Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-105/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs etibarnamə əsasında nümayəndəsi X3, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Arif oğlunun iştirakı ilə 14 mart 2023-cü il tarixdə, saat 12:20-də, Bakı şəhərində xx xxxxxx 1974-cü ildə Ermənistan Respublikası, Quqark Rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-463/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əliyev Təqsirləndirilən şəxs 15 iyul 2019-cu il tarixdən başlayaraq hər ay bir uşağa 160 manat, iki uşağa cəmi 320 manat sabit pul məbləğində alimenti övladları 08 may 2006-cı il təvəllüdlü Əlizadə Ayan Təqsirləndirilən şəxs qızının və 12 may 2007-ci il təvəllüdlü Əlizadə Tunar Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyun 2019-cu il tarixli, 2(010)-2685/2019 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 08 iyul 2021-ci il tarixli, 3(010)- 923/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 29 noyabr 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 02 iyun 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə 11.200 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızma ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olur, aylıq gəliri 500 manat təşkil edir. Zərərçəkmiş şəxs ilə 2004-cü ildə evlənmiş, birgə nikahlarından Əlizadə Ayan Təqsirləndirilən şəxs qızı və Əlizadə Tunar Təqsirləndirilən şəxs oğlu doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da Zərərçəkmiş şəxs övladları ilə birlikdə yaşamış, 2019-cu ildə ona qarşı aliment tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 03 iyun 2019-cu il tarixli, 2(010)-2685/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 15 iyul 2019-cu il tarixdən başlayaraq hər ay bir uşağa 160,00 manat, iki uşağa cəmi 320,00 manat sabit pul məbləğində alimentin ondan tutularaq övladları 08 may 2006-cı il təvəllüdlü Ayan Əlizadənin və 12 may 2007-ci il təvəllüdlü Tunar Əlizadənin yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 08 iyul 2021-ci il tarixli, 3(010)-923/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Sonda o, aliment borcunu ödəmək niyyətində olduğunu və törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs etibarnamə əsasında nümayəndəsi X6 məhkəmə iclasında göstərdi ki, qızı Zərərçəkmiş şəxs Əliyev Təqsirləndirilən şəxs ilə 2004-cü ildə evlənmiş, birgə nikahlarından Əlizadə Ayan Təqsirləndirilən şəxs qızı və Əlizadə Tunar Təqsirləndirilən şəxs oğlu doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxdan da Zərərçəkmiş şəxs övladları ilə birlikdə yaşamış, Şahid2 övladlarının saxlanması ilə əlaqədar sonuncuya maddi köməklik göstərmədiyi üçün sonuncuya qarşı aliment tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 03 iyun 2019-cu il tarixli, 2(010)-2685/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 15 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay bir uşağa 160,00 manat, iki uşağa cəmi 320,0 manat sabit pul məbləğində alimentin Əliyev Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs övladları 08 may 2006-cı il təvəllüdlü A.Əlizadənin və 12 may 2007-ci il təvəllüdlü T.Əlizadənin yetkinlik yaşlarına çatana kimi saxlanması üçün sonuncunun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə bağlı qızı Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 08 iyul 2021-ci il tarixli, 3(010)-923/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs Əliyev alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Sonda o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olduğunu bildirərək sonuncunun barəsində qanunla nəzərdə tutulmuş hədd daxilində sərt cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 göstərdi ki, əvvəli 15 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay bir uşağa 160,00 manat, iki uşağa cəmi 320,00 manat sabit pul məbləğində alimentin Əliyev Təqsirləndirilən şəxs tutularaq 08 may 2006-cı il təvəllüdlü Əlizadə Ayan Təqsirləndirilən şəxs qızının və 12 may 2007-ci il təvəllüdlü Əlizadə Tunar Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyun 2019-cu il tarixli, 2(010)-2685/2019 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Şahid2 bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra sonuncu şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs Əliyev isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 08 iyul 2021-ci il tarixli, 3(010)-923/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək on gün müddətlərində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2685/2019 saylı, 03 iyun 2019-cu il tarixli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, Əliyev Təqsirləndirilən şəxs 15 iyul 2019-cu il tarixdən başlayaraq hər ay bir uşağa 160 manat, iki uşağa cəmi 320 manat sabit pul məbləğində alimenti övladları 08 may 2006-cı il təvəllüdlü Əlizadə Ayan Təqsirləndirilən şəxs qızının və 12 may 2007-ci il təvəllüdlü Əlizadə Tunar Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödəməsi qət edilmiş, həmin qətnaməyə dair icra sənədi 15 iylu 2019-cu il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 17 iyul 2019-cu il tarixli qərardan görünür ki, 17 iyul 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 icraatına daxil olmuş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2685/2019 saylı, 03 iyun 2019-cu il tarixli qətnaməsinə dair icra sənədi üzrə icraata başlanılmış, Əliyev Təqsirləndirilən şəxs icranı dərhal təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 17 iyul 2019-cu il tarixli bildirişdən görünür ki, Əliyev Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2685/2019 saylı, 03 iyun 2019-cu il tarixli qətnaməsinə dair icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən dərhal icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 29 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2685/2019 saylı, 03 iyun 2019-cu il tarixli qətnaməsinə dair icra sənədi üzrə borcunu dərhal ödəmək Əliyev Təqsirləndirilən şəxs tələb olunmuş, lakin icra sənədində göstərilən tələb könüllü olaraq icra edilməmişdir. Əliyev Təqsirləndirilən şəxs borcunu ödəməsi üçün 10 gün vaxt verilmiş, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması müvafiq təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunacağına dair xəbərdar olunmuşdur. Həmin məktubun surəti Əliyev Təqsirləndirilən şəxs şəxsən təqdim edilmişdir. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 8(010)-60/2022 nömrəli qərardadından görünür ki, Əliyev Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 3(010)-923/2021 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 02 may 2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2685/2019 saylı, 03 iyun 2019-cu il tarixli qətnaməsinə dair icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurları tərəfindən Əliyev Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanında baxış keçirilmişdir. Baxış zamanı Əliyev Təqsirləndirilən şəxsu həmin ünvanda yaşamaması müəyyən olunmuşdur. İş materiallarında olan ödənişə dair cədvəldən görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2685/2019 saylı, 03 iyun 2019-cu il tarixli qətnaməsi üzrə Əliyev Təqsirləndirilən şəxs tərəfindən 15 iyul 2022-ci il tarixədək heç bir ödəniş olunmamış, həmin tarixə olan aliment borcu 11520 manat təşkil edir. İş materialarında olan Əliyev Təqsirləndirilən şəxs şəxsi kartoçkasından çıxarışlardan görünür ki, sonuncunun mülkiyyətində nəqliyyat vasitəsinin olması, ünvanlı dövlət sosial yardım alması, pensiya alması barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 18 iyul 2022-ci il tarixli tələbnaməyə əsasən Əliyev Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 69.3-cü maddələri ilə təqsirli bilinərək 09 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-667/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarındna görünür ki, Əliyev Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 09 ay 12 gün hissəsindən azad edilmiş, üzərindən məhkumluq götürülmüşdür. Beləliklə, Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Əliyev Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2685/2019 saylı, 03 iyun 2019-cu il Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 08 iyul 2021-ci il tarixli, 3(010)-923/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbs edilməsinə, habelə üzürlü səbəblər olmadan borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətə cəlb olunacağı barədə 29 noyabr 2021-ci məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Əliyev Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, hazırda məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon 62 saylı Mənzil- Kommunal İstismarı sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Əliyev Təqsirləndirilən şəxs hazırda ünvan 1 ünvanında yaşamasa da həmin ünvanda yaşadığı dövrdə barəsindən heç bir şikayət daxil olmamışdır. Məhkəmə iş üzrə Əliyev Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal hesab edir. İş üzrə Əliyev Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə, ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(010)-463/2022 nömrəli qərarından, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-ci Polis Bölməsinin 18 fevral 2023-cü il tarixli məktubundan, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 20 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Əliyev Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 17 fevral 2023-cü il tarixdə Əliyev Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlnılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma Yerinə təhvil verilmiş, 20 fevral 2023-cü il tarixdə isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Əliyev Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2023-cü il tarixdən һesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Arif oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi Arif oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Əliyev Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Əliyev Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2023cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Əliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri qüvvəsində saxlanılsın. Əliyev Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi Arif oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-105/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-105/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver