Məhkəmə qərarları › İş №1(009)-97/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-97/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-97/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1990-cı ildə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)- 57/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəsssəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 fevral 2025-ci il tarixdə saat 12.45-də məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talama məqsədilə sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs2 «Tap-az» elan saytına satmaq üçün yerləşdirdiyi mobil telefonu alacağını bildirib sonuncuya məxsus "xxxx" ASC-nə aid **********398310 saylı pensiya kartının hesab nömrəsini əldə etməklə, 14 iyun 2021-ci il tarixdə saat 19:49 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən ünvanı istintaqa məlum olmayan mənzildə olarkən, sonuncuya məxsus həmin kartda olan 295 manat 71 qəpik məbləğində pulu elektron məlumat daşıyıcılarından istifadə etməklə «Cash by code» proqramına daxil olub mobil telefonu vasitəsilə özünə məxsus "xxxx" ASC-nə aid karta köçürməklə həmin pulu "xxxx" ASC-nə aid bankomatdan nağdlaşdıraraq özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talama məqsədilə 31 may 2022-ci il tarixdə saat 12:05 radələrində sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs1 «Tap-az» elan saytına satmaq üçün yerləşdirdiyi mobil telefonu alacağını bildirib sonuncuya məxsus "xxxx" ASC-nə aid 5167 5133 4982 0266 saylı kartının hesab nömrəsini əldə etməklə, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən ünvanı istintaqa məlum olmayan mənzildə olarkən, sonuncuya məxsus həmin kartda olan 813 manat və 55 manat məbləğində pulları elektron məlumat daşıyıcılarından istifadə etməklə «Cash by code» proqramına daxil olub mobil telefonu vasitəsilə özünə məxsus "xxxx" ASC-nə aid karta köçürməklə həmin pulu "xxxx" ASC-nə aid bankomatdan nağdlaşdıraraq vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 868 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul aylarında “Tap.az” elan saytında telefon satışı ilə bağlı elan görmüş və əvvəllər tanımadığı həmin nömrənin sahibinə zəng edərək elan saytında olan telefonu almaq istədiyini bildirmiş və beh atmaq məqsədi ilə kart hesabının ön hissəsinin şəklini telefonuna göndərməsini demişdir. Həmin şəxs də "xxxx" ASC-yə aid “**********398310” nömrəli kartının ön hissəsinin şəklini göndərmişdir. Həmin şəxsə birazdan beh atacağını demiş və dərhal “cash by code” vasitəsi ilə həmən kartda olan 295 manat pulu 14 iyun 2021 -ci il tarixdə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən lakin, dəqiq yerini xatırlamadığı ABB-məxsus bankomatdan çıxarıb nağdlaşdırmışdır. Həmin nömrənin sahibinin ard-arda zəng vurduğunu görən zaman sonuncunun nömrəsini qara siyahıya atmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixdə “Tap.az” elan saytında telefon satışı ilə bağlı elan görmüş və əvvəllər tanımadığı həmin nömrənin sahibinə zəng edib demişdir ki, həmin telefonu almaq istəyir və ona beh atmaq məqsədi ilə kart hesabının ön hissəsinin şəklini onun mobil telefonuna göndərməyini bildirmişdir. Həmin şəxs "xxxx" ASC-yə aid “**********820266” nömrəli kartının qabaq hissəsinin şəklini göndərmişdir. Həmin vaxt dərhal “cash by code” vasitəsi ilə həmin kartda olan 813 manat pulu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən yerini dəqiq xatırlamadığı "xxxx" ASC-yə məxsus bankomatdan çıxarıb nağdlaşdırmışdır. Dərhal sonra isə həmin kartından yenə də 55 manat pulu “cash by code” vasitəsi ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən eyni "xxxx" ASCyə məxsus bankomatdan çıxarıb nağdlaşdırmışdır. Beləliklə, həmin kartdan ümumilikdə 868 manat pul oğurlamışdır. Həmin nömrənin sahibinin ard-arda zəng vurduğunu görən zaman sonuncunun nömrəsini qara siyahıya atmışdır. Həmin iki kartdan oğurladığı pulları isə öz şəxsi ehtiyaclarıma sərf etmişdir. Həmin oğurluq hadisələrini Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində kirayədə qaldığı, ünvanını dəqiq xatırlamadığı evdə əldə etmiş və bu işlərdə heç kim kömək etməmişdir, heç kimin xəbəri olmamışdır. Həmin kart sahiblərini tanımır. Hər iki oğurluq zamanı istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini küçədə yerdən tapmış, həmin nömrələrin sahiblərini tanımır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Təqsirləndirilən şəxs ifadəsini dəyişərək ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 aid epizodda özünü təqsirli bilmir. Yalnız "xxxx" ASC-yə məxsus bank kartlarından pulu “cash by code” vasitəsi ilə bankomatdan çıxarıb nağdlaşdıra bilir. Əməlindən səmimi peşman olmasını, ağır xəstəlikdən əziyyət çəkdiyini və atasının müharibə veteranı olduğunu nəzərə alaraq barəsində yüngül cəzanın verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 hüquqi varisi X2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 hüquqi varisi X2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təqaüdlər köçürüldüyü üçün atası Zərərçəkmiş şəxs2 məxsus pensiya kartını Gəncə şəhəri, X7 marketin qarşısında yerləşən "xxxx" ASC-nə məxsus bankomata salıb pulu çıxarmaq istəmişlər. Yalnız kartda pul olmamışdır. Bundan sonra Sosial Müdafiə Fonduna getmiş, orada demişlər ki, pul karta oturubdur. Bununla əlaqədar olaraq bank ilə əlaqə saxlamış və oradan demişlər ki, pul kartdan çıxarılıbdır. Daha sonra DİN-nin “102” xidmətinə zəng etərək şikayətlərini bildirmişlər. xx.xx.2021-ci il tarixdə atası Zərərçəkmiş şəxs2 infarkt keçirərək vəfat etmişdir. Atası Zərərçəkmiş şəxs2 hər ay 320 manat məbləğində təqaüd alırdı. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs2 hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dəymiş maddi zərəri ödəməmişdir, məhkəmədən dəymiş maddi zərərin ödənilməsini xahiş etdi. Şahid məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında ifadəsi elan olunmuş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə atası Rüstəmlə, qardaşı Səxavətə məxsus Yeni Gəncə ərazisində yerləşən evdə olmuş, bu vaxt atası Rüstəm kartını ona verərək, gedib pensiyasını almasını və gətirib özünə verməsini istəmişdir. Saat təxminən 9- 10 radələrində həmin yerdə olan "Əminə" marketə getmiş və oradakı "xxxx" ASC-nin bankomatına atasının pensiya kartını daxil etmiş, lakin balansda sıfır göstərilmişdir. Evə qayıtdıqda atasına "ata yəqin pensiyan keçməyibdir, kartı bankomata daxil etdim lakin kartda pul yox idi" demiş və bu hadisədən sonra, həmin sözügedən pensiya kartını həmin gün eyni bankomata saat 14, 16, 17, 19, 21 radələrində dəfələrlə salıb yoxlamışdır, lakin kartda pulun olmadığını, həmin pulun kiminsə və ya kimlərinsə tərəfindən mənimsənilməsini, yaxud talanmasmı müəyyən etmişdir. Həmin vaxtdan bu günədək atası Zərərçəkmiş şəxs2 almalı olduğu 295 manat məbləğində pulu ala bilməmiş və həmin pulun kiminsə, yaxud kimlərinsə tərəfindən mənimsənilməsi, talanması məlum olmamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “lalafo.az” saytına özünə məxsus mobil telefonunu satmaq üçün elan qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, “Alov” ticarət mərkəzində olan zaman ***-***-**-** mobil nömərəsindən mesaj gəlmişdir. Özünü təqdim etmayən şəxs “lalafo.az” saytına yerləşdirdiyi elan ilə maraqlandığını və mobil telefonu almaq istədiyini söyləmişdir. Həmin şəxslə 520 manata razılaşmış, daha sonra həmin şəxs ona bank kartının şəklini atmağını söyləmişdir. Həmin şəxsin “whatsapp”-ına "xxxx" ASC-yə aid olan 5167 5133 4982 02 66 nömrəli əmək haqqı kartının şəklini göndərmişdir. Bir neçə dəqiqə sonra həmin şəxs mobil nömrəsini ona göndərməyini söyləmişdir. Sonuncuya ***-***-**-** nömrəsini göndərmişdir. Daha sonra həmin şəxs telefonuna kod gələcəyini və həmin kodu deməyini söyləmişdir. Bir neçə dəqiqə sonra telefonuna kod gəlmiş və həmin kodu şəxsə göndərmişdir. Bunda bir neçə dəqiqə sonra mobil telefonuna sms gəlmiş və ona məxsus olan "xxxx" ASC-yə aid 5490 2641 05 *** **** nömrali “Tam kart”ından 813 manat pulun çıxarıldığını görmüşdür. Dərhal sonra isə həmin kartından 55 manat pul ***-***-**-** nömrəsinə göndərilərək ümumilikdə “Tam kart”ından 868 manat pul çıxarılmışdır. Həmin ***-***-**-** mobil nömrəsinə nə qədər zəng etsə də telefon söndürülmüş halda olmuşdur. ***-***-**-** nömrəsinə isə nə qədər zəng etsə də telefona cavab verən olmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, № 736 məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 adına olan kart hesabından 800 manat məbləğində pul elektron məlumat daşıyıcılarından istifadə etməklə «Cash by code» proqramı vasitəsilə "xxxx" ASC-nə aid karta köçürülmüşdür. Həmin pul Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksində yerləşən "xxxx" ASC-nə aid № 429 bankomatdan nağdlaşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş kartı üzrə çıxarışından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bank kartında xx.xx.2021-ci il tarixdə 295 manat 71 qəpik məbləğində nağdsız mədaxil edilmiş və həmin tarixdə həmin məbləğ bankomatdan nağdaşdırılaraq çıxarılmışdır. 21 fevral 2022-ci il tarixli qərarla Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işinin istintaqı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir. 25 fevral 2022-ci il tarixli qərarla Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaqının davam etdirilməsi üçün icraata qəbul edilmişdir. 05 may 2022-ci il tarixli qərarla Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. 28 dekabr 2022-ci il tarixli qərarla Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 28 dekabr 2022-ci il tarixli qərarla Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. 28 dekabr 2022-ci il tarixli qərarla icraatda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi, icraatda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir. 17 avqust 2023-cü il tarixli qərarla Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 17 avqust 2023-cü il tarixli qərarla Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Səbail Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixdə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. 01 sentyabr 2024-cü il tarixli qərarla Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci ildə dəqiqləşdirilməmiş ürək dayanmasından ölmüşdür. 01 sentyabr 2024-cü il tarixli qərarla Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində X2 mərhum Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmışdır. 12 oktyabr 2024-cü il tarixli qərarla Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində icraatda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. 30 oktyabr 2024-cü il tarixli qərarla Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. 06 dekabr 2024-cü il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona həmin maddələrlə yeni məzmunda yeni ittiham elan olunmuşdur. 28 dekabr 2024-cü il tarixli qərarla Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində qərarın təsviri hissəsinə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş sağlamlıq vəziyyətinin müayinə edilməsi № 1886 aktından görünür ki, Təqsirləndirilən şəxs “ensefalopatiya” xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 060475 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası X3 müharibə veteranı olmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 avqust 2024-cü il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 160 saat ictimai işlər cəzasına məhkum edilmişdir. xx.xx.2008-ci ildə cəzasını çəkib qurtarmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 03 il 02 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 01 avqust 2023-cü il tarixli, 1(009)-114/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 02 (iki) ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 27 iyul 2023-cü il tarixdən 29 iyul 2023- cü il tarixdək, 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 03 (üç) il, 02 (iki) ay, 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2006/24 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsi, yəni, Zərərçəkmiş şəxs1 aid epizodda cinayət əməlini törətməsi, lakin Zərərçəkmiş şəxs2 aid epizodda cinayət əməli törətməməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ağır xəstəlikdən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs talama cinayətlərinə görə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 01 avqust 2023-cü il tarixli, 1(009)-114/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 02 (iki) ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 27 iyul 2023-cü il tarixdən 29 iyul 2023- cü il tarixdək, 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməlləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə törədilmişdir. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-57/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 27 iyul 2023-cü il tarixdən 29 iyul 2023-cü il tarixədək, 14 noyabr 2023-cü il tarixədək 16 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 04 (dörd) günü 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən 04 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 27 iyul 2023-cü il tarixdən 29 iyul 2023-cü il tarixədək, 14 noyabr 2023-cü il tarixədək 16 noyabr 2023-cü il tarixədək, yəni 04 (dörd) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən 04 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 270 ( iki yüz yetmiş ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar