Məhkəmə qərarları › İş №1(009)-99/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-99/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-99/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, Bakı şəhərində 31 avqust 2021-ci il tarixdə saat 12:00-da xx xxxx 1988-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu 20-ci Sahə A.İsmayılov küçəsi 2-ci mədən ö/t evdə yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1993-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu 20-ci Sahə A.İsmayılov küçəsi 2-ci mədən ö/t evdə kirayədə yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1990-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu 20-ci Sahə A.İsmayılov küçəsi 2-ci mədən ö/t evdə yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında saxlanc yeinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında saxlanc yeinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 oktyabr 2020-ci il tarixdə gecə saat 00:30 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi, ünvan 1 ünvanda yerləşən “Faberlic” adlı mağazasının qapısında olan qıfılı sındırma yolu ilə açıb içəriyə qanunsuz olaraq daxil olduqdan sonra mağazadan 01 ədəd “Kenwood” markalı, 80 manat dəyərində kokteyl qarışdıran aparat, 01 ədəd “Faberlic” markalı, 45 manat dəyərində kişi üçün təraş aparatı, 01 ədəd markasını xatırlamadığım 15 manat dəyərində qadın üçün saç feni, 01 ədəd 35 manat dəyərində qırmızı rəngli qadın üçün idman dəsti, 01 ədəd 21 manat dəyərində “Faberlic” markalı qadın üçün kalqotka, 01 ədəd “Faberlic” markalı 19 manat dəyərində çətir, 01 ədəd “Faberlic” markalı 18 manat dəyərində qadın üçün yaşıl rəngli qış papağı; 01 ədəd 19 manat dəyərində qadın əl çantası, 01 ədəd “Faberlic” markalı 5 manat dəyərində qadın üçün kalqotka, 01 ədəd «Faberlic» markalı 38 manat dəyərində, 02 ədəd 24 manat dəyərində, 01 ədəd 29 manat dəyərində, 01 ədəd 45 manat dəyərində, 02 ədəd 12 manat dəyərində, 02 ədəd 15 manat dəyərində, 01 ədəd 25 manat dəyərində, ümumi dəyəri 239 manat dəyərində qadın və kişi üçün ətirlər; hər birinin qiyməti 01 manat olan 50 ədəd ətir-sınaq nümunələri, hər birinin qiyməti 5,50 manat olan 30 ədəd saç boyası, hər birinin qiyməti 06 manat olan 08 ədəd iri, hər birinin qiyməti 03 manat olan 10 ədəd kiçik ölçülü şampunlar, 01 dəst 38 manat dəyərində üz kremi, hər birinin qiyməti 12 manat olan 02 ədəd günəş piqmentasiyasına qarşı üz kremi, hər birinin qiyməti 4,50 manat olan 05 ədəd ayaq kremi, hər birinin qiyməti 2,50 manat 06 ədəd əl kremi, hər birinin qiyməti 04 manat olan 04 ədəd duş geli, hər birinin qiyməti 03 manat olan 06 ədəd diş məcunu, hər birinin qiyməti 06 manat 07 ədəd məişət yuyucu vasitələrini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 816 (səkkiz yüz on altı) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 oktyabr 2020-ci il tarixdə gncə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus, ünvan 2 ünvanda yerləşən ərzaq mağazasından qapısında olan qıfılı sındırma yolu ilə açıb içəriyə qanunsuz olaraq daxil olduqdan sonra mağazadan dəyəri 76 manat təşkil edən 04 blok “Want” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok kompakt “Winston” markalı siqaret, dəyəri 136 manat təşkil edən 04 blok “Kent-8” markalı siqaret, dəyəri 22 manat təşkil edən 01 blok kompakt “Classic” markalı siqaret, dəyəri 44 manat təşkil edən 02 blok “Rotmans” markalı siqaret, dəyəri 57 manat təşkil edən 03 blok nazik “Viceroy” markalı siqaret, dəyəri 68 manat təşkil edən 02 blok nazik “Winston” markalı siqaret, dəyəri 20 manat təşkil edən 01 blok “Magna” markalı siqaret, dəyəri 78 manat təşkil edən 03 blok nazik “LD” markalı siqaret, dəyəri 72 manat təşkil edən 02 blok “Sobranie” markalı siqaret, dəyəri 88 manat təşkil edən 04 blok nazik “Pal-Mal” markalı siqaret, dəyəri 19 manat təşkil edən 01 blok qalın “Pal-Mal” markalı siqaret, dəyəri 19 manat təşkil edən 01 blok “Prima” markalı siqaret, dəyəri 36 manat təşkil edən 02 blok qalın “More” markalı siqaret, ümumi dəyəri 16 manat təşkil edən 10 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi, ümumi dəyəri 40 manat təşkil edən 10 ədəd 0,5 litrlik “Zolotoy” və “Xan” araqları, ümumi dəyəri 10 manat təşkil edən 05 ədəd 0,5 litrlik “Yaguar”, ümumi dəyəri 10 manat təşkil edən 05 ədəd 0,5 litrlik “Go” enerji içkisi, ümumi dəyəri 24 manat təşkil edən 03 ədəd 02 litrlik “Final” duru yağları, ümumi dəyəri 60 manat təşkil edən 15 ədəd 200 qramlıq “Ancor” və “Möcüzə” kərə yağları, ümumi dəyəri 20 manat təşkil edən 05 ədəd “Siyəzən” dondurulmuş toyuğu, ümumi dəyəri 04 manat təşkil edən 10 ədəd “Beliçka” günəbaxan tumları və 80 (səksən) manat məbləğdə qəpik nağd pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümümilikdə 1.065 (bir min altmış beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 oktyabr 2020-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus, Bakı şəhəri Səbail rayonu Şahlar Allahverdiyev küçəsində yerləşən ərzaq mağazasının qapısında olan qıfılı sındırma yolu ilə açıb içəriyə qanunsuz olaraq daxil olduqdan sonra mağazadan dəyəri 99 manat təşkil edən 03 blok boz rəngli kompakt “Winston” markalı siqaret, dəyəri 99 manat təşkil edən 03 blok göy rəngli kompakt “Winston” markalı siqaret, dəyəri 88 manat təşkil edən 04 blok boz rəngli kompakt “Rotmans” markalı siqaret, dəyəri 88 manat təşkil edən 04 blok göy rəngli kompakt “Rotmans” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok “Kent 1” markalı siqaret, dəyəri 99 manat təşkil edən 03 blok nazik “Kent 4” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok qalın “Kent 4” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok “Kent 8” markalı siqaret, dəyəri 72 manat təşkil edən 02 blok ağ rəngli qalın “Sobranie” markalı siqaret, dəyəri 108 manat təşkil edən 03 blok ağ rəngli nazik “Sobranie” markalı siqaret, dəyəri 36 manat təşkil edən 01 blok göy rəngli qalın “Sobranie” markalı siqaret, dəyəri 72 manat təşkil edən 02 blok göy rəngli nazik “Sobranie” markalı siqaret, dəyəri 108 manat təşkil edən 03 blok kompakt “Sobranie” markalı siqaret, dəyəri 154 manat təşkil edən 07 blok “Pal-Mal” markalı siqaret, dəyəri 36 manat təşkil edən 02 blok boz rəngli qalın “Pal-Mal” markalı siqaret, dəyəri 180 manat təşkil edən 09 blok “Want” markalı siqaret, dəyəri 171 manat təşkil edən 09 blok “Magna” markalı siqaret, dəyəri 66 manat təşkil edən 03 blok qalın “West” markalı siqaret, dəyəri 69 manat təşkil edən 03 blok kompakt “West” markalı siqaret, dəyəri 72 manat təşkil edən 04 blok “More” markalı siqaret, dəyəri 72 manat təşkil edən 04 blok “Prima” markalı siqaret, ümumi dəyəri 250 manat təşkil edən “Azercell”, “Bakcell” və “Azerfon” operatorlarına aid mobil telefon danışıq balans kartları, ümumi dəyəri 25 manat təşkil edən 10 ədəd 250 qramlıq “Xan Çinar” arağını və kassada olan 300 (üç yüz) manat məbləğdə nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2.462 (iki min dörd yüz altmış iki) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 oktyabr 2020-ci il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs4 Məhiyyəddin oğlunun icarə əsasında işlətdiyi Bakı şəhəri Səbail rayonu Salyan yolu 17 ünvanda yerləşən “Bakı” adlı kafenin qapısında olan qıfılı sındırma yolu ilə açıb içəriyə qanunsuz olaraq daxil olduqdan sonra kafedən 01 ədəd 200 (iki yüz) manat dəyərində 82 dioqanallı “LG” markalı televizoru və həmin televizova aid 01 ədəd 15 (on beş) manat dəyərində peyk antenni gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 Məhiyyədin oğluna ümumilikdə 215 (iki yüz on beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 oktyabr 2020-ci il tarixdə gecə saat 00:30 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi, ünvan 1 ünvanda yerləşən “Faberlic” adlı mağazasının qapısında olan qıfılı sındırma yolu ilə açıb içəriyə qanunsuz olaraq daxil olduqdan sonra mağazadan 01 ədəd “Kenwood” markalı, 80 manat dəyərində kokteyl qarışdıran aparat, 01 ədəd “Faberlic” markalı, 45 manat dəyərində kişi üçün təraş aparatı, 01 ədəd markasını xatırlamadığım 15 manat dəyərində qadın üçün saç feni, 01 ədəd 35 manat dəyərində qırmızı rəngli qadın üçün idman dəsti, 01 ədəd 21 manat dəyərində “Faberlic” markalı qadın üçün kalqotka, 01 ədəd “Faberlic” markalı 19 manat dəyərində çətir, 01 ədəd “Faberlic” markalı 18 manat dəyərində qadın üçün yaşıl rəngli qış papağı; 01 ədəd 19 manat dəyərində qadın əl çantası, 01 ədəd “Faberlic” markalı 5 manat dəyərində qadın üçün kalqotka, 01 ədəd “Faberlic” markalı 38 manat dəyərində, 02 ədəd 24 manat dəyərində, 01 ədəd 29 manat dəyərində, 01 ədəd 45 manat dəyərində, 02 ədəd 12 manat dəyərində, 02 ədəd 15 manat dəyərində, 01 ədəd 25 manat dəyərində, ümumi dəyəri 239 manat dəyərində qadın və kişi üçün ətirlər; hər birinin qiyməti 01 manat olan 50 ədəd ətir-sınaq nümunələri, hər birinin qiyməti 5,50 manat olan 30 ədəd saç boyası, hər birinin qiyməti 06 manat olan 08 ədəd iri, hər birinin qiyməti 03 manat olan 10 ədəd kiçik ölçülü şampunlar, 01 dəst 38 manat dəyərində üz kremi, hər birinin qiyməti 12 manat olan 02 ədəd günəş piqmentasiyäsına qarşı üz kremi, hər birinin qiyməti 4,50 manat olan 05 ədəd ayaq kremi, hər birinin qiyməti 2,50 manat 06 ədəd əl kremi, hər birinin qiyməti 04 manat olan 04 ədəd duş geli, hər birinin qiyməti 03 manat olan 06 ədəd diş məcunu, hər birinin qiyməti 06 manat 07 ədəd məişət yuyucu vasitələrini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1, ümumilikdə 816 (səkkiz yüz on altı) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 oktyabr 2020-ci il tarixdə gncə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus, ünvan 2 ünvanda yerləşən ərzaq mağazasından qapısında olan qıfılı sındırma yolu ilə açıb içəriyə qanunsuz olaraq daxil olduqdan sonra mağazadan dəyəri 76 manat təşkil edən 04 blok “Want” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok kompakt “Winston” markalı siqaret, dəyəri 136 manat təşkil edən 04 blok “Kent-8” markalı siqaret, dəyəri 22 manat təşkil edən 01 blok kompakt “Classic” markalı siqaret, dəyəri 44 manat təşkil edən 02 blok “Rotmans” markalı siqaret, dəyəri 57 manat təşkil edən 03 blok nazik “Viceroy” markalı siqaret, dəyəri 68 manat təşkil edən 02 blok nazik “Winston” markalı siqaret, dəyəri 20 manat təşkil edən 01 blok “Magna” markalı siqaret, dəyəri 78 manat təşkil edən 03 blok nazik “LD” markalı siqaret, dəyəri 72 manat təşkil edən 02 blok “Sobranie” markalı siqaret, dəyəri 88 manat təşkil edən 04 blok nazik “Pal-Mal” markalı siqaret, dəyəri 19 manat təşkil edən 01 blok qalın “Pal-Mal” markalı siqaret, dəyəri 19 manat təşkil edən 01 blok “Prima” markalı siqaret, dəyəri 36 manat təşkil edən 02 blok qalın “More” markalı siqaret, ümumi dəyəri 16 manat təşkil edən 10 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi, ümumi dəyəri 40 manat təşkil edən 10 ədəd 0,5 litrlik “Zolotoy” və “Xan” araqları, ümumi dəyəri 10 manat təşkil edən 05 ədəd 0,5 litrlik “Yaguar”, ümumi dəyəri 10 manat təşkil edən 05 ədəd 0,5 litrlik “Go” enerji içkisi, ümumi dəyəri 24 manat təşkil edən 03 ədəd 02 litrlik “Final” duru yağları, ümumi dəyəri 60 manat təşkil edən 15 ədəd 200 qramlıq “Ancor” və “Möcüzə” kərə yağları, ümumi dəyəri 20 manat təşkil edən 05 ədəd “Siyəzən” dondurulmuş toyuğu, ümumi dəyəri 04 manat təşkil edən 10 ədəd “Beliçka” günəbaxan tumları və 80 (səksən) manat məbləğdə qəpik nağd pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1.065 (bir min altmış beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 oktyabr 2020-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus, Bakı şəhəri Səbail rayonu Şahlar Allahverdiyev küçəsində yerləşən ərzaq mağazasının qapısında olan qıfılı sındırma yolu ilə açıb içəriyə qanunsuz olaraq daxil olduqdan sonra mağazadan dəyəri 99 manat təşkil edən 03 blok boz rəngli kompakt “Winston” markalı siqaret, dəyəri 99 manat təşkil edən 03 blok göy rəngli kompakt “Winston” markalı siqaret, dəyəri 88 manat təşkil edən 04 blok boz rəngli kompakt “Rotmans” markalı siqaret, dəyəri 88 manat təşkil edən 04 blok göy rəngli kompakt “Rotmans” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok “Kent 1” markalı siqaret, dəyəri 99 manat təşkil edən 03 blok nazik “Kent 4” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok qalın “Kent 4” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok “Kent 8” markalı siqaret, dəyəri 72 manat təşkil edən 02 blok ağ rəngli qalın “Sobranie” markalı siqaret, dəyəri 108 manat təşkil edən 03 blok ağ rəngli nazik “Sobranie” markalı siqaret, dəyəri 36 manat təşkil edən 01 blok göy rəngli qalın “Sobranie” markalı siqaret, dəyəri 72 manat təşkil edən 02 blok göy rəngli nazik “Sobranie” markalı siqaret, dəyəri 108 manat təşkil edən 03 blok kompakt “Sobranie” markalı siqaret, dəyəri 154 manat təşkil edən 07 blok “Pal-Mal” markalı siqaret, dəyəri 36 manat təşkil edən 02 blok boz rəngli qalın “Pal-Mal” markalı siqaret, dəyəri 180 manat təşkil edən 09 blok “Want” markalı siqaret, dəyəri 171 manat təşkil edən 09 blok “Magna” markalı siqaret, dəyəri 66 manat təşkil edən 03 blok qalın “West” markalı siqaret, dəyəri 69 manat təşkil edən 03 blok kompakt “West” markalı siqaret, dəyəri 72 manat təşkil edən 04 blok “More” markalı siqaret, dəyəri 72 manat təşkil edən 04 blok “Prima” markalı siqaret, ümumi dəyəri 250 manat təşkil edən “Azercell”, “Bakcell” və “Azerfon” operatorlarına aid mobil telefon danışıq balans kartları, ümumi dəyəri 25 manat təşkil edən 10 ədəd 250 qramlıq “Xan Çinar” arağını və kassada olan 300 (üç yüz) manat məbləğdə nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2.462 (iki min dörd yüz altmış iki) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 oktyabr 2020-ci il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs4 Məhiyyəddin oğlunun icarə əsasında işlətdiyi Bakı şəhəri Səbail rayonu Salyan yolu 17 ünvanda yerləşən “Bakı” adlı kafenin qapısında olan qıfılı sındırma yolu ilə açıb içəriyə qanunsuz olaraq daxil olduqdan sonra kafedən 01 ədəd 200 (iki yüz) manat dəyərində 82 dioqanallı “LG” markalı televizoru və həmin televizova aid 01 ədəd 15 (on beş) manat dəyərində peyk antenni gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 Məhiyyədin oğluna ümumilikdə 215 (iki yüz on beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, iş üzrə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 oktyabr 2020-ci il tarixdə gncə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus, ünvan 2 ünvanda yerləşən ərzaq mağazasından qapısında olan qıfılı sındırma yolu ilə açıb içəriyə qanunsuz olaraq daxil olduqdan sonra mağazadan dəyəri 76 manat təşkil edən 04 blok “Want” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok kompakt “Winston” markalı siqaret, dəyəri 136 manat təşkil edən 04 blok “Kent-8” markalı siqaret, dəyəri 22 manat təşkil edən 01 blok kompakt “Classic” markalı siqaret, dəyəri 44 manat təşkil edən 02 blok “Rotmans” markalı siqaret, dəyəri 57 manat təşkil edən 03 blok nazik “Viceroy” markalı siqaret, dəyəri 68 manat təşkil edən 02 blok nazik “Winston” markalı siqaret, dəyəri 20 manat təşkil edən 01 blok “Magna” markalı siqaret, dəyəri 78 manat təşkil edən 03 blok nazik “LD” markalı siqaret, dəyəri 72 manat təşkil edən 02 blok “Sobranie” markalı siqaret, dəyəri 88 manat təşkil edən 04 blok nazik “Pal-Mal” markalı siqaret, dəyəri 19 manat təşkil edən 01 blok qalın “Pal-Mal” markalı siqaret, dəyəri 19 manat təşkil edən 01 blok “Prima” markalı siqaret, dəyəri 36 manat təşkil edən 02 blok qalın “More” markalı siqaret, ümumi dəyəri 16 manat təşkil edən 10 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi, ümumi dəyəri 40 manat təşkil edən 10 ədəd 0,5 litrlik “Zolotoy” və “Xan” araqları, ümumi dəyəri 10 manat təşkil edən 05 ədəd 0,5 litrlik “Yaguar”, ümumi dəyəri 10 manat təşkil edən 05 ədəd 0,5 litrlik “Go” enerji içkisi, ümumi dəyəri 24 manat təşkil edən 03 ədəd 02 litrlik “Final” duru yağları, ümumi dəyəri 60 manat təşkil edən 15 ədəd 200 qramlıq “Ancor” və “Möcüzə” kərə yağları, ümumi dəyəri 20 manat təşkil edən 05 ədəd “Siyəzən” dondurulmuş toyuğu, ümumi dəyəri 04 manat təşkil edən 10 ədəd “Beliçka” günəbaxan tumları və 80 (səksən) manat məbləğdə qəpik nağd pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1.065 (bir min altmış beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası, anası, qardaşları, arvadı və iki azyaşlı uşağı ilə birlikdə 10 ilə yaxınldır, Bakı şəhərində kirayədə yaşayır, özü heç bir yerdə işləmir, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, ailəsini dolandırmaqda çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmiş, bu minvalla 17 oktyabr 2020-ci il tarixdə gecə saat 00:30 radələrində qardaşı Vüsalla birlikdə Bakı şəhəri Səbail rayonu A.İsmayılov küçəsindən keçərkən “Faberlic” adlı mağazadan oğurluq etmək qərarına gəlmişlər. Ətrafda heç kimin olmadığını görüb Vüsalla birlikdə mağazanın giriş qapısına yaxınlaşmış və o, üzərində əvvəlcədən götürdüyü burğacla qapının üzərində olan qıfılı qırmış, mağazaya daxil olmuşlar. “Faberlic” adlı kosmetika mağazasından 01 ədəd qab şampunu, 01 ədəd paltar şampunu, 01 ədəd mətbəx şampunu, 03 ədəd saç şampunu, 03 ədəd bədən geli, 02 ədəd saç kremi, 08 ədəd bədən kremi və 01 ədəd şirəçəkən maşını sellofan torbaya qoyaraq oradan uzaqlaşmışlr. Sonra həmin malları evə aparıb həyətdə olan əşyaların alt hissəsində gizlətmişlər. Ertəsi gün o, Vüsalla birlikdə oğurladığı kremlərin, şampunların bir qismini və şirəçəkən maşını tanımadığı şəxslərə satmaq üçün götürüb evdən çıxmışlar, şirəçəkən aparatı 40 manata, krem və şampunları isə 35 manata tanmadıqlara şəxslərə satmışlar. Bundan sonra 2020-ci ilin oktyabr 19-dan 20-nə keçən gecə saat 02:00 radələrində o, qardaşı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, onlarla birlikdə gəlsin. Daha sonra onlar birlikdə gəzərkən yolda Namikə oğurluq etmək istədiklərini bildirmişlər, Namikin isə həmin vaxt ətrafda dayanıb göz- nəzər etməyini demişlər. Namik razılaşmış və birlikdə Bakı şəhəri Səbail rayonu A.İsmaylov küçəsi 6-cı mədən ərazisindən keçərkən həmin küçədə plastik qapısı olan ərzaq mağazası və mağazanın mühafizəsi olunmadığını görmüşlər və həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Onlar ətrafa diqqətlə baxıb heç kimin olmadığını gördükdən sonra Namikə mağazanın ətrafında durmasını və kimsə gəlsə, onlara xəbər verməsini demişlər. O, üzərində əvvəlcədən götürdüyü burğacla mağazanın plastik qapısını açmış və Vüsalla birlikdə içəri daxil olmuşlar. Onunla Vüsal mağazada olan yeşiyin içərisinə 05 qutu kərə yağı, 02 litrlik duru yağ, 03 ədəd bizon, 02 ədəd “Yaguar” içkisi, 01 ədəd dondurulmuş toyuq, 02 ədəd “Xırdalan” pivəsi və müxtəlif növ siqaretləri yığaraq oradan uzaqlaşmışlar. Həmin gecə oğurladıqları malları yaşadıqları evə aparıb həyətdə olan əşyaların alt hissəsində gizlətmişlər. Həmin siqaretlərdən cəmi 05 qutusım çəkməsi üçün Namikə vermişlər. Ertəsi gün o, Vüsalla birlikdə oğurladıqları malların arasından təkcə siqaretləri götürüb taksi ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Hərbi Komissarlığın yaxınlığında yerləşən mağazaya 156 manata satmışlar. Onlar oğurladıqları malların içərisində olan yağları və toyuğu evə vermişlər, “Xırdalan” pivəsini və enerji içkilərini isə özləri istifadə etmişlər, əldə etdiyi pulları özü və ailəsinin ehtiyaclarını qarşılamaq üçün xərcləmişdir. Bundan sonra 24 oktyabr 2020-ci il tarixdə gecə saat 02:00 radələrində qardaşı Vüsalla birlikdə Bakı şəhəri Səbail rayonu “20-ci Sahə” adlanan yerdən keçərkən, ərzaq mağazası görüb mağazadan oğurluq etmək qərarına gəlmişlər. Ətrafa baxıb heç kim olmadığına əmin olduqdan sonra o, Vüsala bildirmişdir ki, mağazanın yaxınlığında onu gözləsin və ətrafa nəzər salıb kiminsə gəldiyini görsə, ona xəbər versin. Daha sonra o, üzərində əvvəlcədən götürdüyü burğacla mağazanın plastik qapısını açıb içəri daxil olmuş, mağazadan sellofan paket götürüb müxtəlif növ siqaretləri, konturları və kassa aparatında olan 15 manat qəpik və 50 manat kağız pulu götürüb mağazadan çıxmışdır. Daha sonra o, Vüsalla birlikdə evə qayıtmışlar və həmin siqaretləri həyətdə olan əşyaların alt hissəsində gizlətmişlər. Ertəsi gün o, Vüsalla birlikdə oğurladıqları siqaretləri götürüb taksi ilə yenidən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Hərbi Komissarlığın yaxınlığında yerləşən mağazaya aparmışlar, həmin siqaretlərin ümumi qiymətinin 270 manat oluğunu bildirmişlər və siqaretləri sataraq mağazadan cəmi 233 manat pul alıb oradan uzaqlaşmışlar. O, həmin siqaretlərdən bir qismini özlərinin istifadəsi üçün götürmüşdür. Onlar siqaretlərin satışından əldə etdikləri pulları özlərinin və ailələrinin ehtiyaclarını qarşılamaq üçün xərcləmişlər. Onlar oğurluq etmələri ilə bağlı evdə heç kimə bir söz deməmişlər. Daha sonra o, 27 oktyabr 2020-ci il tarixdə gecə saat 00:30 radələrində qardaşı Vüsalla birlikdə Bakı şəhəri Səbail rayonu “20-ci Sahə” adlanan yerin yaxınlığında yerləşən “Bakı” kafesinin yanından keçərkən, kafedə olan televizoru görüb oğurluq etmək qərarına gəlmişlər. Onlar ətrafda heç kimin olmadığına əmin olandan sonra Vüsalla birlikdə kafenin giriş qapısına yaxınlaşmışlar və o, üzərində əvvəlcədən götürdüyü burğacla qapını açıb kafeyə daxil olmuşlar. Daha sonra orada olan 01 ədəd divardan asılı vəziyyətdə qalmış, markası və modelini xatırlamadığı plazma televizoru və 01 ədəd peyk antenn aparatını götürmüşlər, televizoru evə aparıb həyətdə olan əşyaların altında gizlətmişlər. Səbail rayon ərazisində yerləşən mağazalardan oğurluqları qardaşları Vüsal və Namiklə birlikdə etmiş, Namik həmin oğurluqların sadəcə birində iştirak etmişdir. O, oğurluq nəticəsində əldə etdiyi malları satarkən onların oğurluq olduğunu bildirməmiş, mağazada həmin malların özünə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 Məhiyəddin oğlu ilə barışmasının, onun şikayət və tələbi olmamasının, dəymiş ziyanın qismən ödənilməsinin, himayəsində iki azyaşlı övladlarının olmasının, əvvəllər məhkum olunmamasının və əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxındır, ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır özü heç yerdə işləmir, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, ailəsini dolandırmaqda çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. 17 oktyabr 2020-ci il tarixdə gecə saat 00:30 radələrində qardaşı Zamiqlə birlikdə Bakı şəhəri Səbail rayonu A.İsmayılov küçəsindən keçərkən “Faberlic” adlı mağazadan oğurluq etmək qərarına gəlmişlər, ətrafda heç kimin olmadığını görüb Zamiqlə birlikdə mağazanın giriş qapısına yaxınlaşmışlar və Zamiq üzərində əvvəlcədən götürdüyü burğacla qapının üzərində olan qıfılı qırmışdır. Onlar mağazaya daxil olmuşlar, “Faberlic” adlı kosmetika mağazasından 01 ədəd qab şampunu, 01 ədəd paltar şampunu, 01 ədəd mətbəx şampunu, 03 ədəd saç şampunu, 03 ədəd bədən geli, 02 ədəd saç lcremi, 08 ədəd bədən kremi, 01 ədəd şirəçəkən maşını sellofan torbaya qoyub oradan uzaqlaşmışlar. Daha sonra həmin malları evə aparıb həyətdə olan əşyaların alt hissəsində gizlətmişlər. O, səhəri gün Zamiqlə birlikdə oğurladığı kremlərin, şampunların bir qismini və şirəçəkən maşını tanımadığı şəxslərə satmaq üçün götürüb evdən çıxmışlar, şirəçəkən maşını 40 manata, krem və şampunları isə 35 manata tanmadıqları şəxslərə satmışlar. Bundan sonra, 2020-ci ilin oktyabr ayının 19-dan 20-nə keçən gecə saat 02:00 radələrində qardaşı Zamiq və o, digər qardaşı Təqsirləndirilən şəxs3 bildirmişlər ki, onlarla birlikdə gəlsin. Daha sonra onlar üçü birlikdə gəzərkən yolda Namikə oğurluq etmək istədiklərini, Namikin isə həmin vaxt ətrafda dayanıb göz-nəzər etməsini demişlər. Namik razılaşmış və birlikdə Bakı şəhəri Səbail rayonu A.İsmaylov küçəsi 6-cı mədən ərazisindən keçərkən həmin küçədə plastik qapısı olan ərzaq mağazası görmüşlər. Mağazanın mühafizə olunmadığım görüb həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər və ətrafa diqqətlə baxaraq heç kimin olmadığını gördükdən sonra Namikə mağazanın ətrafında durmasını və kimsə gəlsə, onlara xəbər verməsini demişlər. Bundan sonra Zamiq üzərində əvvəlcədən götürdüyü burğacla mağazanın plastik qapısını açmış və ikisi birlikdə içəri daxil olmuşlar. Zamiqlə o, mağazada olan yeşiyin içərisinə 05 qutu kərə yağı, 02 litrlik duru yağ, 03 ədəd “Bizon” və 02 ədəd “Yaguar” adlı enerji içkiləri, 01 ədəd donmuş toyuğu, 02 ədəd “Xırdalan” pivəsi və müxtəlif növ siqaretləri yığaraq oradan uzaqlaşmışlar. Həmin gecə oğurladıqları malları yaşadıqları evə aparıb həyətdə olan əşyaların alt hissəsində gizlətmişlər, həmin siqaretlərdən cəmi 05 qutusunu isə çəkməsi üçün Namikə vermişlər. Səhəri gün o, Zamiqlə birlikdə oğurladıqları malların arasından təkcə siqaretləri götürüb taksi ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Hərbi Komissarlığın yaxınlığında yerləşən mağazaya aparıb 156 manata satmışlar. Onlar oğurladıqları malların içərisində olan yağları və toyuğu evə vermiş, “Xırdalan” pivəsi və enerji içkilərini özləri içmişlər, əldə etdikləri pulları özlərinin və ailələrinin ehtiyaclarını qarşılamaq üçün xərcləmişlər. Bundan sonra 24 oktyabr 2020-ci il tarixdə gecə saat 02:00 radələrində qardaşı Zamiqlə birlikdə Bakı şəhəri Səbail rayonu “20-ci Sahə” adlanan yerdən keçərkən orada ərzaq mağazasının olduğunu görüb mağazadan oğurluq etmək qərarına gəlmişlər, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra Zamiq bildirmişdir ki, o, mağazanın yaxınlığında gözləsin və ətrafa nəzər salsın, kiminsə gəldiyini görsə, tez Zamiqə xəbər etsin. Sonra Zamiq eyni üsulla üzərində olan burğacla mağazanın plastik qapısını açıb içəri daxil olmuş və bir neçə dəqiqədən sonra əlində sellofan torba ilə çıxaraq onun yanıma gəlmiş və onlar tez həmin yeri tərk edib yaşadıqları evə getmişlər. Zamiq yolda bildirmişdir ki, mağazadan müxtəlif növ siqaretlər, konturlar və kassa aparatından qəpik və 50 manat kağız pul götürmüşdür. Həmin siqaretləri həyətdə olan əşyaların alt hissəsində gizlətmişlər. Ertəsi gün o, Zamiqlə birlikdə oğurladıqları siqaretləri götürüb taksi ilə yenidən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Hərbi Komissarlığın yaxınlığında yerləşən mağazaya aparmış, mağaza sahibi həmin siqaretlərin ümumi qiymətinin 270 manat oluğunu bildirmiş, lakin Zamiq həmin siqaretlərdən bir qismini özlərinin istifadəsi üçün götürmüşdür. Onlar mağazadan satdıqları siqaretlər üçün cəmi 233 manat pul alıb oradan uzaqlaşmışlar və əldə etdikləri pulları özlərin və ailələrinin ehtiyaclarını qarşılamaq üçün xərcləmişlər. Oğurluq etməkləri bağlı evdə heç kimə bir söz deməmişlər. Daha sonra 27 oktyabr 2020-ci il tarixdə gecə saat 00:30 radələrində o, qardaşı Zamiqlə birlikdə Bakı şəhəri Səbail rayonu “20-ci Sahə” adlanan yerin yaxınlığında yerləşən “Bakı” kafesinin yanından keçərkən kafedə olan televizoru görüb onu oğurlamaq qərarına gəlmişlər, ətrafda heç kim olmadığını görüb Zamiqlə birlikdə kafenin giriş qapısına yaxınlaşmışlar. Zamiq üzərində əvvəlcədən götürdüyü burğacla qapını açmış, onlar kafeyə daxil olmuşlar və orada 01 ədəd divardan asılı vəziyyətdə qalmış, markası və modelini xatırlamadığı plazma televizoru və 01 ədəd peyk antenenini götürmüşlər. Daha sonra televizoru evə aparıb həyətdə olan əşyaların alt hissəsində gizlətmişlər. O, Səbail rayon ərazisində mağazalardan oğurluqları qardaşları Zamiq və Namiklə birlikdə törətmiş, Namik oğurluqların sadəcə birində iştirak etmişdir. Onlar oğurluq nəticəsində əldə etdikləri malları satarkən oğurluq olduğunu bildirməmişlər, həmin malların özlərinə məxsus olduğunu demişlər. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 Məhiyəddin oğlu ilə barışmasının, onun şikayət və tələbi olmamasının, dəymiş ziyanın qismən ödənilməsinin, himayəsində iki azyaşlı övladlarının olmasının, əvvəllər məhkum olunmamasının və əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır, Bakı şəhərində atası, anası, qardaşları, arvadı və iki azyaşlı uşağı ilə birlikdəkirayədə yaşayır, özü heç yerdə işləmir, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin iki aya yaxındır ki, narkotik vasitələrin qəbulunu tərgitmişdir. Qardaşı Zamiq evdə olarkən ona Vüsalla getdiyini və birlikdə gəlməyi təklif etmişdir. 2020-ci ilin oktyabr ayının 19-dan 20-nə keçən gecə saat 02:00 radələrində qardaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə gedərkən Zamiq ona bildirmişdir ki, mağazadan oğurluq etmək üçün gedirlər, ona oğurluq olunan yerdə dayanıb gözləməsini və ətrafa göz-nəzər yetirməsini demişlər. O, qardaşları Zamiq və Vüsal razılaşmış və onlar birlikdə Bakı şəhəri Səbail rayonu A.İsmaylov küçəsi 6-cı mədən ərazisindən keçərkən, küçədə plastik qapısı olan ərzaq mağazasının qarşısında dayanmışlar. Zamiq ona danışdıqları kimi, mağazanın kənarında dayanaraq gözləməsini demiş, ətrafa diqqətlə baxdıqdan sonra və heç kimin olmadığını gördükdən sonra Zamiq Vüsalla birlikdə mağazanın plastik qapısını açıb birlikdə içəri daxil olmuşlar. Bir neçə dəqiqədən sonra Zamiq və Vüsal mağazadan əllərində yeşiklə çıxıb onun yanma getmişlər. O, qardaşları ilə birlikdə evə qayıtmışdır. Zamiq həmin yeşikdən ona 05 qutu siqaret vermiş və digər siqaretləri yaşadıqları evin həyətində olan əşyaların alt hissəsində gizlətmişlər. Ertəsi gün o, yuxudan durduqda görmüşdür ki, Vüsal və Zamiq evdə yoxdurlar. Vüsal və Zamiq bir neçə saatdan sonra evə qayıtmışlar və o, haraya getməklərini soruşduqda, Zamiq siqaretləri satmağa getdiklərini bildirmişdir. O, qardaşları Zamiq və Vüsalla birlikdə yalnız 20 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu A.İsmaylov küçəsi 6-cı mədən ərazisindən yerləşən mağazadan oğlurluq etmiş, digər oğurluqlarda isə iştirakı olmamışdır. Vüsal və Zamiq 20 oktyabr 2020-ci il tarixdə etdikləri oğurluqdan əldə etdiyi pullardan ona heç bir məbləğdə pul verməmişdirlər. Təqsirləndirilən şəxs3 ziyanın ödənilməsi üçün cəhd göstərməsinin, himayəsində iki azyaşlı övladlarının olmasının, əvvəllər məhkum olunmamasının və əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayəti törətməkdə təqsirləri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə məhkəmə və istintaq hərəkəti protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, tələbədir, ailəsinin yeganə gəliri yaşadıqları evin yaxınlığında olan ərzaq mağazalarından gələn gəlirdir, həmin mağaza əvvəllər 24 saat işləsə də, müharibə şəraiti və kommendant saatı ilə əlaqədar olaraq, mağazanı saat 20:30da bağlayıb evə gedir. 13 oktyabr 2020-ci il tarixdə qardaşı X2 döyüşlərinin getdiyi Fizuli rayonunda şəhid olmuş, onlar bu barədə xəbər aldıqda mağazanı həmin tarixdən bağlamışlar və yalnız ehsan üçün mağazadan lazımlı ərzaqları götürmək üçün açmışlar. 24 oktyabr 2020-ci il tarixdə səhər saat 10:00 radələrində mağazaya gedib oradan yas üçün yenidən ərzaq götürmək istədikdə, mağazanın giriş qapısının açıq olduğunu görmüş və tez mağazaya daxil olub görmüşdür ki, mağazanın plastik giriş qapısı sındırılmış və mağazadan dəyəri 99 manat təşkil edən 03 blok boz kompakt “Winston” markalı siqaret, dəyəri 99 manat təşkil edən 03 blok göy kompakt “Winston” markalı siqaret, dəyəri 88 manat təşkil edən 04 blok boz kompakt “Rotmans” markalı siqaret, dəyəri 88 manat təşkil edən 04 blok göy kompakt “Rotmans” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok “Kent-l” markalı siqaret, dəyəri 99 manat təşkil edən 03 blok nazik “Kent-4” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok qalın “Kent-4” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok “Kent-8” markalı siqaret, dəyəri 72 manat təşkil edən 02 blok ağ qalın “Sobraniye” markalı siqaret, dəyəri 108 manat təşkil edən 03 blok nazik ağ “Sobraniye” markalı siqaret, dəyəri 36 manat təşkil edən 01 blok qalın göy “Sobraniye” markalı siqaret, dəyəri 72 manat təşkil edən 02 blok nazik göy “Sobraniye” markalı siqaret, dəyəri 108 manat təşkil edən 03 blok kompakt “Sobraniye” markalı siqaret, dəyəri 154 manat təşkil edən 07 blok “Pal-Mal” markalı siqaret, dəyəri 36 manat təşkil edən 02 blok qalın boz “Pal- Mal” markalı siqaret, dəyəri 180 manat təşkil edən 09 blok “Vant” markalı siqaret, dəyəri 171 manat təşkil edən 09 blok “Maqna” markalı siqaret, dəyəri 66 manat təşkil edən 03 blok qalın “West” markalı siqaret, dəyəri 69 manat təşkil edən 03 blok kompakt “West” markalı siqaret, dəyəri 72 manat təşkil edən 04 blok “More” markalı siqaret, dəyəri 72 manat təşkil edən 04 blok “Prima” markalı siqaret, ümumi dəyəri 250 manat təşkil edən “Sim” kart, “Nar” və “Cin” kart mobil telefon balansı artırma kartları, 10 ədəd ümumi dəyəri 25 manat təşkil edən 250 qramlıq “Xan Çinar” adlı araq və kassa aparatında olan 300 (üç yüz) manat nağd pulun oğurlandığını aşkar etmişdir. Oğurluq zamanı ona ümumilikdə 2.462 (iki min dörd yüz altmıh iki) manat məbləğdə maddi ziyan dəymişdir. Sonra o, bu barədə DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq şübhələndiyi hər hansı bir şəxs olmamış, 24 oktyabr 2020-ci il tarixdə DİN-nin 102 zəng xidmətinə zəng edərək mağazadan ümumilikdə 1.700 manatlıq malların və 300 manat nağd pulun oğlurlanmasmı göstərsə də, qardaşı X10 şəhid olduğu və onun başı yas mərasiminə qarışdığı üçün DİN-nin 102 zəng xidmətinə zəng edərkən dəymiş maddi ziyanı təxmini rəqəmlə demiş, lakin sonradan müəyyən etmişdir ki, mağazadan oğurluq nəticəsində ona cəmi 2.462 manat məbləğdə maddi ziyan dəymişdir. Mağazanın kassa aparatında 50 manat kağız pul və 15 manat qəpik pul deyil, 300 manat məbləğdə pul olmuş, o özü şəxsən mağazada olan kassa aparatına 300 manat nağd pul qoymuşdur. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onları bağışlamadığını, eyni zamanda mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri nəticəsində ona vurulmuş 2462 (iki min dörd yüz altmış iki) maddi zərərin müştərək qaydada cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 04 il olar ki, “Faberlic” şirkətinin direktoru işləyir. 2017- ci ildən etibarən Bakı şəhəri Səbail rayonu 20-ci X13 küçəsində “Dünya” marketin yanında yerləşən “Faberlic” şirkətinə aid ofis-mağazanı icarə əsasında işlədir və mağazada əsasən göstərilən Şirkətə aid məhsulların satışı ilə məşğul olur, həmin mağazadan əvvəllər heç bir oğurluq və ya digər cinayət hadisəsi baş verməmişdir. O, 16 oktyabr 2020-ci il tarixdə axşam saat 19 radələrində işlətdiyi mağazanı qıfılla bağlayıb evə getmiş, bu, həftənin cümə gününə təsadüf etmişdir. Həmin həftənin şənbə və bazar günləri, yəni 17 və 18 oktyabr 2020-ci il tarixdə o, Bakı şəhərində olmamışdır. 19 oktyabr 2020-ci il tarixdə saat təxminən 11-12 radələrində evdən işə gedərkən müəyyən etmişdir ki, ofıs-mağazanın əsas işlək yox, yanında olan digər qapısının üzərində olan qıfılı sındırılmış və mağazanın içərisindən oğurluq olmuşdur. Hadisə vaxtı mağazadan 01 ədəd “Kenwood” markalı, 80 manat dəyərində kokteyl qarışdıran aparat, 01 ədəd “Faberlic” markalı, 45 manat dəyərində kişi üçün təraş aparatı, 01 ədəd markasını xatırlamadığım 15 manat dəyərində qadın üçün saç feni, 01 ədəd 35 manat dəyərində qırmızı rəngli qadın üçün idman dəsti, 01 ədəd 21 manat dəyərində “Faberlic” markalı qadın üçün kalqotka, 01 ədəd “Faberlic” markalı 19 manat dəyərində çətir, 01 ədəd “Faberlic” markalı 18 manat dəyərində qadın üçün yaşıl rəngli qış papağı; 01 ədəd 19 manat dəyərində qadın əl çantası, 01 ədəd “Faberlic” markalı 5 manat dəyərində qadın üçün kalqotka, 01 ədəd “Faberlic” markalı 38 manat dəyərində, 02 ədəd 24 manat dəyərində, 01 ədəd 29 manat dəyərində, 01 ədəd 45 manat dəyərində, 02 ədəd 12 manat dəyərində, 02 ədəd 15 manat dəyərində, 01 ədəd 25 manat dəyərində, ümumi dəyəri 239 manat dəyərində qadın və kişi üçün ətirlər; hər birinin qiyməti 01 manat olan 50 ədəd ətir-sınaq nümunələri, hər birinin qiyməti 5,50 manat olan 30 ədəd saç boyası, hər birinin qiyməti 06 manat olan 08 ədəd iri, hər birinin qiyməti 03 manat olan 10 ədəd kiçik ölçülü şampunlar, 01 dəst 38 manat dəyərində üz kremi, hər birinin qiyməti 12 manat olan 02 ədəd günəş piqmentasiyasına qarşı üz kremi, hərbirinin qiyməti 4,50 manat olan 05 ədəd ayaq kremi, hər birinin qiyməti 2,50 manat 06 ədəd əl kremi, hər birinin qiyməti 04 manat olan 04 ədəd duş geli, hər birinin qiyməti 03 manat olan 06 ədəd diş məcunu, hər birinin qiyməti 06 manat 07 ədəd məişət yuyucu vasitələri oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 816 (səkkiz yüz on altı) manat məbləğdə maddi ziyan dəymişdir. Baş vermiş oğurluq ilə əlaqədar şübhələndiyi heç kim olmamışdır. O, DİN-in 102 zəng xidmətinə zəng edərkən, mağazadan təxmini rəqəmlə ümumilikdə 741 manatlıq malların oğlurlanmasını göstərmiş, lakin sonra müəyyən etmişdir ki, mağazadan yuxarıda sadaladığı əşyaların oğlurlanması nəticəsində ona ümumilikdə 816 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu, ona vurulmuş ziyanın tam ödənilməsini və ağır cəza verilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 05 ilə yaxındır, yaşadığı evin yaxınlığında 10 kv.m sahəsi olan obyekti vardır, həmin obyekt ərzaq mağazası kimi fəaliyyət göstərir, işləri ilə əlaqədar olaraq həmin mağazanı atası işlədir, lakin mağazanın ərzaq mallarını o, öz şəxsi vəsaiti hesabına topdan və pərakəndə satış yerlərindən alıb mağazada satılması üçün gətirir. O, 19 oktyabr 2020- ci il tarixdə işləri ilə əlaqədar olaraq Gəncə şəhərinə getmiş, həmin gün atası axşam saat 20:30- da mağazanı bağlayıb evə getmişdir. 20 oktyabr 2020-ci il tarixdə atası ona zəng edərək mağazanın giriş qapısının açıq olduğunu və mağazadan oğlurluq olmasını, mağazadan siqaretlərin, yağların, dondurulmuş toyuqların, çayların, pivələrin, 80 manata yaxın qəpik pulların və araqların oğurlandığını bildirmişdir. O, özü Bakı şəhərinə gəldikdən sonra müəyyən etmişdir ki, mağazadan dəyəri 76 manat təşkil edən 04 blok “Want” markalı siqaret, dəyəri 66 manat təşkil edən 02 blok kompakt “Winston” markalı siqaret, dəyəri 136 manat təşkil edən 04 blok “Kent 8” markalı siqaret, dəyəri 22 manat təşkil edən 01 blok kompakt “Classic” markalı siqaret, dəyəri 44 manat təşkil edən 02 blok “Rotmans” markalı siqaret, dəyəri 57 manat təşkil edən 03 blok nazik “Viceroy” markalı siqaret, dəyəri 68 manat təşkil edən 02 blok nazik “Winston” markalı siqaret, dəyəri 20 manat təşkil edən 01 blok “Magna” markalı siqaret, dəyəri 78 manat təşkil edən 03 blok nazik “LD” markalı siqaret, dəyəri 72 manat təşkil edən 02 blok “Sobranie” markalı siqaret, dəyəri 88 manat təşkil edən 04 blok nazik “Pal-Mal” markalı siqaret, dəyəri 19 manat təşkil edən 01 blok “Prima” markalı siqaret, dəyəri 19 manat təşkil edən 01 blok qalın “Pal-Mal” markalı siqaret, dəyəri 36 manat təşkil edən 02 blok qalın “More” markalı siqaret, ümumi dəyəri 16 manat təşkil edən 10 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi, ümumi dəyəri 40 manat təşkil edən 10 ədəd 0,5 litrlik “Zolotoy” və “Xan” araqları, ümumi dəyəri 10 manat təşkil edən 05 ədəd 0,5 litrlik “Yaquar”, ümumi dəyəri 10 manat təşkil edən 05 ədəd 0,5 litrlik “Go”, ümumi dəyəri 24 manat təşkil edən 03 ədəd 2 litrlik “Final” duru yağları, ümumi dəyəri 60 manat təşkil edən 15 ədəd 200 qramlıq “Ancor” və “Möcüzə” kərə yağları, ümumi dəyəri 20 manat təşkil edən 05 ədəd “Siyəzən” dondurulmuş toyuğu, ümumi dəyəri 04 manat təşkil edən 10 ədəd “Beliçka” günəbaxan tumu və 80 (səksən) manat məbləğdə qəpik pul oğlurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1.065 (bir min altmış beş) manat məbləğdə maddi ziyan dəymişdir. Baş vermiş oğurluq cinayəti ilə əlaqəxar şübhələndiyi heç bir şəxs olmamış, o, izahatında 2500 manat maddi ziyan dəyməsini təxmini rəqəmlə demiş, lakin sonradan müəyyən etmişdir ki, mağazadan yuxarıda sadaladığı siqaretlərin, ərzaq məhsullarının və 80 manatlıq qəpik pulların oğlurlanmasını nəticəsində ona ümumilikdə 1.065 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu, ona vurulmuş ziyanın tam ödənilməsini və ağır cəza verilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Məhiyəddin oğlu ifadəsində göstərmişdir ki, o, 24 gün əvvəl Bakı şəhəri Səbail rayonu Salyan yolu 17 ünvanda yerləşən “Bakı” kafesini icarə əsasında işlətmiş, təxminən 15 gün əvvəl 01 ədəd 200 (iki yüz) manat dəyərində 82 dioqanallı “LG” markalı televizoru və 01 ədəd 15 (on beş) manat dəyərində televizova aid peyk antenni alaraq kafeyə gələn müştərilər üçün quraşdırmışdır. O, 26 oktyabr 2020-ci il tarixdə axşam saatlarında kafenin qapısını bağlayıb evə getmiş və 27 oktyabr 2020-ci il tarixdə səhər saatlarında “Bakı” kafesinin qapısını açarla açaraq, içəriyə daxil olmuşdur. Bu zaman qapıda heç bir zor tətbiq olunma hallarına rastlaşmamış, həmin vaxtı kafeyə daxil olandan sonra içəriyə keçib quraşdırılmış televizorun antenasını cərəyana qoşmaq istəsə də, naqillərin yerində olmadığını müəyyən etmiş və yuxarıya baxarkən televizorun yerində olmadığım və oğurlandığını aşkar etmişdir. Ona görə, o, oğurlaq barədə Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməkdaşlarına məlumat vermiş, orada ərizə və izahat yazmış və bir neçə gün sonra məlum olmuşdur ki, televizorunu oğurlamış şəxslər polis əməkdaşları tərəfindən tutulmuşdurlar. Oğurluq nəticəsində ona cəmi 215 (iki yüz on beş) manat məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 Məhiyəddin oğluna təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, onlarla barışdığın bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qardaşlarını əvvəllər tanımamış və həmin şəxslərlə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində yerləşən “Elmar” adlı dükanın sahibi odur, dükanı oğlu ilə birlikdə işlədir, lakin adətən dükanda satıcı qismində də özü oturur. 2020-ci ilin oktyabr ayında yeni verilən sərəncama görə siqaret satışı üçün Asan Xidmətdən icazə almalı və bank hesabı açdırdıqdan sonra karta pul köçürülmə əməliyyatı aparmalı, bundan sonra siqaret alıb satışı ilə məşğul olmalı olduqlarından, həmin ərəfələrlə siqaretin topdan satışı bir qədər səngimiş, ona görə də, dükanında da siqaret qıtlığı yaranmışdır. 2020-ci ilin oktyabr ayının axırlarında, qeyd etdiyi ünvanda yerləşən dükanında olduğu zaman əvvəllər tanımadığı və sonradan adı “Zamiq” və “Namik” olduğunu bildiyi şəxslər dükanda ona yaxınlaşaraq bildirmişlər ki, satılıq siqaret blokları vardır, çünki onlar artıq yeni sərəncam əsasında kartla siqaret almış və hər blokun üstündə 02 manat əlavə etməklə pərakəndə dükanlara satışını təşkil etmişlər. Həmin şəxslər ona da siqaret təklif etdikləri üçün o, cəmi 35 (otuz beş) manat pul ödəyib hazırda xatırlamadığı sayda bir neçə blok müxtəlif markalı siqaret blokları almış və dükanında satışını həyata keçirtmişdir. Bir neçə gün sonra həmin şəxslər, yəni Zamiq və Namik adlı qardaşlar yenidən onun dükanına getmişlər və yenə siqaret blokları gətirib ona satmaq istədiklərini bildirmişlər. Bu dəfə həmin şəxslər ona ümumilikdə 156 (yüz əlli altı) manat dəyərində müxtəlif növ siqaretlər aparmışlar, o, göstərilən məbləğdə pulu ödədikdən sonra həmin siqaretləri alıb dükanında satışını təşkil etmişdir. Son dəfə isə, bundan bir neçə gün sonra Zamiq və Namik qardaşları yenidən onun işlətdiyi dükana getmişlər və onu tanıdıqlarından ümumilikdə 233 (iki yüz otuz üç) manat dəyərində siqaret satmışlar. O, həmin şəxslərdən siqaretləri haradan belə asanlıqla əldə etdiklərini soruşmuş və həmin oğlanlardan biri ona siqaret fabrikində işlədiyini, siqaretin maaş əvəzinə verildiyini və hər blok üçün 02 manat artıq olmaqla, pərakəndə satmaq istədiklərini bildirmişdir. Ona görə də, o, həmin şəxslərdən şübhələnib siqaretlərin oğurluq və ya başqa qeyri-qanuni yolla əldə edib-etmədiklərini soruşduqda, onlar namaz qılan şəxslər olduqları üçün heç bir vaxt belə bir qanunsuz hərəkətlərə yol vermədiklərini və siqaretlərin özlərinə məxsus olduqlarını bildirmişlər. Bundan 1-2 gün sonra adlarını qeyd etdiyi şəxslər polis əməkdaşları ilə birlikdə onun işlətdiyi dükana getmişlər, siqaretlərin oğurluq olduqlarını, satdıqlarını bildirmişlər, orada hesabat aparılmışdır. Ona məlum olmuşdur ki, həmin şəxslər ona cəmi 424 manat dəyərində müxtəlif markalı siqaretlər satmışlar, həmin siqaretləri aldığı gündən bir neçə gün ərzində satıb qurtarmışdır. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 aldığı siqaretlərin cinayət yolu ilə əldə edilməsi barədə heç bir məlumatı olmamış, həmin şəxslərin sözləri arasında ziddiyyət hiss etdiyi vaxt siqaretlərin oğurluq və ya başqa qeyri-qanuni yolla əldə edib-etmədiklərini soruşmuş və ona namaz qılan şəxslər olduqlarını, heç vaxt qanunsuz hərəkətlərə yol vermədiklərini və siqaretlərin özlərinə məxsus olduqlarını bildirmişlər, ona görə, o, həmin şəxslərə inandığı üçün həqiqətən siqaretlərin onlara məxsus olduqlarını və qanuni yollarla əldə etdiklərini düşünmüş, bu səbəbdən də, bu barədə hüquq mühafizə orqanlarına heç bir məlumat verməmişdir. O, siqaretlərin oğurluq yolu ilə əldə edilməsindən məlumatlı olsaydı, həmin şəxsləri elə ilk gün dükandan qovardı və heç vaxt siqaretlərini almazdı. Təxirəsalınmaz baxış, axtarış və götürmə aparılması barədə və şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 30 oktyabr 2020-ci il tarixli protokollardan görünür ki, iş üzrə istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kirayə yaşadıqları Bakı şəhəri Səbail rayonu 20-ci Sahə A.İsmayılov küçəsi 2-ci mədən ö/t evdə təxirəsalınmaz axtarış, baxış və götürmə tədbiri keçirilmiş və bu zaman həmin evin həyətyanı sahədə yığılmış köhnə əşyaların altından bir ədəd “LG” markalı “26LK330-TB” modelli qara rəngli televizor, bir ədəd “Pace” markalı “SAR- 104” modelli peyk aparatı, həmçinin bir ədəd polietilen torbada 01 ədəd “Faberlic” markalı “Legend” adlı, 01 ədəd “Faberlic” markalı “Gentleman” adlı ətirlər, 01 ədəd “Faberlic” markalı “Botanica” adlı saç şampunu, 01 ədəd “Faberlic” markalı “Botanica” adlı saç balzamı, 01 ədəd “Faberlic” markalı “Trimmer” markalı kişi üçün təraş dəsti, 01 ədəd “Faberlic” markalı “Leçebnıe travı” adlı diş məcunu, 01 ədəd “Faberlic” markalı “Expert” adlı günəş piqmentasiya əleyhinə krem, 01 ədəd “Faberlic” markalı “Foot Cream” adlı ayaq kremi, 01 ədəd “Faberlic” markalı “Pro Ruki” adlı əl kremi, 01 ədəd “Faberlic” markalı “Ximiçeskiy pilinq” adlı əl üçün gel, 01 ədəd “Faberlic” markalı “Expert Color” markalı saç boyası, 01 ədəd “Kiss Beauty” markalı günəş piqmentasiyası əleyhinə krem, o cümlədən “Bakcell” mobil operatora aid 02 ədəd 1 AZN-lik, 02 ədəd 2 AZN-lik, 03 ədəd 3 AZN-lik və 02 ədəd 5 AZN-lik danışıq balans kartları; “Azerfon” mobil operatora aid 06 ədəd 2 AZN-lik və 01 ədəd 5 AZN-lik danışıq balans kartları; “Azercell” mobil operatora aid 09 ədəd 2 AZN-lik, 04 ədəd 3 AZN-lik və 04 ədəd 5 AZN-lik danışıq balans kartları aşkar olunub qablaşdırılaraq götürülmüşdür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında 02 noyabr 2020-ci il tarixli protokoldan və qəbzdən görünür ki, bir ədəd televizor və bir ədəd peyk antenn aparatı tanınması üçün Zərərçəkmiş şəxs4 Məhiyəddin oğluna təqdim olmuş və o, özünə məxsus “LG” markalı plazma televizorla həmin televizora aid bir ədəd peyk antenn aparatını tanıyaraq, “Bakı” kafesindən oğurlanmış televizor və antena olduqlarını bildirmişdir. Qeyd edilən bir ədəd “LG” markalı plazma televizorla həmin televizora aid bir ədəd peyk anten aparatı qəbzlə sahibi Zərərçəkmiş şəxs4 Məhiyəddin oğluna təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 18 yanvar 2021-ci il tarixli qərardan görünür ki, zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs4 Məhiyyəddin oğluna məxsus bir ədəd “LG” markalı “26LK330-TB” modelli qara rəngli televizor və bir ədəd “Pace” markalı “SAR-104” modelli peyk aparatı iş üzrə maddi sübut kimi tanınmış və qəbzlə sahibi Zərərçəkmiş şəxs4 geri qaytarılması nəzərə alınmışdır. Zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Faberlic” markalı “Legend” adlı, 01 ədəd “Faberlic” markalı “Gentleman” adlı ətirlər, 01 ədəd “Faberlic” markalı “Botanica” adlı saç şampunu, 01 ədəd “Faberlic” markalı “Botanica” adlı saç balzamı, 01 ədəd “Faberlic” markalı “Trimmer” markalı kişi üçün təraş dəsti, 01 ədəd “Faberlic” markalı “Leçebnıe travı” adlı diş məcunu, 01 ədəd “Faberlic” markalı “Expert” adlı günəş piqmentasiyası əleyhinə krem, 01 ədəd “Faberlic” markalı “Foot Cream” adlı ayaq kremi, 01 ədəd “Faberlic” markalı “Pro Ruki” adlı əl kremi, 01 ədəd “Faberlic” markalı “Ximiçeskiy pilinq” adlı əl üçün gel, 01 ədəd “Faberlic” markalı “Expert Color” markalı saç boyası, 01 ədəd “Kiss Beauty” markalı günəş piqmentasiyası əleyhinə krem iş üzrə maddi sübut kimi tanınmış və qəbzlə sahibi Zərərçəkmiş şəxs1 geri qaytarılmışdır. Zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus, “Bakcell” mobil operatora aid 02 ədəd 1 AZN-lik, 02 ədəd 2 AZN-lik, 03 ədəd 3 AZN-lik və 02 ədəd 5 AZN-lik danışıq balans kartları; “Azerfon” mobil operatora aid 06 ədəd 2 AZN-lik və 01 ədəd 5 AZN-lik danışıq balans kartları; “Azercell” mobil operatora aid 09 ədəd 2 AZN-lik, 04 ədəd 3 AZNlik və 04 ədəd 5 AZN-lik danışıq balans kartları iş üzrə maddi sübut kimi tanınmış və qəbzlə sahibi Zərərçəkmiş şəxs3 geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən göründüyü kimi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkum edilməmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində iki az yaşlı – 13 may 2014-cü il təvəllüdlü X6 və 06 sentyabr 2011-ci il təvəllüdlü X7 adlı uşağları var. Tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 30 oktyabr 2020-ci il tarixdən, 31 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdurlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Onların hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə və məhkəməyədək istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 öz müdafiələri üçün heç bir dəlil gətirməmişlər. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə düzgün tövsif edilmiş və onlar törətdikləri cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakının gizli olaraq təkrarən talamasını, zərərçəkmiş şəxlərin şikayətçi olmasını, dəymiş ziyanın zərərçəkmiş şəxslərə ödənilməməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə eyni zamanda, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 Məhiyəddin oğlunun şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli Səbail RPİ-in CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan vaxtdan, yəni 19 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 30 oktyabr 2020-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakının gizli talamasını, zərərçəkmiş şəxlərin şikayətçi olmasını, dəymiş ziyanın zərərçəkmiş şəxslərə ödənilməməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə eyni zamanda, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 Məhiyəddin oğlunun şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Şübhəli şəxsin tutuması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 30 oktyabr 2020-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, dərhal azadlığa buraxılmışdır. Bu səbəbdən hazırki hökmlə ona cəza təyin edərkən, X4 01 gün tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini nəzərə alaraq, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbirinin dəyişdirilməklə həbs qətimkan tədbirinin seçilməsini, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmasını və cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 31 avqust 2021-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağın olmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməyə cəhd göstərməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, hazırki cinayət işi üzrə bir epizod üzrə təqsirli bilinməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəza təyin edərkən həbsdə saxlanılmanın bir gününə azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesablanmaqla Təqsirləndirilən şəxs3 30 oktyabr 2020-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bu səbəbdən Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə, aşağıdakılara görə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı maddi zərərin ödənilməsinə dair verilmiş mülki iddiası əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs3 dəymiş 2462 (iki min dörd yüz altmış iki) manat məbləğində maddi ziyan tələb edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 2462 (iki min dörd yüz altmış iki) manat məbləğində maddi ziyanın vurulması ilə əlaqədar ittiham elan olunmuşdur. Göründüyü kimi Zərərçəkmiş şəxs3 vurulmuş və ödənilməmiş maddi ziyanın məbləği 2462 (iki min dörd yüz altmış iki) manat təşkil edir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməmiş ziyan məbləğinin 2462 (iki min dörd yüz altmış iki) manat hissəsinin ondan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, 01 ədəd “LG” markalı “26LK330-TB” modelli qara rəngli televizor və bir ədəd “Pace” markalı “SAR-104” modelli peyk aparatının Zərərçəkmiş şəxs4 Məhiyyəddin oğluna geri qaytarılması, 01 ədəd “Faberlic” markalı “Legend” adlı, 01 ədəd “Faberlic” markalı “Gentleman” adlı ətirlər, 01 ədəd “Faberlic” markalı “Botanica” adlı saç şampunu, 01 ədəd “Faberlic” markalı “Botanica” adlı saç balzamı, 01 ədəd “Faberlic” markalı “Trimmer” markalı kişi üçün təraş dəsti, 01 ədəd “Faberlic” markalı “Leçebnıe travı” adlı diş məcunu, 01 ədəd “Faberlic” markalı “Expert” adlı günəş piqmentasiyası əleyhinə krem, 01 ədəd “Faberlic” markalı “Foot Cream” adlı ayaq kremi, 01 ədəd “Faberlic” markalı “Pro Ruki” adlı əl kremi, 01 ədəd “Faberlic” markalı “Ximiçeskiy pilinq” adlı əl üçün gel, 01 ədəd “Faberlic” markalı “Expert Color” markalı saç boyası, 01 ədəd “Kiss Beauty” markalı günəş piqmentasiyası əleyhinə kremin Zərərçəkmiş şəxs1 qızma geri qaytarılması, “Bakcell” mobil operatora aid 02 ədəd 1 AZN-lik, 02 ədəd 2 AZN-lik, 03 ədəd 3 AZN-lik və 02 ədəd 5 AZN-lik danışıq balans kartları, “Azerfon” mobil operatora aid 06 ədəd 2 AZN-lik və 01 ədəd 5 AZN-lik danışıq balans kartları, “Azercell” mobil operatora aid 09 ədəd 2 AZN-lik, 04 ədəd 3 AZN-lik və 04 ədəd 5 AZN-lik danışıq balans kartlarının Zərərçəkmiş şəxs3 geri qaytarılması nəzərə alınmalı, məhkəmə ekspertizası tədqiqatının 50,00 (əlli) manat dəyərinin 20 (iyirmi) manatı Təqsirləndirilən şəxs1, 20 (iyirmi) manatı Təqsirləndirilən şəxs2 və 10 (on) manatı Təqsirləndirilən şəxs3 tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməsi məqsədəmüvafiqdir. İş üzrə üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 30 oktyabr 2020-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 axtarışda olan şəxs qismində tutulduğu vaxtdan, yəni 19 iyun 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 30 oktyabr 2020-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 31 avqust 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 30 oktyabr 2020-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixədək, yəni 01 (gün) şübhəli şəxs qismində saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) günü azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri Səbail rayonu 20-ci sahə A.İsmayılov küçəsi 2-ci mədən ö/t tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2.462 (iki min dörd yüz altmış iki) manat maddi ziyan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. İş üzrə maddi sübutlar - 01 ədəd “LG” markalı “26LK330-TB” modelli qara rəngli televizor və bir ədəd “Pace” markalı “SAR-104” modelli peyk aparatının Zərərçəkmiş şəxs4 Məhiyyəddin oğluna geri qaytarılması, 01 ədəd “Faberlic” markalı “Legend” adlı, 01 ədəd “Faberlic” markalı “Gentleman” adlı ətirlər, 01 ədəd “Faberlic” markalı “Botanica” adlı saç şampunu, 01 ədəd “Faberlic” markalı “Botanica” adlı saç balzamı, 01 ədəd “Faberlic” markalı “Trimmer” markalı kişi üçün təraş dəsti, 01 ədəd “Faberlic” markalı “Leçebnıe travı” adlı diş məcunu, 01 ədəd “Faberlic” markalı “Expert” adlı günəş piqmentasiyası əleyhinə krem, 01 ədəd “Faberlic” markalı “Foot Cream” adlı ayaq kremi, 01 ədəd “Faberlic” markalı “Pro Ruki” adlı əl kremi, 01 ədəd “Faberlic” markalı “Ximiçeskiy pilinq” adlı əl üçün gel, 01 ədəd “Faberlic” markalı “Expert Color” markalı saç boyası, 01 ədəd “Kiss Beauty” markalı günəş piqmentasiyası əleyhinə kremin Zərərçəkmiş şəxs1 qızma geri qaytarılması, “Bakcell” mobil operatora aid 02 ədəd 1 AZN-lik, 02 ədəd 2 AZN-lik, 03 ədəd 3 AZN-lik və 02 ədəd 5 AZN-lik danışıq balans kartları, “Azerfon” mobil operatora aid 06 ədəd 2 AZN-lik və 01 ədəd 5 AZN-lik danışıq balans kartları, “Azercell” mobil operatora aid 09 ədəd 2 AZN-lik, 04 ədəd 3 AZN-lik və 04 ədəd 5 AZN-lik danışıq balans kartlarının Zərərçəkmiş şəxs3 geri qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 50,00 (əlli) manat dəyərinin 20 (iyirmi) manatı Təqsirləndirilən şəxs1, 20 (iyirmi) manatı Təqsirləndirilən şəxs2 və 10 (on) manatı Təqsirləndirilən şəxs3 tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri X5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 450 (dörd yüz əlli) manat pul vəsaiti, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 450 (dörd yüz əlli) manat pul vəsaiti, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 450 (dörd yüz əlli) manat pul vəsaiti dövlət büdcəsindən tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar