Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-109/2020 10.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 mənzil 87 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» y/s, «Xəzər İnşaat 2», blok «B», mənzil 22də yaşayan, barəsində Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə əvvəli xx xxxx 2019-cu ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti müvafiq olaraq xx xxxxxx 2020-ci və xx xxx 2020-ci il tarixlərinədək uzadılıb) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə və xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, fərdi yaşayış evində yaşayan, barəsində Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə əvvəli xx xxxx 2019-cu ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti müvafiq olaraq xx xxxxxx 2020-ci il və xx xxx 2020-ci il tarixlərinədək uzadılıb) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilərək birlikdə istehlak edilməsi ilə bağlı tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb 01 qram çəkidə narkotik vasitə heroinin əldə edilməsi üçün sonuncudan xx xxxx 2019-cu ildə Bakı şəhəri, Suraxanı rayonu ərazisində 30 manat pul aldıqdan sonra həmin pul vəsaitinin üzərinə 370 manat əlavə edib xx xxxx 2019-cu ildə şəxsiyyəti istintaqla araşdırılan “Kamil” adlı şəxsdən naməlum yerdə və şəraitdə 400 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 3,682 qram çəkidə narkotik vasitə heroin, 5,324 qram çəkidə «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil olan psixotrop maddə metamfetamin və təsiredici maddəsinin miqdarı 0,32 qram olan bir ədəd konvalyutda 8 ədəd «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan narkotik vasitə metadon həbini əldə edib daşımaqla həmin narkotik vasitə heroinin 0,951 qramını Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, «Xəzər İnşaat 2» ünvanında Təqsirləndirilən şəxs1 verib, qalan 2,731 qram çəkidə narkotik vasitə heroini, 5,324 qram çəkidə psixotrop maddə metamfetamini və təsiredici maddəsinin miqdarı 0,32 qram olan 08 ədəd metadon həbini özündə saxlayıb daşıyarkən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 xx xxxx 2019-cu ildə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 15:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, «Xəzər İnşaat 2» ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 2,731 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin bir ədəd bükümdə, ümumi təmiz çəkisi 5,324 qram «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil olan psixotrop maddə metamfetamin bir ədəd bükümdə, təsiredici maddəsinin ümumi miqdarı 0,32 qram olan bir ədəd konvalyutda 8 ədəd «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan narkotik vasitə metadon həbi əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 0,951 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilərək birlikdə istehlak edilməsi ilə bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb 01 qram çəkidə narkotik vasitə heroinin əldə edilməsi üçün ona xx xxxx 2019-cu ildə Bakı şəhəri, Suraxanı rayonu ərazisində 30 manat pul verdikdən sonra Təqsirləndirilən şəxs2 həmin pul vəsaitinin üzərinə 370 manat əlavə edib xx xxxx 2019-cu ildə şəxsiyyəti istintaqla araşdırılan “Kamil” adlı şəxsdən naməlum yerdə və şəraitdə 400 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 3,682 qram çəkidə narkotik vasitə heroin, 5,324 qram çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr“in İ siyahısına daxil olan psixotrop maddə metamfetamin və təsiredici maddəsinin miqdarı 0,32 qram olan bir ədəd konvalyutda 8 ədəd «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan narkotik vasitə metadon həbini əldə edib daşımaqla həmin narkotik vasitə heroinin 0,951 qramını Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, “Xəzər İnşaat 2“ ünvanında Təqsirləndirilən şəxs1 verib, qalan 2,731 qram çəkidə narkotik vasitə heroini, 5,324 qram çəkidə psixotrop maddə metamfetamini və təsiredici maddəsinin miqdarı 0,32 qram olan 08 ədəd metadon həbini özündə saxlayıb daşıyarkən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 xx xxxx 2019-cu ildə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 15:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, “Xəzər İnşaat 2” ünvanının qarşısında saxlanılmış, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 2,731 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin bir ədəd bükümdə, ümumi təmiz çəkisi 5,324 qram «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil olan psixotrop maddə metamfetamin bir ədəd bükümdə, təsiredici maddəsinin ümumi miqdarı 0,32 qram olan bir ədəd konvalyutda 8 ədəd «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan narkotik vasitə metadon həbi əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 0,951 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bildirmişdir ki, 4 ilə yaxındır narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Kamranla əvvəllər Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qonşuluqda yaşamışlar. Kamran ailəsi ilə birlikdə Qaraçuxur qəsəbəsinə köçsə də, onunla əlaqələri kəsilməmiş və mütəmadi olaraq görüşmüşlər. Kamran da onun kimi narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Son vaxtlar narkotik vasitə heroinin 1 qramını 30 manata, psixotrop maddə metamfetaminin 1 qramını isə 65 manata olmaqla “Kamil” adlı şəxsdən özü istifadə etmək məqsədilə alırdı. Həm Kamil adlı şəxsə etibar etmədiyi üçün həm ondan əldə etdiyi narkotik vasitə və psixotrop maddələri alarkən çəkmək, həm də istifadə edərkən çəkisini dəqiqləşdirmək üçün elektron tərəzi də almışdır. xx xxxx 2019-cu ildə Kamranla görüşüb birlikdə narkotik vasitə heroindən istifadə edərkən ertəsi gün narkotik vasitə əldə etmək üçün Kamil adlı şəxslə görüşəcəyini Kamrana demişdir. Həmin vaxt Kamran ona 30 manat pul vermiş və onun üçün də təxminən 1 qram çəkidə narkotik vasitə heroin almağını xahiş etmişdir. Kamrandan aldığı 30 manat pulun üzərində 370 manat da əlavə etmiş və xx xxxx 2019-cu ildə X3 qəsəbəsində görüşüb ona 400 manat pul verməklə təxminən 3 qram yarım heroin, 6 qrama yaxın metamfetamin və 08 ədəd metadon həbi əldə etmişdir. Həmin gün günorta saatlarında Kamranla əlaqə saxlayıb onu yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivinə dəvət etmişdir. Bir müddət sonra Kamran onunla qeyd etdiyi yerdə görüşmüş, özündə olan elektron tərəzidən istifadə edib təxminən bir qram heroini bölüb 01 ədəd siqaretin qara rəngli kağızına büküb Kamrana vermişdir. Bundan sonra Kamranla birlikdə həmin maddələrdən istifadə etmək üçün münasib yer axtarmağa başlamışlar. Saat 15 radələrində bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış, xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdim edərək onların şəxsiyyətini dəqiqləşdirdikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Polis əməkdaşlarının təklifindən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin və metamfetamin olan 02 ədəd bükümü və 08 ədəd metadon həbi olan konvalyutu, daha sonra sol yan cibindən 01 ədəd elektron tərəzini, arxa sağ cibindən 02 ədəd “Samsung” markalı mobil telefonu, arxa sol cibindən şəxsiyyət vəsiqəsini, 200 ABŞ dolları və 400 manat pulu və bir ədəd qızıl üzüyü çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş maddələr, elektron tərəzi və 02 ədəd mobil telefon qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs1 da şəxsiyyətini dəqiqləşdirdikdən sonra üzərində olan əşyaları təqdim etməsini təklif etdilər. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş, içərisində heroin olan bükümü, sol yan cibindən isə bir ədəd “İphone 5s” markalı mobil telefonu təqdim etmişdir. Həmin büküm və mobil telefon qablaşdırılaraq götürüldü. Bundan sonra polis əməkdaşları və hal şahidləri ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş X1 inzibati binasına getmiş, orada müvafiq sənədləşmə işləri aparılmışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək bildirmişdir ki, xx xxxx 2019-cu ildə dostu Təqsirləndirilən şəxs2la görüşüb birlikdə narkotik vasitə heroindən istifadə etmişdir. Həmin vaxt Elşad bir gün sonra Kamil adlı şəxslə görüşəcəyini və öz istifadəsi üçün ondan narkotik vasitə alacağını demişdir. Ona görə üzərində olan 30 manatı Elşada verib onun üçün də təxminən bir qram narkotik vasitə heroin almasını xahiş etmişdir. xx xxxx 2019-cu ildə günorta saatlarında Elşad onunla əlaqə saxlayıb yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış massivinə dəvət etmişdir. Narkotik vasitə heroini götürmək üçün Elşadın yanına getmişdir. Orada olduğu vaxt Elşad elektron tərəzi vasitəsilə təxminən bir qram heroini ölçüb siqaretin qara rəngli kağızına bükərək ona vermişdir. Bundan sonra həmin narkotik vasitələri istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır. Elşadla onun yaşadığı binadan çıxdıqda saat 15 radələrində bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdim etdilər, şəxsiyyətlərini dəqiqləşdirdikdən sonra Elşadın narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli olduğunu bildirib onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etdilər. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin və metamfetamin olan 02 ədəd bükümü və 08 ədəd metadon həbi olan konvalyutu, daha sonra şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini, şalvarının arxa sağ cibindən 02 ədəd «Samsung» markalı mobil telefonu, arxa sol cibindən şəxsiyyət vəsiqəsini, 200 ABŞ dolları və 400 manat pulu və bir ədəd qızıl üzüyü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddələr, eləcə də bir ədəd elektron tərəzi qablaşdırılaraq götürüldü. Bundan sonra polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməyini təklif etdilər, artıq heç bir yana qaça bilməyəcəyini və Təqsirləndirilən şəxs2 onun üçün aldığı narkotik vasitə heroini gizlədə bilməyəcəyini görüb üzərində saxladığı bir ədəd bükümdə olan təxminən bir qrama yaxın çəkidə narkotik vasitə heroini əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən və bir ədəd «İphone 5s» markalı mobil telefonu şalvarının sol yan cibindən çıxarıb təqdim etmişdir. Həmin büküm və mobil telefon polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2019-cu ildə Baş Narkotiklərlə Mübarizə İdarəsinə 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 mütəmadi olaraq külli miqdarda narkotik vasitələr olan heroini və metadonu, psixotrop maddə olan metamfetamini qanunsuz əldə edib üzərində gəzdirməsi və Bakı şəhəri, Suraxanı rayonu ərazisində satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə raportla Baş X1 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri. Suraxanı rayonu ərazisində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, qərarın icrası ilə bağlı onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna Baş X1 XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilmişlər. O, əməliyyat qrupunun üzvlərini təlimatlandırdıqdan sonra keçirəcəkləri əməliyyat tədbiri zamanı hal şahidi qismində iştirak etmələrindən ötrü iki nəfər kişi cinsli şəxsi Baş İdarəyə dəvət etmiş, o, həmin şəxslərə hüquq və vəzifələrini, eləcə də tədbir zamanı onların iştirakının nədən ibarət olacağını ətraflı şəkildə izah etmişdir. Bundan sonra xx xxxx 2019-cu ildə günorta saatlarında əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gedərək əməliyyat mövqeyi seçərək ətrafı müşahidə etməyə başladılar. xx xxxx 2019-cu ildə saat 15:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsində yerləşən «Xəzər İnşaat 2» yaşayış kompleksinin qarşısında xarici görünüşünə görə Təqsirləndirilən şəxs2 bənzəyən bir nəfər şəxsi gördülər. Həmin şəxsin yanında başqa bir şəxs də var idi. Dərhal yaxınlaşıb həmin şəxsləri saxlamışlar. Hal şahidləri də onlarla birlikdə həmin şəxslərə yaxınlaşdılar. Əvvəlcə özlərini sonra isə yanındakı hal şahidlərini saxladıqları şəxslərə təqdim etdikdən sonra onların şəxsiyyətini dəqiqləşdirmiş, həmin şəxslərin birinin Təqsirləndirilən şəxs2, digərinin isə Təqsirləndirilən şəxs1 müəyyən etmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs2 əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edərək ona saxlanılma səbəbini izah etdilər. Sonra Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsini təklif etdilər. Elşad əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf polietilen bükümlərini və bir ədəd konvalyutu, şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini, şalvarının arxa ciblərindən iki ədəd «Samsung» markalı mobil telefonlarını, özünə məxsus şəxsiyyət vəsiqəsini, pullarını, eləcə də sağ əlinə taxdığı bir ədəd qızıl üzüyü çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs2 üzərindən təqdim etdiyi bükümləri orada hal şahidlərinin yanında açıb baxdılar. Həmin bükümlərdə tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə və ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar etdilər. Elşadın onlara təqdim etdiyi bir ədəd konvalyutda üzərində «F M40» sözləri yazılmış, tünd qəhvəyi rəngli, narkotik vasitə olan metadon həblərinə bənzər həblər olduğunu aşkar etdilər. Həmin bükümləri, bir ədəd konvalyutu, eləcə də bir ədəd elektron tərəzini də qablaşdırıb götürdülər. Təqsirləndirilən şəxs2 təqdim etdiyi pulların hamısını əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarıldı. Lakin, iki ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və bir ədəd qızıl üzüyü əhəmiyyət kəsb etdiyindən götürdülər. Bundan sonra Elşadla birlikdə saxladıqları Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməyi təklif etdilər. Həmin vaxt Kamran üzərində bir ədəd bükümdə təxminən bir qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd «İphone 5S» markalı mobil telefon olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ-qara rəngli kağız bükümü, şalvarının sol yan cibindən isə bir ədəd «İphone 5S» markalı mobil telefonu çıxarıb təqdim etdilər. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə olduğunu aşkar etdilər. Həmin bükümü içərisindəki maddə ilə birlikdə zərfə qoyub qablaşdıraraq zərfi möhürlədilər. Hal şahidləri və Kamranın özü həmin zərfin üzərində imza etdikdən sonra zərfi özləri ilə götürdülər. Bununla yanaşı Kamranın təqdim etdiyi mobil telefonu əməliyyat marağı kəsb etdiyi üçün onu da özləri ilə götürdülər. Bundan sonra saxlanılan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, eləcə də hal şahidləri ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş X1 inzibati binasına getdilər, orada müvafiq sənədləşmə işləri aparıldı. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 bildirmişdir ki, xx xxxx 2019-cu ildə saat 13 radələrində Badamdar qəsəbəsi ərazisində avtobus dayanacağında tək dayanarkən ona mülki geyimli şəxslər yaxınlaşıb salamlaşdılar. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdə o, onların Baş X1 əməkdaşları olduqlarını başa düşmüşdür. Polis əməkdaşları ona keçirəcəkləri əməliyyat tədbiri zamanı hal şahidi qismində iştirak etməyi təklif etdilər, hal şahidi qismində iştirak etməyə öz razılığını bildirdi və polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Baş idarədə olarkən ondan əvvəl bir nəfər kişinin də hal şahidi qismində dəvət edildiyini görmüşdür. Polis əməkdaşları ona və digər hal şahidinə qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri, eləcə də keçirəcəkləri tədbirin mahiyyətini və onların həmin tədbirdə iştiraklarının nədən ibarət olacağını izah etdilər. Sonra polis əməkdaşları ilə birlikdə o, və digər hal şahidi Baş İdarədən çıxdılar, birlikdə Yeni Günəşli qəsəbəsinə getdilər. xx xxxx 2019-cu ildə saat 15:00 radələrində polis əməkdaşları Yeni Günəşli qəsəbəsində yerləşən «Xəzər İnşaat 2» yaşayış kompleksinin qarşısında iki nəfər cavan oğlanı saxlayaraq onlara özlərini və onları təqdim etdilər. Sorğu-sual zamanı saxlanılan şəxslərdən biri özünü Təqsirləndirilən şəxs2, digəri isə Təqsirləndirilən şəxs1 kimi təqdim etdi. Polis əməkdaşları əvvəlcə Elşadı qərarla tanış edərək ona saxlanılma səbəbini izah edib üzərində nə əşya varsa təqdim etməsini təklif etdilər. Elşad üzərində narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan metadon həbləri, iki ədəd mobil telefon, özünə məxsus səxsiyyət vəsiqəsi, pul və bir ədəd qızıl üzük olduğunu bildirdi. Sonra Elşad onların yanında öz əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf polietilen bükümlərini və bir ədəd konvalyutu, şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini, şalvarının arxa ciblərindən iki ədəd markasını xatırlamadığı mobil telefonlarını, özşəxsiyyət vəsiqəsini, 200 ABŞ dolları və 500 manata yaxın pullarını, eləcə də sağ əlinə taxdığı bir ədəd qızıl üzüyü çıxarıb polis əməkdaşlarına verdi. Polis əməkdaşları Elşadın üzərindən təqdim etdiyi bükümlərə onların və Elşadın özünün iştirakı ilə baxış keçirdilər, həmin bükümlərdə tünd qəhvəyi rəngli, kəskin iyli və ağ rəngli, toz-kristal formalı maddələr olduğunu görmüşdür. Elşadın təqdim etdiyi bir ədəd konvalyutda isə üzərində «F M40» sözləri yazılmış, tünd qəhvəyi rəngli həblər olduğunu görmüşdür. Polis əməkdaşları həmin bükümləri və bir ədəd konvalyutu bir ədəd zərfə qoyub qablaşdıraraq zərfi möhürlədilər, həmin zərfin üzərində o, və digər hal şahidi ilə yanaşı Elşad özü də imza etdikdən sonra polis əməkdaşları həmin zərfi götürdülər. Sonra polis əməkdaşları Elşadın üzərindən təqdim etdiyi bir ədəd elektron tərəzini də eyni qaydada qablaşdırdılar və imzalatdıraraq götürdülər. Polis əməkdaşları Elşadın pullarının hamısını özünə geri qaytardılar, lakin iki ədəd mobil telefonu, şəxsiyyət vəsiqəsini və bir ədəd qızıl üzüyü özləri ilə götürdülər. Onların yanında Elşadın üstünə baxış keçirilsə də onun üstündən başqa heç bir şey aşkar edilmədi və götürülmədi. Sonra polis əməkdaşları Elşadla birlikdə saxlanılmış Kamrana üzərində nə əşya varsa təqdim etməsini təklif etdilər, həmin vaxt Kamran üzərində bir ədəd bükümdə təxminən bir qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd «İphone 5S» markalı mobil telefon olduğunu bildirdi, həmçinin onların yanında öz əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ-qara rəngli kağız bükümü, şalvarının sol yan cibindən isə bir ədəd mobil telefonu çıxarıb polis əməkdaşlarına verdi. Polis əməkdaşları Kamranın üzərindən təqdim etdiyi bükümü açdıqda onlar onun içərisində tünd qəhvəyi rəngli, kəskin iyli maddə olduğunu gördülər. Həmin bükümü də polis əməkdaşları içərisindəki maddə ilə birlikdə zərfə qoyub eyni qaydada qablaşdıraraq zərfi möhürlədilər, onlara və Kamrana imzalatdıraraq zərfi götürdülər. Polis əməkdaşları Kamranın təqdim etdiyi mobil telefonu da götürdülər. O, və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilsə də ondan başqa heç bir əşya, maddə və predmet aşkar edilmədi və götürülmədi. Sonra Təqsirləndirilən şəxs2 özünün razılığı, ərizəsi və dəvəti ilə polis əməkdaşları onun yaşadığı, yaxınlıqda yerləşən mənzilə baxış keçirdilər, baxışda o və digər hal şahidi də iştirak etdilər. Səhv etmirsə həmin mənzil hündür mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşirdi. Həmin mənzildən heç bir əşya, predmet və maddə aşkar edilmədi və götürülmədi. Orada şifahi sorğu-sual edilərkən Kamran polis əməkdaşlarına bildirdi ki, təqdim etdiyi bir ədəd bükümdə narkotik vasitə olan heroini saxlandığı vaxtdan təxminən bir neçə dəqiqə əvvəl onunla birlikdə saxlanılmış tanışı Elşad əvəzsiz olaraq vermiş və o da həmin narkotik vasitəni özüzərində özü istifadə etmək məqsədilə saxlamışdır. Elşad da Kamranın dediklərini təsdiq etdi və bildirdi ki, təqdim etdiyi narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və bir ədəd konvalyutda səkkiz ədəd narkotik vasitə olan metadon həblərini Qaraçuxur qəsəbəsində yaşayan «Kamil» adlı şəxsdən Yeni Günəşli qəsəbəsində olarkən ümumilikdə 400 manata özü istifadə etmək məqsədilə almışdır. Elşad «Kamil» adlı şəxsin əlaqə telefonunu da polis əməkdaşlarına söylədi. Daha sonra polis əməkdaşları onu, digər hal şahidini və saxlanılan şəxslər Elşad və Kamranı Baş İdarəyə dəvət etdilər. Polisidarəsində saxlanılan hər iki şəxs üçün dövlət hesabına vəkillər dəvət edildi. Daha sonra baş verənlər barədə protokol tərtib edildi. Tərtib edilmiş protokol ucadan oxundu və doğru olduğu üçün o, da protokolu imzaladı. Məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərinə baxmayaraq, onların müvafiq cinayət əməlini törətməsi faktı öz izahatları və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. xx xxxx 2019-cu il tarixli 18816 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” sözləri və imzalar olan zərfdəki 01 ədəd qara rəngli siqaret kağızı bükümündə təmiz çəkisi – 0,951 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik maddə heroinə oxşar, bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə oxşar, 08 ədəd narkotik maddə olan Metadon həblərinə oxşar maddi sübutlar...” sözləri və imzalar olan zərfdəki, 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi - 2,731 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi-5,324 qram ağ rəngli kristallardan ibarət maddə metamfetamindir və bir ədəd konvalyutda 8 ədəd həblər metadon adlı dərman preparatıdır. Həblərin təsiredici maddəsinin ümumi miqdarı-0.32qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” və “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik maddə heroinə oxşar, bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə oxşar, 08 ədəd narkotik maddə olan Metadon həblərinə oxşar maddi sübutlar” sözlər və imzalar olan 2 ədəd zərfdəki ümumi 2 (iki) ədəd bükümdə olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr heroindirlər və onlar xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Tədqiqata təqdim edilmiş elektron tərəzinin üzərində heroin iz şəklində olduğu üçün tədqiqata təqdim edilmiş heroinlə eynilik aparmaq mümkün deyildir. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (siyahı İ). Metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra 6) daxildir”. xx xxxxxxx 2019-cu il tarixli 2518 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. xx xxxxxxx 2019-cu il tarixli 2529 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini faktik etiraf etdiyini və əməlindən peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayətini faktik etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 2,681 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, qalıq çəkisi 0,905 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, qalıq çəkisi 5,274 qr təşkil edən psixotrop maddə metamfetamin, 7 (yeddi) ədəd metadon həbi və 01 (bir ) ədəd elektron tərəzi məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli xx xxxx 2019-cu ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli xx xxxx 2019-cu ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 2,681 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, qalıq çəkisi 0,905 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, qalıq çəkisi 5,274 qr təşkil edən psixotrop maddə metamfetamin, 7 (yeddi) ədəd metadon həbi və 01 (bir ) ədəd elektron tərəzi məhv edilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-109/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-109/2020
10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver