Məhkəmə qərarları › İş №1(010)-10/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-10/2022

06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-10/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 iştirakı ilə xx xxxxxx 1996-cı ildə Bakı şəhərində şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2n, Suraxanı Rayon Məhkəməsinin 1(010)-311/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 – 29 may 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və həmin qərara əsasən 04 avqust 2021-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 4 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 28 – 29 may 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 1(010)-73/2022 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin hökmə əsasən əvvəli 17 avqust 2021-ci il tarixindən hesablanmaqla azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 28 – 29 may 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1999-cu ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu, Quşlar ərazi dairəsi, Quşlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz evdə yaşayan, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq olunmaqla 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qərarına əsasən yuxarıda göstərilən hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə 02 (iki) il 07 (yeddi) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab olunmuş, 28 – 29 may və 10 avqust 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və həmin qərara əsasən 29 noyabr 2021-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 03 fevral 2020-ci ildə saat 22 radələrində ünvan 6 ünvanda yerləşən binanın 37 nömrəli mənzilinin qarşısına tanışı Təqsirləndirilən şəxs2 ilə gəlib binanın içərisini çirkləndirmələri və səs-küy salıb orada yaşayan şəxsləri narahat etmələri səbəbindən həmin mənzildə yaşayan Zərərçəkmiş şəxs2 və binada yaşayan digər şəxslərin haqlı iradlarına etiraz əlaməti olaraq Təqsirləndirilən şəxs2 ilə əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 ucadan söyüb təhqir edərək orada olan şəxslərin gözü qarşısında binadan götürdüyü süpürgənin dəmir başlığı ilə qəsdən vurub sol saidin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 25 may 2020-ci ildə saat 15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanda yerləşən mənzilin qarşısına gəlmişlər, orada ilkin olaraq Təqsirləndirilən şəxs4 mənzilin pəncərəsini açıb qanunsuz olaraq yaşayış sahəsində daxil olmuş, sonra o, və digər şəxslər də pəncərədən mənzilə girmişlər və evdən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 400 manat qiymətində qara rəngli “LG” markalı 42CS460 model, 2013-cü ilin yanvar ayında Koreyada istehsal edilmiş televizor, bir ədəd 230 manat qiymətində qara rəngli “LG” markalı 32LJ610V model, 2018-ci ilin mart ayında Rusiya Federasiyasında istehsal edilmiş televizor, bir ədəd 40 manat qiymətində “Samsung” markalı 934N model monitor və bir ədəd 100 manat qiymətində “Fujitsu Siemens” markalı GS 360-2 model, Almaniyada istehsal edilmiş sistem bloku (prosessor) gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 770 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 03 fevral 2020-ci ildə saat 22 radələrində ünvan 6 ünvanda yerləşən binanın 37 nömrəli mənzilinin qarşısına tanışı Təqsirləndirilən şəxs1 ilə gəlib binanın içərisini çirkləndirmələri və səs-küy salıb orada yaşayan şəxsləri narahat etdikləri səbəbindən həmin mənzildə yaşayan Zərərçəkmiş şəxs2 və binada yaşayan digər şəxslərin haqlı iradlarına etiraz əlaməti olaraq Təqsirləndirilən şəxs1 ilə əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 ucadan söyüb təhqir edərək, sillə və təpik zərbələri ilə vura-vura aşağı, yəni binanın qarşısına çıxartmış və öz qanunsuz hərəkətlərini davam etdirməklə sonuncunu oraya toplaşmış şəxslərin gözü qarşısında söyüb təhqir edərək əl və təpik zərbələri ilə vurub başın əzilməsi yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 25 may 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanda yerləşən mənzilin qarşısına gəlmişlər, orada ilkin olaraq Təqsirləndirilən şəxs4 mənzilin pəncərəsini açıb qanunsuz olaraq yaşayış sahəsində daxil olmuş, sonra o, və digər şəxslər də pəncərədən mənzilə girmişlər və evdən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 400 manat qiymətində qara rəngli “LG” markalı 42CS460 model, 2013-cü ilin yanvar ayında Koreyada istehsal edilmiş televizor, bir ədəd 230 manat qiymətində qara rəngli “LG” markalı 32LJ610V model, 2018-ci ilin mart ayında Rusiya Federasiyasında istehsal edilmiş televizor, bir ədəd 40 manat qiymətində “Samsung” markalı 934N model monitor və bir ədəd 100 manat qiymətində “Fujitsu Siemens” markalı GS 360-2 model, Almaniyada istehsal edilmiş sistem bloku (prosessor) gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 770 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 25 may 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanda yerləşən mənzilin qarşısına gəlmişlər, orada ilkin olaraq Təqsirləndirilən şəxs4 mənzilin pəncərəsini açıb qanunsuz olaraq yaşayış sahəsində daxil olmuş, sonra o və digər şəxslərdə pəncərədən mənzilə girmişlər və evdən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 400 manat qiymətində qara rəngli “LG” markalı 42CS460 model, 2013-cü ilin yanvar ayında Koreyada istehsal edilmiş televizor, bir ədəd 230 manat qiymətində qara rəngli “LG” markalı 32LJ610V model, 2018-ci ilin mart ayında Rusiya Federasiyasında istehsal edilmiş televizor, bir ədəd 40 manat qiymətində “Samsung” markalı 934N model monitor və bir ədəd 100 manat qiymətində “Fujitsu Siemens” markalı GS 360-2 model, Almaniyada istehsal edilmiş sistem bloku (prosessor) gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 770 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 25 may 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanda yerləşən mənzilin qarşısına gəlmişlər, orada ilkin olaraq özü mənzilin pəncərəsini açıb qanunsuz olaraq yaşayış sahəsində daxil olmuş, sonra digər şəxslərdə pəncərədən mənzilə girmişlər və evdən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 400 manat qiymətində qara rəngli “LG” markalı 42CS460 model, 2013-cü ilin yanvar ayında Koreyada istehsal edilmiş televizor, bir ədəd 230 manat qiymətində qara rəngli “LG” markalı 32LJ610V model, 2018-ci ilin mart ayında Rusiya Federasiyasında istehsal edilmiş televizor, bir ədəd 40 manat qiymətində “Samsung” markalı 934N model monitor və bir ədəd 100 manat qiymətində “Fujitsu Siemens” markalı GS 360-2 model, Almaniyada istehsal edilmiş sistem bloku (prosessor) gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 770 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs4 satış məqsədi olmadan qanunsuz olaraq 09 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi dəniz kənarında istintaqa məlum olmayan mənbədən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin tapıb əldə edib, əynindəki şalvarının sol cibində saxlayıb, daşımış və 10 avqust 2020-ci il tarixdə saat 02 radələrində DİN-nin Suraxanı RPİ-nin 30-cu PŞ-nin PPXB-nün əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində olan “Ləvəngi” adlanan kafenin qarşısında saxlanılıb Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına gətirilərək üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol cibindən bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,069 qram, 0,098 qram, 0,090 qram, 0,227 qram, 0,065 qram, ümumi təmiz çəkisi 0,549 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,080 qram, 0,112 qram, 0,113 qram, 0,060 qram, ümumi təmiz çəkisi 0,365 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs4 10 ildir ki, tanıyır. Tərlan ilə qonşu olmuş və aralarında dostluq münasibəti yaranmışdır. 25 – 26 may 2020-ci il tarixdə dəqiq tarixini xatırlamadığı gün saat 02-03 radələrində qaynı Şahid1 yaşadığı evdən çıxan zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 ilə rastlaşdı, bu zaman əvvəlcədən tanıdığı Tural adlı şəxs Qurbanın mobil telefonuna zəng etdi, onlar danışdıqdan sonra Qurban dedi ki, Turalın dostu deməsinə görə Azərin Tərlana 350 manat pul borcu var, Azərin yaşadığı mənzilə gedirlər və pulun alınmasında Tərlana kömək etmək lazımdır. Bundan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Azərin yaşadığı evin qarşısına getdilər. Oraya çatdıqda Tərlan və Tural ilə görüşdülər. Bundan sonra Azərin evinin giriş qapısına yaxınlaşdılar, Tərlan mənzilin qapısını döyərək Azəri səslədi, lakin o çölə çıxmadı, bu zaman Tərlan pəncərəni əli ilə açıb içəri daxil oldu, onun arxasınca isə Tural, Qurban və özü də pəncərədən mənzilə daxil oldular. Azər onları görüb mənzilin digər pəncərəsindən qaçıb çıxıb getdi, Tərlan evin içərisindəki qiymətli əşyaları götürmələrini dedi və Azərin arxasınca getdi. Tural və Qurban ilə birlikdə mənzilin içərisində olan iki ədəd “LG” markalı televizor, bir ədəd kompüter monitorunu və prosessoru götürüb çöldə gözləyən Pərvinin idarə etdiyi avtomobilin yük yerinə qoydular. Sonra Tərlan da qayıdıb gəldi və Azəri tapa bilmədiyini dedi. Pərvinin idarə etdiyi avtomobilə əyləşib və Tərlan Pərvindən avtomobili tanıdığı Şahid1 yaşadığı evə idarə etməyini xahiş etdi. Tural yaşadığı evin yaxınlığına çatdıqda o, Pərvinə 10 manat yol haqqı verib avtomobildən düşərək getdi. Suraxanı rayonu “10-cu dairə” deyilən yerə çatdıqda Pərvin avtomobili saxladı və onlar avtomobildən düşdülər. Pərvinin avtomobilin arxasından Azərin evindən götürdükləri əşyaları götürüb qaynı Qurbanın yaşadığı evin giriş hissəsinə qoydular. Qurban da yanlarına gəldi və oğurladıqları əşyaları onun yaşadığı evə qoydular. 2020-ci ilin fevral ayının əvvəllərində saat 22 radələrində Qurbanla birlikdə Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14B ünvanda yerləşən binaya gəlmişdilər. Belə ki, dostu Məhəmməd həmin binada yaşayıb. Oraya çatdıqda yağış yacmağa başladı və onlar soyuq olmasın deyə binanın blokuna keçib orada yağışın kəsməsini gözləyirdilər. Orada yaşayan qonşu onların orada oturmaqlarına narazılıq etdi və binadan çölə çıxmağı tələb etdi. Getmək istəmədiklərini dedikdə aralarında narazılıq yarandı və həmin şəxs onlara ucadan narazılıq etməyə başladı. Həmin vaxt qonşular çölə çıxdı və həmin şəxsə dəstək verib blokdan çıxmalarını tələb etdilər. Eyni zamanda sonradan adını Ruslan olduğunu bildiyi şəxs də 4-cü mərtəbədən yuxarı qalxıb Qurbanla və onunla mübahisə edərək blokdan çıxmağı təkid etməyə başladı. Həmin vaxtı onlarla qonşular arasında mübahisə başladı və biri-birlərini pilləkəndən itələdilər. Pilləkənlər ilə aşağı düşdülər, kimsə onu itələdiyinə görə, pilləkəndən yıxılıb blokun qarşısına düşdü. Bundan sonra ayağa qalxdı və əsəbləşdiyindən blokda olan möhkəm materialdan olan süpürgəni götürüb ilk olaraq qabağına çıxan Ruslanın başına və qoluna vurdu. Həmin hadisəyə görə qonşular oraya toplaşdı və səs-küy yarandı. Adamlar Qurbanla onu oradan kənarlaşdırdıqdan sonra, çıxıb getdilər. Hadisə vaxtı nə Zərərçəkmiş şəxs2, nə də ki, başqası ona heç bir xəsarət yetirmədilər. Mübahisə zamanı əsəbiləşdiyi üçün və Ruslan qabağına çıxdığına görə onu vurdu. Törətdiyi cinayət əməllərinə görə peşmandır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs4 15 ildir ki, tanıyır. Tərlanla əvvəllər qonşu olmuşdur. 25 may 2020-ci il tarixdə saat 15 radələrində Tərlan mobil telefonuna zəng edərək görüşmək istədiyini demişdi. Həmin vaxt yanında olan Adil ilə birlikdə Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən 10-cu binanın yaxınlığına getdilər. Ora çatdıqda Pərvinin idarə etdiyi avtomobil Tərlan və Tural adlı şəxslər də gəldilər. Pərvinin idarə etdiyi avtomobilə əyləşdikdən sonra o, avtomobili Azərin yaşadığı ev istiqamətində hərəkət etdirdi. Oraya çatdıqda avtomobildən düşüb mənzilin giriş qapısına yaxınlaşdılar, Tərlan mənzilin qapısını döyərək Azəri səslədi, lakin o, çölə çıxmadı, bu zaman Tərlan pəncərəni əli ilə açıb içəri daxil oldu, onun arxasınca isə Tural, Adil və özü də pəncərədən mənzilə daxil oldular. Azər onları görüb mənzilin digər pəncərəsindən qaçıb getdi, Tərlan evin içərisindəki qiymətli əşyaları götürmələrini dedi və Azərin arxasınca getdi. Tural, Adil və özü birlikdə mənzilin içərisində olan iki ədəd “LG” markalı televizor, bir ədəd kompüter monitorunu və prosessoru götürüb çöldə gözləyən Pərvinin idarə etdiyi avtomobilin yük yerinə qoydular. Sonra Tərlan da qayıdıb gəldi və Azəri tapa bilmədiyini bildirdi. Pərvinin idarə etdiyi avtomobilə əyləşdilər və Tərlan Pərvindən avtomobili tanıdığı Şahid1 yaşadığı evə idarə etməsini xahiş etdi. Tural yaşadığı evin yaxınlığına çatdıqda o, Pərvinə 10 manat yol haqqı verib avtomobildən düşərək getdi. Suraxanı rayonu “10-cu dairə” deyilən yerə çatdıqda Pərvin avtomobili saxladı və onlar avtomobildən düşdülər. Pərvinə məxsus avtomobilin arxasından Azərin evindən götürdükləri əşyaları götürüb Adilin qayını Qurbanın yaşadığı evin giriş hissəsinə qoydular. Adilin qayını da yanlarına gəldi və oğurladığı əşyaları onun yaşadığı evə qoydular. 03 fevral 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı binanın baş tərəfindəki əlillərin binasının 2-ci blokuna girib 5-ci mərtəbəyə qalxdı. Oraya getməkdə məqsədi həmin binanın 5-ci mərtəbəsində yaşayan Rəfail adlı dostu ilə görüşmək idi. Rəfailgilin qapısının qarşısında dayanıb onu gözləyərkən 6-cı mərtəbədə yaşayan yaşlı kişi aşağı düşüb nə üçün orada dayandığını soruşdu. Rəfaili gözlədiyini dedi, həmin kişi əl-qol ilə danışıb dedi ki, «davay bas bayıra». Həmin şəxsə «ağsaqqal ayıbdır, hörmətsizlik eləmə, bas bayıra nə deməkdir» ifadələrini işlətdi. Həmin şəxs isə orada dayanıb bir daha nə etməyini soruşdu, ona “Rəfaili gözləyirəm” deyə bildirdi. Həmin şəxs də Rəfailin yaşadığı evin qapısını döydü, onun anası və böyük qardaşı qapıya çıxdı, Rəfailin qardaşı Rauf qapını bərk döyməsinə görə həmin kişiyə iradını bildirdi, o da Rəfailin qardaşına onlara gəldiyinə görə blokda səs-küy salmasını bildirdi. Həmin kişi narazılıq etməyə başladı ki, «bunların əlindən bezmişik, gəlirlər bura, burda ailə yaşayır». Həmin kişi qışqıra-qışqıra və əl-qolla danışdığı üçün onunla aralarında mübahisə düşdü. Aralarında səs-küy yarandığı üçün qonşular çölə çıxdı, həmin vaxtı 4-cü mərtəbədə yaşayan üzdən tanıdığı cavan oğlan da çölə çıxdı və yuxarı qalxıb qonşusuna dəstək olaraq onların blokuna gəlməyinə narazılıq edərək mübahisə etdi. Buna görə də onlar bir-biri ilə mübahisə etdilər və əlbəyaxa ola-ola 1-ci mərtəbəyə düşdülər. Qonşular da çölə çıxdılar və onları ayırmağa çalışdılar. Artıq binanın qabağına çıxdılar və orada da mübahisələri davam etdirdilər. Binanın qarşısında həmin oğlanı yumruqla sifətindən bir neçə dəfə vurdu, bir qədər əlbəyaxa olub dalaşandan sonra binanın qarşısında olan qonşular onu həmin oğlandan ayırıb oradan uzaqlaşdırdılar. Həmin hadisə zamanı yanında kimsə olmayıb. Törətdiyi cinayət əməllərinə görə peşmandır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs4 10 ildir ki, tanıyır. 25 may 2020-ci il tarixdə saat 15 radələrində Tərlanın yaşadığı mənzilə getdi, onunla görüşüb söhbət edən zaman o, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Azər adlı şəxsin ona 350 manat pul borcu olmasını dedi. Tərlan birlikdə gedib həmin pulu almağı təklif etdilər və onun təklifini qəbul etdikdən sonra birlikdə qonşuluqda yaşayan Pərvin adlı şəxsə zəng edərək oraya çağırdılar, Tərlan ilə avtomobilə əyləşərək Azərin evinə getdilər. Yolla gələn zaman Tərlan əvvəlcədən tanıdığı Adil və Qurban adlı şəxslərə zəng edərək onları da həmin yerə çağırdı. Azərin yaşadığı evin yanına çatdıqda avtomobildən düşdülər və beş dəqiqə keçdikdən sonra Adil ilə Qurban da gəldilər. Bundan sonra Tərlan Azərin evinin giriş qapısına yaxınlaşıb qapını döyərək Azəri səslədi, lakin o, çölə çıxmadı, bu zaman Tərlan pəncərəni əli ilə açıb içəri daxil oldu, arxasınca isə onlar pəncərədən mənzilə daxil oldular. Azər onları görüb mənzilin digər pəncərəsindən qaçıb getdi, Tərlan onlara evdə olan qiymətli əşyaları götürmələrini dedi və Azərin arxasınca getdi. Adil və Qurban ilə birlikdə evdən iki ədəd “LG” markalı televizor, bir ədəd kompüter monitorunu və prosessoru götürüb Pərvinin idarə etdiyi avtomobilin yük yerinə qoydular. Sonra Tərlan da qayıdıb gəldi və Azəri tapa bilmədiyini bildirdi. Hamı avtomobilə əyləşdilər və Tərlan Pərvindən avtomobili tanıdığı Şahid1 yaşadığı evə idarə etməsini dedi. Yaşadığı evin yaxınlığına çatdıqda Pərvinə 10 manat yol haqqı verib avtomobildən düşərək getdi. Törətdiyi cinayət əməlinə görə peşmandır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 7-8 il əvvəl Azər adlı şəxslə tanış olmuşdur. Azər ilə arasında normal münasibəti olub. Azərə bir neçə dəfə borc pul vermişdir. 2020-ci ilin may ayında ondan 350 manat borcunu qaytarmasını istədi, o, isə bir qədər gözləməyini xahiş etdi, lakin Azərə iradını bildirib tezliklə pulu qaytarmasını tələb etdi. 25 may 2020-ci il tarixdə saat 15 radələrində Tural adlı dostu ilə yaşadığı evə gəldi, ona Azər adlı şəxsin 350 manat borclu olmasını və həmin pulu ondan almaq lazım olduğunu dedi. Bundan sonra qonşuluqda yaşayan taksi fəaliyyəti ilə məşğul olan Pərvin adlı şəxsə zəng edərək çağırdı və Turalla birlikdə Azərin yaşadığı mənzilə getdilər. Yolla gedərkən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mobil telefonlarına zəng edərək onları da Azərin yaşadığı evin yanına dəvət etdi. Azərin yaşadığı evin yanına çatdıqda avtomobildən düşdülər və beş dəqiqə keçdikdən sonra Adil ilə Qurban da gəldilər. Azərin evinin giriş qapısına yaxınlaşıb qapını döyərək Azəri səslədi, lakin o, çölə çıxmadı, bu zaman pəncərəni əli ilə açıb içəri daxil oldu, arxasınca Tural, Qurban və Adil də pəncərədən mənzilə daxil oldular. Azər onları görüb mənzilin digər pəncərəsindən qaçıb getdi, evdə olan dostlarına evin içərisindəki qiymətli əşyaları götürmələrini dedi və Azərin arxasınca getdi. Azərin arxasınca gedib küçələrdə onu axtarsa da tapa bilmədi. Geri qayıtdıqda Tural, Adil və Qurbanın evdən iki ədəd “LG” markalı televizor, bir ədəd kompüter monitoru və prosessorunu götürüb Pərvinin idarə etdiyi avtomobilin yük yerinə qoymuşdular. Həmin şəxslər ilə birlikdə avtomobilə əyləşdilər və Pərvindən avtomobili tanıdığı Şahid1 yaşadığı evə idarə etməyini dedi. Tural yaşadığı evin yaxınlığına çatdıqda Pərvinə 10 manat yol haqqı verib avtomobildən düşərək getdi. Suraxanı rayonu “10-cu dairə” deyilən yerə çatdıqda Pərvin avtomobili saxladı və onlar avtomobildən düşdülər. Pərvinə məxsus avtomobilin arxasından Azərin evindən götürdükləri əşyaları götürüb Adilin qaynı Qurbanın yaşadığı evin giriş hissəsinə qoydular. Qurban da yanlarına gəldi və oğurladığı əşyaları onun yaşadığı evə qoydular. 27 may 2020-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları evə gəldilər və onlarla birlikdə Polis şöbəsinə getməyini təklif etdilər. Polis şöbəsinə getdilər və törətmiş olduğu hadisəni etiraf etdi. Bundan başqa 4 aydır ki, narkotik vasitələrin heroin və “şüşə” kimi tanıdığı növlərdən çəkmək yolu ilə istifadə etmişdir. Həmin narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdə tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 09 avqust 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən dəniz kənarında yerdə əzilmiş halda bir ədəd “Kent” markalı siqaret qutusu gördü. Həmin siqaret qutusu diqqətini cəlb etdiyi üçün yerdən götürüb baxdı və içərisində bir neçə ədəd bükümdə narkotik maddələr və bir ədəd kağızdan hazırlanmış əşya olmasını aşkar etdi. Həmin bükümlərə bir-bir baxdı və aşkar etdi ki, beş ədəd bükümün içərisində heroin, dörd ədəd bükümdə isə “şüşə” kimi tanıdığı narkotik maddələrdir. Kağız əşyaya baxdıqda narkotik maddələri qəbul etmək üçün hazırlanmasını gördü. Sonra bir kənara çəkilib “şüşə” və heroindən bir qismini istifadə etdi, qalan qismini isə sonra istifadə etmək üçün cibinə qoyub üzərində saxladı. 10 avqust 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən “Ləvəngi” adlanan kafenin qarşısı ilə piyada yaşadığı mənzilə gedən zaman arxadan polis əməkdaşlarının gəlməsini gördü və üzərində narkotik maddələr olduğu üçün qorxdu. İti addımlarla hərəkət edib polis əməkdaşlarından yayınmaq istədi, lakin polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdilər. Bu zaman özünü itirdi və həyəcanlı olmağını üzə verdi. Polis əməkdaşları bundan şübhələnərək sorğu-sual etdilər. Polis əməkdaşlarına həyəcanlanmağının və özünü şübhəli aparmağının səbəbinin üzərində şəxsi istifadəsi üçün narkotik vasitələr olmasını bildirdi. Xəstə olduğu üçün narkotik vasitədən istifadə etməyini polis əməkdaşlarına dedi. Sonra isə narkotik vasitələri könüllü olaraq polis əməkdaşlarına təqdim edə biləcəyini bildirdi. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdi, heç bir etiraz etmədi və 30-cu polis şöbəsinə gəldi. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparıldı. Axtarış aparılmazdan əvvəl vəkil dəvət edildi, hüquq və vəzifələri izah olundu. Xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz əşya olması barədə sual verildi, bu zaman üzərində saxladığı içərisində narkotik maddələr olan siqaret qutusunu təqdim etdi. Həmin siqaret qutusu açıldı, qutunun içərisində ümumilikdə doqquz ədəd bükümlər aşkar edildi. Sorğu zamanı polis əməkdaşlarına aşkar edilmiş bükümlərin beş ədədində heroin kimi, dörd ədədində isə “şüşə” kimi tanıdığı narkotik maddələr olmasını dedi. Üzərindən aşkar edilmiş narkotik maddələr polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürüldü, qablaşdırılmış zərf möhür ilə möhürləndi, bu barədə protokol tərtib edildi, protokol ucadan oxundu və iştirakçılar tərəfindən imzalandı. Həmin narkotik vasitəni yalnız özünün istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Narkotik vasitəni kiməsə verməmiş və satmamışdır. Törətdiyi cinayət əməllərinə görə peşmandır. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ünvan 6 ünvanda yerləşən binanın 37 saylı mənzilində yaşayır. 03 fevral 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı binanın 5-ci mərtəbəsində, yəni evinin üst mərtəbəsindən yüksəkdən dava-dalaş və səs-küy səsləri eşidib çölə çıxdı, həmin vaxtı üst mərtəbədə yaşayan qonşusu Şahid4 iki nəfər tanımadığı cavan oğlana blokdan çıxıb getmələrini deməsini gördü. Belə ki, yaşadığı binaya tez-tez cavan oğlanlar yığışıb səs-küy salır, bloka siqaret və şüşə atıb çirkləndirirlər. Həmin oğlanlar getmək istəmədi və Namiklə mübahisə yaratdılar. Namikə kömək olub həmin şəxslərə dedi ki, blokdan çıxıb getsinlər. Həmin vaxt qonşusu Fərid və 5-ci mərtəbədə yaşayan Rəfail də çölə çıxdılar. Həmin şəxslərdən birinin adının Qurban olmasını bildi, Namiklə birlikdə Qurban və digər oğlanı blokdan çıxartmaq istəyən zaman Qurban və digər oğlan ilə əlbəyaxa oldular. Onlara əlbəyaxa ola-ola blokdan çölə çıxdı, həmin vaxt qonşular da çölə çıxdılar və onları ayırmaq istədilər. Həmin mübahisə zamanı Qurban yumruqla sifətindən və başından, digər şəxs isə blokun qarşısında götürdüyü dəmir parçası ilə başına və sol qoluna vurub xəsarət yetirdi. Həmin hadisə binanın qarşısında səs-küyə və qonşuların narahatçılığına səbəb oldu, qonşuların köməkliyi ilə Qurban və yanındakı şəxsin əlindən çıxdı, sonra onlar aralanıb getdilər. Hadisədən sonra qonşuları Fərid və Namik təcili yardım çağırdı, təcili yardım stansiyasından gələn həkimlər başına tikiş qoyulmalı olduğunu bildirdi, bundan sonra Namik və Fərid onu “X2” xəstəxanasına apardılar. Orada sol qoluna tikiş qoyuldu, başının yarası bağlandı və bundan sonra evə getdi. Həmin hadisə barədə DİN-in “102” xidmətinə qonşusu Fərid məlumat vermişdir. Həmin gün axşam Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etdilər və oraya gedib hadisə barədə ərizə ilə müraciət etdi, izahatı alındı. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, heç bir məhkəmə iclasına gəlməmişdir. O, 10 iyun 2021ci ildə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxslərə barışdığını, onlara qarşı hər hansı bir şikayət və tələbi olmadığını, ona dəymiş ziyan tamamilə ödənildiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 10 avqust 2020-ci il tarixdə iş yoldaşı polis serjantı Şahid6 və polis kiçik serjantı Şahid7 ilə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar massivində xidməti avtomobil ilə xidmət aparırdılar. Həmin günü saat 02 radələrində “Ləvəngi” adlanan kafenin qarşısında bir nəfər şəxsin piyada getməsini gördülər. Həmin şəxs karantin rejimi qaydalarını pozduğu üçün özü və iş yoldaşları həmin şəxsə yaxınlaşdılar, həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etdilər. Həmin şəxs özünü şübhəli apardı, həmin şəxslə sorğu sual zamanı o, həyəcanlandı, onlar həmin şəxsdən nə səbəbə görə həyəcanlanmasını soruşaraq karantin rejimi olduğunu və küçəyə çıxmağın qadağan olmasını bildirdilər. Bu zaman həmin şəxs üzərində narkotik vasitə olmasını dedi. Bundan sonra özü və iş yoldaşları həmin şəxsə birlikdə polis şöbəsinə getməyi təklif etdilər. Həmin şəxs də onlara heç bir etiraz etməyərək razılaşdı. Bundan sonra həmin şəxslə birlikdə xidməti avtomobillə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gəldilər. Polis şöbəsinin rəisinə raportla aidiyyəti üzrə məruzə etdilər, polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs4 olması müəyyən edildi. Sonra polis şöbəsinə vəkil dəvət edildi. Vəkilin iştirakı ilə polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs4 üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmağa başlanıldı. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid6 Şahid5 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahidlər Şahid3, Şahid4 və Şahid7 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, heç bir məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilmədiklərini, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişlər. Təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətməsi faktı təqsirləndirilən şəxslərin etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. 10 avqust 2020-ci il tarixli 6/1497 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs4 üzərindən götürülmüş...” yazısı olan zərfdəki, 9 (doqquz) ədəd bükümdə, onlardan, 5 (beş) ədəd bükümdə ümumi təmiz çəkisi 0,549 qr qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi tərkibində görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 4 (dörd) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,365qr ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi tərkibində görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdəki bir ədəd kustar üsulla hazırlanmış bura şəkilli kağız əşyanın içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər”. 12 avqust 2020-ci il tarixli 2190 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 04 fevral 2020-ci il tarixli 121nömrəli “canlı şəxsin ekspertizası” ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərdən – başın əzilmiş yarası küt əşyanın, sol saidin kəsilmiş yaraları iti kənara malik alətin (alətlərin) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 03 fevral 2020-ci il tarixdə əmələ gələ bilər və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın yüngül zərərvurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyalarına görə özü özünə yetirməsi inandırıcı deyildir. 08 iyul 2020-ci il tarixli 9/1595 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 770,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (01 ədəd qara rəngli “LG” markalı 42CS460 model, 2013-cü ilin yanvar ayında Koreya istehsal edilmiş televizor – 400,00 manat; 01 ədəd qara rəngli “LG” markalı 32LJ610V model, 2018-ci ilin mart ayında RF-da istehsal edilmiş televizor- 230,00 manat; 01 ədəd “Samsung” markalı 934N model monitor- 40,00 manat; 01 ədəd “Fujitsu Siemens” markalı GS 360-2 model, Almaniyada istehsal edilmiş sistem bloku (prosessor) – 100,00 manat. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittihama qiymət verərək qeyd edir ki, CM-nin 221.2.1ci maddəsinin tərkibi həmin Məcəllənin 221.3-cü maddəsinin tərkibi ilə tam əhatə olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». Prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəasını və işin faktik hallarını, o cümlədən CM-nin 221.2.1-ci maddəsinin tərkibinin həmin Məcəllənin 221.3-cü maddəsinin tərkibi ilə tam əhatə olunduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi xaric olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməllərini etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 221.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 221.2.1-ci maddələrinin sanksiyaları çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyaları çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs4 Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq olunmaqla 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qərarına əsasən yuxarıda göstərilən hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə 02 (iki) il 07 (yeddi) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab olunmuşdur. Bu hal Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihama münasibətdə Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,325 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin; qalıq çəkisi 0,499 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin; içərisində psixotrop maddə metamfetamin izləri olan bir ədəd kustar üsulla hazırlanmış buru şəkilli kağız əşya məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd qara rəngli “LG” markalı 42CS460 model televizor, 01 (bir) ədəd qara rəngli “LG” markalı 32LJ610V model televizor, 01 (bir) ədəd “Samsung” markalı 934N model monitor və 01 (bir) ədəd “Fujitsu Siemens” markalı GS 360-2 model sistem bloku (prosessor) saxlanılması üçün sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 qaytarıldığından onun sərəncamına verilmiş hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının (materialların məhkəmə ekspertizası, «narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zərərli maddələrin, dərman preparatlarının tədqiqi») dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs4 tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının (məhkəmə-əmtəəşünaslıq ekspertizası, «ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi») dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 28 – 29 may 2020-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-311/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 avqust 2021-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 28 – 29 may 2020-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-73/2022 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 avqust 2021-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hazırda Suraxanı Rayon Məhkəməsinin 1(010)-73/2022 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq barəsində hazırkı iş üzrə seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv olunsun və yeni qətimkan tədbiri seçilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 28 – 29 may 2020-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 28 – 29 may və 10 avqust 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 Şəki Apelyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qərarı ilə təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin, eyni qərarla təyin olunmuş və çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 noyabr 2021-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,325 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin; qalıq çəkisi 0,499 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin; içərisində psixotrop maddə metamfetamin izləri olan bir ədəd kustar üsulla hazırlanmış buru şəkilli kağız əşya məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd qara rəngli “LG” markalı 42CS460 model televizor, 01 (bir) ədəd qara rəngli “LG” markalı 32LJ610V model televizor, 01 (bir) ədəd “Samsung” markalı 934N model monitor və 01 (bir) ədəd “Fujitsu Siemens” markalı GS 360-2 model sistem bloku (prosessor) saxlanılması üçün sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 qaytarıldığından onun sərəncamına verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının (materialların məhkəmə ekspertizası, «narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zərərli maddələrin, dərman preparatlarının tədqiqi») dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs4 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının (məhkəmə-əmtəəşünaslıq ekspertizası, «ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi») dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar