Məhkəmə qərarları › İş №1(010)-10/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-10/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-10/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, 292 saylı «Araz Ekologiya» liseyinin 11-ci sinif şagirdi, subay, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» Y/S, «ünvan 3 ünvanda yaşayan barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan təbdiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 may 2024cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olduğu dövrdə özgənin ödəniş kartından pul vəsaitini gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış massivi 51 ünvanda yerləşən «Beynəlxalq» Banka məxsus bankomatdan Zərərçəkmiş şəxs6 məxsus «Beynəlxalq» banka aid elektron məlumat daşıyıcısı hesab edilən ödəniş kartını daxil edərək həmin kart hesabından 700 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi 14 ünvanda yerləşən «Araz Market»-in yanında olan «Kapital» Banka aid olan bankomatdan Zərərçəkmiş şəxs7 məxsus «Beynəlxalq» banka aid elektron məlumat daşıyıcısı hesab edilən ödəniş kartını daxil edərək həmin kart hesabından 442 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi 14 ünvanda yerləşən «Araz Market»-in yanında olan «Kapital» banka məxsus bankomatdan Zərərçəkmiş şəxs5 məxsus elektron məlumat daşıyıcısı hesab edilən ödəniş kartını daxil edərək həmin kart hesabından 220 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi. «V».yaşayış massivi, 14 ünvanda yerləşən «Araz Market»-in yanında olan «Kapital» banka məxsus bankomatdan Zərərçəkmiş şəxs4 məxsus elektron məlumat daşıyıcısı hesab edilən ödəniş kartını daxil edərək həmin kart hesabından 465 manat pulu, gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi. «V» yaşayış massivi, 14 ünvanda yerləşən «Araz Market»-in yanında olan «Kapital» banka məxsus bankomatdan Şahid1 məxsus elektron məlumat daşıyıcısı hesab edilən ödəniş kartını daxil edərək həmin hesab kartından 305 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, 14 ünvanda yerləşən «Araz Market»-in yanında olan «Kapital» banka məxsus bankomatdan Zərərçəkmiş şəxs8 məxsus elektron məlumat daşıyıcısı hesab edilən təqaüd kartını daxil edərək həmin kart hesabından 220 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 21:05 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, 14 ünvanda yerləşən «Beynəlxalq bank»a məxsus bankomatdan Zərərçəkmiş şəxs3 məxsus elektron məlumat daşıyıcısı hesab edilən ödəniş kartını daxil edərək həmin kart hesabından 190 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi. «V» yaşayış massivi, «Araz» marketin yanında 14 ünvanda yerləşən «Kapital bank»a məxsus bankomatdan Zərərçəkmiş şəxs13 məxsus elektron məlumat daşıyıcısı hesab edilən ödəniş kartını daxil edərək həmin kart hesabından 130 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, «Araz» marketin yanında 14 ünvanda yerləşən «Kapital bank»a məxsus bankomatdan Zərərçəkmiş şəxs11 məxsus elektron məlumat daşıyıcısı hesab edilən ödəniş kartını daxil edərək həmin kart hesabından 690 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, «Araz» marketin yanında 14 ünvanda yerləşən «Kapital bank»a məxsus bankomatdan Zərərçəkmiş şəxs10 məxsus elektron məlumat daşıyıcısı hesab edilən ödəniş kartını daxil edərək həmin kart hesabından 210 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, «Araz» marketin yanında yerləşən «Beynəlxalq bank»a məxsus bankomatdan Zərərçəkmiş şəxs9 məxsus elektron məlumat daşıyıcısı hesab edilən «Kapital bank»ın ödəniş kartını daxil edərək həmin kart hesabından 203 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış massivində yerləşən, «Bravo market»in içərisində olan ATM-dən Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı hesab edilən «Kapital bank»ın ödəniş kartını daxil edərək həmin kart hesabından 360 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən, «Araz» marketin qarşısında 14 ünvanda olan ATM-dən Ağalärova Qətibə Camal qızına məxsus elektron məlumat daşıyıcısı hesab edilən «Kapital bank»ın ödəniş kartını daxil edərək həmin kart hesabından 383 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən, «Araz» marketin qarşısında 14 ünvanda olan ATM-dən Zərərçəkmiş şəxs12 Xanlar məxsus elektron məlumat daşıyıcısı hesab edilən «Kapital bank»ın ödəniş kartını daxil edərək həmin kart hesabından 489 manat pulu gizli olaraq talayıb, oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Fatma, bacısı Mədinə, qardaşı Yusif və nənəsi Elmira ilə birlikdə yaşayır. “X18”nin 11 e sinif şagirdidir. Lakin iki ildir ki, heç bir səbəb olmadan liseyə getmir. Ayrı-ayrı şəxslərin pul kartlarından bankomatdan çıxartmaq istədikləri pulları oğurlamaqla qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 16 aprel 2021-ci il tarixdə saat 09 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsində «Oba» marketin yanında yerləşən «Beynəlxalq Banka» məxsus olan bankomatın yanında dayanaraq gözləmişdir ki, fürsət olan kimi bankomatdan pul çıxartmaq istəyən kimisə aldadıb kartdan pulunu gizli olaraq çıxardıb ələ keçirsin. Bir neçə nəfər gəlib bankomatdan pullarını çıxartsalar da, onlara yaxınlaşmaq mümkün olmamışdır. Həmin vaxtı bir qədər yaşlı bir qadın yaxınlaşaraq, «Beynəlxalq Banka» məxsus olan təqaüd kartını bankomata daxil edib pul çıxarmaq istəmişdir. Qadının ehtiyatla davranmasını görüb bankomatda əməliyyat aparmaq təcrübəsinin o qədər də olmamasını başa düşmüş və yaxınlaşaraq «xala gəl sənə pul çıxarmaqda köməklik edim» deyərək təklif etmişdir. Qadın da onun təklifi ilə razılaşmış və kartın şifrəsini ona demişdir. Şifrəni yığmış və kartda pul olmasını görsə də, kartda pul olmamasını qadına deyərək kartı çıxarıb özünə qaytarmışdır. Qadın da ona inanıb oradan kənarlaşaraq getmişdir. Adətən bankomatlar kartı çıxardandan bir neçə saniyə, bəzən isə 1-2 dəqiqə sonra pulu çıxardır. Bunu bilərək qadının getməsini gözləmiş və qadın da işi başa düşməyib kartı götürən kimi bankomatdan aralaşan kimi bankomatın çıxartdığı 700 manat pulu pulun əsil sahibi olan həmin qadından gizlin olaraq götürüb hadisə yerindən uzaqlaşmışdır. Həmin pulu yeməyə, içməyə və öz əyləncələrinə verib xərcləmişdir. Bu barədə ailəsinə heç nə deməmişdir. Bundan təxminən 10 gün sonra yenə də kimisə bankomatda aldadıb pulunu gizli olaraq ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə axşam saatlarında evdən çıxaraq Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Kapital bank»ın bankomatı olduğu yerə getmişdir və kənarda dayanıb kiminsə pul çıxartmasını gözləmişdir. Həmin vaxtı yaşlı bir qadın bankomata yaxınlaşdıqda xahiş etmişdir ki, bankomatdan pulun çıxarılmasında ona köməklik etsin. Qadının özünün ondan kömək istəməsini əlinə düşən fürsət kimi qiymətləndirib əvvəlcədən pulunu gizli olaraq ələ keçirmək qərarına gəlmişdir. Odur ki, kartı və şifrəni qadından aldıqdan sonra kartı «Kapital bank»a məxsus bankomata daxil edərək əməliyyət aparmışdır. Sonra kartı çıxarıb qadına verərək yalandan bankomatda pul olmadığını demişdir. Halbu ki, bankomatda pul olmasını görmüşdür və pulun çıxarılması barədə əməliyyat aparmışdır. Qadını aldadıb demişdir ki, əgər pulu bu bankomatdan çıxarsa, 4 manat pul tutulacaqdır. Qadın da 4 manat pulun çıxarılmasını istəmədiyi üçün, kartı ondan götürmüş və «Kapital» bankda pul olan zaman gəlib çıxardacağını deyərək getmişdir. Qadın aralaşan kimi bankomatdan qadının kartından çıxan 130 manat pulu gizlin olaraq çıxardaraq tez oradan uzaqlaşıb getmişdir. Həmin pulu da özü üçün xərcləmişdir və bu barədə ailəsinə heç nə deməmişdir. Bir müddət sonra Suraxanı RPl-nin 33-cü PB-nin əməkdaşları etdiyi kartdan pul oğurluğu ilə bağlı onu saxlayıb PB-nə aparmışlar. Həmin vaxtı kartından pul oğurladığı qadını bölmədə görmüşdür, eyni zamanda qadın da onu görüb tanımışdır. Bundan sonra yenə də həmin üsul ilə oğurluq etmək qərarına gəlmişdir və 2021-ci il aprel ayının axırlarındaaxşam saatlarında Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital bank»a məxsus olan bankomatın yanında dayanıb gözləmişdir. Həmin vaxtı yaşlı bir qadın pul çıxartmaq üçün kartını «Kapital bank»ın bankomatına daxil etmişdir. Həmin qadının pulu çıxartmaqda çətinlik çəkməsini görüb fürsətdən istifadə edərək ona kömək etməyi təklif etmişdir. Qadın da razı olduqdan sonra bankomatda pul olmamasını yalandan demişdir və «tam məbləğ» düyməsini basaraq kartı çıxardıb kişiyə qaytarmışdır. Həmin şəxs ona inanıb gendəndən sonra isə bankomatın yanında dayanıb pulun çıxmasını gözləmişdir. Təxminən 4-5 saniyədən sonra həmin kişiyə məxsus olan bankomatdan çıxan 130 manat pulu gizli olaraq götürüb oradan uzaqlaşmışdır. Bundan sonra yenə də eyni üsulla kartdan pul oğurlamaq qərarına gəlmiş və bu məqsədlə 2021-ci il aprel ayının sonlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital Banka»a məxsus olan bankomatın yanında dayanmışdır. Bilirmiş ki, «Kapital bank»da sistem yenilənibdir və çox adam da yeni sistemi bilmir. Həmin vaxtı yaşlı bir qadın yaxınlaşaraq pul çıxarmaq üçün kartı bankomata daxil edib şifrəni yığmışdır. Şifrə yığılandan sonra monitorda «nağdlaşdırma», «hesabdan çıxarış» və «xidmətlər» yazılan əmrlər görsənir. Əvvəlcə «nağdlaşma» düyməsi basılır və monitorda «məbləği daxil et» əmri görsənir. Həmçinin monitorda «balansı göstərmək» funksiyası gəlir. Bundan sonra şəxs ya çıxartdığı məbləği daxil etməlidir, yada ki, «tam məbləğ» düyməsini basmalıdır. Belə olan halda balansda olan bütün məbləğ çıxarılır. Mən də şəxsin pul çıxartma sistemini yaxşı bilməməsindən istifadə edərək həmin qadının arxasında dayanıb guya özünü pul çıxartmaq üçün növbə gözləyirmiş kimi göstərmişdir və qadının şifrəni yığmasından sonra yalandan «xala bankomatda problem var» deyərək kart ilişib qalmasın deyə kartı bankomatdan çıxarmağı məsləhət bilmişdir və «tam məbləğ» düyməsini basaraq kartı çıxardıb qadına vermişdir. Halbu ki, bundan 5-6 saniyə sonra da pul çıxır. Qadın isə ona inanaraq kartı götürdükdən sonra çıxıb getmişdir. O, isə bankomatdan çıxan 442 manat pulu götürüb sahibindən gizli olaraq ələ keçirdərək hadisə yerindən uzaqlaşıb getmişdir. Həmin pulu da öz əyləncələri üçün xərcləyib qurtarmış və bu barədə ailəsinə və yaxınlarına heç bir söz deməmişdir. Bundan bir neçə gün sonra, yəni 2021-ci il may ayının əvvəllərində yenə də həmin üsulla özgəsinin kartından pulu gizlin olaraq ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə də səhər 08 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Kapital Banka» məxsus olan bankomatın yanına gedərək gözləmişdir. Həmin vaxtı yaşlı bir kişi «Kapital bank»ın ATM-nə yaxınlaşaraq kartı salıb pulu çıxartmaq istəmişdir. Fürsətdən istifadə edərək həmin kişiyə yaxınlaşmışdır. Yaşlı kişi şifrəni yığmaq istəsə də bankomatın klaviaturasının 4-cü düyməsinin işləmədiyini demiş və kömək etməsini xahiş etmişdir. O, kişiyə kartı çıxardıb yenidən salmasını təklif etmiş və kişi də dediyi kimi etmiş, lakin şifrəni ona verməyərək özü yığmışdır. Buna baxmayaraq guya pul çıxartmağa tələsirmiş kimi tez kişidən qabağa keçmiş və onu aldadıb bankomatda pul olmadığını demişdir və «tam məbləğ» düyməsini basaraq kartı çıxardıb kişiyə vermişdir. Kişi də ona inanmış və kartı götürüb getmişdir. Halbu ki, kişi gedəndən sonra bankomatdan 220 manat pul çıxmışdır və çıxan pulu gizlicə götürüb tez də oradan uzaqlaşıb getmişdir. Səhəri günü yenə də həmin üsulla oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə də təxminən saat 19 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital» banka məxsus olan bankomatın yanına gedərək dayanıb gözləmişdir. Həmin vaxtı cavan bir qadın bankomata yaxınlaşıb kartı bankomata daxil edib şifrəni yığmışdır. Fürsətdən istifadə edərək bankomata yaxınlaşmış və qadının şifrəni yığıb pulu çıxartmaq əmrini yerinə yetirməsini görəndən sonra cəld bir şəkildə arxadan əlini uzadaraq «tam məbləğ» düyməsini basıb qadına demişdir ki, guya bankomatda problem vardır. Qadın da ona inanmış və tez bir zamanda kartı götürüb getmişdir. Qadın kartı çıxardıb bankomatdan aralaşdıqdan təxminən bir dəqiqə sonra bankomatdan qadına məxsus 465 manat pul çıxmışdır və həmin pulu gizli olaraq ələ keçirib hadisə yerindən uzaqlaşaraq çıxıb getmişdir. Səhəri günü yenə də həmin üsulla kartdan pul oğurlamaq qərarına gəlmiş və təxminən saat 08 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital» banka məxsus olan bankomatın yanına getmişdir. Həmin vaxtı yaşlı bir kişinin «Kapital Bank»ın bankomatına yaxınlaşmasını və kartı bankomata daxil edib şifrəni yığmasını görmüşdür. Məqsədinə çatmaq üçün tez həmin kişinin yanında dayanmışdır və yalandan bankomatda pul olmamasını kişiyə demiş və bankomatın «tam məbləğ» düyməsini basaraq kartı çıxarıb ona qaytarmışdır. Kişi də ona inanaraq kartını götürüb getmişdir. Özü isə bankomatın yanında dayanıb pulun çıxmasını gözləmişdir və təxminən 5-6 saniyə sonra sonra bankomatdan çıxan 305 manat pulu sahibindən gizlin şəkildə ələ keçirdib hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra yenə də eyni qayda ilə özgəsinin kartından pulu gizlin şəkildə ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə də 2021-ci il may ayının əvvəllərində təxminən saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital bank»a məxsus olan bankomatın yanına gedərək gözləmişdir. Kişi özünə məxsus olan kartı bankomata daxil edib şifrəni yığmışdır. Həmin vaxtı «Kapital Bank»dan pul çıxarsa, 7 manat komissiya haqqı pul çıxılacaqdır deyərək kişini aldatmışdır. Kişi də ona inanmış və 7 manat pulu çıxarılmasın deyə bankomatın qaytardığı kartı götürüb getmişdir. Təxminən 01 dəqiqə bankomatın qarşısında gözləmiş və 220 manat pul bankomatdan çıxan kimi götürüb hadisə yerindən uzaqlaşmışdır. Həmin pulu da özü üçün xərcləmişdir və ailəsi bu barədə bilməmişdir. Bundan sonra yenə də eyni üsulla kartdan pul oğurlamaq qərarına gəlmiş və 2021-ci il may ayının axırlarında saat 10 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital» banka məxsus olan bankomatın yanına getmişdir. Həmin vaxtı bir qadın bankomata yaxınlaşmış və kartını bankomata salıb şifrəni yığaraq pul çıxartmaq istəmişdir. Həmin qadına yaxınlaşıb guya özünün də həmin bankomatdan pul çıxartmaq istəməsini və bankomatında pul olmamasını, yalnız 1 manatlıqlar olmasını demişdir. Qadın ona inanaraq «Beynəlxalq bank»a məxsus bankomata yaxınlaşaraq kartını bankomata daxil edib kartın kodunu yazmışdır. Cəld bir şəkildə qadından qabağa keçib guya pulu çıxartmaq üçün «ENTER» düyməsinə basmış, lakin əslində düyməyə basmayaraq qadını aldadıb bankomatda pul olmamasını demişdir. Qadın da kartını istəyəndə «ENTER» düyməsini basıb kartı çıxardaraq qadına vermişdir və qadından gizlin şəkildə bankomatdan çıxan 690 manat pulu bankomatdan çıxardıb oğurlamışdır. Bundan sonra yenə də bankomatdan başqasına məxsus kart hesablarından pulu oğurlamaq qərarına gəlmiş və bu məqsədlə 2021-ci il may ayının axırlarında saat 19 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Kapital Bank»a məxsus olan bankomatın yanına getmişdir. Həmin vaxtı orta yaşlı bir qadın bankomata yaxınlaşıb kartını «Kapital bank»a məxsus bankomata daxil etmək istədikdə həmin qadına demişdir ki, guya ki, «Kapital bank»ın bankomatında olan pullar xırda pullardır və məsləhət bilmişdir ki, pulunu «Beynəlxalq bank'»a məxsus bankomatdan çıxartsın. Həmin bankomatlar yan-yana olduğuna görə, təklifinə əsasən qadın kartını «Beynəlxalq bank»ın bankomatına daxil edib şifrəni yığmışdır. Bu zaman guya qadına kömək edərək pulu çıxartmaq bəhanəsi ilə bankomatın düymələrini basaraq əməliyyatı həyata keçirmişdir. Bankomatın ekranında yazılmışdır ki, həmin bankomatdan pul çıxartsa 10 manat faiz pulu tutulacaqdır. Buna görə qadın bankomatdan pul çıxarmaq istəməmişdir və kartı çıxardıb ona verməsini demişdir. Kartı çıxardaraq qadına qaytarsa da artıq pulun çıxarılması əmrini qadından gizlin şəkildə yerinə yetirmişdir. Qadın da oradan aralaşan kimi bankomatdan 203 manat pulu çıxartmışdır və dərhal hadisə yerindən qaçıb getmişdir. Bundan sonra yenə də təkrarən həmin üsul ilə kartdan pul oğurlamaq qərarına gəlmiş və bu məqsədlə 2021-ci ilin may ayının axırlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Beynəlxalq' Bank»a məxsus olan bankomatın yanına gedib gözləmişdir. Həmin vaxtı yaşlı bir qadın «Beynəlxal Bank»a məxsus bankomata yaxınlaşıb pul çıxartmaq istəmişdir. Həmin qadına yaxınlaşıb bankomatdan pulunu çıxarıb verməyə kömək etməyi təklif etmişdir. Qadın da onun azyaşlı olmasını görüb inanaraq kartını verib şifrəni bildirmişdir. Bundan sonra yenə də həmin üsul ilə ödəniş kartlardan pul oğurlamaq qərarına gəlmişdir və 2021-ci ilin may ayının son günləri səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Kapital Bank»ın yanında dayanıb gözləmişdir. Həmin vaxtı bir qadın yaxınlaşıb «Beynəlxal Bank»ın bankomatında kartı salıb şifrəni yığmışdır. Fürsətdən istifadə edərək qadına yaxınlaşmışdır və yalandan demişdir ki, guya «Beynəlxalq bank»dan pul çıxardanda 7 faiz pul tutulur və «tam məbləğ» düyməsini basıb kartı çıxardıb qadına vermişdir. Qadın oradan aralaşan kimi bankomatdan çıxan 210 manat pulu götürüb tez oradan uzaqlaşmışdır. Həmin pulu xərcləyib qurtarmışdır. Bu barədə ailəsinə deməmişdir. Bundan sonra yenə də həmin üsul ilə ödəniş kartlardan pul oğurlamaq qərarına gəlmişdir və bu məqsədlə də 2021-ci il iyun ayının ortaları ərəfəsində axşam saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Beynəlxalq Bank»a məxsus olan bankomatın qarşısında dayanıb gözləmişdir. Həmin vaxtı bir orta yaşlı kişi bankomata yaxınlaşıb kartı bankomata daxil edib kağızın üzərinə yazılmış şifrəni yığmışdır. Lakin həmin bankomatda pul olmadığına görə bankomatdan pul çıxara bilməmişdir. Həmin kişinin lal-kar olmasını başa düşmüşdür və əl hərəkəti ilə başa salmışdır ki, «Benyəlxal bank»ın bankomatında pul yoxdur və yanında olan «Kapital Bank»a məxsus olan bankomatda pulun olmasını bildirmişdir. Kartı kişidən alıb guya kömək etmək məqsədi ilə bankomata daxil etmiş və ona kağıza yazılmış şifrəni kişi ona vermişdir. O, şifrəni yığaraq əməliyyat aparmış, sonra kartı bankomatdan çıxarıb ona qaytararaq başa salmışdır ki, bu bankomatda da pul yoxdur. Əslində isə kartda pul olmasını görmüş, lakin kişidən bunu gizlətmişdir. Kartı və kağıza yazılmış şifrəni kişiyə verəndən sonra sonuncu çıxıb getmişdir. Bundan sonra bankomatdan çıxan 190 manat pulu gizli olaraq ələ keçirib getmişdir. Həmin pulu xərcləmişdir və bu hərəkəti barədə anası Fatma bilməmişdir. Bundan sonra yenə də həmin üsul ilə başqalarının ödəniş kartlarından pul oğurlamaq qərarına gəlmişdir və bu məqsədlə də 2021-ci il iyun ayının axırlarında saat 19 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital bank»a məxsus olan bankomatın yanında dayanıb gözləmişdir. Həmin vaxtı yaşlı bir qadın bankomata yaxınlaşıb kartı daxil etmişdir və şifrəni yığmışdır. Bundan istifadə edərək bankomatda pul olmamasını yalandan qadına demişdir və «tam məbləğ» düyməsini basıb kartı çıxardıb qadına vermişdir. Qadın ona inanıb gedəndən sonra isə «Kapital bankın» ATM-dən çıxan həmin qadına məxsus 383 manat pulu gizli olaraq götürüb oradan uzaqlaşmışdır. Bir qədər sonra həmin qadının oğlu məhəllə uşaqlarından soraqlaşıb onu tanımışdır. Buna görə də başqa çıxış yolu olmadığından qadından oğurladığı 383 manat pulu qaytarmışdır. Bundan sonra yenə də həmin üsul ilə oğurluq etmək qərarına gəlmişdir və 2021-ci il iyul ayının ortalarında səhər saatlarında Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital bank»a məxsus olan bankomatın yanında dayanıb gözləmişdir. Həmin vaxtı yaşlı bir kişi pul çıxartmaq üçün kartını «Kapital bank»ın bankomatına daxil etmişdir. Həmin kişinin şifrəni yığmasını görəndən sonra kişinin pulu çıxartmaqda çətinlik çəkməsini görmüş və fürsətdən istifadə edərək ona kömək etməyi təklif etmişdir. Kişi də razı olduqdan sonra bankomatda pul olmamasını yalandan demişdir və «tam məbləğ» düyməsini basaraq kartı çıxardıb kişiyə qaytarmışdır. Həmin şəxs ona inanıb gedəndən sonra isə bankomatın yanında dayanıb pulun çıxmasını gözləmişdir. Təxminən 4-5 saniyədən sonra həmin kişiyə məxsus olan bankomatdan çıxan 489 manat pulu gizli olaraq götürüb oradan uzaqlaşmışdır. Bundan sonra yenə də həmin üsul ilə ödəniş kartlardan pul oğurlamaq qərarına gəlmişdir və 2021-ci il dekabr ayının ortalarına yaxın günorta saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış massivində yerləşən «Bravo Market»in içində olan «Kapital bank»ın ATM-nin yanında dayanıb gözləmişdir. Həmin vaxtı yaşlı bir kişi «Kapital bank»ın ATM-nə yaxınlaşıb pul çıxartmaq üçün kartı salmışdır istəmişdir. Həmin kişi şifrəni yığandan sonra ona bankomatda pul olmamasını demişdir və əlini uzadıb «tam məbləğ» düyməsini basmışdır. Hansı ki, həmin düyməni basanda həm kart çıxır, sonra da pul çıxır. Kart çıxandan sonra kişi kartı götürüb heç nə başa düşmədən 2-ci mərtəbədə olan ATM-ə tərəf getmişdir. O, da 4-5 saniyə gözləmiş və kişi aralanıb gedəndən sonra bankomatdan çıxan 360 manat pulu gizlin olaraq götürüb aradan çıxmışdır. Ailəsinin onun həmin hərəkətindən xəbəri olmamışdır. Oğurladığı pulları isə xərcləmişdir. Sonda o, törətmiş olduğu əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışıq əldə etdiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, şahid ifadələrini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 16 aprel 2021-ci il tarixdə xəstə olduğu üçün, səhər saatlarında bacısı Şahid2 zəng edərək, onun əvəzinə «Beynəlxalq Bank» tərəfindən verilmiş təqaüd kartından pul çıxardıb verməsini xahiş etmişdir. Bacısı Şahid2 yaşadığı ünvana gedib təqaüd kartını ondan almış və kartın şifrəsini demişdir. Nəzakət kartı götürüb getmiş və bir neçə saat keçdikdən sonra zəng edərək kartda pul olmadığını demişdir və sonra kartı aparıb özünə qaytarmışdır. Ondan soruşanda ki, nə bildin ki, kartda pul yoxdur, cavabında demişdir ki, kartı bankomata salmağa 15-16 yaşında olan bir oğlan ona kömək edərək, kartda pul olmadığını deyərək, kartı bankomatdən çıxarıb ona qaytardığını bildirmişdir. Bundan sonra kartı götürüb Əmircan qəsəbəsində «Beynəoxalq Bank» -ın filialına gedib yoxlatdırmışdır. Orada pulun çıxarılmasını bildirmişlər. Başa düşmüşdür ki, bacısı Nəzakət deyən oğlan onu aldadaraq 700 manat pulu bankomatdan çıxarıb oğurlayaraq yayınmışdır. Elə həmin gün Suraxanı RPİ-nin 33-cü PB-nə gedərək pulun bankomatdan oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Əlil övladına baxdığı üçün «Kapital bank» tərəfindən ona kart verilmişdir. Həmin kart ilə hər ay 130 manat məbləğində vəsait alır. 26 aprel 2021-ci il tarixdə axşam saatlarında evdən çıxaraq Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Kapital bank»a getmişdir ki, 130 manat pulu çıxartsın. Təxminən saat 19:25 radələrində qeyd etdiyi bankomata yaxınlaşdıqda, bankomatın yaxınlığında dayanmış təxminən 15-16 yaşında olan oğlandan xahiş etmişdir ki, bankomatdan pulun çıxarılmasında ona köməklik etsin. Həmin oğlan da razılaşmışdır. Kartını oğlana verib kodunu da demişdir. Oğlan kartı «Kapital bank»a məxsus bankomata daxil edərək əməliyyət aparmışdır. Sonra kartı çıxarıb ona verərək bankomatda pul olmadığını demişdir. Sonra kartı yaxınlıqda olan «Beynəlxalq bank»ın bankomatına salaraq şifrəni yığıb əməliyyat apardıqdan sonra demişdir ki, əgər pulu bu bankomatdan çıxarsa, 4 manat pul tutulacaqdır. O, 4 manat pulun çıxarılmasını istəmədiyi üçün, oğlana demişdir ki, kartı çıxarıdıb qaytarsın, «Kapital»bankda pul olan zaman gəlib çıxardacaqdır. Oğlan kartı «Beynəlxalq» banka məxsus bankomatdan çıxarıb ona qaytarmışdır və oradan kənarlaşaraq çıxıb getmişdir. Kartı çantasına qoyub evə qayıtdıqda «Kapital bank»dan mobil telefon nömrəsinə əməliyyatın uğurlu keçməsi barədə SMS daxil olmuşdur. Dərhal başa düşmüşdür ki, həmin oğlan onu aldadaraq kartından 130 manat pulu çıxardaraq aparmışdır. Bir müddət polisə müraciət etməmişdir. Sonra may ayında eşidəndə ki, bankomatlardan pullları çıxaran oğlan müəyyən edilibdir, 14 may 2021-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Elə PB-də məlum olmuşdur ki, onun və qeyri şəxslərin pulunu bankomatlardan çıxarıb aparan Təqsirləndirilən şəxs olmuşdur. Həmçinin onu PB-də görmüş və dərhal tanımışdır. Sonda, təqsirləndirlən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 28 aprel 2021-ci il tarixdə günün ikinci yarısında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Beynəlxalq Bank»a məxsus olan bankomatdan «Beynəlxalq Bank» tərəfindən verilmiş təqaüd kartından pul çıxarmaq üçün kartı bankomata daxil edib şifrəni yığmışdır. Bu zaman arxada dayanmış sonradan polisdə görüb tanıdığı 15-16 yaşı olan Təqsirləndirilən şəxs yaxınlaşaraq demişdir ki, «xala bankomatda problem var» deyərək kart ilişib qalmasın deyə kartı bankomatdan çıxarmağı məsləhət bilmişdir. Ağamirə inanaraq kartı bankomatdan çıxarıb götürmüşdür. Arasından bir neçə dəqiqə keçmiş yenə də kartı bankomata daxil edib pul çıxarmaq istədikdə, kartdan 442 manat pulun çıxarılmasının şahidi olmuşdur. Arxaya çönüb Təqsirləndirilən şəxs axtardıqda, artıq çıxıb getdiyindən onu orada görməmişdir. Fikirləşdikdə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs başı qarışıq olduğundan istifadə edib bankomatdan pulunu çıxardaraq oğurlamışdır. Bundan sonra sabahı günü, yəni 29 aprel 2021-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə gedərək bankomatdan pulumun oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Sonda, təqsirləndirlən şəxslə barışdığını, ona qarşı heç bir şikayətin, tələbin və iddiası olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 04 may 2021-ci il tarixdə səhər 08 radələrində qaynatası Xəncəlov X3 rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Kapital Banka» məxsus olan bankomatdan ona «Kapital Bank» tərəfindən verilmiş əmək haqqı kartından pul çıxarmaq üçün getmişdir. Arasından bir qədər keçdikdə evə qayıdaraq demişdir ki, kartda problem olduğuna görə, bankomatdan pul çıxara bilməmişdir. Qaynatası Marifə bildirmişdir ki, kartda problem yoxdur, çünki, mobil telefonuna mesaj gəlib ki, kartdan 220 manat pul çıxarılmışdır. Bundan sonra qaynatası demişdir ki, kartı bankomata salıb şifrəni yığan zaman orada dayanmış 15-16 yaşında bir oğlan ona pulu çıxarmaqda köməklik etmiş, həmin oğlan ona demişdir ki, kartda problem vardır və bu səbəbjən kartı bankomatdan çıxarıb evə gəlmişdir. Ona görə də həmin oğlandan şübhələnir. X11 RPİ-nin 33-cü PB-nə gedib ərizə ilə müraciət edən zaman, orada bir oğlanın şəkilini göstərmişlər və Marif həmin oğlanı tanımış və demişdir ki, ona kartdan pul çıxarmağa köməklik edən həmin şəxsdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. 09 may 2021-ci il tarixdə «Kapital Banka» müraciət etmişdir və bildirmişlər ki, onun pul kartından 220 manat pul 04 may 2021-ci il tarixdə çıxarılmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə 22 iyul 2024-cü il tarixində teleqramla müraciət edərək, təqsirləndirlən şəxsdən şikayətçi olmadığını, məhkəməyə onun iştirakı olmada keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 23 saylı körpələr evində tərbiyəçi işləyir. 05 may 2021-ci il tarixdə təxminən saat 19 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital» banka məxsus olan bankomatdan özünə məxsus əmək haqqı kartından pul çıxarmaq üçün kartı bankomata daxil edib şifrəni yığmışdır. Bu zaman yanında dayanmış sonradan polisdə tanıdığı Təqsirləndirilən şəxs kartı qaytar düyməsini sıxmış və bankomatda problem olduğunu bildirmişdir. Kartı götürüb anasıgilə getmişdir və təxminən 20 dəqiqədən sonra bankomata qayıdaraq, kartı bankomata daxil etdikdə görmüşdür ki, kartından 465 manat pulu çıxarılaraq oğurlanıbdır. Dərhal başa düşmüşdür ki, pulu oğurlayan şəxs yanında dayanmış Təqsirləndirilən şəxs olmuşdur. Kartından pulun oğurlanmasını aşkar etdikdə, «Kapital» bankın qaynar xəttinə zəng edərək kartdan pulun çıxarılması barədə məlumat vermişdir. 3 gün keçdikdən sonra bankdan ona zəng edərək 465 manat pulun 05 may 2021-ci il tarixdə çıxarılmasını bildirmişlər. Bundan sonra 09 may 2021-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» Y/S-də yerləşən 62 saylı MKS-də fəhlə işləyərək ailəsini dolandırır. 06 may 2021-ci il tarixdə təxminən saat 08 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital» banka məxsus olan bankomatdan özünə məxsus olan «Kapital Bank» tərəfindən verilmiş əmək haqqı kartından pul çıxarmaq üçün kartı bankomata daxil edib şifrəni yığmışdır. Bu zaman yanında dayanmış təxminən 15-16 yaşında olan əvvəllər tanımadığı, sonradan polisdə tanıdığı Təqsirləndirilən şəxs demişdir ki, bankomatda pul yoxdur və bankomatın düyməsini basaraq kartı bankomatdan çıxarıb ona qaytarmışdır. Buna görə də kartı götürərək bankomatdan uzaqlaşıb getmək istəmişdir. Təqsirləndirilən şəxs isə bankomatın qarşısında təxminən 1-2 dəqiqə dayanıb bankomatda «eşələnərək» çıxıb getmişdir. Kənarda dayanıb baxıb görəndə ki, bir neçə nəfər bankomata yaxınlaşaraq pul çıxarıb gedirlər, yenidən bankomata yaxınlaşıb kartı bankomata daxil edib şifrəni yığdıqda, görmüşdür ki, kartından 305 manat pul çıxarılıbdır. Dərhal başa düşmüşdür ki, pulu oğurlayan şəxs yanında dayanmış Təqsirləndirilən şəxs olmuşdur. Kartından pulun oğurlanmasını aşkar etdikdə, elə həmin günü Suraxanı RPİ-nin 33-cü PB-nə gedərək pulun çıxarılması barədə ərizə ilə müraciət etmişdir. Sonda, təqsirləndirlən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayətin və tələbin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 09 may 2021-ci il tarixdə təxminən saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital bank»a məxsus olan bankomatdan özünə məxsus olan «Beynəlxalq Bank» tərəfindən verilmiş təqaüd kartından pul çıxarmaq üçün kartı bankomata daxil edib şifrəni yığmışdır. Bu zaman yanında dayanmış təxminən 15-16 yaşında olan sonradan polisdə tanıdığı Təqsirləndirilən şəxs demişdir ki, «Kapital Bank»dan pul çıxarsa, 7 manat komissiya haqqı pul çıxılacaqdır. 7 manat pulu çıxarılmasın deyə, bankomatdan pulu çıxartmamış və Təqsirləndirilən şəxs bankomatın düyməsini basaraq kartı bankomatdan çıxarıb ona qaytarmışdır və kartı götürərək çıxıb getmidir. Bundan təxminən 15 dəqiqə sonra həmin bankomata-qayıdıb, kartı bankomata daxil edib balansı yoxladıqda, kartdan 220 manat pulun çıxarılmasını müəyyən etmişdir. Dərhal başa düşmüşdür ki, pulu oğurlayan şəxs yanında dayanmış Təqsirləndirilən şəxs olmuşdur. Kartından pulun oğurlanmasını aşkar etdikdə, elə həmin günü Suraxanı RPİ-nin 33-cü PB-nə gedərək pulun çıxarılması barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır və Xankəndi seçki dairəsində katib işləyir. 27 may 2021-ci il tarixdə səhər saat 09:30 radələrində özünə məxsus olan «Kapital bank» tərəfindən verilmiş əmək haqqı kartından əmək haqqını çıxarmaq üçün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış, sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital» banka məxsus olan bankomata getmişdir. Bankomata yaxınlaşdıqda, bankomatın qarşısında bir nəfər orta yaşlı kişini və 16-17 yaşında olan bir oğlanı görmüşdür. Həmin oğlan orta yaşlı kişiyə köməklik etmişdir və 10-15 dəqiqə keçdikdən sonra, kişi oğlana çox sağol deyib getmişdir. Kişi getdikdən sonra oğlan bankomata yaxınlaşmış və bir neçə dəqiqədən sonra kənara çəkilmişdir. Bundan sonra həmin bankomata yaxınlaşmışdır. Bu zaman həmin oğlan ona «Kapital bank»ın bankomatında pul olmamasını, yalnız 1 manatlıqlar olmasını demişdir. Oğlan demişdir ki, onun özü də həmin bankomatdan pul çıxarmaq istəmiş, lakin manatlıqlar olduğuna görə pulu «Beynəlxalq bank»ın bankomatından çıxartmışdır. Onu da əlavə etmişdir ki, «Beynəlxalq bank»ın bankomatından pul çıxarsa faiz tutulmayacaqdır çünki, banklar arasında müqavilə vardır. Həmin oğlana inanaraq «Beynəlxalq bank»a məxsus bankomata yaxınlaşaraq kartını bankomata daxil edib kartın kodunu yazmışdır. Bu zaman həmin oğlan ona yaxınlaşmışdır, ona kənara çəkilməsini desə də, oğlan tez bir zamanda bankomatın düymələrini basaraq pulunun çıxacağını demişdir. Lakin bir neçə dəqiqə gözləsə də pul çıxmamışdır. İkinci dəfə yenidən pul çıxarmaq əməliyyatını etmişdir, lakin bankomatda göstərilmişdir ki, balansda cəmi 0,54 qəpik pul qalıbdır. Kartı oradan çıxarıb «Kapital bank»ın bankomatına salıb yenidən pul çıxarma əməliyyatını etmişdir. Həmin bankomatda da balansda 0,54 qəpik olması göstərilmişdir. Bu zaman oğlana yaxınlaşıb deyəndə ki, nə üçün pul çıxmadı, cavabında demişdir ki, yəqin ki, bankomatlarda problem vardır və məsləhət verərək «Araz» marketin əməkdaşlarından bir nəfəri çağırmağı bildirmişdir. Sonra onun yanından kənarlaşaraq marketin işçilərindən kimisə çağırmağa getməsini demişdir. Həmin oğlan çıxıb getmişdir və onun hara getməsini bilməmişdir. Yenidən «Kapital Bank»ın bankomatına kartını daxil edərək, əməliyyat aparmış və balansda yenə də 0,54 qəpik pulun olmasını görmüşdür. Tez marketə daxil olaraq oğlanı axtarmağa başlamış, lakin marketin tapa bilməmişdir. Bundan sonra marketin administrasiyasına yaxınlaşaraq kamerada olan görüntüyə baxmağı xahiş etmişdir. Görüntüyə baxanda görmüşdür ki, həmin oğlan marketə daxil olmadan marketin qarşısından keçib gelir. Pul çıxarmaq məqamına gəldikdə, «Kapital bank»ın bankomatına kartını daxil edib əməliyyat keçirmək istədiyi zaman, oğlan «Beynəlxalq bank»ın bankomatından nəsə götürüb cibinə qoyaraq oradan aralanır. Başa düşərək ki, oğlan onu aldadaraq ona məxsus olan 690 manat pulu bankomatdan çıxarıb getmişdir, dərhal DİNnin 102 xidmətinə zəng etmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Sonra Suraxanı RPİ-nin 33-cü PB-nə gedərək ərizə ilə müraciət etmişdir. PB-də ona bir oğlanın fotoşəkilini göstərmişlər və mən həmin fotoşəkilə baxan kimi həmin şəxsi tanımışdır. Elə orada da bilmişdir həmin oğlan Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 285 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyir. 28 may 2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Kapital Bank»a məxsus olan bankomatdan «Kapital Bank» tərəfindən verilmiş əmək haqqı kartından pul çıxarmaq üçün getmişdir. Çatdıqdan sonra kartını «Kapital bank»a məxsus bankomata daxil etmək istədikdə, yanında dayanmış 15-16 yaşında bir oğlan, «Kapital bank»ın bankomatında olan pulların xırda pullar olmasını demiş və məsləhət bilmişdir ki, pulunu «Beynəlxalq bank»a məxsus bankomatdan çıxartsın. Həmin bankomatlar yan-yana olduğuna görə, həmin oğlanın təklifinə əsasən kartını «Beynəlxalq bank»ın bankomatına daxil edib şifrəni yığmışdır. Yanında dayanmış oğlan öz təşəbbüsü ilə ona kömək edərək pulu çıxartmaq bəhanəsi ilə bankomatın düymələrini basaraq əməliyyatı həyata keçirmişdir. Bankomatın ekranında yazılana əsasən məlumatı olmuşdur ki, həmin bankomatdan pul çıxartsa 10 manat faiz pulu tutulacaqdır. Deyəndə ki, həmin bankomatdan pul çıxarmaq istəmir, oğlan düyməni basıb kartı çıxardaraq ona qaytarmışdır. Sonra bir şəxsin «Kapital bank»ın bankomatından pul çıxartmasını və çıxardığı pulların arasında 100-lük əskinazın olmasını görmüşdür. Kartını «Kapital bank»ın bankomatına daxil edib şifrəni yığmış və pulu çıxartmaq üçün əməliyyat aparmışdır. Əməliyyat apardıqda görmüşdür ki, kartından «Beynəlxalq bank»ın bankomatından 203 manat pul çıxarılıbdır, 422 manat pul isə qalmışdır. Həmin məbləği bankomatdan çıxartmışdır. Pulu «Kapital bank»ın bankomatından çıxaran zaman, artıq həmin oğlanın oradan çıxıb getməsini aşkar etmişdir. Bankomatdan 203 manat pulunun çıxarılmasını aşkar etdikdə, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonra isə Suraxanı RPİ-nin 33-cü PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Polis bölməsində ona bir nəfər oğlan uşağının fotoşəkilini göstərmişlər. Fotoşəkilə baxan kimi həmin oğlanı tanımış və həmin oğlan tərəfindən pulunun bankomatdan oğurlandığını bildirmişdir. PB-də həmin oğlanın Təqsirləndirilən şəxs olmasını bilmişdir. Həmçinin o, məhkəməyə xx.xx.2023-cü il tarixində teleqramla müraciət edərək, istintaqda vermiş olduğu ifadəni təsdiq etdiyini və təqsirləndirlən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 278 saylı tam orta məktəbdə xadimə işləyir. 31 may 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Kapital Bank»a məxsus olan bankomatdan «Kapital Bank» tərəfindən verilmiş əmək haqqı kartından pul çıxarmaq üçün kartı bankomata daxil edib şifrəni yığmışdır. Əməliyyat apardıqda bankomatda istədiyi məbləğin olmaması göstərilmişdir. Buna görə də həmin bankomatdan kartı çıxarıb götürmüşdür. Bu zaman «Beynəlxalq bank»a məxsus olan bankomatın yanında dayanmış 15-16 yaşında olan bir oğlan ona yaxınlaşaraq, kartını verməsini, həmin bankomatdan pulunu çıxarıb verməyə kömək etməyi təklif etmişdir. Həmin oğlana inanaraq kartını ona verib şifrəni bildirmişdir. Oğlan kartı «Beynəlxalq bank»a məxsus bankomata daxil edərək şifrəni yığıb əməliyyat apararaq demişdir ki, bu bankomatdan pulun çıxarılması üçün 7 manat pul tutulacaqdır. Yeddi manat pulun çıxarılmasına razı olmadığını bildirərək kartı çıxarıb özünə qaytarmasını istəmiş və oğlan da kartı çıxarıb ona vermişdir. Bundan sonra oradan kənarlaşaraq evinə getmişdir. Oğlan isə orada qalmışdır. Təxminən bir saat sonra «Araz» marketin qarşısında yerləşən «Kapital bank»a məxsus bankomata qayıdaraq, kartını bankomata salıb yoxladıqda bankomatda 42 manat pul qalması, 210 manat pulun isə çıxarılmasının şahidi olmuşdur. Dərhal başa düşmüşdür ki, «Beynəlxalq bank»ın bankomatından pul çıxarmağa kömək edən həmin oğlan onu aldadaraq pulunu bankomatdan çıxarıb oğurlamışdır. Sabahı günü, yəni 01 iyun 2021-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə gedərək pulunun oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Polis bölməsində bir nəfər oğlan uşağının fotoşəkilini göstərmişlər. Fotoşəkilə baxan kimi həmin oğlanı tanımış və həmin oğlan tərəfindən pulunun bankomatdan oğurlandığını bildirmişdir. PB-də həmin oğlanın Təqsirləndirilən şəxs olmasını bilmişdir. Sonda, təqsirləndirlən şəxslə barışdığını, ona qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmişi ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, anket məlumatında göstərilən ünvanda ailəsiylə birlikdə yaşayır və lal-kar əlili olduğuna görə heç bir yerdə işləmir. Əlil olduğu üçün ona «Beynəlxalq bank» tərəfindən verilmiş kart ilə hər ay 260 manat məbləğində pul alır. 10 iyun 2021-ci il tarixdə həmin kartdan 60 manat pul çıxartmışdır və qalan məbləğ kartda qalmışdır. Sabahı günü, yəni 11 iyun 2021-ci il tarixdə saat 21:05 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Beynəlxalq Bank»a məxsus olan bankomatdan pul çıxartmağa getmişdir. Kartı bankomata daxil edib kağızın üzərinə yazılmış şifrəni yığmışdır, lakin həmin bankomatda pul olmadığına görə bankomatdan pul çıxara bilməmişdir. Bu zaman yanında dayanmış 15-18 yaşında bir oğlan ona yaxınlaşaraq görəndə ki, lal-kardır, əli ilə başa salaraq «Kapital Bank»a məxsus olan bankomatda pulun olmasını bildirmişdir. Kartını həmin bankomata salmaq istədikdə, oğlan kartı əlindən alaraq kömək etmək məqsədi ilə kartı bankomata daxil etmiş və ona kağıza yazılmış şifrəni vermişdir. Oğlan şifrəni yığaraq əməliyyat aparmış, sonra kartı bankomatdan çıxarıb ona qaytararaq başa salmışdır ki, bu bankomatda da pul yoxdur. Kartı və kağıza yazılmış şifrəni həmin oğlandan götürərək evə qayıtmışdır. Sabahı günü, yəni 12 iyun 2021-ci il tarixdə yenə də «Araz» marketin qarşısında olan «Beynəlxalq Bank»a məxsus bankomata getmişdir ki, pul çıxartsın. Kartı bankomata daxil edib şifrəni yığmış və kartından «Kapital Bank»a məxsus olan bankomatdan xx.xx.2021-ci il tarixdə axşam saatlarında 190 manat pul çıxarılması və qeyri bankomat olduğuna görə 1 manat 50 qəpik də faizin tutulmasını bilmişdir. Dərhal başa düşmüşdür ki, yanında olan oğlan onu aldadaraq 190 manat pulunu çıxarıb aparmaqla oğurlamışdır. Evə gəldikdə bu barədə oğlu Şahid3 demişdir və onunla birlikdə Suraxanı RPİ-nin 33-cü PB-nə getmişdir. Orada lal və kar olduğu üçün, ərizəni oğlu Emin yazmışdır və ondan izahat alınmışdır. Polis bölməsində ona bir nəfər oğlan uşağının fotoşəkilini göstərmişlər. Fotoşəkilə baxan kimi həmin oğlanı tanımışdır və həmin oğlan tərəfindən pulunun bankomatdan oğurlandığını bildirmişdir. PBdə həmin oğlanın Təqsirləndirilən şəxs olmasını bilmişdir. O, məhkəməyə ünvanlanmış ərizəsində ona dəymiş 190 manat həddində ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ayda 295 manat təqaüd alır və təqaüdü «Kapital bank»ın pensiya kartı vasitəsiylə alır. 11 dekabr 2021-ci il tarixdə təxminən saat 14 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış massivində yerləşən «Bravo Market»in içində olan ATM-dən pul çıxartmaq istəmişdir. Əvvəlcə arvadı Qasımova Qüdrətin pensiya kartını salıb pulu çıxartmışdır. Sonra isə öz pensiya kartını ATM-ə salanda arxadan 15-16 yaşlarında bir oğlan uşağı əlini uzadıb ATM-in rəqəmlərini yığaraq nəisə əməliyyat etmişdir. Ondan nə etməsini soruşduqda isə demişdir ki, «dayı tez edirəm ki, pulun tez çıxsın». Elə başa düşmüşdür ki, həmin uşaq da pul çıxartmaq istəyir və onun işini tezləşdirir. Lakin kartından pul çıxmamışdır. Həmin uşaq demişdir ki, yəqin aparatda pul yoxdur, yada ki, xırda pullar qalıbdır və onu 2-ci mərtəbədə olan başqa ATM-dən pul çıxartmaq üçün göndərmişdir. Eskalatorla yuxarı qalxanda orada ATM olmadığını görüb başa düşmüşdür ki, oğlan onu aldadıbdır və geyri qayıdanda artıq həmin oğlan çıxıb getmişdir. Kartı ATM-ə salanda 360 manat pulunun çıxarılmasını müəyyən etmişdir. Buna görə də həmin gün Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət etmişdir. Polis bölməsində olarkən «Bravo Market»in kamerasından videogörüntü ona göstərilmişdir və həmin pulunu ələ keçirən oğlanı görüb tanımışdır. Sonra isə polislər oğlanın şəklini göstərmişlər və şəkildəki oğlanın onu aldadan oğlan olmasını görüb tanımışdır. Polis bölməsində öyrənmişdir ki, həmin oğlan Təqsirləndirilən şəxsdur. Sonda, təqsirləndirlən şəxslə barışdığını, təqsirləndirlən tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayətin və tələbin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, rəsmi olaraq Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 23 saylı körpələr evində tərbiyəçi işləyir. 29 iyun 2021-ci il tarixdə təxminən saat 19 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital bank»a məxsus olan bankomatdan özünə məxsus əmək haqqı kartından pul çıxarmaq üçün kartı bankomata daxil edib şifrəni yığmışdır. Bu zaman yanında dayanmış sonradan polisdə tanıdığı Təqsirləndirilən şəxs ona pulu çıxartmaqda kömək etməyi təklif etmişdir. Razı olduqdan sonra Ağamirə kodu demişdir və sonuncu kodu yığandan sonra demişdir ki, kartda pul vardır, ancaq ATM-də pul yoxdur deyə çıxartmaq olmur. Ağamir kartı çıxardıb özünə qaytarandan sonra kartı götürüb «Ballı» marketin yanındakı ATM-dən pulu çıxartmaq istəyəndə görmüşdür ki, kartında olan 383 manat pulu çıxarılıbdır. Başa düşmüşdür ki, pulunu Ağamir onu aldadıb oğurlamışdır. Buna görə də həmin gün Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət etmişdir. Polis bölməsində Ağamirin fotoşəklini göstərmişlər və onu tanımışdır. Bundan sonra Ağamirin kim olmasını öyrənmişlər və onun anasına xəbər göndərmişlər ki, pulu qaytarsın. Ağamirin valideyinləri bir həftə sonra onun pulunu qaytarmışlar. Sonda, təqsirləndirlən şəxslə barışdığını, təqsirləndirlən tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayətin və tələbin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 göstərmişdir ki, rəsmi olaraq Suraxanı rayonu, Mənzil komunal təsərrüfat sahəsində fəhlə işləyir və əmək haqqını «Kapital bank»a məxsus əmək haqqı kartı vasitəsiylə alır. 12 iyul 2021-ci il tarixdə təxminən saat 11 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində «Araz» marketin qarşısında yerləşən «Kapital bank»a məxsus olan bankomatdan özünə məxsus əmək haqqı kartından pul çıxarmaq istəmişdir. Kart təzə olduğu üçün pulu çıxartmazdan əvvəl kodu yükləməli olmuşdur. Kartı bankomata daxil edəndən sonra proqramın verdiyi əmrləri bir-bir icra edərək kodu yükləməyə çalışmışdır və kod yüklənəndən sonra kartda 489 manat əmək haqqının olmasını görmüşdür. Lakin nə pulu çıxarda bilməmiş, nədə ki, kartı çıxarda bilməmişdir. Həmin vaxtı yanında 15-16 yaşlarında bir oğlan uşağı dayanmışdır. Sonradan 33-cü PB-də bilmişdir ki, həmin uşaq Təqsirləndirilən şəxsdur və polislər şəklini göstərən kimi onu tanımışdır. Həmin sonradan tanıdığı Təqsirləndirilən şəxs demişdir ki, guya bankomatda pul yoxdur və təklif etmişdir ki, kartı çıxartmağa kömək etsin. Onun kömək etməyinə razı olduqdan sonra Təqsirləndirilən şəxs hansısa əməliyyatı yerinə yetirib kartı çıxardıb ona vermişdir. Səhəri günü həmin bankomatdan kartı salıb pulu çıxartmaq istəyəndə müəyyən etmişdir ki, 489 manat pulu artıq bir gün əvvəl çıxarılmışdır. Dərhal başa düşmüşdür ki, pulunu Təqsirləndirilən şəxs oğurlayıbdır. Bu hadisəyə görə işdən vaxt tapandan sonra suraxanı RPİ-nin 33-cü PB-nə gedərək ərizə vermişdir. Hadisə nəticəsində ona 489 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 aprel 2021-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs6 xəstə olduğu üçün zəng edərk, onun təqaüd kartını götürüb bankomatdan pul çıxarıb gətirib verməsini xahiş etmişdir və qardaşının dediyi kimi onlara gedib sonuncudan təqaüd kartını və şifrəsini götürüb pulu çıxartmaq üçün saat 09 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsində «Oba» marketin yanında yerləşən «Beynəlxalq Banka» məxsus olan bankomata yaxınlaşaraq, «Beynəlxalq Banka» məxsus olan təqaüd kartını bankomata daxil edib pul çıxarmaq istəmişdir. Həmin vaxtı təxminən 15-16 yaşında olan, sonradan polisdə görüb tanıdığı Təqsirləndirilən şəxs, oğlu yaxınlaşaraq «xala gəl sənə pul çıxarmaqda köməklik edim» deyərək təklif bildirmişdir. Onun təklifi ilə razılaşmış və kartın şifrəsini Ağamirə demişdir. Ağamir şifrəni yığmış və sonra kartda pul olmamasını deyərək kartı çıxarıb özünə qaytarmışdır. Oradan kənarlaşaraq qardaşı isaxanın yanına gedib kartda pul olmadığını demiş və kartı ona qaytarmışdır. Bir neçə gündən sonra qardaşı isaxan zəng edərək 700 manat pulun bankomatdan çıxarıldığını bildirmişdir. Dərhal başa düşmüşdür pulu oğurlayan şəxs yanında dayanmış kömək etmək istəyən Təqsirləndirilən şəxs olmuşdur. Sonda o, təqsirləndirlən şəxsdən şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, atası Zərərçəkmiş şəxs3 lal-kar əlilidir və əlil kimi «Beynəlxalq Bank» tərəfindən ona verilmiş kartla hər ay 260 manat əlillik pulu alır. 12 .iyun 2021-ci il tarixdə atası Zərərçəkmiş şəxs3 səhər saatlarında evdən çıxaraq bankomatdan pul çıxartmağa getmişdir və bir qədər keçmiş evə qayıdaraq əl işarələri ilə bildirmişdir ki, 11 iyun 2021-ci il tarixdə axşam saat 21:05 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz» marketin qarşısında olan «Kapital Bank»a məxsus bankomatdan onun kartından 190 manat pul çıxarılmışdır. Qeyri bankomat olduğuna görə, 1 manat 50 qəpikdə faiz tutulmuşdur. Ə1 işarələri ilə ondan pulun necə çıxarılmasını soruşduqda, bildirmişdir ki, kartını «Beynəlxalq Bank»a məxsus bankomata saldıqda, bankomatda pul olmadığına görə pul çıxara bilməmişdir. Sonra yanında dayanmış təxminən 15-18 yaşında olan bir oğlan onu başa salmışdır ki, «Kapital Bank»a məxsus olan bankomatdan pul çıxarmaq olar. Həmin oğlan kömək etmək məqsədi ilə onun kartını bankomata daxil edərək, kağıza yazılmış şifrəni yığaraq, bankomatda pul olmadığını deyib kartı və şifrəni ona qaytarmışdır. Sabahı gün, yəni 12 iyun 2021-ci il tarixdə isə pulun həmin oğlan tərəfindən çıxarılmasını bilmişdir. Belə bir hadisənin baş verməsi səbəbindən atası ilə Suraxanı RPİ-nin 33-cü PB- nə getmişlər və atasının əvəzinə ərizə yazmışdır və izahat vermişdir. Polis bölməsində atası Valehə bir nəfər oğlan uşağının fotoşəkilini göstərmişlər. Atası fotoşəkilə baxan kimi həmin oğlanı tanımış və həmin oğlan tərəfindən pulunun bankomatdan oğurlandığını əl işarələri ilə başa salaraq bildirmişdir. PB-də həmin oğlanın Təqsirləndirilən şəxs- olmasını bilmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Tariqulu oğlu ifadəsində göstərmişdir ki, 04 may 2021-ci il tarixdə saat 08 radələrində gəlini Zərərçəkmiş şəxs5 məxsus olan «Kapital Bank»ın maaş kartından pul çıxartmaq üçün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» massivində yerləşən «Araz» marketin qarşısına gedərək orada olan «Kapital bank»ın ATM-dən kartı salaraq pulu çıxartmaq istəmişdir. Kartı salıb 4 rəqəmli kodu yığmışdır, lakin 4-cü rəqəm əmri yerinə yetirməmişdir. Həmin vaxtı 15-16 yaşlarında olan cavan oğlan yaxınlaşıb kömək etməyi təklif etmişdir və oğlanın kömək etməsini qəbul etmişdir. Lakin kartı oğlana verməmiş və kartı ATM-ə salıb 4 rəqəmli kodu yığmışdır. Həmin oğlan ATM-in klaviaturasında düymələri basım hansı funksiyaları yerinə yetirmək istəmişdir və ona demişdir kartda problem vardır, buna görə pulu çıxartmaq olmur, problemi aradan qaldırmaq üçün kartı banka aparıb göstərmək lazımdır. Buna görə də evinə getmiş və kartda problem olmasını demişdir. Lakih gəlini Günelin mobil telefonuna kartdan 220 manat pulun çıxarılmasına dair mesaj gəlmişdir. Zərərçəkmiş şəxs5 bu məsələyə daha dəqiq aydınlıq gətirmək üçün «Kapital Bank»a müraciət etmişdir və həmin ayın 9-da bankdan bildirmişlər ki, kartdan 220 manat pul 04 may 2021-ci il tarixdə çıxarılmışdır. Bundan sonra ona kömək edən oğlanın kartdan pulu oğurlamasını başa düşmüş və bu barədə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə vermişdir. Cinayət işinin 1-ci cildinin 22-23-cü vərəqlərində olan 16 may 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsi zamanı da sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 24-26-cı vərəqlərində olan 20 may 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsi zamanı da sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 27-29-cu vərəqlərində olan 21 may 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsi zamanı da sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 111-113-cü vərəqlərində olan 01 sentyabr 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsi zamanı da sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 114-116-cı vərəqlərində olan 05 sentyabr 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsi zamanı da sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 117-119-cu vərəqlərində olan 20 sentyabr 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsi zamanı da sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 120-122-ci vərəqlərində olan 25 sentyabr 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsi zamanı da sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 132-138-ci vərəqlərində olan “təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 15 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni əyani şəkildə təsvir etmiş, bu barədə foto-şəkillər çəkilərək protokola əlavə etmişdir. Cinayət işinin 1-ci cildinin 40-cı vərəqində olan “video görüntüyə baxış keçirilməsi haqqında” 12 dekabr 2021-ci il protokoldan görünür ki, baxış başlandıqda təqdim edilmiş video görüntünün mağazanın müşahidə kamerası vasitəsi ilə çəkildiyi müəyyən olunur. Həmin video görüntüyə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs “Bravo” marketin içərisindədir və üzərində qara gödəkçə, yuxarı hissəsi boz köynək, idman şalvarı vardır. O, addımlayaraq bir nəfər qoca yaşlı görünüşlü Zərərçəkmiş şəxs2 yaxınlaşaraq, onunla bir qədər söhbət edib, yuxarı mərtəbəyə yönləndirir daha sonra əməliyyat başa çatdıqda bankomatdan pulu çıxarıb gödəkçəsinin sağ yan cibinə qoyur. Bununla video görüntüyə baxış keçirilməsi tamamlandı. Cinayət işinin 1-ci cildinin 48-cı vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 25 fevral 2022-ci il protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, diskin yaddaşında olanlar hər birində fotoşəkillər olan ayrı-ayrı fayllardan ibarətdir. Fotoşəkillərin altında olan tarix və vaxt 4/26/2021-ci il saat 20:22- dən başlayaraq, sonuncu fotoşəkildəki 4/26/2021-ci il saat 20:23-ə kimi olan zamanı əhatə edir. Fotoşəkillərə baxış zamanı aydın şəkildə görünür ki, bankomatdan pulu çıxartmaq istəyən şəxs iş üzrə Zərərçəkmiş şəxs13dır və həmin şəxsin yanında dayanmış şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsdur. Fotoşəkillərə bir-bir baxdıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs13 gah arxasında, gah da yanında dayanır, əlini uzadıb bankomatın düyməsini basır və nəhayət sonuncu fotoşəkillərdən isə görünür ki, Təqsirləndirilən şəxs artıq bankomatın qarşısında təkdir və bankomatdan çıxan pul əskinaslarını götürür. İş üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bildirdi ki, CD diskdə olan şəxs o özüdür və etiraf etdi ki, Zərərçəkmiş şəxs13 məxsus kartdan 130 manat pulu gizlin olaraq bankomatdan çıxartmışdır. Cinayət işinin 1-ci cildinin 49-cı vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 25 fevral 2022-ci il protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, diskin yaddaşında olan 01 ədəd fayl «vvatsap» proqramından köçürülmüş videogörüntüdür. Videogörüntüyə baxış zamanı aydın şəkildə görünür ki, bankomatdan pulu çıxartmaq istəyən şəxs iş üzrə Zərərçəkmiş şəxs9dır və həmin şəxsin yanında dayanmış şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsdur. Bundan sonra müəyyən edilir ki, Zərərçəkmiş şəxs9 bankomatın qarşısında dayanmışdır, Təqsirləndirilən şəxs isə bankomatda əməliyyat aparır və hərdən də çevrilib Zərərçəkmiş şəxs9 nə isə deyir. Bundan sonra Zərərçəkmiş şəxs9 özü də bankomata yaxınlaşır və onlar ikisi bir yerdə bankomatdan pul çıxartmaq üçün əməliyyat aparırlar. Müəyyən edilir ki, Zərərçəkmiş şəxs9 bankomatdan aralanıb gedir. Təqsirləndirilən şəxs isə yenidən bankomata yaxınlaşıb sonra da çıxartdı nəyisə şalvarının cibinə qoyub oradan uzaqlaşır. Belə ki, videogörüntüdə bankomatdan pulun çıxdığı yeri görmək mümkün olmadığından Təqsirləndirilən şəxs də əlində pul olması görüntüdən görmək mümkün dekyildir. İş üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bildirdi ki, DVD diskdə olan şəxs o özüdür və etiraf etdi ki, Zərərçəkmiş şəxs11 məxsus kartdan 203 manat pulu gizlin olaraq bankomatdan çıxartmışdır. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 27 fevral 2022-ci il protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, diskin yaddaşında olan 01 ədəd fayl «vvatsap» proqramından köçürülmüş videogörüntüdür. Videogörüntüyə baxış zamanı aydın şəkildə görünür ki, bankomatdan pulu çıxartmaq istəyən şəxs iş üzrə Zərərçəkmiş şəxs11dır və həmin şəxsin yanında dayanmış şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsdur. Bundan sonra müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11n yanında dayanıb bankomatın düymələrinə müdaxilə edir və bir qədər sonra oradan uzaqlaşıb gedir. O, gedəndən sonra Zərərçəkmiş şəxs11 hələ də bankomatın qarşısında oayanıb pul çıxartmaq istəməsi müşahidə olunur. İş üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bildirdi ki, DVD diskdə olan şəxs o özüdür və etiraf etdi ki, Zərərçəkmiş şəxs11 məxsus kartdan 690 manat pulu gizlin olaraq bankomatdan çıxartmışdır. Cinayət işinin 1-ci cildinin 51-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 05 mart 2022-ci il protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, diskin yaddaşında olan 01 ədəd fayl «vatsap» rroqramından köçürülmüş videogörüntüdür. Videogörüntüyə baxış zamanı aydın şəkildə görünür ki, bankomatdan pulu çıxartmaq istəyən şəxs iş üzrə Zərərçəkmiş şəxs2 Vkayıl oğludur və həmin şəxsin yanında dayanmış şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsdur. Bundan sonra müəyyən edilir ki, Təqsirləndirilən şəxs X8 ilə bankomatın qarşısında nə barədəsə söhbət etdikdən sonra Təqsirləndirilən şəxs əlini uzadıb Zərərçəkmiş şəxs2 başqa bir səmti göstərir və Zərərçəkmiş şəxs2 oradan kənarlaşdır. Bundan sonra Təqsirləndirilən şəxs mobil telefonunu cibindən çıxardıb qulağına tutur və ətrafa boylana-boylana Zərərçəkmiş şəxs2 pul çıxartmaq istədiyi bankomata yaxınlaşır və cəld bir şəkildə bankomatdan çıxan pul əskinaslarını götürüb qara rəngli gödəkcəsinin yan cibinə qoyur. İş üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bidirdi ki, DVD diskdə olan şəxs o özüdür və etiraf etdi ki, Zərərçəkmiş şəxs2 məxsus kartdan 360 manat pulu gizlin olaraq bankomatdan çıxartmışdır. Cinayət işinin 1-ci cildinin 52-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 05 mart 2022-ci il protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, diskin yaddaşında olanlar hər birində fotoşəkillər olan ayrı-ayrı fayllardan ibarətdir. Fotoşəkillərin altında olan tarix və vaxt 5 / 9 /2021-ci il saat 13:40:09-dan, 13:40:51-ə kimi olan təxminən 01 dəqiqə vaxtı əhatə edir. Fotoşəkillərə baxış zamanı aydın şəkildə görünür ki, bankomatdan pulu çıxartmaq istəyən şəxs iş üzrə Zərərçəkmiş şəxs8dur və həmin şəxsin yanında dayanmış şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsdur. Fotoşəkillərə bir-bir baxdıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid1 gah arxasında, gah da qarşısında dayanır, əlini uzadıb bankomatın düyməsini basır və nəhayət sonuncu fotoşəkillərdən isə görünür ki, ATəqsirləndirilən şəxs artıq bankomatın qarşısında təkdir və bankomatdan çıxan pul əskinaslarını götürür, iş üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bildirdi ki, CD diskdə olan şəxs o özüdür və etiraf etdi ki, Zərərçəkmiş şəxs8 məxsus kartdan 220 manat pulu gizlin olaraq bankomatdan çıxartmışdır. Cinayət işinin 1-ci cildinin 53-cü vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 11 mart 2022-ci il protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, diskin yaddaşında olanlar hər birində fotoşəkillər olan ayn-ayrı fayllardan ibarətdir. Fotoşəkillərin altında olan tarix və vaxt 5/ 6/2021-ci il saat 08:56- dan, 08:57-yə kimi olan təxminən 01 dəqiqə vaxtı əhatə edir. Fotoşəkillərə baxış zamanı aydın şəkildə görünür ki, bankomatdan pulu çıxartmaq istəyən şəxs iş üzrə zərərçəkmiş şəxs Şahid1dur və həmin şəxsin yanında dayanmış şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsdur. Fotoşəkillərə bir-bir baxdıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid1 arxasında dayanır, əlini uzadıb bankomatın düyməsini basır və nəhayət sonuncu fotoşəkillərdən isə görünür ki, Təqsirləndirilən şəxs artıq bankomatın qarşısında təkdir və bankomatdan çıxan pul əskinaslarını götürür, iş üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bildirdi ki, 'CD diskdə olan şəxs o özüdür və etiraf etdi ki, Şahid1 məxsus kartdan 305 manat pulu gizlin olaraq bankomatdan çıxartmışdır. Cinayət işinin 1-ci cildinin 54-cü vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 15 mart 2022-ci il protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, diskin yaddaşında olanlar hər birində fotoşəkillər olan ayrı-ayrı fayllardan ibarətdir. Fotoşəkillərin altında olan tarix və vaxt xx/xx/2021-ci il saat 20:01-dən, 20:02-yə kimi olan təxminən 01 dəqiqəni əhatə edir. Fotoşəkillərə baxış zamanı aydın şəkildə görünür ki, bankomatdan pulu çıxartmaq istəyən şəxs iş üzrə Zərərçəkmiş şəxs4dır və həmin şəxsin yanında dayanmış şəxs Təqsirləndirilən şəxsdur. Fotoşəkillərə bir-bir baxdıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 gah arxasında, gah da yanında dayanır, əlini uzadıb bankomatın düyməsini basır və nəhayət sonuncu fotoşəkillərdən isə görünür ki, Təqsirləndirilən şəxs artıq bankomatın qarşısında təkdir və bankomatdan çıxan pul əskinaslarını götürür. İş üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bildirdi ki, CD diskdə olan şəxs o özüdür və etiraf etdi ki, Zərərçəkmiş şəxs4 məxsus kartdan 465 manat pulu gizlin olaraq bankomatdan çıxartmışdır. Cinayət işinin 1-ci cildinin 55-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 16 mart 2022-ci il protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, diskin yaddaşında olanlar hər birində fotoşəkillər olan ayrı-ауrı fayllardan ibarətdir. Fotoşəkillərin altında olan tarix və vaxt 5/4/2021-ci il saat 08:48-dən başlayaraq, sonuncu fotoşəkildəki 5/4/2021-ci il saat 08:58-ə kimi olan zamanı əhatə edir. Fotoşəkillərə baxış zamanı aydın şəkildə görünür ki, bankomatdan pulu çıxartmaq istəyən şəxs iş üzrə Zərərçəkmiş şəxs5 qaynatası, yəni iş üzrə şahid qismində dindirilmiş Şahid4 Tariqulu oğludur və həmin şəxsin yanında dayanmış şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsdur. Fotoşəkillərə bir-bir baxdıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid4 gah arxasında, gah da yanında dayanır, əlini uzadıb bankomatın düyməsini basır və nəhayət sonuncu fotoşəkillərdən isə görünür ki, Təqsirləndirilən şəxs artıq bankomatın qarşısında təkdir və bankomatdan çıxan 20 manatlıq pul əskinaslarını götürür. İş üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bildirdi ki, CD diskdə olan şəxs özüdür və etiraf etdi ki, Zərərçəkmiş şəxs5 məxsus kartdan 220 manat pulu gizlin olaraq bankomatdan çıxartmışdır. Cinayət işinin 1-ci cildinin 164-166-cı vərəqlərində olan “yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanımaq” haqqında qərardan görünür ki, Suraxanı RİH yanında Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi komissiyasının məsləhətçi psixoloqu X12 istintaq tərəfindən dəvət edilərək yetkinlik yaşına çatmamış təqsirləndirilməli olan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 167-169-cu vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 may 2021-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb edilməsi və ona CM-nin həmin maddələri ilə ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 185-186-cu vərəqlərində olan “yetkinlik yaşına çatmayan təqsirləndirlən şəxsin barəsində qətimkan tədbiri haqqında” 12 may 2021-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 166-167-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 iyun 2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb edilməsi və ona CM-nin həmin maddələri ilə ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 181-183-cü vərəqlərində olan “yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri haqqında” 19 iyun 2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 144-147-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi Şəxsi Kompleks ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli 1571 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional mvəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı norma daxilində olmaqla yaş səviyyəsinə uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin 1-ci cildinin 213-cü vərəqlərində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ tərəfindən verilmiş 18 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2024-cü i tarixli, 1(003)-9/2024 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməklə, ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 29 iyun 2022-ci il tarixdən 22 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 23 (iyirmi üç) gün müddət, ümumilikdə 11 (on bir) ay 25 (iyirmi beş) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün nəzərə alınmaqla, cəzası çəkilmiş hesab edilməsi hökm edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Şahid1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, hazırda ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ərizədən görünür ki, hazırda ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ərizədən görünür ki, hazırda ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli ərizədən görünür ki, ona dəymiş 190 manat həddində ziyanın ödənilməsini xahiş edir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətin, tələbin və iddiası olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Şahid2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilməsini xahi etmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli teleqramdan görünür ki, məhkəmə iclasına onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli teleqramdan görünür ki, ibtidai araşdırma zamanı istintaqda vermiş olduğu ifadəni təsdiq etdiyini və təqsirləndirlən şəxsdən heç bir şikayət olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli məktubdan görünür ki, 102473 saylı axtarış işi üzrə 17 may 2024-cü il tarixindən axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaxalanaraq Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 22 may 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində “D” massivi Xəzər inşaatın qarşısında saxlanılaraq 33-cü PB-nə gətirilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə təkrar törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1ci maddəsi ilə tövsif olunmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin 2 nəfərdən başqa digərləri ilə barışıq əldə etməsini və ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2024-cü i tarixli, 1(003)-9/2024 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməklə, ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla və ona qəti olaraq 01 (bir)-il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 29 iyun 2022-ci il tarixdən 22 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 23 (iyirmi üç) gün müddət, ümumilikdə 11 (on bir) ay 25 (iyirmi beş) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün nəzərə alınmaqla, cəzası çəkilmiş hesab edilməsi hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü i tarixli, 1(003)-09/2024 saylı qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hökmlərindən göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 gün müddət və 29 iyun 2022-ci il tarixdən 22 iyun 2023-cü il tarixədək 11 ay 23 gün, cəmi 11 ay 25 gün müddət həbsdə saxlanılmışdır” cümləsi “Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hökmlərindən göründüyü kimi Nəcəflİ Ağamir Abbas oğlu 04 gün və 11 ay 23 gün olmaqla, cəmi 11 ay 27 gün müddət həbsdə saxlanılmışdır” kimi oxunması, məhkəmə hökmünün təsviriəsaslandırıcı hissəsində “Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən və ya tam toplanmalı, Təqsirləndirilən şəxs 11 ay 25 gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılamalıdır” cümləsi “Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən və ya tam toplanmalı, Təqsirləndirilən şəxs 11 ay 27 gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır” kimi oxunması, hökmün nəticə hissəsinin üçüncü abzası aşağıdakı kimi oxunması və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət və həbsdə saxlanıldığı 11 (on bir) ay 23 (iyirmi üç) gün müddət, ümumilikdə 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün nəzərə alınmaqla cəzası çəkilmiş hesab edilməsi qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin 2 nəfərdən başqa digərləri ilə barışıq əldə etməsini və ona qarşı heç bir şikayət və tələblərinin olmamasını,) və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzası 11 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 11 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə şübhəli şəxs qismində və həbsdə saxlanıldığı ümumilikdə 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 22 may 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut qismində tanınmış zərərçəkmiş şəxslərin pul kartlarında olan pul vəsaitlərinin bankomatlardan çıxarılmasını özündə saxlayan foto və videogörüntülərin olduğu 08 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzası 11 (on bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 11 (on bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə şübhəli şəxs qismində və həbsdə saxlanıldığı ümumilikdə 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin olunmuş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan, yəni 22 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış zərərçəkmiş şəxslərin pul kartlarında olan pul vəsaitlərinin bankomatlardan çıxarılmasını özündə saxlayan foto və videogörüntülərin olduğu 08 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar