Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-104/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1971-ci ildə Naxçıvan şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləmir, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,716 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlamaqla, daşımış və 11 iyun 2023-cü il tarixdə saat 11:45-də Suraxanı RPİnin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması və üzərində narkotik vasitə olmasını etiraf etməsi səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ sinə cibində olan sarı plastik qutuda 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,652 qram, 0,022 qram, 0,008 qram, 0,011 qram, 0,011 qram və 0,012 qram olmaqla, ümumi təmiz çəkisi 0,716 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əldə etdiyi narkotiki öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, satış ilə məşğul olmamışdır. Özü narkomaniya xəstəsidir. Tutulan günü də polislərə heç bir müqavimət göstərməmişdir. Üzərində çıxan narkotik vasitələrinə cəmi 30-40 manat məbləğində pul vermişdir. Üzərində olan tərəzini də onu aldatmamaları üçün istifadə etmişdir. O, gün ərzində 0,5 qram narkotik vasitəsini 2 dəfəyə istifadə etdiyini, 1-2 gündən bir o narkotik vasitəsi aldığını, o, hər gün başqa yerdə, əsasən də qohumlarının evində qaldığı üçün əşyalarını, həm narkotik vasitələrinin, həm tərəzinin özünə məxsus olduğunu, əslində narkotik vasitələrin bükümlərin daha çox, yəni 10 büküm olduğunu, 4 bükümdə digər vasitənin- sikloheksanamin olduğunu, satıcının həmin “dərmanın” patı əvəzinə satdığını, bununla da narkotik vasitələrini də üzərində daşıdığını bildirmiş, tərəzidən həmişə istifadə etmədiyini, sadəcə olaraq aldanmamaq üçün istifadə etdiyini bildirmişdir. Sonda o, satış məqsədi ilə deyil, sadəcə istifadəçi olduğunu və narkomaniya xəstəsi olmasını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır və polis serjantı xüsusi rütbəsi daşıyır. 11 iyun 2023-cü il tarixdə saat 11:45 radələrində iş yoldaşı Suraxanı RPİnin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə onlara təhkim olunmuş Suraxanı rayonu, Əmircan qəsəbəsində xidmət apardıqları zaman Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində bir nəfər şəxsin piyada hərəkət etdiyini görmüşlər. Həmin şəxs onları görən kimi qaçaraq oradan uzaqlaşmaq istəmişdir. Onlar həmin şəxsin qaçmasına mane olmuşlar və ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona hansı səbəbdən onları gördükdən sonra qaçmaq istədiyini soruşmuşlar. Elçi'n İmanov isə narkotik vasitə aludəçisi olduğunu, üzərində öz şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olmasını və tutulmaqdan qorxduğu üçün qaçmaq istədiyini bildirmişdir. Ona üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirərək ərazi üzrə Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razılaşaraq onlarla birlikdə 31-ci PB-nə gəlmişdir. 31-ci PB-də onun şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən gümüşü rəngli elektron tərəzi, əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol sinə cibindən 26 manat pul, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən probasiya xidməti tərəfindən sol ayağına quraşdırılmış üzərində “Attenti” yazısı olan izlənmə cihazı, əynində olan qəhvəyi rəngli köynəyin sağ sinə cibindən sarı rəngli plastik qutunun içərisində olan, 03 ədəd ağ rəngli kazığa bükülmüş büküm, 05 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm, 01 ədəd şəffaf sellofan büküm və 02 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsul və məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən 03 ədəd ağ rəngli kağız bükümdə olan maddənin metamfetamin, 05 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə olan maddənin heroin, 01 ədəd şəffaf sellofan bükümdə olan maddənin metamfetamin və qalan 01 ədəd şəffaf sellofan bükümdə olan maddənin isə heroin olduğunu, həmin narkotik maddələri üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən cəmi 40 manata həm öz şəxsi istifadəsi, həm də satmaq niyyəti ilə əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 10 ədəd büküm və 01 ədəd elektron tərəzi götürülərək qablaşdırılmış, 26 manat pul onun özünə qaytarılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİnin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 14-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə, saat 14:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-73-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-255/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 11 iyun 2023-cü il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 26-27-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən gümüşü rəngli elektron tərəzi, əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol sinə cibindən 26 manat pul, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən probasiya xidməti tərəfindən sol ayağına quraşdırılmış üzərində “Attend” yazısı olan izlənmə cihazı, əynində olan qəhvəyi rəngli köynəyin sağ sinə cibindən sarı rəngli plastik qutunun içərisində olan, 03 ədəd ağ rəngli kağıza bükülmüş büküm, 05 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm, 01 ədəd şəffaf sellofan büküm və 02 ədəd şəffaf sellofan büküm aşkar edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 129-cu vərəqində olan 10 oktyabr 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən gümüşü rəngli elektron tərəzi, əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol sinə cibindən 26 manat pul, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən probasiya xidməti tərəfindən sol ayağına quraşdırılmış üzərində “Attenti” yazısı olan izlənmə cihazı, əynində olan qəhvəyi rəngli köynəyin sağ sinə cibindən sarı rəngli plastik qutunun içərisində olan, 03 ədəd ağ rəngli kağıza bükülmüş büküm, 05 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm, 01 ədəd şəffaf sellofan büküm və 02 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməsi, həmin bükümlərin açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsul və məqsədlə əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən 03 ədəd ağ rəngli kağız bükümdə olan maddənin metamfetamin, 05 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə olan maddənin heroin, 01 ədəd şəffaf sellofan bükümdə olan maddənin metamfetamin və qalan 01 ədəd şəffaf sellofan bükümdə olan maddənin isə heroin olduğunu, həmin narkotik maddələri üzdən tanıdığı, lakin adını və ünvanı bilmədiyi şəxsdən cəmi 40 manata həm öz şəxsi istifadəsi, həm də satmaq niyyəti ilə əldə etdiyini və üzərində gəzdirdiyini bildirməsi, sonra aşkar edilmiş həmin 10 ədəd büküm və 01 ədəd elektron tərəzi götürülərək qablaşdırılması, daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 32-37-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/3305 saylı 12 iyun 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №195” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən” və s. Sözlər, imzalar olan kağız paketdəki 01 ədəd sarı rəngli plastik qaba yerləşdirilmiş 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,652 qram, 0,022 qram, 0,008 qram, 0,011 qram, 0,011 qram və 0,012 qram olmaqla, ümumi təmiz çəkisi 0,716 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,244 qram, 0,011 qram, 0,017 qram və 0,009 qram olmaqla, ümumi təmiz çəkisi 0,281 qram şəffaf, rəngsiz kristalşəkilli kütlələr sikloheksanamin maddəsidir. 04 ədəd bükümdə olan sikloheksanamin maddələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Gümüşü rəngli elektron tərəzinin üzərində və sarı rəngli plastik qabın içərisində narkotik vasitə heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ), Sikloheksanamin qeyd edilən siyahılara, habelə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahıları”na daxil deyildir. Cinayət işinin 113-114-cü vərəqində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloci ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 6179 saylı 28 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 74-76-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 08 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1 (010)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixədək 01 ay 17 gün hissəsi icra olunmuş, 02 il 10 ay 09 gün hissəsi çəkilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən oğlunun əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ sinə cibində olan sarı plastik qutuda 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,652 qram, 0,022 qram, 0,008 qram, 0,011 qram, 0,011 qram və 0,012 qram olmaqla, ümumi təmiz çəkisi 0,716 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzinin götürüldüyü müəyyən olundu. Videoçəkiliş zamanı üzərindən çıxan narkotik vasitələrin bükümlərin və elektronb tərəzinin özünə məxsus olduğunu bildirir. Bundan əlavə videogörüntünün 5-ci dəqiqəsinin 13-cü saniyəsində Təqsirləndirilən şəxs bükümlərin sayın və nə üçün bu qədər çox olması səbəbi soruşulduqda Təqsirləndirilən şəxs “... yarısı satmaq, yarısı istifadə üçün” bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, “şəxsi axtarış və götürmə“ haqqında protokol, həmin protokola dair videogörüntüləri özündə əks etdirən DVD diskə baxılmasına dair protokol və məhkəmə iclasında tədqiq edilmiş videogörüntü şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış nəticəsində üzərində aşkar edilmiş maddi sübutlara (mövcudluğu və məxsusluğu təqsirləndirlən şəxs tərəfindən inkar olunmur) əsasən, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1 (010)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixədək 01 ay 17 gün hissəsi icra olunmuş, 02 il 10 ay 09 gün hissəsi çəkilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 02 il 10 ay 09 gün azadlığın məhdudlaşdırılması cəzası 01 il 05 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1 (010)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Suraxanı Rayon Məhkəməsinin 1(010)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 02 il 10 ay 09 gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 05 (beş) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-162/2023 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 10 ay 09 gün hissəsi, 01 il 05 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmənin əvvəli 11 iyun 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 02 il 10 ay 09 gün azadlığın məhdudlaşdırılması cəzası 01 il 05 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-162/2023 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 10 ay 09 gün hissəsi, 01 (bir) il 05 (beş) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,656 qram olan narkotik vasitə - heroin, 0,241 qram sikloheksanamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-104/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-104/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver