Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-108/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 nümayəndəsi X2, tərcüməçi X5, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 07 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə saat 21 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 2 ünvana plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində olan yataq otağındakı şkafdan həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 5.950 manat dəyərində 3.500 ABŞ dolları, həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 10.780 manat dəyərində 5.500 Avro və 3.000 manat olmaqla cəmi 19.730 manat məbləğində pulu, həmçinin 1 ədəd 300 manat dəyərində ürək formalı kulonu olan qızıl sep, 1 ədəd 150 manat dəyərində qaşsız qızıl üzük, 1 ədəd 150 manat dəyərində üzərində 2 ədəd dairə formalı adi qaşlı qızıl üzük, 1 ədəd 350 manat dəyərində günəş formalı adi qaşlı üzük, 1 ədəd 400 manat dəyərində yarpaq-budaq formalı yasəmən rəngli qaşları olan qızıl üzük, 1 ədəd 400 manat dəyərində üzərində dairələr formalı müxtəlif rəngli qaşları olan qızıl üzük, 1 ədəd 800 manat dəyərində üzəri sıx dairələr formalı qızıl qadın üzüyü, 1 ədəd 300 manat dəyərində üzəri sıx dairələr formalı adi qaşlı kulon, 1 ədəd 500 manat dəyərində gül formalı ortası adi qaşlı sepli kulon, 1 ədəd 700 manat dəyərində halqavari formalı qızıl sepli kulon, 1 cüt 1000 manat dəyərində yarpaq formalı brilyant qaşlı qızıl sırğa, 1 cüt 700 manat dəyərində iç-içə halqa formalı qızıl sırğa, 1 cüt 400 manat dəyərində oval şəkilli qızıl sırğa, 1 cüt 650 manat dəyərində üçbucaq şəkilli qızıl sırğa, 1 cüt 650 manat dəyərində oval formalı ortasında yasəmən rəngli qaşı olan sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 27.180 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını xx xxxx 2019-cu ildə saat 21 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1-ci köndələn küçəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq, evin qonaq otağından 1 ədəd 450 manat dəyərində «LG» markalı, 43LJ510V modelli 43 düymlü televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xxxxxx 2019-cu ildə saat 18 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi həyət evinə pəncərənin torunu cırıb qanunsuz daxil olaraq evdən 900 manat pul, 1 ədəd 45 manat dəyərində Wi-Fi aparatı və 1 ədəd 325 manat dəyərində noutbuku gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1.270 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xxxxxx 2019-cu ildə saat 21:30 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 4 ünvanda yerləşən evin ikinci mərtəbəsində olan yataq otağının plastikdən hazırlanmış pəncərəsini əlləri ilə açıb həmin pəncərədən evə qanunsuz daxil olaraq yataq otağında olan dolabın içərisindən 1 ədəd 700 manat dəyərində kişi qızıl üzüyünü, 1 ədəd 1.300 manat dəyərində brilyant qadın üzüyünü və 1 ədəd 900 manat dəyərində qadın qızıl qolbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 2.900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xxxxxxx 2019-cu ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 50B ünvanda yerləşən yaşayış evinin həyətyanı sahəsinə çəkilmiş daş hasarın üzərindən həyətə keçdikdən sonra üzərində olan buraçanla evin pəncərəsini açıb qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 380 manat dəyərində 64 diaqonallı «Samsung» markalı UE40EH5000 modelli 40 düyümlü televizoru və 1 ədəd 60 manat dəyərində rəqəmsal tüner aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 440 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xxxxxxx 2019-cu ildə saat 19 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 6 mənzil 8 ünvana qonaq otağının plastik pəncərəsini özü ilə gətirdiyi vintaçan açarla açıb qanunsuz daxil olaraq evin yataq otağındakı paltar şkafının orta gözünün yuxarı rəfındəki 1 ədəd 450 manat dəyərində «Dell» markalı noutbuku və həmin otaqdakı güzgülü dolabçanın üstünə qoyulmuş mücrünün içərisində olan 250 manat dəyərində qaşsız, sarı və az qızıldan hazırlanmış bir cüt sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xxxxxx 2019-cu ildə saat 13-15 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsi, 8A nömrəli fərdi yaşayış evinin plastikdən hazırlanmış pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaqla qanunsuz daxil olaraq evdən 1 ədəd 450 manat dəyərində “Toshiba” markalı L50-B940 modelli İntel Core İ7, 1TB HDD, 15,6 HD xüsusiyyətli noutbuk, 1 ədəd 550 manat dəyərində «Samsung Galaxy» markalı mobil telefonu, hər birinin dəyəri 40 manat olmaqla cəmi dəyəri 80 manat olan 2 ədəd gümüş qolbağı, 1 ədəd 18 manat dəyərində gümüş üzüyü, 1 ədəd 130 manat dəyərində “Samsung” markalı GT-5200 (Tab 3 10.1) modelli planşeti, 1 ədəd 100 manat dəyərində «Orient» markalı qol saatını, 1 ədəd 120 manat dəyərində gümüş boyunbağını və 1.490 manat pulu, eləcə də, həmin evin saxlanc yeri kimi istifadə olunan əl damından 1 ədəd 40 manat dəyərində əl drelini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2.978 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xxxxxx 2020-ci ildə saat 21 radələrində ünvan 7 ünvanda yerləşən, saxlanc yeri kimi istifadə olunan anbarın divarını sındırmaqla qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs7 məxsus hər birinin dəyəri 60 manat olmaqla cəmi dəyəri 2.100 manat olan 35 ədəd “Trendsonic Galaxy” markalı, GA11A modelli, 450 x 185 x 480 mm ölçülü və hər birinin dəyəri 65 manat olmaqla cəmi dəyəri 1.040 manat olan 16 ədəd “Trendsonic Raider” markalı, RA08A modelli, 425 x 205 x 460 mm ölçülü kompüter keyslərini gizli talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 3.140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək bildirmişdir ki,xx xxxxxx 2019-cu ildə saat 21 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı Qəsəbə küçəsində olan zaman qonşuluqda, yəni Aşağı Qəsəbə küçəsi 47 ünvanda yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evdə heç kimin olmadığını və evin işıqlarının sönülü olmasını görmüş, həmin vaxt pula ehtiyacı olduğundan və Faiqin imkanlı olmasını bildiyi üçün ona məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə hasardan keçərək evin həyətyanı sahəsinə daxil olmuş, daha sonra evin birinci mərtəbəsinin plastik pəncərəsinə yaxınlaşmış və həyətyanı sahədən götürdüyü vintaçanla plastik pəncərəni açaraq, evin mətbəxinə daxil olmuş, daha sonra evin ikinci mərtəbəsində yerləşən yataq otağına daxil olaraq oradan pul və qiymətli əşyalar axtarmağa başlamışdır. Həmin otaqda olan şkafdan 5.500 avro, 3.500 ABŞ dolları, 3.000 manat pulu və şkafın digər siyirməsindən müxtəlif növ qızıl-zinət əşyalarını götürüb evi gəldiyi kimi tərk etmiş, evin həyətindən çıxan zaman həyətdə Faiqin saxladığı it üzərinə hücum edərək, əynində olan şalvarın balağından tutmuş, iti təpiklə vurduqdan sonra hasardan çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı qızıl-zinət əşyalarını «Neftçilər» metro stansiyasının yaxınlığında yerləşən hazırda xatırlamadığı mağazalara satıb. Bundan başqa, xx xxxx 2019-cu ildə saat 21 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində gəzən zaman 1-ci Köndələn küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin işıqlarının yanmadığını görmüş və evdə heç kimin olmadığına əmin olduqdan sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə hasardan keçərək evin həyətyanı sahəsinə daxil olmuş, evin plastikdən hazırlanmış pəncərəsinə yaxınlaşaraq əli ilə pəncərənin qarşısında olan dəmir barmaqlığı dartaraq aralamış, yerdən tapdığı dəmir parçası ilə evin plastik pəncərəsini açaraq, mətbəxə daxil olmuşdur. Bundan sonra evdə pul və qiymətli əşya axtarmağa başlamış, lakin evin digər otaqlarının qapıları bağlı olduğundan evdə pul və qiymətli əşya tapa bilmədiyi üçün, qonaq otağında olan bir ədəd «LG» markalı televizoru götürüb evi gəldiyi kimi tərk etmişdir. Bundan sonra oğurladığı bir ədəd «LG» markalı televizoru yaşadığı evə aparmışdır ki, müştəri tapıldığı halda satıb pul əldə etsin. Bundan başqa, xx xxxxxx 2019-cu ildə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində yerləşən həyət evinin qapısının bağlı vəziyyətdə olduğunu gördükdə evdə heç kimin olmadığını fikirləşmiş və evin həyətyanı sahəsinə daxil olaraq pəncərəni əli ilə itələyib açmışdır. Bundan sonra evdə olan 1 ədəd noutbuku götürüb evdən çıxaraq oradan uzaqlaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi noutbuku tanımadığı şəxsə, özünə məxsus olduğunu deyərək satıb. Bundan başqa, xx xxxxxx 2019-cu ildə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı Qəsəbə küçəsində yerləşən evin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını fikirləşmiş və ikinci mərtəbədə olan plastikdən hazırlanmış pəncərəsini əlləri ilə açıb həmin pəncərədən evə daxil olmuşdur. Evin yataq otağında olan şkafın içərisindən 2 ədəd üzük, 1 ədəd qızıl qolbağını götürüb evdən çıxaraq oradan uzaqlaşmış, əldə etdiyi həmin qızıl-zinət əşyalarını Q.Qarayev prospektində tanımadığı qızıl alğı-satqısı ilə məşğul olan şəxsə satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxxx 2019-cu ildə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni qəsəbəsi, Göl küçəsi, 50B ünvanda yerləşən yaşayış evinin qarşısından keçərkən həmin evin işıqlarının yanmadığını gördükdə fikirləşmişdir ki, evdə heç kim yoxdur. Ona görə də həmin evdə qiymətli əşya olmasını güman edərək ətrafa nəzər salmışdır ki, evə daxil olan zaman onu görən olmasın. Ətrafda heç kimin olmadığını görüb diqqət çəkməyərək evin dəmir qapısının sol tərəfində olan hasarın yanına kənardan bir ədəd kərpic daş gətirib qoymuş, həmin daşdan istifadə edərək evin daş hasarının üzərinə çıxmış, oradan da evin həyətinə düşmüşdür. Evdə heç kimin olmamasını dəqiqləşdirib evin qapısını əli ilə itələdikdə bağlı olmasını görmüş, sonra pəncərəyə yaxınlaşıb üzərində olan buraçanla pəncərəni açıb evə daxil olmuş və işıqları yandırmayaraq evi axtarmağa başlamışdır. Lakin evdən pul və qiymətli əşya tapa bilməmiş, evə daxil olduğu pəncərənin yerləşdiyi otaqda olan bir ədəd televizoru götürərək pəncərədən həyətə çıxarmışdır. Sonra həmin əşyanı evə daxil olduğu daş hasarın üzərinə qoymuş, daş hasarın üzərinə çıxaraq həmin onu uüçəyə çıxarmışdır. Televizoru gizlətmək üçün yaşadığı evə gətirmiş, yaşadığı evdə olan ikiotaqlı kiçik tikilinin içərisində onu gizlətmişdir. Səhər açıldıqda televizoru satmaq üçün müştəri axtarmağa başlamış, lakin sata bilməmişdir. Bundan başqa, xx xxxxxxx 2019-cu ildə saat 19 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində, “Ballı” marketin arxasında yerləşən dördmərtəbəli binaların yanından keçən zaman orada birinci mərtəbədəki mənzilin işığının yanmadığını və pəncərədə dəmir barmaqlığın olmadığını görmüş, evin içərisinə nəzər yetirmiş, heç kimin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi vintaçan açarla plastik pəncərəni açıb qonaq otağına daxil olmuşdur. Adətən evlərə girib pul, qızıl axtardığı üçün həmin evin yataq otağına keçmiş, otaqda olan güzgülü şkafın rəflərini açanda paltarlar olduğunu görüb, həmin otaqdakı paltar şkafını açmış, orada bir az rəflərə baxmış, həmin paltar şkafının yuxarı rəfində çanta ilə birlikdə olan noutbuku görüb tez onu götürüb evə daxil olduğu pəncərədən çıxaraq oradan uzaqlaşaraq yaşadığı evə getmiş, noutbuku da özü ilə aparmışdır. Ertəsi gün həmin noutbuku götürüb Bakı şəhərində yerləşən Qara Qarayev metro stansiyasının yaxınlığına getmiş, orada olan mağazalara yaxınlaşıb həmin “Dell” markalı noutbuku neçəyə sata biləcəyi barədə soruşdu, mağazalarda ona noutbukun 60-70 manat dəyərinin olduğunu dedikləri üçün ilk öncə satmayıb özü istifadə edəcəyi qərarına gəlmiş, lakin sonra həmin yerin yaxınlığında bir nəfərə yaxınlaşaraq noutbuk satdığını, özünə məxsus olmasını, maddi ehtiyac ucbatından satdığını, lazım olarsa belə şəxsiyyət vəsiqəsinin surətini də verə biləcəyini deyərək həmin şəxsi inandırmış və noutbuku ona 100 manata satmışdır. Bundan başqa, xx xxxxxx 2019cu ildə saat 13 radələrində yaşadığı evdə yemək yeyərkən spirtli içki qəbul etmiş, sonra isə məhəlləyə çıxıb gəzməyə başlamışdır. Bir qədər piyada getdikdən sonra yaşadığı məhəllədən sonrakı məhəllədə yerləşən tanımadığı şəxslərin yaşadığı həyət evinin qarşısından keçən zaman gördüyü evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə həmin evin darvazasını və pəncərəsini döymüşdür ki, evdə kiminsə olub-olmamasını müəyyən etsin. Lakin cavab verən olmadığına görə evdə heç kimin olmadığını başa düşmüş və evin yan tərəfindən hasara qalxıb həyətə düşmüşdür. Həmin həyət evinin plastik pəncərəsinin üzərində dəmir barmaqlıq olduğunu görmüş və həyətdən tapdığı dəmir parçası ilə evin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı yerindən çıxarmış, yerdən tapdığı vintaçanla plastik pəncərənin kilid hissəsini sıxaraq pəncərəni açıb oradan evə daxil olmuşdur. Evin içərisinə nəzər yetirmiş və dəyərli hansısa bir əşya axtarsa da tapa bilməmişdir. Sonra evin qonaq və yataq otaqlarında olan şkafları açıb baxsa da qızıl və ya pul tapa bilməmiş, qonaq otağında qab-qacaq yığılmış şkafın üzərində olan içərisində “Toshiba” markalı noutbuk və “Samsung” markalı planşet olan kompüter çamadanını götürmüşdür. Bundan sonra oğurladığı əşyaları özü ilə götürüb evə daxil olduğu pəncərədən həyətə çıxmış və hasardan aşıb yaşadığı evə getmişdir. Oğurluq əməli barədə evdə heç kimə heç bir məlumat verməmiş və oğurladığı əşyaları həyətdə saxlanc yeri kimi istifadə etdiyi otağa yığmış və həmin əşyaları sonra satmağı planlaşdırmışdır. Bundan başqa 2020-ci ilin yanvar ayının əvvəllərində dəqiq tarixi xatırlamadığı günlərin birində atasına məxsus «Mercedes Benz» markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobillə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsi ilə hərəkətdə olan zaman orada yerləşən anbarın qarşısından böyük yük avtomobilinin, yəni tırın hərəkətə başladığını və anbarın dəmir jalüzünü bir nəfər şəxsin bağladığını görmüş, həmin vaxt jalüz bağlanan zaman anbarın içərisinə çoxlu sayda karton qutular yığıldığını görmüşdür. Bundan sonra həmin yeri tərk edərək, yaşadığı evə getmiş, borcu olduğundan və pula ehtiyacı olduğu üçün həmin anbardan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxx 2020-ci ildə saat 21 radələrində atasına məxsus «Mercedes Benz» markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobillə həmin anbarın yanına getmiş və avtomobili anbarın qarşısında saxlamışdır. Bundan sonra anbarın sağ tərəfində yerləşən cığırla anbarın sağ hissəsinə keçmiş, əli ilə anbarın lambirdən olan hissəsini sındırdıqdan sonra anbara daxil olmuşdur. Bu zaman orada çoxlu sayda karton qutularda kompüter keyslərinin olduğunu görmüş, həmin keysləri kimə sata biləcəyini düşündükdə, ağlına ilk öncə qəsəbədən tanıdığı, kompüter ustası olan Orxan adlı şəxs gəlmiş və onun istifadəsində olan mobil nömrəyə zəng edərək, belə bir malların olmasını demişdir. Orxan isə həmin malları ala biləcəyini dediyi üçün həmin anbardan 51 ədəd karton qutuda kompüter keysləri oğurlayaraq atasına məxsus avtomobilə yükləmiş, anbarı tərk edərək, Orxanın yaşadığı ünvana gəlmişdir və Orxanla birlikdə həmin keysləri avtomobildən boşaltdıqda keyslərin sayının 49 olduğunu müəyyən etmişdir. Orxan həmin 49 ədəd keyslərə görə ona ümumilikdə 800 manat pul verib. Orxandan aldığı pulu şəxsi ehtiyaclarına xərcləyib. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki,Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 50B ünvanda yerləşən yaşayış evi ona məxsusdur və həmin evi özü inşa etdirmişdir. Həmin ev yaşayışa tam yararlı olsa da, orada yaşayış yoxdur, belə ki, həmin evi kirayə vermək üçün tikdirmişdir. Son zamanlar evdə heç kim yaşamasa da evin içərisində özünə məxsus müxtəlif əşyalar var. Mütəmadi olaraq həmin evə gəlib nəzarət edirdi. xx xxxxxxx 2019-cu ildə saat 23 radələrində nəzarət etmək üçün həmin evə gəlmiş, evə baxdıqda hər hansı bir problem aşkar etməmiş və çıxıb yaşadığı evə getmişdir. xx xxxxxxx 2019-cu ildə saat 17:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 50B ünvanda yerləşən evinə gəlmiş, qapını açıb içəri girmək istədikdə qapının bağlı olmasını görmüş, evdə olmadığı müddətdə naməlum şəxslərin evə girməsi və qapını içərdən bağlamasından şübhələnmişdir. Bundan sonra evin pəncərəsinə yaxınlaşdıqda pəncərənin açıq vəziyyətdə olduğunu görmüş, həmin pəncərədən evə daxil olmuş və evin qapısının içəridən bağlanmasını görmüşdür. Evdə olan əşyaları yoxladıqda isə evin içərisində olan özünə məxsus bir ədəd 1.000 manat dəyərində 64 diaqonallı “Samsung” markalı televizorun və bir ədəd 60 manat dəyərində rəqəmsal tuner aparatının oğurlanmasını aşkar etmişdir. Qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1-ci Köndələn küçəsində yerləşən birmərtəbəli yaşayış evi var. xx xxxx 2019-cu ildə saat 15 radələrində ailə üzvləri ilə birlikdə İmişli rayonundakı özünə məxsus evə getmiş, həmin vaxtı evinin qapı və pəncərələrini bağlamışdır. xx xxxx 2019-cu ildə saat 19:30 radələrində yaşadığı evə qayıdan zaman mətbəx otağının plastikdən hazırlanmış pəncərəsinin üzərində olan dəmir barmaqlıqların sındırıldığını görmüş, bundan sonra yaşadığı evə daxil olub baxdıqda evin qonaq otağında olan özünə məxsus 950 manat dəyərində “LG” markalı televizorun yerində olmadığını görmüş və həmin televizorun naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 16 radələrində ailəsi ilə birlikdə evdən şəhərə istirahət etməyə getmişdir. Evdən çıxanda qapı və pəncərələri bağlayıb. Həmin gün saat 22 radələrində evə gəlmiş, qapını açıb evə daxil olan zaman evin işıqlarının yanmasını görmüş, mətbəxə girəndə isə plastik pəncərənin açıq olmasını görmüşdür. Evin birinci mərtəbəsində hər şey qaydasında idi, lakin ikinci mərtəbəyə qalxanda görmüşdür ki, soldakı uşaq yataq otağı və digər yataq otağı dağıdılmış vəziyyətdədir, dolabın qapıları isə açıqdır. Özünə məxsus pulların yerində olub-olmadığını yoxlamış pulunun oğurlandığını görmüşdür. Evə girən naməlum şəxs kostyumunun iç cibində saxladığı 5.500 avro, 3.500 ABŞ dolları və 3.000 manat məbləğində pulu oğurlamışdır. Oğurlanmış pulunun cəmi məbləği 19.675 manat təşkil edir. Bundan başqa naməlum şəxs dolabın digər siyirtməsində olan 5.000 manat dəyərində olan qızıl-zinət əşyalarını oğurlamışdır. Bununla bağlı DİN-nin “102” zəng xidmətinə məlumat vermiş, sonra isə polis əməkdaşları gəlib araşdırma aparmışlar. Bundan başqa, xx xxxxxx 2019-cu ildə ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb getmiş, evdən çıxarkən qapı-pəncərələri bağlamışdır. Həmin gün saat 22:30 radələrində yaşadığı evə qayıtmış, evin qapısını açıb içəri daxil olmuş və evdə olan müəyyən əşyaların yerindən tərpədildiyini gördükdə evdən oğurluq edilməsindən şübhələnmişdir. Ona görə də evdə olan əşyalara nəzər salmış, evin yataq otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, evin yataq otağında olan dolabın içərisində olan qızıl-zinət əşyalarının yerində olmadığını müəyyən etmişdir. Məlum oldu ki, özünə məxsus qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb. Bundan sonra DİNin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi X3 bildirirlər ki, cinayət nəticəsində onlara vurulmuş zərər ödənilməyib. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını xahiş edirlər. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 18:00 radələrində yaşadığı evdən çıxıb mənzilin qapısını bağlayaraq qızı Röya gilə yemək aparmaq məqsədi ilə getmişdir. Bundan təxminən bir saat sonra, yəni həmin gün saat 19 radələrində yaşadığı evə qayıdan zaman evin dəhlizindəki pəncərənin üzərində olan torun cırılmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra mənzilin qapısını açıb evə daxil olarkən görmüşdür ki, mənzilin otaqları dağınıq vəziyyətdədir. Həmin vaxtı baxdıqda aşkar etmişdir ki, mənzilin yataq otağındakı yük yerindəki yastığın altında saxladığı özünə məxsus 900 manat pul, dəhlizdə olan 1 ədəd 45 manat dəyərində Vİ-fı aparatı, markasını xatırlamadığı 1 ədəd 325 manat dəyərində noutbuk naməlum şəxs tərəfindən oğurlanıb. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs7 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Eyni zamanda bildirir ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Eyni zamanda bildirir ki, ona dəymiş ziyan ödənilməyib, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, təxminən səkkiz aydır ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani 1 ünvanda yerləşən «X8»nin üçüncü mərtəbəsində yerləşən «Master Comp» servisdə usta işləyir. Həmin servisdə kompüter avadanlıqlarının təmiri, alışı və satışı ilə məşğul olur. Şahid6 təxminən iki ilə yaxındır ki, tanıyır, münasibətləri normaldır. Onunla aralarında bir neçə dəfə kompüter hissələrinin alışını və satışı həyata keçirmişlər. Ümumilikdə kompüter hissələrinin alışı və satışı ilə məşğul olan şəxslərdən ibarət «Whatsapp» sosial şəbəkəsində qrup vardır, həmin qrupa özü, Orxan və digər şəxslər daxildirlər. xx xxxxxx 2020-ci ildə axşam saatlarında daxil olduğu «Whatsapp» sosial şəbəkəsindəki qrupda Orxan sms yazaraq onda təzə kompüter keyslərinin olduğunu və satdığını bildirmiş, həmin yazını gördükdən sonra Orxana şəxsən yazaraq, keyslər barədə maraqlanmışdır. Həmin vaxt Orxan bildirmişdir ki, onda təxminən 17 ədəd «Raider» və «Galaxy» markalı keyslər var və 1 ədədini 35 manata satır. Orxanla razılaşdıqdan sonra ilkin olaraq 15 ədəd keys almaq istədiyini bildirmiş, bundan sonra dostu Mirheydərə bu barədə bildirmiş və şəriklik təklif etdikdə, razılaşmış və Mirheydəri Orxanın yaşadığı Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsindəki ünvana göndərmişdir. Mirheydər də ümumilikdə 500 manat ödəməklə 15 ədəd keys almışdır. Daha sonra alınmış keysləri Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən anbar kimi istifadə etdikləri iaşə obyektinə aparıb yığmışdır. Bundan sonra həmin keyslərin qiyməti barədə maraqlandıqda Orxandan qeyd olunan keysin bir ədədini 35 manata almaq sərf etdiyi üçün, əlavə olaraq Orxandan keys almaq istədiyini bildirmiş, Orxan isə demişdir ki, əlavə olaraq 27 ədəd də keys sata bilər. Bu zaman Orxana həmin keysləri 35 manat deyil, 30 manata ala biləcəyini bildirmiş, Orxan razılaşdıqdan sonra yenidən onun yaşadığı ünvana getmiş və həmin vaxt məlum olmuşdur ki, Orxanda daha çox, yəni 27 ədəd deyil, 34 ədəd keys var. Bu zaman hər bir keysi 30 manat müqabilində almaq barədə Orxanla razılaşmış və həmin 34 ədəd keys müqabilində 1.020 manat pul ödəyərək həmin keysləri də Orxandan almışdır. Həmin 34 ədəd kompüter keysini isə iş əlaqələri olan İsbər adlı tanışının yaşadığı ünvan 11 ünvana yığmışdır. xx xxxxxx 2020-ci ildə iş yerində olan zaman polis əməkdaşları gəlmiş və həmin vaxt məlum olmuşdur ki, Orxandan aldığı ümumilikdə 49 ədəd kompüter üçün keyslər oğurluq yolu ilə əldə edilmişdir. Həmin kompüter keyslərinin cinayət yolu ilə əldə olunmasından əvvəlcədən məlumatı olmamışdır. Həmin keyslərin orta bazar qiyməti 70 manatdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2018ci ilin yanvar ayından Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 14/29 ünvanda yerləşən ticarət mərkəzinin “Uğur Telekom” mağazasında qızıl-zinət əşyalarının alğısatqısı ilə məşğul olur, hər ay 500 manat icarə haqqı ödəyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx xxxx 2019-cu ildə 1 ədəd üzük və 1 ədəd boyunbağını şəxsiyyət vəsiqəsi əsasında ona satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxx 2019-cu ildə qızıl qolbağı, 1 cüt uşaq sırğası, 3 ədəd üzük, xx xxxx 2019-cu ildə qızıl üzük və sırğa dəstini ona satmışdır. Həmin qızıl-zinət əşyalarını alan zaman Təqsirləndirilən şəxs həmin əşyaların oğurluq olub-olmamasını soruşmuş, sonuncu ona arvadının xəstə olmasını, pula ehtiyacı olduğu üçün özünə məxsus qızıl-zinət əşyalarını satdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, habelə şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. xx xxxxxx 2020-ci il tarixli 544 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş malların orta bazar qiyməti təxminən 1 ədəd 2017-ci il Rusiya istehsalı LG markalı 43LJ510V modelli 43 düyümlü televizor 2019-cu ilin iyul ayına - 450 manat; 1 ədəd Malayziya istehsalı Samsung markalı UE40EH5000 modelli 40 düyümlü televizor 2019-cu ilin oktyabr ayına - 380 manat; 1 ədəd Vyetnam istehsalı Samsung markalı GT-5200 (Tab 3 10.1) modelli planşet 2019-cu ilin noyabr ayına - 130 manat; 1 ədəd Çin istehsalı Toshiba markalı L50-B940 modelli İntel Core İ7, 1TB HDD, 15,6 HD xüsusiyyətli noutbuk 2019-cu ilin noyabr ayına - 450 manat kimi müəyyən edilir. xx xxxx 2020-ci il tarixli 5373 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan malların 2020-ci il yanvar ayına olan orta bazar qiyməti təxminən 1 ədəd Çində istehsal edilmiş, “Trendsonic Raider” markalı, RA08A modelli, 425 x 205 x 460 mm ölçülü kompüter keysi - 65 manat; 1 ədəd Çində istehsal edilmiş, “Trendsonic Galaxy” markalı, GA11A modelli, 450 x 185 x 480 mm ölçülü kompüter keysi - 60 manat kimi müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxx 2020-ci il tarixli 20/208R nömrəli ekspert rəyinin məzmunundan görünür ki, xx.xx.2019-cu il tarixdə ünvan 13 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 evində baş vermiş oğurluq faktı üzrə 09 ədəd şəffaf rəngli yapışqan lent kəsiklərinin üzərində olan 02 ədəd ovuc və 01 ədəd əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd və 01ədəd əl barmaq izləri ilə DİNin KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri arasında eynilik müəyyən edilməmişdir. xx.xx.2019-cu il tarixdə ünvan 14 ünvanında yaşayan X4 evində baş vermiş oğurluq faktı üzrə 03ədəd şəffaf rəngli yapışqan lent kəsiklərin üzərlərində olan əl izlərindən 01ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq izi ilə DİN-in KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl-barmaq əksləri arasında eynilik müəyyən edilməmişdir. xx.xx.2019-cu il tarixdə ünvan 15 mənzil 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 evində baş vermiş oğurluq faktı üzrə 06 ədəd şəffaf rəngli yapışqan lent kəsiklərin üzərlərində əl izlərindən 02 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02ədəd ovuc izləri ilə DİN-in KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs ovuc əksləri arasında eynilik müəyyən edilməmişdir. xx.xx.2019-cu il tarixdə ünvan 16 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 evində baş vermiş oğurluq faktı üzrə 04ədəd yapışqan lent kəsiklərin üzərində olan əl izlərindən 02 ədəd əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02ədəd əlbarmaq izləri ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş Zərərçəkmiş şəxs4Rasim oğlunun sağ əlinin böyük və sol əlinin şəhadət barmaqlarının əksləri arasında eynilik müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməkdə tam təqsirli olması qənaətinə gələrkən onu da nəzərə alır ki, təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələrində ittiham aktında təsvir olunan cinayət əməllərini törətdiyini tam etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin işin məhkəmə baxışı zamanı verdiyi ifadəsi həqiqəti tam əks etdirmir və cinayət məsuliyyətindən qismən də olsa yayınmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “LG” markalı televizor sahibi Zərərçəkmiş şəxs6, 01 ədəd “Samsung” markalı televizor sahibi Zərərçəkmiş şəxs2, 01 ədəd “Samsung” markalı planşet və 01 ədəd “Toshiba” markalı noutbuk sahibi Zərərçəkmiş şəxs1, 49 ədədəd kömpüter keysi sahibi Zərərçəkmiş şəxs7 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “LG” markalı televizor sahibi Zərərçəkmiş şəxs6, 01 ədəd “Samsung” markalı televizor sahibi Zərərçəkmiş şəxs2, 01 ədəd “Samsung” markalı planşet və 01 ədəd “Toshiba” markalı noutbuk sahibi Zərərçəkmiş şəxs1, 49 ədədəd kömpüter keysi sahibi Zərərçəkmiş şəxs7 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunsunlar. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-108/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-108/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver