Məhkəmə qərarları › İş №1(010)-11/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-11/2022

06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-11/2022 06.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Eldar İmdad oğlunun, Zərərçəkmiş şəxs Quliyev İntiqam Alik oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Naxçıvan MR, Culfa şəhəri, M.S.Ordubadi m. 13 ünavnında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi nömrəsiz ünvanda yaşamış, barəsində“həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 fevral 2021-ci il tarixdə, saat 16 radələrində digər şəxslə birlikdə, əvvəlcədən əlbir olan bir qrup şəxs halında ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus evin pəncərəsini sıxıb açmaqla qanunsuz daxil olaraq, yataq otağında olan dolabın siyirməsindən 3.500 manat, paltar dolabının üstündəki çamadandan 900 manat, həmin dolabda olan qadın əl çantasının içərisindən 100 manat dəyərində 1 cüt qızıl uşaq sırğası, 700 manat dəyərində klonla birlikdə 583 əyarlı qızıl qadın boyunbağını, 270 manat dəyərində sadə qaşlı İtaliya istehsalı olan qızıl kişi üzüyünü və 570 manat dəyərində olan briliant qaşlı İtaliya istehsalı qızıl qadın nişan üzüyünü gizli olaraq talayıb və Zərərçəkmiş şəxs 6.040 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ji ilin fevral ayının 2-də, saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində tanışı X6 ilə görüşüb, Suraxanı rayonu, Binə qəsəbəsi parniklər deyilən ərazidə tanışı ilə görüşməyə gedən zaman Suraxanı rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi ərazisində olarkən, evlərin qarşısından keçmişdir. Həmin vaxt evlərdən birinin qapısının aralığından qapının bağlı olduğunu bilmiş və həmin evdə heç kimin olmadığını fikirləşmişdir. Bunu Rüfətə bildirmiş və oradan oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra evin yan tərəfindən hasara qalxaraq evin həyətinə nəzər salmış və heç kimin olmadığını görüb, həyətə tullanmışdır. Arxası ilə Rüfət hasara qalxaraq, həyətə düşmüşdür. Həyətə düşdükdə iki mərtəbəli yarımtikili evin arxa tərəfi ilə gedib yan tərəfində dayanmış, sonra həyətin darvazasının qapısını içərdən bağlamışlar. Bundan sonra evin yan tərəfinin plastik pəncərəsini əli ilə sıxıb açmışdır. Evə daxil olmuş və evdə heç kimin olmadığını görüb, bunu Rüfətə bildirmişdir. Daxil olduğu pəncərə qonaq otağının pəncərəsi idi. O, qonaq otağına daxil olduqdan sonra Rüfət də arxası ilə daxil olmuşdur. Onlar birlikdə yataq otağına keçmişlər. Yataq otağında Rüfət paltar dolabını axtarmış, o isə yataq otağının giriş qapısının yanında olan dolabı və yatağın döşəyinin altını axtarmışdır. O, həmin evdən heç bir şey tapa bilməmiş, lakin Rüfət paltar dolabından şəffaf rəngli xırda ölçülü polietelin torbada olan bir ədəd qızıl qadın üzüyü, 1 ədəd qızıl kişi üzüyü, başqa eyni formalı torbada qızıl uşaq sırğasının və qızılların yığılmağı üçün nəzərdə tutulmuş balaca ölçüdə kisəciyi ona vermiş və o, kisəciyi açıb içərisinə baxanda, orada klonla birlikdə qızıl qadın boyunbağının olduğunu gördüm. Bundan sonra küçədən səs gəldiyi üçün evə kiminsə gələ biləcəyini güman etmişdir. Bundan sonra o, yenidən qonaq otağına keçmiş, televizor altlığının süyürməsini açmaq istəsə də, aça bilməmiş və yataq otağının pəncərəsini açıb həyətə düşmüşdür. Həyətdə olan yarım tikili evin arxasından keçib hasara qalxaraq boş əraziyə tullanıb, oradan uzaqlaşmışlar. Oradan çıxdıqdan təxminən yarım saat sonra Xəzər rayonunun Binə qəsəbəsində yerləşən qızılların alışı və satışı ilə məşğul olan mağazaya getmiş və öz şəxsiyyət vəsiqəsi ilə uşaq sırğasını 60 manata satmışdır. Həmin pulu yarı bölüb, adama 30 manat götürmüşlər. Bundan sonra Binə qəsəbəsindən 1 manatlıq taksilərə minib Neftçilər metro stansiyasına gəlmişlər. Neftçilər ticarət mərkəzinin yanında olan qızılların alışı və satışı ilə məşğul olan mağazaya girib, öz şəxsiyyət vəsiqəsi ilə kişi üzüyünü 180 manata satmışdır. Oradan piyada gəzərək, Laçın ticarət mərkəzinə gəlmişlər. Laçın ticarət mərkəzinin bağlı olduğunu görüb oradan bir az qarşıda olan qızıl alqı-satqısı mağazasının olduğunu görmüşlər. Ona görə də ora yaxınlaşıb içəri girərək, öz şəxsiyyət vəsiqəsi ilə qadın boyunbağısını və qadın üzüyünü 360 manata satmışdır. Həmin gün əldə olunan pulların hamısını yarı bölmüşlər və şəxsi ehtiyaclarına xərcləmişlər. Lain o, qeyd etdiyi evdən heç bir pul vəsaiti oğurlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Quliyev İntiqam Alik oğlu ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, ünvan 3 ünvanda yaşayır. 2021-ji fevral ayının 2-də o, səhər işə getmişdir. Həmin gün həyat yoldaşı övladları ilə evdə qalmışdır. Təxminən saat 12 radələrində həyat yoldaşı övladlarını məktəbə aparıb, özü evə qayıtmışdır. Bundan təxminən 3-4 saat sonra gedib uşağı məktəbdən götürmüş və evə qayıtmışdır. Evə qayıdan zaman darvazanın qapısının arxadan bağlı olduğunu görüb, ona zəng edərək, bu barədə məlumat vermişdir. O, da buna görə qonşuluqda yaşayan İsmayıla zəng edib xahiş etmişdir ki, həyətə hasardan düşsün və evin qapısını açsın. İsmayıl də o, dediyi qaydada evin həyətinə düşmüş və qapını açandan sonra ona zəng edib bildirmişdir ki, evin pəncərələrinin ikisi açıqdır. O, da bundan sonra düşünmüşdür ki, evdən oğurluq olub və buna görə də 102 xidmətinə zəng etmişdir. Daha sonra isə evə gəlmiş və polis əməkdaşlarının artıq evdə olduqlarını görmüşdür. Bundan sonra evə baxış keçirilmiş və evin yataq otağından qapının girişinin sağ tərəfində olan dolabın sürməsindən 3.500 manat, paltar dolabının üstündə olan karton qutunun içərisindən 900 manat pulun, həmin dolabın içərisindən qadın çantasında olan 570 manat dəyərində briliant qaşlı İtaliya istehsalı qızıl qadın nişan üzüyünün, 270 manat dəyərində sadə qaşlı İtaliya istehsalı olan qızıl kişi nişan üzüyü, 700 manat dəyərində üzərində klon olan 583 əyarlı boyunbağı və 100 manat dəyərində uşaq sırğasının oğurlandığını aşkar etmişdir. Ümumilikdə hadisə nəticəsində ona 6.040 manat maddi ziyan dəymişdir. İş üzrə digər təqsirləndirilən şəxs X6 ona vurduğu ziyandan 700 manat məbləğində pul vəsaiti ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona vurulmuş zərərin təqsiləndirilən şəxsdən tələb etdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının 2-də o, evdə olduğu vaxt qonşusu İntiqam onun mobil telefonuna zəng edərək bildirmişdir ki, yaşadıqları evin darvaza qapısı arxadan bağlanıb və uşağı ilə həyat yoldaşı küçədə qalıb. Buna görə də xahiş etmişdir ki, gedib hasardan həyətə düşsün və qapını arxadan açsın. O, da İntiqamın dediyi kimi gəlib hasardan qalxaraq həyətə düşmüş və darvaza qapısını arxadan açmışdır. Bundan sonra yenidən İntiqama zəng edərək bildirmişdir ki, evin iki pəncərəsi açıqdır. Buna görə də təxmin etmişdir ki, evdən oğurluq olub. Bundan sonra İntiqam polisə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən qızıl alqı-satqı mağazasını icarə əsasında təxminən 9 ildir ki, işlədir. 02 fevral 2021-ci il tarixdə, saat 18 radələrində, mağazada olan zaman iki nəfər tanımadığı şəxslər, hazırki iş üzrə təqsirləndirilən şəxslər mağazaya gələrək, onlardan Qafar adlı şəxs qızıl sırğa satdığını bildirmişdir. O, da həmin qızıl sırğaya baxmışdır. Sırğa kiçik ölçülü uşaq sırğası olmuşdur. O, həmin sırğanın çəkisi ölçmüş və çəkisinin 1,2 qram olduğunu onlara bildirmişdir. Həmin qızıl sırğaya günün kursuna əsasən 60 manat verə biləcəyini bildirmişdir. Onlar da razılaşmışlar. Bundan sonra o, həmin şəxsdən şəxsiyyətini təsdiq edən vəsiqəsini tələb etmişdir. Bu şəxs də özünə məxsus, yəni Təqsirləndirilən şəxs adına verilmiş şəxsiyyət vəsiqəsini təqdim etmiş, o da şəxsiyyət vəsiqənin surətini çıxartmış və həmin kserosurətin üzərində qeydiyyatını apardıqdan sonra həmin qızıl sırğanı ondan qəbul edib 60 manat pulu vermişdir. Bundan təxminən 3 gün sonra həmin qızıl sırğanı tanımadığı müştəriyə satmışdır. Bir neçə gündən sonra polis əməkdaşları həmin şəxslə birlikdə onun işlədiyi mağazaya gələn zaman ona məlum olmuşdur ki, həmin şəxslər satdığı qızıl sırğanı oğurlamışlar. Ancaq sırğanı satan zaman həmin sırğanın evdəkilərə aid olduğunu və ehtiyacı olduğu üçün satdığını demişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, ünvan 4 ünvanda yerləşən “İmişli telekom” adlı mağazada mobil telefon alış-satışı mağazasında satıcı kimi işləyir. Mağazada yalnız mobil telefon alış-satışı və təmiri ilə məşğul olurlar, arada bir isə qızıl satmaq istəyən şəxs gəldikdə yoxladıqdan sonra qızılı lom qiymətinə alıb sonra başqa qızıl alış-satışı ilə məşğul olan mağazaya satırlar. Ondan başqa həmin mağazada başqa işçi yoxdur. Mağazanı isə Nofəl Məmiyev icarəyə götürərək işlədir. Hər gün o, səhər saat 09 radələrində gedib mağazanı açır və axşam təxminən saat 20 radələrində isə mağazanı bağlayıb evə gedir. 02 fevral 2021-ci il tarixdə, təxminən günorta saat 15 radələrində o, mağazada tək olan zaman iki nəfər tanımadığı şəxs mağazaya gəlmiş və onlardan biri qızıl satmaq istədiklərini deyərək, ondan qızıl alıb-almadığını soruşmuşdur. O, da qızıla baxıb, sonra fikrini deyəcəyini bildirmişdir. Bundan sonra digər oğlan barmağından bir ədəd kişi üzüyünü çıxarıb ona təqdim etmişdir. O, həmin kişi üzüyünə baxıb yoxladıqdan sonra 585 əyarlı və 3,22 qram çəkidə olduğunu müəyyən etmişdir. Bundan sonra həmin şəxslərə qızılın bir qramını 43,5 manata ala biləcəyini demişdir. Onlar da razılaşmışlar. Bundan sonra o, həmin kişi üzüyünü götürüb hesablayaraq 140 manat pulu barmağından üzüyü çıxarıb ona verən şəxsə vermişdir. Həmin vaxt o, qızılı aldığı şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş və sonuncu özünə məxsus şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, da vəsiqənin kserosurətini çıxarıb həmin günün tarixini, aldığı qızılın növünü və qramını, həm də həmin şəxsin əlaqə nömrəsini yazmış və kserosurətə onun imzasını çəkdirmişdir. Bundan sonra həmin şəxslər mağazadan çıxıb getmişlər. O, da həmin qızıl üzüyü 160 manata pərakəndə şəkildə qızıl alış-satışı ilə məşğul olan şəxslərə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti şimal-şərq çıxışında yerləşən “Təkbir” adlı qızıl-gümüş mağazasını təxminən 10 ildir ki, işlədir. 02 fevral 2021-ci il tarixdə saat 18 radələrində, mağazada olan zaman bir nəfər tanımadığı şəxs mağazaya gələrək, üzərində klon olan qızıl boyunbağı və 1 ədəd qadın üzüyünü satdığını bildirmişdir. O, həmin qızıllara baxmış və qızılların kimə məxsus olduğunu həmin şəxsdən soruşmuş, sonuncu isə öz növbəsində ona bildirmişdir ki, qızıllar öz ailəsinə məxsusdur, evdə xəstəsi olduğu üçün onları satır. Bundan sonra o, həmin qızılların çəkisini ölçmüş və çəkisinin sadə qaşlarla bir yerdə 6,5 qram, təmiz çəkisinin isə 6 qram, əyarının isə 583 olduğunu müəyyən edib, bu şəxsə bildirmişdir. Həmin qızıl zinət əşyalarına günün kursuna əsasən 360 manat verə biləcəyini demiş, bu şəxs də ona bildirmişdir ki, qızılı başqa mağazalarda da göstərmişdir və o, qiyməti yuxarı dediyindən, onun təklifi ilə razıdır. Bundan sonra o, həmin şəxsdən şəxsiyyətini təsdiq edən vəsiqəsini tələb etmiş, sonuncu da özünə məxsus, yəni Təqsirləndirilən şəxs adına verilmiş şəxsiyyət vəsiqəsini təqdim etmiş, o, şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və həmin kserosurətin üzərində qeydiyyatımı apardıqdan sonra həmin qızıl zinət əşyalarını ondan qəbul edib 360 manat pulu ona vermişdir. Bundan təxminən 4-5 gün sonra həmin qızıl zinət əşyalarını tanımadığı müştəriyə satmışdır. Bir neçə gündən sonra polis əməkdaşları həmin şəxslə birlikdə onun işlədiyi mağazaya gələn zaman, ona məlum olmuşdur ki, həmin şəxs ona satdığı qızıl zinət əşyalarını oğurlamışdır. Ancaq bu şəxs qızılları ona satan zaman, həmin qızıl-zinət əşyalarının evdəkilərə aid olduğunu və ehtiyacı olduğu üçün satdığını demişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub saxlanılmışdır. İş materiallarından müəyyən olunur ki, 17 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün Suraxanı rayon prokurorluğuna vəsatət verilmiş, lakin Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri X5 vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərar qəbul etdiyindən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, 06 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 1(010)- 177/2021 saylı 23.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tətbiq edilmişdir. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 1(010)- 177/2021 saylı 03.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsli axtarış elan olunmuşdur. İş materiallarında olan AR DİN Suraxanı RPİ-nin 30-ju PŞ-dən daxil olmuş 18.12.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 18.12.2021-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq, Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 28.07.2017-ci il tarixdə Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03.02.2020-ji il tarixdə jəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək, zərərçəkmiş şəxsin evindən ittiham aktında qeyd olunan qızıl zinət əşyalarını oğurladığını bildirərək, eyni zamanda, zərərçəkmiş şəxsin evindən nəqd pul vəsaitini oğurlamadığını göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq, onu məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun törətdiyi əməli qismən etiraf etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş əmlak müsadirəsi yoxdur. Məhkəmə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək tutulduğu 01 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar