Məhkəmə qərarları › İş №1(010)-109/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-109/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-109/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Haciyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı hüquq bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 yanvar 2023-cü il tarixdə, saat 10:20-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 03 avqust 1971-ci ildə Naxçıvan Muxtar Respublikası, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Zeyvə ərazi dairəsi, Zeyvə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-414/2022 saylı, 09 iyul 2022-ci il tarixli qərarı ilə əvvəli 07 iyul 2022-ci ildən hesablanmaqla 04 müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-617/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-414/2022 saylı, 09 iyul 2022-ci il tarixli qərarı ilə seçilmiş 04 ay müddətə həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz fərdi yaşayış evinin arxa tərəfində tikdirdiyi yardımçı tikilinin içərisində qanunsuz olaraq 11 (on bir) ədəd, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bikilərini kultivasiya etmiş, yəni əkib yetişdirmiş, 07 iyul 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı həmin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz fərdi yaşayış evinə baxış keçirilərkən evin arxa tərəfində tikdirdiyi yardımçı tikilinin içərisində həmin qanunsuz olaraq kultivasiya etdiyi, yəni əkib yetişdirdiyi xeyli miqdarda 11 (on bir) ədəd quru vəziyyətdə ümumi çəkisi 18,78 qram, tərkibində kannabionidli komponentlər olan aqrotexniki qulluq göstərilmiş çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 3-4 il olar ki, tanımadığı şəxslərdən qurudulmuş marixuana əldə edərək istifadə edir. Bir dəfə də öz istifadəsi üçün az miqdarda qurudulmuş marixuananı tanımadığı şəxsdən 10 manata əldə edərkən həmin şəxs ona bir az toxum vermişdir. 2022-ci ilin may ayının ortalarında yalnız öz istifadəsi üçün kifayət edəcək sayda, yəni 10-11 ədəd çətənə kolu əkib-becərmək qərarına gəlmişdir Əvvəllər heç vaxt çətənə kolları əkib yetişdirmədiyindən çətənə kolunu necə əkib yetişdirməyin qaydasını da bilməmiş, yaşadığı fərdi yaşayış evinə bitişik olan yardımçı tikiliyə kənardan giriş olmadığından və evin üst mərtəbəsindən pəncərədən keçməklə ora düşmək mümkün olduğundan çətənə toxumlarını elə həmin yardımçı tikilinin yerinə səpmişdir. Təkcə 10-11 ədəd çətənə kolunu nəzərdə tutaraq toxumları torpağa əkmiş, bundan sonra bir neçə günlük Naxçıvan MR-na gedib oradan qayıdanda yardımçı tikilinin torpaq örtüyündə öz istəyindən asılı olmayaraq başqa çətənəyə bənzər kolların əmələ gəlməsinin şahidi olmuşdur. Çətənə kollarını ayrı-ayrılıqda cərgə ilə də əkməmiş, yardımçı tikilinin torpaq örtüyündə çətənə kollarını daha səliqəli və çox sayda əkib-yetişdirməyə şərait və imkanı olsa da bunu etməmiş, torpaq örtüyünü daş-çınqıldan, kol-kosdan təmizləməmişdir. Yalnız öz istifadəsi üçün 10-11 ədəd kolun dibinə bəzən su verməklə də kifayətlənmişdir. Kənarda yetişmiş kollar isə marağında olmamış, həmin kollara qulluq göstərməmiş, diblərini təmizləməmiş, su verməmişdir. Hətta əkdiyi 10-11 ədəd çətənə kolundan başqa öz istəyindən asılı olmayaraq yetişmiş kolları çıxardıb tullamaq istəmiş, lakin buna imkan tapmamışdır. 07 iyul 2022-ci il tarixdə, saat 14 radələrində evində olduğu zaman polis əməkdaşları evinə gələrək barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğunu deyib, onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar. 30-cu PŞ-nə getdikdən sonra qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, üzərində şəxsi axtarış aparılsa da heç bir narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşya aşkar edilməmişdir. Ərizə verərək yaşadığı evdə baxış keçirilməsinə heç bir etirazı olmadığını göstərmiş, polis əməkdaşları oqronomun iştirakı ilə yaşadığı evə videoçəkiliş aparılmaqla baxış keçirmiş, baxış zamanı yardımçı tikilinin torpaq örtüyündə yetişmiş 77 ədəd çətənə kollarına bənzər kolları torpaqdan çıxardaraq götürmüşlər. Polislərə həmin kollardan yalnız 10-11 ədədini öz istifadəsi üçün əkib yetişdirdiyin və qulluq etdiyini bildirmişdir. Yerdə qalan kolları isə əkmədiyini, toxum səpərkən təsadüfən bitməsini demişdir. Aşkar olunmuş çətənə kolları böyük zərfə qoyulub zəfrin ağzı bağlanıb möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. 10-11 ədəd çətənə kollarını satış məqsədi ilə əkib-yetişdirməmişdir. Ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Ə.Ə.Bağırov Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Nail oğlu göstərdi ki, xx.xx.2022-ci ıl tarixdə 30-cu PŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşıması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxıl olmuş, daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis şöbəsinin rəhbərliyinə məruzə edib əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis şöbəsinin rəisinin əmri ilə ondan və əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Zabit oğlundan ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyt-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozundakı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında olduğunu müəyyən edib orada sonuncunu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu bildirib Suraxanı RPİnin 30-cu PŞ-nə aparmışlar. PŞ-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılış, amma sonuncunun üzərində heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxsla söhbət aparılan zaman yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozundakı nömrəsiz fərdi yaşayış evinin həyətindəki yardımçı binada narkotik tərkibli bitki əkib-becərdiyini etiraf etmiş, yaşadığı evinə, evin həyətyanı sahəsinə və yardımçı binalarına baxış keçirilməsinə razı olduğunu bildirərək bu barədə ərizə vermişdir. Baxış keçirilib narkotik tərkibli birtkilərin görürülməsi üçün qərar qəbul olunmuş, Bakı şəhəri Suraxanı rayon Yaşıllaşdırma idarəsinin rəisi Şahid3 mütəxəssis qismində dəvət olunaraq mütəxəssisin və Təqsirləndirilən şəxs öz razılığı və iştirakı ilə onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozundakı nömrəsiz fərdi yaşayış evinə, həyətyanı sahəsinə və yardımçı binalarına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinə bitişik yardımçı binaya baxış keçirildən zaman yardımçı binada yetmiş yeddi ədəd narkotik tərkibli çətənə kollarına oxşar kolların olduğu müəyyən edilmiş, evə bitişik olan yardımçı tikilinin torpaq sahəsində səliqəsiz şəkildə orda-burda topa halında əkilmiş boyu çox qısa, yəni 5-10 sm olan bitkilər kökündən çıxarılıb bir ədəd kiçik kisəyə yığılaraq kisə möhürlənmişdir. Bu barədə protokol tərtib edildikdən sonra protokolun məzmunu ilə tanış olub imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 A.N.Paşayev ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayonu Yaşıllaşdırma İdarəsinin sahə rəisi Şahid3 göstərdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 30-cu Polis şöbəsinə dəvət olunmuş, Polis şöbəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozundakı nomrəsiz fərdi yaşayış evinə, həyətyanı sahəsinə və həyətində olan yardımçı binalara baxış keçiriləcəyi bildirilmiş, keçiriləcək baxışda mütəxəssis kimi iştirak edib rəy verməsi təklif olunduqda razı olaraq Təqsirləndirilən şəxs öz razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozundakı nomrəsiz fərdi yaşayış evinə, həyətyanı sahəsinə və yardımçı binalarına keçirilən baxışda mütəxəssis qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinin həyatyanı sahəsində olan və yaşayış evinə bitişik tikilmiş yardımçı binaya baxış keçirilən zaman yardımçı binanın torpaq örtüyündə səliqəsiz halda, iki yerdə topa şəkildə, qalan yerdə isə seyrək səpələnmiş halda çətənə kollarına oxşar kolların olduğu müəyyən edilmişdir. Kollar tikilinin içərisində quru, çınqıllı-kəsəkli torpaq örtüyündə əkilmişdir və kolların hündürlüyü 40-45 sm olmuşdur. Baxış zamanı aşkar olunub götürülmüş çətənə bitkilərindən 10-11 ədədinə aqrotexniki qaydada qulluq göstərilmişdir, digər çətənə bitkilərinə isə aqrotexniki qulluq göstərilməmişdir. Təqsirləndirilən şəxs evinin həyətindəki yardımçı tikilidə aşkar edilən kollar polis əməkdaşları tərəfindən kökündən çıxarılmış, bir ədəd kiçik kisəyə yığılaraq kisə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olaraq protokolu imzalamışdır. Təqdim olunmuş çətənə bitkilərinə dair mütəxəssis rəyi tərtib edərək təhqiqata təqdim etmiş, yalnız 10-11 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərildiyindən rəydə bəzi çətənə bitkilərinə qulluq göstərilməsini qeyd etmişdir. İş materiallarında olan həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə haqqında 07 iyul 2022-ci tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Quşçuluq sovxozu, nomrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman həyətdə olan yardımçı tiklidən 77 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli Bakı şəhəri Suraxanı rayonu Yaşıllaşdırma İdarəsinin sahə rəisi Şahid3 tərəfindən tərtib olunmuş rəydən görünür ki, ona təqdim eidlmiş bitkilər yarpaqlarına, gövdəsinə, zoğuna və yarpaqlarının iyinə görə narkotik xassəli çətənə bitkisidir, həmin bitkilər yardımçı tikilinin torpaq örtüyündə yetişmişdir. Bitkilərin hündürlüyü təxminən fərqli ölçülərdə 5-30 sm-dir. Bitkilərdən yalnız bəzilərinin gövdələrinin inkişafda olması, budaqlarının və yarpaqların inkişaf müddətinə uyğun kifayət qədər inkişaf etməsi həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini göstərir. Bitkilərin yetişdiyi torpaq örtüyü çınqıllı-kəsəkli olmaqla təmizlənməmişdir, bitkilər səliqəsiz halda yetişmişdir, həmin bitkilərin sayı ümumilikdə 77 ədəddir. Nəticədə ona təqdim olunmuş bitkilər narkotik tərkibli çətənə bitkiləridir, onların bəzilərinə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 08 iyul 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozundakı nömrəsiz fərdi yaşayış evinin həyətinə, həyətindəki yardımçı binalara baxış keçirilir. Baxış zamanı sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozundakı nömrəsiz fərdi yaşayış evinin həyətindəki yardımçı binadan 77 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabi) bitkisinə oxşar bitkilər aşkar edilirvə kökündən çıxarılaraq götürülür. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozundakı nömrəsiz fərdi yaşayış evinə, həyətyanı sahəsinə və həyətindəki yardımçı binalara baxış davam etdirilir amma 77 ədəd bitkidən başqa iş üçün əhəmiyyət kəsb edəcək əşya və predmet aşkar olunmur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7/748 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs...» yazıları və imzalar olan bır ədəd polietilen torbadakı sayı 77 (yetmiş yeddi) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 200 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannahi) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Ekspertiza tədqiqatına 200 qram kütlə qəbul edilmiş, 1,54 qram nümunə götürüldükdən sonra 198,46 qram kütlə geri qaytarılmışdır. İş materiallarında olan əlavə məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7/1113 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ümumi sayı 77 (yetmiş yeddi) ədəd çətənə (kannabis) bitkilərindən 11 (on bir) ədəd, quru vəziyyətdə ümumi çəkisi 18.78 qram olan bitkilərin tərkibində kannabinoidli komponentlər vardır. Qalan 66 (altmış altı) ədəd, quru vəziyətdə ümumi çəkisi 18,96 qram olan çətənə (kannabis) bitkilərinin tərkibində kannabinoidli komponentlər yoxdur. Tədqiqata təqdim edilmiş 11 (on bir) ədəd çətənə (kannabis) bitkilərinin yetişmə əlamətinə və tərkibində kannabinoidli komponentlərin mövcudluğu onlara aqrotexniki qulluq göstərilməsinə dəlalət edir. Qalan 66 (almış altı) ədəd çətənə (kannabis) bitkiləri zəif inkişafa malik olduğuna və tərkibində kannabinoidli komponentlərin olmadığına görə onlara aqrotexniki qulluq göstərilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X5-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 4391 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyul 2002-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə təqsirli bilinərək, 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli tutma protokolundan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-414/2022 saylı, 09 iyul 2022-ci il tarixli və həmin məhkəmənin 4(010)-414/2022 saylı, 09 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 07 iyul 2022-ci ildən hesablanmaqla 04 müddətə həbs qətimkan tədbiri seçilmiş, 27 oktyabr 2022-ci il tarixdə barəsində seçilmiş 04 ay müddətə həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-414/2022 saylı, 09 iyul 2022-ci il tarixli və həmin məhkəmənin 4(010)-414/2022 saylı, 09 iyul 2022-ci il tarixli qərarları ilə həbsdə və ev dustaqlığında saxlanıldığı 06 ay 19 gün müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin saxlanılmasına zərurət olmadığını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, təqsirləndirilən şəxs seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci, maddəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra quru halda xalis çəkisi 18,23 qram olan çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş 156 (yüz əlli altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını 10 noyabr 2022-ci il tarixli məhkəmə iclasında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixli məhkəmə iclasında göstərilmiş pulsuz hüquqi yardıma görə 02 (iki) iş saatı üçün 12 (on iki) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 06 (altı) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir gününə iki gün hesabı ilə hesablanaraq, ümumilikdə 01 (bir) il 01 (bir) ay 08 (səkkiz) gün müddət Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 01 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş 156 (yüz əlli altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, quru halda xalis çəkisi 18,23 qram və 15,66 qram olan çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixli məhkəmə iclasında göstərilmiş pulsuz hüquqi yardıma görə 02 (iki) iş saatı üçün 12 (on iki) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar