Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-97/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1988-ci ildə Rusiya Federasiyasının Arxangelsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)-18/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl cəzanın çəkilməmiş hissəsindən şərti olaraq azad olunmuş, Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi-1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 sentyabr 2022-ci il tarixdə saat 10.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının 12-dən 15-dək ünvan 2 ünvanında, tanışı Zərərçəkmiş şəxs kirayənişin qaldığı mənzildə ər-arvad kimi yaşadığı Şahid5 və dostu Şahid4 ilə birlikdə qonaq kimi qalıb şəxsi əşyalarını da orada saxlamaqla, 15 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində kirayədə qalmaq üçün ev tapdığını deyib şəxsi əşyaları ilə birlikdə mənzildən Zərərçəkmiş şəxs məxsus hər biri 100 manat qiymətində olan 02 ədəd kişi gödəkçələrini, iç cibində 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəstinin olduğu 3000 manat dəyərində qara rəngli xəz qadın kürkünü, 2720 manat məzənnəsində 1600 ABŞ dollarını, hər biri 5 manat qiymətində 02 ədəd yaylığı, 50 manat qiymətində 01 ədəd vilvet tipli kişi pencəyini, 20 manat qiymətində 01 ədəd qara rəngli donu, hər biri 15 manat qiymətində 02 ədəd güllü donları, hər biri 10 manat qiymətində 02 ədəd ağ rəngli qısaqol köynəkləri, 20 manat dəyərində zamşa dəridən 01 ədəd qara rəngli qadın əl çantasını, hər biri 30 manat qiymətində 03 ədəd kişi və 40 manat qiymətində 01 ədəd qadın papaqlarını, 15 manat qiymətində 01 ədəd göy rəngli kişi şalvarını, 25 manat qiymətində 01 cüt qadın ayaqqabısını, 20 manat qiymətində 01 ədəd ağ rəngli qadın paltarını, 20 manat qiymətində 01 ədəd ağ rəngli şortu, 25 manat qiymətində 01 ədəd ağ rəngli donu, 15 manat qiymətində 01 ədəd ağ rəngli şah, 20 manat qiymətində 01 ədəd göy rəngli uzunqol qadın köynəyini, 30 manat qiymətində 01 ədəd güllü qadın köynəyini, 20 manat qiymətində 01 ədəd krem rəngli qadın köynəyini, 30 manat qiymətində 01 ədəd güllü dona bənzər qadın paltarını, 20 manat qiymətində 01 ədəd qara rəngli qısaqol kişi köynəyini, 15 manat qiymətində 01 ədəd yaşıl rəngli qadın xələtini, 20 manat qiymətində 01 ədəd ağ-qara rəngli zolaqlı qadın şalvarını, 10 manat qiymətində 01 ədəd göy rəngli qadın gecə şalvarını, 10 mant qiymətində 01 ədəd açıq yaşıl rəngli qadın gecə geyimini, 20 manat qiymətində 01 ədəd süni dəri materialdan hazırlanmış böyük kişi çantasını, 40 manat qiymətində 01 cüt ağ rəngli, 41 ölçülü “Nike” markalı kişi idman ayaqqabısını, 40 manat qiymətində 01 cüt açıq qəhvəyi rəngli qış qadın ayaqqabısını, 80 manat qiymətində 01 ədəd qara rəngli kişi maykasını, 110 manat qiymətində 01 ədəd futbolkanı, 210 manat dəyərində bənövşəyi rəngli daşla 925 əyarlı gümüşdən hazırlanmış 01 dəst sırğa-üzük cütü, 80 manat qiymətində yaşıl rəngli daşla 925 əyarlı gümüşdən hazırlanmış 01 dəst sırğa-üzük cütü, 60 manat qiymətində 01 ədəd 925 əyarlı gümüşdən hazırlanmış kulonlu boyunbağını, 80 manat qiymətində 01 ədəd halqa formalı sarı rəngli, gümüşdən hazırlanmış qolbağı, ümumi qiyməti 15 manat olan digər gümüş materialdan 03 ədəd boyunbağıları, 30 manat qiymətində 01 ədəd qara rəngli rezin qolbağı ilə qol saatını, 50 manat qiymətində 01 ədəd ağ rəngli rezin qolbağı ilə qol saatını gizli olaraq götürüb öz əşyaları olan bağlamalara yığıb aparmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 23.010 manat məbləğində xeyli miqdar maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl Elçinlə tanış olmuşdur, aralarında yoldaşlıq münasibəti olub. Nuranə ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. O Nadirlə də tanışdır, aralarında əvvəllər mehriban münasibət olub. Onunla klubda tanış olmuşdur. 2021ci ilin noyabr ayında Nuranə ilə Yasamal rayonunda kirayə qaldıqları evdən çıxmışlar, ona görə də başqa bir ev tapıb orada kirayə qalmaq istəmişlər. Həmin müddətdə də o Elçinlə söhbət edəndə onunla razılığa gəlmişlər ki, Elçinlə birlikdə kirayə ev tutub qalsınlar, qaldıqları evin kirayə haqqını da birlikdə ödəsinlər. Həmin vaxt qalmağa evləri olmadığından o, Nadirə zəng edib onunla danışaraq evində bir neçə gün qonaq kimi qalmağı razılaşdırmışdır. 12 noyabr 2021-ci il tarixdə o, Nuranə və Elçin birlikdə özlərinə məxsus əşyalarını bağlamalarda taksi ilə gətirib Nadirin evinə qoymuşlar, özləri də bir neçə gün Nadirin evində qalmışlar. Nadirin evində otaqların sayı çox olduğundan Nadir onlara qalmaq üçün ayrı otaq vermişdir. Nardirin evində qaldıqları müddətdə 9-cu mikrorayondan kirayə qalmaqları üçün ev tapmışlar. Nadirin evində bir neçə gün qaldıqdan sonra təxminən 15 noyabr 2021-ci il tarixdə evə köçmək qərarına gəlmişlər, bu səbəbdən də o evdə özü tək olaraq özlərinə məxsus içərisinə yığdıqları ev əşyaları olan bağlamalara qaldıqları otaqdakı şkafda olan 01 ədəd qara rəngli qadın kürkü, bundan əlavə qadın üçün bir neçə ədəd başqa paltarlar, şalvarlar, ayaqqabılar, sadə metaldan olan üzük və boyunbağıları götürmüşdür. Həmin gün axşam onlar Nadirin evindən çıxan zaman o və Elçin çağırdıqları taksinin yük yerinə əşyaları yığıb oradan çıxmışlar. O Nadirin evindən götürdüyü həmin əşyalar barədə Nuranəyə və Elçinə heç bir söz deməmişdir. Onlar birlikdə 9-cu mikrorayonda kirayə qalmaq üçün tutduqları evə gəlib yığışmışlar, həmin gün yorğun olduqları üçün gətirdikləri əşyaları açmamışlar, səhəri gün o telefonu evdə qoyub getmişdir. Nadir də onun mobil telefon nömrəsini bildiyi üçün ona zəng etdikdə, o ona cavab verməmişdir, Nadir nömrəsinə mesaj yazaraq onun evindən çıxandan sonra əşyalarının yerində olmadığını deyib onları apardığını bildirərək qaytarılmasını bildirmişdir. Evdə olan Elçin və Nuranə Nadirin bu mesajını görüb Nadirin zənginə cavab verib danışdıqda Nadir onun əşyalarını qaytarmasalar bu barədə polisə şikayət edəcəyini demişdir. Bundan sonra Nuranə əşyaları açdıqda onların içərisindən Nadirin evindən oğurladığı geyim əşyalarını görmüşdür. Həmin zaman Elçin onun Nadirin evindən oğurladığı əşyaların Nadirə qaytarılmasını demişdir. Elçinin əşyaları 9-cu Polis Bölməsinə təhvil vermişdir. Qara rəngli qadın kürk, bundan əlavə qadın üçün bir neçə ədəd başqa paltarlar, şalvarlar, ayaqqabılar, sadə metaldan olan üzük və boyunbağılar, həmçinin kişiidman ayaqqabısı, kişi və qadın qol saatı, iki ədəd dəri gödəkçələrdən başqa heç nə oğurlamamışdır. Nadir evindən dolabdan asdığı arvadına məxsus kürkün içərisində 8700 manat pul, 7000 manat dəyərində qızıl zinət əşyaları və pul kisəsində 1600 ABŞ dolları pulun oğurlanması barədə dedikləri tamamilə yalandır. Onlar Nadirin evində qaldıqları müddətə onun qaldığı evin sahibi bir neçə dəfə ona zəng edərək və gəlib evin kirayə pulunu istəməsinin şahidi olmuşdur. Ona görə də qeyd edir ki, əgər Nadirin elə pulu vardısa, ona nəyə görə evin kirayə pulunu neçə ay idi ki, ödəməmişdir. Həmçinin bildirmişdir ki, oğurlanmış əşyalar arasında qızıl və pul olmayıb, bijuteriya, gümüş olub və onları da qaytarmışdır. Özünü ona görə qismən təqsirli bilir ki, ittihamda qeyd edilmiş 8700 manat pul qadın kürkünün iç cibində, 7000 manat dəyərində brilliant qaşla qızıl dəsti və 1600 ABŞ dollarını oğurlanmışdır. Oğurladığı əşyaların içərisində həmin əşyalar olmamışdır. O Nadirin evində qalarkən evin sahibi şikayət etmiş, evin kirayə haqqını 4 aydır ödəməməyinə görə mənzil sahibinin şikayəti olmuşdur. O qədər pulu olan bir insanın 4 ayda hansısa bir təhqirə, körpələri ola-ola, körpələri ilə çöldə qalmağa ehtimalına məruz qoyaraq pulu ödəməməsini inandırıcı hesab etmir. Heç bir məbləğdə pul, qızıl ziynət əşyası götürməmişdir. Ancaq bijuteriya və gümüş, paltar götürmüş və onları da qaytarmışdır. Götürdüyü paltarları və əşyaları ehtiyacı olduğu üçün satmaq üçün götürmüşdür. Əməlindən peşmandır, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildə X2 ilə ailə qurmuşlar, O ailəsi ilə birlikdə 2021-ci ilin iyun ayından ünvan 3 ünvanında kirayədə qalırdı. Hal-hazırda ünvan 4vanında yaşayır. 2018-ci ildən İlkinlə tanış olmuşdur. İndiyədək ona qarşı yaxşı münasibəti var. Təqsirləndirilən şəxs özü kirayədə yaşayırdı. 2021-ci ilin noyabr ayında İlkin ondan xahiş etmişdir ki, ev tapana qədər iki günlük onlarda qalmaq istəyir. Yoldaşı ilə o da kirayə qaldığı üçün düşünmüşlər ki, onların da başına belə hadisə gələ bilər və buna görə də razılıq vermişlər. Qaldıqları ev dörd otaqlı ev olmuşdur. Həmin evdə kirayədə aylıq 500 manata qalmışlar. 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs, onun qeyri-rəsmi arvadı Nuranə və Elçin adlı dostu ilə birlikdə gəlmişdir. İlkinin yanında olan şəxsləri əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs və yanında olan şəxslər 2-3 gün onlarda qalmışlar. 15 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində İlkin kirayə qalmaq üçün ev tapdığını deyərək onlara gətirdiyi ev əşyalarını da götürüb eyni vaxtda hamısı onlardan çıxıb getmişlər. Bundan sonra onların evlərinə heç kim gəlib-getməmişdir. Onlar gedəndən sonra fikir vermişdir ki, gödəkçəsi yoxdur. Düşünmüşdür ki, gödəkçəsi divanın üstündə qalıb və araya qarışıb səhvən aparıblar. Bir müddət sonra yoldaşı əksər əşyaların olmamasını bildirmişdir. Bundan sonra arvadı yaşadıqları evdən 102 nömrəsinə zəng edib evlərindən olan həmin oğurluq hadisəsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, ittiham aktında qeyd edilən 8700 manat 2021-ci ilin avqustunda rəhmətə gedən xalasından qalmış evi satmasından əldə etmişdir. Belə ki, xalası 2022-ci ilin martında vəfat etmişdir. O isə 2021-ci ilin avqustunda həmin iki otaqlı evi satmışdır. Həmin ev Bakı şəhəri, Bakıxanov, Sülh küçəsində olmuşdur. Evi 60000 manata satmışdır. Həmin pulun 30000 manatı ilə müəyyən borcları bağlamış, əldə qalan 30000 manat pulun 20000 manatını borc olaraq tanışına vermiş və 8 aya yaxındır ki, həmin şəxs pulu qaytarmır. 10000 manat pul isə evdə qalmışdır. Borca verilmiş 20000 manat məbləğin faizi Gəncədən gəlməsini gözləmiş və o, da həmin pulla evin kirayə pulunu verməyi planlaşdırmışdır. Evdə olan pulu xərcləməmək üçün əl vurmamışdır. O evi satmamışdan 1 il əvvəl həmin evi şəxsin adına keçirmiş və həmin şəxs də ona bankdan 10000 manat kredit götürərək vermişdir. Həmin şəxsin dediyinə görə pulun bir hissəsini “Bitkoinə” yatırmış, Gəncədə həmin şirkət bağladığından onun pulu da batmışdır. Oğurlanan əşyaların da 50 faizi geri qaytarılmışdır. Bir xeyli dəyəri olan əşyalar qaytarılmamışdır. Çünki orda tək pal-paltar olmamışdır. Müstəntiqlə danışanda itən əşyaların siyahısın hissə-hissə vermişdir. Əşyalar evdən götürüldükdə onlar evdə olmuşlar, sadəcə olaraq iki otaq bir hissədə, digər iki otaq digər hissədədir. Hesab edir ki, İlkin hərşeyi öz boynuna götürüb. İlkin səhər saat 9-da evdən gedib işləmiş və ev axtarmışdır. Elçin onun üçün çox maraqlıdır. Çünki evin içində olan Elçin olmuşdur. Əşyaların siyahısı var, hansı ki geri qaytarılmayıb. Həmçinin evdə olan pul - 1600 ABŞ dolları onun olmamışdır. O pul ona verilmişdir. O musiqi alətlərininvə avadanlıqlarının satışını da həyata keçirir və həmin pul da avadanlıq üçün ona verilmişdir. Həmin pulu geri qaytarmaq üçün də lombarda əşyalar qoyub əldə etdiyi pulla 1600 ABŞ dollarını geri qaytarmışdır. 1600 ABŞ dolları lombarddan alarkən lombarda “İphone” telefonunu, 2 ədəd qulaqçıqlarını, foto-aparat qoymuşdur. Lombarddan 1200-1300 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs və yanında olan şəxslər qonaq qismində evə gələrkən əllləridə əşyalar olmuşdur. Gətirdiklərindən daha çox əşya aparmalarından şübhələnməmişdir. Evdən içəri girəndə ilk otaqda böyük dolab olmuş və içərisində geyim çox olmuşdur. Onlar gedəndən sonra iki gödəkçənin olmamağıonun diqqətini cəlb etmişdir. Fikirləşmişdir ki, divanın üstünə atmış, gödəkçəni və onlar da yığışıb gedəndə içərisinə qarışıb. 1600 ABŞ dolları dolabın içərisində olmuş, 8700 manat isə qadın kürkünün cibində olmuşdur. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, İlkinlə 2020-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək qeyri-rəsmi nikahda olmuşdur. İlkinlə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə qalmışlar. İlkin tanışı Elçinlə mobil telefonla danışaraq onun da kirayə qaldığı evdən çıxaraq onlarla birlikdə kirayə qalması ilə bağlı danışıb razılaşmışdır. Lakin o əslində buna razı olmamışdır, bu barədə İlkinə dedikdə o, ona kirayə pulunun verilməsində Elçinin də köməklik edəcəyini demişdir. 2021-ci ilin noyabr ayında İlkinlə birgə Yasamalda kirayə qaldıqları evdən ev sahibi onları çıxarmışdır. Ona görə də İlkin qalmaq üçün ev axtarmış, lakin kirayəyə ev tapmaq üçün bir neçə gün lazım olduğundan İlkin, onun sonradan tanıdığı Nadir adlı tanışı ilə mobil telefonu vasitəsi ilə danışaraq onun evində bir neçə gün qonaq qalmaqlarını və həmin müddətdə də kirayə qalmağa ev axtarıb tapacağını dediyi üçün Nadir də razılaşmışdır. O, İlkin və Elçin kirayə qaldıqları evdə olan əşyalarını yığıb bilikdə 12 noyabr 2021-ci ildə, axşam vaxtı Nadirin Səbail rayonunda kirayədə qaldığı evinə qonaq gəlmişlər. Nadir və arvadı onları yaxşı qarşılamış, qalmaq üçün onlara yer vermişlər. Onlar üçü də onun evində təxminən 3 gün qalmışlar, həmin ərəfədə İlkin Bakı şəhərində 9-cu mikrorayondan kirayə qalmaq üçün ev tapmışdır. Ona görə də onlar Nadirin evindən 15 noyabr 2021-ci ildə, axşam vaxtı gətirdikləri özlərinə məxsus əşyalarını götürüb tanımadığı bir taksi ilə həmin evə köçmüşlər. Onlar Nadirin evindən çıxan zaman Nadir və ailəsi orada olmuşlar. Onlar Nadirin evindən çıxandan sonra 9-cu mikrorayondakı evdə kirayə yaşamağa başlamışlar. Onlar Nadirin evindən çıxdıqdan sonra Nadir İlkinin mobil telefonuna zəng edib onunla danışan zaman o bilmiş ki, İlkin Nadirin evindən çıxan zaman onun arvadına məxsus 01 ədəd kürkü, paltarları, ayaqqabı, şalvarlar, qadın əl çantası, qol saatları oğurlayıb evə gətirib. Nadir İlkindən həmin əşyaları qaytarmasını istədikdə İlkin əvvəl etiraf etməmiş və bundan xəbəri olmadığını demişdir. Bundan sonra Nadir bu barədə polisə xəbər verəcəyini dediyi üçün İlkin onun paltarlarını qaytarmaq istəmişdir. Həmin zaman onlarla qalan İlkinin dostu Elçin də Nadirə məxsus əşyaların qaytarılmasının tərəfdarı olmuşdur. İlkin Elçinin vasitəsilə Nadirin evindən oğurladığı paltarları polisə qaytarmışlar, lakin o sonradan eşitmişdir ki, Nadir həmin paltarlarla bərabər onun arvadına məxsus qızıl əşyalarının, pul və ABŞ dolların da oğurlanmasını demişdir. Lakin o ilk vaxtlarda İlkinlə Nadirin arasında bu barədə olan telefon danışığında Nadir həmin paltarlardan əlavə onun arvadına məxsus qızıl əşyalarının, pul və dolların oğurlanmasını deməmişdir. O, İlkin və Elçinlə birlikdə Nadirin evinə gedən zaman apardıqları əşyaları saymamışdır, Nadirin evindən gedən zaman da həmin əşyaları saymamışdır, Nadirin evindən kirayə qaldıqları evə köçəndə əşyaları İlkin maşınla aparmışdır. Onun həmin əşyalardan xəbəri olmamışdır. Onlar Nadirin evinə köçəndə də səhv etmirsə Elçinin iki idman çantası olmuşdur. Nadirin evindən çıxıb 9-cu mikrorayonda İlkinin kirayə tutduğu evə yığışanda özləri ilə apardıqları əşyaları hamısını açmamışdır. Nadirin evindən çıxıb 9-cu mikrorayonda olan evdə kirayə qalmaq üçün yığışanda İlkinin mobil telefonuna zəng gəlmiş, həmin zaman Elçində evdə olmuşdur. İlkin mobil telefonuna gələn zəngi açıb danışdıqda onun Nadir olduğunu bilmiş, aralarında olan danışıqda bilmişdir ki, Nadir evindən olan oğurlanmış əşyalar barədə İlkindən malların istəyir. İlkin onlara Nadirin evindən çıxan zaman oğurluq etdiyini demişdir. O, evdə olan əşyalara baxdıqda həqiqətən də həmin əşyaların arasında onlara məxsus olmayan ayaqqabı və paltarlar olduğunu görmüşdür. Nadir yenə zəng edib, əgər ona məxsus olan əşyaları verməsə polisə deyəcəyini demişdir. Bu zaman o və Elçin də orada olmuşdur. Onlar Nadirin əşyalarını polisə göndərmişlər. Nadirin evindən olan oğurluqdan onun xəbəri olmamışdır. O, bunu sonradan bilmiş, lakin o evdəki əşyaların arasına baxdıqda orada pul, dollar və ya qızıl-zinət əşyaları görməmişdir. Həmçinin onlar Nadirin evində qalan zaman Nadir heç özü kirayə qaldığı evin pulunu verə bilməmiş, əgər onun pulu olsa idi evin kirayə haqqını verərdi. Həmçinin o, Nadirin evindən olan oğurluq hadisəsindən sonra Nadirin özü ilə telefonda danışdıqda heç onun özü evindən qızıl və ya pulların oğurlanması barədə heç bir söz deməmişdir. O Nadirlə danışan zaman Nadir evindən oğurlanan əşyaların ancaq qadın üçünxəz kürkü, idman ayaqqabısını, cins şalvar, qadın paltarları, qadın əl çantası, qadın və kişi qol saatları, qadın və kişi üçün boyunbağılar, üzük və sırğalardan ibarət əşyalar olmasını demişdir. Şahid5 bildirmişdir ki, ünvan 6 ünvanında, tanışı Zərərçəkmiş şəxs kirayə qaldığı ev iki otaqdan ibarət olmuş və onlara ayrılmış otaq giriş qapısından içəri daxil olduqda sağ tərəfdə olmuş və həmin otaqda dolab var idi. Həmin dolabda qış paltarlarının olub-olmaması barədə məlumatı yoxdur. Yasamal rayonunda yerləşən mənzildən kirayə qalmış, oradan çıxdıqdan sonra telefon vasitəsilə İlkin Nadirlə danışmış İlkin və onlar da 2-3 günlük qonaq kimi qalmağa getmişlər. Onlar artıq başqa bir evə köçəndən sonra əşyalara baxdıqda görmüşlər ki, artıq əşyalar var. X5 tək yığırmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 7 ünvanında kirayə yaşamışdır. 2017-ci ildə Nadirlə ailə qurmuş, birgə nikahdan azyaşlı övladları var, ailə qurduqdan sonra 2019-cu ilin noyabr ayında rəsmi olaraq nikah bağlamışlar. O əvvəldən İlkini əri Nadirin tanışı kimi tanımışdır. 12 noyabr 2021-ci ildə o ailəsi ilə birlikdə evdə olan zaman qapı döyülmüşdür, Nadir qapını açdıqda İlkin yanında, bir qadın və bir oğlanın gəldiyini, əllərində də bir neçə ədəd bağlama var idi. İlkin kirayə qaldıqları evdən ev sahibi tərəfindən çıxarıldığı üçün iki günlük onların kirayədə qaldıqları evdə qonaq kimi qalmağa, qaldığı müddətdə də özləri üçün başqa bir kirayə ev tapacağını demişdir. Onlar İlkinin belə bir çətin vəziyyətə düşməsini görə onu kirayədə yaşadıqları evdə qonaq kimi qalmağına razılıq vermişlər. Kirayədə qaldıqları ev dörd otaqlı olduğu üçün iki otağı qalmaq üçün onlara verib, 2 otaqda da o ailəsi ilə qalmışlar. İlkin onlarda qaldığı müddətdə onun həyat yoldaşı kimi təqdim etdiyi qadın daimi evdə qalmış, İlkin isə hər gün səhər gedib axşam gəlmiş, Elçin isə hərdən bir evdən harasa gedib müəyyən vaxtdan sonra qayıtmışdır. 15 noyabr 2021-ci ildə, saat 18 radələrində İlkin kirayə qalmaq üçün ev tapdığını deyərək onlara gətirdiyi ev əşyalarını da götürüb eyni vaxtda hamısı onlardan çıxıb getmişlər. Bundan sonra onların evinə heç kim gəlibgetməmişdir. 20 noyabr 2021-cı ildə axşam vaxtı, saat təxminən 22 radələrində evdə olan zaman o özünə məxsus dəri gödəkcəsini geyinmək üçün dolabdan asdığı yerdən götürmək istədikdə onun yerində olmadığını görmüşdür. Fikirləşmişlər ki, ola bilsin ki, İlkin səhvən evdən gedəndə onun dəri gödəkçəsini özləri ilə gətirdiyi əşyalara qarışıb aparmışdır. Bundan sonra o həmin kürkün içərisində saxladıqları, qaynanası Nəhayətdən qalmış briliyant qaşlı 1 ədəd üzük və 1 ədəd də onun dəst sırğasının yerində olmadığını bilib bu barədə Nadirə demişdir, onları evdə axtarsalar da tapa bilməmişlər. Bundan sonra yenə Nadir İlkinə zəng edib bu barədə danışmaq istədikdə onun telefonuna zəng çatmamışdır. Bundan sonra onlar həmin əşyaların onlar tərəfindən oğurlanmasını bilib evdə axtardıqda ona məxsus kürklə bərabər onun içərisində olan 7000 manat dəyərində qızıl zinət əşyaların, avqust ayında Bakıxanov qəsəbəsində olan satdıqları evdən qalan 8700 manat pulun, içərisində Nadirə məxsus şəxsiyyət vəsiqəsi və 1600 ABŞ dollar olan pul kisəsinin, Nadirə məxsus iki dəri gödəkçənin, paltarların, çantaların və ayaqqabıların yerində olmadığını görmüşlər. Bundan sonra o evdən 102 nömrəsinə zəng edib evlərindən olan həmin oğurluq hadisəsi barədə məlumat vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 2008-ci ildə Təqsirləndirilən şəxsla tanış olmuşdur, münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin oktyabr ayında İlkinlə belə məsləhətləşmişlər ki, eyni ünvanda yaşayaraq hər ikisi kirayə pulunu birlikdə ödəsinlər. Öz aralarında söhbət edən zaman İlkin ona, Nadir adlı tanışının olduğunu və onun da Bakı şəhərində öz ailəsi ilə kirayə yaşadığını demişdir. 12 noyabr 2021-ci il tarixdə İlkin, onunla qeyri-rəsmi olaraq nikahda olan Nuranə və o Nadirin kirayə qaldığı evə getmişlər. Onlar Nadirin evinə gələn zaman İlkin və o özləri ilə əşyalarını da gətirmişlər. Həmin zaman Nadir evdə imiş, onlar Nadirlə görüşdükdən sonra İlkin Nadirlə söhbət edərək onların kirayə qaldıqları evdən çıxdıqlarını və özləri üçün kirayə qalmağa ev tapmaqdan ötrü onun evində qonaq kimi qalmağa görə icazə istəmiş və razılıqdan sonra onların evlərində qalmışlar. Onlar Nadirin evində qaldıqları müddətdə İlkin kirayə qalmaq üçün makler vasitəsi ilə Binəqədi rayonunda olan 9-cu mikrorayonda iki otaqlı evi 400 manata tapdığını demişdir. 15 noyabr 2021-ci ildə, axşam vaxtı Nadirin evinə gətirdikləri əşyaları da götürüb çıxaraq kirayə tapdıqları həmin evə yığışmışlar. Təxminən 3-4 gün sonra Nadir zəng edib İlkinin arvadı ilə danışan zaman evdən gedəndə səhv olaraq onlara məxsus əşyaları da aparmasını deyib onları qaytarmağı xahiş etmişdir. O bundan sonra İlkinlə evdə söhbət edəndə Nadirin zəng edərək evindən əşyalar oğurlanmasını dediyini ona demişdir. İlkin bunu etməkdə peşman olduğunu deyib həmin əşyaları polisə göndərmişdir. O İlkinin Nadirin evindən oğurladığı əşyalararı - qadın üçün 1 ədəd kürk, idman ayaqqabısı, cins şalvar, qadın paltarları, qadın əl çantası, qadın və kişi qol saatları, qadın və kişi üçün boyunbağılar, üzük və sırğalardan ibarət olduğunu görmüşdür, o həmin əşyaların oğurluq olmasını Nadir İlkinin arvadı ilə danışan zaman bilmişdir. Nadirin evinə gedən zaman onlara apardığı ona məxsus 2 ədəd idman çantası olmuşdur. Nadirin evində kirayə qalsa da orada olan otağın birində ayrı olaraq qalmışdır, İlkinin qaldığı otağa girməmişdir. Nadirin evindən paltarlardan başqa qızıl və pul oğurlanmamışdır. Nadir heç özü kirayə qaldığı evin pulunu verə bilməmiş, əgər onun pulu olsaydı, evin kirayə haqqını verərdi. Həmçinin onlarda qaldıqları müddətdə evə çörək və digər lazımı ərzaqlar onlar tərəfindən alınmışdır. Nadirin evindən olan oğurluq hadisəsindən sonra Nadirin özü ilə telefonla danışdıqda heç onun özü evindən qızıl və ya pulların oğurlanması barədə ona heç bir söz deməmişdir. O Nadirlə danışan zaman evindən oğurlanan əşyaların ancaq qadın üçün 1 ədəd kürk, idman ayaqqabısı, cins şalvar, qadın paltarları, qadın əl çantası, qadın və kişi qol saatları, qadın və kişi üçün boyunbağılar, üzük və sırğalardan ibarət əşyalar olmasını demişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Bakı Dövlət Unversitetində müəllim işləyir, bir oğlu və bir qızı var, onların hər ikisi də ailəlidir, əri 2006-cı ildə vəfat etdiyi üçün o qızı Lamiyənin yanında yaşayır. 2016-cı ilədək ünvan 8 ünvanında yaşamışdır. Son zamanlarda yaşlaşdığma və xəstəliyi ilə bağlı olaraq həkim işləyən qızının yanında qalmağa başlamışdır. Həmin müddətdə pula ehtiyacı olduğu üçün yaşadığı həmin mənzili, yəni Səbail rayonu Ə.Əliyev küçəsi ev-11, mənzil-40 ünvanını kirayə verirdi. Ona görə də Nilufət adlı maklerin vasitəsi ilə evini 06 aprel 2021-ci ildə Zərərçəkmiş şəxs aylıq 500 manat olmaqla qalmaq üçün kirayəyə vermişdir. Aralarında kirayə müqaviləsi də bağlanmışdır. Aralarında olan danışığa görə hər ayın 6-da 500 manat kirayə haqqını verməli idi. Bundan sonra o çətinliklə Nadirdən kirayə haqqını alırdı. Sonuncu dəfə Nadir 2021-ci ilin sentyabr ayının kirayə haqqını vermişdir, ondan sonra o kirayə pulunu istədikdə, ödəməmişdir və bunun da səbəbin pulunun olmamasını demişdir. Daha sonra qonşulardan eşidib bilmişdir ki, Nadirin evindən oğurluq hadisəsi baş vermişdir. Həmin oğurluq hadisəsini qonşulardan eşitdikdən sonra bilmişdir ki, Nadirin evinə gəlmiş üç nəfər tanıdığı şəxslər evdə iki gün qaldıqdan sonra evdən gedəndə oğurluq ediblər. Nadir də bunu bir neçə gün sonra bilmişdir. O Nadirə kirayə haqqını ödəmək üçün pulu bankdan və ya lombartdan götürüb təklif etdikdə, Nadir lombarda kompyuter qoyub pul götürdüyü üçün ora borcu olduğunu və banklarda kreditə pul götürdüyü üçün banka da borcu olduğunu demişdir. Həmçinin əlavə olaraq onu da bildirmiş ki, Nadirin anası Nəhayət Nadirin ondan əvvəl kirayə qaldığı evə olan borcunu ödəyəcəyini və ona da olan kirayə borcunu ödəyəcəyini demişdir, lakin Nadirin anası Nəhayət bundan 2-3 gün sonra vəfat etmişdir. Hətta onu da qeyd edir ki, Nadirin arvadı Nurjanat pasportu əvvəl kirayə qaldıqları evin pulunu vermədiklərinə görə həmin evin sahibində qalmışdır. Bu oğurluq hadisəsindən xəbəri olandan sonra Nadirlə kirayə qaldığı evin pulunu almaq barədə söhbət edən zaman o, evindən oğurluq olduğunu demişdir. Aralarında olan həmin söhbət zamanı Nadir evində arvadına məxsus 1 ədəd kürkü, paltarları oğurlandığını bildirmişdir. Bundan başqa Nadir ona heçnə deməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Səbail Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 11 saylı ev onun xidməti ərazisidir və 15 noyabr 2021-ci il tarixdə həmin evin 40-cı mənzilində kirayənişin qalan Zərərçəkmiş şəxs mənzilindən oğurluq edilməsi cinayət hadisəsi ilə əlaqədar əməliyyat müvəkkili kimi o məşğul olmuşdur. Hadisə barədə ilk məlumat aldıqdan sonra həmin hadisəni törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs və onunla birlikdə həmin evdə qonaq qalmış Elçin və Nuranə adlı şəxslərin axtarışı ilə məşğul olmuş və yerinə yetirdiyi əməliyyat tədbiri nəticəsində həmin evdən oğurlanmış əşyalardan bir neçəsi polis bölməsinə göndərilmişdir ki, o da həmin gətirilmiş predmetləri qəbul edib həmin malların siyahısını tərtib etməklə götürmüş və sonrada istintaqa təqdim etmişdir. Bundan sonra da hadisəni törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs və onunla birlikdə oğurluq olan evdə qonaq qalmış Şahid4 və Şahid5 saxlanılaraq istintaqa təqdim edilmişlər. 24 noyabr 2021-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. 29 noyabr 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs mənzilindən oğurlanmış 01 ədəd qəhvəyi rəngli dəri gödəkçə, 01 ədəd qara rəngli xəz kürk, 2 ədəd yaylıq, 01 ədəd qara rəngli paltar, 01 ədəd göy rəngli qadın alt paltarı, 02 ədəd ağ rəngli şort, 01 ədəd qara rəngli dəri gödəkçə, 02 ədəd güllü qadın paltarı, 01 ədəd qara rəngli qadın əl çantası, 0 cüt qadın ayaqqabıları, 01 ədəd qara papaq, 01 ədəd qara pencək, 01 ədəd cins şalvar, 01 ədəd göy mayka, 01 ədəd ağ yubka, 01 ədəd şərf, 12 ədəd rəngli mayka, 01 ədəd rəngli krassovka, 01 ədəd böyük qadın çantası, 02 ədəd saat, 04 ədəd sep, 1 cüt sırğa, 02 ədəd üzük, 01 ədəd qızıl qolbağ götürülmüş və istintaqa təqdim edilmişdir. 17 yanvar 2022-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokola əsasən götürülmüş həmin əşyalara zərərçəkmiş Zərərçəkmiş şəxs və arvadı Şahid1 iştirakları ilə baxış keçirilmiş və həmin əşyaların 01 ədəd qəhvəyi rəngli dəri kişi gödəkcəsi, 01 ədəd qara rəngli qadın üçün xəz dəri kürk, 02 ədəd yaylıq, 01 ədəd qara rəngli qadın paltarı, 1 ədəd göy rəngli qadın alt paltarı, 2 ədəd ağ rəngli şort, 01 ədəd qara rəngli dəri kişi gödəkcəsi, 02 ədəd güllü qadın paltar, 01 ədəd qara rəngli qadın əl çantası, 02 cüt qadın ayaqqabısı, 01 ədəd qara kişi paraqı, 1 ədəd qara kişi pencəkyi, 01 ədəd göy rəngli cins şalvar, 1 ədəd göy mayka, 1 ədəd ağ yubka, 1 ədəd şərf, 2 ədəd rəngli mayka, 1 ədəd rəngli kişi krasovkası, 1 ədəd qəhvəyi rəngli dəridən hazırlanmış qadın əl çantası, 2 ədəd qol saatı, 4 ədəd sep, 2 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd qızıla bənzər qolbağıdan ibarət olması müəyyən edilmişdir. Baxış zamanı iştirakçılar zərərçəkmiş Zərərçəkmiş şəxs və arvadı Şahid1 həmin əşyaların fərdi əlamətlərindən və ölçülərindən özlərinə məxsus olmalarını bildirrib onların oğurlanmasını qeyd etmişlər. 18 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. 18 yanvar 2022-ci il tarixli qərarla ittihamın elan edilməsi üçün Təqsirləndirilən şəxs tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır. 27 yanvar 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmış və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə təhvil verilmişdir. 27 yanvar 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün tutulmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs ittiham elan edilmişdir. Səbail rayon prokuroluğunun 29 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 29 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizası və məhkəmə iqtisadi ekspertizasının 22 fevral 2022-ci il tarixli 6/666-9/797 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «CƏDVƏL 1» - qəhvəyi rəngli “Emorio Armany” yazıları olan kişi gödəkçəsi- 100 manat, üzərində olan markalanma göstəricilərinə əsasən İsveçrə istehsalı “Philip Plein” 3xL ölçülü kişi gödəkcəsi-100 manat, “Yafeier” yazıları olan qara rəngli xəz qadın kürkü(şuba)-1000 manat, yaşıl rəngli yaylıq-5 manat, müxtəlif rəngli sintetik(sürüşkən) materialdan yaylıq-5 manat, üzərində FC yazıları olan vilvet tipli kişi pencəyi-50 manat, qara rəngli don-20 manat, güllü don 2 ədəd-15 manat, ağ rəngli qısaqol köynək(T shirt) 2 ədəd-10 manat, qara rəngli 23x10 sm ölçülü qadın əl çantası(zamuş)-15 manat, üzərində “Karl Lagerfeld” yazıları olan papaq-15 manat, göy rəngli kişi şalvarı-10 manat, üzərində “Charles Keith” yazıları olan qadın ayaqqabısı-15 manat, ağ rəngli ətək-15 manat, ağ rəngli şort-10 manat, ağ rəngli don-15 manat, ağ rəngli şal-10 manat, göy rəngli üzərində “Penyemood” yazıları olan uzunqol qadın köynəyi-10 manat, güllü qadın köynəyi-10 manat, krem rəngli qadın köynəyi-10 manat, güllü dona bənzər qadın paltarı-20 manat, üzərində K1X yazıları olan qara rəngli qısaqol kişi köynəyi-10 manat, yaşıl rəngli qadın xələti-10 manat, ağ-qara rəngli zolaqlı qadın şalvarı-10 manat, göy rəngli qadın gecə şalvan-5 manat, açıq yaşıl rəngli qadın geyimi(gecəlik)-5 manat, üzərində olan məlumatlara əsasən Türkiyə istehsalı süni dəri materialdan hazırlanmış böyük çanta-20 manat, ağ rəngli 41 ölçülü “Nike” markalı kişi idman ayaqqabısı(krassovka)-20 manat, açıq qəhvəyi rəngli “Nine West” qadın yazıları olan qış qadın ayaqqabısı-20 manat; «CƏDVƏL 2» - üzərində bənövşəyi rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütüüzüyün elementlərinin üzərində «925» damğası vardır, 1,64 qram-208 manat, üzərində yaşıl rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü-üzüyün elementlərinin üzərində «925» damğası vardır, 13,29 qram-66 manat, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağının kilidində «925» damğası vardır, 9,90 qram-49 manat, gümüşü və sarı rəngli halqa formalı elementlərdən ibarət 1 ədəd boyunbağının bəzi hissələrinin rəngi aşınmışdır, 115,64 qram-5 manat, sarı rəngli 1 ədəd boyunbağının bəzi hissələrinin rəngi aşınmışdır, 10,68 qram-4 manat, gümüşü rəngli 1 ədəd boyunbağı, kilid hissəsi yoxdur(qırıq vəziyyətdədir), 4,56 qram-3 manat, halqa formalı, sarı rəngli 1 ədəd qolbağın üzərində «A223 925» damğası vardır, 15,19 qram-75 manat, qara rəngli rezinə oxşar qolbağı olan, sarı rəngli 1 ədəd qol saatının siferblatının iç tərəfində «DG SWİSS» yazısı, siferblatının arxa hissəsində «DG DOLCE GABBANA TİME 3 ATM WATER RESİSTANT ALL STAİNLESS STEEL 163B» yazıları vardır-20 manat, ağ rəngli rezinəoxşar qolbağı olan qol saatının sferblatmm bəzi hissələrində gümüşü rəngli metal hissələri vardır. Qol saatının sferblatmm iç tərəfində «CASİO G-SNOCK» yazısı, siferblatının arxa hissəsində «CASİO ST STEEL BACKJAPANMOVTY CASEDİN THAİLAND WATER RESİST 20 BAR» yazıları vardır-45 manat. Tədqiqata təqdim edilmiş məmulatlardan «cədvəd 2» üzrə sıra nömrələri: -1, 2, 3 və 7 olanlar 925 əyarlı gümüşdən hazırlanmışdır; -4, 5, 6, 8 və 9 olanlar qiymətsiz metal ərintilərindən hazırlanmışdır. Məmulatlardan üzərlərində qaş olanların qaşları qiymətli qaşlara aid deyildir. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) «Cədvəl 2»-də göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2035,00 (475+1560) manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri «Cədvəl 1» və «Cədvəl 2»-də göstərilmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110,00 (yüz on) manatdır. 05 mart 2022-ci il tarixli qərarla qəhvəyi rəngli “Emorio Armany” yazıları olan kişi gödəkçəsi, İsveçrə istehsalı “Philip Plein” 3xL ölçülü kişi gödəkçəsi, “Yafeier” yazıları olan qara rəngli xəz qadın kürkü, yaşıl rəngli yaylıq, müxtəlif rəngli sintetik(sürüşkən) materialdan yaylıq, üzərində “FC” yazıları olan vilvet tipli kişi pencəyi, qara rəngli don, güllü don 2 ədəd, ağ rəngli qısaqol köynək 2 ədəd, qara rəngli 23x10 sm ölçülü qadın əl çantası, üzərində “Karl Lagerfeld” yazıları olan papaq, göy rəngli kişi şalvarı, üzərində “Charles Keith” yazıları olan qadın ayaqqabısı, ağ rəngli ətək, ağ rəngli şort, ağ rəngli don, ağ rəngli şal, göy rəngli üzərində “Penyemood” yazıları olan uzunqol qadın köynəyi, güllü qadın köynəyi, krem rəngli qadın köynəyi, güllü dona bənzər qadın paltarı, üzərində “K1X” yazıları olan qara rəngli qısaqol kişi köynəyi, yaşıl rəngli qadın xələti, ağ-qara rəngli zolaqlı qadın şalvarı, göy rəngli qadın gecə şalvarı, açıq yaşıl rəngli qadın geyimi, Türkiyə istehsalı süni dəri materialdan hazırlanmış böyük çanta, ağ rəngli 41 ölçülü “Nike” markalı kişi idman ayaqqabısı, açıq qəhvəyi rəngli “Nine West” qadın yazıları olan qış qadın ayaqqabısı, üzərində bənövşəyi rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, üzərində yaşıl rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağı, gümüşü və sarı rəngli halqa formalı elementlərdən ibarət 1 ədəd boyunbağı, sarı rəngli 1 ədəd boyunbağı, gümüşü rəngli 1 ədəd boyunbağı qırıq vəziyyətdə, halqa formalı, sarı rəngli 1 ədəd qolbağı, qara rəngli rezinə oxşar qolbağı olan, san rəngli 1 ədəd qol saatı, ağ rəngli rezinə oxşar qolbağı olan qol saatı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş qəbzə əsasən Zərərçəkmiş şəxs qəhvəyi rəngli “Emorio Armany” yazıları olan kişi gödəkçəsi, İsveçrə istehsalı “Philip Plein” 3xL ölçülü kişi gödəkçəsi, “Yafeier” yazıları olan qara rəngli xəz qadın kürkü, yaşıl rəngli yaylıq, müxtəlif rəngli sintetik(sürüşkən) materialdan yaylıq, üzərində “FC” yazıları olan vilvet tipli kişi pencəyi, qara rəngli don, güllü don 2 ədəd, ağ rəngli qısaqol köynək 2 ədəd, qara rəngli 23x10 sm ölçülü qadın əl çantası, üzərində “Karl Lagerfeld” yazıları olan papaq, göy rəngli kişi şalvarı, üzərində “Charles Keith” yazıları olan qadın ayaqqabısı, ağ rəngli ətək, ağ rəngli şort, ağ rəngli don, ağ rəngli şal, göy rəngli üzərində “Penyemood” yazıları olan uzunqol qadın köynəyi, güllü qadın köynəyi, krem rəngli qadın köynəyi, güllü dona bənzər qadın paltarı, üzərində “K1X” yazıları olan qara rəngli qısaqol kişi köynəyi, yaşıl rəngli qadın xələti, ağ-qara rəngli zolaqlı qadın şalvarı, göy rəngli qadın gecə şalvarı, açıq yaşıl rəngli qadın geyimi, Türkiyə istehsalı süni dəri materialdan hazırlanmış böyük çanta, ağ rəngli 41 ölçülü “Nike” markalı kişi idman ayaqqabısı, açıq qəhvəyi rəngli “Nine West” qadın yazıları olan qış qadın ayaqqabısı, üzərində bənövşəyi rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, üzərində yaşıl rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağı, gümüşü və sarı rəngli halqa formalı elementlərdən ibarət 1 ədəd boyunbağı, sarı rəngli 1 ədəd boyunbağı, gümüşü rəngli 1 ədəd boyunbağı qırıq vəziyyətdə, halqa formalı, sarı rəngli 1 ədəd qolbağı, qara rəngli rezinə oxşar qolbağı olan, san rəngli 1 ədəd qol saatı, ağ rəngli rezinə oxşar qolbağı olan qol saatını təhvil almışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs - Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 221.2.1, 221.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinmiş, CM-nin 66.5-ci maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 03 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)-18/2018 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2017-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-97/2022 saylı qərarı ilə xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmişə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etməsi ittihamı verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyi və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 9 ünvanında yerləşən mənzildən 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəstinin, 2720 manat məzənnəsində 1600 ABŞ dolları, hər hansı bir məbləğdə pul, qızıl ziynət əşyası götürməmişdir. İttiham aktında göstərilən digər əşyaları isə o götürmüşdür. Həmçinin məhkəmə iclasında Şahid1 və zərərçəkmiş şəxs X6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəyə uyğun ifadə verərək bildirmişlər ki, digər əşyalarla yanaşı 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları kirayə qaldıqları mənzildən oğurlanmışdır. Həmçinin zərərçəkmiş şəxs bildirmişdir ki, “ittiham aktında qeyd edilən 8700 manat pulu 2021-ci ilin avqustunda rəhmətə gedən xalasından qalmış evi satılmasından əldə etmişdir. Belə ki, xalası 2022-ci ilin martında vəfat etmişdir. O isə 2021-ci ilin avqustunda həmin iki otaqlı evi satmışdır. Həmin ev Bakı şəhəri, Bakıxanov, Sülh küçəsində olmuşdur. Evi 60000 manata satmışdır. Alqı-satqı müqaviləsini məhkəməyə təqdim edə bilər. Həmin pulun 30000 manatı ilə müəyyən borcları bağlamış, əldə qalan 30000 manat pulun 20000 manatını borc olaraq tanışına vermiş və 8 aya yaxındır ki, həmin şəxs pulu qaytarmır. 10000 manat pul isə evdə qalmışdır. Borca verilmiş 20000 manat məbləğin faizi Gəncədən gəlməsini gözləmiş və o, da həmin pulla evin kirayə pulunu verməyi planlaşdırmışdır. Evdə olan pulu xərcləməmək üçün əl vurmamışdır. O evi satmamışdan 1 il əvvəl həmin evi şəxsin adına keçirmiş və həmin şəxs də ona bankdan 10000 manat kredit götürərək vermişdir. Həmin şəxsin dediyinə görə pulun bir hissəsini “Bitkoinə” yatırmış, Gəncədə həmin şirkət bağladığından onun pulu da batmışdır. Oğurlanan əşyaların da 50 faizi geri qaytarılmışdır. Bir xeyli dəyəri olan əşyalar qaytarılmamışdır. Çünki orda tək pal-paltar olmamışdır. Müstəntiqlə danışanda itən əşyaların siyahısın hissə-hissə vermişdir. Əşyalar evdən götürüldükdə onlar evdə olmuşlar, sadəcə olaraq iki otaq bir hissədə, digər iki otaq digər hissədədir. Hesab edir ki, İlkin hərşeyi öz boynuna götürüb. İlkin səhər saat 9-da evdən gedib işləmiş və ev axtarmışdır. Elçin onun üçün çox maraqlıdır. Çünki evin içində olan Elçin olmuşdur. Əşyaların siyahısı var, hansı ki geri qaytarılmayıb. Həmçinin evdə olan pul - 1600 ABŞ dolları onun olmamışdır. O pul ona verilmişdir. O musiqi alətlərininvə avadanlıqlarının satışını da həyata keçirir və həmin pul da avadanlıq üçün ona verilmişdir. Həmin pulu geri qaytarmaq üçün də lombarda əşyalar qoyub əldə etdiyi pulla 1600 ABŞ dollarını geri qaytarmışdır. 1600 ABŞ dolları lombarddan alarkən lombarda “İphone” telefonunu, 2 ədəd qulaqçıqlarını, foto-aparat qoymuşdur. Lombarddan 1200-1300 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs və yanında olan şəxslər qonaq qismində evə gələrkən əllləridə əşyalar olmuşdur. Gətirdiklərindən daha çox əşya aparmalarından şübhələnməmişdir. Evdən içəri girəndə ilk otaqda böyük dolab olmuş və içərisində geyim çox olmuşdur. Onlar gedəndən sonra iki gödəkçənin olmamağıonun diqqətini cəlb etmişdir. Fikirləşmişdir ki, divanın üstünə atmış, gödəkçəni və onlar da yığışıb gedəndə içərisinə qarışıb. 1600 ABŞ dolları dolabın içərisində olmuş, 8700 manat isə qadın kürkünün cibində olmuşdur. Lakin ittiham tərəfindən 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları məbləğində vəsaitin Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasına dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdir. Həmçinin cinayət işi materiallarında olan təqsirləndirilən şəxs ifadələri, üzləşdirmə protokollarında qeyd edilən əşyaların oğurlanmış əşyalar içərisində olmadığı göstərilmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində iştirak edən ünvan 9 ünvanında yerləşən mənzilini Zərərçəkmiş şəxs kirayəyə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, “pula ehtiyacı olduğu üçün yaşadığı həmin mənzili, yəni Səbail rayonu Ə.Əliyev küçəsi ev-11, mənzil-40 ünvanını kirayə verirdi. Ona görə də Nilufət adlı maklerin vasitəsi ilə evini 06 aprel 2021-ci ildə Zərərçəkmiş şəxs aylıq 500 manat olmaqla qalmaq üçün kirayəyə vermişdir. Aralarında kirayə müqaviləsi də bağlanmışdır. Aralarında olan danışığa görə hər ayın 6-da 500 manat kirayə haqqını verməli idi. Bundan sonra o çətinliklə Nadirdən kirayə haqqını alırdı. Sonuncu dəfə Nadir 2021-ci ilin sentyabr ayının kirayə haqqını vermişdir, ondan sonra o kirayə pulunu istədikdə, ödəməmişdir və bunun da səbəbin pulunun olmamasını demişdir. Daha sonra qonşulardan eşidib bilmişdir ki, Nadirin evindən oğurluq hadisəsi baş vermişdir. Həmin oğurluq hadisəsini qonşulardan eşitdikdən sonra bilmişdir ki, Nadirin evinə gəlmiş üç nəfər tanıdığı şəxslər evdə iki gün qaldıqdan sonra evdən gedəndə oğurluq ediblər. Nadir də bunu bir neçə gün sonra bilmişdir. O Nadirə kirayə haqqını ödəmək üçün pulu bankdan və ya lombartdan götürüb təklif etdikdə, Nadir lombarda kompyuter qoyub pul götürdüyü üçün ora borcu olduğunu və banklarda kreditə pul götürdüyü üçün banka da borcu olduğunu demişdir. Həmçinin əlavə olaraq onu da bildirmiş ki, Nadirin anası Nəhayət Nadirin ondan əvvəl kirayə qaldığı evə olan borcunu ödəyəcəyini və ona da olan kirayə borcunu ödəyəcəyini demişdir, lakin Nadirin anası Nəhayət bundan 2-3 gün sonra vəfat etmişdir. Hətta onu da qeyd edir ki, Nadirin arvadı Nurjanat pasportu əvvəl kirayə qaldıqları evin pulunu vermədiklərinə görə həmin evin sahibində qalmışdır. Bu oğurluq hadisəsindən xəbəri olandan sonra Nadirlə kirayə qaldığı evin pulunu almaq barədə söhbət edən zaman o, evindən oğurluq olduğunu demişdir. Aralarında olan həmin söhbət zamanı Nadir evində arvadına məxsus 1 ədəd kürkü, paltarları oğurlandığını bildirmişdir. Bundan başqa Nadir ona heçnə deməmişdir.” Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun ünvan 10 ünvanınından 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları məbləğində vəsaiti oğurlaması göstərilsə də, cinayət işi materiallarıda təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd edilən - 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları vəsaitin oğurlanması mötəbər sübutların məcmusu ilə təsdiq olunmamışdır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) CPM-nin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə Şahid1 ifadəsinə münasibətdə qeyd edir ki, hadisənin baş vermə mexanizmi və şəraiti ilə bağlı mövcud sübutların məcmusu, yəni digər şahidlərin ifadələri, habelə təqsirləndirilən şəxsin ifadələri bir-birini tamamlasa da, ifadələr arasında –ünvan 11 ünvanınından 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları məbləğində vəsaiti oğurlaması hissələri aralarında ziddiyyət müəyyən olunur. Belə ki, iş üzrə Şahid1 ifadəsində 7000 manat dəyərində qızıl zinət əşyaların, avqust ayında Bakıxanov qəsəbəsində olan satdıqları evdən qalan 8700 manat pulun, içərisində Nadirə məxsus şəxsiyyət vəsiqəsi və 1600 ABŞ dollar olan pul kisəsinin oğurlandığını göstərsə də, digər şahidlər Şahid4, Şahid5 ifadələrində oğurlanmış əşyaların arasına baxdıqda orada pul, dollar və ya qızıl-zinət əşyaları olmasını görmədiklərini bildirmiş, Şahid3 isə ifadəsində Nadirin sonuncu dəfə 2021-ci ilin sentyabr ayının kirayə pulunu verdiyini, ondan sonra o kirayə puluni istədikdə ödəmədiyini və bunun da səbəbin pulunun olmamasını deməsini, həmçinin oğurluq hadisəsindən xəbəri olandan sonra Nadirlə kirayə qaldığı evin pulunu almaq barədə söhbət edən zaman o, evindən oğurluq olduğunu demişdir. Aralarında olan həmin söhbət zamanı Nadir evində arvadına məxsus 1 ədəd kürkü, paltarları oğurlandığını bildirdiyi göstərmişdir. Bu səbəbdən də məhkəmə, Şahid1 ifadəsini qeyd edilən hissədə Təqsirləndirilən şəxs tərəfindən adları çəkilən əşyaların –ünvan 11 ünvanından 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları məbləğində vəsaitin gizli olaraq talamasını təsdiq edən mötəbər sübut kimi qəbul edilməsini əsaslı hesab etmir. Həmçinin qeyd edilməlidir ki, Şahid1 ifadəsində Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin oğurlandığı qeyd etsə də, Zərərçəkmiş şəxs müraciətində və ifadəsində bu halı göstərməmişdir. Bununla bağlı da şikayəti olmamışdır. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmişə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq əməli törədilməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Cinayət işinin materiallarından və məhkəmə istintaqında tədqiq edilənlərdən görünür ki, iş materiallarında ünvan 11 ünvanınından 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları məbləğində vəsaitin Təqsirləndirilən şəxs tərəfindən oğurlaması faktı mötəbər subutların məcmusu ilə təsdiq olunmur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda (təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda) və ittiham aktında onun - Təqsirləndirilən şəxs 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəstini, 2720 manat məzənnəsində 1600 ABŞ dolları oğurlaması gizli olaraq talaması sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmunundan qeyd edilən hissələr xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.4-cü maddəsi isə eyni əməllərin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 2-ci bəndlərinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəstini, 2720 manat məzənnəsində 1600 ABŞ dollarının oğurlaması -gizli olaraq talaması sübuta yetirilmədiyindən zərərçəkmiş şəxsə vurulmuş zərərin həcmi qeyd edilənlərin dəyəri ittiham aktında qeyd edilmiş dəymiş zərərdən çıxılmaqla müəyyən edilməli və onun əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1- ci maddəsinə tövsif edilməli və o, törətdiyi bu əmələ görə cəzalandırılmalıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsif olunmalı və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, dəymiş ziyanı aradan qaldırdığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Rəsulov X7 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)- 18/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın çəkilməmiş 3 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş (29 mart 2020ci il tarixdə cəzasının sonu ilə azad olunmuş) və iki il keçmədən 2021-ci ilin noyabr 12-dən 15dək yenidən qəsdən böyük təhlükə törətməyən cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğunu, bundan əvvəl oğurluq cinayətini törətdiyini, cəzanı çəkib qurtadıqdan sonra islah olunmadığını və yenidən talama cinayətini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 27 avqust 2022-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış qəhvəyi rəngli “Emorio Armany” yazıları olan kişi gödəkçəsi, İsveçrə istehsalı “Philip Plein” 3xL ölçülü kişi gödəkçəsi, “Yafeier” yazıları olan qara rəngli xəz qadın kürkü, yaşıl rəngli yaylıq, müxtəlif rəngli sintetik(sürüşkən) materialdan yaylıq, üzərində “FC” yazıları olan vilvet tipli kişi pencəyi, qara rəngli don, güllü don 2 ədəd, ağ rəngli qısaqol köynək 2 ədəd, qara rəngli 23x10 sm ölçülü qadın əl çantası, üzərində “Karl Lagerfeld” yazıları olan papaq, göy rəngli kişi şalvarı, üzərində “Charles Keith” yazıları olan qadın ayaqqabısı, ağ rəngli ətək, ağ rəngli şort, ağ rəngli don, ağ rəngli şal, göy rəngli üzərində “Penyemood” yazıları olan uzunqol qadın köynəyi, güllü qadın köynəyi, krem rəngli qadın köynəyi, güllü dona bənzər qadın paltarı, üzərində “K1X” yazıları olan qara rəngli qısaqol kişi köynəyi, yaşıl rəngli qadın xələti, ağ-qara rəngli zolaqlı qadın şalvarı, göy rəngli qadın gecə şalvarı, açıq yaşıl rəngli qadın geyimi, Türkiyə istehsalı süni dəri materialdan hazırlanmış böyük çanta, ağ rəngli 41 ölçülü “Nike” markalı kişi idman ayaqqabısı, açıq qəhvəyi rəngli “Nine West” qadın yazıları olan qış qadın ayaqqabısı, üzərində bənövşəyi rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, üzərində yaşıl rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağı, gümüşü və sarı rəngli halqa formalı elementlərdən ibarət 1 ədəd boyunbağı, sarı rəngli 1 ədəd boyunbağı, gümüşü rəngli 1 ədəd boyunbağı qırıq vəziyyətdə, halqa formalı, sarı rəngli 1 ədəd qolbağı, qara rəngli rezinə oxşar qolbağı olan, san rəngli 1 ədəd qol saatı, ağ rəngli rezinə oxşar qolbağı olan qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 110 (bir yüz on) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. AR CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfləri mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğdən ibarətdir. AR CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış qəhvəyi rəngli “Emorio Armany” yazıları olan kişi gödəkçəsi, İsveçrə istehsalı “Philip Plein” 3xL ölçülü kişi gödəkçəsi, “Yafeier” yazıları olan qara rəngli xəz qadın kürkü, yaşıl rəngli yaylıq, müxtəlif rəngli sintetik(sürüşkən) materialdan yaylıq, üzərində “FC” yazıları olan vilvet tipli kişi pencəyi, qara rəngli don, güllü don 2 ədəd, ağ rəngli qısaqol köynək 2 ədəd, qara rəngli 23x10 sm ölçülü qadın əl çantası, üzərində “Karl Lagerfeld” yazıları olan papaq, göy rəngli kişi şalvarı, üzərində “Charles Keith” yazıları olan qadın ayaqqabısı, ağ rəngli ətək, ağ rəngli şort, ağ rəngli don, ağ rəngli şal, göy rəngli üzərində “Penyemood” yazıları olan uzunqol qadın köynəyi, güllü qadın köynəyi, krem rəngli qadın köynəyi, güllü dona bənzər qadın paltarı, üzərində “K1X” yazıları olan qara rəngli qısaqol kişi köynəyi, yaşıl rəngli qadın xələti, ağ-qara rəngli zolaqlı qadın şalvarı, göy rəngli qadın gecə şalvarı, açıq yaşıl rəngli qadın geyimi, Türkiyə istehsalı süni dəri materialdan hazırlanmış böyük çanta, ağ rəngli 41 ölçülü “Nike” markalı kişi idman ayaqqabısı, açıq qəhvəyi rəngli “Nine West” qadın yazıları olan qış qadın ayaqqabısı, üzərində bənövşəyi rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, üzərində yaşıl rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağı, gümüşü və sarı rəngli halqa formalı elementlərdən ibarət 1 ədəd boyunbağı, sarı rəngli 1 ədəd boyunbağı, gümüşü rəngli 1 ədəd boyunbağı qırıq vəziyyətdə, halqa formalı, sarı rəngli 1 ədəd qolbağı, qara rəngli rezinə oxşar qolbağı olan, san rəngli 1 ədəd qol saatı, ağ rəngli rezinə oxşar qolbağı olan qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110,00 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-97/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-97/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver