Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-97/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir şəhəri, Fizuli küçəsi, ev 13-də qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində, Səbail rayonu Bayıl qəsəbəsi Salyan yolunda yerləşən daş bazarının yaxınlığındakı əvvəllər “Məkan” adlanmış, hazırda isə “EGŞ dostlar” adlı kafedə müğənni kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs səhnədən durmağı tələb edib, özünün oturacağını dedikdə, sonuncu buna etiraz etdiyi üçün Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, kənar şəxslərin yanında, onların rahatlığını pozmaqla, ümumqəbul edilmiş əxlaq normalarına və cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına zidd olaraq, zor işlətmək iqtidarında olmasını qərəzli şəkildə nümayiş etdirməklə masanın üzərində olan mikrofonu silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sifət nahiyəsinə iki dəfə qəsdən vurub, ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirərək kafenin normal iş fəaliyyətini və kafedə olan müştərilərin istirahətini pozaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş, həmçinin qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, toy və şənliklərdə meyxana deyib ailəsini dolandırır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 22-23 radələrində Səbail rayonu Salyan yolunda yerləşən köhnə adı "Məkan” adlanan kafeyə gəlmiş, kafedə oturub pivə içmiş, kafedə işləyən şəxslər, eləcə də ora mütəmadi gəlib-gedən müştərilər bilirmiş ki, meyxana deyir. Həmin müştərilərdən tanımadığı bir nəfər ona meyxana sifariş vermişdir ki, «Azərbaycan əsgəri» adlı meyxananı oxusun. Ayağa qalxıb səhnəyə tərəf yaxınlaşmış, kafedə müğənni kimi işləyən adı sonradan Camil kimi məlum olan şəxsdən ayağa durmasını, müştərilərdən birinin meyxana sifariş verdiyini, meyxana demək istəməyini və bunun üçün də stulda oturmağı xahiş etmişdir. Qeyd etmişdir ki, onun bel nahiyəsində yırtıq olduğuna görə ayaqüstə dayana bilməmiş, Camil isə ona kobud formada cavab vermiş, onu, eləcə də meyxana sifariş verəni təhqir etmişdir. Həmin vaxt da əsəblərini saxlaya bilməyib masanın üstündə olan mikrofonla Camilin sifət nahiyəsindən iki dəfə vurmuşdur. Səs-küyə həmin vaxt orada olan tanımadığı şəxslər gələrək onu kənara çəkib aralamışlar. Kafedən çölə çıxıb taksiyə minib getmişdir. Qeyd etmişdir ki, Camili mikrofonla vurandan sonra kafedə olan müştərilər onları aralamağa çalışmış, kafenin iş rejimi pozulmuşdur. İki gün sonra bilmişdir ki, həmin Camil adlı şəxs polisə şikayət etmişdir, onu Səbail RPİ-nin 8-ci PB-dən çağıranda oraya gedib izahat yazmışdır. Hadisə cüzi səbəbdən baş vermişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla arasında heç bir tanışlıq olmamış, ilk dəfə idi ki, kafedə görmüşdür. Hadisə zamanı kafedə tanımadığı müştərilər olmuş, eləcə də kafeni işlədən İlham və başqa adamlar da olmuşdur. Hadisə təxminən 3-5 dəqiqə ərzində baş vermişdir. Bəhrəm Qoşubəyov əməlindən peşman olduğunu, əvvəllər məhkum olunmamasını, bir daha belə hallara yol verməyəcəyini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, anasının ağır xəstə olduğunu, həmçinin onurğasında olan yırtıqdan əziyyət çəkdiyini və müalicə üçün maddi imkanının olmadığını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün müğənni kimi fəaliyyət göstərmişdir. 2018-ci il tarixdə Bayıl qəsəbəsi Salyan yolunda yerləşən daş bazarının yaxınlığındakı əvvəllər “Məkan” adlanmış, hazırda isə “EGŞ dostlar” adlı kafedə müğənni işləmiş, maddi vəziyyəti ilə əlaqədar yenidən həmin kafedə işləməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində, “EGŞ dostlar” adlı kafedə bir neçə mahnı oxuduqdan sonra səhnədə əyləşmişdir. Səhnədə ondan başqa sintezator ifaçısı Şahid2 olmuşdur. Bir neçə dəqiqədən sonra adını sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs yaxınlaşıb meyhana demək istədiyini və onun səhnədən durmağını tələb edib özünün əyləşməsini demişdir. O Bəhrəmə demişdir ki, səhnədə başqa adamın oturmasına icazə verilmir. Bundan sonra Bəhrəm onun dediklərinə məhəl qoymayıb onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Bəhrəm onu təhqir edərək qəflətən masanın üzərindəki mikrofonu götürüb onun sifət nahiyəsinə iki dəfə zərbə vurmuş və zərbənin təsirindən huşunu itirmişdir. Kafedə tanımadığı müştərilər və Bəhruz Bəhrəmi ondan aralaşdırmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və ilk dəfə həmin vaxt kafedə görmüşdür. Hadisə 3-5 dəqiqə davam etmiş və hadisənin şahidləri kafedə olan 5-10 nəfər tanımadığı müştəri və sintezator ifaçıcı Bəhruz olmuşdur. Bəhrəmə qarşı kobudluq etməmiş, Bəhrəm ondan səhnədəki yerini istədikdə, yəni onun səhnədən durmağını xahiş etdikdə səhnədə başqa adamın oturmasına icazə verilmədiyini demiş və bundan sonra Bəhrəm onunla mübahisə edib mikrofonla xəsarət yetirmişdir. Bəhrəm ona xəsarət yetirərkən aralaşdıran tanımadığı müştərilər olmuş və Bəhrəmi kənara çəkdikdən sonra kafenin icarədarı İlham da səs-küyə kafeyə gəlmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dəymiş maddi ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də, olmayacağını bildirərək, Təqsirləndirilən şəxs həbslə əlaqər olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayının 1-dən etibarən Bayıl qəsəbəsi Salyan yolunda yerləşən daş bazarının yaxınlığındakı əvvəllər “Məkan” adlanmış, hazırda isə “EGŞ dostlar” adlı kafeni Sədrəddin adlı şəxsdən icarəyə götürüb işlətməyə başlamışdır. Həmin kafedə müğənni kimi çalışan Zərərçəkmiş şəxs də həmin vaxtdan tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində “EGŞ dostlar” adlı kafenin kassasının arxasında oturmuşdur, Camil də mahnı oxuyurmuş, kafedə təxminən 5-10 nəfər müştəri olmuş, bu zaman möhkəm səs-küy səsləri eşitmiş və görmüşdür ki, mübahisə səhnə tərəfdən gəlmiş, stolda əyləşən müştərilər də ayağa qalxıb həmin yerə tərəf yaxınlaşmış, kassadan aralanıb səhnə tərəfə gəldikdə görmüşdür ki, müğənni Camil əli ilə sifətini tutub, kafedə olan digər şəxslər isə adı sonradan Bəhrəm kimi məlum olan şəxsi qucaqlayıb kənara çəkib aparmışlar. Nə baş verdiyini Camildən soruşduqda Camil bildirmişdir ki, səhnədə mahnı oxuyub qurtarandan sonra Bəhrəm adlı şəxs ona yaxınlaşıb meyxana demək istədiyini bildirərək oturduğu yerdən durmağı tələb etmiş, Camil ayağa durmaq istəmədikdə isə stolun üstündə olan mikrofonu götürərək sifət nahiyəsindən iki dəfə vurmuşdur. Kafedə olan şəxslər Bəhrəmi Camildən aralaşdırmış və kənara çəkmişlər. Bəhrəmin hərəkətləri nəticəsində kafeyə gəlmiş müştərilərin istirahəti pozulmuş, onların narahatçılığına səbəb olmuş, işləri dayanmış, çünki Camil xəsarət aldığından mahnı oxumamış və almış olduğu xəsarətlərlə bağlı olaraq özü həkimə gedəcəyini bildirib çıxıb getmişdir. Hadisədən sonra kafedə quraşdırılmış müşahidə kameralarına baxdıqda açıq-aydın görmüşdür ki, Bəhrəm mikrofonla Camilin sifət nahiyəsinə vurub xəsarət yetirmişdr. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və lakin bu hadisədən bir müddət əvvəl bir dəfə kafedə müştəri kimi olmuş və həmin vaxt da ondan xahiş etmişdir ki, meyxana desin, əvvəl razı olmamış, lakin çox təkid etdiyindən 5 dəqiqə meyxana deyib çıxıb getmişdir. Hadisə 3-5 dəqiqə davam etmiş və hadisənin şahidləri kafedə olan 5-10 nəfər tanımadığı müştərilər, sintezator ifaçısı Bəhruz olmuşdur. İlkin olaraq onların sözlü mübahisəsini görməmiş, səs-küyu eşidib yaxınlaşanda görmüşdür ki, Camil əli ilə sifətini tutub və sifəti qan içindədir. Kafedə olan şəxslər isə Bəhrəmi qucaqlayıb kənara çəkib aparmışlar. Hadisə vaxtı qeydə alınmış videogörüntüyə baxıb bildirmişdir ki, Camilə xəsarət yetirən şəxs Bəhrəmdir. İş üzrə maddi sübut kimi tanınmış mikrofon ona qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, iki övladı var, oğlu Bəhrəm böyük oğludur. Bəhrəm işsizdir, meyxanaya həvəsi olduğu üçün aradabir tanımadığı kafelərdə meyxana deyib pul qazanmışdır. xx xxxxxx 2020-ci il tarixdə baş vermiş hadisə barədə heç bir məlumatı olmayıb, çünki Bəhrəm ona heç bir söz deməmişdir. Bir həftə sonra Səbail RPİ-nin 8-ci PB-dən polis əməkdaşları oğlu Bəhrəmi soruşduqda məlum olmuşdur ki, Bəhrəm Bayıl qəsəbəsi Salyan yolunda yerləşən daş bazarının yaxınlığındakı əvvəllər “Məkan” adlanmış, hazırda isə “EGŞ dostlar” adlı kafedə müğənni işləyən şəxsə xəsarət yetirmişdir. Bəhrəmdən bu barədə soruşduqda Bəhrəm sərxoş halda olduğundan kafedə əsəbləşib müğənnilik edən Camil adlı şəxsin sifət nahiyəsinə mikrofonla xəsarət yetirdiyini danışmışdır. Bəhrəmi Səbail RPİ-nin 8-ci PB-dən çağırdıqları üçün Bəhrəm PB-yə gedib izahat vermişdir. Bundan sonra Bəhrəm Kürdəmir rayonuna getmişdir. Qeyd etmişdir ki, hadisə barədə bilən kimi həmin kafeyə gedib Camillə görüşmüş və üzrxaqlıq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 istintaqa verdiyi ifadısində göstərmişdir ki, ailəsini dolandırmaq üçün sintezator ifaçısı kimi fəaliyyət göstərir, adətən müğənni Zərərçəkmiş şəxs ilə birlikdə işləyur. 2018-ci ildə Camillə birlikdə Bayıl qəsəbəsi Salyan yolunda yerləşən daş bazarının yaxınlığındakı əvvəllər “Məkan” adlanmış, hazırda isə “EGŞ dostlar” adlı kafedə işləmiş, bir müddət həmin kafedən uzaqlaşsalar da, son bir ay olar ki, yenidən Camillə birlikdə həmin kafedə işləməyə başlamışdır. xx xxxxxx 2020-ci tarixdə saat 23 radələrində, “EGŞ dostlar” adlı kafedə sintezatorda ifa edirmiş və Camil də mahnı oxuyurmuş. Camil bir neçə mahnı oxuyub qurtardıqdan sonra səhnədə əyləşmişdir. Belə ki, səhnə kafenin bir hissəsində yerləşir, orada o və Camil oturur, aralarında bir masa var, həmin masanın üzərində səsi tənzimləyən texniki avadanlıq və mikrofon olmuşdur. Sintezator ona məxsusdur, texniki avadanlıq və mikrofon isə kafeyə məxsusdur. Bir neçə dəqiqədən sonra adını sonradan bildiyi Bəhərəm adlı şəxs Camilə yaxınlaşıb Camilin səhnədən durmağını tələb edib özünün oturacağını demişdir. Camil də Bəhrəmə demişdir ki, səhnədə başqa adamın oturmasına icazə verilmir. Buna baxmayaraq Bəhrəm Camillə mübahisə etməyə başlamış, mübahisə zamanı Bəhrəm təhqir edərək qəflətən masanın üzərindəki dəmir mikrofonu götürüb Camilin sifət nahiyəsinə zərbələr vurmağa başlamış, bunu görüb dərhal Bəhrəmlə Camilin arasına girib Bəhrəmi Camildən aralamış və kafedə olan tanımadığı müştərilər Bəhrəmi kənara çəkmişlər. Bəhrəmin hərəkətləri nəticəsində kafeyə gəlmiş müştərilərin istirahəti pozulmuş, onların narahatçılığına səbəb oİmuş, onların işi dayanmış, çünki Camil xəsarət aldığından mahnı oxumamışdır, sonradan isə yaranmış səs-küyə kafenin icarədarı İlham da gəlmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və ilk dəfə həmin vaxt kafedə görmüşdür. Hadisə vaxtı Təqsirləndirilən şəxs Camildən başqa heç kimə xəsarət yetirməmişdir. Hadisə 3-5 dəqiqə davam etmiş və hadisənin şahidləri kafedə olan 5-10 nəfər tanımadığı müştəri, hazırda orda işləməyən anket məlumatlarını bilmədiyi ofisiant olmuş, sonradan səs-küyə icarədar İlham gəlmişdir. Camil Bəhrəmə kobud formada cavab verməmiş, sadəcə olaraq Camil səhnədə başqa adamın oturmasına icazə verilmədiyini deyib oturduğu stuldan durmadığı üçün Bəhrəm əsəbləşib mikrofonla Camilə xəsarət yetirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 98 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - enoftalmla (göz almasının daha dərinə “düşməsi”) müşayiət olunan sol göz almasının kontuziyası, sol göz ətrafı yumşaq toxumalarının hematoması, sol almacıq sümüyünün yerdəyişən sınığı, burun çəpərinin yuxarı hissəsində qığırdağın əyilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan nahiyələrə dəmir mikrofonla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Hadisənin baş verdiyi Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Salyan yolunda yerləşən daş bazarının yaxınlığındakı əvvəllər “Məkan” adlanmış, hazırda isə “EGŞ dostlar” adlı kafedə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntüləri özündə əks etdirən “DVD” diskə baxış protokolundan görünür ki, videonun 1 dəqiqə 54 saniyədən ibarət olması, kafedə səhnə adlanan yerdə sintezator ifaçısı Şahid2 sintezatorun arxasında oturması, onun yanında müğənni kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs oturması, onun yanındakı masada isə ağ köynəkli müştərinin oturması, Camilin qarşısında ayaqüstə dayanmış Təqsirləndirilən şəxs əl hərəkətləri ilə Camili vuracağını göstərməsi və bu cür hərəkətləri ilə həmin ağ köynəkli müştərinin də diqqətini cəlb edib narahatçılığına səbəb olması, Təqsirləndirilən şəxs hədələyici hərəkətlərini davam etdirdiyini görən sintezator ifaçısı Bəhruzun ayağa qalxıb onu sakitləşdirməyə çalışması, Təqsirləndirilən şəxs qəflətən Camilin yanındakı masanın üzərində olan dəmir səsucaldanı (mikrofon) sağ əli ilə götürüb Camilin baş nahiyəsinə 3-4 dəfə zərbə vurması, dərhal Camilin oturduğu masadan qalxıb onu itələməsi, Bəhruzun və digər müştərilərin də oturduqları masalardan qalxıb Təqsirləndirilən şəxs saxlayıb sakitləşdirmələri, daha sonra icarədar Şahid1 da yaranmış səs-küyü eşidib ora yaxınlaşması, həmin vaxt Camilin əli ilə sifət nahiyəsini tutub gəzişməsi, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində kafeyə gəlmiş müştərilərin istirahətinin pozulması, onların narahatçılığına səbəb olması, kafenin işinin dayanması, belə ki, Camilin xəsarət aldığından mahnı oxuya bilməməsi, bir neçə müştərinin oturduqları masadan məcbur olaraq qalxıb yerlərini dəyişməsi müəyyən olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli bilinən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə qeyd edilən cinayət işi üzrə icraat dayandırılmışdır. xx xxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqının davam etdirilməsi qərara alınmışdır. xx xxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 radələrində tutulmuşdur. xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir. xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(009)-197/2020 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir. xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, “EGŞ dostlar” adlı kafedə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı baş vermiş hadisənin videogörüntüləri özündə əks etdirən DVD disk iş üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, 1 ədəd mikrofon öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün şahid qismində dindirilmiş qanuni sahibi Şahid1 təhvil verilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənilib, ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də, olmayacaqdır. Onun Təqsirləndirilən şəxs ilə barışdığını, ziyanın tam ödənilməsini nəzərə alıb Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini, cinayətin zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və heç bir tələbinin olmamasını, onunla barışdığını, həmçinin zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə xahişini, ailəsinin həyat şəraitinin aşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, habelə hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, ailəsinin həyat şəraitini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını, məhkəmə iclaslarındakı davranışını, zərərçəkmiş şəxsin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış cinayət hadisəsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd mikrofonun qanuni sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3cü maddələri ilə nəzərədə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış cinayət hadisəsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd mikrofonun qanuni sahibi Şahid1 qaytarılması nəzərə alınsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X1 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-97/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-97/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver