Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-108/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 23 – xx xxxxxx 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün bir ədəd bükümdə təmiz çəkisi 0,183 qram təşkil edən psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2021-ci ildə saat 08 radələrində Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci patrul bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinib Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən “Yurd” kafesinin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan tünd qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret cığarası bükümündə təmiz çəkisi 0,183 qram olan ağ rəngli kristallardan ibarət maddə – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, hadisə günü etibarnamə ilə idarə etdiyi “VAZ 2107” minik markalı 99ZM157 dövlət qeydiyyat nişanlı avtomobilini təmizləyərkən avtomobilin arxa oturacağının ayaq altından bir büküm “şüşə” deyilən narkotik vasitə tapmışdır. Həmin vaxtdan onu şəxsi istifadəsi üçün saxlamışdır. xx xxxxxx 2021-ci ildə saat 08 radələrində Bakı şəhəri, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, “Yurd” kafesinin yanında tanışı Şahid4 ilə birlikdə idarə etdiyi “VAZ 21074” minik markalı 99ZM157 dövlət qeydiyyat nişanlı avtomobildə olarkən ÇPA əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və şübhəli olduğunu deyərək onu Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər. Razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə getmişdir. Polis bölməsində hüquqları və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etmək təklif olunduqda etiraz etməyib əynində olan tünd qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən avtomobilindən tapdığı siqaret qutusunda olan bir büküm narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bükümün içərisində şüşə adlanan narkotik vasitə olduğunu demişdir. Həmin büküm polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx xxxxxx 2021-ci ildə saat 08 radələrində ƏÇPA-nın 7-ci patrul bölüyünün polis nəfərləri polis serjantı Şahid3 və X2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində xidmət aparan zaman həmin qəsəbədə yerləşən “Yurd” kafesinin qarşısında “Vaz 2107” markalı 99ZM157 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, avtomobilin içərisində sürücüdən başqa bir nəfər sərnişinin olduğunu görmüşlər. Avtomobildə olan hər iki şəxs özlərini şübhəli aparırdı. Bu səbəbdən birlikdə həmin avtomobilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra avtomobildə olan sürücüdən və sərnişindən şəxsiyyətlərini təsdiq edən sənədlərinin olub-olmadığını soruşmuşlar. Avtomobilin sükanı arxasında əyləşmiş şəxs özünü Təqsirləndirilən şəxs, sərnişin isə Şahid4 kimi təqdim etmiş və üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədlərinin olmadığını bildirmişlər. Söhbət zamanı həmin şəxslərdən üzərlərində qeyri-qanuni hər hansı bir əşya yaxud predmet olduğunu soruşduqda Təqsirləndirilən şəxs və Şahid4 üzərlərində özlərinin istifadə etmələri üçün narkotik vasitə olduğunu bildirdilər. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid4 Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirib təhvil veriblər. 33-cü polis bölməsinin xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən könüllü olaraq siqaret cığarasına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəki maddənin şüşə kimi tanıdığı narkotik vasitə metamfetamin olduğunu, həmin narkotik vasitəni təxminən 3 ay bundan əvvəl özünə məxsus avtomobildən tapıb özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm götürülərək kağız zərfə qablaşdırılmış, DİN-nin 171 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərinə bütün iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı protokolda yazılanlara dair heç bir etiraz daxil olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, təxminən 5-6 aydır narkotik vasitələri çəkmə üsulu ilə qəbul edir. Tutulmazdan təxminən 10 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi “Yurd” kafesinin yanında tanışı Təqsirləndirilən şəxs birlikdə onun “VAZ 21074” minik markalı 99ZM157 dövlət qeydiyyat nişanlı avtomobilində olarkən ÇPA əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və şübhəli olduqlarını deyərək Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər. Razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə getmişlər. Polis bölməsində hüquqları və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunduqda buna etiraz etməyib əynindəki boz rəngli şalvarın sağ yan cibindən 03 ədəd bükümdə olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi həmin bükümün içərisində şüşə və heroin var idi. Qeyd edir ki, bunları tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pulun müqabilində alıb. Bundan sonra həmin üç ədəd büküm polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərinə axtarış həyata keçirildi və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonradan eşidib ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı onun da üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. xx xxxxxx 2021-cı il tarixli 6/306 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,183 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir”. xx xxxxxx 2021-ci il tarixli 417 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, ərazi narkoloji dispanserində qeydiyyata alınmaq və zərurət yaranarsa narkomaniyadan müalicə kursu keçmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,133 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 – xx xxxxxx 2021-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli Bakı şəhər Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, ərazi narkoloji dispanserində qeydiyyata alınmaq və zərurət yaranarsa narkomaniyadan müalicə kursu keçmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,133 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-108/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-108/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver