Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-96/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixində Bərdə rayonunun Hüseynallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Kanal 13” internet televiziyasının təsisçisi və baş redaktoru, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, Bərdə rayonu, Hüseynallar ərazi dairəsi, Hüseynallar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış və hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən, torpaq sahələri üzərində hüquqların torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən, eləcə də, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq, yəni müvafiq yerli icra hakimiyyəti orqanından tikintiyə icazə barədə qərar və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan almadan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Oqtay Daşdəmirov küçəsində: 399464.31 : 4464077.65; 399456.77 : 4464115.04; 399469.49 : 4464116.23; 399475.59 : 4464082.10; 399472.39 : 4464079.074 koordinatlar üzrə yerləşən 0.0458 hektar (458 kv.m) dövlət mülkiyyətində olan torpaq sahəsində 2022-ci ilin may ayından 27 noyabr 2023-cü il tarixinədək olan dövrdə iki ədəd ikimərtəbəli yaşayış evləri inşa etməklə dövlətin əmlak, şəhərsalma və tikinti fəaliyyəti sahəsində maraqlarına mühüm zərər vuraraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsinin üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ildə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Oqtay Daşdəmirov küçəsində yerləşən boş torpaq sahəsini Qəfər adlı şəxsdən almışdır. O, öz imkanı daxilində aldığı torpaq sahəsindən dəmir hasarı söküb həyəti geri tərəfdən götürmüşdü ki, maşınların hərəkəti rahat olsun. Tikdiyi evin qarşısında massiv sürüşkən və çökək dağlıq olduğundan orada beton səth düzəltmişdir. O, bunu həm qonşuları, həm də vicdanının rahatlığı üçün etmişdir. Aldığı torpaq sahəsindən bir qarış da olsun qırağa çıxmamışdır. Həmin torpaq sahəsinidə iki ev tikmiş və tikdiyi evlər ilə bağlı daşınmaz əmlakdan hər hansı bir sənədi, həmçinin çıxarışı olmamışdır. Belə ki, onun tikdiyi iki ədəd evin yaxınlığında olan və digər ərazilərdə tikilən evlərin əksəriyyətinin çıxarışı olmamışdır.Odur ki, o cinayət əməli törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dövlət mülkiyyətinə aid torpaq sahəsi üzərində özbaşına tikinti işləri apararaq, iki fərdi yaşayış evinin inşasını həyata keçirmişdir. Odur ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Təqsirləndirilən şəxs tərəfindən dövlət mülkiyyətində olan həmin torpaq sahəsi özbaşına tutmaqla cinayət əməli törədilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Oqtay Daşdəmirov küçəsində yaşayır. Yaşadığı küçədə Təqsirləndirilən şəxs gecə ilə torpaq zəbt edərək qanunsuz tikinti işləri aparmış və bu tikinti prosesi həmin ünvanda yaşayan sakinlərə narahatçılıq yaratmışdır. Səhərisi günü sakinlər Təqsirləndirilən şəxsla söhbət etməyə getmişlər lakin buna məhəl qoymayarq, Təqsirləndirilən şəxs tikintini davam etmişdir. Odur ki, özü və qonuşuları Oqtay Daşdəmirov küçəsində yaşayan sakinlər adından bununla bağlı şikayətlə polisə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Oqtay Daşdəmirov küçəsində yaşayır. Təqsirləndirilən şəxs Oqtay Daşdəmirov küçəsində tikdiyi ev yolu tutduğunan sakinlər Təqsirləndirilən şəxsla bu məsələni müzakirə etməyə getmişlər lakin onunla danışa bilməmişlər. Bununla bağlı özü və qonuşuları Oqtay Daşdəmirov küçəsində yaşayan sakinlər adından şikayətlə polisə müraciət etmişlər. Onların şikayəti yolla bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Oqtay Daşdəmirov küçəsində yaşayır. Bu küçədə yollar cox dar olduğundan yol problemi yaşanır. Təqsirləndirilən şəxs ordan torpaq alıb ev tikimiş bununla da yolun bir hissəsini tutmuşdur. Sakinlər Təqsirləndirilən şəxs bu məsələ ilə bağlı müraciət etmişlər lakin nəticə olmamışdır. Bundan sonra özü və qonuşular Oqtay Daşdəmirov küçəsində yaşayan sakinlər adından şikayətlə polisə müraciət etmişlər. Təqsirləndirilən şəxs şikayəti yoxdur. Onların şikayətləri yolun dönəcək hissəsinin zəbt olumması ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Bayıl qəsəbəsi, Oqtay Daşdəmirov küçəsində Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tikdirdiyi evdə o, fəhlə kimi işləmişdir. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə ********* № li cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli “ərizəyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Oqtay Daşdəmirov küçəsi, 399464.31 : 4464077.65; 399456.77 : 4464115.04; 399469.49 : 4464116.23; 399475.59 : 4464082.10; 399472.39 : 4464079.074 koordinatlar üzrə yerləşən əraziyə keçirilmiş baxış zamanı orada bir-birindən 0,8 metr aralıda inşa edilmiş 2 (iki) ədəd tikili mövcuddur. Şərti olaraq birinci tikili mişar daşından inşa olunmaqla yarımzirzəmi, 1-ci və 2-ci mərtəbələrdən ibarətdir. Tikilinin mərtəbləri arasında dəmir beton konstriksiyadan kəmər inşa edilmişdir. 1-ci və 2-ci mərtəbə arasında olan örtük hissə hazır dəmir beton panellərdən quraşdırılmışdır. Yarımzirzəmi və 1-ci mərtəbə arasında 5,5 x 6 metr ölçüdə monalit dəmir beton örtük inşa edilmişdir. Tikilinin çöldən-çölə qabarit ölçüləri 12 x 12,5 metr olmaqla hündürlüyü 8,2 metr təşkil edir. Baxış zamanı aparılmış ölçü işləri nəticəsində şərti olaarq 1-ci tikilinin ümumi sahəsinin 275 kv.m təşkil etdiyi, tikilinin təmirsiz vəziyyətdə olduğu, dam örtüyünün vurulmadığı, elektirik, su və digər kommunikasiya xətlərinin mövcud olmadığı, qapı və pəncərələrin quraşdırılmadığı, eləcədə divarlarının suvanmadığı müəyyən edildi. Eyni zamanda şərti olaraq 1-ci evin önündə yerləşən 9x10 metr ölçüdə torpaq sahəsində inşaat materiallarının (mişar daşı və panellər) yığıldığı müşahidə olunur. Daha sonra şərti olaraq 1-ci evdən 0,8 metr aralıda yerləşən 2-ci evə baxış keçirildi. Baxış zamanı həmin evin çoxbucaqlı formada olmaqla mişar daşından və blok kərpiclərdən inşa edildiyi müəyyən olundu. Evin fasad divarları və daxili arakəsmə divarları sement məhlulu ilə suvanmışdır. Evə su, kanalizasiya, elektirik və istilik xətləri çəkilmişdir. Evin 1-ci mərtəbəsi 4 tikilidən, 2-ci mərtəbəsi isə 3 tikilidən olmaqla, ümumi sahəsi 101 kv.m təşkil edir. Evin qapı və pəncərələri quraşdırılmamışdır. 1-ci mərtəbəsinin döşəməsi beton məhlulu ilə düzləşdirilmiş, mərtəbə arası örtük isə hazır dəmir beton panellərdən inşa olunmuşdur. Evin dam örtüyü taxta konistruksiyalarla yığılaraq üzərinə dəmir təbəqə vurulmuşdur. Eyni zamanda evin qarşısında 20 kv.m həyətyanı sahə mövcuddur. Ümumilikdə evin yerləşdiyi tikinti sahəsi isə 75.kv.m təşkil edir. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə, saat 22:10 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli "Əraziyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Oqtay Daşdəmirov küçəsi, 399464.31 : 4464077.65; 399456.77 : 4464115.04; 399469.49 : 4464116.23; 399475.59 : 4464082.10; 399472.39 : 4464079.074 koordinatlar üzrə yerləşən əraziyə keçirilmiş baxış zamanı orada bir-birindən 0,8 metr aralıda inşa edilmiş 2 (iki) ədəd tikili mövcuddur. Şərti olaraq birinci tikili mişar daşından inşa olunmaqla yarımzirzəmi, 1-ci və 2-ci mərtəbələrdən ibarətdir. Tikilinin mərtəbləri arasında dəmir beton konstriksiyadan kəmər inşa edilmişdir. 1-ci və 2-ci mərtəbə arasında olan örtük hissə hazır dəmir beton panellərdən quraşdırılmışdır. Yarımzirzəmi və 1-ci mərtəbə arasında 5,5 x 6 metr ölçüdə monalit dəmir beton örtük inşa edilmişdir. Tikilinin çöldən-çölə qabarit ölçüləri 12 x 12,5 metr olmaqla hündürlüyü 8,2 metr təşkil edir. Baxış zamanı aparılmış ölçü işləri nəticəsində şərti olaarq 1-ci tikilinin ümumi sahəsinin 275 kv.m təşkil etdiyi, tikilinin təmirsiz vəziyyətdə olduğu, dam örtüyünün vurulmadığı, elektirik, su və digər kommunikasiya xətlərinin mövcud olmadığı, qapı və pəncərələrin quraşdırılmadığı, eləcədə divarlarının suvanmadığı müəyyən edildi. Eyni zamanda şərti olaraq 1-ci evin önündə yerləşən 9x10 metr ölçüdə torpaq sahəsində inşaat materiallarının (mişar daşı və panellər) yığıldığı müşahidə olunur. Daha sonra şərti olaraq 1-ci evdən 0,8 metr aralıda yerləşən 2-ci evə baxış keçirildi. Baxış zamanı həmin evin çoxbucaqlı formada olmaqla mişar daşından və blok kərpiclərdən inşa edildiyi müəyyən olundu. Evin fasad divarları və daxili arakəsmə divarları sement məhlulu ilə suvanmışdır. Evə su, kanalizasiya, elektirik və istilik xətləri çəkilmişdir. Evin 1-ci mərtəbəsi 4 tikilidən, 2-ci mərtəbəsi isə 3 tikilidən olmaqla, ümumi sahəsi 101 kv.m təşkil edir. Evin qapı və pəncərələri quraşdırılmamışdır. 1-ci mərtəbəsinin döşəməsi beton məhlulu ilə düzləşdirilmiş, mərtəbə arası örtük isə hazır dəmir beton panellərdən inşa olunmuşdur. Evin dam örtüyü taxta konistruksiyalarla yığılaraq üzərinə dəmir təbəqə vurulmuşdur. Eyni zamanda evin qarşısında 20 kv.m həyətyanı sahə mövcuddur. Ümumilikdə evin yerləşdiyi tikinti sahəsi isə 75.kv.m təşkil etmişdir. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AR DİN Səbail rayon polis idarəsinə göndərmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulduğu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Oktay Daşdəmirov küçəsi, 399464.31 : 4464077.65; 399456.77 : 4464115.04; 399469.49 : 4464116.23; 399475.59 : 4464082.10; 399472.39 : 4464079.074 koordinatlar üzrə yerləşən torpaq sahəsi elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aiddir. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Nümayəndə cinayət prosesində zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan 18 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 199.2.2, 66.3, 64 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 06 il ay müddətin azadlığın məhrum etmə cəzasına və 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cazasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə AR Ali Məhkəmmənin qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 199.2.2-ci maddəsi ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 308.1-ci maddəsinə tövsif edilmiş cəxa müddəti 03 ilə edirilib və cəza müddəti 03 il şərti sınaq müddəti hesab edilmişdir. xx.xx.2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şərti məhkum etmə ləğv edilmişdir. İş materiallarında olan 05 aprel 2018-ci il tarixli, 1(102)-802/2018 nömrəli Ali Məhkəməsinin qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə təqsirli bilinməsi ləğv edilib, onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından bu hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif edilməklə cəza müddəti 03 (üç) ilə endirilib və cəza müddəti şərti sınaq müddəti hesab edilmişdir. İş materiallarında olan 11 fevral 2020-ci il tarixli, 7(103) -11/2020 nömrəli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə ləğv edilmişdir və onun məhkumluğu götürülmüşdür. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli cinayət işinin tövsif edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsindən həmin Məcəllənin 188.2 və 206.3.2-ci maddələrinə tövsif edilmiş və iş üzrə ibtidai istintaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2 və 206.3.2-ci maddələri ilə davam etdirilmişdir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2 və 206.3.2-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/5224 nömrəli məhkəmə tikintitexniki ekspertizası (tikinti-texniki obyektlərin tədqiqi) rəyində göstərilmişdir ki, xx.xx.2024cü il tarixli baxış zamanı müəyyən olunanlara əsasən, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Oqtay Daşdəmirov küçəsində: 399464.31 : 4464077.65; 399456.77 : 4464115.04; 399469.49 : 4464116.23; 399475.59 : 4464082.10; 399472.39 : 4464079.074 koordinatlar üzrə yerləşən torpaq sahəsində tikinti-quraşdırma işləri aparılmışdır. Belə ki, həmin torpaq sahəsində iki ədəd ikimərtəbəli yaşayış evləri inşa edilmişdir. Tikinti-quraşdırma işlərinin aparıldığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Oqtay Daşdəmirov küçəsində: 399464.31 : 4464077.65; 399456.77 : 4464115.04; 399469.49 : 4464116.23; 399475.59 : 4464082.10; 399472.39 : 4464079.074 koordinatlar üzrə yerləşən torpaq sahəsinin ölçüsünün 0,0458 ha (458 kv.m) olduğu müəyyən edilmişdir. Həmin 0,0458 ha torpaq sahəsinin 0,0225 ha (225 kv.m) hissəsi tikinti altında olan sahə, 0,009 ha (90 kv.m) hissəsində inşaat materialları yığılmış sahə, yerdə qalan 0,0143 ha (143 kv.m) hissəsi isə boş sahədir. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Oqtay Daşdəmirov küçəsində: 399464.31 : 4464077.65; 399456.77 : 4464115.04; 399469.49 : 4464116.23; 399475.59 : 4464082.10; 399472.39 : 4464079.074 koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa edilmiş 1-ci tikili mişar daşından inşa olunmaqla yarımzirzəmi, 1-ci və 2-ci mərtəbələrdən ibarətdir. Tikilinin mərtəblər arasında dəmir beton konstriksiyadan kəmər inşa edilmişdir. 1- ci və 2-ci mərtəbə arasında olan örtük hissə hazır dəmir beton panellərdən quraşdırılmışdır. Yarımzirzəmi və 1-ci mərtəbə arasında olan 5,5 x 6 metr ölçüdə hissədə monalit dəmir beton örtük inşa edilmişdir. Həmin tikilinin tamamilə təmirsiz vəziyyətdə olduğu, dam örtüynün vurulmadığı, elektirik, su və digər kommunikasiya xətlərinin mövcud olmadığı, qapı və pəncərələrin quraşdırılmadığı, eləcədə divarlarının suvanmadığı müəyyən edilmişdir. Həmin ünvanda inşa edilmiş 2-ci tikilinin mişar daşından və blok kərpiclərdən inşa edildiyi, evin fasad divarları və daxili arakəsmə divarların sement məhlulu ilə suvandığı, santexnika və elektirik işlərinin görüldüyü, 1-ci mərtəbəsinin döşəməsi beton məhlulu ilə düzləşdirildiyi, mərtəbə arası örtük hissəsinin hazır dəmir beton panellərdən inşa olunduğu, evin dam örtüyü taxta konstruksiyalarla yığılaraq üzərinə dəmir təbəqə vurulduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsi, Oqtay Daşdəmirov küçəsində 399464.31 : 4464077.65; 399456.77 : 4464115.04; 399469.49 : 4464116.23; 399475.59 : 4464082.10; 399472.39 : 4464079.074 koordinatlar üzrə yerləşən fərdi yaşayış evlərinin inşası üçün çəkilmiş xərcin ümumi dəyəri 55000,0 manat, 2-ci ev üçün 35350,0 manat məbləğində olmaqla, ümumi 90.350 manat məbləğində müəyyən edilmişdir İş materiallarında olan 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs, X8, X9 və X6, həmçinin istintaqa məlum olmayan “Anarın-Ərşadın qardaşı”, “Bəhruz” adlı və digər şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarında olan məhkəmə elektron sisteminin çıxarışından görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 ataları Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, sübutlar və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, sübutlar, məhkəmə istintaqında tədqiq olunmuş dəlillər və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müddətinə daxil edilməklə 27 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişilmədən qüvvədə saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müddətinə daxil edilməklə 27 noyabr 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-96/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-96/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver