Məhkəmə qərarları › İş №1(010)-109/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-109/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-109/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyyəti ilə məşğul olmuş, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 16 oktyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(010)-627/2023 qərarı ilə axtarış elan edilməklə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 21 mart 2024-cü il tarixdə tutularaq həmin tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 31 oktyabr 2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2020-ci il tarixdən başlayaraq övladı 02 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, uşağa 170,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 oktyabr 2020-ci il tarixli, 2(011)-5376/2020 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 3(010)-836/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 24 fevral 2023-cü il və 29 mart 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla, rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 17 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 4570,00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərdi ki, müxtəlif ünvanlarda fəhlə işləməklə, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş və aylıq gəliri 250,00 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs ilə 2013-cü ildə qeyri-rəsmi ailə qurmuş, evliliklərindən X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ayrıldıqları üçün 2020-ci ildə aliment tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində sonuncu tərəfindən ona qarşı mülki iddia qaldırılmış, məhkəmənin 13 oktyabr 2020-ci il tarixli, 2(011)-5376/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, əvvəli 14 sentyabr 2020ci il tarixdən başlayaraq 02 iyul 2014-cü il təvəllüdlü Zeynəb Məmmədovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, uşağa 170,00 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə, qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yaxşı olmadığından alimenti ödəməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 3(010)-836/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilmiş, bundan sonra, icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə, rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Sonda isə zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, hazırda aralarında heç bir narazılığın olmadığını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ondan şikayət və tələbinin olmadığını, buna görə də, barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə qeyri-rəsmi ailə qurmuş, evlilikərindən X5 dünyaya gəlmiş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ondan ayrılmış, Təqsirləndirilən şəxs övladının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyi üçün Təqsirləndirilən şəxs qarşı aliment tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 13 oktyabr 2020-ci il tarixli, 2(011)-5376/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, əvvəli 14 sentyabr 2020ci il tarixdən hesablanmaqla, 02 iyul 2014-cü il təvəllüdlü Z.Məmmədovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, bir uşağa 170,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar ona bildiriş təqdim edilsə də, sonuncu alimenti ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 3(010)-836/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. İcra məmuru alimentin ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verməsinə baxmayaraq o, alimenti ödəməməklə, məhkəmə aktının icrasından yenidən qərəzli olaraq yayınmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Göstərilənləri nəzərə alaraq, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, əvvəli 14 sentyabr 2020-ci il tarixdən hesablanmaqla, 02 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, 170,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 oktyabr 2020-ci il tarixli, 2(011)-5376/2020 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 19 oktyabr 2022-ci il tarixdə “icraata başlanma haqqında” qərar qəbul edilmişdir. Tələbin könüllü icra müddətində təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildiriş təqdim edilməsinə baxmayaraq o, alimenti ödəmədiyi üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatı alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmişdir. Təqsirləndirilən şəxs isə izahatında fərdi əməklə məşğul olduğunu bildirsə də, alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də, sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 3(010)-836/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də, hərəkətlərini davam etdirməklə, məhkəmə aktını qərəzli olaraq yenidən icra etməmişdir. Məhkəmə istintaqında ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edimiş Şahid2 ibtidai istintaqda Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Cinayət işi 18 avqust 2023-cü il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin böyük müstəntiqi, ədliyyə müşaviri X4 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə başlanmışdır. (iş.v. 1-2) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(011)-5376/2020 saylı qətnaməsinə və həmin tarixli icra vərəqəsinə əsasən, iddia təmin edilərək 02 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. (iş.v. 11-14) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(011)- 5376/2020 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs ödənilən aliment işi üzrə cədvəldən görünür ki, 14 sentyabr 2020-ci il tarixdən 20 iyun 2023-cü il tarixədək ödənilməli cəmi 5610 manat aliment borcundan 1040 manat ödəniş həyata keçirilmiş, 4570 manat ödəniş isə ödənilməmiş qalmışdır. (iş.v. 18) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 3(010)-836/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində əvvəli həmin tarixdən hesablanmaqla, 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. (iş.v. 28-30) İş materiallarından görünür ki, 23 yanvar 2023-cü il, 24 fevral 2023-cü il, 29 mart 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs “xəbərdarlıq”la Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi tərəfindən məhkəmə qərarında göstərilmiş borcu ödəməkdən boyun qaçırdığı halda, Azərbaycan Respublikası CM-in 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. (iş.v. 34-36) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 may 2023-cü il tarixli, 8(010)-85/2023 saylı qərardad ilə Bakı şəhəri Suraxanı İcra şöbəsinin icra məmuru Adil Yusubovun təqdimatı təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(011)-5376/2020 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (iş.v. 42-45) 2023-cü ilin fevral ayında tərtib edilmiş aktla Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(011)-5376/2020 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış nəticəsində, həmin tələbin yönəldilə biləcəyi əmlaklar aşkar edilməmişdir. (iş.v. 48) 06 iyun 2023-cü il tarixdə tələbkar Zərərçəkmiş şəxs tərəfindən Suraxanı Rayon İcra şöbəsinə borclu Təqsirləndirilən şəxs aliment borcundan cəmi 1040 manat ödəniş etməsi, hazırda isə 4400 manat aliment borcunun qalması, borcunu qərəzli olaraq ödəməməsi və CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ərizə daxil olmuşdur. (iş.v. 49) Azərbaycan Respublikası ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 3 saylı Bakı Dost Mərkəzindən Suraxanı Rayon İcra şöbəsinə ünvanlanan 22 may 2023-cü il tarixli, “işsiz kimi qeydiyyatda olub-olmaması” haqqında məktubdan görünür ki, Təqsirləndirilən şəxs ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qeydiyyatda olmadığı, “Əmək müqaviləsi bildirişi” altsistemində isə adına hal-hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. (iş.v. 50) 07 iyul 2023-cü il tarixli, Suraxanı RİHB-in Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Q.İslamov tərəfindən verilmiş “Xasiyyətnamədən” görünür ki, Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (iş.v. 51) 18 sentyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (iş.v. 78-80) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 77) 16 oktyabr 2023-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 1(010)-627/2023 qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən 29 noyabr 2023-cü il tarixli qərarla barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək, axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 21 mart 2024-cü il tarixdə tutularaq həmin tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini və cinayət işinin materiallarını tədqiq edərək məhkəmə araşdırmasının nəticəsi olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkəti protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. 10 iyun 1997-ci il tarixli Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 306-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-nin 37.6-cı maddəsinə əsasən bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Göründüyü kimi CM-nin 306.1-ci maddəsi ilə olan cinayət əməli nə xüsusi ittiham nədə ki ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə aid edilmir və ictimai ittiham hesab olunur. CPM-nin 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir. Zərərçəkmiş şəxs 10 may 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək iş üzrə icraata CM-in 306.1-ci maddəsinin Qeydinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tamamilə ödəməsini, əməlindən peşman olmasını və barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği ümumilikdə 4570 manat təşkil edir və hazırkı gündə dəymiş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına əsasən Mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir. CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. CM-nin 306-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: - barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; - təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; - təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. İşin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən aliment borcu ödənilmiş hesab edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin maddənin qeydinə əsasən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Hazırkı cinayət işi üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamış, dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, təqsirləndirilən şəxs barəsində mövcud iş üzrə məhkəmə istintaqı dövründə həbs növündə qətimkan tədbiri seçilmişdir. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin zərərçəkmiş şəxs onunla barışdığından, ona dəymiş ziyan tamamilə ödənildiyindən, ondan şikayət və tələbi olmadığından Azərbaycan Respublikası CM-nin 73.3-cü və 306-cı maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. CPM-nin 41.1-1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə cinayət işi materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 347, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, onun barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydi tətbiq edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar