Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-11/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X7, təqsirləndirilən şəxs X7, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X7, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X15 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni ümumi təmiz çəkisi 2,960 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış və 19 iyul 2021-ci il tarixdə saat 17:45 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsində keçirmiş olduqları əməliyyat-axtarış tədbiri zamanı qeyd edilən ünvanda Aytən Şıxheybətova həmin bölmənin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib Aytən Şıxheybətovanın üzərinə keçirilən baxış zamanı əlindəki qara rəngli pul kisəsinin içərisindən 1 ədəd bükümdə təmiz çəkisi 2,960 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa X15 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Şahid7 və Şahid6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 avqust 2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 üvanında olan fərdi yaşayış evinə həyətin giriş qapısının kilidini özləri ilə gətirdikləri lom əşyası ilə sındırıb həyət qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən yaşayış sahəsinin giriş qapısı üzərində olan dəmir barmaqlığı və daha sonra plastik qapısını həmin əşya ilə sındırıb açmaqla evdən bir ədəd 1000 manat dəyərində olan «Samsung» markalı televizoru, bir ədəd 1000 manat dəyərində olan «Lenova» markalı notebooku, bir ədəd 500 manat dəyərində «Huawei» markalı tablet, 2-ci mərtəbədə olan yataq otağındakı dolabdakı qızıl qabında olan bir ədəd 100 manat dəyərində üzərində mirvari qaşları olan klonlu nazik boyunbağını, bir dəst 2000 manat dəyərində kvadrat formalı 4 ədəd biriliant qaşları olan sırğa dəstini, bir ədəd 20 manat dəyərində binokl və 10 manat dəyərində qabını, bir ədəd 20 manat dəyərində masa üstü örtüyü, bir ədəd 10 manat dəyərində əl üz dəsmalını gizli yolla talayıb Zərərçəkmiş şəxs cəmi 4660 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa X15 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,661 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə barəsində narkotik vasitələri əldə edib, saxlayıb, daşıması ilə əlaqədar daxil olmuş məlumat əsasında 30 avqust 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Qara-Cuxur qəsəbəsi, Mədən küçəsi, “Əfsun” şadlıq evinin yaxınlığında keçirmiş olduqları əməliyyat-axtarış tədbiri zamanı qeyd edilən ünvanda Şahid6 həmin bölmənin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,661 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs iş üzrə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, latın qrafikasında sərbəst yazıb oxumağı bacarır. Hər hansı psixiatriya xəstəxanasında qeydiyyatı yoxdur. Hazırda Suraxanı RPİ-in istintaq şöbəsində müstəntiq Tural Hüseynovun icraatında barəsində 234.1-ci maddəsi ilə cinayət işi istintaq olunur. Onun himayəsində 3 yaşlı azyaşlı uşağı vardır. Ailəsi 3 nəfərdən ibarətdir. X42 ilə anası X3 rəsmi nikahdan o olmuşdur. xx.xx.2018-ci il tarixdə X18 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onun xx.xx.2019-cu il tarixdə oğlu X32 anadan anadan olmuşdur. Atası və anası xeyli müddət olar ki, ayrılmışlar. Şahid7 ortaq tanışlar vasitəsi ilə 7-8 ay müddət olar ki, tanımış, 4 ay müddət olar ki, Şahid7 onun evinə gəlib gedir və demək olar ki, 1 ay müddət olar ki, onunla ailə kimi yaşayır. Bunu anası, nənəsi, ögey atası bilmişdir. Şahid7la onun qalmış olduğu evdə nənəsi yaşamışdır. “Günəş kardeşlər” firmasında ekspeditor işləmişdir. Şahid6 4 ay müddət olar ki, Şahid7 vasitəsi ilə Əmircanda olduğu vaxtdan tanımış, ona bildirmişdir ki, xalça yuma şirkətində ekspeditor işləyir və son zamanlar isə işsiz olmasını, atası və anasının ayrılmasını, özünün atası ilə xəstə qardaşı ilə birlikdə Suraxanı rayonu Əmircan qəsəbəsində yaşamasını bildirmişdir. Əmircan kənd uşağı olaraq onların ortaq tanımış olmuş, onlar arasında ortaq tanışlar olmuş, həmin vaxtdan onlar arasında salam sağol olmuşdur. Şahid6 ilə son 4 ay müddət olar ki, Şahid7 yaxın münasibəti yaranmış, həmin yaxınlıq dostluq münasibətinə keçmişdir. Belə ki, o 4 ay müddət olar ki, işdən çıxmış, işsizlik olmuş, kənddə gəzən zaman onu görmüş, yaxınlaşıb söhbət etmişdir. Şahid7 vasitəsi ilə Şahid6 4 ay müddət olar ki, tanımış və onlar arasında hər hansı əlavə düşmənçilik olmamışdır. Onlar birlikdə üçü kafeyə gedir, dönər yeyir və.s yerlərdə birlikdə olur və hətta taksi ilə dənizə istirahət etmək üçün gedirdilər. Belə ki, Şahid6 onların yaşadığı evə, onlarda onun yaşadığı evə gedib gəlmişlər. Şahid7 Xırdalan uşağı olmuş və ona görə Əmircana gəlmişdir. Təxminən 2 il müddət olar ki, narkotik maddə olan kakos qəbul edir. Belə ki, o ilk dəfə heroin qəbulunu onunla Suraxanıda bazar tərəfdə «Xan çay» evini işlədən Alim adlı şəxs onu mala otuzdurmuş və Alim və yanında olan tanışları ona bildirmişdir ki, “bir tüstü al rahat yatarsan”. Sonra o, bir müddət kənddə olan Akuş, Rəşad, Səmadan və Emmadan almış və onlar hazırda tutulmuşlar. Son zamanlar o İlyasdan özü mal almışdır. Sonuncu dəfə o malı İlyasdan almışdır. O Suraxanı dairəsində taksi sürücüsü işləyir. Şahid6 istifadəsində olan «HTC» markalı üzərində 050 *** ** ** nömrəsi olan telefonu olmuşdur və onun öz telefonunu satmasını bilmişdir. Şahid6 İlyas adlı şəxs Suraxanı uşağı olan taksi fəaliyyəti ilə məşğul olan ağ rəngli «Hundai Akcent» markalı dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan şəxsdən heroin və metamfetamin almasını bildirmiş və həmin maldan ona Kamrana gətirib vermişdir. Onlar bir neçə dəfə Şahid6 yaşadığı evdə həmin vasitəni və Şahid6 həmçinin maddəni qəbul etmişdir. Kamran istifadəsində 070 *** ** ** nömrəsi 060 *** ** ** Naxçıvan MR aid nömrə olmuşdur, onun istifadəsində isə 055 *** ** ** nömrəsi olmuşdur. 12 avqust 2021-ci il tarixdə saat 11 radələrində Şahid6 yaşadığı mənzilə Kamranla getmişdir. Həmin vaxtı Şahid6 qardaşı və atası evdə olmamışdır. Evdə olan zaman Şahid6 bildirmişdir ki, narkotik vasitə tələbatı olmuşdur və bədənində ağrılar olduğundan pula ehtiyyacı olmasını bildirdi ki, bəs narkotik və psixotrop tərkibli maddə alsın və bibisinə aid Qaruçuxur qəsəbəsində ev olmasını onun evdə olmadığını bildirmişdir. Bildirmişdir ki, bəs siz evin ətrafını müşahidəyə götürsünlər və özünün isə evə daxil olmaqla oğurluq edəcəyini bildirmişdir. Hər kəsin maddi vəziyyəti pis olduğundan onlar razılaşmışlar və ona həmin işdə köməklik edəcəyini bildirmişlər. Onlar Şahid6 demiş olduğu evdən oğurluq etməyi qərarlaşdırmış və Şahid6 onlara bildirmişdir ki, bəs onlar evin ətrafını müşahidəyə götürsünlər və evə daxil olduğu orda olan əşyaları çıxaran zaman ona köməklik etsinlər, həmdə kənar hər hansı bir şəxs və ev sahibi gələn zaman ona xəbər etsin. Belə ki onlar fit çalmaqla ona xəbər etməli idik. Onlar belə bir formada qərarlaşmışlar və hər kəs öz işini həmin ünvanda görməl idi. Onlar Şahid6 yaşadığı evin kənarından kəndin içərisindən doğru hərəkət etmişlər, orda olan yol taksisinə minib Qaraçuxur qəsəbəsi Şərq küçəsində sonrdan adını bildiyi Zərərçəkmiş şəxs evinin 500 metr kənarında Şahid6, Kamran taksidən düşmüşdür. O Şahid6 ilə piyada küçə ilə evə yaxınlaşmışdır, belə ki, Şahid6 evdən çıxan zaman baş tərəfi bir qədər dəyəri olan lomu şalvarının baş tərəfində olan qayışının altına qoymuş, taksi sürücüsü bunu görməmişdir. Belə ki, onlar qıza bildirmişdir ki, bəs 5-10 dəqiqə sonra həmin taksi ilə yuxarı evin yanma qalxmış, evi ona təxmini hasarın rəngini izah etmişdi. Belə ki, sonra gəlmiş və o bildirmişdir ki, bəs taksi onu gözləmədən getmişdir. O həmçinin ordan ətrafı müşahidə etmiş və fit ilə onlara məlumat vermədi idi. Sonra bilmişdir ki, Şahid6 evin qarşısına gəlmiş saat təxminən 13 radələri olardı və ətrafı müşahidə etmişlər küçədə hər hansı şəxsin olmadığına əmin olduqdan sonra Şahid6 belində olan lom ilə evin həyətində olan girişin plastik qapısını sındırmış və hər ikisi həyət daxil olmuşlar. O evin həyətinə ətrafı müşahidə etməklə qalxmış, həmin vaxtı Şahid6 və Kamran evin içərisində 1-ci mərtəbədə olmuşlar. Onlar evdən bir ədəd «Samsung» markalı televizor, «Lenovo» markalı notebook bir ədəd «Huawei» tablet, qızıl boyunbağı, bir cüt kvadrat formalı sırğa dəstini götürmüşlər. O da həmin əşyaları evin 1-ci mərtəbəsindən daşımış, taksinin getməsini bildirmişdir. Oda orda ətrafda müşahidə etmiş və kömək üçün əşyaları həyətdən çıxarmağa hazır olduğunu bildirmişdir. Bu zaman Adil evdən köhnə sumkaları götürmüş və həmin sumkanın birinin içərisinə notebuk, birinə planşet qoymuş, ona vermişdir ki, götürsün. Televizoru və qızılları özü götürmüşdür. Təxminən saat 13:50-də həyəti tərk etmişdir. Həmin vaxtı Kamranı əynində ağ köynək, göy cins şalvar, Şahid6 əynində qara köynək qara şalvar olmuşdur, onun əynində isə sarı köynək və göy rəngli cins şalvar olmuşdur. Onun əlində 2 sumka olmaqla birində notebook, birində isə planşet olmuşdur. Şahid6 əlində isə televizorun üzərinə isə adi həyətdən götürmüş olduğu masa üstu örtük atmışdır. Kamran isə başına evdən götürmüş olduğu adi dəsmal atmışdır ki, yaxınlıqda olan müşahidə kameralarına düşməsin. Həmin evin yanında piyada küçə ilə yaxınlıqda olan məhəlləyə gəlmişlər. Həmin vaxtı o və Kamran əşyaların yanında gözləmişdir. Şahid6 bildirmişdir ki, yaxınlıqda olan «Lukoil» YDM-in yanına çıxsın və orda bir ədəd taksi gətirsin, bir neçə dəqiqədən sonra o qara rəngli dövlət nömrə nişanlı xatırlamadığı taksi avtomobilinə minmiş, Kamran ilə onun dayandığınə yerə gəlmiş, onlar əşyaları götürmüş və həmin əşyaların özünə aid olmasını və evinə apardığını bildirmişdir ki, bəs taksi sürücüsü şübhələnməsin. Evin qarşısında Kamran onun istifadəsində olan 055 *** ** ** nömrəsidə istifadə etdiyi telefonu Şahid6 vermiş və avtomobilin arxasında televizorun fotoşəkilini çəkmiş və Kamran 28 mayda mağazası olan Əli adlı tanışına həmin fotoşəkili votsap vasitəsi ilə atmışdır. Şahid6 Əlini həmin vaxta kimi tanımamışdır. Fotonu Əliyə atandan sonra o ona danışmış və korobka və pult olmadığına görə həmin razılaşdığı 300 manat puldan 50 manat kəsəcəyini bildirmiş və hazırda Lökbatan dairəsində olmasını və orda görüşüb pulu verəcəyini bildirmişdir. O həmin vaxtı avtomobildə oturmuş, lakin danışıqları eşitmiş və sonra avtomobilə əyləşmişlər və həmin ünvana getmişlər və Lökbatan dairəsində həmin şəxslə görüşmüş və həmin şəxs Şahid6 şəxsiyyət vəsiqəsi ilə həmin televizoru almışdır. 260 manatda Kamrana pul vermişdir. Taksi yenə onları gözləmiş və onunla da, evə qayıtmış, ona 30 manat yol haqqı vermişdir. Əli arıq bədən quruluşlu, ağbəniz saqqalı olmaqla təxminən 30 yaşa yaxın bir şəxs olmuşdur. Həmin digər əşyaları isə onun evinə yığmışlar. 230 manatdan 70 manatın Şahid6 götürmüşdür ki, yenə Suraxanı dairəsində İlyasa versin və o heroin gətirsin və onlar onu evində gözləmiş və o bir neçə dəqiqə sonra heroinlə gəlmiş, evdə üçü istifadə etsinlər. Planşeti 50 manat yol kənarında olan telefon mağazasına Şahid6 öz şəxsiyyət vəsiqəsi ilə satmış, həmin vaxtı Aytən və o onunla getmiş və televizorun satışından 3-4 gün sonra bu olmuşdur. Qızılları isə Laçının arxasından girməklə Şahid6 taksidə oturmuş və onun şəxsiyyət vəsiqəsi ilə lom qiymətinə həmin qızılları satılmış 650 manat pul götürmüşlər. Həmin 650 manatı üçü birlikdə yemək, siqaret su və yenə İlyasdan eyni ilə Şahid6 heroin alıb onlara gətirmişlər və onlar birlikdə qəbul etmişlər. Yenə Şahid6 evində həmin malı qəbul etmişlər. Evdə qalan notbuku Neymət adlı Şahid6 tanışı olan şəxs özü yaşadığı evdə vermişdir ki, görsün Neftçilərdə mağazada göstərsin və satsın. Sonra həmin şəxsdən xəbər olmamışdır. O şəxs Əmircanda «Rınski» küçəsində yaşamışdır. Həmin şəxsi Şahid6 tanıyır. Sonra həmin şəxsə zəng çatmamışdır. Həmin şəxs Əmircanda park tərəfdə qalmuş, onun təxminən 31- 32 yaşı olmuş, kənd uşağı olaraq tanımışdır. Həmin şəxs uzunboy ağbəniz oğlandır. Sonra onun nömrəsinə zəng çatmamışdır. Sonra əl çantasında bir ədədə tamaşa üçün uzaqdan müşahidə binoklu olmasını görmüş və həmin maddi sübutu polisə tutulanda təqdim etmişdir. 30 avqust 2021-ci il tarixdə İlyasdan heroin almış əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonradan özü qəbul edər. Heroini almışdır ki, ağrıları olan zaman qəbul etsin. Həmin heroini o büküm halında əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin vaxtdan o həmin bükümü üzərində daşımış və o heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, o yalnız həmin narkotik vasitəni bədənində ağrılar olmasına görə qəbul etmişdir. 30 avqust 2021-ci il tarixdə saat 19 radələrində Suraxanı rayonu Mədən küçəsində olan Əfsun şadlıq evinin yanında olan zaman tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini bildirmişlər. O özü Aytən kimi təqdim etmiş, üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədi olmadığından və üzərində narkotik vasitə olduğu üçün qorxub özünü şübhəli aparmışdır. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin inzibati binasının otaqlarının birində onun hüquqlarını izah etmişlər. Polis əməkdaşları üzərində olan qeyri-qanuni əşyanı təqdim etməsini bildirmişlər. O, İlyasdan almış olduğu və əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən saxlamış olduğu bükümü həmin yerdən çıxarıb büküm halında təqdim etmişdir. Uzun müddət olar ki, narkotik vasitə qəbul etdiyindən həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin narkotik vasitə onun gözümün qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş, hər hansı bir təzyiq və təsir olmamışdır. Həmin hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış, həmçinin polislər həmin qeyd edilən hərəkətləri edən zaman onun müdafiəçisini dəvət etməklə ona təqdim etmişlər və onun üzərində olan heroini təqdim etməsi ondan əvvəl və sonra baş verən bütün hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış və həmin görüntüdə olan şəxs özüdür. Sonra məlum olmuşdur ki, Neymət həmin planşeti İlyasa vermiş, həmin planşetdə Neymətin ailə üzvlərinin şəkilləri olmuş və İlyas özü həmin şəkilləri Vaqifin evində göstərmişdir. Vaqif Əmircanda qalır, oda Neyməti və İlyası tanıyır. Vaqif də, 234.1-lə tutulmuşdur. 19 iyul 2021-ci il tarixdə saat 17:45 radələrində Suraxanı rayonu Əmircan qəsəbəsi, Axundov küçəsində yanında olan zaman tanımadığı mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqlərini göstərmişlər və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini bildirmişlər. Özünü Aytən kimi təqdim etmiş və üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənəd olmadığından Və üzərində narkotik vasitə olduğu üçün qorxub özümü şübhəli aparmışdır. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasının otaqlarının birində ona hüquqlarını izah etmişlər. Polis əməkdaşları üzərində olan qeyri-qanuni əşyanı təqdim etməsini bildirmişlər. O Həsəndən bir neçə saat əvvəl almış olduğu və əynində olan boz rəngli şalvarın sağ yan cibindən saxlamış olduğu bükümü həmin yerdən çıxarıb büküm halında təqdim etmişdir. Uzun müddət olar ki, narkotik vasitə qəbul etdiyindən həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını bilmişdir. Həmin narkotik vasitə onun gözü qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona hər hansı bir təzyiq və təsir olmamışdır. Həmin hallar video-müşahidə vasitəsi ilə qeydə alınmış və həmçinin polislər həmin qeyd edilən hərəkətləri edən zaman müdafiəçi dəvət etməklə ona təqdim etmişlər və o üzərində olan heroini təqdim etmiş ondan əvvəl və sonra baş verən bütün hallar video-müşahidə vasitəsi ilə qeydə alınmış və həmin görüntüdə olan şəxs özü olmuşdur. Vüsal və Ümüd adlı şəxslər onunla dost münasibətində olmuşdur. onlarda həbs olunmuşlar və həmin şəxslərin tam olaraq anket məlumatlarını bilməmiş və həmin şəxslər ona heç bir zaman narkotik vasitələr satmışdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, X15 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, ailəsi 3 nəfərdən ibarətdir. 2012-ci il tarixdə əri öz əcəli ilə ölmüşdür. X27 isə təhsili ilə əlaqədar olaraq Finlandiyadadır. Yaşadığı ev 6 sot torpaq sahəsində olmaqla 2 mərtəbəli ev olmuş, evinin giriş qapısı plastik qapıdan olmuş, qapı 2.10X90 sm olmuşdur. Həmin qapı üzərində vaz açar olmuşdur və həmin qapını açarları daimi olaraq onda olmuşdur. Qapının 3 ədəd açarı olmuş, oda onda olmuş və o evi tərk edən həyətin açarını qonşusu olan Ülviyəyə vermişdir. Bacısında yalnız evin giriş qapısının açarı olmuşdur. Evi 2 mərtəbəli olmuş, evin giriş qapısı dəmir seyf qapı olmuş və həmin qapının 3 ədəd seyf qıfılı olmuş və həmin açarlar 2 ədəd olmuş və həmin açardan bir dəst onda 1 dəst bacısında, bir dəst isə ehtiyyat olmaqla onun evində olmuşdur. Evə daxil olan kimi dəhliz, dəhlizdən solda qonaq otağı olmuş, o 33 kv metr olmuşdur, qonaq otağında şüşəli servantın içərəsində isə dekorativ qablar olmuşdur. Həmin qablar yerində olmuşdur. Həmin otaqda stol, stullar və bir ədəd «etüd» piano olmuşdur. Bundan başqa qonaq otağından mətbəxə giriş olmuş, həmin mətbəxdən evin həyətinə çıxış olmuş və həmin qapı və pəncərələr üzərində plastik qapı və onların üzərində dəmir barmaqlıq olmuşdur. Bundan başqa evin sol tərəfində yataq otağı olmuşdur və həmin otaqda yataq dəsti, yəni enli çarpayı, dolab yazı masası olmuşdur. Bundan başqa həmin otaqda əl otağı kimi də istfadə olunmuşdur ki, həmin otaqda ütu masası, 2 ədəd plasmas stullar olmuşdur. Dəhlizin sağında sonda 2-ci mərtəbəyə pilləkan olmuş, həmin pilləkan ilə 2-ci mərtəbəyə qalxıdıqdan sonra üzbəüz qonaq otağı olmuş və o da 33 kv metr olmuşdur və həmin otaqda küncü divan kreslo dəsti, televizor altlığı və telefvizor olmuşdur. Qonaq otağından yenə yataq otağına giriş olmuş, həmin otaqda yataq dəsti və digər yataq mebelləri olmuşdur və ordan da hamam otağına giriş olmuşdur. 2-ci mərtəbdə sağ tərəfində bir ədəd kiçiki ölçülü yataq və iş otağında olmuşdur ki, hər birinində özünə məxsus iş və yataq mebelləri olmuşdur. 12 avqust 2021ci il tarixdə səhər saat 09 radələrində yaşadığı evi tərk etmiş və evi tərk edən zaman üzərində olan açarlar ilə mənzilin və həyətin giriş qapılarını bağlamış və hər dəfə xidmətindən istifadə etmiş olduğu qonşuluqda yaşayan və həmin evin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan tanıdığı Əli adlı şəxs səhər onu saat 09 radələrində gəlib evinin yanından götürməsini bildirmiş və o da idarə etdiyi köhnə «Mercedes» markalı avtomobillə gəlib onu evinin qarşısından götürmüş və ona bildirmişdir ki, bəs o Şamaxı rayonuna gedir. Əli onu Ayna Sultanova həykəlinin yanına gətirmiş və orda o rəfiqəsinin qızının avtomobili ilə birlikdə üçü Şamaxı rayonunda Dədə Günəş kəndində yerləşən Göy qurşağı istirahət mərkəzinə istirahət etmək üçün getməli idilər. Qonşusu Ülviyə də o, səhər Şamaxı rayonuna gedəcəyi ilə bağlı məlumat vermişdir ki, bəs evin həyətinə diqqət etsin. O istifadəsində öz adına olmaq şərti ilə 050 *** ** ** nömrəsi olmuşdur, evin şəhər telefonu 021 *** ** ** olmuşdur. Taksinin istifadəsində olan nömrəni xatırlamamış və həmçinin Ülviyyənində nömrəsini xatırlamamışdır Evi tərk edən zaman hər hansı şübhəli şəxs onun diqqətini cəlb etməmişdir. 12 avqust 2021-ci il tarixdə o istirahət mərkəzində olan zaman 18:40 radələrində onun istifadəsində olan mobil nömrəyə Ülviyyənin istifadəsində olan mobil nömrədən zəng gəlməsini görmüş və dərhal ona zəng etmiş və nə baş verməsini xəbər almış və o ona bildirmişdir ki, bəs onun yaşadığı evin həyətin giriş qapısının açıq olmasın və həyətə girməyə ehtiyyat etməsini və onun harada olduğunu xəbər almışdır. O, ona səhər evi saat 09 radələrindən tərk etdiyini bildirmişdir. Həmçinin evin arxa qapısını yəni mətbəxdən olan girişində açıq olmasın və dəmir barmaqlığın sındırılmasını bildirmişdir. O, ona 102 xidmətinə zəng etməsini bildirmiş və həmçinin özü dərhal 102 xidmətinə zəng etmişdir. Daha sonra saat 09 radələrində evinə gəlmiş və evinə baxan zaman evdə olan mətbəxdəki giriş üzərində olan dəmir barmaqlığın çıxarılmasını görmüş, evə baxan zaman evdə olan təxminən 1000 manat dəyərində olan «Samsung» markalı televizoru, 1000 manat dəyərində olan «Lenova» markalı notebook çatnası ilə birlikdə, bir ədəd «Hauvey» markalı 500 manat dəyərində olan tabled çantası ilə birlikdə, 2-ci mərtəbdə olan yataq otağımda dolabda qızıl qabında olan 100 manat dəyərində üzərində mirvari qaşlı kulon olan nazik boyunbağı, bir dəst 2000 manat dəyərində kvadrat formalı sırğa biriliant hər birində 4 qaş olan sırğa bir ədəd 20 manat dəyərində binokul və 10 manat dəyərində qabını, bir ədəd 20 manat dəyərində masa üstü örtük, bir ədəd 10 manat dəyərində əl üz dəsmalı, oğurlanmşdır. Belə ki, mənzildə başqa hər hansı əşyası pulu oğuranmamışdır. Tablet və notebukun üzərində başqa hər hansı aksesuar və kart olmamışdır. Hər hansı bir şəxslə düşmənçilik və ədavəti olmadığından hər hansı şəxsdən şübhə etməmişdir. Qonşlurdan hər hansı şəxəs baş vermiş hadisəni görməmişdir və hadisə nəticəsində ona cəmi 4660 manat maddi ziyan dəmişdir. Əşyaların dəyəri ilə ilə bağlı hər hansı ekspertiza qiyməti və ya alış qiyməti ilə razılaşmadığını və onun göstərmiş olduğu dəyərlə qiymətləndirilməsini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X28 ifadə verərək göstərmişdir ki, ailəsi 3 nəfərdən ibarətdir. 2015-ci il tarixdən «Laçın» ticarət mərkəzində qızıl alışı və satıcısı olaraq işləyir, ticarət mərkəzi ilə rəsmi müqaviləsi vardır. İşlədiyi piştaxta qızıl bölməsində eskalotordan qalxanda solda «Rumel» piştaxtasının yanında olan piştaxtadır. Həmin piştaxtada olan qızılları Türkiyədən gətirir, əldən alır və satışı təşkil olunmuşdur. Son zamanlar isə əksərən həmin qızıllar əldən alınır. Həmin qızılları onlar Bakı şəhərində alıb satışını həyata keçirmişlər. Bundan başqa pərakəndə satış zamanı qızıllar alır və sonra təkrar piştaxtada satır. Belə ki, o əldən qızıl alan zaman zərgərlər onun piştaxtasına gəlir və ondan qızıl üzərində olan qaşla birlikdə alırlar. Hər gün səhər saat 10 radələrindən axşam saat 19 radələrinə kimi işdə olur, qızılların alışı zamanı qızılın alış-satış kitabında qızılı almış olduğu şəxsin anket məlumatlarını, alış tarixini, qızıl formasını, əyyarını və çəkisini yazır. Bundan başqa almış olduğu şəxsin şəxsiyyət vəsiqəsində olan digər rekvizitləri qeyd edir, hətta lazım olarsa şəxsiyyət vəsiqəsinin surətini çıxarmaqla kitabında qeyd etmişdir. 14 avqust 2021-ci saat təxminən günorta saatlarında onun işlədiyi piştaxtaya əvvəllər tanımadığı bir qız və bir oğlan yaxınlaşmış, həmin şəxslərdən qadın özünü X15 olan təqdim etmiş onu yanında olan cavan oğlan olan sarışın orta boylu arıq bədən quruluşlu şəxs isə özü onun əri olaraq təqdim etmişdir. Bu zaman qız Aytən Şıxheybətova ona bir ədəd təmiz çəkisi 3,1 qram olan 375 əyyarlı üzərində 1 qram qaşı olan cəmi qaşlı birlikdə 4,1 qram olan üzük təqdim etmiş, ehtiyacı olmasına görə satmasını bildirmiş, o da həmin üzüyü 107 manat olaraq qiymətləndirmiş, bir ədəd klonu ilə birlikdə olan qızıl boyunbağlı cəmi 4,59 olan qaşsız 3,59 olmaqla, 583 əyyarlı qızılı 193 manat qiymətəndirmiş, 6,76 qram yerli istehsallı sırğa üzəri 583 alt hissəsi 750 əyyarlı olan sırğa cütü 500 manat olaraq qiymətləndirmiş, o həmin əşyalara görə ona cəmi 800 manat pul vermişdir. Onlar onunla razılaşlar. O qeyd etdiyi rekvizitləri həmin alış kitabında qeyd etmiş, pulu Aytənə ödəmişdir. Kitabında qeyd etdiyi əşyaları tam ətraflı yazmış, həmin qızılın oğurluq olmasını bilməmişdi. Həmin qızılında məhz həmin oğurluq qızılı olmasını bilməmişdir. Həmin qızılın oğurluq yolu ilə əldə olunmasını bilsəydi heç zaman həmin qızılı almazdı, həmin qızı o bazar qiymətində lom satışına uyğun olaraq qiymətləndirib almışdır. Ona görə həmin qızılın oğurluq yolu ilə əldə olunmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, hər hansı xəstəxanada ruhi əsəb xəstəlikləri ilə əlaqədar olaraq qeydiyyatı yoxdur. Ailəsi 4 nəfərdən ibarətdir və 2015-ci il tarixdə X22 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 2 övladı vardır. 2016-cı il tarixdə qızı Yağmur Zairova, 2021-ci il tarixdə oğlu Heseyn Zairov doğulmuşdur. Təxminən 8 il müddət olar ki o o Neftçilər metrosunun üzərində «Redmi» telefon mağazasında sol tərəfdən 1-ci mağazada satıcı olaraq işləyir. Həmin mağaza 2 hissədən ibarətdir bir hissəsində telefonların alqı satqısı və təmiri, digər tərəfdə isə gümüş və bijuterya və ətirlərin satışı ilə məşğul olur. Həmin mağazanı İxdiyar icarə əsasında işlədir və həmin mağaza 2X2 olmaqla 4 kv metrdir, təzə və işlənmiş telefonların satışı ilə və həmçinin telefon aksesuarlarının satışı ilə məşğul olur və bundan başqa o, həmin mağazada həmçinin telefonların təmir işləri ilə X40 məşğul olur. Həmin mağazaya dair icarə müqaviləsinin olub-olmaması və onunla işçi işə götürən münasibətinə dair müqavilə olmamışdır. Həmin mağazada VÖEN kimin adına olduğunu bilmir, lakin mağazada kassa olmuş və həmin sənədin kimin adına olmasını bilməmişdir. Həmin mağazalardan icarə haqqlarını Pərviz adlı istifadəsində ***-***-**-** nömrəsi olan şəxs toplayır. Həmin mağazaya görə o, aylıq icarə haqqı olaraq İxdiyar ödəyir. Hər gün səhər saat 09 radələrində mağazanı açır və axşam saat 21 radələrinə kimi işləyir. Mağazanın girişi şüşə ilə əhatələnmişdir. Səlim mağazada təmir işi görür İxdiyar isə satışı təşkil edir. 12 avqust 2021-ci il tarixdə axşam saat 20 radələrində o, tək mağazada olan zaman əvvəllər tanımadığı sonradan adını bildiyi Şahid6 yaxınlaşmış və o bir ədəd «Huawei» markalı «tablet 3» təqdim etmiş və həmin tabletin arvadının olmasını bildirmiş və hazırda pula ehtiayyacı olmasını bildirmiş,həmin tablet saz vəziyyətdə olmuş və o 50 manata alacağını bildirmiş, onlar razılaşmış və həmin şəxs ona həmin «Huawei» markalı «tablet 3» şəxsiyyət vəsiqəsi əsasında satacağını bildirmiş və onlar razılaşmış və Şahid6 «Huawei» markalı «tablet 3» ona satdığı tarixi, özünə məxsus olması və oğurluq və kredit olmaması ilə bağlı qeyd etməklə altında imza etmiş və sonra o, öz xətti ilə planşet almış 50 manat yazısını qeyd etmişdir. «Huawei» markalı «tablet 3» «tap az» yerləşdirmiş və 110 manat tanımadığı şəxsə satmışdır. O həmin «Huawei» markalı «tablet 3»-ün cinayət yolu ilə əldə olunmasını bilməmiş, «Huawei» marklı «tablet 3» bazar qiyməti o satan qiymət olmuşdur. O həmin «Huawei» markalı «tablet 3» cinayət yolu ilə əldə olunmasını bilməmiş və həmin «Huawei» markalı «tablet 3» tanımadığı müştəriyə satmışdır. Həmin şəxsin onda hər hansı anket məlumatı olmamış və o «Huawei» markalı «tablet 3» satmış olduğu şəxsin hər hansı anket məlumatına dair qeydiyyatı aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid5 ifadə verərək göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin ərazisində olan Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında olan fərdi yaşayış evindən baş vermiş oğurluq faktı ilə əlaqədar istintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı hadisə yerinin ətrafında yerləşən iaşə, fərdi yaşayış evlərinin təhlükəsizlik kameraları vasitəsi ilə müəyyən olunmuş hadisəni törətməkdə şübhəli bilinən “Adil”, “Kamran” və “Aytən” adlı şəxslərin narkotik vasitələrin qanunsuz saxlaması və istifadə etməsi barədə 30 avqust 2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupunun üzvü Suraxanı RPİ-nin 32-ci PB-in əməliyyat müvəkkili Şahid3, Suraxanı RPİ-nin 32-ci PBin əməliyyat müvəkkili Şahid4 daxil olmuşdur. Əməliyyat qrupunun iştirakçıları ilə Suraxanı rayonu, Qara-Cuxur qəsəbəsi, Mədən küçəsi, “Əfsun” şadlıq evinin yaxınlığına gəlib mövqe tutdular və qeyd edilən ünvanı müşahidəyə götürmüşlər. Həmin gün saat təxminən 19 radələrində əlamətləri onlara məlum olan Şahid6, Şahid7 və X2-Cuxur qəsəbəsi, Mədən küçəsi, “Əfsun şadlıq evinin yaxınlığında görmüşlər onlara yaxınlaşıb polis vəsiqələrini göstərib onlardan şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etmələrini və üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat vermələrini tələb etmişlər. Saxlanılan şəxslər özlərini Şahid6, Şahid7 və X1 təqdim edərək özlərini şübhəli aparmışlar və üzərlərində narkotik vasitə olmasını bildirmişlər. Bundan sonra Şahid6, Şahid7 və X15 tərəflərində Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirmişlər. Suraxanı RPİ-in inzibati binasında olan otaqlardan birində Şahid6, Şahid7 və X9 təhqiqatçı tərəfindən hüquqları izah edilmişdir. Onların hüquqlarının müdafiəsi üçün 09 saylı vəkil bürosundan növbətçi vəkillər olan X23, X47 və Müdafiəçi dəvət olunmuş və onlara təqdim edilmişdir. Aytən Şıxheybətova özünün xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmasını, Bakı şəhəri ünvan 6 ünvanda yaşamasını, Şahid7 özünün 26 noyabr 1993-cü ildə Bakı şəhərində anadan olmasını, Abşeron rayonu, Xırdalan şəhəri Şəfiqə Əfəndizadə küçəsi ev 17-də qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 1847, ev 2 mənzil 10-da yaşamasını və Şahid6 özünün 17 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmasını, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, ünvan 8 ünvanda yaşamasını bildirmişlər. Tədbir iştirakçıları və Aytən Şıxheybətovanm üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video-müşahidə kamerasının müşaiyyəti ilə olacağını bildirmişlər. Aytən Şıxheybətovaya üzərində olan qeyri- qanuni əşyanı təqdim etməsini bildirmişlər. Aytən Şıxheybətova əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan bağlamanı təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirən zaman orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan «heroin» olmasını və həmin heroini özü qəbul etmək məqsədi ilə 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində İlyas adlı şəxsdən 15 manata ağrılarını azaltmaq üçün özü qəbul etmək məqsədi ilə almasını bildirmişdir. Tədbir iştirakçıları və Şahid7 üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının müşayəti ilə olacağını bildirmişlər. Şahid7 üzərində olan qeyri- qanuni əşyanı təqdim etməsini bildirmişlər. Şahid7 əynində olan əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə olan bağlamanı təqdim etmişdir və həmin bükümün içərisinə baxış keçirən zaman orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan «heroin» olmasını və həmin heroini özü qəbul etmək məqsədi ilə 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində tanımadığı şəxsdən 15 manata ağrılarını azaltmaq üçün özü qəbul etmək məqsədi ilə almasını bildirmişdir. Tədbir iştirakçıları ilə Şahid6 üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının müşayəti ilə olacağını bildirmişlər. Şahid6 üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. Şahid6 əynində olan əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan bağlamanı təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirən zaman orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan «heroin» olmasını və həmin heroini özü qəbul etmək məqsədi ilə 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində İlyas adlı şəxsdən 20 manata ağrılarını azaltmaq üçün özü qəbul etmək məqsədi ilə almasını bildirmişdir. Qeyd edilən şəxslərin üzərlərindən aşkar olunmuş bükümləri bir daha özləri qəbul etmək məqsədi ilə aldıqlarını bildirmişlər. Şahid6, Şahid7 və X15 xeyli müddət olar ki, narkotik vasitə qəbul etmələrini bildirmişlər. Onların üzərində başqa hər hansı əşya aşkar olunmamışdır. Şahid6, Şahid7 və X4 aşkar edilmiş bükümlər qablaşdırılmışdır. Həmin kütlə qablaşdırılmış, bağlamalar baxışda iştirak etmiş şəxslər və üzərinə baxış keçirilmiş Şahid6, Şahid7 və X15 tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif yaxud vəsatət daxil olmadığı üçün protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Həmin baxış və maddi sübutun götürülməsinə dair hallar telefonda videoçəkliş ilə qeydə alınmışdır. Şahid6, Şahid7 və X15 etmiş olduqları əmələ görə səmimi peşmançılıqlarını bildirmişlər və ona qarşı hər hansı bir təziq və təsir olmamışdır. Şahid6, Şahid7 və X15 hər hansı bir şəxsə narkotik vasitə satmadıqlarını bildirmişlər və hər biri həmin gün ayrı-ayrlıqda üzərlərindən aşkar olunmuş narkotik vasitələri almalarını bildirmişlər. Onun narkotik vasitə satması əməliyyat yolu ilə müəyyən olunmamışdır. Bundan başqa Şahid6, Şahid7 və X15 12 avqust 2021-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında olan fərdi yaşayış evinə həyətin giriş qapısının kilidini özləri ilə gətirdikləri lom əşyası ilə sındırıb həyət qanunsuz daxil olaraq, yaşayış sahəsinin giriş qapısı üzərində olan dəmir barmaqlığı və daha sonra plastik qapısını həmin əşya ilə sındırıb açmaqla evdən bir ədəd «Samsung» markalı televizoru, «Lenova» markalı notebooku, «Huawei» markalı tablet, qızıllar və.s digər əşyaları oğurlamaqla satıb şəxsi ehtiyaclarına yönəltmələrini bildirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid5 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, latın qrafikasında sərbəst yazıb oxumağı bacarır. Hər hansı ruhi əsəb xəstəxanasında qeydiyyatı yoxdur. Belə ki, hərbi xidmət ilə əlaqədar hərbi komisarlığa gedən zaman bədənində xüsusilə qollarında tatuajları olmasına görə onu həqiqi hərbi xidmətə aparmamışlar və onu 28 may küçəsində olan 2 saylı Ruhi əsəb xəstəlikləri dispanserinə göndərmişlər və ona 6 dəfə 3 gündən ibarət olmaqla 18 gün müddətində orda müayinə olunmuşdur. Ancaq o, hər hansı ruhi əsəb xəstəliyindən əziyyət çəkməmişdir. Ona görə onu hərbi xidmətə aparmamışdılar. Onun ailəsi 6 nəfərdən ibarətdir. X6, anası X10 rəsmi nikahından 4 övlad olmuşdur. 1992-ci il tarixdə qardaşı X19, 1993-cü il tarixdə X20 və 1996-cı il tarixdə bacısı X11 və 1999-cu il tarixdə o, anadan olmuşdur. Atası yaşadığı evin yaxınlığında olan dülgər sexində dülgər işləmiş, anası evdar qadın, Hidayət Muradov onlarla eyni evdə yaşamaqla işsiz olmaqla təziq xəstəliyindən əziyyət çəkmiş və əqli geriliyi vardır. Vilayət Muradov xatırlamadığı ev təmiri şirkətində fəhlə işləyir. Bacısı Arzuxanım ailəli olmaqla öz ailəsi ilə Binə qəsəbəsində yaşayır. O isə 3 il müddət olar «Kristal» xalça yuma şirkətində ekspeditor işləyir, 5 ay müddət olar ki, onun işlədiyi həmin şirkət bağlanmışdır. O, bir müddət olar işsizdir. Zərərçəkmiş şəxs onun bibisidir və o, müəllim olmaqla, Heydər Əliyev adına müasir təhsil kompleksində müəllim işləyir. Zərərçəkmiş şəxs əri xeyli müddət olar ki, ölmüşdür və onun qızı isə xeyli müddət olar ki, bildiyinə görə Finlandiyadadır. Bibisi isə bildiyinə görə xeyli müddət olar ki, yay aylarında istirahət üçün getmişdir. Zərərçəkmiş şəxs Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində döngə 4 ev 19-da yaşamışdır. Həmin evdə Zərərçəkmiş şəxs tək olaraq yaşamış və onlara get -gəlləri olmamışdır. Zərərçəkmiş şəxs ilə atasının münasibəti olmuşdur və onun evinə atası gedib gəlmişdir. Zərərçəkmiş şəxs evində o, 8-9 yaşlarında atası və anası ilə birlikdə gedən zaman olmuşdur. Sonradan onun evinə getməmiş, lakin o, onun evinin həyət evi olmaqla, Qaraçuxur qəsəbəsində olmasını bilmişdir. 2011-ci il tarixdə anası və atası arasında rəsmi nikaha Suraxanı rayon məhkəməsi tərəfindən xitam verilmiş və anası atasının Türkanı qəsəbəsində olan evinə getmişdir və həmin vaxtdan sonra qardaşları atası, o və bacısı anası ilə babasıgildə, həmdə atası ilə yaşamışdır. Anası, atasını həmin vaxtdan sonra görüşməmiş, və heç biri evlənməmişlər. Şahid7 təxminən 1 il 6 ay müddət olar ki, Əmircan kənd uşağı olaraq tanımış, onlar arasında ortaq tanışlar olmuş, həmin vaxtdan onlar arasında salam-sağol olmuşdur. Şahid7 ilə son 4 ay müddət olar ki, yaxın münasibəti yaranmış və həmin dostluq münasibətinə keçmişdir. Belə ki, o artıq 4 ay müddət olar ki, işdən çıxmış işsizlik olan zaman o, kənddə gəzən zaman Kamranı görmüş və yaxınlaşıb söhbət etmişdir. Kamran ona bildirmişdir ki, bəs oda işsizdir və onun evindən 1 km məsafədə olan X15 ilə qalmasını bildirmişdir. O, ona bildirmişdir ki, Aytən onun yaşadığı qızdır və onun hansısa firmada satış təmsilçisi olmasını bildirmişdir. Həmin evdə Ayətinin anası nənəsi olmasını bildirmişdir və hətda eşitmişdir ki, Aytənin ögey atası olmuşdur. Aytən Şıxheybətovanı da, Kamran vasitəsi ilə 4 ay müddət olar ki, tanımış və onlar arasında hər hansı əlavə düşmənçilik olmamışdır. Onlar birlikdə üçü olmaqla kafeyə gedir, dönər yeyir və.s yerlərdə birlikdə olur, hətta taksi ilə dənizə istirahət etmək üçün getmişlər. Belə ki, onlar onun yaşadığı evə, o da onların yaşadığı evə gedib gəlmişdir. Kamran ona bildirmişdir ki, bəs o, Xırdalan uşağıdır, bir müddət olar ki Əmircana gəlmiş, həmin gəliş səbəbinin ailəsinin problemi olmasını bildirməsi olmuşdur. Lakin dəqiq nə səbəbə gəlməsini xəbər almamışdır. Artıq onun atası onları və Aytənin ailəsidə onu tanımışdır. Təxminən 2 il müddət oldar ki, narkotik vasitə və maddə olan kokos və patı qəbul edir. Elmi dildə ona heroin və metamfetamin deyirlər və o dostlar ilə birlikdə olan zaman həmin vasitə və maddəni qəbul edir və həmin heroin və metamfetamini əksər halda Bilcəridə Elşən adlı tanışından alıb çəkmiş, hazırda həmin şəxsin həbsdə olmasını bilir. Elşəni o, Biləcəridə olan «Retro» restoranında kassaya baxan şəxs olaraq tanımışdır. Son zamanlar o, Əmircanda Nizamaddin məscidinin yanında yaşayan Rafiqdən metamfetamin və heroini 3- 4 günlük o bəs edən malı 20-25 manata alırdı və işsiz olan vaxtı Əmircanda yaşayan Eyyubdan alırdı. Həmin şəxslərin hazırda hər ikisinin tutulmasını bilmişdir. Eyyubdan çeti 10 manata almışdır. Eyyubda Nizaməddin məsçidinin yaxınlığında yaşamışdır. Eyyubun və Rafiqin istifadəsində olan mobil nömrələri hazırda xatırlamır. Sonra Çaparidze küçəsində yaşayan Tərlan adlı şəxsdən mal almış və həmin şəxsin ev nömrəsi 15 olmuşdur və sol tərəfdən tək olan ev olmuşdur. O, 3 ay müddət olar ki, istifadəsində olan «HTC» markalı üzərində 050 *** ** ** nömrəsi olan telefonu Neftçilərdə telefon mağazasına satmış və nömrə isə evdə olmalıdır və telefonun satışından əldə olan pulu gündəlik xərcələri olan heroin, metamfetamin və.s xərcləmişdir. Həmin nömrə öz adına olmuş, atası o işlədiyi müddətdə mal qəbul etməsini bilməmişdir və sonradan onun mal qəbul etdiyini bilib, ona irad bildirmişdir. Son zamanlar ona Suraxanı uşağı olan və taksi fəaliyyəti ilə məşğul olan ağ rəngli «Hunday Akcent» markalı dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, Suraxanı dairəsinə gəlmiş və o, orada «Hunday» markalı avtomobillə dayanıb müştəri gözləmiş, ona 10 manat pul vermiş və ona təxminən 5-10 dəqiqəyə mal gətirib vermişdir. O, Kamran ilə birlikdə İlyasdan heroin və metamfetaminin arxasınca göndərmiş, Aytən, Kamran və o birlikdə onun yaşadığı evdə həmin vasitə və maddəni qəbul etmişdir. Aytən onun yanımna həmin maldan qəbul etməmişdir. 12 avqust 2021-ci il tarixdə saat 11 radələrində o, yaşadığı evdə olan zaman evə qonağı olaraq Aytən və Kamran gəlmişdir. Həmin vaxtı qardaşı və atası evdə olmamışdır. Həmin vaxtı onun narkotik vasitə təlabatı olmuş və bədənində ağrılar olduğundan söhbət əsnasında onların vəziyyəti pis olduğundan bir nəfərin Qaruçuxur qəsəbəsində ev olmasını həmin evin ətrafını müşahidəyə götürmələri və onun isə evə daxil olmaqla, oğurluq edəcəyini bildirmişdir. Onlar ona bildirmişlər ki, bəs ehtiyac yoxdur, lakin onlarında vəziyyəti yaxşı olmadığından hər kəsin maddi vəziyyəti pis olduğundan onlarda ona kömkəlik edə bildilər və birlikdə onun demiş olduğu evdən oğurluq etməyi qərarlaşdırmış, o, onlara bildirmişdir ki, bəs onlar evin ətrafını müşahidəyə götürsünlər və o evə daxil olduğu orada olan əşyaları çıxaran zaman ona köməklik etsinlər və həmdə kənar hər hansı bir şəxs və ev sahibi gələn zaman ona xəbər etsinlər. Belə ki, onlar fit çalmaqla ona köməklik etməli idilər. Onlar belə bir formada qərarlaşmışlar, hər kəs öz işini həmin ünvanda görməli idi. Onlar onun yaşadığı evin kənarından kəndin içərisindən doğru hərəkət etmişlər, orda olan yol taksinə minib Qaraçuxur qəsəbəsi Şərq küçəsində Zərərçəkmiş şəxs evinin 500 metr kənarında o, Kamran və Aytən taksidən düşmüşdür. O, Kamran ilə piyada küçə ilə evə yaxınlaşmış, belə ki, o, evdən çıxan zaman baş tərəfi bir qədər dəyəri olan lomu şalvarının baş tərəfində olan qayışın altına qoymuş, taksi sürücüsü bunu görməmişdir. Belə ki, onlar bildirmişlər ki, bəs 5-10 dəqiqə sonra həmin taksi ilə yuxarı evin yanına qalxsın və o, evi ona təxmini hasarın rəngi ilə izah etmişdir. Belə ki, onlar evə girməmiş artıq Aytəndə həmin ünvana gəlmiş və bildirmişdir ki, bəs taksi onu gözləmədən getmişdir. O, Kamran ilə evin qarşısına gəlmiş və saat təxminən 13 radələri olardı və onlar ətrafı müşahidə etmişdir ki, küçədə hər hansı şəxsin olmadığına əmin olduqdan sonra o, belində olan lom ilə evin həyətində olan girişin plastik qapısını sındırmış və hər ikisiz həyət daxil olmuş və mənzilin giriş qapısı dəmir olduğundan həyətə fırlanmışlar və evin arxa tərəfindən mətbəxdə olan yoldakı qapı üzərində olan dəmir barmaqlığı o üzərində olan lom ilə sındırmış, sonrakı plastik qapını lomu salmaqla açmış və birlikdə evə daxil olmuşlar. Evdən bir ədəd «Samsang» markalı televizor, «Lenova» markalı notebook bir ədəd «Huawei» tablet, 2-ci mərtəbədə olan dolabdan qızıl qabında olan mirvari qaşlı nazik boyunbağı bir cüt kvadrat formalı sırğa dəstini götürmüşlərlər və həmin əşyaları o, Kamran ilə həyətə düşürmüş və bu zaman Aytəndə evin həyətinə daxil olmuş və bildirdi ki, bəs taksi onları gözləməmiş və onada avtomobildən düşməsini bildirib, bu işin yaxşı əlamət olmadığını bildirib, onu düşürməklə həmin ünvandan demişdir. Ona görə oda ətrafda olub evi müşahidə etməsini və onlara kömək üçün əşyaları həyətdən çıxarmağa hazır olduğunu bildirmişdir. Bu zaman o, evdən köhnə sumkalar götürmüş və həmin sumkanın birinin içərisinə notebuk, birinə planşet qoymuş, Aytənə vermişdir ki, götürsün. Televizoru Kamran götürmüş, qızılları isə o götürmüş cibinə qoymuş və təxminən 13:50-də həyəti tərk etmişlər. Həmin vaxtı Kamranın əynində qara köynək qara şalvar olmuşdur, onun əyində ağ köynək, göy cins şalvar, Aytənin əynində isə sarı köynək və göy rəngli cins şalvar olmuşdur. Aytən əlində 2 sumka olmaqla, birində notebook birində isə planşet olmuşdur. Kamran isə televizorun üzərinə isə adi həyətdən götürmüş olduğu masaüstu örtük atmışdır. O isə başına evdən götürmüş olduğu adi dəsmal atmışdır ki, yaxınlıqda olan müşahidə kameralarına düşməsin. Həmin evin yanında piyada küçə ilə yaxınlıqda olan məhəlləyə gəldilət və həmin vaxtı Aytən və Kamrana əşyaların yanında onun gözləmələrini bildirmiş və yaxınlıqda olan «Luk OİL» YDM-in yanına çıxmış və orda bir ədəd qara rəngəli dövlət qeydiyyat nişanlı xatırlamadığı taksi avtomobilinə minmiş və Aytən ilə Kamranın dayandığı yerə gəlmiş, onları və əşyaları götürmüş və həmin əşyaları ona aid olmasını və evlərinə apardığını bildirmiş və o, şübhələnməmişdir. Evin qarşısında Kamran istifadəsində 055 *** ** ** nömrədən istifadə etmiş olduğu «Nokia» markalı telefonunu ona vermiş, və o televizorun fotoşəkilini çəkmiş və Kamran bildirmişdir ki, bəs 28 mayda mağazası olan Əli adlı tanışı vardır və ona həmin fotoşəkili vatssap vasitəsi ilə atmasını bildirdi və Kamran ona həmin şəkili göndərmişdir. Əlini o, həmin vaxta kimi tanımamışdır. Fotonu Əliyə atandan sonra o, Kamran ilə danışmış və karobka və pulu olmadığına görə həmin razılaşdığını 300 manat puldan 50 manat kəsəcəyini bildirmiş və hazırda Lökbatan dairəsində olmasını və orada görüşüb pulu verəcəyini bildirmişdir. Aytən həmin vaxtı avtomobildə oturmuş, onlarda avtomobilə əyləşərkən həmin ünvana getmişlər və Lökbatan dairəsində həmin şəxslə görüşmüş və onun şəxsiyyət vəsiqəsi ilə həmin televizoru almuşdur. 260 manatda Kamrana pul-vermişdir. Taksi yenə onları gözləmiş, onlarda evə qayıtmış, ona 30 manat yol haqqı vermişlər. Əli arıq bədən qurluşlu, ağbəniz saqqalı olmaqla, təxminən 30 yaşlarında bir şəxs olmuşdur. Həmin digər əşyaları isə onun evinə yığmışdır. 230 manatdan 70 manat o götürmüş və yenə Suraxanı dairəsində İlyasa vermiş, o, 10 dəqiqədən sonra 1,4 qram heroin gətirmiş və ordan ona bir çet 0,2 qram olmaqla ona vermiş, İlyasa yol xərci ilə 70 manat vermişdir. Həmin mal onun yaşadığı evdə Kamran ilə istifadə etmiş və həmin vaxtı Aytəndə onların yanında olmuşdur, lakin o, mal çəkməmişdir. Onun malı kimdən almasını bilməmişdir. Planşeti 50 manat yol kənarında olan telefon mağazasına öz şəxsiyyət vəsiqəsi əsasında satmış, həmin vaxtı Aytən və Kamran onunla getmiş və televizorun satışından 3-4 gün sonra bu olmuşdur. Qızılları isə Laçının arxasından girməklə, o, taksidə olan zaman Aytən və Kamran ona demələrinə görə 650 manata satmışdırlar. Həmin 650 manatı üçü birlikdə yemək, siqaret su və yenə İlayasdan eyni ilə mal almaqla, bir neçə dəfə qəbul etmişlər. Yenə Kamran ilə o, onların evində qəbul etmişlər. Evdə qalan notbooku Neymət adlı Kamran və onun tanışı olan şəxsə onun yaşadığı evdə götürmüş və bildirmişdir ki, bəs Neftçilərdə mağazaya göstərib satacaqdır. Sonra həmin şəxsdən xəbər olmamışdır. Kamran onun nömrəsini bilmiş, o isə yox. Sonra həmin şəxsə zəng çatmamışdır. Həmin şəxs Əmircanda park tərəfələ qalmış, onun təxminən 31-32 yaşı olmuş, kənd uşağı olaraq tanımışdır. Həmin şəxs uzunboy ağbəniz oğlan olmuşdur. Sonra onun nömrəsinə zəng çatmamışdır. Sonra əl çatnasından bir ədədə tamaşa üçün uzaqdan müşahidə binokulu olmasını görmüş və həmin maddi sübutu polisə tutulanda təqdim etmişdir. 30 avqust 2021- ci il tarixdə yenə İlyasdan eyni üsulla heroin almış, əynində olan şalvarın sağ yan cibinə qoymuşdur ki, sonradan özü qəbul etsin. Kamran özüdə İlyası tanmışdır. Heroini almışdır ki, ağırılan olan zaman qəbul etsin. Həmin heroini o, büküm halında əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin vaxtdan o, həmin büküm üzərimdə daşımış, o heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, o yalnız həmin narkotik vasitəni bədənində ağrılar olmasına görə qəbul etmişdir. 30 avqust 2021-ci il tarixdə saat 19 radələrində Suraxanı rayonu Mədən küçəsində olan «Əfsun» şadlıq evinin yanında olan zaman tanımadığı mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqlərini göstərmişlər və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini bildirmişlər. O, özünü Şahid6 kimi təqdim etmiş, üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədi olmadığından və üzərində narkotik vasitə olduğu üçün qorxub özünü şübhəli aparmışdır. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin inzibati binasının otaqlarının birində ona hüquqlarını izah etmişlər. Polis əməkdaşları üzərində olan qeyri- qanuni əşyanı təqdim etməsini bildirmişlər. O, İlyasdan almış olduğu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən saxlamış olduğu bükümü həmin yerdən çıxarıb büküm halında təqdim etmişdir. Uzun müddət olar ki, narkotik vasitə qəbul etdiyindən həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasım bildirmişdir. Həmin narkotik vasitə onun gözünün qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalandı. Etmiş olduğum əmələ görə səmimi peşmançılığımı bildirmiş, ona hər hansı təziq və təsir olmamışdır. Həmin hallar video-müşahidə vasitəsi ilə qeydə alınmış, həmçinin polislər həmin qeyd edilən hərəkətləri edən zaman onun müdafiəçi kimi dəvət etməklə ona təqdim etmişlər, onun üzərində olan heroini təqdim etməsi ondan əvvəl və sonra baş verən bütün hallar video-müşahidə vasitəsi ilə qeydə alınmış və həmin görüntüdə olan şəxs o olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 Rais oğlu ifadəsində göstərmişdir ki, latın qrafikasında sərbəst yazıb oxumağı bacarır. Hər hansı psixatriya xəstəxanasında qeydiyyatı yoxdur. Belə ki, məhkumluğu olmasına görə hərbi xidmətə getməmişdir. Belə ki, 2011-ci il tarixdə Azərbayan Respublikası CM-in 177.2.1-cü maddəsi ilə Abşeron rayonu məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2016-cı il tarixdə Azərbayan Respublikası CM-in 221.3-cü maddəsi ilə Abşeron rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda onun məhkumluğu ödənmişdir. Ailəsi 6 nəfərdən ibarətdir, atası X29 və anası X14 rəsmi nikahından 2 övlad olmuşdur. 1989-cu il tarixdə qardaşı X41, 1993-cü il tarixdə o, anadan olmuşdur. Atası Papanində olan hərbi hospitalda bağban, anası evdar qadın, qardaşı hazırda 16 №-li CCM-də CM-in 177-ci maddəsi ilə məhkum olunaraq cəza çəkir. O, əvvəllər toylarda kamera çəkib, nağara ifa etmişdir. Təxminən 1 il müddət olar ki, işsizdir. X15 ilə internet vasitəsi ilə 7-8 ay müddət olar ki, tanımış, 4 ay müddət olar ki, o Aytənin evinə gəlib-gedir və demək olar ki, 1 ay müddət olar ki, onunla yaşayır və bunu onun anası, nənəsi və ögey atası bilmişdir. Onun Aytən ilə qalmış olduğu evdə o, nənəsi ilə qalmışdır. Aytən hansısa firmada ekspeditor işləmişdir. Şahid6 4 ay müddət olar ki, Əmircanda olduğu vaxtdan tanımış və o bildirmişdir ki, xalça yuma şirkətində ekspeditor işləmiş, son zamalar isə işsiz olmasını, atası və anasının ayrılasını və özünün atası ilə xəstə qardaşı ilə birlikdə Suraxanı rayonu Əmircan qəsəbəsində yaşamasını bildirmişdir. Əmircan kənd uşağı olaraq onu tanımış, onlar arasında ortaq tanışlar olmuş və həmin vaxtdan onlar arasında salam-sağol olmuşdur. Şahid6 ilə son 4 ay müddət olar ki, yaxın münasibəti yaranmış və həmin dostluq münasibətinə keçmişdir. Belə ki, o 4 ay müddət olar ki, işdən çıxmasını və işsizlik olmasını və kənddə gəzən zaman onu görmüş, yaxınlaşıb söhbət etmişdir. Şahid6 onun vasitəsi ilə Aytən Şıxheybətovanı 4 ay müddət olar ki, tanımış, onların arasında hər hansı əlavə düşmənçilik olmamışdır. Onlar birlikdə üçü olmaqla, birlikdə kafeyə gedir, dönər yeyir və.s yerlərdə birlikdə olur, hətta taksi ilə dənizə istirahət etmək üçün getmişdir. Belə ki, Şahid6 onun yaşadığı evə, onlarda onun yaşadığı evə gedib gəlirdi. Şahid6 bildirmişdir ki, o Xırdalan uşağıdır və bir müddət olar ki, Əmircana gəlmişdir. Təxminən 1 il müddət oldar ki, narkotik vasitə və maddə olan kokos qəbul etmişdir. Elmi dildə ona heroin demişlər və o dostlar ilə birlikdə olan zaman həmin vasitə və maddəni qəbul etmiş, o həmin heroini ona əksər halda tanımadığı şəxslərdən son zamanlar isə Suraxanı dairəsində taksi sürücüsü işləyən İlyasdan almışdır. Aytəndə həmçinin narkotik vasitə olan heroin qəbul edir və onun barəsində Suraxanı RPİ-in CM-in 234.1-ci maddəsi ilə cinayət işi olmasını bilmişdir. Aytən ona xeyli müddət olar ki, onun da qəbul etməsini bildirmiş, Şahid6 istifadəsində olan «HTC» markalı üzərində 050 *** ** ** nömrəsi olan telefonu olmuş və onun öz telefonunu satmasını bilmişdir. Şahid6 İlyas adlı şəxs Suraxanı uşağı olan taksi fəaliyyəti ilə məşğul olan ağ rəngli «Hunday Akcent» markalı dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan şəxsdən heroin və metamfetamin almasını bildirmiş, həmin maldan ona Aytənə gətirib vermişdir. Onlar bir neçə dəfə Şahid6 yaşadığı evdə həmin vasitəni birlikdə qəbul etmişlər. Onun istifadəsində 060 *** ** ** Naxçıvan MR aid nömrə olmuşdur və özünə aid olan telefonda istifadə etmişdir. 12 avqust 2021-ci il tarixdə saat 11 radələrində Şahid6 yaşadığı mənzilə Aytən getmiş, həmin vaxtı Şahid6 qardaşı, atası evdə olmamışdır. Evdə olan zaman Şahid6 bildirmişdir ki, narkotik vasitə təlabatı olmuş, bədənində ağrılar olduğundan pula ehtiyacı olmasını bildirmişdir ki, bəs narkotik və psixotrop tərkibli maddə alsın və bibisinə aid Qaruçuxur qəsəbəsində evi olmasını, onun evdə olmadığını bildirmişdir. Şahid6 bildirmişdir ki, bəs onlar evin ətrafını müşahidəyə götmüş və özünün isə evə daxil olmaqla oğurluq edəcəyini bildirmişdir. Hər kəsin maddi vəziyyəti pis olduğundan onlar onunla razılaşmış və ona həmin işdə köməklik edəcəyini bildirmişdir. Onlar Şahid6 demiş olduğu evdən oğurluq etməyi qərarlaşdırmış, Şahid6 onlara bildirmişdir ki, bəs onlar evin ətrafını müşahidəyə götürsünlər, evə daxil olmuşlar, orda olan əşyaları çıxaran zaman ona köməklik etsinlər və həmdə kənar hər hansı bir şəxs və ev sahibi gələn zaman ona xəbər etsin. Belə ki, onlar fit çalmaqla ona xəbər etməli idilər. Onlar belə bir formada qərarlaşmışlar ki, hər kəs öz işini həmin ünvanda görməli idi. Onlar onun yaşadığı evin kənarından kəndin içərisindən doğru hərəkət etmişlər, orada olan yol taksinə minib Qaraçuxur qəsəbəsi, Şərq küçəsində sonradan adını bildiyi Zərərçəkmiş şəxs evinin 500 metr kənarında o, Şahid6, Aytən taksidən düşmüşlər. O, Şahid6 ilə piyada küçə ilə evə yaxanlaşmış, belə ki, Şahid6 evdən çıxan zaman baş tərəfi bir qədər dəyəri olan lomu şalvarının baş tərəfində olan qayışının altına qoymuş və taksi sürücüsü bunu görməmişdir. Onlar Aytənə bildirmişlər ki, bəs 5-10 dəqiqə sonra həmin taksi ilə yuxarı evin yanına qalxsın və evi ona təxmini hasarın rəngi ilə izah etmişlər. Belə ki, sonra gəlmiş və o bildirmişdir ki, bəs taksi onu gözləmədən getmişdir. O, Şahid6 evin qarşısına gəlmiş, saat təxminən 13 radələri olmuş, onlar ətrafı müşahidə etmiş, küçədə hər hansı şəxsin olmadığına əmin olduqdan sonra Şahid6 belində olan lom ilə evin həyətində olan girişin plastik qapısını sındırmış, hər ikisi həyət daxil olmuş və Şahid6 mənzilin giriş qapısı dəmir olduğundan həyətə fırlanmışlar, evin arxa tərəfindən mətbəxdə olan yoldakı qapı üzərində olan dəmir barmaqlığ üzərində olan lom ilə sındırmış, sonrakı plastik qapını lomu salmaqla açmış, birlikdə evə daxil olmuşlar. Evdən bir ədəd «Samsung» markalı televizor, «Lenova» markalı notebook bir ədəd «Huawei» tablet, 2-ci mərtəbədə olan dolabdan qızıl qabında olan mirvari qaşlı nazik boyunbağı bir cüt kvadrat formalı sırğa dəstini götürmüşlər və həmin əşyaları o, Şahid6 həyətə düşmüş və bu zaman Aytəndə evin həyətinə daxil olmuş və taksinin onları gözlədiyini, sürüb getməsini bildrmişdir. Ona görə o da ətrafda olub evi müşahidə etməsini, onlara kömək üçün əşyaları həyətdən çıxarmağa hazır olduğunu bildirmişdir. Bu zaman evdən köhnə sumkaları Şahid6 götürmüş, həmin sumkanın birinin içərisinə notebuk, birinə planşet qoymuş və Aytənə vermişdir ki, götürsün. Televizoru və qızılları özü götürmüşdür. Təxminən saat 13:50-də həyəti tərk etmişlər. Həmin vaxtı onun əynində ağ köynək, göy cins şalvar, Şahid6 əynində qara köynək, qara şavalvar olmuşdur, Aytənin əynində isə sarı köynək və göy rəngli cins şalvar olmuşdur. Aytən əlində 2 sumka olmaqla, birində notebook birində isə planşet olmuşdur. Şahid6 əlində isə televizorun üzərinə isə adi həyətdən götürmüş olduğu masa üstu örtük atmışdır. O isə başına evdən götürmüş olduğu adi dəsmal atmışdır ki, yaxınlıqda olan müşahidə kameralarına düşməsin. Həmin evin yanında piyada küçə ilə yaxınlıqda olan məhəlləyə gəlmişlər, həmin vaxtı Aytən və o əşyaların yanında gözləmiş, Şahid6 bildirmişdir ki, yaxınlıqda olan «Luk OİL» YDM-in yanına çıxsın və orda bir ədəd taksi gətirsin və bir neçə dəqiqədən sonra o qara rəngli dövlət qeydiyyat nişanlı xatırlamadığı taksi avtomobilinə minmiş, Aytən ilə onun dayandığı yerə gəlmiş, onlar əşyaları götürmüş, həmin əşyaların ona aid olmasını, evlərinə apardığını bildirmiş və o şübhələnmişdir. Evin qarşısında o, Aytənin istifadəsində olan 055 *** ** ** nömrəsində istifadə etdiyi telefonu Şahid6 vermiş, o avtomobilin arxasında televizorun fotoşəkilini çəkmiş, o 28 mayda mağazası olan Əli adlı tanışına həmin fotoşəkili vatsapp vasitəsi ilə atmışdır. Şahid6 Əlini həmin vaxta kimi tanımamışdır. Fotonu Əliyə atandan sonra o danışmüş, korobka və pult olmadığına görə həmin razılaşdıqları 300 manat puldan 50 manat kəsəcəyini bildirmiş, hazırda Lökbatan dairəsində olmasını və orda görüşüb pulu verəcəyini bildirmişdir. Aytən həmin vaxtı avtomobildə oturmuş, onlarda avtomobilə əyləşmiş, həmin ünvandan getmişlər, Lökbatan dairəsində həmin şəxslə görüşmüşlər və həmin şəxs Şahid6 şəxsiyyət vəsiqəsi ilə həmin televizoru almışdır. 260 manatda ona pul vermişdir. Taksi yenə onları gözləmiş, onunlada evə qayıtmış, ona 30 manat yol haqqı vermişlər. Əli arıq bədən quruluşlu, ağbəniz saqqalı olmaqla təxminən 30 yaşlarında bir şəxs olmuşdur. Həmin digər əşyaları isə onun evinə yığmışlar. 230 manatdan 70 manatın Şahid6 götürmüşdür ki, yenə Suraxanı dairəsində İlyasa versin və o heroin gətirsin və onlar onu evində gözləmiş, və o bir neçə dəqiqə sonra heroinlə gəlmiş və evdə üçü birlikdə istifadə etmişlər. Planşeti 50 manat yol kənarında olan telefon mağazasına Şahid6 öz şəxsiyyət vəsiqəsi ilə satmış, həmin vaxtı Aytən və o Şahid6 ilə getmiş və televizorun satışından 3-4 gün sonra bu olmuşdur. Qızılları isə Laçının arxasından girməklə, Şahid6 taksidə oturmuş, Aytən şəxsiyyət vəsiqəsi ilə lom qiymətinə həmin qızılları satılmış, 650 manat pul götürmüşlər. Həmin 650 manatı üçü birlikdə yemək, siqaret su və yenə İlyasdan eyni ilə Şahid6 heroin alıb, onlara gətirdi və üçü qəbul etmişlər. Yenə Şahid6 evində həmin malı qəbul etmişlər. Evdə qalan notbooku Neymət adlı Şahid6 tanışı olan şəxsə özü yaşadığı evdə vermişdir ki, görsün Neftçilərdə mağazada göstərsin və satsın. Sonra həmin şəxsdən xəbər olmamışdır. O, şəxs Əmircanda «Rmski» küçəsində yaşayır. Həmin şəxsi Şahid6 tanıyır. Sonra həmin şəxsə zəng çatmamışdır. Həmin şəxs Əmircanda park tərəfdə qalır və onun təxminən 31-32 yaşı olardı və kənd uşağı olaraq tanımışdır. Həmin şəxs uzunboy, ağbəniz oğlandır. Sonra onun nömrəsinə zəng çatmamışdır. Sonra əl çatnasında bir ədədə tamaşa üçün uzaqdan müşahidə binokulu olmasını görmüş, həmin maddi sübutu polisə tutulanda təqdim etmişdir. 30 avqust 2021-ci il tarixdə İlyasdan heroin almış, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonradan özü qəbul etsin. Heroini almışdır ki, ağırılan olan zaman qəbul etsin. Həmin heroini o büküm halında əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin vaxtdan o, həmin bükümü üzərində daşımış, o heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız həmin narkotik vasitəni bədənində ağrılar olmasına görə qəbul etmişdir. 30 avqust 2021-ci il tarixdə saat 19 radələrində Suraxanı rayonu Mədən küçəsində olan Əfsun şadlıq evinin yanında olan zaman tanımadığı mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqlərini göstərmişlər və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini bildirmişlər. O, özünü Şahid6 kimi təqdim etmiş, üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədi olmadığından və üzərimdə narkotik vasitə olduğu üçün qorxub özünü şübhəli aparmışdır. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin inzibati binasının otaqlarının birində ona hüquqlarını izah etmişlər. Polis əməkdaşları üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. O, İlyasdan almış olduğu və əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən saxlamış olduğu bükümü həmin yerdən çıxarıb büküm halında təqdim etmişdir. Uzun müddət olar ki, narkotik vasitə qəbul etdiyindən həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin narkotik vasitə onun gözü qarşısında qablaşdırılmış, möhürlənmiş, tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalandı. Etmiş olduğu əmələ görə səmimi peşmançılığımı bildirmiş, ona hər hansı bir təziq və təsir olmamışdır. Həmin hallar video-müşahidə vasitəsi ilə qeydə alınmış, həmçinin polislər həmin qeyd edilən hərəkətləri edən zaman onun müdafiəçisi dəvət etməklə ona təqdim etmişlər və onun üzərində olan heroini təqdim etməsi ondan əvvəl və sonra baş verən bütün hallar video-müşahidə vasitəsi ilə qeydə alınmış və həmin görüntüdə olan şəxs özüdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid10 ifadə verərək göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci polis bölməsinə “Ümid”, “Aytən” və “Vüsal” adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə barədə 19 iyul 2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupunun üzvü Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-in əməliyyat müvəkkili Şahid9, Suraxanı Rayon Polis İdarəsinin 31- ci PB-in əməliyyat müvəkkili Şahid8 daxil olmuşdur. Əməliyyat qrupunun iştirakçıları ilə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsinə gəlib mövqe tutmuşlar və qeyd edilən ünvanı müşahidəyə götürmüşdür. Həmin gün saat təxminən 17 radələrində əlamətləri onlara məlum olan X12 Axundov küçəsində görmüşlər və onlar ona yaxınlaşıb polis vəsiqələrini göstərib onlardan şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməsini və üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat verməsini tələb etmişlər. Saxlanılan şəxs X1 təqdim edib özünü şübhəli aparmış və üzərlərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra X15 tərəfindən Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. Suraxanı RPİ-in 31-ci Polis bölməsinin inzibati binasında olan otaqlardan birində X21ma təhqiqatçı tərəfindən hüquqları izah edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün 09 saylı vəkil bürosunudan növbətçi vəkillər olan X5 dəvət olunmuş və ona təqdim edilmişdir. Aytən Şıxheybətova özünün xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmasını, Bakı şəhəri ünvan 6 ünvanda yaşamasını, bildirmişdir. Tədbir iştirakçıları və Aytən Şıxheybətovanın üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının müşayəti ilə olacağını bildirmişdir və həmçinin şəxsi axtarış və götürməyə qadın cinsindən 31-ci polis bölməsinin operatoru X16 dəvət edilmişdir. Aytən Şıxheybətovaya üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. Aytən Şıxheybətova əynindəki boz rəngi şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan bağlamanı təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirən zaman orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan «heroin» olmasını və həmin heroini özü qəbul etmək məqsədi ilə 19 iyul 2021-ci il tarixdə tutulmamışdan 1 saat əvvəl Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində Həsən adlı şəxsdən özü qəbul etmək məqsədi ilə almasını bildirmişdir. Onun üzərindən başqa hər hansı əşya aşkar olunmamışdır. X4 aşkar edilmiş büküm qablaşdırılmışdır. Həmin kütlə qablaşdırılmış, bağlama şəxsi axtarış və götürmədə iştirak etmiş şəxslər və üzərinə baxış keçirilmiş X15 tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olundu və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif yaxud vəsatət daxil olmadığı üçün protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Həmin baxış və maddi sübutun götürülməsinə dair hallar telefonda video-çəkiliş ilə qeydə alınmışdır. X15 etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona qarşı hər hansı bir təzyiq və təsir olmamışdır. Bundan başqa Şahid6, Şahid7 və X15 12 avqust 2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 üvamnda olan fərdi yaşayış evinə həyətinə giriş qapısının kilidini özləri ilə gətirdikləri lom əşyası ilə sındırıb həyətə qanunsuz daxil olaraq, yaşayış sahəsinin giriş qapısı üzərində olan dəmir barmaqlığı və daha sonra plastik qapısını həmin əşya ilə sındırıb açmaqla evdən bir ədəd «Samsung» markalı televizoru, «Lenovo» markalı notebooku, «Huawei» markalı tableti, qızıllar və.s digər əşyaları oğurlamaqla satıb şəxsi ehtiyaclarına yönəltmələri və bundan başqa onun narkotik vasitədən istifadə etməsi faktı ilə əlaqədar olaraq saxlanması və həmin fakt üzrə barəsində həmçinin cinayət işi istintaq olunması müəyyən olunmuşdur. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməliyyat müvəkkilləri Şahid8 və Şahid9 İnqlab oğlu eyni məzmunlu ifadə verərək Şahid10 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 24-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X15 30 avqust 2021-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə haqqında” 30 avqust 2021-ci il tarixli protokola əsasən, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli’ şəxs X12 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Aytən Şıxheybətova əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroini 30 avqust 2021-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu. Əmircan qəsəbəsində as adlı şəxsdən 15 manat məbləğində pula almasını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirdi. X7 təqdim etdiyi 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisidə narkotik vasitə olan heroini açdıqda narkotik maddə heroinə bənzər maddənin olması aşkar edildi. X7 təqdim etdiyi bir ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisidə narkotik vasitə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 196 saylı möhürü möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin 1-ci cildinin 41-46-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2021-ci il tarixli 6/3789 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: A.Şıxheybətova” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,661 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Cinayət işinin 2-ci cildinin 39-cu vərəqində olan 20 noyabr 2021-ci il tarixli “CD kompakt diskə baxış keçirilməsi haqqında” protokola əsasən, 30 avqust 2021-ci il tarixdə saat 19:40-dən 20:0-dək olan müddət ərizində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis şöbəsində baş təhqiqatçısı, polis mayoru X25 tərəfindən Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-cu Polis şöbəsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid5, əməliyyat müvəkkili Şahid3 və Şahid4 iştirakı ilə Aytən Şıxheybətovanı paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 avqust 2021-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə X15 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm təqdim etmişdir. Həmin bükümündə tünd qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüş, təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılmış, həmin görüntü diskdə qeydə almaqla materialla əlavə olmaqla, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur. Cinayət işinin 1-ci cildinin 63-64-cü vərəqlərində olan 01 sentyabr 2021-ci il tarixli “210100464 nömrəli cinayət işinin ********* nömrəli cinayət işinə birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif olunması haqqında” qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət təqibi ilə bağlı bütün halların tam, hərtərəfli, obyektiv və vaxtında baxılması məqsədi ilə ********* nömrəli cinayət işi icraatda Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilməklə, cinayət təqibi ********* nömrə altında davam etdirilməsi və birləşdirilməklə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3 və 234.1-ci maddələrində olunması və qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 68-80-cı vərəqlərində olan 13 avqust 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, 12 avqust 2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 üvanında olan fərdi yaşayış evinə həyətin giriş qapısının kilidini özləri ilə gətirdikləri lom əşyası ilə sındırıb həyət qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən yaşayış sahəsinin giriş qapısı üzərində olan dəmir barmaqlığı və daha sonra plastik qapısını həmin əşya ilə sındırıb açmaqla evdən bir ədəd 1000 manat dəyərində olan «Samsung» markalı televizoru, bir ədəd 1000 manat dəyərində olan «Lenova» markalı notebooku, bir ədəd 500 manat dəyərində «Hauvey» markalı tabled, 2-ci mərtəbdə olan yataq otağındakı dolabdakı qızıl qabında olan bir ədəd 100 manat dəyərində üzərində mirvari qaşları olan klonlu nazik boyunbağını, bir dəst 2000 manat dəyərində kvadrat formalı 4 ədəd biriliant qaşları olan sırğa dəstini, bir ədəd 20 manat dəyərində binokul və 10 manat dəyərində qabını, bir ədəd 20 manat dəyərində masa üstü örtüyü, bir ədəd 10 manat dəyərində əl üz dəsmalını gizli yolla talayıb Zərərçəkmiş şəxs cəmi 4660 manat məbləğində maddi ziyan vurmaqla oğurluq edilməsi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 104-110-cu vərəqlərində olan 20 avqust 2021-ci il tarixli “İfadənin yerində yoxlanılması” barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X15 törətmiş olduğunu cinayət əməlini əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 154-160-cı vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərarına əsasən, X15 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi, X15 məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, təqsirləndirilən şəxs X15 barəsində əvvəli 30 avqust 2021-ci il tarixindən hesablanmaqla 30 noyabr 2021-ci il tarixədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilməsi, «ev dustaqlığı»nın tətbiqi dövründə X7 üzərinə yaşayış yerini hər gün saat 23.00-dən ertəsi gün saat 08.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək (elektron nəzarət vasitəsinin tətbiqinə başlandıqdan sonra), Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 194-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, X15 19 iyul 2021-ci il tarixdə, saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 202-203-cü vərəqində olan şəxsi axtarış və götürmə haqqında” 19 iyul 2021-ci il tarixli protokola əsasən, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X9 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra X15 əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd, içində toz halda olan narkotik vasitəyə bənzər maddəni təqdim etdi.Sorğu zamanı X15 bildirdi ki, 01 ədəd siqaret kağızına bükülmüş bükümün içində toz halında olan narkotik maddə sayılan kakos olduğunu, tutulmamışdan 1 saat əvvəl Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində, tanıdığı Həsən adlı şəxsdən alaraq istifadə etmək məqsədi ilə saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş siqaret kağızına bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi qeyd edilmişdir. Cinayət işinin 1-ci cildinin 210-215-ci vərəqində olan məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2021-ci il tarixli 6/2980 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №195” möhür əksi, “...Şıxheybətova Aytən ...” və.s yazılar imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,960 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Cinayət işinin 2-ci cildinin 88-ci vərəqində olan 25 yanvar 2022-ci il tarixli “CD kompakt diskə baxış keçirilməsi haqqında” protokola əsasən, 19 iyul 2021-ci il tarixdə saat 19:51-dən 19:58-dək olan müddət ərizində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsində təhqiqatçısı, polis baş leytenantı X33 tərəfindən Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməliyyat müvəkkilləri Şahid9 İnqlab oğlu, X30 və Şahid10 iştirakı ilə Aytən Şıxheybətovanı paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 iyul 2021-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis idarəsinin 31-ci polis bölməsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə X15 əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd büküm təqdim etmişdir. Həmin bükümüdə tünd qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüş, təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılmış, həmin görüntü diskdə qeydə almaqla materialla əlavə olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur. Cinayət işinin 2-ci cildinin 31-32-ci vərəqlərində olan, məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2021-ci il tarixli 3216 nömrəli rəyindən görünür ki, müayinə zamanı X8 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 31-32-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 3489 nömrəli ləyindən görünür ki, müayinə zamanı X8 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 69-71-ci vərəqlərində olan 30 noyabr 2021-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, X15 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçiməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 250-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, X15 əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla X7 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X7 üzərindən 19 iyul 2021-ci il tarixində aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 2,960 qram və 30 avqust 2021-ci il tarixində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 0,661 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X7 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X7 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə X9 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, X7 şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməllərdən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini və gənc olmasını, himayəsində azyaşlı uşağın olduğunu məhkəmə X7 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi X9 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, X9 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təyin edilmiş, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən X9 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, X7 məhkəməyədək icraat zamanı 19 iyul 2021-ci il tarixdən 21 iyul 2021-ci il tarixədək tutulduğu, 30 avqust 2021-ci il tarixdən 30 noyabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay X9 təyin edilən 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq və X7 üzərində çəkilməsi üçün qəti olaraq, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 31 yanvar 2023-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), X15 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, X15 məhkəmə iclasında dərhal həbs edilməli, X7 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.2). Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X9 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,611 qram olan narkotik vasitə - heroin, və xalis çəkisi 2,910 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcləri 223,90 manat X4 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X13, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan əlavə, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd binokl qabı ilə və 1 ədəd gümüşü rəngli nazik boyunbağı üzərində olan klon Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər X7 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X15 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmənövündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, X9 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təyin edilmiş, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən X9 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. X7 məhkəməyədək icraat zamanı 19 iyul 2021-ci il tarixdən 21 iyul 2021-ci il tarixədək tutulduğu, 30 avqust 2021-ci il tarixdən 30 noyabr 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay X9 təyin edilən 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və X7 üzərində çəkilməsi üçün qəti olaraq, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi X9 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 31 yanvar 2023-cü ildən hesablansın. X15 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. X15 məhkəmə iclasında dərhal həbs edilsin. X7 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,611 qram olan narkotik vasitə -heroin və xalis çəkisi 2,910 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd binokl qabı ilə və 1 ədəd gümüşü rəngli nazik boyunbağı üzərində olan klon Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 223,90 (iki yüz iyirmi üç manat doxsan qəpik) manat X4 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X13, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. X9, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-11/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-11/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver