Məhkəmə qərarları › İş №1(010)-105/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-105/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-105/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Şahid1 Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Təqsirləndirilən şəxs küçəsi, döngə № l, ev №30 ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,258 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 480,0 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üstündə və yaşadığı evin həyətində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbiri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinib, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Təqsirləndirilən şəxs küçəsi, döngə №1, ev №30 ünvanı qarşısında saxlanılaraq, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,258 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və həmin əməliyyatistintaq tədbirlərinin davamı olaraq Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı əsasında həmin tarixdə saat 14:30 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Təqsirləndirilən şəxs küçəsi döngə № 1, ev № 30 ünvanında yerləşən fərdi yaşayış evində axtarış aparılan zaman, həmin evin həyətində yerləşən tikinti alətlərinin saxlanılması üçün nəzərdə tutulan taxta dolabın içərisindən sonuncuya məxsus bir ədəd sellofan torbaya bükülmüş, təmiz çəkisi 480,0 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, uzun müddət ərzində narkotik vasitəni inyeksiya və çəkmək yolu ilə istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində o, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Təqsirləndirilən şəxs küçəsində yaşadığı evin qarşısında piyada hərəkət edən zaman, bir neçə nəfər mülkü geyimli şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. O, bununla razılaşıb, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Suraxanı RPİ-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment könüllü olaraq təqdim edilməsi təklif olunmuş, o, əynində qanunla qadağan olunan hər hansı bir əşyanın və predmetin olmadığını bildirmiş, bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Buna baxmayaraq, polis əməkdaşları onun üzərində narkotik vasitə olan heroin aşkar edildiyini bildirmişlər. Daha sonra o, müstəntiq tərəfindən Suraxanı rayon məhkəməsinin qərarı ilə tanış olmuş və ona izah olunmuşdur ki, onun iştirakı ilə yaşadığı ünvanda axtarış keçiriləcəkdir. O, yaşadığı ünvanda axtarış keçirilməsinə heç bir etiraz etməmiş, onun və müdafiəçinin iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Təqsirləndirilən şəxs küçəsi, döngə № 1, ev № 30 ünvanda axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl müstəntiq tərəfindən ona təklif olunmuşdur ki, həyətdə və evdə qeyri qanuni hər hansı bir əşya və ya predment varsa, onları təqdim etsin. O, bildirmişdir ki, həyətində və evində qeyri qanuni heç bir əşya və predmet yoxdur. Bundan sonra polis əməkdaşları tərəfindən həyətə və evin içərisinə axtarış keçirilmiş və axtarış keçirilən zaman həyətdən və evdən qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Buna baxmayaraq, müstəntiq ona bildirmişdir ki, onun həyətində olan tikinti alətlərinin saxlanılması üçün nəzərdə tutulan yerdə bir ədəd sellofan torbada içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. O, buna etiraz etmiş və bildirmişdir ki, həyətindən aşkar edilmiş marixuana ona məxsus deyildir. Qeyd edir ki, üzərində və yaşadığı evin həyətində aşkar edilmiş narkotik vasitələr ona məxsus olmamışlar, polis əməkdaşları tərəfindən onun üzərinə və həyətinə qoyulmuşdur. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 11 ildir ki, narkotik vasitəni ineksiya və çəkmək yolu ilə istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən özünün istifadəsi üçün siqaret kağızına bükülmüş 1 ədəd büküm narkotik vasitə olan heroini 10 manata alaraq, əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuş və üzərində gəzdirməyə başlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Təqsirləndirilən şəxs küçəsində yaşadığı evin qarşısında piyada hərəkət edən zaman, bir neçə nəfər mülkü geyimli şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. O, bununla razılaşıb, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİnə gəlmiş, Suraxanı RPİ-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment könüllü olaraq təqdim edilməsi təklif olunmuş, o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində özü istifadə etmək məqsədilə saxladığı bir büküm narkotik vasitə olan heroini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Müstəntiq tərəfindən Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə tanış olmuş və ona izah olunmuşdur ki, onun iştirakı ilə yaşadığı ünvanda axtarış keçiriləcəkdir. O, yaşadığı ünvanda axtarış keçirilməsinə heç bir etiraz etməmiş, onun və müdafiəçinin iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Təqsirləndirilən şəxs küçəsi, döngə № 1, ev № 30 ünvana video çəkiliş vasitəsilə axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl müstəntiq tərəfindən ona təklif olunmuşdur ki, həyətdə və evdə qeyri qanuni hər hansı bir əşya və ya predment varsa, onları könüllü olaraq təqdim etsin. Bundan sonra o, həyətdə olan tikinti alətlərinin saxlanılması üçün nəzərdə tutulan yeri göstərərək, orada özünün istifadəsi üçün gizlədərək saxladığı bir ədəd sellofan torbada içərisində narkotik vasitə olan qurudulmuş marixuananın yerini polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həyətə və evin içərisinə axtarış keçirilmiş və axtarış keçirilən zaman həyətdən və evdən qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Umud oğlu ifadəsində bildirmişdir ki, o, hazırda Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə hazırki iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvü isə Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təyin olunmuşdur. Sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, Şahid2 ilə birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Təqsirləndirilən şəxs küçəsi, döngə № l, 30 №-li evin qarşısına gəlmiş, saat təxminən 10:00 dəqiqədə qeyd olunan ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış, Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqəsini göstərərək, özlərini ona təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək, onu Suraxanı Rayon Polis İdarəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bundan sonra onunla birlikdə Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gəlmiş, Təqsirləndirilən şəxs onun, Səyəvuş Səfərovun və müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret kağızına bükülmüş bir ədəd bükümü çıxardaraq təqdim edərək bildirmişdir ki, təqdim etdiyi 1 ədəd siqaret kağızına bükülmüş bir ədəd büküm narkotik vasitə olan heroindir və özü istifadə etmək məqsədildə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, onun üzərindən narkotik vasitəyə oxşar kütlə və qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm kütlə zərfin içinə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Tərtib edilmiş protokola və qablaşdırılaraq möhürlənmiş zərfə şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imza edilmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Təqsirləndirilən şəxs küçəsi, döngə № 1, ev № 30 ünvanında Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə edən vəkilin və onun iştirakı ilə axtarış keçirilmiş, Suraxanı rayon məhkəməsinin qərarı Təqsirləndirilən şəxs elan olunduqdan sonra, ona yaşadığı evin həyətində və içərisində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində tikinti alətlərinin saxlanılması üçün nəzərdə tutulan taxta dolabın içərisindən bir ədəd sellofan torbanı çıxardaraq təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi sellofan torbanın içərisindəki kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır və onu özü istifadə etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən almışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütləni həmin şəxsdən çoxdan aldığı üçün, onun aldığı dəqiq tarixini xatırlamır. Sonra Təqsirləndirilən şəxs həyətində və evində axtarış keçirilmiş, lakin narkotik vasitəyə oxşar digər kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsn üzərində şəxsi axtarış aparılarkən və yaşadığı evdə axtarış keçirilərkən, sonuncuya qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 orlu da eyni məzmunlu ifadə verərək, X10 orlunun ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan xx xxxxxx 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 290/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində 1 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuşdur, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə xx xxxxxx 2020-ci il tarixli, 6/2725 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,258 qram kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-bioloji ekspertizası üzrə xx xxxxxx 2020-ci il tarixli, 7/883 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş və tədqiqata təqdim edilmiş bir ədəd sellofan torbada təmiz çəkisi 480,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 Komissiyasının verdiyi xx.xx.2020-ci il tarixli, 3529 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs orlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində «Asılılıq Sindromu» (Narkomaniya Xəstəliyi) aşkar olunur. Naıkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini ümumiyyətlə törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, bunu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadə həqiqətə uyrun oldurundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə bunu ittihamı təsdiq edən sübut kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı məhkəmədə dindirilmiş və elan edilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi məhkəməbioloji ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs şəhid ailəsi olduğunu (onun yaşadığı küçəyə təqsirləndirilən şəxsin qardaşı olan və ölkənin ərazi bütövlüy uğrunda gedən döyüşlərdə şəhid olmuş Təqsirləndirilən şəxs adı verilmişdir), müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs orlu barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cinayətin residivini cəzanın arırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən hal əsas götürülməklə, həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası aşağı həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,208 qram narkotik vasitə olan heroin və 475,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 198 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-də saxlanılan 0,208 qram narkotik vasitə olan heroin və 475,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 198 (yüz doxsan səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Şahid1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar