Məhkəmə qərarları › İş №1(009)-99/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-99/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-99/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 inzibati binada qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən “Sahil bağı”-nda Zərərçəkmiş şəxs ona yaranmış etibarından sui-istifadə edib sonuncuya “instagram” sosial şəbəkəsinə daxil olmaq üçün telefondan istifadə edəcəyini bildirib həmin adla aldadaraq Zərərçəkmiş şəxs məxsus 580 manat dəyərində “iphone 11 pro max” markalı üzərində 10 manat dəyərində qoruyucu üzlük və 10 manat dəyərində qoruyucu kobura olan mobil telefonu aldıqdan sonra Zərərçəkmiş şəxs diqqətinin yayınması səbəbindən oradan uzaqlaşmaq üçün əlverişli şəraitin yaranmasından istifadə edərək hadisə yerindən uzaqlaşıb getməklə verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxsi aldatmaqla 600 manat dəyərində özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs təxminən iyul ayının ortalarından tanıyır və onunla tanışlığı Nizami kinoteatrının arxasında yerləşən Qarayev parkında yaranıb. Aralarında düşmənçilik və ədavət olmamışdır. İyul ayının sonlarında yaşadığı evin kirayəsini verməli idi, lakin işləmədiyi üçün maddi vəziyyəti yaxşı deyildi. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Səbail rayonu ərazisində yerləşən Sahil bağında olan zaman Zərərçəkmiş şəxs görüb və ona yaxınlaşıb. Onunla bir qədər söhbət etdikdən sonra ondan “instagram” sosial şəbəkəsinə girmək üçün Amindən mobil telefonun istəyib. O, özünə məxsus olan “İphone 11” markalı mobil telefonu ona verib və o sosial şəbəkəyə girib. Bundan bir qədər sonra Aminin başının qarışmasından istifadə edib oradan uzaqlaşıb. Bundan sonra həmin mobil telefonu satmaq məqsədilə İnşaatçılar metrostansiyasının yaxınlığındakı mobil telefonların satışı ilə məşğul olan mağazalara gedib, lakin həmin mobil telefon kreditdə olduğu üçün ondan heç kim almayıb. Daha sonra oradan çıxıb 20 Yanvar metrostansiyasının yaxınlığındakı telefon mağazalarından birinə getdi və orada həmin mobil telefonu ondan 210 manat müqabilində aldılar. Həmin 210 manat pulu şəxsi ehtiyaclarına xərcləyib. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid (Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi) Şahid1 ifadəsində göstərmişdir ki, tarixlər yadında deyil, Elçin oğlunu aldadıb, telefonunu Sahil bağı adlanan ərazidə oğurlayıb. Oğlu da xəstədir, dərman içməyindən istifadə edib. Onlara stressdən başqa heç nə verməyib. Telefon iphone 11 pro max idi. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir və bu barədə ərizəsini məhkəməyə təqdim edir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (c.i.v. 1). İş materiallarında olan 26 sentyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.46). İş materiallarında olan 18 sentyabr 2024-cü il tarixli, 9/6830 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone 11 pro max” markalı mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 550,00 manat müəyyən olunur (tədqiqatın dəyəri 50 manat) (c.i.v. 18-19). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə saat 19:10-da hadisə törətməsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur (c.i.v. 36-37). İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.57-58). İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nini MSY-dən dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində 27 sentyabr 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir (c.i.v.74). Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsinin ifadəsi, şahid ifadəsi və digər subutlarla tam sübüta yetirilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs aldatmaqla etibarından sui-istifadə edib onun əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir, Təqsirləndirilən şəxs niyəti əvvəlcədən Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuiyyətindən azad edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəll ənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam veriməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Yuxarıda göstərilən qanunvericlik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam ödədiyindən Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun Kapital Bankdakı hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 43.3, 156.4, 193, 197-198, 305, 344-347, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinə xitam verilsin. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun Kapital Bankdakı hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar