Məhkəmə qərarları › İş №1(010)-107/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-107/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-107/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşamış və ünvan 2 ünvan 3ul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 iyun 2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 14, 14 nömrəli mənzilin giriş qapısının qarşısında olan ayaqaltının altından mənzilin giriş qapısının açarını aşkar edib götürərək mənzilin giriş qapısını açıb yaşayış sahəsi hesab olunan mənzil qanunsuz daxil olaraq yataq otağında olan dolabın sürməsindən 700 manat dəyərində “Apple” markalı bir ədəd İpad, 10 manat dəyərində bir ədəd mobil telefon koburu olan 500 manat dəyərində Samsung markalı A52 modelli bir ədəd mobil telefon, həmin mobil telefonun koburunun arxasında 6 ədəd 100 manat əskinazlar olan ümumilkdə 600 manatı, 400 manat dəyərində “Pandora" markalı bir ədəd qızıl qolbağı, 350 manat dəyərində bir ədəd qızıl qolbağı, 450 manat dəyərində bir ədəd qızıl qolbağı, hər biri 350 manat dəyərində üç ədəd kişi üçün qızıl qolbağı, 550 manat dəyərində bir ədəd qızıl boyunbağı, 570 manat dəyərində bir ədəd qızıl boyunbağı, 470 manat dəyərində bir ədəd qızıl boyunbağı, 450 manat dəyərində Pndora markalı bir ədəd qəzəl üzük və 350 manat dəyərində Pandora markalı bir cüt qızıl sırğanı gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6450 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus olan üç otaqlı mənzilə mətbəxin pəncərəsini tapdığı dəmir parçası ilə açaraq qanunsuz daxil olub, mənizilin koridorundan götürdüyü 01 ədəd qara rəngli qadın əlçantası ilə yataq otağına daxil olub, çarpayının yanındakı şkafın üzərində olan qutulara yığılmış olan üzərində günəş formalı klon olan 01 ədəd qadın qızıl boyunbağısını, 03 ədəd birilliant qaşlı qadın qızıl üzüyünü, 02 ədəd qadın qızıl üzüyünü, üzərində “x” hərfi olan 01 ədəd qadın qızıl üzüyünü, dəst halında(komplekt) 01 ədəd qadın qızıl boyunbağısını və 01 ədəd qadın qızıl qolbağını, 01 ədəd qadın qızıl boyunbağısını, 03 ədəd qadın qızıl boyunbağısını, 01 ədəd mirvari dəstini,habelə müxtəlif çəkidə həmçinin formada gümüşdən və sadə metaldan hazırlanmış bijuteriya əşyalarını götürdüyü qadın əl çantasının içinə doldurub gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 6000(altı min) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 07 iyul 2023-cü il tarixdə saat təxminən 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus mənzilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi bina 42, mənzil 72-nin dəmir materialdan ibarət giriş qapısının üzərindəki asma qıfılı açarseçmə yolu ilə açaraq qanunsuz daxil olub oradan ümumi dəyəri 2000 (iki min) manat təşkil edən 600(altı yüz) ABŞ dollarını, 02 ədəd qızıl qolbağı, 01 ədəd qızıl boyunbağını, 01 ədəd qızıl yaxalığı və 01 ədəd “Redmi Росо X3” markalı mobil telefonu tamah niyyəti ilə gizli talayıb oğurluq etmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 2000 (iki min) manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 iyun 2023- cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 14 nömrəli binada yerləşən 14 nömrəli mənzildən oğurluq etmək məqsədi ilə binanın blokuna daxil olmuş və həmin mənzilin giriş qapısının açarının qapının girişində olan ayaqaltının altında olmasını görüb açarı götürmüşdür. Həmin açarı götürdükdən sonra ətrafa nəzər yetirərək heç kimin onu görməməsinə əmin olmuş və açar vasitəsi ilə qapının kilidini açıb mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra mənzilin yataq otağına daxil olub, orada dolabdan 3 ədəd 750 əyarı olan qızılı rəngdə qolbağı, 3 ədəd 750 əyan olan qızılı rəngdə qolbağı, 3 ədəd 750 əyarı olan qızılı rəngdə boyunbağını, 1 ədəd 750 əyarı olan qızılı rəngdə üzük və 1 ədəd 750 əyarı olan qızılı rəngdə sırğanı, “Apple” markalı boz rəngdə «İpad» və “Samsung" markalı, «A52» markalı qara rəngli mobil telefonu və həmin mobil telefonun qoruyucu örtüyün arxasında olan 100 manat pulu və 600 manat pulu götürərək mənzildən çıxıb getmişdir. Mənzildən oğurladığı pulları şəxsi ehtiyaclan üçün xərcləmişdir. Həmçinin ünvan 5 ünvanında yerləşən lombarda şəxsiyyət vəsiqəsini təqdim edərək, mənzildən oğurladığı qızılları özünə məxsus olmasını bildirərək, girov qoyub 400 manat pul götürmüşdür. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. “Apple” markalı boz rəngdə «İpad» və “Samsung” markalı, «A52» markalı qara rəngli mobil telefonu yadında qalmayan naməlum yerə atmışdır. O, qeyd olunan mənzildən oğurluq hadisəsini tək törətmiş və ona heç kim kömək etməmişdir. Həmçinin törətdiyi cinayət hadisəsi barədə əvvəlcədən heç kimin məlumatı olmamışdır. Oğurluq nəticəsində əldə etdiyi pullara heç bir dəyərli əşya və sairə almamışdır. Bundan əlavə o bildirmişdir ki, 05 iyul 2023-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı evdə olan zaman pula ehtiyacı yarandığı üçün oğurluq etmək qərarına gəlmişdir Bu minvalla gəzərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsinə gəlmişdir. Orada yerləşən binanın ətrafını gəzib oğurluq etmək üçün daxil ola biləcəyi ev axtaran zaman birinci mərtəbədə yerləşən mənzilin pəncərəsinin havalandırma hissəsinin açıq olduğunu görmüşdür. Oradan boylanıb içəri baxan zaman evdə heç kimin olmadığını görmüşdür. Sonra isə həmin mənzildə heç kimin olmadığına tam əmin olmaq üçün binanın ön tərəfinə gəlib həmin mənzilin yerləşdiyi bloka daxil olub, mənzilin qapısına yaxınlaşaraq əli ilə qapını döyməyə və ev sahibinə səslənməyə başlamışdır. Lakin bir neçə dəqiqə davam etsə də cavab verən olmamış, beləliklə həmin mənzildə heç kimin olmadığına tam əmin olmuşdur. Sonra isə yenidən binanın arxa tərəfinə keçmiş və əvvəl evdən oğurladığı yararsız olduğunu düşündüyü iki ədəd qara rangli mobil telefonu binanın arxasına yerə atmışdır. Sonra isə həmin mənzilə daxil olmaq üçün pəncərəyə yaxınlaşmış və plastik pəncərəni açmaq üçün qonşu mənzilin pəncərəsinin qarşısına qoyulmuş olan dəmir parçasını götürmüşdür. Həmin dəmir parçası ilə plastik pəncərəyə güc edib açmışdır. Həmin pəncərədən mənzilə daxil olmuşdur. Daxil olduğu ilk otaq mənzilin mətbəxi idi. Orada heç nəyin olmadığını görüb evin koridoruna çıxmışdır. Koridorda qadın qara əl çantası görmüş və həmin çantanı götürüb içinə baxmış, lakin içində dəyərli heç nə olmadığını görmüşdür. Sonra isə birinci yataq otağına daxil olmuş, oranı axtarmağa başlamış, lakin dəyərli heç nə tapmamışdır. Sonra həmin otaqdan çıxıb ikinci yataq otağına daxil olmuş və oranı axtarmağa başlamışdır. Bu zaman həmin otaqdakı çarpayının yan tərəfindəki “komotun” üzərinə qoyulmuş olan bir neçə ədəd balaca qızıl qutuları görmüşdür. Həmin qutuları açıb içinə baxan zaman içində müxtəlif sayda və növdə qızıl və bijuteriya əşyaları olduğunu görmüşdür. Həmin qızıl və bijuteriya əşyalarının olduğu qabları götürüb olduğu kimi mənzilin koridorundan götürdüyü qadın əl-çantasının içərisinə boşaltmışdır. Sonra isə oradan çıxıb qonaq otağına keçmiş və orada dəyərli heç nə tapmamışdır. Bundan sonra yenidən qayıdıb mətbəxə gəlmiş, oranı da bir az axtarmış, lakin dəyərli heç nə tapmamışdır. Bundan sonra qızıl və bijuteriya əşyalarını yığdığı qara rəngli qadın əl çantasını götürüb mətbəxin pəncərəsindən çölə çıxmışdır. Oradan taksiyə minib yaşadığı mənzilə gəlmişdir. Yolda gələrkən birinci həyət evindən oğurladığı bijuteriya əşyalarını avtomobilin pəncərəsindən yola atmışdır. Evə çatıb oğurladığı qızıl və bijuteriya əşyalarını sonrakı günlərdə satmaq üçün gizlətmişdir. 06 iyul 2023-cü ildə çimərliyə getmiş, lakin orada şəxsiyyət vəsiqəsini itirmişdir. Şəxsiyyət vəsiqəsi olmadan həmin qızılları sata bilməyəcyini bildiyi üçün anket məlumatlarını bilmədiyi “Anar” adlı tanışı ilə əlaqə saxlayıb, ona yalandan anasına məxsus olan qızıl əşyalarını satmaq istəməsini, lakin özümə məxsus olan şəxsiyyət vəsiqəsini itirdiyi üçün onun şəxsiyyət vəsiqəsi ilə həmin qızıl əşyalarını satmağına kömək etməsini xahiş etmişdir. Anar da ondan həmin qızılların oğurluq olub-olmadığını soruşmuşdur. O isə cavabında həmin qızılların oğurluq olmadığını ona demişdir. Bundan sonra o kömək edə biləcəyini bildirmişdir. Onların razılaşmasına əsasən o, oğurladığı həmin qızıl və bijuteriya əşyalarını götürüb “Xalqlar Dostluğu” metrostansiyasına gəlmişdir. Anar da oraya gəlib onunla görüşmüş, sonra isə ona oğurlamış olduğu, lakin yalandan anasına məxsus olduğunu bildirdiyi müxtəlif növdə qızıl əşyalarını vermişdir. Bundan sonra o, Anara məxsus olan avtomobildə oturmuş, Anar isə ona verdiyi qızılları aparıb satmış və gətirib ona 950 manat pul vermişdir. O yalandan Anara anasının xəstə olduğunu, dərman alacağı üçün nəmin qızılları satdığını demişdir. Bundan sonra o, özünə məxsus olan ayaqqabını götürmək üçün Anarla birlikdə onun evinə getmiş və ikinci dəfə oğurluq etdiyi mənzildən götürdüyüm bijuteriya əşyalarını Anardan xəbərsiz onun yataq otağındakı təkərin altında gizlətmişdir. Sonra isə ayaqqabılarını götürüb yaşadığı evə gəlmişdir. Həmin məbləği şəxsi məsrəflərinə sərf etmişdir. Bundan əlavə işsiz olduğu üçün və uşaq vaxtlarından oğurluq etməyə öyrəşdiyi üçün sahibləri tərəfindən uzun müddət tərk edilmiş və nəzarətsiz qalan bağ evlərinə, yarımtikililərə, mənzillərə qanunsuz daxil olmaqla oradan ev sahiblərinə məxsus xeyli sayda oğurluqlar etmişdir. Hər dəfə binalara, mənzillərə daxil olub, orada vətəndaşların gizlətdiyi mənzil açarlarını tapıb, mənzillərə daxil olmuşdur. O, həmin açarları su sayğaclarının içərisindən, giriş qapısının önündə olan xalçanın altından və s. yerlərdən tapmışdır. O, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindəki AB yaşayış sahəsində yerləşən 42-ci binanın 72-ci mənzilinə daxil olaraq oğurluq etmiş və ələ keçirdiyi əşyaların bir qismini sataraq pula çevirib ehtiyaclarını ödəmiş, oğurladığı mobil telefonu isə yararsız olduğu üçün atmışdır. O, 07 iyul 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindəki AB yaşayış sahəsində yerləşən 42-ci binanın 72-ci mənzilindən törətdiyi oğurluq hadisəsi ilə əlaqədar qeyd etmişdir ki, həmin gün qeyd etdiyi vaxtda oğurluq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsinə gəlmişdir. Burada oğurluq məqsədilə bir neçə binaya daxil olmuş və mənzillərin açarlarını axtarmışdır. Lakin heçnə tapa bilmədiyi üçün AB yaşayış sahəsində yerləşən 42-ci binanın sağ tərəfdən 1-ci girişinə daxil olmuşdur. Liftlə 9-cu mərtəbəyə qalxmış və su sayğacının içərisində mənzil açarını tapmışdır. Su borusunun həmin mənzilə olduğunu görüb, açarın həmin mənzilə aid olduğunu bilmişdir. Təxminən 10-15 dəqiqə müddətinə qapını döymüş və evdə adam olubolmadığını yoxlamışdır. Qapının səsinə 8-ci mərtəbədən bir qonşu çıxmış və ondan kim olduğunu soruşmuşdur. O da dostunun burada yaşadığını, mobil telefonunun burada olduğunu, onu götürmək üçün gəldiyini bildirmişdir. Həmin adam da onların evdə olmadığını, axşam evə gələcəklərini bildirmişdir. Bu zaman o, evdə heç kimin olmadığından əmin olmuş və həmin qadını şübhələndirməmək üçün liftlə aşağı düşmüşdür. Təxminən 2 dəqiqə sonra siqaret çəkə- çəkə pilləkənlə yenidən həmin mənzilə qalxmışdır. Açarı oradan götürdüyü üçün açar vasitəsilə qapını rahatlıqla açmış və mənzilə daxil olmuşdur. Mənzilin giriş qapısı ilə paralel yataq otağının qapısı yerləşirdi. O da yataq otağına daxil olmuşdur. Buraya daxil olan kimi paltar dolabını açmış və dolabda paltarların yanında qəhvəyi rəngli qutunun olduğunu görüb onu götürmüşdür. Qutunu açdıqda onun içərisində 01 ədəd qızıl qolbağın, 01 ədəd üzərində ad yazılmış qızıl boyunbağının, 01 ədəd üzüyün, 01 ədəd də qızıl yaxalığın olduğunu görmüşdür. Həmin qızılları qutu ilə birlikdə götürmüşdür. Daha sonra dolabın üzərində açıq vəziyyətdə olan “Samsung A23” markalı mobil telefonun qutusunun olduğunu görmüşdür. Qutunun içərisində “Redmi Poco X3” markalı mobil telefonun olduğunu aşkar etmişdir. Həmin telefonu da qutu ilə birlikdə cibinə qoymuş və evin qapısını açıq qoyaraq evdən çıxmışdır. Daha sonra “Bolt” tətbiqi vasitəsilə taksi sifariş etmişdir. Taksidə olan zaman oğurladığı telefonun işləmədiyini görüb, onu pəncərədən yerə tullamışdır. Taksi vasitəsilə Xətai rayonu, NZS yaşayış sahəsində yerləşən Araz marketin yaxınlığına gəlmişdir. Burada xalası qızının nişanlısı olan Şahid1 ilə görüşmüşdür və anasının qızıllarını gətirib satmaq istədiyini, onun köməyinə ehtiyatcı olduğunu bildirmişdir. Anar ondan bu qızılların oğurluq olub-olmaması barədə soruşmuş, o da istədiyi təqdirdə anasından soruşa biləcəyini bildirmişdir. Oda inanmış və qızılları ondan götürmüşdür. Onlar Neftçilər metrostansiyası, “LC WAİKİKİ” mağazasının arxa tərəfində yerləşən “Türk köynəkləri” adlanan mağazaya gəlmişdirlər. Burada Anara məxsus “Toyota Corolla” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdirlər. O avtomobildə oturub gözləmiş, Anar isə qızılları həmin həmin mağazada olan “Daniel Gold” adında qızıl-zinət əşyalarının satışı olan kiçik bir köşkə aparıb 425 AZN-a satmışdır. Həmin pulun 300 AZN məbləğini yaşadığı evi kirayəsinə vermiş, qalan məbləği isə öz şəxsi tələbatlarına xərcləmişdir. Həmçinin də əlavə bildirmişdir ki, oğurluqdan əldə edilmiş əşyalardan əldə edilmiş pulu şəxsi həyatına xərcliyib. R.Rüstəmov küçməsində olan evə açar seçmə yolu ilə girmiş, həmin evdən telefon, “İpad” götürmüş, sonra qızılı da götürmüş, tam olaraq nə olduğu yadında olmamış, pulu götürməmiş, Badamdar qəsəbəsində olan evə pəncərədən girmiş, həmçinin həmin ünvanda olan evdən bijuteriyanı götürmüş, sonradan tullamış, Yeni Günəşlidə olan evə girərkən, telefonu və qızılı götürmüşdür. Sonda, cavan olduğunu və törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkdiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə yaşadığı evdən çıxaraq işə getmiş və evdə heç kim olmadığından mənzil boş qalmışdır. Həmin gün saat 19 radələrində yaşadığı mənzilə geri qayıtdıqda evin dağınıq vəziyyətdə olduğunu görmüş və evində oğurluq olmasından şübhələnmişdir. İlk olaraq anasına zəng eləmiş və evdə olub-olmamasını, evə tanıdığı adamlardan kiminsə gəlib-gəlməməsini soruşmuşdur. Əvvəl evi dağıdanın əri, anası və s. qohumlarının olduğunu düşünmüşdür. Lakin anası evə heç kimin gəlmədiyini dedikdə evə oğrunun girdiyindən əmin olmuş və anasından evdə pulunun və s. qiymətli əşyasının olub olmadığını soruşmuşdur. Anası da ona 1000 ABŞ dollarının olduğunu bildirmişdir. Həmin an o, qorxduğundan evi tərk etmiş, dərhal DİN-in 102 Xidmətinə zəng vurmuş və evində olan bütün qiymətli əşyaların yəni, 1000 ABŞ dolları məbləğində pulun, özünə məxsus “Hyundai Accent” markalı avtomobilin açarının, “Redmi Poco X3” markalı mobil telefonun, 01 ədəd qızıl boyunbağının, 02 ədəd qızıl qolbağın və 01 ədəd qızıl yaxalığın oğurlanması barədə məlumat vermişdir. Evin qarşısında dayanaraq polislərin gəlməsini gözləmişdir. Polislər gəldikdən sonra onlarla birlikdə yaşadığı mənzilə daxil olmuş və dərhal yataq otağına keçərək pul, qızıl və digər əşyalarının orada olubolmadığını yoxlamışdır. Bu zaman 1000 ABŞ dolarrının və özünə məxsus “Hyundai Accent” markalı avtomobilin açarının oğurlanmadığını aşkar etmişdir. Lakin anasının dolabda saxladığı 600 ABŞ dolları, “Redmi Poco X3” markalı mobil telefon, 01 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl qolbaq və 01 ədəd qızıl yaxalıq oradan oğurlanmışdı. Buna görə də 33-cü polis bölməsinə bu barədə ərizə ilə müraciət etmişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 12 iyun 2023-cü il tarixdə qaynı X9 ona zəng edərək bildirmişdir ki, yaşadıqları mənzildə oğurluq hadisəsi baş vermişdir. O, mənzilə gəldiyi zaman öz otağını yoxlamış və orada aşkar etmişdir ki, mənə məxsus olan qızıl zinyyət əşyaları oğurlanmışdır. Həmin qızıl zinət əşyalardan əlavə ona məxsus olan lakin oğlunun istifadə etdiyi 700 manat dəyərində olan “apple” markalı boz rəngdə olan İpad və “Samsung” “A52” markalı qara rəngli dəyəri 500 manat olan mobil telefon və həmin mobil telefonun qoruyucu örtüyün arxasında olan 100 manat əskinazlar ilə 600 manat məbləğdə gizlətdiyi pul oğurlanmışdır. S.Qaşımova bildirmişdir ki, ona məxsus oğurlanan qızıl zinət əşyalarından 3 ədəd 750 əyyarı olan qızılı rəngdə qolbağ, 3 ədəd 750 əyyarı olan qızılı rəngdə oğlan uşağı üçün olan qolbağ, 3 ədəd 750 əyyarı olan qızılı rəngdə boyunbağı, 1 ədəd,750 əyyarı olan qızılı rəngdə üzük və 1 ədəd 750 əyyarı olan qızılı rəngdə sırğa gizlin yol ilə talanmışdır. Həmin əşyalardan əlavə heç bir əşya oğurlanmamışdır. Bundan əlavə o bildirmişdir ki, oğurlanan 3 ədəd 750 əyyarı olan qızılı rəngdə qolbağın biri Pandora markasına aid olmuş və qiyməti 400 manat olmuşdur. Bir ədəd qızılı 350 manata almış və digərini isə 450 manata əldə etmişdir. Həmin 3 qolbaq ümumilikdə 1200 manat dəyərində olmuşdur. 3 ədəd 750 əyyarı olan qızılı rəngdə oğlan uşağı üçün olan qolbağlardan hər biri 350 manat dəyərində olmuş və ümumilikdə 1050 manat dəyəri var olmuşdur. 3 ədəd 750 əyyarı olan qızılı rəngdə boyunbağılardan biri sifariş ilə əldə edildiyindən 550 manat dəyərində olmuş, digəri 570 manat dəyərində olmuş, sonuncu isə 470 manata əldə edilmişdir. Ümumilikdə 3 ədəd boyunbağının qiyməti 1590 manat olmuşdur. 1 ədəd 750 əyyarı olan qızılı rəngdə üzüyün markası Pandora olmuş və qiyməti 450 manat olmuşdur və 1 ədəd 750 əyyarı olan qızılı rəngdə sırğa Pandora brendinə məxsus olmuş və onun qiyməti isə 350 manat təşkil edirdi. Ümumilikdə Zərərçəkmiş şəxs2 6440 manat məbləğdə maddi ziyan dəymiş, onlardan 4640 manat məbləğ sadəcə qızılları olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində yaşadığı mənzildən çıxıb mənzilin qapısnı kilitləyib, “lçərişəhər”ə getmişdir. İşini qurtardıqdan sonra saat 21:30 radələrində yaşadığı mənzilə daxil olduqda dəhlizdə və yataq otağında əşylarının dağınıq halda oldğunu görmüşdür. Mənzilə tam baxdıqda mətbəxdə şkafda olan içərisində 6 ədəd xrustal stəkan dəstinin yerində olmadığını görmüşdür. Bundan sonra yataq otağına baxdıqda qızıl qoyduğu qutudan anasına məxsus üzərində günəş şəkili olan 1 ədəd qızıl boyunbağının, 2 ədəd brilliant qaşlı üzüyün, 2 ədədə qızıl üzüyün üzərində “x” hərfi olan bir ədəd nişan üzüyünün, 33 qramlıq qızıl boyunbağı və qolbağı dəstinin, 1 ədəd 20 qramlıq qızıl qolbağının, 1ədəd 25 qramlıq qızıl qolbağının, 1 ədəd 7 qramlıq brilliant qaşlı qızıl üzüyünün, 1 ədəd mirvari dəstinin və ona məxsus olan tam çəkilərini xatırlamadığı gümüş əşyalarının, həmçinin bijuteriya əşyalarının yerində olmadığını aşkar etmişdir. Mənzilə baxış keçirən zaman oğrunun onların mənzilinə mətbəxin pəncərəsindən daxil olduğunu müəyyən etmişdir. Bundan sonra evdən çıxıb polisə gələrək bu barədə ərizə ilə məlumat vermişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 bildirmişdir ki, yaşadığı evdən içərisində 6 ədəd xrustal stəkan dəsti, üzərində günəş formalı klon olan 01 ədəd qadın qızıl boyunbağısı, 03 ədəd birilliant qaşlı qadın qızıl üzüyü, 02 ədəd qadın qızıl üzüyü, üzərində “x” hərfi olan 01 ədəd qadın qızıl üzüyü, dəst halında(komplekt) 01 ədəd qadın qızıl boyunbağısı və 01 ədəd qadın qızıl qolbağı, 01 ədəd qadın qızıl boyunbağısı, 03 ədəd qadın qızıl boyunbağısı, 01 ədəd mirvari dəsti, habelə müxtəlif çəkidə həmçinin formada gümüşdən və sadə metaldan hazırlanmış bijuteriya oğurlanmışdır. Oğurluq nəticəsində təxminən 6000 manat madi ziyan dəymişdir. Həmçinin o, məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında onun iştirakı olmadan baxılmasını və istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ildən ünvan 6 ünvanında yerləşən lombardda işləyir. 12 iyun 2023cü il tarixdə saat 15 radələrində sonradan adını Zaur kimi bildiyi şəxs onun işlədiyi lombarda gələrək qızılları buraya qoyub pul götürmək istəməsini bildirmişdir. Şahid4 ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. Zaur şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmiş və ondan saat neçəyə qədər işlədiklərini soruşmuşdur. Şahid4 ona saat 19:00-a qədər işlədiklərini bildirmişdir. Zaur vəsiqəsi olmadığı üçün lombardı tərk etmiş və təxminən saat 17 radələrində yenidən şəxsiyyət vəsiqəsi ilə birlikdə gəlmişdir. Zaur şəxsiyyət vəsiqəsini və üzərində olan 03 ədəd qızıl qolbaqları təqdim etmişdir. O qolbaqlara baxış keçirmiş və onlara görə 400 AZN pul verə biləcəyini bildirmişdir. Zaur da razılaşmış və ona müvafiq sənədlər təqdim olunub imzalandıqdan sonra həmin qızıllar götürülmüş və onun müqabilində Zaura 400 manat pul verilmişdir. Həmçinin Şahid4 Zaurun şəxsiyyət vəsiqəsinin surətini götürmüş və həmin sənədin üzərində əlaqə nömrələri də qeyd edilmişdir. Şahid4 bildirmişdir ki, həmin qızılları götürən zaman onların oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə Süleykin Zaur onunla əlaqə saxlamış və görüşmək istədiyini bildirmişdir. Zaur Xətai rayonu, NZS yaşayış sahəsində yerləşən “Karanaval Hall”-un qarşısına gəlmiş və onlar orada görüşmüşlər. Zaurla biraz söhbət etdikdən sonra ondan vəsiqəsinin üzərində olub olmamasını soruşmuşdur. O da vəsiqəsinin üzərində olduğunu bildirdikdə, Zaur ona üzərində anasının qızıllarının olmasını, onları satmaq istəməsini, lakin vəsiqəsi üzərində olmadığından sata bilməməsini bildirmişdir. Bu səbəbdən də ondan onları satmağını xahiş etmişdir. Şahid1 həmin qızılların onun anasına aid olub-olmamasını soruşduqda, anasına aid olduğunu bildirmişdir. Bundan sonra onlar Şahid1 “Toyota Corolla” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Neftçilər metrostansiyası, “LC WAİKİKİ” mağazasının arxasında yerləşən bir mağazaya getmişlər. Zaur avtomobildə gözləmiş, Şahid1 mağazaya daxil olmuşdur. Mağazanın adı “Türk Köynəkləri” idi. Lakin həmin mağazanın içərisində “Daniel Gold” adında qızıl-zinət əşyalarının satışı olan bir kiçik köşk olmuşdur. Şahid1 oraya yaxınlaşdı və Zaurun ona verdiyi 02 ədəd boyunbağını, 01 ədəd qolbağı və 01 ədəd üzüyü satıcıya təqdim etdi. Onlar satıcı ilə 425 AZN məbləğinə razılaşmış və o, qızılları satmışdır. Bundan sonra həmin məbləği Zaura vermişdir. Şahid1 bildirmişdir ki, həmin mağazadan əvvəl o, 2 mağazaya baxmış, lakin qiymətdə razılaşa bilmədikləri üçün onlara satmamışdır. Bundan əlavə o bildirmişdir ki, 06 iyul 2023-cü il tarixdə Zaur onunla əlaqə saxlayıb anasının xəstə olduğunu demiş və buna görə də pula ehtiyacı olduğunu bildirib, müalicəsinə görə anasına məxsus olan qızılları satmaq istədiyini, lakin öz şəxsiyyət vəsiqəsini itirdiyi üçün həmin qızılları onun şəxiyyət vəsiqəsi vasitəsi ilə satmaq istədiyini bildirmişdir. O da Zaurla razılaşmışdır. Bundan sonra o, özünün idarə etdiyi avtomobil ilə onu Zauru da götürüb Bakı şəhərində yerləşən “Xalqlar Dostluğu” metrostansiyasına gəlmişdir. Orada o avtomobildən enmiş, Zaur isə avtoobildə qalmışdır. Şahid1 ondan 02 dənə qadın qızıl üzüyünü, 01 cüt qızıl sırğanı və 01 ədəd klonu olan qızıl qadın boyunbağısını götürmüşdür. Həmin əşyalardan 01 ədəd qadın qızıl üzüyünü, 01 cüt qızıl sırğanı və 01 ədəd klonu olan qızıl qadın boyunbağısını birinci qızıl alışı-satışı dükanına xatırlamadığı məbləğə satmışdır. Sonra isə oradan çıxıb ikinci dükana daxil olmuş və 01 ədəd qadın qızıl üzüyünü həmin dükandakı alıcıya 100 manata satmışdır. Satışdan əldə etdiyi məbləğləri Zaura vermişdir. Sonra isə oradan çıxıb “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən qızıl alışı-satışı dükanına getmişdir. Oradakı dükana isə Zaurun ona verdiyi 01 ədəd qadın qızıl üzüyünü, 01 ədəd qızıl qolbağı və 01 ədəd üzərinə “Allah” sözləri yazılmış klonu olan qızıl qadın boyunbağısını və 01 ədəd üzəri naxışlı klonu olan qızıl qadın boyunbağısını cəmi 425 manat satmışdır. Həmin məbləğin 325 manatı onun kartına göndərilmiş, 100 manatı isə nağd şəkildə ona verilmişdir. O da həmin 425 manat məbləği Zaura vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayının əvvəllərindən Zaur onların evində yaşamağa başlamışdır. Həmin tarixdən etibarən o Zaurun çoxlu məbləğdə pul ilə gəzdiyini görmüşdür. Ondan həmin məbləğləri haradan əldə etdiyini soruşduqda o, Rusiyada ticrət ilə məşğul olan atası Sabirin ona pul göndərdiyini bildirmişdir. Şahid2 ondan bu barədə soruşmaqda məqsədi onun yenidən oğurluğa başlayıb-başlamamağını öyrənmək olmuşdur. Zaurun bu qədər məbləğdə pulu olması barədə Şahid2 anası və nənəsinə də məlumat vermişdir. Şahid2 bildirmişdir ki, Zaurun oğurluq etməsi barədə onun heç bir məlumatı olmamışdır. O bu barədə ilk dəfə onunla birlikdə Hövsan qəsəbəsində yerləşən çimərlikdə olan zaman onu polis əməkdaşları tuduqdan sonra öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin mart ayından Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında olan, "LCWAİKİKİ” mağazasının arxasında yerləşən “Türk Köynəkləri” adlanan mağazanı icarə əsasında işlədir. Təxminən 3 ay əvvəl həmin mağazada “Daniel Gold” adlı qızıl köşkü düzəltmək qərarına gəlmiş və orada qızıl köşkü düzəltmişdir. 04 iyul 2023-cü il tarixdə Qəbələ rayonuna toya və hüzr yerinə getmişdir. 09 iyul 2023-cü il tarixdə isə Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə qayıtdıqda mağazasında oğurluq məhsulun alınmasından xəbər tutmuşdur. O, rayonda olduğu müddətdə burada dostu X10 işləmiş və alqı-satqı əməliyyatlarını o həyata keçirmişdir. E.lsayev bildirmişdir ki, onun həmin alqı-satqılardan məlumatı olmamış və onların heç birisini o icra etməmişdir. Alqı-satqıların hamısı dostu olan X10 tərəfindən həyata keçirilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı, məhkəməyə yazılı şəkildə müraciət edərək, ibtidai istintaq zamanı ifadənin təsdiq edilməsini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 8-11-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 07 iyul 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mənzilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi bina 42, mənzil 72-nin dəmir materialdan ibarət giriş qapısının üzərindəki asma qıfılı açarseçmə yolu ilə açaraq qanunsuz daxil olub oğurluq etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 238-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 08 iyul 2023-ci il tarixli protokoldan görünür ki, X8 08 iyul 2023-cü il tarixdə, saat 21:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 257-258-ci vərəqlərində olan 10 iyul 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, X8 o barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Şəmsəddin Balayevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs X8 saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilməsi, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi məsələsi həll edilməsi və qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi təmin edilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 54-cü vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X8 11 iyul 2023-cü il tarixdə, saat 14:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 108-111-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs X8 barəsində əvvəli 11 iyul 2023-cü il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 123-127-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 12 iyun 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 14, 14 nömrəli mənzilin giriş qapısının qarşısında olan ayaqaltının altından mənzilin giriş qapısının açarını aşkar edib götürərək mənzilin giriş qapısını açıb yaşayış sahəsi hesab olunan mənzil qanunsuz daxil olaraq yataq otağında olan dolabın sürməsindən 700 manat dəyərində “Apple” markalı bir ədəd İpad, 10 manat dəyərində bir ədəd mobil telefon koburu olan 500 manat dəyərində Samsung markalı A52 modelli bir ədəd mobil telefon, həmin mobil telefonun koburunun arxasında 6 ədəd 100 manat əskinazlar olan ümumilkdə 600 manatı, 400 manat dəyərində “Pandora" markalı bir ədəd qızıl qolbağı, 350 manat dəyərində bir ədəd qızıl qolbağı, 450 manat dəyərində bir ədəd qızıl qolbağı, hər biri 350 manat dəyərində üç ədəd kişi üçün qızıl qolbağı, 550 manat dəyərində bir ədəd qızıl boyunbağı, 570 manat dəyərində bir ədəd qızıl boyunbağı, 470 manat dəyərində bir ədəd qızıl boyunbağı, 450 manat dəyərində Pndora markalı bir ədəd qəzəl üzük və 350 manat dəyərində Pandora markalı bir cüt qızıl sırğanı gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6450 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 240-244-cü vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyul 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus olan üç otaqlı mənzilə mətbəxin pəncərəsini tapdığı dəmir parçası ilə açaraq qanunsuz daxil olub, mənizilin koridrundan götrüdüyü 01 ədəd qara rəngli qadın əlçantası ilə yataq otağına daxil olub, çarpayının yanındakı şkafın üzərində olan qutulara yığılmış olan üzərində günəş formalı klon olan 01 ədəd qadın qızıl boyunbağısını, 03 ədəd birilliant qaşlı qadın qızıl üzüyünü, 02 ədəd qadın qızıl üzüyünü, üzərində “x” hərfi olan 01 ədəd qadın qızıl üzüyünü, dəst halında(komplekt) 01 ədəd qadın qızıl boyunbağısını və 01 ədəd qadın qızıl qolbağını, 01 ədəd qadın qızıl boyunbağısını, 03 ədəd qadın qızıl boyunbağısını, 01 ədəd mirvari dəstini,habelə müxtəlif çəkidə həmçinin formada gümüşdən və sadə metaldan hazırlanmış bijuteriya əşyalarını götürdüyü qadın əl çantasının içinə doldurub gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 6000(altı min) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 205-206-cı vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 26 avqust 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X8 etdiyi oğurluq nəticəsində əldə etdiyi qızıl-zinət əşyaları satdığı lombardın yerini, yəni ünvan 5 ünvanını göstərərək təsvir etmişdir. Bununla bağlı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 94-99-cu vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 15 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 istintaq zamanı vermiş olduğu ifadəni əyani şəkildə təsdiq etmiş, bu barədə foto-şəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 100-cü vərəqində olan 15 iyul 2023-cü il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, X2 təqdim etdiyi Şahid1 Təvəükklü oğlundan 05 iyul 2023-cü il tarixdə 2,4 qram çəkidə 01 ədəd qızıl üzüyü 100 manata almışdır. Həmin qəbzin üzərində Şahid1 Təvəükklü oğlunun əlyazma ilə adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, şəxsiyyət vəsiqəsinin bitmə tarixi (xx.xx.2031), yaşadığı ünvan, ***-***-**-** saylı mobil nöməris və alıcının imzası qeyd olunmuşdur. Qəbz vasitəsi ilə Şahid1 Təvəükklü oğlunun X3 05 iyul 2023-cü il tarixdə 2,4 qram çəkidə 01 ədəd qızıl üzüyü 100 manata satması təsdiq olunur. Baxış zamanı X4 bildirdi ki, xx.xx.2023-cü il tarixli alqı-satqı qəbzinin surətini istintaqa sübut kimi təqdim edir. X2 təqdim etdiyi xx.xx.2023-cü il tarixli alqı- satqı qəbzinin surəti tərəfindən götürülərək cinayət işinə əlavə edildi. Cinayət işinin 1-ci cildinin 137-152-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 18 iyul 2023-cü il tarixli 23/556 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,xx.xx.2026-cü il tarixdə ünvan 9 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd kağız parçasının üzərinə yapışdırılmış 04 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində əl izlərindən 03 ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat banıkında olan şəxslərin əl-barmaq izləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cildinin 63-65-ci vərəqlərində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli ərizəyə əsasən, Təqsirləndirilən şəxs şikayətçi olmadığını, növbəti məhkəmə proseslərini iştirakı olmadan keçirilmıəsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, məhkəmə iclasında onun iştirakı olmadan baxılmasını, istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs məhkəməsində səhhəti ilə bağlı iştirak edə bilməyəcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş vermiş, törədilmiş cinayət əməliilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onu cəzasının sonu olaraq xx.xx.2023-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 2023-cü il iyun və iyul aylarında törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını) və ağırlaşdıran hal (cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), 08 iyul 2023-cü ildən 10 iyul 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı, cəza çəkməsinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 ( doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tu H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən imza Nərminə Rzayeva Əsli ilə düzdür Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar