Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-101/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X17 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsi, 11 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, 8 saylı ünvanda yerləşən fərdi yaşayış evində heç kimin olmamasından istifadə edib, yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus içərisində 03 manat dəyərində “Azərfon” X1 məxsus ***-***-**-** saylı nömrə olan 600 manat dəyərində bir ədəd “Samsung” markalı “Galaxy A30” modelli mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 603 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi 20 A saylı ünvanda yerləşən sexin giriş qapısını sındıraraq qanunsuz olaraq sexə daxil olub oradan sonuncuya məxsus bir ədəd 200 manat dəyərində üzərində “X20” yazıları olan kompressoru, bir ədəd 15 manat dəyərində üzərində “Kzubr 530Bt” yazıları olan dreli, bir ədədinin dəyəri 80 manat olmaqla cəmi 160 manat dəyərində iki ədəd “Bosch” markalı “GBH 2-26 DRE” modelli perforatoru, bir ədəd 25 manat dəyərində üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan lobziki, bir ədəd 50 manat dəyərində “Kewinner” markalı “Mf-1500E” modelli frezi, bir ədəd 30 manat dəyərində “Marquis” markalı su nasosunu və 60 metr uzunluğunda 140 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 620 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Yasəmən əvvəllər tanıdığı Ceyhun Babayevin həyat yoldaşıdır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 19:30 radələrində sonuncuların yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 8 saylı ünvanda yerləşən evə gəlmiş, ora çatdıqda evin həyət qapısının açıq, yəni kilidlə bağlı olmadığını görmüşdür. Qapını açaraq həyətə daxil olmuş və evin giriş qapısında qıfıl olduğunu görüb evdə heç kimin olmadığından əmin olub oradan oğurluq etmək qərarına gəlmişdir. Evin pəncərəsini əli ilə bir neçə dəfə itələyib açmış və oradan evə daxil olmuşdur. Yataq otağında masanın üzərində enerjiyə qoşulmuş vəziyyətdə olan bir ədəd “Samsung” markalı, “Galaxy A 30S” modelli mobil telefonu cibinə qoyub evi tərk etmişdir. Sonradan xatırlamadığı yerdə telefonun içərisində olan nömrəni çıxarıb atmışdır. Həmin günü Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığına gəlmiş, orada xatırlmadağı telefon alqı-satıqısı mağazasına daxil olub orada işləyən şəxsə telefonu göstərib onu satmaq istədiyini bildirmişdir. Həmin şəxs telefona baxdıqdan sonra ondan şəxsiyyət vəsiqəni istəmiş, üzərinə baxdıqda şəxsiyyət vəsiqəsinin cibində olmadığını görüb onu itirdiyini başa düşmüşdür. Qeyd etdiyi şəxsə şəxsiyyət vəsiqəsini itirdiyini, pula ehtiyacı olduğu üçün telefonunu satdığını bildirdikdə sonuncu, telefonu ondan 80 manata ala biləcəyini demiş, razılaşıb telefonu satmışdır. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq Elnur adlı şəxsin sexinə getmiş, saat təxminən 04 radələrində sexin qarşısına çatdıqda ətrafda heç kimin olmadığına əmin olduqdan sonra sexin sol tərəfində olan daş hasarının üzərindən aşaraq həyətə düşmüş, sexin giriş qapısının jalüzünü yerdən götürdüyü dəmir parçası ilə sındırıb açaraq içəri daxil olmuş, oradan əvvəlcə bir ədəd dreli, iki ədəd perforatoru, bir ədəd lobziki, bir ədəd frezi, bir ədəd su nasosunu və elektrik naqilini, sonra isə kompressoru daş hasardan aşaraq çölə çıxardıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində olan heç kimin yaşamadığı iki mərtəbəli evə gətirib gecəni orada gecələmişdir. Səhər oğurladığı əşyaları satmaq istəmiş, lakin müştəri tapa bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə oğurladığı əşyaları gizlətdiyi evin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və sonradan törətdiyi cinayət hadisəsini etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 məhkəmədə göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Tağıyev küçəsi, 8 nömrəli evdə yaşayır. Yaşadığı mənzil fərdi yaşayış evi olmaqla 3 otaqdan ibarətdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 17:20 dəqiqədə həyat yoldaşı Ceyhunla birlikdə yaşadığı evə gəlmiş, təxminən saat 17:40 radələrində ərzaq almaq üçün hər ikisi evdən çıxmışdır. Evdən çıxarkən özünə məxsus “Samsung” markalı, “Galaxy A 30S” modelli mobil telefonu enerji yığmaq üçün elektrik şəbəkəsinə qoşmuşdur. Saat təxminən 20 radələrində yaşadığı evə qayıtmışlar, telefonuna baxmaq üçün yataq otağına keçmiş, lakin telefonun yerində olmadığını görmüşdür. Telefonu axtarsa da onu tapa bilmədiyinə görə, telefonun üzərində olan ***-***-**-** saylı nömrəyə zəng etmiş, həmin vaxt operator tərəfindən telefonun söndürüldüyü bildirildikdə evdə olmadıqları müddət ərzində kənar şəxsin evə daxil olaraq telefonunu oğurladığını başa düşmüşdür. Evi axtardıqda yataq otağında yerdə şəxsiyyət vəsiqəsinin olduğunu görmüş, həmin vəsiqənin yaşadığı qəsəbənin sakini, tanıdığı Təqsirləndirilən şəxs məxsus olduğunu görmüş və telefonunun məhz sonuncu tərəfindən oğurlandığını başa düşmüşdür. Kamranın telefonu gətirəcəyini fikirləşib əvvəlcə bu barədə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Lakin 3 gün keçməsinə baxmayaraq Kamran telefonunu gətirmədiyi üçün xx xxxxxx 2020ci il tarixdə şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 603 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Suraxanı “Maşın qayırma” X9 şöbə rəisi vəzifəsində işləyir, eyni zamanda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində plastik qapıpəncərə sexini işlədir. Özü həmin sexdə işləməsə də orada tanışları, o cümlədən tanışı Elşən Babayev işləyir. Sexdə olan bütün əşyalar və avadanlıqlar ona məxsudur. Sex 24 saat ərzində içərisində və çöl tərəfində quraşdırılmış kameralar vasitəsilə müşahidə olunur. Sexi hər gün özü açır və gecələr də bağlayır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatarlarında sexin qapılarını bağlayıb orada işləyən şəxslərlə birlikdə getmişdir. Səhəri günü, yəni xx xxxxxx 2020-ci il tartixdə saat 08 radələrində sexi açmaq üçün gəldikdə sexin giriş qapısının üzərində olan jalüzün sındırıldığını görmüşdür. Oğurluq edildiyindən şübhələnib içəriyə daxil olduqda bir ədəd kompressorun, bir ədəd drelin, iki ədəd perforatorun, bir ədəd lobzikin, bir ədəd frezin, bir ədəd su nasosunun və 60 metr uzunluğunda elektrik naqilinin yerində olmadığını aşkar etmişdir. Müşahidə kameralarına baxdıqda xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə bir nəfər şəxsin sexin giriş qapısına yaxınlaşaraq qapını sındırıb içəri daxil olduğunu və qeyd etdiyi əşyaları oğurlayaraq daş hasardan aşaraq çölə çıxartığını görmüşdür. Sexin qarşısında dayanıb işçilərin gəlməsini gözləmiş, Elşən Babayev gəldikdə sexdən oğurluq edildiyini deyib ondan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etməsini xahiş etmişdir. Bundan sonra Elşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə sonra isə polis əməkdaşları gəlib onun iştirakı ilə sexə baxış keçirmişlər. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, 8 saylı ünvanda yerləşən yaşayış evində oğurluq hadisəsi baş vermişdir. İş materiallarında olan maddi sübutun götürülməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi 20 A saylı ünvanda yerləşən plastik qapı-pəncərə sexindən oğurlayaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsində yerləşən, yaşayış olmayan iki mərtəbəli fərdi yaşaış evində gizlətdiyi bir ədəd kompressor, bir ədəd drel, iki ədəd perforator, bir ədəd lobzik, bir ədəd frez, bir ədəd su nasosu qeyd edilən evdən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 20 A saylı ünvanda yerləşən plastik qapı-pəncərə sexində oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı sexin jalüzdən olan giriş qapısının sındırıldığı müəyyən edilmişdir. Bundan başqa sexə quraşdırılmış müşahidə kamerası görüntülərindən bir nəfər şəxsin daş hasardan aşaraq sexin həyətinə keçdikdən sonra sexin jalüzdən olan giriş qapısını sındırıb sexə daxil olduğu, oradan bir ədəd kompressoru, bir ədəd dreli, iki ədəd perforatoru, bir ədəd lobziki, bir ədəd frezi, bir ədəd su nasosunu və elektrik naqilini oğurladığı müəyyən olunmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş foroşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 20 A saylı ünvanda yerləşən plastik qapı-pəncərə sexinə hardan və necə daxil olduğunu, oradan hansı əşyaları oğurladığını əyani şəkildə göstərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, cinyət törətdiyi zaman Təqsirləndirilən şəxs hadisə yerində, yəni Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, 8 saylı ünvanda yerləşən fərdi yaşayış evində itirdiyi AA seriyalı, 08444349 nömrəli şəxsiyyət vəsiqəsi Zərərçəkmiş şəxs1 götürülmüşdür. İş materiallrında olan ifadənin yerində yoxlanması barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, 8 saylı ünvanda yerləşən fərdi yaşayış evinə xx xxxxxx 2020-ci il tarixdə haradan daxil olduğunu, bir ədəd “Samsung” markalı “Galaxy A30” modelli mobil telefonu haradan oğurladığını yeri əyani şəkildə göstərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 4510 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd üzərində “X20” yazıları olan kompressor - 200 manat, bir ədəd üzərində “Kzubr 530Bt” yazıları olan drel - 15 manat, bir ədədinin dəyəri 80 manat olan “Bosch” markalı “GBH 2- 26 DRE” modelli iki ədəd perforator – 160 manat, bir ədəd üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan lobzik - 25 manat, bir ədəd “Kewinner” markalı “Mf-1500E” modelli frez - 50 manat, bir ədəd “Marquis” markalı su nasosu - 30 manat olmaqla, onların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 480 manat müəyyən edilir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, X4, X5, X6, X16, X8, X10, X2 və X12 faktı üzrə Təqsirləndirilən şəxs əməlinə hissəvi xitam verilmiş və 190100537, 190100538, 190100568, 190100598, 190100656, ********* və ********* nömrəli cinayət işləri ********* nömrəli, yəni hazırki cinayət işindən ayrılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərəçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmə və qətimkan tədbiri seçmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək, Bakı şəhər Suraxanı rayon X7 Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Bakı şəhər Suraxanı rayon prokurorunun təqdimatı əsasında Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdr. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış, üzərində “X20” yazıları olan 01 ədəd kompressor, üzərində “Kzubr 530Bt” yazıları olan 01 ədəd drel, “Bosch” markalı, “GBH 2-26 DRE” modelli 02 ədəd perforator, bir ədəd lobzik, “Kewinner” markalı, “Mf- 1500E” modelli bir ədəd frez və “Marquis” markalı 01 ədəd su nasosu sahibi, Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablan Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış, üzərində “X20” yazıları olan 01 ədəd kompressor, üzərində “Kzubr 530Bt” yazıları olan 01 ədəd drel, “Bosch” markalı, “GBH 2-26 DRE” modelli 02 ədəd perforator, bir ədəd lobzik, “Kewinner” markalı, “Mf-1500E” modelli bir ədəd frez və “Marquis” markalı 01 ədəd su nasosu sahibi, Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 70 (yetmiş) iş saatı üçün 420 (dörd yüz iyirmi) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-101/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-101/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver