Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-96/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Rusiya Federasiyası, Yakutiya vilayəti, Eldeqanks rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olmamış, işləməyən, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, 27 aprel 2023cü il tarixdə,səhər saat 10 radələrində, ünvan 1 ünvanında yerləşən “Dinə Bistro” restoranın girişində yerləşən rəfin üzərində qoyulmuş,həmin restoranda ofisant işləyən Zərərçəkmiş şəxs məxsus qiyməti 04 manat olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə edilən 1.000 manat dəyərində bir ədəd “İphone 11” markalı 3539 7210 7861 182 və 3539 7210 7649 413 İMEİ kodlu mobil telefonu-özgənin əmlakı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumlikdə 1.004 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Rusiya Federasiyası, Yakutiya vilayətində anadan olsa da, milliyətcə azərbaycanlıdır, atası Əli 1996-cı ildə onun 4 yaşı olarkən vəfat etmiş, o, anası Sima Hüseynova ilə birlikdə Şəkmir rayonu, Təzəkənd kəndində pasport qeydiyyatında olsa da, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamış, müxtəlif tikintilərdə fəhlə kimi, anası isə kafelerdə xadimə kimi işləyir. O, əvvəllər məhkum olmamış, heç bir psixi xəstəlik keçirməmişdir. 2023-cü ilin aprel ayının axırlarında o, işsiz olduğundan Bakı şəhərinin mərkəzi hissəsində “Malakan bağı” adlanan ərazidə özünə iş axtarmış, gecələri isə həmin bağda gecələmişdir. 2023-cü ilin aprel ayının 26-dan 27-nə keçən gecə, yenə “Malakan bağfətrafında iş axtarıb tapa bilməyərək həmin bağ ərazisində geçələyərkən, həmin bağda təsadüfən onun kimi geçəliyən əslən Füzuli rayonundan olan, özünü Sənan adı ilə təqdim etmiş,ondan bir neçə yaş kiçik oğlanla tanış olmuş, o, Sənan ilə birlikdə gecəni “Malakan” bağında keçirərək səhərə kimi bir neçə banka enerji içkisi içərək şəhərin mərkəzini gəzmişlər. Bu zaman o, Sənana özünə iş axtarmasını bildirmiş, Sənan da ona hər hansı bir iş olsa xəbər edəcəyini demiş, bunun üçün o, Sənana anasının mobil telefonunu vermək üçün artıq səhər açıldığından, orada yerləşən adına fikir vermədiyi restoranın qarşısından keçərkən, əlaqə nömrəsini yazıb Sənana vermək üçün həmin restorana daxil olmuş, orada girişdə olan tanımadığı şəxsdən qələm kağız istəmiş, Sənan isə tualetə getmişdir. O, restoranın işçisində aldığı qələmlə kağıza əlaqə nömrəsini yazmış, qələmi restoranın işçisinə qaytarıb, Sənanla birlikdə restoranın salonundan bayıra çıxarkən, çıxış qapının yanında yerləşən rəfin üzərində bir ədəd mobil telefon görmüş, həmin mobil telefon onu cəlb etmiş ətrafa baxıb heç kəsin olmamasını görüb, restorandan çıxarkən gizlincə əlini atıb rəfin üzərində olan mobil telefonu götürüb cibinə qoymüşdur. Sonra o, restorandan çıxdıqda iti addımlarla oradan uzaqlaşaraq Sənana da arxasınca tez gəlməsini bildirmiş,restorandan xeyli uzaqlaşdıqdan sonra, cibinə qoyduğu restorandan gizlincə götürdüyü mobil telefonu çıxardıqda, oğurladığı bir ədəd qara rəngli “İphone11” markalı mobil telefon olmasını görmüşdür. Bu zaman Sənan da mobil telefonu onun əlində görüb restorandan oğurlamasını başa düşmüşdür. Bundan sonra Sənan ona heç nə demədən, sağollaşıb ondan ayrılıb çıxıb getmiş, bir daha o, Sənanı görməmiş və ya hər hansı bir əlaqə saxlamamışdır. Sonra o,fikirləşmiş ki,20 yanvar metrosunun çıxışına getsin, orada mobil telefonların satışı ilə məşğul olan mağazalar çoxdur,orada mobil telefonu satıb pul əldə edər,o,tək metro ilə “20 yanvar” metrosuna getmiş,orada yerləşən mağazalar mobil telefonları şəxsiyyət vəsiqəsi ilə aldıqları üçün o, oğurladığı qara rəngli “İphone11” markalı mobil telefonu metronun çıxışında yerləşən ticarək köşlərinin qarşısında dayanmış tanımadığı bir nəfər şəxsə göstərib satmaq istədiyini bildirmiş,telefon işlənmiş olsa da saz vəziyyətdə olmuş,orada tanımadığı şəxslə 40 manata razılaşıb mobil telefonu satmış,həmin telefon kodda olduğundan alan olmadığından,telefonu alan şəxs də mobil telefon kodda olduğundan aşağı qiymət vermişdir. Həmin şəxsə o, mobil telefonun özünə məxsus olduğunu, lakin koda düşdüyünü bildirmiş, həmin tanımadığı şəxsdən aldığı 40 manat pulu sonralar özü üçün xərcləmişdir. O, mobil telefonu oğurladığı restorana qələm kağız alıb tanışı Sənana əlaqə nömrəsini yazmaq üçün girməsini, həmin restorana girməkdə onun və tanışı Sənanın məqsədləri oğurluq etmək olmamasını, restorandan çıxarkən mobil telefonu rəfin üzərində görüb o, tək gizlincə götürüb oğurlamasını, oğurluq barədə tanışı Sənanın bilməməsini, xəbəri olmamısını, o, mobil telefonu götürüb restorandan xeyli uzaqlaşdıqdan sonra, Sənan onun əlində mobil telefon görüb oğurluq olmasını başa düşməsini, bu səbəbdən Sənan ondan ayrılıb çıxıb getməsini,sonuncunun hara getməsini o, bilməməsini, bir daha əlaqə saxlamamasını və ya görüşməməsini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, dəymiş ziyanı könüllü olaraq tam ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirərək, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəməyədək icraat zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda yerləşən “Dine Bistro” restoranında ofisiant işləyir. O, həftənin hər gününü, bir günü istirahət günü olmaqla, səhər saat 08:00-dan axşam saat 18:00-dək işləyir. 27 aprel 2023-cü il tarixdə səhər saat 08:00da o, iş yerinə gəlib işə başlamış, həmin günü saat 10 radələrində o, restoranın girişində olduğu zaman iki nəfər 25-30 yaşlarında olan cavan oğlanlar yaxınlaşıb, nəyinsə qeydlərini aparmaları üçün ondan kağız qələm verməsini xahiş etmişlər. O, da etiraz etmədən həmin iki nəfəri restoranın içərisinə kassa masası olan hissəyə dəvət edib orada olan digər işçiləri milliyətçə türk olan Orkan bəyə həmin şəxslərə kağız qələm verməsini xahiş etmiş, özü isə restoranın salonuna digər müştərilərə xidmət göstərmək üçün getmişdir. Təxminən 5-6 dəqiqədən sonra o, geri döndükdə, həmin iki nəfər cavan oğlanlar artıq çıxıb getmişlər. Eyni zamanda restoranın müdriyyəti işçi personalına işdə olarkən və müştərilərə xidmət göstərərkən mobil telefonları üzərində gəzdirməsinə icazə vermədiyindən, o, həmişə işdə olarkən istifadə etdiyi mobil telefonunu restoranın salonuna olan girişdəki rəfin üzərinə qoyduğundan, restoranın giriş hissəsindəki rəfdə qoyduğu 050727-38-39 saylı sim kartla istifadə etdiyi “lphone11” markalı mobil telefonuna baxmaq üçün yaxınlaşdıqda,mobil telefonunu yerində görməmiş, mobil telefonu aşkar etmədikdə, ətrafa yəni kassa masasının yanına və digər olduğu yerlərə baxıb tapmadıqda restoranın salonunda quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxarkən, girişdəki rəfin üzərinə qoyduğu mobil telefonu restorana gəlib ondan kağız qələm istəmiş iki nəfər cavan oğlan restorandan çıxıb gedərkən, həmin şəxslərdən biri kürəyində idman çantası götürmüş şəxs rəfin üzərindən gizli şəkildə mobil telefonunu götürüb restoranı tərk etməsini görmüş, bu zaman mobil telefonu oğurlanmasını başa düşmüş və polisə gedib şikayət ərizəsi vermişdir. “lphone 11” markalı mobil telefonun dəyəri 1.000 manat həmin telefonda istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin dəyəri 04 manat təşkil etməsini, oğurluq nəticəsində ona cəmi 1.004 manat maddi ziyan dəyməsini.həmin maddi ziyanın ödəniləsini tələb etmişdir. Restorana bir neçə dəqiqəlik daxil olub ondan qələm kağız alaraq qeydlər yazmış və restoranı tərk edərkən ona məxsus mobil telefonu götürmüş kürəyində idman çamntası olan şəxsi görsə tanımasını, həmin şəxsin mobil telefonu götürüb getməsi müşahidə kamerasında aydın görünməsini, həmin görüntü də polisə təqdim edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış müraciətdən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışmışdır. Məhkəməyədək icraat zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ifadəsində göstərilmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi ev 15-də ata nənəsi Zəminə Hüseynova ilə birlikdə yaşayır və dolanmaq üçün hərdən düşdükdə fəhləlik edir. 2023-cü ilin aprel ayının axırlarında, dəqiq tarixi xatırlamadığı günü, o, Bakı şəhərinin mərkəzi hissəsində “Malakan bağı” adlanan ərazidə gecə saatlarında olarkən, həmin bağda əslən Şəmkir rayonundan olan, özünü Vəli adı ilə təqdim etmiş ondan bir neçə yaş böyük olan oğlanla tanış olmuşdur. O, Vəli ilə gecəni “Malakan” bağında keçirərək səhərə kimi bir neçə spirtli enerji içkilərini içmiş, səhərə kimi şəhərin mərkəzini gəzmişlər. Həmin vaxt Vəli Şəmkir rayonundan işləməyə gəlməsini, kürəyində şəxsi əşyaları olan əl çantasını gəzdirmiş, gecəni qalmağa yeri olmadığından gecəni bağda keçirdiyini bildirmişdir. O, şəhərin mərkəzini gəzərkən saata baxmadığından, metro bağlandığı üçün evinə gedə bilməmiş, buna görə həmin bağda səhər olmasını və metro açılmasını gözləmişdir. Səhər açıldıqda o, Vəli ilə şəhərin mərkəzini gəzərkən, orada yerləşən adına fikir vermədiyi restoranın qarşısından keçərkən, tualetə girmək üçün həmin restorana daxil olmuş, o, restoranda tualet otağına gedibqayıdarkən, Vəli restoranın işçisindən nəsə yazmaq üçün qələm kağız istəmiş və nə yazmasını o, bilməmişdir, O, tualet otağından döndükdən sonra Vəli ilə birlikdə restorandan bayıra çıxmış, bu zaman Vəli iti adımla qaçmağa başlamış, ona da arxası ilə qaçmağı bildirmişdir. O, Vəlinin arxasınca qaçıb oradan uzaqlaşdıqda və kənarda dayandıqda Vəlinin əlində bir ədəd qara rəngli “İphone” markalı mobil telefon görmüş, bu zaman o, restoranda tualetə gedərkən Vəli haradansa mobil telefonu oğurlamasını başa düşmüş, o, Vəlinin cinayət törətdiyini görüb, Vəlidən ayrılıb çıxıb getmiş, Vəli hara getməsini və oğurladığı mobil telefonu nə etməsini o, bilməmiş, həmin gündən sonra o, bir daha Vəlini görməmişdir. Məhkəmə iclasında ünvan 3 ünvanda yerləşən “Dine Bistro” restoranın salonunda quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilmiş oğurluq hadisəsinə dair videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 27 aprel 2023-cü il tarixdə, saat 10 radələrində, ünvan 4 ünvanda yerləşən “Dine Bistro” 1 restoranın salonundan çıxışa tərəf adi adımla hərəkət edən kürəyində idman çantası olan şəxs görüntüdə əks olunan Təqsirləndirilən şəxsdur, həmin vaxt o, ətrafa boylanaraq baxması və çıxışdakı şüşəli qapının sağ tərəfində yerləşən rəfin üzərində qoyulmuş bir ədəd mobil telefonu sol əli ilə götürüb yəni gizli olaraq oğurlayıb oranı tərk etməsi müşahidə edilir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 28 aprel 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilmişdi. Baxış zamanı hadisə yerinin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Dine Bistro” 1 restoranı olması müəyyən olunmuşdu. Baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs işlədiyi “Dine Bistro” 1 restoranında masanın üzərinə qoyduğu özünə məxsus . “lphone 11” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlanmasını bildirir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkumluq haqqında arayışdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair işə zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, 16 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-96/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 03 iyun tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdə saxlanılmış və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, gənc olmasını, dəymiş ziyanı könüllü olaraq tam ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, böyük ictimai törətməyən cinayətin törədilməsində ittiham olunmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsini, onun dərhal məhkəmə zalından həbsdən azad edilməsini və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsini və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respunblikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdən 08 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 18 (on səkkzi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonu ərazisini tərk etməmək, Şəmkir rayonu, Təzəkənd kəndində olan yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Şəmkir Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 264 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-96/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-96/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver