Məhkəmə qərarları › İş №1(009)-98/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-98/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-98/2023 23.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Rusiya Federasiyası Kazan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 avqust 2023-cü il tarixdə saat 12:15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükə yaratmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 04 radələrində tanışları Şahid1, Şahid2, X11 və Şahid3 ilə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən Malakan bağı adlanan parkda olarkən, pul əldə etmək üçün həmin vaxt yanlarından sərxoş vəziyyətdə piyada keçən Zərərçəkmiş şəxs görüb, sonuncunun əynində olan şalvarın arxa cibindən görsənən pul qabını ələ keçirtmək barədə etdiyi təkliflə adları qeyd edilən tanışları ilə razılaşdıqdan sonra tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə Zərərçəkmiş şəxs arxası ilə Səbail rayonu Ü.Hacıbəyli küçəsində yerləşən “Sahil bağı” adlanan parka gəldikdən sonra orada aralarında əvvəlcədən əldə edilmiş razılığa əsasən o, Şahid1 və Ayaz Tağızadə ətrafı müşahidə etmək üçün kənarda dayanmış, Şahid2 həmin vaxt Zərərçəkmiş şəxs yaxınlaşıb badalaq vuraraq yerə yıxdıqdan sonra yumruqla sifət nahiyəsinə bir zərbə vuraraq ona sağ göz və alın nahiyyələrinin qançırları, sağ gicgah nahiyəsinin əzilmiş yarası, eləcə də sağ əlin arxa səthinin və alın nahiyəsinin sol yarısının sıyrıqları ilə müşaiyət olunan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükə yaratmayan zor tədbiq etməklə bədən xəsarətləri yetirmiş, Şahid3 isə bundan sonra Zərərçəkmiş şəxs şalvarının arxa cibindən içərisində 70 manat pul olan 15 manat dəyərindəki pul qabını götürüb açıq talamaqla, birlikdə hadisə yerindən uzaqlaşaraq, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs ümumilikdə 85 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X10 uşaqlıqdan tanıyır. Qonşu olmuşlar. Şahid2 Məhərəm oğlu, Şahid3 və Şahid1 isə tanımır. 30 aprel 2022-ci il tarixdə saat 21 radələrində Ayazla onun yaşadığı evin yaxınlığında görüşmüşdür. Ayaz 20 manat pulunun olduğunu və Malakan bağına gedib skuter sürməyi təklif etmişdir. O da onunla razılaşmış və onlar birlikdə Sahil metrostansiyasına gəlmişlər. Orada yerləşən skuter kirayə verilən yerdə bir ədəd elektriklə işləyən skuter kirayə götürüb sürmüşlər. Skuter sürdükdən sonra Malakan bağına gəlib orada yerləşən skamyaların birində oturmuşlar. Onlar skamyada oturan zaman 01 may 2022-ci il tarixdə saat təxminən 01-02 radələrində Vüqar adlı şəxs onlara yaxınlaşıb onlarla salamlaşıb tanış olmuşdur. Vüqarı əvvəlcədən tanımamışdır. Orada tanış olmuşdur. X14 Elmin, Əli və Heydərlə tanış etmişdir. Onların yanlarından bir nəfər tanımadığı sonradan adının Kamal olduğunu bildiyi şəxs keçmişdir. Onlar birlikdə Malakan bağından çıxaraq Sahil bağına getmişlər. Orada Əli adlı şəxs Kamalı vurmuşdur. Bu zaman o, dostu Ayazla oradan qaçaraq Malakan bağına getmişlər. Bundan sonra nə baş verdiyindən xəbərləri olmamışdır. Həmin üç nəfər 85 manatı öz aralarında bölüşdürmüşlər, nə onun, nə də ki dostu Ayazın bundan xəbəri olmamışdır. O, Kamalı vurmamışdır, Əlinin onu vurduğunu gördükdə dərhal Ayazla birlikdə oradan qaçmışlar. Ayazdan başqa heç birini əvvəldən tanımamışdır, onlarla münasibəti olmamışdır. Əli, Heydər və Elminlə həmin günü tanış olmuşdur. O nə ətrafı müşahidə etmiş, nə də ki Kamili vurmuşdur. Elmin, Əli və Heydərlə səhv edərək birlikdə yol getmişdir. Ayazla metronun açılmağını gözləyib, evə getmişlər. Pulu olsaydı metro ilə evə getməzdi. İstintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməsini onunla izah edir ki, müstəntiq ona sənədləri oxumadan imzalatmışdır. X9 pul qabını talamaq niyyəti olduğunu bilməmişdir. Bildirmişdir ki, əgər Əlinin belə niyyəti olduğunu bilsəydi, onlara qoşulub Sahil bağına tərəf getməzdi. Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı hadisə ilə əlaqədar tanıyır. 01 may 2022-ci il tarixdə təxminən saat dörd radələrində Malakan bağından keçirdi. Həmin vaxtı o, içkili idi. Sahil bağına gedərkən hiss etmişdir ki, onun arxasınca 5-6 nəfər gəlir. Sahil metrosuna çatana yaxın Əli ona yaxınlaşmış, qəribə hərəkətlər etmişdir. Sonra Sahil bağına çatanda Əli ona guya onun qıza söz atdığını deyərək söyüş söymüş və qəflətən onun üzərinə hücum etmişdir. Halbuki saat səhər dörd idi, heç bir qız ətrafda yox idi. O da içkili olduğundan Əliyə cavab olaraq onu söymüşdür. Əli onu vurduğundan o, yerə yıxılmışdır. Sonra ətrafdakılar səs-küyə gəlmiş, onları ayırmağa çalışmışdır. Bu zaman Əli ətrafdakılara guya onun qıza söz atdığını deyərək bu səbəbdən dava etdiklərini bildirmişdir. Ətrafdakılar da ona inanmışlar. O, yerə yıxılarkən pul qabısı cibindən yerə düşmüşdür. Pul qabını götürən Elmin olmuş, ona hücum edən Əli olmuşdur, Heydər isə qıraqdan onları müşahidə etmişdir. Aslan və Ayaz ona hücum edən vaxtı hadisə yerində olmamışlar, onlar Sahil metrosuna qədər onun arxasınca gəlmişlər, sonra qaçıb getmişlər. Ona hücum edən üç nəfər olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi-böyük məsləhətçi X4 iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 may 2022-ci il tarixdə saat təxminən 01-02 radələrində Vüqar adlı şəxs Elmin, Heydər və onu Malakan bağında skamyada oturmuş Aslan və Ayazla tanış etmişdir. Həmin vaxtı onlar içkili olmuşlar. Malakan bağında olarkən Ayaz 800 manat pula ehtiyacı olduğunu demiş, bundan sonra o, “problem yoxdur” demişdir. Daha sonra onların yanlarından bir nəfər tanımadığı sonradan adının Kamal olduğunu bildiyi şəxs keçmişdir. Bu zaman o, Kamalın şalvarının arxa cibində pul qabının olduğunu görüb, “deyəsən bunu pul qabında pul çoxdur” sözlərini demişdir. Həmin vaxt o, Heydər və Elmin öz aralarında danışmışlar. Onlar Aslan və Ayazla birlikdə Malakan bağından çıxaraq Sahil bağı adlanan parka getmişlər. Orada o, Kamalı vurmuş və pul qabını götürmüşdür. Aslan və Ayaz onların arxasınca gəlirdilər. Onun Kamalı vurduğunu görəndə isə oradan qaçmışlar. Daha sonra o, pul qabındakı 54 manat pulu özü və dostları Heydər və Elmin arasında bölüşdürmüşdür. Aslan hadisə baş verərkən orada olmamışdır. O, Kamalın pul qabını talamaq niyyətini deyərkən Aslan da onların yanında olmuşdur, eşitmişdir. Lakin pul qabından taladığı 54 manatı Elmin, Heydər və özü aralarında bölüşdürmüşlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Şahid1 ifadəsində göstərmişdir ki, 01 may 2022-ci il tarixdə saat təxminən 01-02 radələrində Elmin, Əli ilə birlikdə Malakan bağında idilər. O, Aslanı əvvəlcədən tanımamışdır, hadisə ilə əlaqədar tanımışdır. Əli Ayazı tanıyırdı, dostu olduğunu demişdir. Həmin vaxtı onlar içkili olmuşlar. Daha sonra Ayaz bu gecə 800 manat pulu "xxxx"a ödəməli olduğunu demiş, bundan sonra Əli “mən vuracam biriniz pul qabını götürərsiz” demişdir. Əlinin məqsədi Ayaza kömək etmək olmuşdur. Bu zaman onların yanlarından bir nəfər tanımadığı sonradan adının Kamal olduğunu bildiyi şəxs keçmişdir. Bu zaman Əli Kamalın şalvarının arxa cibində pul qabının olduğunu görüb, “deyəsən bunu pul qabında pul çoxdur” sözlərini demişdir. Həmin vaxt o, Heydər və Elmin öz aralarında danışmışlar. Onlar Aslan və Ayazla birlikdə Malakan bağından çıxaraq Sahil bağına getmişlər. X21 vurmuş və pul qabını götürmüşdür. Aslan və Ayaz onların arxasınca gəlirdilər. Əli Kamalı vurarkən arxaya baxdıqda Ayaz və Aslanın qaçdığını görmüşdür. Əli Kamalı vurmuş, Elmin isə Kamalın cibindən yerə düşmüş pul qabını götürmüşdür. Daha sonra pul qabındakı 54 manat pulu Əli, özü və Elmin arasında bölüşdürmüşlər. Aslan hadisə baş verərkən orada olmamışdır. Pul qabının içərisindəki 54 manatın 25 manat, 24 manat və 5 manat şəklində bölmüşlər, ona 5 manat çatmışdır, onu isə sonradan qaytarmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi-böyük məsləhətçi X4 iştirakı ilə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01 may 2022-ci il tarixdə saat təxminən 01-02 radələrində 28 May istiqamətindən Malakan bağına gəlmişdir. Parkda Əli və Heydərlə oturmuşlar. Əli içkili olduğundan yatmışdır. Əli və Heydəri üç-dörd gündür ki, tanıyırdı. Aslan və Ayazı isə hadisə ilə əlaqədar tanımışdır. Sonra Əli onları Ayaz və Aslanla tanış etmişdir. Hamısı skamyada oturmuşlar. Bu vaxtı Ayaz 800 manat borcunun olduğunu demişdir. Bu zaman onların yanlarından bir nəfər tanımadığı sonradan adının Kamal olduğunu bildiyi şəxs keçmişdir. Kamalın şalvarının arxasında pul qabısı görsənirdi. Bundan sonra öz aralarında danışmış və hamısı birlikdə Kamalın arxasınca getmişlər. Aslan və Ayaz arxada idi. Əli Kamalı vurmuş, o isə yerə düşmüş Kamalın pul qabısını götürmüşdür. Pul qabısının içərisində 54 manat olmuşdur. Həmin pulu o, Əli və Heydər öz aralarında bölüşdürmüşlər. Ona 24 manat çatmışdır. Ayazla Aslan arxada dayanmışdılar. Hadisə baş verəndə ətrafdakılar “Polis, polis” deyə qışqırmışdır, bu zaman Aslan və Ayaz oradan qaçmışlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Şahid4 ifadəsində göstərmişdir ki, Aslanı tanıyır, dostudur, həm də qonşusudur, Yeni Günəşlidə yaşayır. 01 may 2022-ci il tarixə saat 11 radələrində Sahil tərəfdə dostu Aslanla skuter sürmüşlər. Sonra Malakan bağına gəlib oradakı skamyaların birində oturmuşlar. Daha sonra saat 01-02 radələrində iki nəfər şəxs onlara yaxınlaşıb tanış olmuşdur. Onlardan birinin adı Vüqar idi. Təxminən bir saat sonra üç nəfər şəxs- Əli, Heydər və Elmin onların oturduğu yerə gəldilər, yan skamyada oturdular. Vüqar Aslanla onu həmin üç nəfər şəxslə tanış etmişdir. Sonra Aslanla birlikdə Sahil metrostansiyasına getmək üçün yola düşdülər. Bu zaman Əli, Heydər və Elmin onların qarşısında gedirdilər, Aslanla o isə arxada Sahil metrostansyasına tərəf gedirdilər. Daha sonra hadisə baş vermiş, Aslanla onun bu hadisədən xəbəri olmamışdır. Hadisə baş verdiyini görəndə Aslanla birlikdə oradan qaçmışlar. Hadisədən 4-5 gün sonra onu 33-cü Polis Bölməsinə çağırmışlar. Oradan isə 39-cu Polis Bölməsinə aparmışlar. 39-cu Polis Bölməsində hadisənin videogörüntüləri olan kameraya baxış keçirilmişdir. Onun heç bir təqsiri olmadığı aşkar edilmiş, izahatı alınaraq sərbəst buraxılmışdır. Üzərlərində pulları olmamışdır, onlar metronun açılmağını gözləyirdilər. Metro kartları yox idi, evə getmək üçün gediş haqqını metroda kimdənsə xahiş edəcəkdilər. Əli, Heydər və Elmin çox qabaqda idi, Aslan və o, səsküy eşidən kimi qaçmışlar. O, heç kəsə ona 800 manat lazım olduğunu deməmişdir, elə söhbət olmamışdır. Aslan heç kəslə dalaşmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Şahid5 ifadəsində göstərmişdir ki, 01 may 2022-ci il tarixdə dostu Yunis ilə Malakan bağında gəzirdi. Həmin vaxtı orada Aslan və Ayazı görmüşdür, onlarla tanış olub 10-15 dəqiqə söhbət etmişdir. Sonra Əli, Heydər və Elmin ona yaxınlaşaraq onu “İnstagram” sosial şəbəkəsindən tanıdığını bildirmişlər, onunla söhbət etmişlər. Sonra dostu Yunislə birlikdə ordan çıxıb getmişlər. Həmin vaxtı özü içkili olmuşdur. Cinayət hadisəsinin baş verməsindən xəbəri olmamışdır. Həmin vaxtı Malakan bağında içkili qadın da olmuşdur. Qadının söyüş söyüb-söymədiyini xatırlamır. Ayazla Aslan ona evə getmək üçün metronun açılmağını gözlədiklərini demişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında dövlət ittihamçısının vəsatəti əsasında dindirilmiş şahid Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili X7 ifadəsində göstərmişdir ki, hadisə bir il bundan əvvəl baş verdiyindən dəqiq xatırlamır. Zərərçəkmiş şəxs “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra bölməyə özü gəlmiş, təhqiqatçıya izahat vermişdir. “102” xidmətinə zəng gəlmişdir, lakin əraziyə gedib-getməməyini xatırlamır. Təqsirləndirilən şəxsin siması ona tanış gəlmişdir, lakin hadisənin təfərrüatlarını xatırlamır. Məhkəmə iclasında cinayət işinə əlavə edilmiş diskdə olan videogörüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi ilə xx.xx.2022-ci il tarixdə saat 04:29 radələrində Zərərçəkmiş şəxs piyada küçə ilə hərəkət edir, həmin vaxt onun yanı ilə Şahid2, onların arxaları ilə isə dörd nəfər şəxs piyada hərəkət etdiklərini, dörd nəfər şəxsin piyada hərəkət edən şəxsin Şahid2 olduğunun digər arxadan gələn şəxslər isə Şahid1, Təqsirləndirilən şəxs, X11 və Şahid3 apralırması müəyyən olunmuşdur. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 3164 saylı məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona elan olunmuş ittiham dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. 10 may 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 11 may 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. 24 may 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. 25 may 2022-ci il qərarla Şahid2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 25 may 2022-ci il tarixli qərarına əsasən Şahid2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 25 may 2022-ci il tarixli qərarla təqsirləndirilən şəxs Şahid2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. 26 may 2022-ci il qərarla Şahid1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham elan edilmişdir Səbail rayon prokurorluğunun 26 may 2022-ci il tarixli qərarına əsasən Şahid1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 26 may 2022-ci il tarixli qərarla təqsirləndirilən şəxs Şahid1 barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. 12 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs Şahid2 barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 15 avqust 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 17 avqust 2022-ci il tarixdə X1 Elmin Nicat oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır. 17 avqust 2022-ci il qərarla Şahid3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. 17 avqust 2022-ci il tarixli qərarla təqsirləndirilən şəxs Şahid3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. 05 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və X3 Rayon Polis İdarəsinin İstintaq şöbəsinə məcburi qaydada gətirilmişlər. 06 sentyabr 2022-cim il tarixdə ********* nömrəli cinayət işi üzrə Şahid2 elan olunmuş ittihamın məzmunu dəyişdirilməklə ona Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-274/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmü ilə Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 03(üm) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid2 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Şahid2 təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Şahid1 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Şahid1 təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Şahid3 təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. 08 sentyabr 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri istintaqı olunan ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılıb icraata qəbul edilmişdir. 04 oktyabr 2022-ci il qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 04 oktyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 26 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 26 oktyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 27 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 28 oktyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 28 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. 23 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işinə əlavə olunmuş DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına saxlanılmışdır. 19 dekabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən daxil olmuş 23 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2003cü il təvəllüdlü Təqsirləndirilən şəxs: -Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmiş və onun cinayətin törədilməsinə aiddiyyəti olmaması öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini araşdırmadan Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törədilməsi barədə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməli törədilməsi təşkil edir. Cinayətin obyektiv cəhəti – kriminal əməlin zahiri tərəfidir. Cinayətin obyektiv cəhəti müəyyən məkanda və zamanda baş verən müəyyən üsulla törədilən ictimai təhlükəli hərəkətdən və ya hərəkətsizlikdən, ictimai təhlükəli nəticədən, hərəkətlə (hərəkətsizliklə) ictimai təhlükəli nəticə arasında səbəbli əlaqədan ibarətdir. Cinayətin subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir.Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələvə onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. İctimai təhlükəli əməli törətməkdə təqsirli olan şəxs cinayət məsuliyyətinə alınır, cəzalandırılır. Cinayət qanunvericiliyi obyektiv təqsirləndirməyə, yəni təqsir olmadan cinayət məsuliyyətinə almağa yol vermir. Təqsirin olmaması məsuliyyəti aradan qaldırır. Məhkəmə qeyd edir ki, soyğunçuluğun obyekti öz sosial-iqtisadi məzmununa görə özgə əmlakın talamanın digər formalarının obyektləri ilə üst-üstə düşür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Talamanın açıq olmasını müəyyən etmək üçün obyektiv və subyektiv meyarlardan istifadə edilir. Obyektiv meyarın mahiyyəti ondan ibarətdir ki, özgənin əmlakını talama mülkiyyətçinin gözü qarşısında baş verir və onlar bu hərəkətlərin cinayət olduğunu dərk edir. Subyektiv cəhəti isə birbaşa qəsddən ibarətdir. Təqsirkar özgənin əmlakını açıq şəkildə qanunsuz və əvəzsiz olaraq götürüldüyünü dərk edir və bunu etməyi arzu edir. Belə ki, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Eyni zamanda soyğunçuluq cinayətinin subyektiv cəhəti isə birbaşa qəsddən ibarətdir. Qanunda birbaşa qəsdə verilən anlayışdan müəyyən olunur ki, şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir. Həmçinin təqsir, motiv, məqsəd, habelə bunları müşayiət edən emosional vəziyyət cinayətin subyektiv cəhətini yaradan elementlərdir. Belə ki, hazırki iş üzrə cinayət işinin başlanmasına əsas və səbəb 01 may 2022-ci il tarixdə təxminən saat 4 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən Sahil bağına şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin vətəndaş Zərərçəkmiş şəxs arxa cibində olan pul kisəsini görüb yerə yıxaraq yumruqla sonuncunun üz nahiyəsinə vurub, daha sonra Zərərçəkmiş şəxs pul kisəsini açıq talayaraq oradan qaçıb uzaqlaşaraq özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməsi faktı və həmin fakt üzrə toplanmış material olmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində tanışları Şahid1, Şahid2, X11 və Şahid3 ilə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən “Malakan bağı” adlanan parkda olarkən, pul əldə etmək üçün həmin vaxt yanlarından sərxoş vəziyyətdə piyada keçən Zərərçəkmiş şəxs görüb, sonuncunun əynində olan şalvarın arxa cibindən görsənən pul qabını ələ keçirtmək barədə etdiyi təkliflə adları qeyd edilən tanışları ilə razılaşdıqdan sonra, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə Zərərçəkmiş şəxs arxası ilə Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən “Sahil bağı” adlanan parka gəldikdən sonra, orada aralarında əvvəlcədən əldə edilmiş razılığa əsasən o, Şahid1 və Ayaz Tağızadə ətrafı müşahidə etmək üçün kənarda dayanmış, Şahid2 həmin vaxt Zərərçəkmiş şəxs yaxınlaşıb badalaq vuraraq yerə yıxdıqdan sonra yumruqla sifət nahiyəsinə bir zərbə vuraraq ona sağ göz və alın nahiyələrinin qançırları, sağ gicgah nahiyəsinin əzilmiş yarası, eləcə də sağ əlin arxa səthinin və alın nahiyəsinin sol yarısının sıyrıqları ilə müşaiyət olunan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükə yaratmayan zor tədbiq etməklə bədən xəsarətləri yetirmiş, Şahid3 isə bundan sonra Zərərçəkmiş şəxs şalvarının arxa cibindən içərisində 70 manat pul olan 15 manat dəyərindəki pul qabını götürüb açıq talamaqla, birlikdə hadisə yerindən uzaqlaşaraq, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs ümumilikdə 85 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm cinayət işinin materialları (Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən mağazanın müşahidə kamerasının yaddaşından götürülmüş 01 ədəd disk), həm zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul kisəsini açıq talanmasına aidiyyəti olmamamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs baş vermiş cinayətin hadisənin törədilməsinə aidiyyəti olmamış, o, xx.xx.2022-ci il tarixdə Şahid1, Şahid2 və Şahid3 arxasınca Sahil metrostansiyası istiqamətində irəliləmiş, lakin Şahid2 Zərərçəkmiş şəxs vurmasını gördükdə isə oradan qaçaraq uzaqlaşmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs hadisə baş verərkən həmin şəxslərdən bir qədər uzaqda olmuş, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs pul kisəsini açıq talaması halı mövcud olmamışdır. Soyğunçuluq cinayətinin tərkibinin yaranması üçün (Təqsirləndirilən şəxs əməli üzrə) birbaşa qəsdin əqli və iradi ünsürlər (şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir) mövcud olmalıdır ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs hərəkətində əqli və iradi ünsürlər mövcud olmamış, birbaşa qəsd yaranmamışdır. Belə olan halda isə Təqsirləndirilən şəxs əməlində soyğunçuluq cinayətinin tərkib elementi subyektiv cəhət mövcud olmamışdır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) CPM-nin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X15rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; 42.1.3-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda çıxarılır. 42.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPMdə göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətin törədilməsinə aidiyyətini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Əksinə olaraq Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından cinayət əməlinin törədilməsinə aidiyyəti olmaması sübut olunduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 elan olunmuş ittihamda ( təqsirləndirilən şəxs qismində cəlb etmə etmə haqqında qərarda) və ittiham aktında onların - özgənin əmlakını açıq talamaqla soyğunçuluq məqsədi ilə X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, ittihamda qeyd olunmuş X8 gələcəkdə ədalətli məhkəmə araşdırması hüququnu təmin etmək məqsədi ilə həmin şəxsin adı ilə bağlı hissə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 verilmiş ittihamın məzmununda “digər şəxs” kimi oxunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə aidiyyəti olmaması sübut edildiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 elan olunmuş ittihamda qeyd olunmuş X8 adı ilə bağlı hissə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 verilmiş ittihamın məzmununda “digər şəxs” kimi oxunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Elşən oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar