Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-11/2020 22.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi x1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1997-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu Rüdəkənar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, 01 – 03 yanvar 2019-cu il tarixləri üzrə tutulmuş, barəsində Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qərarı ilə axtarış elan olunmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən 22 mart 2020-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 dekabr 2018-ci ildə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən 15 nömrəli binanın qarşısından Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində olan, lizinq müqaviləsinə əsasən Şahid4 lizinqə verilmiş 17.000 manat dəyərində “Mercedes Benz E200” minik markalı 90PG649 dövlət qeydiyyat nişanlı avtomobili açarlarının salonda olmasından istifadə edərək talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmış, 31 dekabr 2018-ci ildə saat 16 radələrində həmin avtomobili idarə edərkən Suraxanı Rayon Polis İdarəsinin 30cu polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 36 ünvanın qarşısında saxlanılmışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən 14a nömrəli binada valideynləri ilə birlikdə yaşayıb. Qonşu binada yaşayan Fərid adlı şəxslə dostluq edirdi. 31 dekabr 2018-ci ildə saat 12:30 – 13:00 radələrində Fəridlə görüşmüş, onunla söhbət etdiyi vaxt sonuncudan danışmaq üçün mobil telefonunu istəmişdir. Fərid telefonunun evdə qaldığını demiş və onu gətirmək üçün evinə getmişdir. O (təqsirləndirilən şəxs), Fəridin atasına məxsus “Mercedes Benz” markalı 90PG649 dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olduğunu və açarlarının üstündə olmasını görüb sürmək məqsədi ilə işə salmış və sürüb getmişdir. Səkkizinci Kilometr qəsəbəsində avtomobili bir qədər sürdükdən, oradakı maşın bazarının yanındakı körpünün altından keçdikdən sonra yolda tıxac olduğunu görmüş, bu zaman polis əməkdaşları onu saxlayıb avtomobillə birlikdə polis bölməsinə gətirmişlər. Orada cinayətini etiraf etmişdir. Qeyd edir ki, avtomobili sadəcə idarə edib və ona heç bir zərər vurmayıb. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb cinayət məsuliyyətindən azad olunmasına dair qərar verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş x2 bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-də hüquqşünas vəzifəsində işləyir. Qeyd edir ki, MMC-nin mülkiyyətində olan “Mercedes Benz E200” minik markalı 90PG649 dövlət qeydiyyat nişanlı avtomobil təmsil etdiyi MMC-nin mülkiyyətində olmaqla lizinq müqaviləsinə əsasən Şahid4 lizinqə verilmişdir. Avtomobilin 31 dekabr 2018-ci ildə qaçırılması faktı ilə bağlı təmsil etdiyi MMC istintaqa zərərçəkmiş şəxsi qismində cəlb edilib. Qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən avtomobilə heç bir zərər vurulmayıb. MMC ilə təqsirləndirilən şəxs arasında barışıq əldə olunub və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Qürbət oğlu bildirmişdir ki, hadisənin baş verdiyi dövrdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyib. 31 dekabr 2018-ci ildə saat 13 radələrində ünvan 3 ünvanda yaşayan Şahid4 “Mercedes Benz E200” minik markalı 90PG649 dövlət qeydiyyat nişanlı avtomaşının qaçırılması barədə məlumata əsasən polis bölməsinin rəhbərliyinin avtomaşın və avtomaşını qaçırmış şəxsin saxlanması barədə göstərişinə əsasən avtomaşını axtararkən Səkkizinci Kilometr qəsəbəsində maşın bazarı deyilən yerdə körpünün altından keçib Xətai rayonu istiqamətə hərəkət edən qaçırılmış avtomaşını və onu idarə edən Təqsirləndirilən şəxs tıxacdan istifadə edərək saxlamışdır. Təqsirləndirilən şəxs 30-cu polis bölməsinə gətirmişdir. Saxlanarkən avtomaşın saz vəziyyətdə, zədəsiz və bütün detalları üzərində olmuşdur. Avtomaşının sahibi avtomaşının bütün detallarının üzərində olması və zədəsiz olmasını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Poladlı x3 Şahbaz Qürbət oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı onun öz etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 28 fevral 2019-cu il tarixli 2232 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Ekspertiza təyini haqqında qərarda qeyd edilən 2013-cü il buraxılışı “Mercedes Benz E200” minik markalı 90PG649 dövlət qeydiyyat nişanlı avtomobilin 2018-ci ilin dekabr ayına normal vəziyyətdə orta bazar qiyməti təxminən 17.000 (on yeddi min) manat müəyyən edilir”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD nömrəli Qanununun 1.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə “179.1” rəqəmlərindən sonra “, 185.1” rəqəmləri əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin yeni redaksiyasına əsasən «Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Beləliklə, yeni qanun məhkumun vəziyyətini yaxşılaşdırır. Azərbaycan Respublikası CM-nin cinayət qanununun zamana görə qüvvəsi məsələlərini tənzimləyən 10.3-cü maddəsinə əsasən «Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir». Məhkumun vəziyyətini yaxşılaşdıran yeni Qanunun CM-nin yuxarıda istinad olunan müddəasının tələbinə görə geriyə qüvvəsinin olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cinayətin törədildiyi vaxt Azərbaycan Respublikasının CM-də həmin Məcəllənin 185.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünə dair müddəanın olmadığına baxmayaraq, təqsirləndirilən şəxsə münasibətdə CM-nin hazırda qüvvədə olan 73-1.1-ci maddəsi tətbiq edilməlidir. İşin faktik hallarından görünür ki, Təqsirləndirilən şəxs əməli nəticəsində zərərçəkmiş hüquqi şəxsə ziyan vurulmamış, həmçinin onunla zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuşdur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilməli və onun CM-nin həmin maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E200” minik markalı 90PG649 dövlət qeydiyyat nişanlı avtomobilin lizinq müqaviləsi üzrə onu idarə edən Şahid4 qaytarıldığı nəzərə alınmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilsin və onun CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, hazırkı qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E200” minik markalı 90PG649 dövlət qeydiyyat nişanlı avtomobilin lizinq müqaviləsi üzrə onu idarə edən Şahid4 qaytarıldığı nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-11/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-11/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver