Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-102/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokuroğluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, məhkumluq ödənilmiş, Astara rayonunun Ərçivan kəndində pasport qeydiyyatında olub, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə fəhlə kimi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi 22-ci knı-də yerləşən və fəaliyyət göstərən «xxxx» MMC-nin inzibati ərazisində tikinti materiallarının saxlanılması üçün nəzərdə tutulan ambardan bir ədədinin dəyəri 20 manat 60 qəpik təşkil edən, üzərində Onka, TSS, 400 yazısı olan «Onka-6101, DSKP-400-14, Onka» markalı elektrik kabel başlğını xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində, iki dəfə olmaqla hər dəfə 10 (on) ədəd, bir dəfə 7 (yeddi) ədəd, bir dəfə isə 6 (altı) ədəd, ümumilikdə 33 (otuz üç) ədəd kabel başlığını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, «xxxx» MMC-yə ümumilikdə 679,8 (altı yüz yetmiş doqquz manat, səksən qəpik) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə «xxxx» MMC-də fəhlə kimi işə düzəlmiş, lakin «xxxx» MMC ilə «xxxx» MMC arasında bağlanmış müqavilə əsasında xx xxxxxxxx 2020-ci il tarixdən fəhlə kimi Suraxanı rayonu, Zığ şossesində fəaliyyət göstərən «xxxx» MMC-də işləyirmiş. Onun iş vaxtı saat 08:00 dəqiqədə başlayıb, saat 17:00 dəqiqədə qurtarmış, işi fəhlə kimi «xxxx» MMC-nin inzibati ərazisinə daxil olan tikinti mallarının saxlanılması üçün nəzərdə tutulan anbara gətirilən tikinti mallarını yığmaqdan və sahələrə verilməkdən ibarət olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi dəqiq xatırlamadığı müxtəlif günlərdə ambarda saxlanılan, «xxxx» MMC-yə məxsus, ümumi sayı 33 ədəd təşkil edən Türkiyə istehsallı «Onka 6101» markalı kabel başlıqlarını oğurlamış və «xxxx» MMC-nin inzibati ərazisindən çıxatrmışdır. O, oğurladığı 33 ədəd kabel başlıqlarını bir dəfəyə anbardan çıxarda bilmədiyi üçün, onları qeyd etdiyi tarixin müxtəlif günlərində 4 dəfəyə anbardan oğurlayaraq, işlədiyi yerin inzibati ərazisindən çıxarda bilmişdir. O, kabel başlıqlarını iki dəfədə 10 ədəd, bir dəfə 6 ədəd, bir dəfə isə 7 ədəd olmaqla oğurlayaraq bədəninə bağlamış və iş saatı qurtardıqdan sonra, yəni 17:00 dəqiqədə «xxxx» MMC-nin inzibati ərazisindən çıxardaraq, yaxınlıqda olan evinə apararaq, orada gizlətmişdir. O, oğurladığı kabel başlıqlarını ona görə bədəninə bağlamışdır ki, «xxxx» MMC-nin mühafizə xidməti onun «xxxx» MMC-nin inzibati ərazisindən hansısa əşyanın çıxarılmasından şübhə etməsinlər. Oğurladığı kabel başlıqlarını yaşadığın evdə gizlətmiş, kabel başlıqlarını iki dəfəyə bölərək, Suraxanı rayonu, Hövsan qəsəbəsində metal qəbulu ilə məşğul olan Rüstəm adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə gətirərək satmış və həmin pulu onkoloci xəstəlikdən əziyyət çəkən arvadının dərmanlarının alınmasına sərf etmişdir. xx xxxxxx 2020-ci il tarixdə «xxxx» MMC-nin nəzarət şöbəsinin rəisi Nümayəndə onu çağıraraq, anbardan 33 ədəd kabel başlığının yoxa çıxdığını demiş, o, utandığından, kabel başlıqlarının onun tərəfindən oğurlandığını demişdir. Nümayəndə ondan oğurladığı kabel başlıqlarının gətirərərək anbara qoyulmasını tələb etmiş və buna görədə ona vaxt vermişdir. Onun imkanı olmadığı üçün və sataraq əldə etdiyi pulu xərclədiyi üçün oğurladığı kabel başlıqlarını alaraq anbara qoyulmasını təmin edə bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər və şöbədə eşitmişdir ki, onun anbardan oğurluq etməyi barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə ərizə ilə müraciət olunmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, o, Suraxanı rayonu, Zığ şossesində fəaliyyət göstərən «xxxx» MMC-nin nəzarət şöbəsinin rəisi işləyir. Onun işi «xxxx» MMC-də mühafizənin təşkili və nəzarətindən ibarətdir. «xxxx» MMC-də tikinti işləri aparıldığı üçün Məhdud Məsuliyyətli Cəmiyyət işçi qüvvəsini «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanan müqavilə əsasında oradan götürürmüş Təqsirləndirilən şəxs da xxxx MMC tərəfindən «xxxx» MMC-yə fəhlə kimi göndərilmiş və o, «xxxxnın» inzibati ərazisində yerləşən tikinti materiallarının saxlanılması üçün nəzərdə tutulan anbarda fəhlə kimi fəaliyyətə başlamışdır. Təqsirləndirilən şəxs işi fəhlə kimi «xxxx» MMC-yə gətirilən tikinti materiallarının anbara yığılmasından və anbardan iş sahələrinə verilməsindən ibarət olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə ona məlumat verilmişdir ki, tikinti materiallarının saxlanılması üçün nəzərdə tutulan anbardan 33 ədəd «Onka» 400 markalı kabel başlığı yoxdur. O, anbarda fəhlə işləyən Təqsirləndirilən şəxs yanına çağıraraq, ondan anbardan yoxa çıxan 33 ədəd kabel başlığının harada olmasını soruşmuş, Kamran başını aşağı salaraq utancaq halda ona demişdir ki, ehtiyacı olduğu üçün 33 ədəd «Onka» markalı kabel başlığını gizli olaraq oğurlayaraq metal qəbulu məntəqəsinə salıb pul əldə etmişdir. O, Kamrandan nə üçün belə hərəkət etməsinin səbəbini soruşduqda, Kamran ona demişdir ki, arvadı onkoloji xəstə olduğundan və müalicəsinə pul lazım olduğundan, məcbur olub anbardan oğurluq etmişdir. Sonra o, bu barədə «xxxx» MMC-nin rəhbərliyinə məlumat vermiş və Kamrana demişdir ki, anbardan oğurladığı 33 ədəd kabel başlğını gətirərək anbara təhvil versin. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq Kamran oğurladığı kabel başlıqlarını anbara gətirərək təhvil verməmiş və buna görə də xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən «xxxx» MMC-yə məxsus tikinti materiallarının saxlanılması üçün nəzərdə tutulan anbardan 33 ədəd kabel başlığının oğurlanması barədə Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması və ailə üzvünün ağır xəstəliyə düçar olmasını nəzərə alaraq, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyana görə kompensasiya ödənilməməsinə baxmayaraq, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bldirmişdir ki, o, Suraxanı rayonu, İ.Əhlimanov küçəsində yerləşən metal qəbulu məntəqəsini işlədir. Onun işi dəmir məmulatlarını çəki ilə alıb satmaqdan ibarətdir. Dəqiq tarix yadında olmadığı üçün deyə bilmir ancaq 2020-ci ilin noyabr ayında bir nəfər şəxs onun işlətdiyi metal qəbulu məntəqəsinə yaxınlaşaraq dəmir metal təhvil vemək istədiyini bildirmişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini götürdükdən sonra, onun adının Təqsirləndirilən şəxs olduğunu bilmiş və Kamranın sellofanda gətirdiyi təxmini sayını xatırlamadığı təxminən 10-15 sm ölçüdə olan misdən hazırlanmış metalı təhvil götürmüş və bunun müqabilində Kamrana 35 manat pul vermişdir. Təxminən 3 gündən sonra Kamran yenidən onun yanına gəlmiş və yenə də həmin metaldan gətirdiyini ona demiş və o Kamranın gətirdiyi metalı təhvil götürərək 45 manat pul vermişdir. Bundan sonra Kamran onun yanına gəlməmiş və ona metal təhvil verməmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5606 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd “Onka-6101, DSKP-400-14 Onka markalı üzərində Onka, TSS.400” yazısı olan elektrik kabel başlığının xx xxxxxxx 2020-ci il tarixə, satış qiyməti 20 manat 60 qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Şükürov X3 Rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazanjının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində bir azyaşlı övladı var. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» x xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən törədikləri cinayət əməlində cəzalarını ağırlaşdıran halların olmamasını qeyd etməklə, törətdiyi cinayət əməlini etiraf etməsini və törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını və himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi sanksiyası həddində cəza təyin edilməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini tam təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 75 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-102/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-102/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver