Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-10/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 və iştirakı ilə xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində müstəntiqin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxx 2020-ci il tarixli qərarı ilə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.2.1-ci maddələri ilə, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 2 ünvanı üzrə qeydiyyatda olan, ünvan 3, ev 41-də yaşayan, Suraxanı Rayon Məhkəməsinin 1(010)- 30/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin cəzanın 05 (beş) ay 23 (iyirmi üç) günlük hissəsini çəkib), barəsində müstəntiqin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxx 2020-ci il tarixli qərarı ilə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb), Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən xx xxxxxx 2020-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx xxxxxx 2018-ci ildə saat 11 radələrində, ünvan 1 ünvanının qarşısında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs1 məxsus 8.000 manat dəyərində, 1999-cu il buraxılışlı, «Opel-Astra» minik markalı 10RF998 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmış, daha sonra Təqsirləndirilən şəxs2 həmin avtomobili ünvan 4 ünvanının qarşısı ilə idarə edən zaman, avtomobilin qabaq hissəsi ilə yolun kənarında dayanmış vəziyyətdə olan, etibarnamə əsasında Zərərçəkmiş şəxs2 sahibliyində və faktik sərəncamında olan 2008-ci il buraxılışlı, «Daewoo Nexia» markalı 01BU642 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq, nəticədə Zərərçəkmiş şəxs1 1.360 manat və Zərərçəkmiş şəxs2 1.380 manat məbləğində maddi ziyan vurmuş, daha sonra qaçırdıqları avtomobili idarə edə bilməyəcəklərini başa düşüb, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus «Opel-Astra» markalı 10RF998 dövlət qeydiyyat nişanlı avtomobilin salonundan bir ədəd 140 manat dəyərində «Pioner» markalı DEH-7250SD modelli WMA/MP3/AAC/USB xüsusiyyətli maqnitofonu gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 140 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx xxxxxx 2018-ci ildə saat 11 radələrində, ünvan 1 ünvanının qarşısında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs1 məxsus 8.000 manat dəyərində, 1999-cu il buraxılışlı, «Opel-Astra» minik markalı 10RF998 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmış, daha sonra həmin avtomobili ünvan 4 ünvanının qarşısı ilə idarə edən zaman, avtomobilin qabaq hissəsi ilə yolun kənarında dayanmış vəziyyətdə olan, etibarnamə əsasında Zərərçəkmiş şəxs2 sahibliyində və faktik sərəncamında olan 2008-ci il buraxılışlı, «Daewoo Nexia» markalı 01BU642 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq, nəticədə Zərərçəkmiş şəxs1 1.360 manat və Zərərçəkmiş şəxs2 1.380 manat məbləğində maddi ziyan vurmuş, daha sonra qaçırdıqları avtomobili idarə edə bilməyəcəklərini başa düşüb, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus «Opel-Astra» markalı 10RF998 dövlət qeydiyyat nişanlı avtomobilin salonundan bir ədəd 140 manat dəyərində «Pioner» markalı DEH-7250SD modelli WMA/MP3/AAC/USB xüsusiyyətli maqnitofonu gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 140 manat məbləğində maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, anası ilə birlikdə yaşayır. Başqa heç kimi yoxdur. Anası bazarda pendir-şoraba satır, özü isə restoranda ofisiant işləyir. Maddi vəziyyətləri olduqca ağırdır. Zərərçəkmiş şəxs1la dost olub. xx xxxxxx 2018-ci ildə saat 11 radələrində İlyasa məxsus «Opel Astra» markalı 10RF998 dövlət qeydiyyat nişanlı avtomobili digər dostu Təqsirləndirilən şəxs2la birlikdə qaçırmışdır. Belə ki, xx xxxxxx 2018-ci ildə saat 08 radələrində İlyas bir qız tanışı ilə birlikdə onun yaşadığı ünvan 5 ünvanına gəlmişdir. Həmin vaxt evdə tək olub. İlyasla görüşüb onu və qızı qonaq kimi evə dəvət etmiş, bir qədər söhbət etdikdən sonra İlyas və qız başqa-başqa otaqlara keçib yatmışlar. İlyas özünə məxsus «Opel Astra» markalı 10RF998 dövlət qeydiyyat nişanlı avtomobili onun yaşadığı evin arxa tərəfində saxlamış, açarlarını isə evdə, yatdığı otaqda tumbanın üzərinə qoymuşdur. Saat 11 radələrində dostu İlkin də gəlmiş, onunla oturub bir qədər söhbət etmişlər. Təqsirləndirilən şəxs bildirir ki, İlkin gəlməmişdən əvvəl o, İlyasa məxsus avtomobilin açarlarını sonuncunun xəbəri olmadan tumbanın üzərindən götürmüşdür. İlkinlə söhbət zamanı o, avtomobilin açarlarını götürdüyünü İlkinə bildirmiş və təklif etmişdir ki, gedib «Opel Astra» markalı 10RF998 dövlət qeydiyyat nişanlı avtomobili bir qədər sürsünlər. İlkin buna etiraz etməmişdir. O, avtomobili açarın üzərindəki pult vasitəsilə açmış və sükan arxasına əyləşmişdir. İlkin isə qabaq sağ sərnişin oturacağına əyləşmişdir. Mühərriki işə salmış və avtomobili idarə edərək məhəllədən bir qədər kənara getmişlər. Bundan sonra avtomobilin sükanını idarə etməkdə çətinlik çəkdiyinə görə İlkinə təklif etmişdir ki, avtomobili o, idarə etsin. İlkin bununla razılaşıb sükan arxasına əyləşmişdir. İlkin avtomobili idarə edib məhəllədən bir qədər çıxdıqdan sonra bir məhəllədə yaşadıqları, lakin onlardan yaşca kiçik olan Əliabbas və Ramizin yolla piyada getdiklərini görmüşlər. Yağış yağdığına görə Əliabbasla Ramizə təklif etmişlər ki, avtomobilə əyləşsinlər. Sonra Əliabbas və Ramiz avtomobilə əyləşmişlər. Əliabbas və Ramiz avtomobilin kimə məxsus olduğunu soruşduqda bildirmişlər ki, o, tanışlarına məxsusdur və icazə alıb sürürlər. İlkin avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi ilə saatda 60 kilometr sürətlə idarə edərkən idarəetməni itirmiş, və avtomobil yolun kənarında dayanmış vəziyyətdə olan «Daewoo Nexia» markalı 01BU642 dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. İlkin avtomobili dayandırmış və dördü də avtomobildən yerə enmişlər. Sonra İlkin «Opel Astra» markalı avtomobilin qırılıb yerə düşmüş qabaq buferinin bir hissəsini və yerə düşüb qalmış ön dövlət qeydiyyat nişanını götürərək avtomobilin içərisinə qoydu. Bundan sonra Əliabbas və Ramiz oradan uzaqlaşaraq getmiş, o, isə İlkinlə birlikdə yenidən avtomobilə əyləşmişlər. Qərara gəlmişlər ki, avtomobili aparıb Əmircan qəsəbəsində yerləşən «Şor Göl» deyilən yerin yaxınlığına atsınlar, sonra qayıdıb İlyasa desinlər ki, guya avtomobil qaçırılıb. Belə də etmişlər. Yəni İlkin avtomobilı idarə edərək, Əmircan qəsəbəsində yerləşən «Şor Göl» deyilən yerə sürmüş, lakin orada avtomobilin mühərriki sönmüş və onlar mühərriki yenidən işə sala bilməmişlər. Həmçinin avtomobilin qapılarını bağlamaq mümkün olmadığını görüb belə qərara gəlmişlər ki, salonundakı «Pioner» markalı maqnitofonu yerindən söküb çıxarsınlar ki, onu kimsə oğurlamasın. Beləliklə onlar, maqnitofonu dartıb çıxarmış və qapını örtdükdən sonra İlkinlə birlikdə yaşadığı evin yanına kimi getmişlər. Lakin İlkin evə daxil olmamış, harasa getmişdir. O, isə yaşadığı evə daxil olmuşdur. Həmin vaxt İlyas və onunla birlikdə gəlmiş qız hələ də yatırdılar. Bundan sonra o, maqnitofonu İlyasın yatdığı otaqdakı şkafda gizlətmiş, avtomobilin açarını isə götürdüyü yerə qoyub İlyası oyadaraq avtomobilinın qaçırıldığını demişdir. İlyas yataqdan duraraq onunla birlikdə avtomobilı saxladığı yerə getmiş və avtomobilin orada olmadığına əmin olmuşdur. Həmin vaxt o, İlyasa bildirmişdir ki, guya İlkin bir qədər öncə gələrək avtomobilin qabaq hissəsinin əzik vəziyyətdə Əmircan qəsəbəsində yerləşən «Şor Göl» deyilən yerdə dayanmış vəziyyətdə olduğunu gördüyünü deyib. Daha sonra o, İlyasla birlikdə həmin yerə getmiş, İlyas avtomobilin pis vəziyyətə qaldığını gördükdə ona heç nə demədən DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra onların olduqları yerə polis əməkdaşları gəlmiş və avtomobilı müayinə edib zəruri sualları verdikdən sonra baxış protokolu tərtib etmişlər. Hadisədən bir neçə gün sonra İlyas ona zəng edərək, İlkinlə görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, İlyasa təkrar zəng edərək, İlkinin onun evində olduğunu deyib gəlməsini təklif etmişdir. Təxminən 15 dəqiqə sonra İlyas onun evinə gəlmiş, İlkini görüb onunla təklikdə söhbət etmək üçün həyətə çağırmışdır. Onlar təxminən 5-10 dəqiqə söhbət etdikdən sonra İlkin baş verənlərin doğrusunu İlyasa danışıb. Əməllərindən peşmandır. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, Zərərçəkmiş şəxs2 vurduğu zərərin 850 manatlıq hissəsini qaytarıb. Bununla yanaşı, Zərərçəkmiş şəxs1 avtomobilindən oğurladıqları maqnitofon da sahibinə qaytarılıb. Bunu, habelə azadlıqdan məhrum ediləcəyi təqdirdə anasının tək qalacağını, acınacaqlı maddi vəziyyətə düşəcəyini nəzərə almağı məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, «Daewoo Nexia» markalı 01BU642 dövlət qeydiyyat nişanlı avtomobili faktik olaraq satın alıbdır. Lakin avtomobilin alğı-satqısını rəsmiləşdirməmiş və əvvəlki sahib ona etibarnamə vermişdir. xx xxxxxx 2018-ci ildə saat 09 radələrində işdən çıxıb idarə etdiyi «Daewoo Nexia» markalı 01BU642 dövlət qeydiyyat nişanlı avtomobillə evinə gəlmiş və avtomobili evinin qarşısında saxlamışdır. Saat 12 radələrində avtomobilinə baxdıqda görmüşdür ki, o, naməlum avtomobil tərəfindən vurularaq əzilib. Həmin yerdə digər avtomobilə aid bamper qırıntıları da var idi. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşları hadisə yerinə gələrək zəruri sənədləşmə işləri aparmışlar. Qeyd edir ki, cinayət nəticəsində ona ümumilikdə 1.380 manat məbləğində maddi zərər vurulub. Bu məbləğin 850 manatlıq hissəsi Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş, qalan hissəsi isə bu günədək ödənilməmişdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulan cəza təyin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, heç bir məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin müvafiq cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxslərin etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. xx xxx 2019-cu il tarixli 12556 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Pioneer markalı DEH-7250SD modelli WMA/MP3/AAC/USB xüsusiyyətli maqnitofonun istifadədə olunması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən edilir”. xx xxxxxx 2020-ci il tarixli 2635 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Bakı şəhərində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən, Mərkəzdə olan məlumatlardan eləcə də, xx.xx.2019-cu il tarixli 12556 saylı rəydən istifadə edilməklə, 1 ədəd Pioneer markalı DEH-7250SD modelli WMA/MP3/AAC/USB xüsusiyyətli maqnitofonun istifadədə olunması nəzərə alınmaqla 2018-ci il dekabr ayına olan orta bazar qiyməti təxminən 140,0 manat müəyyən edilir. xx xxxxxx 2019-cu il tarixli 30401 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 1999-cu il buraxılışlı Opel Astra markalı 10RF998 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.360,0 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 740,0 manat, təmir-bərpa işlərinin qiyməti - 620,0 manatdır. Respublikada yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytı və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən 1999-cu il buraxılışlı Opel Astra markalı ** RF *** dövlət qeydiyyat nişanlı mühərrik həcmi 1600 sm3 minik avtomobilinin normal vəziyyətdə 2018-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 8.000,00 manat müəyyən olunur”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda göstərilən maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət törətdiyini, ailə vəziyyətini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu Zərərçəkmiş şəxs2 cinayət nəticəsində vurulmuş zərərin bir qismini ödədiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.2.1-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.2.1-ci maddələrinin sanksiyası çərçivəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” minik markalı 10RF998 dövlət qeydiyyat nişanlı avtomobil və 01 (bir) ədəd “Pioneer” markalı DEH-7250SD modelli WMA/MP2/AAC/USB xüsusiyyətli maqnitofon Zərərçəkmiş şəxs1 təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 08.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunan cəzalar Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən qismən toplanaraq ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Məhkəməsinin 1(010)-30/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulsun, alınan 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Məhkəməsinin 1(010)-30/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 05 (beş) ay 23 (iyirmi üç) günlük hissəsinin iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulsun, alınan 02 (iki) ay 26 (iyirmi altı) gün hazırkı hökmlə təyin olunan 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hesablansın və ona qəti olaraq 03 (üç) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” minik markalı 10RF998 dövlət qeydiyyat nişanlı avtomobil və 01 (bir) ədəd “Pioneer” markalı DEH-7250SD modelli WMA/MP2/AAC/USB xüsusiyyətli maqnitofon Zərərçəkmiş şəxs1 təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-10/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-10/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver