Məhkəmə qərarları › İş №1(009)-98/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-98/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-98/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İbyamin oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Səbail RPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Qurban Abbasov küçəsində yerləşən “Bublik” şirniyyat evinin qarşısnda saxlanılıb ünvan 2 ünvanda yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olmuş göy rəngli cins şalvarının arxa sol cibindən bir ədəd üzərində “Vinston” yazısı olan siqaret qutusunun içərisindən 02 ədəd ağ rəngli kağıza bükülmüş bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,294 qram, 0,243 qram kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 0,537 qram olan psixatrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, eyni zamanda ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək bildirmişdir ki, təxminən 01 ildən çoxdur ki narkotik vasitə istifadə edir. İstifadə etdiyi narkoik vasitələri həmişə tanımadığı şəxslərdən alır. Bu vaxta kimi daimi iş yeri olmayıb və fərdi olaraq işlərlə məşqul olur. 17 oktyabr 2023-cü il tarixdə təxminən saat 14.20 radələrində Bayıl qəsəbəsi Buxta küçəsində olan zaman orada yerdən siqaret qutusu tapmış, siqaret qutusunun içərisinə baxdıqda orada iki ədəd ağ rəngli kağıza bükülmüş və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, yəni 3 bükümdə olan narkotik maddəyə bənzər vasitənin olduğunu görmüşdü. İstifadəçi olduğu üçün həmin bükümlərin içərisində olanların narkotik vasitə olduğunu bilmiş və həmin bükümləri götürüb şəxsi istifadəsi məqsədi ilə özündə olan “Vinston” markalı siqaretin qutusuna qoymuşdu. Bir müddət sonra həmin bükümlərdən birinin, yəni siqaretin gümüşü rəngli kağızma bükülmüş bükülünü açmış, özü istifadə etmiş və içi boş qalmış gümüşü rəngli kağızı yenə həmin siqaret qutusuna qoymuşdu. Elə həmin günü bundan bir neçə saat sonra, yəni 17,10.2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Xanlar küçəsində yerləşən “Bublik” adlı şirniyyat evinin qarşısında olan zaman iki nəfər şəxsin ona yaxınlaşdığını görmüşdü. Həmin şəxslər vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışlar. O, özünü onlara təqdim etdikdən sonra həmin polis əməkdaşları onu Səbail RPİ-nin inzibati binasına dəvət etmişlər. O, etiraz etməmiş və həmin polis əməkdaşları ilə birlikdə Səbail rayon Polis idarəsinə getmişdi. Orada onun hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, bundan sonra üzərində axtarış aparılması ona elan edilmişdi. Bundan sonra ona təklif edilmişdi ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya, sənəd varsa təqdim etsin. Bundan sonra o, bir gün əvvəl Bayıl qəsəbəsi Buxta küçəsində yerdən tapdığı və əynində olan göy rəngli cins şalvarının arxa sol cibində gəzdirdiyi “Vinston” markalı siqaret qutusunu və şalvarın sol yan cibindən içində olan “patı” adlı narkotiki istifadə etdiyi siqaretin gümüşü kağızına bükülmüş boş bükülünü polis əməkdaşlarına təqdim etmişdi. Həmçinin polis əməkdaşlarına narkotik vasitələrdən mütəmadi olaraq istifadə etdiyini bildirmişdi. Onun iştirakı ilə bükülülər açılmış, siqaretin gümüşü kağızına bükülmüş bükülünün boş olması, digər iki ədəd ağ kağıza bükülmüş bükülülərin içində psixatrop maddəyə bənzər maddələr aşkar olunmuşdu. O, bildirmişdi ki, həmin bükülülərin içində olan kola və patı adlanan narkotik vaitələrdir və ona məxsusdur. Bu barədə videoçəkiliş aparılmış, axtarış qurtardıqdan sonra bu barədə protokol tərtib edilmişdi, iki bükümdə olan psixatrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmışdı. Bundan sonra o, bütün iştirakçılar kimi həm protokola, həm də zərfin üstünə imza etmişdi. O, narkotik maddələrin və psixatrop maddələrin satışı ilə məşğul olmur, ancaq özü istifadə etmək məqsədilə tanımadığı şəxslərdən alaraq özü istifadə edir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini və gənc olmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin X1 Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə Səbail RPİ-nin Cinayət Axtarış şöbəsinə xx xxxxxx 1997-ci il təvəllüdlü ünvan 4ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğunun narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat icraata daxil olmuş və əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdı. Səbail RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2 da həmin qrupa daxil edilmişdi. 17 oktyabr 2023-cü il tarixdə saat 18.00 radələrində qrupun digər üzvü Şahid2 ilə birlikdə izləyərək Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Qurban Abbasov küçəsində yerləşən “Bublik” şirniyyat evinin qarşısnda piyada hərəkət edən zaman saxlamış, xidməti vəsiqələrini təqdim edrək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onu Səbail RPİ-nin inzibati binasına dəvət etmişlər. Sonuncu etiraz etməmiş və onlarla birlikdə Səbail RPİ-nə getmişdi. Orada sonuncunun hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, bundan sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən elan edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdi ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs 17 oktyabr 2023cü il tarixdə təxminən saat 14.20 radələrində Bayıl qəsəbəsi Buxta küçəsində olan zaman orada yerdən siqaret qutusu tapdığını, siqaret qutusunun içərisinə baxdıqda orada iki ədəd ağ rəngli kağıza bükülmüş və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, yəni 3 bükümdə olan narkotik maddəyə bənzər vasitənin olduğunu gördüyünü, həmin bükümdən birini istifadə etdiyini, həmin bir ədəd boş və iki ədəd içində psixatrop maddə olan bükümləri şəxsi istifadəsi məqsədi ilə özündə olan “Vinston” markalı siqaretin qutusuna qoyduğunun bildirdiyi və əynində olan göy rəngli cins şalvarının arxa sol cibində gəzdirdiyi “Vinston” markalı siqaret qutusunu və şalvarın sol yan cibindən içində olan «patı» adlı narkotiki istifadə etdiyi siqaretin gümüşü kağızına bükülmüş boş bükülünü çıxarıb masanın üstünə qoyaraq təqdim etmişdi. Təqsirləndirilən şəxs iştirakı ilə bükülülər açılmış, siqaretin gümüşü kağızına bükülmüş bükülünün boş olması, digər iki ədəd ağ kağıza bükülmüş bükülülərin içində ağ rəngli kristaldan ibarət metamfetaminə oxşar maddə aşkar edilmişdi. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, həmin bükülülərin içində olan kola və patı adlanan psixatrop maddədir, 1 ildən çoxdur ki, narkotik vasitə heroin və patı kimi tanıdığı psixatrop maddədən istifadə edir, həmin maddələr də ona məxsusdur və 17 oktyabr 2023-cü il tarixdə təxminən saat 14.20 radələrində Bayıl qəsəbəsi Buxta küçəsində yerdən tapmış və özünə məxsus “Vinston” markalı siqaretin qutusuna qoyaraq şəxsi istifadəsi üçün saxlamışdır. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bütün geyim əşyaları bir-bir yoxlanılmış, lakin üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdı. Sonra həmin iki ədəd içində psixatrop maddə olan bükümlər təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdi. Sonda bu barədə protokol tərtib edilmiş və protokola da o, bütün iştirakçılar kimi imza etmişdi. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə Səbail RPİ-nin X6 göndərilmişdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Səbail RPİ-nin CAŞ-nin CA üzrə kiçik əməliyat müvəkkili Şahid2, şahid Səbail RPİ-nin X1 CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən audiovideo çəkilişə baxış keçirilmiş və müəyyən edilmişdir ki, otaqda 03 nəfər mülki geyimli və 01 nəfər xüsusi polis geiyimində 04 nəfər kişi və bir qadın cinsli şəxslər əks olunur. Həmin kişilərdən biri özünü Səbail RPİ-nin Təhqiqət şöbəsinin X5 olaraq təqdim edir, daha sonra bir nəfər Səbail RPİ-nin NMB-nin əməliyat müvəkkili Şahid1, digəri Səbail RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Sonuncuya Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub- olmaması sorğu-sual edilir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sol cibində gəzdirdiyi bir ədəd üzərində “Vinston” yazısı olan siqaret qutusunun içərisindən 02 ədəd ağ rəngli kağıza və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri çıxarıb təqdim edir. Həmin bükümlər açıldıqda ikisinin içərisində ağ rəngli, kristal şəkilli psixatrop maddə metamfetaminə oxşar maddə aşkar edilir, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm açıldıqda isə içinin boş olması müəyyən edilir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirir ki, 1 ildən çoxdur ki, narkotik vasitə heroin və patı kimi tanıdığı psixatrop maddədən istifadə edir, həmin maddələr də ona məxsusdur və 17 oktyabr 2023-cü il tarixdə təxminən saat 14.20 radələrində Bayıl qəsəbəsi Buxta küçəsində olan zaman orada yerdən siqaret qutusu tapmış, siqaret qutusunun içərisinə baxdıqda orada iki ədəd ağ rəngli kağıza bükülmüş və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, yəni 3 bükümdə olan narkotik maddəyə bənzər vasitənin olduğunu görmüşdü. İstifadəçi olduğu üçün həmin bükümlərin içərisində olanların narkotik vasitə olduğunu bilmiş və həmin bükümləri götürüb şəxsi istifadəsi məqsədi ilə özündə olan “Vinston” markalı siqaretin qutusuna qoyaraq şəxsi istifadəsi üçün saxlamış, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə olan psixatrop maddəni isə həmin günü özü istifadə etmişdi. X5 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, geyim əşyaları və ayaqqabıları bir- bir yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. Videogörüntü həmin anda başa çatır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş “məhkəmə-kimyəvi ekspertizanın” 18 oktyabr 2023-cü il tarixli, 6/5619 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 51” dairəvi möhür əksi olan, “Təqsirləndirilən Yarov” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,294 qram, 0,243 qram ümumi təmiz çəkisi 0,537 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixatrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi -0,537 qram, tədqiqata sərf edildi -0,08 qram, qalıq -0,457 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”-in İ siyahısına daxildir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 18 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, 0,537 qram qəbul olunmuş, 0,08 qram nümunə götürülmüş və 0,450 qram metamfetamin geri qaytarılmışdır. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 3-16-16/2-6/5619 saylı 18 oktyabr 2023-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş “məhkəmə-narkoloji ekspertizanın” 14 noyabr 2023-cü il tarixli, 7393 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlin törətməsi özünün həm ibtidai istintaq zamanı həm ə məhkəmə istintaqı zamanı etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış keçirilməsi və götürmə aparılması və diskə baxış keçirilməsi protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri, əldə edilmiş maddi sübutlar və iş üzrə toplanılmış digər sübut növləri ilə tam təsdiq olunaraq sübuta yetirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-98/2023-cü il saylı, 02 may 2024cü il tarixli qərarına əsasən, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, “həbs” qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsi tərəfindən göndərilmiş 24 may 2024-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə yerləşdirilmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 may 2024cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-98/2023-cü il saylı, 24 may 2024cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-328/2023-cü il saylı, 22 noyabr 2023cü il tarixli hökmündən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-328/2023-cü il saylı, 22 noyabr 2023cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək olan müddət təyin olunmuş cəza müddətindən çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması saxlanılmışdır. Məhkəmə istintaqı zamanı Səbail Rayon Məhkəməsinin 1(009)-328/2023-cü il saylı, 22 noyabr 2023cü il tarixli hökmünə dair Bakı Şəhər Probasiya İdarəsinə sorğu verilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 28 avqust 2024cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə Bakı Probasiya İdarəsində qeydiyyata alınmış və 17 may 2024-cü il tarixə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 28 gününü çəkilmiş, 09 ay 28 gün çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə və məhkəməyədək istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilmiş və müdafiəsi ilə əlaqədar dəlil gətirməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllər də anoloji cinayət əməlini törətməsini, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasını və həmin cinayət əməlinə görə ona təyin edilmiş cəzanın hal-hazırda çəkilməmiş hissəsinin qalmasını nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarına əsasən seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-328/2023-cü il saylı, 22 noyabr 2023 cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək olan müddət təyin olunmuş cəza müddətindən çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması saxlanılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin 28 avqust 2024cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə Bakı Probasiya İdarəsində qeydiyyata alınmış və 17 may 2024-cü il tarixə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 28 gününü çəkilmiş, 09 ay 28 gün çəkilməmiş qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Bu səbəbdən, məhkəmə, hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-328/2023-cü il saylı, 22 noyabr 2023 cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq olunmaqla azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hesab edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, əvvəlki iş üzrə təyin olunmuş və cəzasının çəkilmiş hissəsi olan 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, 01 (bir) ay 29 (iyirmi doqquz) gün hesab edilsin, eyni zamanda həmin iş üzrə 21 sentyabr 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək olan şübhəli şəxs qismində saxlanıldığı müddət və hazırki cinayət işi üzrə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək olan şübhəli şəxs qismində saxlanıldığı müddətlərin 01 (bir) günə 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, ümumilikdə Təqsirləndirilən şəxs üzərində 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş “məhkəmə-narkoloji ekspertizanın” 14 noyabr 2023-cü il tarixli, 7393 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 65 (altmış beş) manatın Təqsirləndirilən şəxs tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan təmiz çəkisi 0,457 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-328/2023-cü il saylı, 22 noyabr 2023cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hesab edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, əvvəlki iş üzrə təyin olunmuş və cəzasının çəkilmiş hissəsi olan 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, 01 (bir) ay 29 (iyirmi doqquz) gün hesab edilsin, eyni zamanda həmin iş üzrə 21 sentyabr 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək olan şübhəli şəxs qismində saxlanıldığı müddət və hazırki cinayət işi üzrə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək olan şübhəli şəxs qismində saxlanıldığı müddətlərin 01 (bir) günə 01 (bir) gün azadlqıdan məhrumetmə cəzasına bərabər tutulmaqla, ümümilikdə Təqsirləndirilən şəxs üzərində 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 may 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,457 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 750 (yeddi yüz əlli) manat pul tutulub, “Access Bank”-ın 12 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar