Məhkəmə qərarları › İş №1(010)-108/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-108/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-108/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi X6 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 57 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Şor Qırağı” ünvanda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,617 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq ünvan 2 ünvanında yerləşən “X19”- nin qarşısına gətirmiş və Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən “X19”-nin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş 01 (bir) ədəd bükümdə 0,617 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində daha dəqiq olaraq Şor qırağı deyilən yerdən Məscidə gedən yol ilə piyada hərəkət edən zaman, yerdən 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroini taparaq əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində gizlədərək üzrərində daşımışdır. Qərara gəlmişdir ki, həmin narkotik vasitəni bədənində ağrılar olan zaman inyeksiya yolu ilə bədəninə daxil edər. Bu məqsədlə də xx.xx.2021-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən “X19” yaxınlığında ona mülkü geyimdə 2 (iki) nəfər şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim etməklə Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkilləri olduqlarını bildirmişdir. Bundan sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşdular. O həmin vaxt polis əməkdaşlarına - 28.06.200-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 57 saylı evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olaraq özünü təqdim etmişdir. Daha sonra həmin polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O heç bir etiraz etmədən könüllü olaraq, polis əməkdaşları ilə birlikdə 31-ci PB-nə getmişdir. Bundan sonra onun barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi və hüquqlarının müdafiə edilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən ona vəkil siyahısı təqdim edilmişdir. Onun razılığı əsasında hüquqlarını Bakı şəhəri Suraxanı rayon 9 saylı hüquq məsləhətxanasının vəkili, vəkillər kollegiyasının üzvü X12 təqdim edilmişdir. Həmin bölmədə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılmasını və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olarsa maddi sübut formasında götürülməsini bildirmişlər. O həmin vaxt onlara heç bir etiraz etməmişdir. Bundan sonra 31-ci PB-də olan xidməti otaqların birində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları Şahid1, Şahid2 və Suraxanı RPİ-nin 31-ci PBnin təhqiqatçısı, polis baş leytenantı X7 iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aprılmağa başlanılmışdır. Həmin vaxt onun üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi bir daha ona təklif edilmişdir. O yerdən və üzərində gizlətdiyi, ən əsası əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükülünü əli ilə çıxararaq təqdim etmişdir. Lakin buna baxmayaraq onun üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə geyindiyi gödəkcənin boynuna və işərisinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş əşyaların bir-bir adları onun tərəfindən deyilməklə təqdim edilmiş, belə ki, o bir ədəd şəffaf rəngli, sellofan bükülünü göstərərək həmin bükülüdəkinin el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin bükülünü hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirildiyi sual ediləndə o həmin narkotik vasitəyə bənzər maddəni xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində daha dəqiq olaraq Şor qırağı deyilən yerdən Məscidə gedən yol ilə piyada hərəkət edən zaman, yerdən 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bir daha polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş şəffaf rəngli, 01 (bir) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına verilməsi üçün 195 saylı zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürüləcəyi ona izah edilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu tərəfindən müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 1 (bir) ədəd şəffaf rəngli, sellofan bükülü zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin 31-cü Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 195 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır .Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya və ona nümayiş etdirilmişdir. Bununla yanaşı olaraq o bildirmişdir ki, əvvəlcədən onun özü bildirmişdir ki, önun üzərində olan narkotik vasitə olan heroindir, ona görə ki, o narkotikadan istifadə edir. Hazırda isə əməlindən peşman olduğunu, həmçinin Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq olmadığını göstərmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, “Cəfər” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, narkotik vasitələrdən istifadə etməsi, məşğul olması barədə əvvəlcədən agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması “Cəfər” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi, polis polkovniki Ülvi Məmmədovun adına xx.xx.2021-ci il tarixdə raport yazmışdır. Bundan sonra əməliyyat qrupunun yaradılması, əməliyyat qrupunun təşkil edilməsi və əməliyyat tədbirinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Beləliklə də, 28 oktyabr 2021-ci il tarixdə saat 21:00-də Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə ünvan 5 ünvanında yerləşən “X19”-nin qarşısında “Cəfər” adlı şəxsin ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində “Cəfər” adlı şəxsin əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə onlara məlumat verilməsini xahiş etmişdir. Həmin şəxs özünü - xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 57 saylı evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı, onlar ilə bərabər olaraq Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 31-ci PB-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər 31-ci PB-nə getməsinə razlıq vermişdir. Bundan sonra o Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında polis polkovniki Ülvi Məmmədovun adına raport tərtib etmişdir ki, bölməyə dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş versin. Nəticə etibarı ilə həmin raportun araşdırılması Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X8 həvalə edilmişdir. Beləliklə də, ünvan 6 ünvanda yerləşən Suraxanı RPİ-nı 31-ci PB-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə axtarış və götürülmə aparılması barədə X9 tərəfindən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs hüquq vəzifələri təhqiqatçı Azər Süleymanov tərəfindən izah edilmişdir. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş 01 (bir) ədəd gümüşü rəngli bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılması başlanılmışdır. İlk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindiə aşkar edilmiş 01 (bir) ədəd şəffaf rəngli bükülünü göstərərək həmin bükülüdəkinin el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilən 01 (bir) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edən zaman narkotik vasitəyə bənzər maddəni xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Şor Qırağı” ünvanda Məscidə gedən yol ilə piyada hərəkət edən zaman yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli, 01 (bir) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün 195 nömrəli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirdilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 01 (bir) ədəd şəffaf rəngli, sellofan bükülü zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin 31-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 195 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır .Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandınlmışdır. Nəticə etibari ilə Təqsirləndirilən şəxs götürülmüş maddənin narkotik vasitə olan heroin olub-olmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmış və müəyyən edilmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş 01 (bir) ədəd bükümdə 0,617 qram narkotik vasitə olan heroindir. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,209 olan heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirlər davam etdirildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 19-20, 37-ci vərəqələrində olan “Tutma haqqında” 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 32-33-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X9 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikasının CPM-nin 51, 86 və 246.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Həsənov X10 Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Suraxanı Rayon Polis İdarəsinin 31-cu Polis Şöbəsinin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinin tələbinə əsasən iştirakçılara və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs izah olundu ki, şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2021-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən “X19”- nin ünvanın yaxınlığında Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması” zamanı əynində olan cins şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş 01 (bir) ədəd bükümdə 0,617 qram narkotik vasitə olan heroin işi üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən heroinin təmiz çəkisi: 0,617 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 0,567 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs gümüşü kağıza bükülmüş həmin 01 (bir) ədəd bükümdə 0,617 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş üzrə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİnin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X7 Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB- nin ünvan 4 ünvanında saat 21:45-dən 21:55-dək “şəxsi axtarış və götürmə aparılması” protokolunda tərtib etdiyi 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 40-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 6/4803 №-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,617 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Qeyd:heroinin təmiz çəkisi - 0,617 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 0,567 qram. Cinayət işinin 129-130-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X17 X13-narkoloji X5 xx.xx.2021-ci il tarixli 4512 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 106-107-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 30 oktyabr 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 110-111-ci vərəqində olan “Başqa yerə getməmək haqqında” 30 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 89-cu vərəqində olan “CD diskə baxış keçirilməsi haqqında” 25 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi X4 Azərbaycan Respublikası CPM-nin 85, 236-cı maddələrini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* saylı cinayət işi ilə əlaqədar iş materiallarına əlavə edilmiş xx.xx.2021- ci il tarixdə saat 21:45-dən, 21:55-dək olan müddət ərizində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 31-ci PBnin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 31- ci PB-nin ünvan 4 ünvanında yerləşən inzibati binasında Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 və həmin bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə - xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 57 saylı evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci PBnin ünvan 4 ünvanında yerləşən inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş 01 (bir) ədəd bükülmü təqdim etmiş və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən 01 (bir) ədəd kağızərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər” üçün 195 saylı möhür ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin 117-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs cins şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş 01 (bir) ədəd gümüşü rəngli bükülünü narkotik vasitənin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 19-cu bəndinə əsasən narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin təmiz çəkisi 0,617 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (28-30 oktyabr 2022-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçidövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,567 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar