Məhkəmə qərarları › İş №1(010)-107/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-107/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-107/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, 6 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 13 nömrəli evin 20 nömrəli mənzilinə mətbəxin pəncərəsindən qanunsuz daxil olaraq yataq otağından 155 manat dəyərində “Ariston” makarlı su qızdırıcısını, 100 manat dəyərində qaz sobasını, 60 manat dəyərində mətbəx üçün moykanı, 70 manat dəyərində elektrik birləşdiricini, 30 manat dəyərində direli, 10 manat dəyərində hamam üçün asılqanı, 10 manat dəyərində işıqlandırıcı çırağı, hər biri 20 manat dəyərində iki ədəd qapı dəstəyini, 25 manat dəyərində su kranını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3 ünvanında yerləşən 3 nömrəli evə qanunsuz daxil olaraq yataq otağından 500 manat dəyərində xrustal qabları, digər otaqdan isə 200 manat dəyərində musiqi aləti olan sintezatoru, hər biri 25 manat dəyərində iki ədəd ütünü, bir ədəd 20 manat dəyərində “Geepas, DVD 169” markalı, bir ədəd isə 30 manat dəyərində “Elta, DVD 1103” markalı DVD pleyerləri və mətbəxdə quraşdırılmış 70 manat dəyərində su qızdırıcısını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 870 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3 küçəsində gəzərkən 3 nömrəli evin dəmir qapısında qıfıl olduğunu görüb evdə heç kimin olmadığını başa düşmüş və həmin evdən oğurluq etmək qərarına gəlmidşdir. Hasardan keçərək evin həyətinə daxil olmuş sonra isə evin pəncərəsini əli ilə itələyəib açaraq evə daxil olub otaqları axtarmağa başlamışdır. Evin yataq otağından dəqiq sayı yadında olmayan bir neçə xrustal qabları, digər otaqdan isə musiqi aləti olan sintezatoru, iki ədəd ütünü, bir ədəd “Geepas” markalı, bir ədəd “Elta” markalı DVD pleyerləri, habelə mətbəxdə quraşdırılmış su qızdırıcısını yerindən çıxardaraq oğurlamışdır. Oğurladığı əşyaları evdə olan böyük sellofan torbalara yığaraq oranı tərk etmişdir. Səhəri gün yəni xx xxxxxx 2020ci il tarixdə 02 ədəd DVD pleyerdən başqa, oğurladığı digər əyşaları “Sabunçu” bazarına aparıb orada köhnə ev əşyaları satılan yerdə 120 manata satmışdır. xx xxxx 2020-ci il tarixdə isə 02 ədəd DVD pleyeri satmaq üçün apararkən yolda Bülbülə qəsəbə sakini kimi tanıdığı Elmanı görmüş və Elman ondan haraya getməyini soruşmuşdur. Elmana, pula ehtiyyacı olduğu üçün istifadə etmədiyi 02 ədəd DVD pleyerləri satmağa apardığını bildirmiş, Elman ondan DVD pleyerlərin işlək vəziyyətdə olub-olmadığını soruşduqdan sonra pleyerlərin hər birinə 10 manat olmaqla ikisinə 20 manat pul verə biləcəyini demişdir. Razılaşıb pleyerləri 20 manata Elmana satmışdır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasının yanından keçərkən birinci mərtəbədə olan mənzilin pəncərəsinin palçıqlı olduğunu görüb mənzildə heç kimin yaşamadığını başa düşmüşdür. Buna görə də həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Mənzilin plastik pəncərəsini əli ilə itələyib açaraq mənziln mətbəxinə daxil olmuş və otaqları axtarmağa başlamışdır. Otaqların birində olan bir ədəd “Aristion” markalı su qızdırıcını, bir ədəd mətbəx üçün moykanı, bir ədəd hamam üçün asılqanı və bir ədəd su kranını götürüb mənzili tərk etmiş, oğurladığı həmin əşyaları bir neçə metr aralıda olan köhnə tikilidə olan çürümüş taxtaların altında gizlədib, təkrarən həmin mənzilə daxil olub otaqda olan bir ədəd qaz sobasını, bir ədəd direli, bir ədəd işıqlandırıcı çırağı, iki ədəd qapı dəstəyini götürüb bir qədər əvvəl oğurlayaraq gizlətdiyi digər əşyaların yanında gizlətmişdir. Səhəri gün yəni xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 10 radələrində oğurladığı əşyaları taksi ilə “Sabunçu” bazarına aparıb tanımdağı müxtəlif şəxslərə 170 manata satmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı maddi imkanı olmadığına görə ödəyə bilmədiyini, bununla belə Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 məhkəmədə göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3, 3 nömrəli evə gələndə evin pəncərəsinin şüşəsinin qırıldığını görmüşdür. İçəri daxil olub otaqlara nəzər yetirdikdə otaqların dağınıqlı vəziyyətdə olduğunu görüb evindən oğurluq edildiyini başa düşmüşdür. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir neçə dəqiqdən sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər. Evindən 500 manat dəyərində xrustal qablar, 200 manat dəyərində musiqi aləti olan sintezator, hər biri 25 manat dəyərində iki ədəd ütü, bir ədədi 25 manat dəyərində “Geepas” markalı, bir ədədi 40 manat dəyərində “Elta” markalı DVD pleyerlər və mətbəxdə quraşdırılmış 70 manat dəyərində su qızdırıcısı oğurlanmışdır. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini, bununla belə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 10 radələrində ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 13 nömrəli evin 20 nömrəli mənzilinə getmiş, içəri daxil olduqda mənzilin yataq otağından 155 manat dəyərində “Ariston” makarlı su qızdırıcısının, 100 manat dəyərində qaz sobasının, 60 manat dəyərində mətbəx üçün moykanın, 70 manat dəyərində elektrik birləşdiricinin, 30 manat dəyərində direlin, 10 manat dəyərində hamam üçün asılqanın, 10 manat dəyərində işıqlandırıcı çırağın, hər biri 20 manat dəyərində iki ədəd qapı dəstəyinin, 25 manat dəyərində su kranının oğurlandığını aşkar etmişdir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir neçə dəqiqdən sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, sonuncunun barəsində qanunla müəyyən edilmiş hədd daxilində ağır cəza təyin edilməsini xahiş etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə Bülbülə qəsəbə sakini kimi tanıdığı Təqsirləndirilən şəxs Nizam oğlu ilə rastlaşmış, həmin vaxtı Rəsulun əlində içərisində hansısa əşyanın olduğu sellofan torba olmuşdur. Rəsuldan hara getdiyini soruşduqda sonuncu ona, pula ehtiyyacı olduğu üçün istifadə etmədiyi iki ədəd DVD pleyeri satmaq üçün bazara apardığını demişdir. Rəsula, həmin DVD pleyerləri münasib qiymətə verərsə onları almaq istədiyini bildirmişdir. Rəsul isə cavabında, DVD pleyerləri ona, hansı qiymətə almaq istəsə sata biləcəyini demişdir. Sonra Rəsul sellofanın içərisindəki iki ədəd DVD pleyerləri ona göstərmiş, Rəsuldan onların işləyib-işləmədiyini soruşduqda sonuncu pleyerlərin tam işlək vəziyyətdə olduğunu demişdir. Buna görə də 20 manat pul verərək Rəsuldan həmin pleyerləri almışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3 ünvanında yerləşən 3 nömrəli evdə oğurluq hadisəsi baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 ona məxsus evdən xrustal qabların, musiqi aləti olan sintezatorun, iki ədəd ütünün, iki ədəd DVD pleyerin və su qızdırıcısının oğurlandığını bildirmişdir. Baxış zamanı hadisə yerindən yapışqan lent kəsikləri üzərində 09 ədəd əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş foroşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3 ünvanında yerləşən 3 nömrəli evə hardan və necə daxil olduğunu, oradan hansı əşyaları oğurladığını əyani şəkildə göstərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materialalrında olan təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid tərəfindən təqdim edilmiş bir ədəd “Geepas, DVD 169” markalı və bir ədəd “Elta, DVD 1103” markalı DVD pleyerlər iş üçün sübut edici əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxx 2020-ci il tarixli protokollardan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 Əlifağa qızı, tanınmaya təqdim edilmiş 04 ədəd DVD pleyerlərdən “Geepas, DVD 169” markalı və “Elta, DVD 1103” markalı DVD pleyerlərin ona məxsus olduğunu, həmin əşyaları əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2020-ci il tarixli, 011-3010-1220 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 13 nömrəli evin 20 nömrəli mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi və Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 3 ünvanında yerləşən 3 nömrəli evdə baş vermiş oğurluq faktı ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs müvafiq olaraq sağ əlinin şəhadət barmağının və sağ əlinin adsız barmağının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 9/461 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, köhnə işlənmiş vəziyyətdə məişət və ev əşyalarının satışı mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş tədqiqat obyektləri - bir ədəd “Geepas, DVD 169” modelli istismar edilmiş DVD video disk pleyerin və bir ədəd “Elta, DVD 1103 R” modelli istismar edilmiş DVD video disk pleyerin işlənmiş vəziyyətdə, xx xxxxxx 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri müvafiq olaraq 20 manat və 30 manat müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, 20/204R saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 3 ünvanında yerləşən 3 nömrəli evdə baş vermiş oğurluq faktı ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 09 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 06 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 06 əl barmaq izlərindən 01 ədədi xx xxxx 1996-cı il tarixdə Bakı şəhərindən anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl-barmaq izi DİN KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsi, 13 nömrəli evin 20 nömrəli mənzilində oğurluq hadisəsi baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 ona məxsus mənzildən bir ədəd “Ariston” makarlı su qızdırıcısının, bir ədəd qaz sobasının, bir ədəd mətbəx üçün moykanın, bir ədəd elektrik birləşdiricinin, bir ədəd direlin, bir ədəd hamam üçün asılqanın, bir ədəd işıqlandırıcı çırağın, iki ədəd qapı dəstəyinin və bir ədəd su kranının oğurlandığını bildirmişdir. Baxış zamanı hadisə yerindən yapışqan lent kəsikləri üzərində 03 ədəd əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, 20/205R saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsi, 13 nömrəli evin 20 nömrəli mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 əl barmaq izlərindən 01 ədədi xx xxxx 1996-cı il tarixdə Bakı şəhərindən anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin əl-barmaq əksləri arasında eynilik müəyyən edilməmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş foroşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 13 nömrəli evin 20 nömrəli mənzilinə hardan və necə daxil olduğunu, oradan hansı əşyaları oğurladığını əyani şəkildə göstərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə razılıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, habelə müvəqqəti saxlama yerindən azad etmək haqqında və qətimkan tədbiri seçmək haqqında xx xxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə saxlandığı Bakı şəhəri Suraxanı rayon X2 Saxlama Yerindən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(008)-443/2020 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyinə görə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bununla da iş materiallarından göründüyü kimi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(008)-443/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə nisbətdə daha ciddi, həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Geepas, DVD 169” modelli və bir ədəd “Elta, DVD 1103 R” modelli DVD video disk pleyerlərin Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, zərərçəkmiş şəxs X1 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan cinayət hadisəsi yerlərindən götürülmüş 12 ədəd yapşqan lent kəsikləri üzərində olan əl-barmaq izləri Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 75 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(008)-443/2020 nömrəli qərarı ilə daha ciddi, həbs qətimkan tədbiri seçildiyinə görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Geepas, DVD 169” modelli və bir ədəd “Elta, DVD 1103 R” modelli DVD video disk pleyerlərin ibtidai araşdırma zamanı sahibi, zərərçəkmiş şəxs X1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan cinayət hadisəsi yerlərindən götürülmüş 12 ədəd yapşqan lent kəsikləri üzərində olan əl-barmaq izləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 75 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar