ümumilikdə 1250 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Yevlax rayonunda anadan olmuşdur. Valideynləri isə Qazaxda yaşayırlar. X6 onun qeyri-rəsmi olan həyat yoldaşının bibisidir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınmış X6 bildirmişdir ki, Təqsirləndirilən şəxs valideynləri Qazaxda yaşayırlar. Təqsirləndirilən şəxs ilə rəsmi olaraq qohumluq əlaqəsi yoxdur. Məhkəmə hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi göstərmişdir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Bu səbəbdən cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı cinayət işi üzrə qeyd edilənlərə münasibət bildirilməsi, həmçinin iş materialları ilə tanış olmaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə cinayət işin materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin iş materiallarından müəyyən olunur ki, 28 yanvar 2022-ci il tarixli qərarla X6 Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Həmin qərarda Təqsirləndirilən şəxs anasının X6 olduğu qeyd edilmişdir. Halbuki, iş materiallarında X3 Təqsirləndirilən şəxs ilə qohumluq əlaqələrini təsdiq edən, qəyyumu və ya himayəçisi olmasına dair hər hansı bir sübut mövcud deyil və məhkəmə iclasında da təqsirləndirilən şəxs və qanuni nümayəndəsi X3 təqsirləndirilən şəxsin qeyri-rəsmi (nikah haqqında şəhadətnamə mövcud deyil) ərinin bibisi olduğunu bildirmişlər. Belə ki, X1 Sara Roman qızının valideyni, qəyyumu, himayəçisi olmadığından onun təqsirləndirilən şəxsin qanuni nümayəndəsi təyin edilməsi üçün hər hansı bir əsas mövcud olmamışdır. Belə olduğu təqdirdə qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilməli idi. Beləliklə, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, müstəntiq Azər Aslanlı təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.30-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndələri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesi zamanı zərərçəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil edən valideynlər, övladlığa götürənlər, qəyyumlar, himayəçilər, habelə qəyyumluq və ya himayəçilik orqanıdır; Cinayət-ProsessualMəcəlləsinin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.5-ci bəndinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllə ilə müəyyən edilmiş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin qanuni nümayəndəsini işə cəlb etməlidir. Cinayət-Prosessual Məcəllənin 91.9-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan təqsirləndirilən şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndə həyata keçirir. Cinayət-Prosessual Məcəlləsinin 101.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Cinayət-Prosessual Məcəlləsinin 101.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan öz qərarı ilə müvafiq olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərərçəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynlərindən, övladlığa götürənlərdən, qəyyumlardan, yaxud himayəçilərdən yalnız birini onun qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxır. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu da pozur. Beləliklə, məhkəmə qeyd edir ibtidai araşdırma və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun real və keyfiyyətli təminatına, cinayət prosesinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normaları ilə müəyyən edilmiş qaydada və qanunvericiliyin tələblərini pozmadan həyata keçirilməsi ilə nail olmaq mümkündür. Cinayət-Prosessual Qanunvericiliyin müəyyən etdiyi prinsiplər və ibtidai araşdırmanın aparılmasını tənzimləyən normalar təqsirləndirilən şəxsin hüquqlarının real həyata keçirilməsini təmin edir və müdafiə hüququnun təmin edilməsi ədalət mühakiməsinin həyata keçirilməsində böyük əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun həyata keçirilməsinin təminatı isə ibtidai araşdırmanın qanunvericiliklə müəyyən edilmiş prinsiplərinə və qaydalarına riayət edilməsi ilə bilavasitə əlaqəlidir. Təsbit olunan normalara əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin düzgün təyin olunmaması kobud prosessual pozuntu kimi qəbul edilməli və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud prosessual pozuntu hesab edilir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən müəyyən olunmuşdur ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs anket məlumatlarında doğulduğu yer Bakı şəhəri göstərilmişdir. Hansı ki, qeyd edilən cinayət işi üzrə sənədlərdən müəyyən olunur ki, təqsirləndirilən şəxsin doğulduğu yer Yevlax rayonudur. Beləliklə cinayət işinin materialları ilə müəyyən olunur ki, həqiqətən də, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-nin 303.3.6 maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmiş, ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikasının CPMnin 289.4-cü maddələrinin tələbi pozulmuşdur. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntudur və bu halda cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüquqlarının pozulması, ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 170.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin valideynlərinin, qəyyumlarının, himayəçilərinin, yaxud onun saxlandığı qapalı uşaq müəssisəsi müdiriyyətinin üzərinə yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər prosessual vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir. Təqsirləndirilən şəxs valideynləri, qəyyumları, himayəçilərinin və qanuni nümayəndəsi müəyyən olunmadığından barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsinə hazırkı mərhələdə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299, 300, 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin müstəntiqi X7 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar