Məhkəmə qərarları › İş №1(009)-99/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-99/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-99/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı,azər-baycanlı, subay, orta təhsilli, işləməyən,əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu E.Əzizov küçəsi, ev dalan 2, ev 3, mənzil 11-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azər- baycanlı,subay, ali təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 15-da qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhərində 06 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 oktyabr 2021-ci il tarixdə, saat 21 radələrində, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanın həyətyanı sahəsinə giriş qapının kilidi açıq olmasından istifadə edib saxlanc yerinə qanunsuz daxil olmaqla, orada qoyulmuş ev sahibi Zərərçəkmiş şəxs3 məxsus 200 manat dəyərində, 1 ədəd 29 ölçülü, sürət qutulu, əl əylədi, “Anmier” markalı velosipedini-özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 oktyabr 2021-ci il tarixdə gecə saat saat 02 radələrində, ünvan 2 ünvanın həyətyanı sahəsinə hasardan aşıb saxlanc yerinə qanunsuz daxil olmaqla,orada qoyulmuş anbar kimi istifadə olunan dəmir vaqonun cəftəsini açaraq,içərisində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus dəyəri 1.180 manat olan bir ədəd az işlənmiş kombi aparanın içərisindəki əlvan metal hissələlərini, hər birinin qiyməti 100 manat olan cəmi 800 manat dəyərində, 8 ədəd işlənmiş bir metr ölçüdə,10 seksiyalı kombinin radiatorlarını, hər birinin qiyməti 125 manat olan cəmi 500 manat dəyərində 4 ədəd "Kamaz" markalı yük avtomobilin işlənmiş radiatorlarını, hər birinin qiyməti 30 manat olan cəmi 120 manat dəyərində 4 ədəd “Kamaz”markalı yük avtomobilinin işlənmiş tormoz kranını, hər birinin qiyməti 40 manat olan cəmi 80 manat dəyərində 2 ədəd “Kamaz” markalı yük avtomobilinin işlənmiş sürət ötürücüsünün silindrini, hər birinin qiyməti 50 manat olan cəmi 100 manat dəyərində 2 ədəd “Kamaz” markalı yük avtomobilinin işlənmiş yağ filtirinin qutusunu, hər birinin qiyməti 25 manat olan cəmi 50 manat dəyərində 2 ədəd “Kamaz”markalı yük avtomobilinin işlənmiş yanacaq filtirinin qutusunu,hər birinin qiyməti 25 manat olan cəmi 100 manat dəyərində 4 ədəd “Kamaz” markalı yük avtomobilinin işlənmiş sürət ötürücüsünün disklərini, dəyəri 50 manat olan bir ədəd “Kamaz”markalı yük avtomobilinin işlənmiş yağ təmizləyicisini (sentrafuqa) və dəyəri 1.100 manat olan “Kamaz” markalı yük avtomobilinin cəmi 16 ədəd təzə porşen,qiliz, şatun remkomplektlərini özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə cəmi 4.080 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində, ünvan 3 ünvanın həyətyanı sahəsinə hasardan aşıb saxlanc yerinə qanunsuz daxil olmaqla,orada altı açıq terrasda olan emalatxanada qoyulmuş ev sahibi Zərərçəkmiş şəxs2 məxsus 25 manat dəyərində, orta ölçülü,bir ədəd işlənmiş “Metabo”markalı drelini,80 manat dəyərində,bir ədəd işlənmiş “Yato YT-82120”markalı, 850W-lıq perforatorunu (üzərində “Yato” yazısı olan,qara rənli qutu ilə birlikdə), 5 manat dəyərində bir ədəd orta ölçülü,qırmızı-qara rəngli açarını və hər birinin qiyməti 50 qəpik olan cəmi 01 manat 50 qəpik dəyərində 3 ədəd orta ölçülü sverlonu-özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə cəmi 111 manat 50 qəpik məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilmiş və həmin ittihamın mahiyyəti üzrə bildirmişdir ki, o, əvvəllər bir neçə dəfə, yəni xuliqanlıq etdiyinə, narkotik vasitələri qanunsuz saxlamasına, sonuncu dəfə oğurluq etdiyinə görə məhkum olunmuş, sonuncu dəfə xx.xx.2019-ci il tarixdə Səbail rayon məhkəməsinin hökmü ilə oğurluq cinayətini törətdiyinə görə 02 İl 03ay müddətinə həbs cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzamın sonu ilə həbsdən azad olunmuşdur. Belə ki, 12 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində, o, tək Səbail rayonu, Salyan yolu küçəsindən piyada keçərkən, orada sahibini tanımadığı həyətyanı sahəsinin dəmirdənki giriş qapısının açıq olmasını və həyətdə qara rəngli velosipedin olmasını görüb, həmin velosipedi gizli oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmiş, həyətə daxil olub ətrafa baxmış heç kəsin olmadığını gördükdə velosipedi götürüb həyətdən çıxmış, həmin velosipedi bir neçə gün sürmüş və sonrada 20-ci sahədə yaşayan Vaqif adlı şəxsə velosipedin özünə məxsus olmasını bildirərək 90 manata satmış,əldə etdiyi pulu isə özü üçün xərcləmişdir. Bundan sonra o, əvvəllər Səbail rayonu, 20-ci sahədə yaşamış, hazırda isə Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2la birlikdə, 2021-ci ilin oktyabr ayının 17-dən 18-nə keçən gecə Badamdar qəsəbəsində olarkən və gecə saat 02 radələrində, Badamdar qəsəbəsinin 2-ci yaşayış massivin ərazisi ilə gəzərkən oğurluq edib, pul əldə etməyə ev axtararkən, orada sahibini tanımadıqları həyətyanı sahənin daş hasarının alçaq olmasını, hasarın kənarı ilə gedən qaz və su borunun üzərinə çıxaraq həyətə keçmək mümkün olmasını görüb, həmin borulardan istifadə edərək hasara qalxdıqda, tikilisi olmayan həyətdə dəmir vaqon görüb,həmin vaqonda hər hansı bir dəyərə satılması mümkün olan tikinti materialları olmasını fikirləşmişdir. O, tanışı Muradla birlikdə hasardan həmin həyətə keçmiş, həyətdəki dəmir vaqonun qapısının cəftəsini açaraq içərisinə daxil olmuş üzərində olan alışqanın fənəri ilə baxdıqda,orada bir ədəd kombi aparatını görmüş,həmin aparatın iç hissəsində olan əlvan metal hissəsini söküb oradan tapdıqları polietilen kisəyə yığmış, həmin vaqonda olan üç ədəd təxminən bir metr ölçüdə olan kombinin seksiyalı radiatorları, müxtəlif sayda kombinin radiatorlarının krantlarını və digər metal detallarını bir ədəd kisəyə yığıb,həyətə daxil olduğu hasardan bayıra çıxaraq.kombinin radiatorlarını açıq şəkildə digər xırda detalları isə kisənin içərisində daşıyıb, gizlin bir yerdə gizlədib səhər açılmasını gözləmişlər. Səhər açıldıqda yol kənarında tanımadı taksi avtomobilə qoyub həmin əşyaları Yasamal rayonu, “Kaktus” adlanan restoranın yaxınlığında yerləşən metalların qəbulu məntəqəsinə gətirib, həmin məntəqədə tək işləyən tanımadığı cavan oğlana onun şəxsiyyət vəsiqəsi ilə təhvil verib, cəmi 160 manat nağd pul almış, həmin puldan 6 manat taksi sürücüsünə yol pulu vermiş, qalan 154 manat pulu o, Muradla aralarında hər birinə 77 manat bölüb,həmin pulu özü üçün yeməyə, siqaretə digər tələblərinə xərcləmişdir. Sonra həmin günü axşamı yəni 2021-ci ilin oktyabr ayının 18dən 19-na keçən gecə, o, tək yenə Badamdar qəsəbəsinin 2-ci yaşayış massivi ilə həyət evlərinin arası ilə gəzərkən, sahibi tanımadığı həyət evinin hasarından həyətə keçmiş, həyətdə evin arxa hissəsində altaçık kimi yerdə,masanın üzərində müxtəlif təsərrüfat alətləri görmüş, o, masa üzərində poliertilen torbada qoyulmuş bir ədəd işlənmiş dreli, bir ədəd plastik dəstərli qutusunda olan işlənmiş perforator aparatını götürüb, həyətə daxil olduğu həyətdən bayıra çıxmış, ara yollarla yaşadığı Bayıl qəsəbəsinin 20-ci sahə ərazisinə gəlmiş, evinin yaxınlığında yerləşən işlək olmayan dar dalanın sonunda taxta lövhənin altında dreli və preforatoru gizlətmişdir ki, sonralar həmin aparatlara müştəri tapıb satar. Sonra evində olduğu zaman polis əməkdaşları gəlib onu Səbail RPİ-nin 41 -ci PB-nə dəvət edib, sorğular apararkən, o, Badamdar qəsəbəsində tanışı Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etdiyini etiraf etmiş, bundan başqa tək oğurladığı drel və perforatorun gizlətdiyim yeri, həmçinin Muradla birlikdə oğurladığız kombi detallarını oğurladığı həyəti və həmin oğurluq əşyaları təhvil verdiyi qəbul məntəqəsinin yerini göstərmişdir. O, Muradla birlikdə və tək etdiyi oğurluq hadisələri barədə heç kəsə deməmiş, Muradla oğurladığı əşyaları məntəqəyə tanımadığı taksi avtomobili ilə apararkən sürücüyə və həmin əşyaları təhvil verdiyi məntəqə işləyən oğlana, həmçinin oğurladığı velosipedi Vaqif adlı atasının tanışına satarkən, həmin əşyaların oğurluq olmasını deməmiş, həmin əşyaların özünün olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 son sözündə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ilə barışmasının, cinayət nəticəsində onlara dəymiş ziyanın ödənilməsinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 şikayətçi olmamalarını, hazırki cinayəti ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasının, himayəsində bir azyaşlı övladının olmasının, təqsirini boynuna almasının, gənc olmasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını xahiş etdi. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində, ünvan 2 ünvanın həyətyanı sahəsinə hasardan aşıb saxlanc yerinə qanunsuz daxil olmaqla,orada qoyulmuş anbar kimi istifadə olunan dəmir vaqonun cəftəsini açaraq,içərisində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus dəyəri 1.180 manat olan bir ədəd az işlənmiş kombi aparanın içərisindəki əlvan metal hissələlərini, hər birinin qiyməti 100 manat olan cəmi 800 manat dəyərində, 8 ədəd işlənmiş bir metr ölçüdə, 10 seksiyalı kombinin radiatorlarını, hər birinin qiyməti 125 manat olan cəmi 500 manat dəyərində 4 ədəd "Kamaz''markalı yük avtomobilin işlənmiş radiatorlarını, hər birinin qiyməti 30 manat olan cəmi 120 manat dəyərində 4 ədəd “Kamaz” markalı yük avtomobilinin işlənmiş tormoz kranını, hər birinin qiyməti 40 manat olan cəmi 80 manat dəyərində 2 ədəd “Kamaz” markalı yük avtomobilinin işlənmiş sürət ötürücüsünün silindrini, hər birinin qiyməti 50 manat olan cəmi 100 manat dəyərində 2 ədəd “Kamaz” markalı yük avtomobilinin işlənmiş yağ filtirinin qutusunu, hər birinin qiyməti 25 manat olan cəmi 50 manat dəyərində 2 ədəd “Kamaz” markalı yük avtomobilinin işlənmiş yanacaq filtirinin qutusunu,hər birinin qiyməti 25 manat olan cəmi 100 manat dəyərində 4 ədəd “Kamaz”markalı yük avtomobilinin işlənmiş sürət ötürücüsünün disklərini,dəyəri 50 manat olan bir ədəd“Kamaz”markalı yük avtomobilinin işlənmiş yağ təmizləyicisini (sentrafuqa) və dəyəri 1.100 manat olan “Kamaz” markalı yük avtomobilinin cəmi 16 ədəd təzə porşen, qiliz, şatun remkomplektlərini - özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə cəmi 4.080 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilmiş və həmin ittihamın mahiyyəti üzrə bildirmişdir ki, o, Səbail rayonu, 20-ci sahədə yaşayan tanışı Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır normal münasibəti olmuşdur. Belə ki, 2021-ci ilin oktyabr ayının 17-dən 18-nə keçən gecə, o, Namiq ilə Badamdar qəsəbəsində görüşüb gecə saat 02 radələrində, Badamdar qəsəbəsinin 2-ci yaşayış massivin ərazisi ilə gəzərkən oğurluq edib, pul əldə etməyə ev axtararkən,orada sahibini tanımadıqları həyətyanı sahənin daş hasarının alçaq olmasını, hasarın kənarı ilə gedən qaz və su borunun üzərinə çıxaraq həyətə keçmək mümkün olmasını görüb, həmin borulardan istifadə edib hasara qalxıb içəriyə baxdıqda,tikilisi olmayan həyətdə dəmir vaqon görmüş, həmin vaqonda hər hansı bir dəyərə satılması mümkün olan tikinti materialları olmasını fikirləşmişlər. O, tanışı Namiq ilə birlikdə hasardan həmin həyətə keçmiş, həyətdə yerləşən dəmir vaqona yaxınlaşıb qapısındakı cəftəsini açaraq içərisinə daxil olmuş, üzərində olan alışqanın fənəri ilə baxdıqda,orada bir ədəd kombi aparatı görmüş, həmin aparatın iç hissəsində olan əlvan metal hissəsini söküb götürərək, həyətdən tapdıqları polietilen kisəyə yığmış, sonra həmin vaqonda olan üç ədəd təxminən bir metr ölçüdə olan kombinin seksiyalı radiatorları və müxtəlif sayda kombinin radiatorların krantları həmin kisəyə yığmış,sonra həyətə daxil olduqları hasardan bayıra çıxıb, kombinin radiatorlarını açıq şəkildə,digər xırda detalları isə kisənin içərisində daşıyıb,gizlin bir yerdə gizlədib səhər açılmasını gözləmişlər. Səhər açıldıqda yol kənarında tanımadığı taksi avtomobilə oğurladıqları kombinin radiatorları və bir ədəd kisədə olan digər metal detalları qoyub, Bakı şəhəri, Yasamal rayonu, “Kaktus” adlanan restoranın yaxınlığında yerləşən metalların qəbulu məntəqəsinə gətirmiş, həmin məntəqədə tək işləyən tanımadığı cavan oğlana Namiqin şəxsiyyət vəsiqəsi ilə təhvil verib 160 manat nağd pul almışlar. Həmin puldan 6 manat taksi sürücüsünə yol pulu kimi vermiş, qalan 154 manat pulu Namiqlə hər birinə 77 manat olmaqla bölmüş və əldə etdikləri pulları yeməyə, siqaretə digər tələblərinə xərcləmişlər. 19 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində, o, evində olduğu zaman polis əməkdaşları gəlib onu Səbail RPİ-nin 41-ci PB-nə dəvət edib, orada sorğular apararkən, o, Badamdar qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1lə birlikdə oğurluq etməsini etiraf etmiş, oğurluq etdiyi həyəti və oğurladıqları kombi detallarını təhvil verdiyi qəbul məntəqədsinin yerini göstərmişdir. O, Namiqlə birlikdə etdiyi oğurluq hadisəsi barədə heç kəsə deməmiş, Namiq ilə birlikdə oğurladığı əşyaları tanımadığı taksi avtomobil ilə apararkən və məntəqəyə təhvil verərkən, taksinin sürücüsünə və məntəqədə işləyən oğlana oğurluq olmasını deməmiş, həmin əşyaların Namiq özünün olmasını bildirib öz şəxsiyyət vəsiqəsi ilə təhvil vermişdir. Təqsirləndirilən şəxs2 son sözündə hazırki cinayəti ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, gənc olmasının və cinayətin açılmasına kömək etməsinin nəzə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilmələri məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ev 44-də yaşayır, yaşadığı ev həyət evi olduğundan həyətdə təsərrüfat işləri görmək üçün evin altında açıq terras hissəsində təsərrüfat işlərini görmək məqsədi ilə emalatxanası var, həmin emalatxanada o, müxtəlif texniki aparat və alətlər saxlayır. 19 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində, o, yaşadığı evdə olduğu zaman, evinə Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları gəlib, onun həyət yanı sahəsindən, altıaçıq eyvanda saxladığı alətlərin oğurlanıb-oğurlanmamasını soruşduqda, o, da həyətdəki evin altı açıq terrasında, emalatxana kimi istifadə etdiyi hissədə qoyduğu dəyəri 50 manat olan bir ədəd işlənmiş drelin və dəyəri 200 manat olan işlənmiş perforatorun yoxa çıxmasını oğurlanmasını aşkar etmişdir. Sonra o, 41-ci PB-nə gedib oğurluq barədə şikayət ərizəsi verərək, oğurluq nəticəsində ona cəmi 250 manat məbləğində maddi ziyan dəyməsini bildirmiş, PB-də ona məlum olmuşdur ki, həyətindən oğurluq edən şəxs tutulub. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında yaşayır. 2021-ci ilin təxminən may ayında o, Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki “Sədərək” TM-də yerləşən mağazadan xx.xx.2008-ci il təvəllüdlü oğlu Elcana 300 manata “Anmier” markalı xaricidə istehsal olunmuş təzə şəkildə velosiped almış, həmin velosipedi Elcan hərdən sürdükdən sonra evinin həyətində saxlamış, həmin həyət təxminən 2 metr hündürlüyündə daş hasarla əhatəyə alınmış, həyətin giriş qapısı isə təxminən bir metr enində dəmir qapıdan olmaqla, qapı həmişə bağlı olmuşdur. 12 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində, oğlu Elcan velosipedini sürüb gətirərək həyətində saxlamış, səhəri günü yəni 13 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində, o, yaşadığı evin həyətindən çıxarkən velosipedi yerində görməmiş, həmin saatlarda Elcan velosiped sürmədiyindən şübhələnib oğluna zəng edib velosiped ilə harasa getməsini soruşmuş, Elcan isə velosipedsiz getməsini və həyətdən çıxarkən velosipedin yerində olubolmamasına fikir verməməsini bildirmişdir. Bu zaman o, həyətin qapı kilidi açıq olduğundan naməlum şəxsin qapıdan həyətə daxil olaraq velosipedi oğurlanmasını başa düşmüş, velosipedi müəyyən vaxt özü axtarmasını fikirləşmiş, tapmadıqda 04 noyabr 2021-ci il tarixdə 8-ci PB-nə gedib şikayət ərizəsi vermiş, oğurlanmış velosipedi azyaşlı oğlu sürsə də, həmin velosipedi o, öz puluna aldığından və öz əmlakı olduğundan o, şikayət ərizəsi yazmışdır. Oğurlanmış velosiped tam saz və təzə vəziyyətdə olmasını, oğurluq nəticəsində ona 300 manat maddi ziyan dəyməsini göstərmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi, ev 10/21 ünvanında yerləşən həyət evində yaşayır, sürücü işlədiyini və “Kamaz”markalı yük avtomobilini idarə etdiyindən, həmin yük avtomobilinə aid müxtəlif işlənmiş və təzə ehtiyat hissələrini,həmçinin evində məişətdə lazım olan su və kombi sistemlərinin materiallarını yaşadığı həyətin qonşuluğunda yerləşən daş hasarla əhatə olan boş həyət yanı sahədə və həmin həyətdə qoyulmuş dəmir vaqonda yığıb saxlayır. 19 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində, o, evində olduğu zaman Səbail RPİ-nin 41 ci PB-nin əməkdaşları gəlib, həyət yanı sahədə olan vaqondan oğurluq olub-olmaması barədə sorğular apararkən, o, həyətinə və həmin həyətdə olan saxlanc yeri kimi istifadə etdiyi vaqona baxdıqda, vaqonun qapısının cəftəsinin qırılmasını, içərisində saxladığı bir ədəd 1180 manat dəyərində az işlənmiş kombi aparanın içərisindəki əlvan metal hissələri sökülüb oğurlanaraq, həmin aparat tam yararsız vəziyyətə salınmasını, hər birinin qiyməti 100 manat olan cəmi 800 manat dəyərində, 8 ədəd işlənmiş bir metr ölçüdə, 10 seksiyalı kombi radiatorları, hər birinin qiyməti 125 manat olan cəmi 500 manat dəyərində 4 ədəd "Kamaz" markalı yük avtomobilin işlənmiş radiyatorları, hər birinin qiyməti 30 manat olan cəmi 120 manat dəyərində 4 ədəd “Kamaz” markalı yük avtomobilinin işlənmiş tormoz kranı, hər birinin qiyməti 40 manat olan cəmi 80manat dəyərində 2 ədəd “Kamaz”markalı yük avtomobilinin işlənmiş sürət ötürücüsünün silindri, hər birinin qiyməti 50 manat olan cəmi 100manat dəyərində 2 ədəd “Kamaz”markalı yük avtomobilinin işlənmiş yağ filtirinin qutusu, hər birinin qiyməti 25 manat olan cəmi 50 manat dəyərində 2 ədəd “Kamaz” markalı yük avtomobilinin işlənmiş yanacaq filtirinin qutusu, hər birinin qiyməti 25 manat olan cəmi 100 manat dəyərində 4 ədəd “Kamaz” markalı yük avtomobilinin işlənmiş sürət ötürücüsünün diskləri, dəyəri 50 manat olan bir ədəd “Kamaz” markalı yük avtomobilinin işlənmiş yağ təmizləyicisi(sentrafuqa) və dəyəri 1100 manat olan 16 ədəd “Kamaz” markalı yük avtomobi¬linin təzə porşen, qiliz, şatun remkomplekti ümumilikdə 4080 manat dəyərində əmlakı oğurlanmışdır. Sonra o, PB-nə gedib oğurluq barədə şikayət ərizəsi vermişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid2 ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Nübar qəsəbəsində kirayədə yaşayır və ünvan 6 ünvanda yerləşən metal tullantılarının qəbulu məntəqəsində fəhləlik edir, yəni vətəndaşlar tərədindən gətirilmiş müxtəlif metal qırıntılarını təhvil alıb kiloqramma uyğun pullarını ödəyir, təhvil aldığı metal qırıntılarım vaxt aşırıb gələn zavodun metal yığan yük avtomobilinə təhvil verir.20 oktyabr 2021-ci il tarixdə 17:30 radələrində,o,işlədiyi məntəqədə olduğu zaman oraya polis əməkdaşları ilə birlikdə bir nəfər sonradan adı Təqsirləndirilən şəxs1 olmasını bildiyi şəxs gəlib,onu və işlədiyi məntə¬qəni göstərərək bir neçə gün əvvəl,tanışı ilə birlikdə metal əşyaları və bir neçə kombinin işlənmiş köhnə radiatorlarını gətirib,öz adına olan şəxsiyyət vəsiqəsi ilə təhvil verdiyini bildirmiş,o,da həmin şəxsi xatırlayaraq,bir neçə gün əvvəl səhər saatlarında məntəqədə olarkən, həmin şəxsin bir nəfər tanışı ilə gəlidiyini və özləri ilə gətirdikləri dəqiq sayını xatırlamadığı, işlənmiş köhnə radiator və metal qırıntılarını Namiqin şəxsiyyət vəsiqəsi ilə özləriə məxsus olmasını deyib təhvil vermələri polis əməkdaşlarına bildirmişdir. Sonra o, Namiqdən təhvil aldığı əşyaları həmin günü axşam üstü məntəqəyə gəlmiş zavodun metal yığam yük avtomobilinə təhvil verməsini, polis əməkdaşları işlədiyi məntəqəyə baxış keçirərək Namiqin təhvil verdiyi əşyalardan aşkar etməməsini, polis əməkdaşlarından Namiqin təhvil verdiyi köhnə işlənmiş kombi radiatorları və digər metal əşyalar oğurluq olmasının ona məlum olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, o, ünvan 7 ünvanında yaşayır, heç bir yerdə işləmir təqaüdçüdür. Təqsirləndirilən şəxs1 o, uşaqlıqdan tanıyır, Namiqin rəhmətlik atası Əli ilə həmyaşıd olaraq bir məktəbdə oxumuş, mehriban münasibətləri olmuşdur. 2021-ci ilin oktyabr ayının ortalarında, o, Namiqin yaşadığı küçəcədə, 161 saylı orta məktəbin ətrafında velosiped sürməsini görmüş, Namiqi əvvəl xatırlamasa da ona tanışlıq verib Əlinin oğlu olmasını bildirmişdir. Bir neçə gün Namiq onun həyətində velosiped sürdükdən sonra, söz arası sürdüyü qara rəngli xaricdə istehsal olunmuş, işlənmiş olsa da tam saz vəziyyətdə olan velosipedi satmasını demiş,onun ürəyində problem olduğundan və həkim ara-sıra velosiped sürməsini məsləhət gördüyündən,onun da təzə velosiped almasına imkanı olmadığından, Namiqin təklifi onu cəlb etmiş, neçəyə satdığını soruşduqda Namiq 100 manata satdığını demiş, o, da təqaüdünü aldığı üçün Namiqə yalnız 90 manat verə biləcəyini demiş, Namiq də onun təklifi ilə razılaşdıqda, o, 16 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evin qarşısında Namiqə təklikdə 90 manat verib velosipedi almış və bir neçə dəfə velosipedi səhər üstü küçələrində sürmüşdür. 2021-ci ilin noyabr ayının əvvəllərində o, evində olduğu zaman polis əməkdaşları gəlib, ondan hərdən sürdüyü velosipedi haradan və kimdən almasına dair sorğular apararkən, o, velosipedi atasını tanıdığı Təqsirləndirilən şəxs1 aldığını bildirdikdən sonra, polis əməkdaşlarından ona məlum olmuş ki, Namiq həmin velosipedi 20-ci sahə ərazisində bir nəfər şəxsin həyətindən oğurlayıb, bir neçə gün sürdükdən sonra ona satıb. Namiq həmin velosipedi ona satarkən oğurluq olmasını demədiyini, velosipedin oğurluq olmasını o, polis əməkdaşlarından öyrəndiyini bildirib, velosipedi polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, o, iş yoldaşı əməliyyat müvəkkili polis leytanantı Şahid4 ilə birlikdə xidməti ərazidə, Səbail rayonu, Badamdar qəsəbəsinin bağlar massivi ərazisində, baş vermiş oğuluq hadisələri ilə əlaqədar olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Səbail rayonu, E.Əzizov küçəsi dalan 2, ev 3, mənzil 11-də yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi barədə əməliyyat məlumatı aldıqdan sonra, 19 oktyabr 2021-ci il tarixdə, sonuncunu yaşadığı ünvanda müəyyən edib Səbail RPİ-nin 41 -ci PB-nə dəvət edib apardığı söhbətlər zamanı, Təqsirləndirilən şəxs1 tək və tanışı Təqsirləndirilən şəxs2la birlikdə Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində oğurluq ci ayətini törətməsini etiraf edərək, oğurluq etdiyi həyətyanı sahələri əyani göstərə biləcəyini bilcıişdir. Sonra Təqsirləndirilən şəxs1 qeyd etdiyi Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, ev 18, mənzil 16-da yaşayan xx.xx.1983 təvəllüdlü əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs2 müəyyən edilərək 41-ci PB-nə dəvət edilmiş, aparılmış söhbətlər zamanı sonuncu da tanışı N.C Əliyevlə sahibini tanımadığı həyətyanı sahədən metal əşyalar oğurlamasını etiraf etmişdir. Sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə oğurluq etdikləri həyətyanı bağ sahələrini göstərdikdə, həmin ünvan Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar üçəsi ev 10/21 ünvan və sahibi Zərərçəkmiş şəxs1 olması müəyyən edilmiş, V.Sadıq həyətyanı sahədə qoyulmuş, içərisində təsərrüfat və məişət əşyaları saxladığı vaqona baxdıqda, oradan oğurluq baş verməsini aşkar edib ərizə ilə 41-ci PB-nə müraciət etmişdir. Sonra N.Qocayevin tək oğurluq etdiyi Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 44 saylı ev və sahibi Zərərçəkmiş şəxs2 olması müəyyən edildikdə, sonuncu da həyətyanı sahəsindəki altıaçıq eyvana baxaraq, oradan işlənmiş bir ədəd drel və bir ədəd perforator dəstinin oğurlanmasını aşkar edib, 41-ci PB-nə gələrək şikayət ərizəsi vermişdir. Sonra toplanmış material Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə 20 oktyabr 2021-ci il tarixdə, Səbail RPİ-nin İŞ-nə təqdim edilmiş. material üzrə oğurluq faklarına görə başlanmış cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılarkən Təqsirləndirilən şəxs1 şikayətçi Zərərçəkmiş şəxs2 evindən oğurladığı və ya aldığı evin yaxınlığındakı dalanda gizlətdiyi bir ədəd direli və bir ədəd perforator dəstini gizlətdiyi yeri göstərərək təqdim etmiş, həmin əşyalarda protokolla onun iştirakı ilə götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri,Səbail RPİ-nin 41-c PBnin əməkdaşı Şahid4 şahid polis əməkdaşı Şahid3 Namiz oğlunun ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, 04 noyabr 2021 ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 3 “V" ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ünvan 11üraciət edərək,13 oktyabr 2021 -ci il tarixdə, saat 14 radələrində, yaşadığı evin həyətində saxladığı bir ədəd “Anmier” markalı velosipedin oğurlanmasını aşkar etməsini bildirmiş, həmin oğurluq fakt üzrə təhqiqatçı tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında onun tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində.xidməti ərazidə Səbail rayonu, Badamdar yolu ev 32 “B”-də yaşayan Şahid1 küçədə şikayətçi E. Əkbərovun ərazisində qeyd etdiyi əlamətlərə uyğun və “Anmier” markalı qara rəngli velosipedi sürməsini müəyyən edib, Şahid1la sürdüyü velosipedi nə vaxt və haradan əldə etməsi barədə söhbətlər aparılarkən, sonuncu velosipedi 2021-ci ilin oktyabr ayının təxminən ortalarında, əvvəllər tanıdığı Səbail rayonun 20-ci sahədə yaşayan Təqsirləndirilən şəxs1 90 nanata almasını bildirmişdir. O, sonuncunun xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, subay, işləməyən, əvvəllər dəfələrlə muəhkum olunmuş, Səbail RPİ-nin İŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılan,Səbail rayonu,E.Əzizov küçəsi,ev ev dalan 2, ev 3, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 olmasını müəyyən edərək, 8-ci PB-nə təhqiqat orqanına təmin edilmiş və Təqsirləndirilən şəxs1 təhqiqata verdiyi izahatında Zərərçəkmiş şəxs3 həyətindən velosiped oğurlayıb Vaqif adlı tanışına satmasını etiraf etmişdir. İş üzrə 20 oktyabr 2021-ci il tarixdə ifadənin yerində yoxlanması protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan oğurluq etməyə razılaşaraq 18 oktyabr 2021-ci il tarixdə, gecə saat 02 radələrində, əvvəlcə ünvan 12 ünvanın həyətinə hasardan aşaraq keçməsini, həmin həyətdə saxlanılan dəmir vaqon içərisindən kombi aparatının qiymətli metal hissələrini, kombi radiatorlarını və metaldan ehtiyat hissələrini, sonra isə 19 oktyabr 2021-ci il tarixdə, gecə saat 02 radələrində, o, tək ünvan 13 ünvanın həyətinə hasardan aşaraq, həyətdəki evin açıq terrasında qoyulmuş bir ədəd dreli, bir ədəd perfirator dəstini oğurladığı və giziətdiyi yerləri əyani olaraq göstərməklə təqdim etmişdir. İş üzrə 20 oktyabr 2021-ci il tarixdə ifadənin yerində yoxlanması protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan oğurluq etməyə razılaşaraq, 18 oktyabr 2021-ci il tarixdə, gecə saat 02 radələrində, ünvan 14 ünvanın həyətinə hasardan aşaraq keçməsini, həmin həyətdə saxlanılan dəmir vaqon içərisindən kombi aparatının qiymətli metal hissələrini, kombi radiatorlarını və metaldanki ehtiyat hissələrini oğurladıqları yeri olaraq əyani göstərmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 17 noyabr 2021 -ci il tarixli 9/7653 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 111,50 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertizanın həmin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 02 mart 2022-ci il tarixli 9/807 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 29 ölçülü, sürət qutulu. əl əyləcli, “Anmier” markalı velosipedin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilir. Ekspertizanın həmin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. İş üzrə 04 noyabr 2021 -ci il tarixli qərar və protokolla Şahid1 götürülmüş, bir ədəd 29 ölçülü, sürət qutulu, əl əyləcli, “Anmier” markalı velosiped iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 15 dekabr 2013-cü il təvəllüdlü X3 adlı uşağı var. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 20 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 oktyabr 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 20 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 oktyabr 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin 4(004)-352/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin 4(004)-355/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxslərin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. DİN-nin BAŞ ƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə təqsirləndirilərək 700 manat cərimə cəzasına məhkum edilmişdir. 06 fevral 2015-ci il tarxində cərimə məbləği dövlət nəfinə tam ödənildiyi üçün şöbənin qeydiyyatından çıxarılmşdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 cinayətlərin residivi müəyyən olunmur. Məhkəmə, Təqsirləndirilən şəxs2 hazırki cinayəti ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, gənc olmasını və cinayətin açılmasına kömək etməsini, həmçinin Zərərçəkmiş şəxs1 dəfələrlə məcburi gətilməsinə dair qərar qəbul olunmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etmədiyini, mövqeyini bildirmədiyini və bu səbəbdən şikayətçi olmamasını etimal etmək üçün əsaslar olduğunu nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməsini və Yasamal Rayon Məhkəməsinin 4(004)-352/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 20 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İş materiallarında olan məhkumluq haqqında arayışdan görünür ki, Səbail Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 68.1.1-1, 66.5, 69.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 14 avqust 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 isə hazırki cinayət hadisəsini 18 oktyabr 2021-ci il tarixində, yəni cəzanı çəkib qurtardığı gündən iki il keçmədən törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması, həmin məhkumluq ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini iş üzrə ağırlaşdırıcı hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla belə məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 barışmasını, cinayət nəticəsində onlara dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 şikayətçi olmamalarını, hazırki cinayətin ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, təqsirini boynuna almasını, gənc olmasını və cinayətin açılmasına kömək etməsini, həmçinin Zərərçəkmiş şəxs1 dəfələrlə məcburi gətilməsinə dair qərar qəbul olunmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etmədiyini, mövqeyini bildirmədiyini və bu səbəbdən şikayətçi olmamasını etimal etmək üçün əsaslar olmasını cəzasənı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsini, barəsində “həbs” qətimkan tədbirinin seçilməsini və Yasamal Rayon Məhkəməsinin 4(004)-355/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınmasını və cəzaçəkməsinin əvvəlinin hökmün elan olunduğu, 06 oktyabr 2022-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 20 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından 01 (bir) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxslərdən tutulmasını, iş üzrə maddi sübutlar bir ədəd işlənmiş drel və bir işlənmiş perforator dəstinin Zərərçəkmiş şəxs2 təhvil verilməsinin, iş üzrə maddi sübut bir ədəd 29 ölçülü, Anmier markalı velosiped Zərərçəkmiş şəxs3 təhvil verilməsinin nəzərə alınmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 20 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək, şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından 01 (bir) gün çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yasamal Rayon Məhkəməsinin 4(004)-355/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 20 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, ünvan 15 ünvanında yaşayış yerini hər gün saat 2300dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və Yasamal Rayon Məhkəməsinin 4(004)-352/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar bir ədəd işlənmiş drel və bir işlənmiş perforator dəsti Zərərçəkmiş şəxs2 təhvil verildiyi, iş üzrə maddi sübut bir ədəd 29 ölçülü, Anmier markalı velosiped Zərərçəkmiş şəxs3 təhvil verildiyi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 50 (əlli) manat, Təqsirləndirilən şəxs2 50 (əlli) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “Kapital Bank” 3 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 108 (yüz səkkiz) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar