Məhkəmə qərarları › İş №1(010)-100/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-100/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-100/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, ünvan 2ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alınmasında köməklik edəcəyi barədə yalan vədlər verərək 11 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ət kəsimi mağazasının yaxınlığında 1650 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1650 (min altı yüz əlli) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alınmasında köməklik edəcəyi barədə yalan vədlər verərək Zərərçəkmiş şəxs1 vasitəsilə 15 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ət kəsimi mağazasının yaxınlığında 1100 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1100 (min yüz) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik dərəcəsinin alınmasında köməklik edəcəyi barədə yalan vədlər verərək qardaşı Zərərçəkmiş şəxs1 vasitəsilə 26 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ət kəsimi mağazasında 3000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3000 (üç min) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında dəqiq yadında qalmayan vaxt köhnə tanışı Şahid2 onun istifadəsində olan olan ***-***-**-** gsm nömrəli mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq yaxın tanışı Vüqar adlı şəxsin ailəsinin maddi vəziyyətinin yaxşı olmaması səbəbindən sosial yardım alınmasında köməklik edə bilib bilməməcəyini soruşmuşdur. Əvvəllər Rəşadın bank problemləri ilə əlaqədar olaraq etibarnamə əsasında onun mülki işində köməklik etmiş və Rəşad onu hüquqşünas kimi tanımışdır. Telefon danışığı zamanı o, Rəşada sosial yardımla bağlı tanışı Vüqara köməklik edə biləcəyini söyləmişdir. Bundan sonra o, Vüqarın 070- ***-**-** gsm nömrəli mobil telefonuna zəng edərək onunla danışmışdır. Danışıq zamanı Vüqar maddi vəziyyətinin pis olduğunu və buna görə də, sosial müavinət almaq istədiyini demiş, o da həmin zamanlar maddi vəziyyətinin pis olması səbəbindən Vüqara yalan danışaraq pulunu ələ keçirmək məqsədi ilə ona sosial yardım düzəldilməsinə köməklik edə biləcəyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaxın tanışının olmasını bildirmişdir. Vüqar da onun bu sözünə inanmışdır. Bundan sonra o, Vüqara dövlət tərəfindən sosial yardımın alınmasında köməklik edəcəyi müqabilində 1500 manat pul verməli olduğunu bildirmişdir. Vüqar da onunla razılaşmışdır. Sonra Vüqardan yalandan bununla bağlı sənədləri ona göndərməsini istəmiş və Vüqar da sənədlərin şəklini telefnla çəkib “Vatsap” proqramı vasitəsilə ona atmışdır. Bundan sonra Vüqar hissə-hissə ona ümumilikdə 1500 manat pulu verəcəyini bildirmişdir. Bundan sonra Vüqarla görüş təyin etmişlər və Vüqarın işlədiyi ünvan 3 ünvanında yerləşən ət kəsimi mağazasının yaxınlığında yolun kənarında görüşmüşlər. Həmin vaxt Vüqar ona 300 manat pul vermişdir. O da Vüqara bir ay ərzində sosial yardımın alınması üçün Sosial Müdafiə fondundan plastik kartı ona təqdim edəcəyini vəd vermişdir. Vüqar da ona inanmışdır. Lakin o, Vüqardan aldığı 300 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən bir neçə gündən sonra Vüqar yenidən onun mobil telefonuna zəng edərək tanışları Solmaz adlı və Şəmsiyyar adlı şəxslərə də sosial yardım alınmasında köməlik edə bilib-bilməyəcəyini soruşmuşdur. O da yalandan onların da sənədlərini göndərməsini istəmiş və Vüqar yenə də telefonla həmin şəxslərə məxsus sənədləri çəkib “Vatsap" proqramı vasitəsilə ona atmışdır. Bundan sonra fürsətdən istifadə edərək Vüqara Solmaz adlı qadına və Şəmsiyyar adlı şəxsdə də sosial yardım alınmasında köməklik edə biləcəyini söyləmişdir. Bundan sonra Vüqarla yenidən işlədiyi ət kəsimi mağazasının yaxınlığında görüşərək Solmaz adlı və Şəmsiyyar adlı şəxslərə sosial yardım alınmasında köməklik edə biləcəyini vəd verərək Vüqardan ilk olaraq 200 və daha sonra isə 500 manat pul almışdır. Həmin pulları da öz şəxsi ehtiyacları üçün xərcləmiş və Solmaz adlı və Şəmsiyyar adlı şəxslərə sosial yardım alınması ilə bağlı heç bir iş görməmişdir. Bir neçə gündən sonra Vüqar yenə də ona zəng edərək qardaşı Arzumanın 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu, döyüşlərdə yaralandığını və əlillik müavinəti almaq istədiyini, lakin sənədlərinin qaydasında olmaması səbəbindən müavinət ala bilməməsini söyləyərək, Arzumana əlillik müavinətinin alınması ilə bağlı köməlik edə bilib-bilməyəcəyini soruşmuşdur. O da Vüqardan bacardığı qədər pul alıb ələ keçirmək məqsədi ilə ona razılıq vermişdir. Əvvəlcə Vüqar inansın deyə həmişəki kimi Arzumana məxsus sənədlərin surətinə baxmaq istədiyini demiş və Vüqar da “Vatsap” proqramı vasitəsilə şəkilləri çəkib ona atmışdır. Bundan sonra Vüqarın qardaşı Arzuman hazırda yadında qalmadığı mobil nömrədən onun istifadəsində olan mobil telefonuna zəng etmişdir. O, Arzumanla danışaraq ona əlillik dərəcəsinin alınmasında köməklik edəcəyi barədə yalandan vədlər verərək bununla bağlı 3000 manat pul verməli olduğunu demişdir. Arzuman razılaşmış və dəqiq xatırlamadığı zaman Vüqarın işlədiyi ət kəsimi mağazasında Arzuman və Vüqarla görüşmüşlər. Həmin zaman Vüqarın, Arzumanın və bir azyaşlı Vüqarın oğlunun iştirakı ilə Arzuman 3000 manat pulu ona vermişdir. O, həmin 3000 manat pulu sayıb götürmüş və Arzumana 45 gün ərzində onun əlillik dərəcəsinin alınmasında və Hərbi hospitalda müalicə alması ilə əlaqədar sənədlərin toplanmasında köməklik edəcəyini vəd vermişdir. Həmin zaman Arzuman və Vüqarı inandırmaq üçün üzərində olan “Yeni Cəmiyyət” ictimai Siyasi hüquq qəzetinin baş redaktoru olduğunu bildirmiş və həmin cəmiyyətin möhürü və rekvizitləri olan sənəd tərtib edərək orada 3000 manat pul aldığını qeyd etmişdir. Onun məqsədi Vüqarın ona olan etibarından istifadə edərək aldadıb bacardığı qədər çox pul əldə etmək olmuşdur. Onun sosial müdafiə fonduda heç bir tanışı yoxdur və yuxarıda göstərilən heç bir vədi yerinə yetirməyəcəkmiş. Onun məqsədi Vüqardan və Arzumandan məbləğləri ələ keçirərək öz ehtiyacları üçün xərcləmək olmuşdur. Lakin Vüqarın onun barəsində bəzi yazdıqları yalandır və məbləğlər şişirdilmişdir. Çünki o, yalnız Vüqarın işinin həll edilməsi ilə bağlı ondan 300 manat, Solmaz və Şəmsiyyar adlı şəxslərin işlərinin həlli ilə bağlı 200 manat və 500 manat, nəhayət Vüqarın qardaşı Arzumanın işi ilə bağlı isə cəmi 3000 manat pul almışdır. Həmçinin məhkəmə iclasında şahid qismində qeyd olunmuş Şahid2 onunla birlikdə cinayət törədildiyini, Arzuman Əliyevdən aldığı 3000 manatın 1000 manatını ona verdiyini və onun da cinayət məsuliyyətinə cəlb edilməsini bildirsə belə, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlini etiraf etdiyini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirtdiyini, bir zərərçəkmiş şəxsə ziyanın ödədiyini nəzərə alınmasını və daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən “Qarabağ” stadionunun yaxınlığında ət kəsimi mağazasında qəssab işləyir. Uzun illərdir Şahid2 müştəri kimi tanımış, münasibətləri normal olmuşdur. O, Rəşadın FHN-də Yanğınsöndürən işlədiyini bilmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində Rəşadla ət mağazasında görüşən zaman sosial yardım alınması ilə əlaqədar müraciət etmək istədiyini deyib Rəşaddan xahiş etdi ki, əgər bu işlə məşğul olan tanışı varsa ona köməklik etsin. Rəşad da Elçin adlı tanış vəkil tanıdığını, onun bankda kreditlə bağlı problemi olan zaman Elçinin ona köməklik edərək həmin problemi həll etdiyini, onun da Elçinə bu işin müqabilində mükafat olaraq 500 manat pul verdiyini bildirmişdir. O, Rəşaddan onun mobil nömrəsini Elçinə verməsini və Elçinlə danışıb ona sosial yardımın alınmasında köməklik edə biləcəyi barədə danışmağı xahiş etmişdir. Rəşad da etiraz etməmişdir. 08 noyabr 2021-ci il tarixdə axşam saatlarında Elçin özünə məxsus ***-***-**-** gsm nömrəli mobil telefonundan onun istifadəsində olan 070- ***-**-** gsm nömrəli mobil telefonuna zəng etmişdir. Telefonda danışıq zamanı o, Elçinə heç bir dövlət orqanında işləmədiyini və sosial yardım almaq istədiyini bildirmişdir. Elçin onunla bəzi detalları dəqiqləşdirdikdən sonra (yəni ailədə neçə nəfər olmaları, ailə üzvlərinin işləyib- işləməməsini soruşmuşdur) Əmək və Sosial Müdafiəsi Nazirliyində yaxın əlaqələrinin olduğunu və ona sosial yardım düzəldilməsinə köməklik edə biləcəyini söyləyib 620 manat aylıq sosial yardımın müqabilində 1650 manat pul verməli olduğunu demişdir. O da telefonda Elçinlə razılaşıb dediyi 1650 manat məbləği verə biləcəyini söyləmiş və onlar razılaşmışlar. Elçinin istəyi ilə o, 09 noyabr 2021-ci il tarixdə özünə və ailə üzvlərinə aid sənədlərin şəkillərini çəkərək “Watsap” sosial şəbəkəsi üzərindən Elçinə göndərmişdir. Elçin sənədlərə baxdıqdan sonra ona sosial yardım ayrılmasına köməklik edəcəyini daha da qətiləşdirmiş və onu inandırmışdır. 11 noyabr 2021-ci il tarixdə saat 20 radələrində işlədiyi mağazada Elçinlə görüşüb 1650 manat pulu Elçinə vermişdir. Elçin pulu alıb cibinə qoymuş və sənədləşmə, sosial yardımın alınması ilə bağlı plastik kartların hazırlanmasının 1 ay müddətində hazır olacağını deyərək onu əmin etmişdir. Həmin gün o, yaxın tanışı Solmaz adlı xanışla mobil telefonda danışan zaman sonuncu da sosial yardım almaq istədiyini bildirib ondan Elçinlə danışıb onunda işini həll etməyini xahiş etmişdir. O da Elçinə zəng edib onunla danışmış və Solmazın sənədlərinin şəkilini çəkib Watsap sosial şəbəkəsi üzərindən Elçinə göndərmişdir. Elçin bir müddətdən sonra ona zəng edərək köməklik edə biləcəyini və bunun müqabilində 1100 manat pul verilməli olduğunu söyləmişdir. O, bu barədə Solmaza dedikdə Solmaz razılaşaraq 1100 manat pulu bir neçə günə tapıb verəcəyini bildirmişdir. 15 noyabr 2021-ci il tarixdə dəqiq yadında qalmayan vaxt axşam saatlarında Elçinlə onun iş yerində görüşərək Solmaza sosial yardım düzəldilməsi müqabilində 1100 manat pulu Elçinə vermişdir. Elçin pulu ondan alaraq cibinə qoymuş və 1 ay müddətində plastik kartlar hazır olacağı ilə bağlı onu əmin etmişdir. Həmin gün qohumu Şəmsiyarla işlədiyi yerdə görüşüb söhbət edən zaman sosial yardım almaq üçün Elçinlə danışdığını, danışdıqda Şəmsiyarın da sosial yardım almaq istədəyini və ona da köməklik etməyini xahiş etmişdir. 6 da Elçinə zəng edib danışmış və Şəmsiyarın sənədlərinin şəkilini çəkib Watsap sosial şəbəkəsi üzərindən Elçinə göndərmişdir. Elçin bir müddətdən sonra ona zəng edərək köməklik edə biləcəyini və bunun müqabilində 1100 manat pul verilməli olduğunu söyləmişdir. Şəmsiyyar ona 500 manat verə biləcəyini, qalan puu isə iş həll olunduqdan sonrakı bir ay ərzində verəcəyini söyləmişdir. Bundan sonra o, Elçinə zəng edərək Şəmsiyyarın 500 manat pulunun olduğunu, geridə qalan 600 manat pulu isə sosial yardım almağa başlayanda bir ay ərzində verə biləcəyini söyləmişdir. İlkin olaraq Elçin tərəddüt etsə də, sonradan razılaşmışdır. 16 noyabr 2021-ci il tarixdə növbəti dəfə Elçinlə işlədiyi mağazada görüşərək Şəmsiyyara sosial yardım düzəldilməsinə köməklik etməsi üçün ona məxsus 500 manat pulu Elçinə vermişdir. Elçin də 1 ay müqabilində plastik kartlar hazır olacağını vəd etmişdir. Həmin vaxtlarda qardaşı X5 ilə mobil telefonla danışan zaman özünə Elçin adlı tanışının vasitəsi ilə sosial yardım almaq üçün sənədlərini yığdığını demiş və Arzumana da sosial yardım alınmasında Elçinlə danışmağı təklif etmişdir. Arzuman da ona əlilliklə bağlı müavinətin alınmasına köməlik edilməsi barədə Elçinlə danışmasını demişdir. O da Elçinə zəng edərək qardaşının İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, döyüşdə yaralandığını, lakin əlillik dərəcəsi almaqda çətinlik çəkdiklərini bildirib həmin işdə onlara köməklik edə biləcəyini soruşmuş və qardaşına aid sənədləri Elçinə göndərmişdir. Elçin sənədlərə baxdıqdan sonra köməklik edə biləcəyini söyləmiş və bunun üçün 3000 manat pul lazım olduğunu demişdir. O, bu barədə qardaşına demiş və qardaşı Arzuman da razılaşaraq deyilən məbləği toplayıb Tovuz rayonundan Bakı şəhərinə gəlmişdir. Qardaşı, o və oğlu Rufan Elçinlə işlədiyi ət mağazasında görüşmüşlər. Mağazada o, 3000 manat pulu sayaraq Elçinə vermişdir. Elçin də bir ay ərzində əlillik dərəcəsinin alınmasında köməklik edəcəyini vəd edib 3000 manat pulu ondan alaraq döş cibinə qoymuşdur. Həmin zaman oğlu mobil telefon vasitəsi ilə həmin anları videoya çəkmişdir. Təxminən bir ay keçdikdən sonra Elçinin ona müxtəlif bəhanələr gətirərək yayındığını görüb onlara qarşı dələduzluq edərək pulları ələ keçirdiyini başa düşmüş və verdiyi pulları Elçindən geri tələb etmişdir. Lakin hazırki günə qədər X4 müxtəlif bəhanələrlə ziyanı ödəməkdən boyun qaçırmışdır. Qeyd etdiklərini qardaşı Arzuman, oğlu Rufan, adları yuxarıda çəkilən şəxslər və onun mobil telefonunda Elçinlə danışdığı vatsap yazışmaları və səs yazılarının təsdiq edə biləcəyini qeyd etmişdir. Elçin ondan sosial yardım alınmasında köməklik edəcəyini vəd edərək 1650 manat pulunu, qohumu Şəmsiyardan da eyni adla 500 manat pulunu alaraq ələ keçirmiş, Solmazdan da eyni adla 1100 manat pulunu alaraq ələ keçirmiş və nəhayət qardaşı Arzumandan isə 3000 manat pul almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə tanışı Vüqar onunla mobil telefonda danışan zaman Elçin adlı tanışının ona sosial yardım düzəldəcəyini, aylıq 620 manat sosial yardım alacağına bildirdikdə ondan onun da sosial yardımın almasına köməklik etməsini xahiş etmişdir. Vüqar ondan sənədlərini Vatsap vasitəsi ilə ona atmağını, onun da öz növbəsində həmin sənədləri Elçinə göndərəcəklərini bildirmişdir. O, şəxsiyyət vəsiqəsinin şəklini çəkərək Vüqara göndərmişdir. Bir neçə saatdan sonra Vüqar ona zəng edərək Elçin adlı tanışı ilə danışdığını, sosial yardım almağında ona köməklik edə biləcəyini, lakin bunun müqabilində 1100 manat pul verməli olduğunu demişdir. O da etiraz etməmiş. 15 noyabr 2021-ci il tarixdə dəqiq vaxt yadında olmayan vaxt axşam saatlarında Vüqarla görüşərək 1100 manat pulu ona vermişdir. Vüqar isə sosial yardımla bağlı sənədlər və plastik kartın 1 ay müddətində hazır olacağını demişdir. Lakin razılaşdırılan müddət ərzində onun sosial yardım almağı ilə bağlı sənədlər hazır olmadıqda Vüqarla əlaqə saxlayaraq iradlarını bildirdikdə Vüqar tanışı Elçinin onu və bir neçə şəxsi aldatdığını və onlara da aid müəyyən məbləğləri ələ keçirdiyini və bu barədə polisə müraciət etdiyini bildirmişdir. İfadəsində göstərdiklərini Zərərçəkmiş şəxs1 təsdiq edə biləcəyini bqeyd etmişdir. Həmçinin məhkəmə iclasında Zərərçəkmiş şəxs2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona 800 manat pulun qaytarılmasını və ona qarşı şikayətçı olmadığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində qardaşı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Əvvəllər aralarında heç bir ədavət olmamışdır. 2020-ci ildə torpaqların bütövlüyü uğrunda gedən 44 günlük müharibədə könüllü olaraq iştirak etmiş və Fizuli rayonu uğrunda gedən döyüşlərdə sol ayağından iki qəlpə yarası almışdır. Buna görə də, onu əvvəlcə Fizuli rayon xəstəxanasına, daha sonra İsmayıllı rayon xəstəxanasına gödərərək müalicə olunmuşdur. Oradan da yenidən döyüşlərdə iştirak üçün müharibəyə qayıtmışdır. 3 gün sonra isə yenidən Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan minaatıcı mərmisinin təzyiqinə düşərək yenidən onu əvvəlcə Əhmədbəyli hospitalına daha sonra isə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilmişdir. Lakin onun həmin hospitalda müalicə olunaraq çıxmağı və ona qoyulan diaqnozla bağlı heç bir sənəd əldə edə bilməmişdir. Bununla bağlı MN-nin Baş Klinik Hospitalına və həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə müraciətlər etsə də, həmin vaxt onu müalicə edən həkimin halhazırda işində yol verdiyi nöqsanlarla bağlı həbs olunduğunu və onunla bağlı heç bir məlumatın arxivdə mövcud olmadığını bildirmişlər. xx.xx.2021-ci il tarixində Bakı şəhərində yaşayan qardaşı Zərərçəkmiş şəxs1 ona zəng edərək, tanıdığı bir nəfərin onun yaralanmağı ilə bağlı və hospitalda müalicə ilə əlaqədar sənədlərin bərpa edilməsinə köməklik edə biləcəyini və onun mobil nömrəsini Elçinə verdiyini, zəngləşib tam ətraflı izah etməyini söyləmişdir. Bir neçə gündən sonra isə Təqsirləndirilən şəxs ona zəng edərək, qardaşı Vüqarın ona bu işi dediyini, MN-nin Baş Klinik Hospitalında bu tip işlərlə məşğul olan tanış həkimin olduğunu, onu vasitəsi ilə onun döyüşlərdə yaralanmağı barədə sənədlərin bərpa edə biləcəyini söyləyərək, onun bu işi həll etməsinin müqabilində 3000 manata verməli olduğunu demişdir. O isə əvvəlcə o qədər pulunun olmadığını demişdir. Daha sonra isə ailəsi ilə məsləhətləşmiş və “Unibank”dan kredit götürərək Bakı şəhərinə getmişdir. xx.xx.2021-ci il tarixində Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Dostluq” ət dükanında qardaşı Zərərçəkmiş şəxs1 və Vüqarın oğlu Rüfanın iştirakı ilə Təqsirləndirilən şəxslə görüşmüşlər. Elçin özünün jurnalist olduğunu, ’’Yeni Cəmiyyət” ictimai X8 və jurnalının baş redaktoru olduğunu bildirərək ona vəsiqə göstərmişdir. O da həmin vəsiqənin şəklini mobil telefonu vasitəsi ilə çəkmişdir. Daha sonra Vüqarın qabaqcadan tapşırdığı kimi Vüqarın oğlu Rüfan 3000 manat pulu Elçinə verən zaman həmin anları video görüntüyə almışdır. Bundan sonra Elçin ona 44 günlük döyüşlərdə yaralanmağı və MN-nin Baş Klinik Hospitalına müalicə olunmağı ilə bağlı sənədlərin bərpa olunmasında köməklik edəcəyinə dair vəd vermişdir. O da qardaşının işlədiyi ət kəsimi mağazasında 3000 manat pulu qardaşı Vüqara vermiş, Vüqar da öz növbəsində həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra - Elçin bir sənəd çıxararaq guya 3000 manat pulu təhvil almağı ilə bağlı sənəd tərtib edərək ona imzalatmışdır. Həmin sənəd iki nüsxədən ibarət olmuş və onun birini Elçin ona vermişdir. Həmin sənəddə onlara ediləcək hüquqi yardım qarşılığında Təqsirləndirilən şəxs 3000 manat pul ödəniş etməyi göstərilmişdir. O, daha sonra buna fikir vermişdir. Halbuki, Elçin özünü jurnalist kimi təqdim etmiş və Hospitalda tanış həkiminin olduğunu və bu işi onun vasitəsi ilə həll edəcəyini bildirmişdir. Sənədin yuxarı hissəsində “Yeni Cəmiyyət” ictimai-siyasi hüquq qəzeti yazılmış və sənədin sol aşağı hissəsində möhürlənmişdir. Buna görə də, onlar həmin şəxsə inanmışlar. Elçin 45 gün ərzində bu məsələni həll edəcəyinə yazılı və şifahi vəd vermişdir. Elçin onun Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunmağı və orada ona qoyulan diaqnozla bağlı Hospitaldan çıxarış və ya digər formada aldığı xəsarətlə bağlı əlillik dərəcəsinin təyin edilməsi üçün lazım olan sənədləri düzəltməli olmuşdur. Lakin 45 gün sonra həmin şəxs onların zənglərinə cavab verməmiş və onların nömrələrini bloka atmışdır. Bu günə qədər də onunla əlaqə saxlaya bilməmişlər. Elçin ona verdiyi vədə əməl etməyərək nə sənədlərin düzəlməsinə köməklik etməmiş və nədə ki, verdiyi 3000 manat pulu geri qaytarmamışdır. Daha sonra ona məlum olmuşdur ki, Elçin Mehtiyev qardaşı Vüqara sosial yardım almasında köməklik edəcəyini vəd veərək 1650 manat almış və ona qarşı da dələduzluq edtmişdir. Göstərilən məbləğin Elçinə verilməsi ilə bağlı qeydə alınmış video görüntüləri istintaqa təqdim edə biləcəyini qeyd etmişdir. İfadəsində göstərdiklərini qardaşı Vüqar, Vüqarın oğlu Rüfan və həmin anları qeydə alan video görüntülərin təsdiq edə biləcəyini qeyd etmişdir. Elçin Mehtiyev onun Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunmağı və orada ona qoyulan diaqnozla bağlı Hospitaldan çıxarış və ya digər formada aldığı xəsarətlə bağlı əlillik dərəcəsinin təyin edilməsi üçün lazım olan sənədləri düzəltməkdə ona köməklik edəcəyini vəd vermiş və o da qardaşının işlədiyi ünvan 4 ünvanda qardaşı Vüqarın və Vüqarın oğlu Rüfanın iştirakı ilə 3000 manat pulu Elçinə vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və sonradan zərərçəkmiş şəxs qismində statusuna xitam verilmiş və şahid qismində dindirilmiş Şahid3 Ağdaş oğlu ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə tanışı Vüqar ona Elçin adında bir tanışının olduğunu və həmin şəxsin ona sosial yardım düzəldəcəyini, aylıq 620 manat sosial yardım alacağına demişdir. Bu zaman o, Vüqara həmin şəxslə danışmasını və ona da sosial yardım almaqda köməkli etməsini xahiş etmişdir. Vüqar da biraz sonra yenidən onunla əlaqə saxlayaraq özünə məxsus şəxsiyət vəsiqəsini vatsap proqramı vasitəsilə ona atmağını bildirmişdir. O, belə də etmişdir. Bir qədər sonra Vüqar ona zəng edərək həmin Elçin adlı şəxsin ona da sosial yardım almaqda kömək edə biləcəyini dediyini qeyd etmişdir. Həmin vaxt Vüqar bu işin müqabilində Elçin adlı şəxsin 1100 manat pul istədiyini bildirmişdir. O da razılaşmış, lakin əvvəlcə 500 manat verəcəyini, qalan 600 manat pulu isə iş düzələndən sonra verə biləcəyini demişdir. Həmin Elçin adlı şəxs razılaşdıqdan sonra o, Vüqara 500 manat pul vermişdir ki, onun sosial yardım almağına köməklik etməsi üçün Elçin adlı şəxsə versin. Həmin gün Vüqar onunla əlaqə saxlayaraq verdiyi 500 manatı Elçinə verdiyini və Elçinin dekabr ayının 10-a kimi mənə sosial yardım alacağına söz verdiyini bildirmişdir. Lakin həmin müddət çatdıqda Vüqarla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuş və bu zaman Vüqar ona həmin Eçin adlı şəxsin yalançı olduğunu və onunla birlikdə Vüqarın özünü, qardaşını və başqasını da aldatdığını və pulları aldıqdan sonra verdiyi vədə əməl etməyərək dələduzluq etdiyini bildirmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. İfadəsində göstədirklərini Zərərçəkmiş şəxs1 təsdiq edə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qəssab kimi tanımış və onun müştərisi olmaqla mütəmadi olaraq ondan ət aldığından münasibətləri yaranmışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində ət almaq üçün Vüqarın dükanına gedəndə Vüqar ona “Rəşad sənin tanıdığın vəkil vardırmı” deyə soruşmuşdur. O da Vüqara tanış vəkilin olduğunu, hətta həmin vəkilin onun bankla əlaqədar yaranmış borc məsələsini həll etdiyini demişdir. Belə ki, 2003-cü il tarixdə onun “Dəmir” Banka borcu olmuş və ödəyə bilmədiyi üçün borcun üzərinə faizlər əlavə olunmuş, bank onu məhkəməyə vermişdir. Həmin zaman Elçin Mehtiyev onun işində vəkil kimi iştirak etmiş və həmin faiz borclarını sildirmişdir. O da Elçin Mehtiyevə mükafat olaraq 500 manat pul vermişdir. Vüqar da öz mobil nömrəsini həmin vəkilə verməsini və onunla əlaqə saxlamasını, həmin vəkil ilə işinin olduğunu demişdir. O da Vüqarın ***-***-**-** nömrəli mobil telefonunu vəkil kimi tanıdığı Elçinin ***-***-**-** nömrəsinə zəng edərək ona vermiş və Vüqarın ət satışı ilə məşğul olduğunu, ona vəkil lazım olduğunu demişdir. Elçin də ona Vüqara zəng edəcəyini bildirmişdir. Bundan sonra Vüqarla Elçin arasında olan münasibətlərdən onun xəbəri olmamışdır. Təxminən bir aydan sonra Vüqar ona zəng edərək, Elçinə özü üçün və qohum- əqrabası üçün sosial yardım düzəldilməsi üçün 6250 manat pul verdiyini, indi Elçinin nömrəsinə zəng çatmadığını bildirmişdir. O da Elçinə zəng etmiş və camaatın pulunu qaytarmasını, pul aldığı adamın gündə onun iş yerinə gəlib onu narahat etdiyini bildirmişdir. Elçin də burda onluq bir iş olmadığını, özünün bu məsələni yoluna qoyacağını demişdir. O da Vüqara zəng edərək Elçinlə danışdığını, pulu tezliklə qaytaracağını demişdir. Bundan sonra o, Elçinin mobil nömrəsinə zəng eləmək istəsə də, Elçin onun telefonunu bloka atmışdır. Hazırda Vüqarın ona əgər Elçin pulu qaytarmasa, pulunu ondan alacağını demişdir. O, sadəcə olaraq Vüqarın mobil telefonunu vəkil kimi tanıdığı Elçinə vermiş, onların arasında nə söhbət olduğunu bilməmiş və pulun verilməsində iştirak etməmişdir. O, 31-ci PB-də izahat verərkən də Elçini vəkil kimi Vüqarla tanış etdiyini bildirmişdir. Vüqarın sosial yardım düzəldəcək adam lazım olduğunu ona dediyini 31-ci PB-də deməmişdir. Nə üçün ilkin izahatında belə yazıldığının səbəbini bilməmişdir. Elçin özünü ona vəkil və jurnalist kimi tanıtmışdır. Elçini 2002-ci ildən tanımışdır. Elçin onun bankdan aldığı kreditlə əlaqədar yaranmış borcunun hiss-hissə ödənilməsində köməklik göstərmiş və bu köməkliyə görə 2002-ci ildə ondan 500 manat pul almışdır. Odur ki, onunla sonradan da münasibət saxlamışdır. Onunla Elçin arasında sosial yardımla bağlı alınan pulun bir hissəsini ona verməsi ilə bağlı söhbət olmamışdır. Elçinin Vüqardan pulu sosial yardım düzəltmək adı ilə aldığını da bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Hazırda orta məktəbdə 8-ci sinifdə oxuyur. Zərərçəkmiş şəxs1 onun doğma atasıdır. 2021-ci ilin noyabr ayında dəqiq xatırlamadığı zaman atası onu işlədiyi ət mağazasına çağırmış və telefonu ona verərək əmisi Arzumanın yanında bir nəfər kişiyə 3000 manat pul verəcəkləri zaman onları telefonun kamerasına çəkməyini istəmişdir. O da razılaşmışdır. Biraz sonra bir nəfər tanımadığı kişi mağazaya gəlmiş və o, telefonun kamerasını yabndırıb çəkiliş etməyə başlamışdır. Bu zaman əmisi Arzuman cibindən bir qədər pul çıxarıb onun atasına vermiş və atası da həmin pulu tanımadığı kişiyə vermişdir. Həmin kişi də pulu alıb sayaraq 3000 manat olduğunu təsdiq etmiş və cibinə qoymuşdur. Sonra hansısa sənədlərə əmisinə imza etdirmişdir. O, bu olanların hamısını atasının telefonunun kamerasına çəkmişdir. Həmin kişi gedəndən sonra isə telefonu atasına qaytarmış və evə gəlmişdir. Cinayət işinin 1-ci cildinin 104-108-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək, özünə sosial yardım düzəltməsi üçün ona 1650 manat, Zərərçəkmiş şəxs2 sosial yardım düzəltməsi üçün ona 1100 manat, Şahid3 soail yardım düzəltməsi üçün ona 500 manat və qardaşı Zərərçəkmiş şəxs3 əlilik dərəcəsinin alınması məsələsinin həlli üçün 3000 manat pul verdiyini qeyd etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 109-cu vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs3 yanında Təqsirləndirilən şəxs 3000 manat pul verməsi və Təqsirləndirilən şəxs də həmin pulu sayaraq 3000 manat olmasını təsdiq etməsi və həmin pulu cibinə qoyması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 81-82-ci vərəqlərində olan istintaq zamanı Zərərçəkmiş şəxs3 könüllü olaraq təqdim etdiyi və Təqsirləndirilən şəxs 3000 manat pulu aldığı zaman tərtib edərək imza etdirdiyi bir ədəd sənədə baxış keçirilmiş, baxış zamanı həmin sənədin “Yeni Cəmiyyət” ictimai-siyasi hüquq qəzeti adından 074 saylı hüquqi yardım müqaviləsi olması, həmin müqavilədə Təqsirləndirilən şəxs 3000 manat Zərərçəkmiş şəxs3 hüquqi yardım göstərməsi barədə sənəd olması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 110-cu vərəqində olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 85-88-ci vərəqlərində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5 və 66.2-ci maddələri tətbiq edilməklə 04 1 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 02 il 06 aya endirilmiş, Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə qəti 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 04 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 1-ci cildinin 228-236-cı vərəqlərində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 1(007)-320/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cİnayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 27 may 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur, islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X3 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək Həmin Məcəllənin 66.5 və 66.2-ci maddələri tətbiq edilməklə 04 1 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 02 il 06 aya endirilmiş, Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə qəti 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 04 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarıldığından onu cəzasının sonu olaraq xx.xx.2020-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini ilk dəfə xx.xx.2021-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cİnayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 27 may 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 1(007)-320/2022 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ünvan 2ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və ona qəti olaraq cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 27 may 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 may 2022-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ünvan 2ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 27 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 may 2022-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar