Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-109/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1971-ci ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 04 oktyabr 2021-ci ildə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində 04 yanvar 2022-ci il tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, müstəntiqin 04 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,415 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq alaraq əldə edib, üzərində saxlayaraq daşımış və 04 oktyabr 2021-ci il tarixdə saat 08:30 dəqiqədə Azərbaycan Respublikası DİN-in ƏÇPA-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, istifadəsi və daşınmasında şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “TOSOİL” YDM-in qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofandan olan bükümdə təmiz çəkisi 0,415 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə saat 08 radələrində tanışı Eşqin adlı şəxslə görüşmüşdür. Həmin gün saat 08.30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “TOSOİL” YDM-in yaxınlığında olan zaman Eşqini Neftçilər metrosuna yola salmaq üçün özünə məxsus avtomobildən düşdülər və yolun kənarında dayanıb başqa avtomobil gözləyən zaman ƏÇPA-nm əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin saxlanması, istifadəsində şübhəli olduğu üçün Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə dəvət etdilər. Onlar da razılaşdılar və polis əməkdaşları ilə birlikdə 32-ci polis bölməsinə gəldilər. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirdilər. O, buna etiraz etmədi, hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirdilər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verildi. O, da əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf sellofandan olan bükümü təqdim etdi. Sorğu zamanı təqdim etdiyi bükümün içərisində “şüşə” kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni taksi fəaliyyəti ilə məşğul olduğu “Kia Rio” minik markalı 10RV081 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağından tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirdi. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülüb zərfə qoyularaq qablaşdırıldı, qablaşdırılmış zərf möhürlə möhürləndi, bu barədə protokol tərtib edildi. Bundan sonra idarə etdiyi “Kia Rio” minik markalı 10RV081 dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirildi, lakin orada heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilmədi. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə iş yoldaşları X3 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə onlara təhkim olunmuş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində xidməti ərazidə xidmət aparan zaman Qaraçuxur qəsəbəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında “Kia Rio” minik markalı, 90LV081 dövlət qeydiyyat nişanlı avtomobildə iki nəfər şəxsin onları görən kimi özlərini şübhəli apardıqlarını gördülər. Həmin şəxslərə yaxınlaşdılar və bu zaman onlardan biri qaçmaq istəmişdir. Onların özlərini şübhəli aparmalarını görüb ikisini də saxladılar və “Kia Rio” minik markalı, 90LV081 dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparıb təhvil verdilər. Orada həmin iki nəfər şəxsin X1 və Təqsirləndirilən şəxs Sahil oğlu olması müəyyən edildi. Həmin iki nəfər şəxsi 32-ci polis bölməsinə təhvil verdikdən sonra xidməti əraziyə qayıtdılar və xidmətlərini davam etdirdilər. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 04 oktyabr 2021-ci il tarixdə iş yoldaşı 32-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid5 ilə birlikdə xidmətdə olduğu zaman X3 Alayının 7-ci Patrul Bölüyünün əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin qarşısındakı yolda iki nəfər şəxsin özünü şübhəli aparması səbəbindən sonuncuları saxlayaraq 32-ci polis bölməsinə gətirmişlər. Həmin şəxslərin X1 və Təqsirləndirilən şəxs olması müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edildi və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil təyin edildi. Daha sonra isə onun və 32-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video görüntü ilə şəxsi axtarış keçirilməyə başlandı. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olundu. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etdi. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşuldu. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində şüşə kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni təxminən bir neçə saat əvvəl taksi fəaliyyəti ilə məşğul olduğu zaman idarə etdiyi “Kia Rio” minik markalı, l0RV081 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağından tapdığını və öz şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirdi. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırıldı. Sonra isə Təqsirləndirilən şəxs Eldar oğlunun üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edildi və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Daha sonra Təqsirləndirilən şəxs Eldar oğlunun öz razılığı ilə bağlı ərizə verdikdən sonra onun idarə etdiyi “Kia Rio” minik markalı, l0RV081 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Əvvəlcə Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobildə qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olundu. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” minik markalı, l0RV081 dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz hər hansı bir əşya və ya predmet olmadığını bildirdi. Bundan sonra həmin “Kia Rio” minik markalı, 10RV081 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi, lakin saxlanması, daşınması, gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet, eləcə də, hər hansı bir maddə və ya büküm aşkar edilmədi. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edildi və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 04 oktyabr 2021-cı il tarixli 6/4373 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,415 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir». 10 dekabr 2021-cı il tarixli 5030 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,365 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixindən 04 yanvar 2022-ci il tarixinədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,365 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-109/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-109/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver