Məhkəmə qərarları › İş №1(009)-98/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-98/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-98/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 29 aprel 2021-ci il tarixdə saat 12:00da xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, usta işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2020-ci ilin aprel-may ayları ərzində ünvan 2 ünvanında “Socaf’ın “Azneft” İstehsalat Birliyi “Bibiheybəl" Neft və Qazçıxarma İdarəsinin ərazisində dövlət mülkiyyətində olan 110 kvadratmetrlik torpaq sahəsində 11.25x4.80 metr ölçüdə, sahəsi 54 kvadratmetr olan bir zal və bir otaqdan ibarət fərdi yaşayış evini özbaşına tikmişdir. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, təxminən 17-18 ildir ki. valideynləri ilə Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yaşayır, son 5-6 ildir ki. Səbail rayonu. Gülbala Əliyev küçəsində boş torpaq sahəsini hasarlayaraq orada toyuq saxlamışdır. Qeyd etmişdir ki, 2020-ci ilin aprel-may aylarında o, Səbail rayonu. Gülbala Əliyev küçəsində həmin hasarladığı torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikməyə başlamış və 15-20 gün ərzində tikintini başa çatdırmış, həmin evin tikintisi ilə İlham və Əsgər adlı ustalar məşğul olmuş, o, əvvəlcə həmin ünvanda birmərtəbəli. İ zal, 2 yataq otağı, dəhliz və sanitar qovşaqdan ibarət ev tikməyi planlaşdırmış, bunun üçün o. evin fundamentini qazdırmış, qazıntı işləri apararkən “Socar”a məxsus “Niva" markalı avtomobillə bilmədiyi əməkdaşları gələrək ondan tikintini dayandırmağını istəmiş və həmin ərazinin özlərinin mülkiyyətində olduğunu bildirmiş, bundan sonra həmin şəxslər həmin ərazidə müəyyən ölçmə işləri aparmış və ona öz ərazilərinin sərhədlərini göstərmiş və həmin sərhədi keçməməsini bildirmiş, o da həmin əraziyə keçməmiş, buna görə də planlaşdırdığı kimi ev tikə bilməmişdir. Həmin ünvanda tikdiyi birmərtəbəli həyət evi 1 zaldan və 1 ədəd yataq otağından ibarət olmuş, onun, tikdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində olması barədə məlumatı yoxdur, tikdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin heç bir sənədi yoxdur, Səbail rayonu. Gülbala Oliyev küçəsində yerləşən torpaq sahəsində tikintinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanından razılıq almamış, evi tikdirib qurtardıqdan sonra sənədlərini düzəltməyi düşünmüş, o, evi tikən ustaların anket məlumatlarını və mobil nömrələrini bilmir, həmin hasarı təxminən 5-6 il bundan əvvəl çəkmiş və hasar dəmir hasar olmuş, sonradan həmin hasarı külək aşırtmış və o, hasarı sökmüş, buna görə də baxış keçirərkən orada heç bir hasar olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, “Socar" X4 Bibiheybəl NQÇ-də böyük hüquq məsləhətçisi vəzifəsində işləyir. Azərbaycan Respublikası “Socar" X3 Bibiheybət Neft və Qazçıxarma İdarəsinə neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılmış torpaq sahələri ayrı-ayrı vətəndaşlar tərəfindən müxtəlif vaxtlarda zəbt edilərək orada qanunsuz tikinti işləri aparılmış, belə tikililərdən biri də Gülbala Əliyev küçəsində (Akapen kimi adlanan ərazidə) yerləşir və Təqsirləndirilən şəxs tərəfindən tikilmiş, həmin tikili təxminən 2020-ci ilin yay aylarında tikilmişdir. O, polisə ünvanladığı sorğularda həmin ərazinin “Socar”» X3 Bibiheybət Neft və Qazçıxarma İdarəsinə məxsusluğu barədə arxiv çıxarışı təqdim etmiş, həmin arxiv çıxarışına əsasən xəritə tərtib olunmuş və həmin xəritəni də istintaqa təqdim etmiş, xəritəyə əsasən həmin ərazi “Socar" X4 Bibiheybət NQÇ-nin mülkiyyətindədir, ona görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr xidmətindən daxil olmuş məktubda göstərilənləri təsdiq etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid oğlu ifadəsində göstərmişdir ki, o, “Socar” Azneft İB-nin “Bibiheybət" NQÇ-nin baş markşeyderi vəzifəsində işləyir, əsas vəzifəsi ilə yanaşı o. “Socar" Azneft İB “Bibiheybət" NQÇ-yə məxsus torpaq sahələrində tikilən qanunsuz tikililərə qarşı mübarizə komissiyasının sədr müavini kimi də fəaliyyət göstərir, həmin komissiyanın əsas işi mütəmadi olaraq “Socar" Azneft İB "Bibiheybət" NQÇ-yə məxsus torpaq sahələrinə baxış keçirmək və qanunsuz tikililərin qarşısını almaqdır. Təxminən 2020-ci ilin yay aylarında əraziyə baxış keçirərkən aşkar edilmiş tikintilərdən biri də Təqsirləndirilən şəxs məxsus qanunsuz tikinti olmuş və bu barədə o, aidiyyəti üzrə “Socar" Azneft İB “Bibiheybət" NQÇ-nin rəhbərliyinə məlumat vermiş, əraziyə onunla birlikdə “Socar"ın “Etalon" təhlükəsizlik xidmətinin əməkdaşları baxış keçirtmiş, həmin vaxt ölçmə işləri aparılaraq ərazinin koordinatları götürülərək Azneft İB-yə təqdim edilmiş və tikinti işləri aparılan torpaq sahəsinin “Socar"ın balansında olması müəyyən edilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 10 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 3 ünvanında ümumi 110 kvadratmetrlik torpaq sahəsində 11,25x4.80 metr ölçüdə yəni sahəsi 54 kvadratmetr olan bir zal və bir otaqdan ibarət fərdi yaşayış evinin olması aşkar edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi “Azneft" İstehsalat Birliyi (İB), “Bibiheybət" Neft və Qazçıxarma İdarəsi (NQÇİ)-nin ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsidir Təqsirləndirilən şəxs qismində cəlb etmə və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 23 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirili bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitəsinin idarə etmə hüququndan məhrum edilməklə 6000 manat cərimə cəzasına məhkum edilmişdir. 25 sentyabr 2014-cü il tarixində cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Eyni zamanada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunmur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və iş üzrə digər sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 1 ünvanında yaşayış yerini hər gün saat 2300dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar