Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-103/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 12 iyul 2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2021-ci il tarixli qərarına əsasən həbsdə saxlama müddəti 27 dekabr 2021-ci il tarixədək uzadılmış, 27 dekabr 2021-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 12 iyul 2021-ci il tarixdə ünvan 4 ünvanında X5 60 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,561 qram, 1,828 qram, 0,912 qram, ümumi təmiz çəkisi 6,301 qram təşkil edən narkotik vasitə heroin və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram, 0,163 qram və 0,059 qram, ümumi təmiz çəkisi 0,452 qram təşkil edən psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyul 2021-ci il tarixdə saat ll:30-da ünvan 4 ünvanında saxlanılıb Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,561 qram, 1,828 qram, 0,912 qram, ümumi təmiz çəkisi 6,301 qram təşkil edən narkotik vasitə heroin və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram, 0,163 qram və 0,059 qram, ümumi təmiz çəkisi 0,452 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, təxminən bir ildir ki, kokos kimi tanıdığı narkotik maddədən istifadə edir. 12 iyul 2021-ci il tarixdə Faiq adlı şəxsdən narkotik vasitə almaq üçün onun yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1 May küçəsi 9 saylı ünvana getmişdir. Həmin vaxt orada daha 5 nəfər tanımadığı şəxslər olub ki, onlar da eyni məqsədlə gəlmişdilər. Həmin gün saat 11 radələrində Faiqin yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1 May küçəsi, ev 9 ünvanında olduğu zaman mülki geyimdə olan şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdim etdilər. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nə dəvət etdilər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəldi. Polis İdarəsinə vəkil də dəvət edildi. Bundan sonra videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya olması barədə sual verildi və təklif olundu ki, üzərində qanunsuz əşya vardırsa təqdim etsin. O, da əynində olan şalvarının sağ yan cibindən 6 ədəd siqaret kağızı bükümündə narkotik maddəni çıxarıb təqdim etdi. Ondan həmin bükümlərin içərisində nə olması və kimdən, hansı məqsədlə əldə etməsi barədə soruşuldu, o, həmin 6 ədəd bükümün içərisində narkotik maddələr heroin və metamfetamin olduğunu və həmin narkotik maddələri Faiq adlı şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini bildirdi. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış davam etdirildi, lakin qanunsuz başqa heç bir aşkar edilmədi. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı RPİ-nin NMB-nin rəisi vəzifəsində işləyir. 12 iyul 2021-ci ildə ünvan 6 ünvanda yaşayan X10 öz mənzilində tiryəkxana təşkil etməsi və bir qrup şəxsin həmin mənzildə narkotik vasitələr qəbul etməsi barədə məlumat daxil oldu. Odur ki, həmin şəxslərin müəyyən olunması və İdarəyə gətirilməsi zərurəti yarandığından, Pİ-nin rəisinə raportla müraciət etdi və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edilərək İdarə rəisi tərəfindən təsdiq edildi. O, qrupun rəhbəri, CAŞ-nin əməliyyat müvəkkili polis mayoru X1, NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Abidin oğlu, CAŞ-nin baş əməliyyat müvəkkili polis mayoru X6, CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı X3 və CAŞ-nin kiçik inspektoru polis serjantı X11 qrupun üzvləri təyin edilərək 12 iyul 2021-ci il tarixdə saat ll:30-da ünvan 7 ünvanda X15 və eləcə də X7, Təqsirləndirilən şəxs, X12, X2 və X13 aşkar edilərək Suraxanı RPİ-nin inzibati binasına gətirildi. Polis İdarəsində prosessual sənədlərin tərtib edilməsi TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyevə həvalə edildi. Həmin şəxslərdən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə video çəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verildi və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olundu. Bu zaman Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 6 ədəd siqaret kağızı bükümündə narkotik maddəni çıxarıb təqdim etdi. Ondan həmin bükümlərin içərisində nə olması və kimdən, hansı məqsədlə əldə etməyi barədə soruşuldu, o, həmin 6 ədəd bükümün içərisində heroin və metamfetamin olduğunu və onları Faiq adlı şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini bildirdi. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirildi, lakin qanunsuz başqa heç bir əşya aşkar edilmədi. Üzərindən aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra bu barədə protokol tərtib olundu, protokol ucadan oxundu, protokolun doğruluğu imzalarla təsdiq olundu. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olundu, görüntü diskə köçürülərək protokola əlavə edildi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Səfərov X4 Anar Ümid oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini bildirdiyinə baxmayaraq, faktik olaraq ona ittiham edilən cinayət əməlini törətməsini tam etiraf edir. Onun müvafiq cinayət əməlini törətməsi faktı öz ifadəsi, şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 13 iyul 2021-ci il tarixli 6/2823 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,561 qr., 1,828 qr., 0,912 qr., ümumi təmiz çəkisi 6,301 qran olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qr., 0,163 qr., 0,059 qr., ümumi təmiz çəkisi 0,452 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. 26 avqust 2021-ci il tarixli 3088 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etdiyini və peşman olduğunu, deməsinə görə nişanlı olduğunu və anasının onun himayəsində olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 6,211 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq çəkisi 0,362 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 iyul – 27 dekabr 2021-ci il tarixləri üzrə həbsdə saxlanıldığı 05 (beş) ay 15 (on beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 03 (üç) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 aprel 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 6,211 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq çəkisi 0,362 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-103/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-103/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver