Məhkəmə qərarları › İş №1(010)-104/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-104/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-104/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi Məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Cəbrayıl rayonu, Süleymanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, 03 sentyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 196.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X10, X21, X14 və X16 ilə müştərək qaydada 11 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 594325,31 manat əsas borc, 444561,75 manat faiz borcu, 17781,00 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,00 manat, cəmi 1056696,06 manat məbləğində kredit borcunu “Nikoyl" X9 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 sentyabr 2020-ci il tarixli, 2(103)-169/2020 saylı qətnaməsinin icasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 3(010)-5231/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000,00 manat məbləğində inzibati cərimə edilməsinə, kreditor borclarını ödəməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 10 yanvar 2023-cü il, 03 iyul 2023-cü il tarixdə rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq həmin tarixdən şəxsi maraq niyyəti ilə məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qətnaməsinə əsasən külli miqdarda kreditor borclarını ödəməkdən qəsdən yayınaraq zərər çəkmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan vurmaqla iqtisadi fəaliyyət sahəsinin nüfuzuna xələl gətirmişdir. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, X10, X21, X14 və X16 ilə "xxxx" X3 götürdükləri krediti ödəyə bilməyəndə bank onlara qarşı məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(103)-169/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək onlardan müştərək qaydada 11 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 594325,31 manat əsas borc, 444561,75 manat faiz borcu, 17781,00 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,00 manat, cəmi 1056696,06 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" İKB-nin xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim edərək kredit borcunun özünə aid hissəsini ödəməsini tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qətnaməsinə əsasən kredit borcunu ödəməmiş, icra məmuru dəfələrlə onun izahatlarını almış, hətta Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 3(010)-5231/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru "xxxx" İKB olan kredit borcunu ödəməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq verməsinə baxmayaraq sonuncu məhkəmənin qanuni qüvvədə olan müvafiq qətnaməsində göstərilmiş kredit borcunu ödəməmişdir. Əlavə olraq ifadəsində qeyd etmişdir ki, ünvan 2 ünvanındakı ümumi sahəsi 1732,2 kv.m olan qeyri- yaşayış sahəsi 30 avqust 2013-cü ildə "xxxx" İKBna satılmış, eyni zamanda həmin qəsəbənin R.Əlicanov küçəsi, 4057-ci məhəllə, 5F və 5E ünvanında yerləşən “Yurd” mərasim evini 12 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Faktor Lizinq MMC-yə satmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etmiyərək bildirdi ki, onun banka heç bir borcu qalmamış və məhkəmə qətnaməsində göstərilən borc tam ödənilmişdir. Bələ ki, bank girovsuz heç kimə kredit vermir, ona görə də kredit götürəndə onun iki obyektini öz adlarına keçirmişlər. 2013-cü ildə 60 aylıq kredit də iki ilə ödəmişdir. Borc bağlandıqdan sonra girovun azad edilməsini istəmiş, lakin əmlak girovdan çıxarılmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Arion şadlıq sarayı onların sərəncamında olduğundan, 190 min dollara görə həmin obyekti satıblar. İca məmuruna dəfələrlə müraciət edərək həmin borcun adında olan əmlaka yönəldilməsini xahiş etmişdir. Sonda Ağayev X18 müharibəsi veteranı olduğunu, himayəsində yetkinlik yaşına çatmamış övladının olduğunu qeyd edərək, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 196.2-cimaddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, X10, X21, X14 və X16 ilə müştərək qaydada 11 sentyabr 2013-cü ildə “Nikoyl" İKB-dan 600000,00 manat məbləğində üzərinə illik 16%-lə kredit götürmüşlər, həmin krediti sonradan ödəməkdən boyun qaçırdıqları üçün "xxxx" İKB onlara qarşı məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(103)- 169/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək həmin şəxslərdən müştərək qaydada 11 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 594325,31 manat əsas borc, 444561,75 manat faiz borcu, 17781.00 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,00 manat, cəmi 1056696,06 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" İKB-yə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin Təqsirləndirilən şəxs aid hissəsinin icrası ilə Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları məşğul olaraq tələbin könüllü təmin edilməsi ilə əlaqədar ona bildiriş təqdim edilmiş, tələb təmin etmədiyi üçün icra məmurları tərəfindən məcburi icra tədbirlərinin davamı olaraq onun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakaşkar olunmamış, borcluya məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qətnaməsinə əsasən kreditor borcunu ödəməsi ilə əlaqədar dəfələrlə bildiriş təqdim edilməsin baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək kredit borcunu ödəməkdən bir mənalı olaraq imtina etdiyi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 3(010)-5231/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru həmin məhkəmənin qanuni qüvvədə olan 22 sentyabr 2020-ci il tarixli, 2(103)-169/2020 saylı qətnaməsinə əsasən manat məbləğində kreditor borclarını ödəməkdən qəsdən yayınmaqla "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuşdur. Əlavə olaraq ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs faktiki sahibliyində və istifadəsində ünvan 2 ünvanında ümumi sahəsi 1732,2 kv.m qeyri yaşayış sahəsinin 1-ci mərtəbəsi idman zalı, 2-ci mərtəbəsi Yağmur şadlıq sarayı, eyni zamanda həmin qəsəbənin R.Əlicanov küçəsi, 4057-ci məhəllə, 5F və 5E ünvanında yerləşən “Yurd” mərasim evi mövcuddur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, X4, X12, X7 və X11 müştərək qaydada 11 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 594325,31 manat əsas borc, 444561,75 manat faiz borcu, 17781,00 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,00 manat, cəmi 1056696,06 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" X9 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 sentyabr 2020-ci il tarixli, 2(103)- 169/2020 saylı qətnaməsinin icrası Təqsirləndirilən şəxs aid hissədə təmin edilməsi ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə daxil olduqdan sonra icraata başlanma haqqında qərar qəbul edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, dəfələrlə şöbəyə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınması ilə əlaqədar Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 3(010)- 5231/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM- nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000,00 manat məbləğində inzibati cərimə edilmiş və kredit borcunun ödənilməsinə dair ona yeni müddət təyin edilsə də sonuncu hərəkətsizliyini davam etdirməklə məhkəmənin qanuni qüvvədə olan 22 sentyabr 2020-ci il tarixli, 2(103)- 169/2020 saylı qətnaməsinə əsasən kreditor borclarını "xxxx" ASC-yə ödəməkdən qəsdən yayınmışdır. Təqsirləndirilən şəxs bank borcunun adında olan əmlaka yönəldilməsini bildirsədə, sonradan həmin əmlakın başqa borc üzrə girovda olduğu müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 31 iyul 2024-cü il tarixdə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən “Yurd” mərasim evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən oranın günlük 300,00 manata icarəyə verdiyi müəyyən edilərək protokallaşdırılmış və foto şəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin X20 Qeydiyyatı idarəsindən verilmiş 22 noyabr 2019-cu il tarixli, **********986800 nömrəli çıxarışdan görünür ki, "xxxx" X5 hazırkı adı "xxxx" Açıq Səhmdar Cəmiyyətidir İş materiallarında olan məhkəmə aktının icrası ilə bağlı Təqsirləndirilən şəxs təqdim edilmiş 10 yanvar 2023-cü il, 03 iyul 2023-cü il tarixli xəbərdarlıqdan, eyni zamanda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 3(010)-5231/2022 saylı qərarından, həmçinin digər sənədlərdən görünür ki, o həqiqətən Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan 22 sentyabr 2020-ci il tarixli, 2(103)-169/2020 saylı qətnaməsini Təqsirləndirilən şəxs qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 21 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan AZE MİS məhkəmə portalından müəyyən olunur ki, 28 avqust 2007-ci il təvəllüdlü X2 Rauf Səlim oğlunun uşağıdır. İş materiallarında olan 29 iyul 2002-ci il tarixli 067335 saylı müharibə veteranları vəsiqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs həqiqətən də Qarabağ müharibəsi veteranıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Qarabağ müharibəsi veteranı olduğunu, himayəsində yetkinlik yaşına çatmamış övladının olduğunu cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 196.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 196.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X17 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X17 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 16 yanvar 2025ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X17 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar