Məhkəmə qərarları › İş №1(010)-11/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-11/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-11/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1984-cü ildə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali musiqi təhsilli, subay, himayəsində 2 (iki) əkiz uşağı olan, işləməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 1(101)- 60/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsi tətbiq edilməklə, əvvəli 30 may 2022-ci il tarixdən hesablanmaqla, qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Göygöl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(066)-53/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsi tətbiq edilməklə və cəzasının əvvəli 30 may 2022-ci ildən hesablanmaqla, qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təxridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü “Adelya” kimi təqdim edərək Gömrük Hospitalında ginekoloq işlədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 işlədiyi Gömrük Hospitalına həkim köməkçisi kimi işə düzəldəcəyini yalandan vəd verərək aldatmaqla, 2021-ci ilin may ayının sonlarında ondan Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının qarşısında 500 (beş yüz) manat pul alaraq Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü “Adelya” kimi təqdim edərək Gömrük Hospitalında ginekoloq işlədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi düzəldəcəyinə yalandan vəd verərək aldatmaqla, 2021-ci ilin iyun ayının əvvəllərində ondan yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, X16, AB yaşayış sahəsi, ev 80, mənzil 114 ünvanın qarşısında 500 (beş yüz) manat pul alaraq Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü “Adelya” kimi təqdim edərək Gömrük Hospitalında ginekoloq işlədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 atasını Gömrük Hospitalında təcili tibbi yardım maşını sürücüsü kimi işə düzəldəcəyinə yalandan vəd verərək 17 iyun 2021-ci il tarixdə ondan yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, X16, AB yaşayış sahəsi, ev 80, mənzil 114 ünvanının qarşısında 500 (beş yüz) manat pul alaraq Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü “Adelya” kimi təqdim edərək aylıq kreditini ödəyəcəyinə yalandan vəd verərək 13 iyul 2021-ci il tarixdə ünvan 5 ünvanında «Ukrayna Dairəsi» yaxınlığında yerləşən «Kontakt Home» mağazasından onun adına 3397 (üç min üç yüz doxsan yeddi) manat dəyərində «İPHONE PRO» markalı mobil telefon götürmüş, ilkin ödəniş kimi 213 (iki yüz on üç) manat, bir ay üçün 257 (iki yüz əlli yeddi) manat ödəmiş, qalan 2827 (iki min səkkiz yüz iyirmi yeddi) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs1 2827 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü «Elvina Babayeva» kimi təqdim edərək Gömrük Hospitalında ginekoloq işlədiyini bildirmiş, Zərərçəkmiş şəxs2 Gömrük Baş İdarəsində işə düzəldəcəyinə yalandan vəd verərək aldatmaqla, 28 iyul 2021-ci il tarixdə, saat 12:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Bulvar ərazisində yerləşən “Saat qülləsi”-nin yaxınlığında ondan 6000 (altı min) manat pul alaraq, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü “Adelya” kimi təqdim edərək Gömrük Hospitalında ginekoloq işlədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 Baş Gömrük İdarəsindən ucuz qiymətə maşın çıxarıb sataraq gəlir əldə edə biləcəklərini yalandan vəd verərək aldatmaqla, ondan 02 sentyabr 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, X16, AB yaşayış sahəsi, ev 80, mənzil 114 ünvanın qarşısında 2500 (iki min beş yüz) manat pulu ələ keçirib Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin iyun ayında “Tiktok” sosial şəbəkəsində tanış olmuşdur. Elşad həmin vaxt dizayner işlədiyini bildirmiş və deməsinə görə, dayısının həbsdə olması səbəbindən normal bir işə düzələ bilməmişdir. Elşad ona pulu olduğunu və normal bir işə düzəlməsi üçün pul verə biləcəyini bildirmişdir. Özünün anası yataq xəstəsidir, paralicdir, hal-hazırda da müalicə alır. Həmin vaxt onun pula ehtiyacı olmuş, ona görə də, Elşaddan pul almaq qərarına gəlmişdir. Elşada demişdir ki, onu Gömrük orqanında işə düzəldə bilər, bunun üçün 11000 (on bir min) manat pul verməlidir. Belə ki, 6000 (altı min) manatını əvvəldən, qalan məbləği isə işə düzələndən sonra verməsini bildirmiş, Elşad isə onunla razılaşmışdır. 2021-ci ilin iyun ayının ortalarında, dəqiq yadında olmayan bir gün telefonda danışmışlar ki, sabahısı gün görüşsünlər. Elşad demişdir ki, işə getməlidir, saat 10 radələrində görüşə bilər və həmin vaxtda görüş təyin etmişlər. Elşad ona yaxın yerin Bayıl qəsəbəsi olduğunu bildirdiyindən, orada, “Pitaçok” deyilən yerdə parkda görüşmüşlər. Elşad ona 6000 (altı min) manat pul, hərbi biletini, covidlə bağlı sənədini və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Həmin sənədləri Elşaddan o istəmişdir. Pulu aldıqdan sonra isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, bir neçə dəfə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Elşadla danışmışlar. Elşada onu yaxın zamanda işə düzəldəcəyini bildirmişdir. Pulu aldıqdan təxminən 10 gün sonra, Elşadın sənədlərini taksi ilə özünə göndərmişdir. Sonradan pulunu qaytaracağını demiş, lakin elə olmuşdur ki, pulu qaytara bilməmişdir. Elşaddan pulu almış, lakin Elşada Gömrük orqanında işləməsi barədə nəsə deməmişdir. Onu yalnız Gömrük orqanında tanışı olduğunu deyərək inandırmışdır. Belə ki, Mehin adında xalası qızı var və Elşad Mehinin adını sosial şəbəkədən bilir, lakin Mehin Elşada zəng vurmayıb, çünki onun Zərərçəkmiş şəxs2 pul almağından Mehinin qətiyyən məlumatı olmamışdır. O, özü Elşada gizli nömrə ilə zəng vuraraq dəyişik səslə işinin düzələcəyini bildirmişdir. Digər epizodlarla bağlı isə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, Vüsalə onun saç ustası olmuşdur. Qeyd olunan +994(55)-789-94-08 nömrəsi də onun istifadəsində olub. Zərərçəkmiş şəxs1 pul və adına telefon almamışdır. Vüsaləni tibb bacısı kimi işə düzəldəcəyini bildirməmiş və Vüsalədən buna görə, 500 (beş yüz) manat məbləğində pul almamışdır. Eyni zamanda Vüsaləyə sürücülük vəsiqəsi düzəldəcəyini də bildirməmiş və Vüsalədən buna görə də, 500 (beş yüz) manat pul almamışdır. Vüsalənin atasını təcili tibbi yardım maşınında sürücü kimi işə düzəldəcəyini də bildirməmiş və buna görə də, Vüsalədən 500 (beş yüz) manat məbləğində pulu almamışdır. Vüsalə onun yanında həyat yoldaşına zəng vuraraq demişdir ki, Könülə pul lazımdır, həyat yoldaşı isə etiraz etmədiyini bildirmişdir. Vüsalə həyat yoldaşından aldığı pulu tanışı olan sevgilisinə verirmiş. Bundan əlavə, Zərərçəkmiş şəxs1 adına “İPhone 12 Pro” markalı mobil telefon da almamışdır. Həmçinin, Zərərçəkmiş şəxs1, guya gömrükdən ucuz maşın alacağını bildirərək ondan 2500 (iki min beş yüz) manat məbləğində pulu da almamışdır. İş üzrə zərərçəkmiş şəxslərin hər ikisi yaxın tanışdırlar, ona görə də eyni sözləri deyirlər. O, bu şəxslərə nə Gömrük Hospitalında ginekoloq işləməsini, nə də atasının İlham Babayev olduğunu və yüksək vəzifədə işlədiyini deməmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək və ibtidai istintaq dövründə verdiyi ifadəsinə əlavə və düzəlişlər edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onu Gömrük orqanında işə düzəldəcəyini bildirərək ondan 11000 (on bir min) manat pul istəmiş, 5000 (beş min) manatını əvvəldən verməsini istəmiş, qalan məbləği isə işə düzələndən sonra verməsini bildirmişdir. Bayıl qəsəbəsi, “Pitaçok” deyilən yerdə görüşən zaman ondan 5000 (beş min) manat məbləğində pul, hərbi biletini, covidlə bağlı sənədini və şəxsiyyət vəsiqəsinin surətini almışdır. Həmin pulu aldıqdan sonra, şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, Elşadla bir neçə dəfə telefonla “WhatsApp” mobil tətbiqi vasitəsilə danışmışdır. Onu yaxın zamanda işə düzəldəcəyini bildirmişdir. Sonradan pulunu qaytaracağını desə də, elə olmuşdur ki, qaytara bilməmişdir. Digər epizodla bağlı isə ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etmişdir. O, özünü nə Elşada Elvira kimi, nə də Vüsaləyə Adelya kimi təqdim etməmişdir. Növbəti məhkəmə iclaslarında isə Zərərçəkmiş şəxs2 verdiyi pulu tanımadığı taksidə öz bacısının da iştirakı ilə qaytardığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Vüsalə Əliyeva onlarında evində qalmış və anasına günü 20 manat qarşılığında qulluq etmişdir. Vüsalənin yanında anası ona Könül deyə xitab etmiş, adının Könül olmasını Vüsalə əvvəldən bilmişdir. Elşaddan aldığı pulun isə bir qismini 2500 (iki min beş yüz) manat bütov, digər qismini isə xırda-xırda qaytarmışdır. Sonda isə əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı əkiz övladının olmasını və anasının ağır xəstə olmasını nəzərə alaraq məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən iyul ayında “Tiktok” sosial şəbəkəsində bir xanımla tanış olmuşdur. Həmin xanım özünü “Elvina Babayeva” kimi təqdim etmişdir. Sonradan cinayət işinin araşdırması zamanı həmin şəxsin əsl adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O, Elvinanın (Təqsirləndirilən şəxs) istifadəsində olan +994(55)-789-94-08 mobil nömrəsi ilə əlaqə saxlayıb mütəmadi olaraq onunla danışır və görüşürmüş. X10 Gömrük Hospitalında ginekoloq işlədiyini, atasının İlham Babayev olduğunu və əvvəllər, MTN əməkdaşı olduğunu demişdir. Həmin vaxtlar işsiz olmuşdur. Bunu Elvina da bilirmiş, Elvina yəni Təqsirləndirilən şəxs onu Gömrük Baş İdarəsində işə düzəldə biləcəyini bildirmiş və ona demişdir ki, “səni Gömrük İdarəsində işə düzəldəcəm, hər ay 2000-2500 manat məbləğində əmək haqqı alacaqsan”. Təqsirləndirilən şəxs elə inandırıcı danışırdı ki, o inanmış və razılıq vermişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, işə düzəlmək üçün ona 6000 (altı min) manatını əvvəldən, qalan 12000 (on iki min) manatını isə işə düzəldikdən sonra olmaqla, ümumilikdə 18000 (on səkkiz min) manat pul verməlidir. Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. 28 iyul 2021-ci il tarixdə, saat 12:15 radələrində Bayıl qəsəbəsində Təqsirləndirilən şəxs ilə görüşmüş, taksi ilə “Dənizmall” istiqamətində getmişlər və yolun Bulvarda olan saatın yaxınlığındakı hissəsində Təqsirləndirilən şəxs taksinin içərisində 6000 (altı min) manat pul vermişdir. Təqsirləndirilən şəxs 15-20 gün ərzində işlə bağlı əmrinin veriləcəyini və bir ay ərzində işə çıxacağını bildirmişdir. Pulu verən zaman şəxsiyyət vəsiqəsi ilə covid pasportunu almışdır. Bundan bir ay sonra, Baş Prokurorluğun qarşısına taksi ilə gələrək hərbi biletini ondan almış və bir həftə ərzində işə çıxacağını bildirmişdir. Hər dəfə işə çıxacağı tarix barədə soruşsa da, Təqsirləndirilən şəxs bunun növbəti həftəyə qaldığını bildirmişdir. Bundan uzun müddət keçmiş, Təqsirləndirilən şəxs onu aldatdığını görmüş, ondan sənədlərini və pulunu tələb etmiş, lakin Könül onun pulunu və sənədlərini qaytarmamışdır. O, təkidlə Könüldən pulunu istəyəndə ona gizli nömrədən zəng gəlmiş, zəng edən qadın Gömrük Komitəsindən zəng vurduğu və sənədlərinin hazır olduğunu, yaxın zamanda Gömrük Komitəsinə dəvət olunacağını bildirmişdir. Sonradan, həmin qızın səsinin Könülün xalası qızı Mehinin səsinə oxşadığını hiss etmiş, hətta bu barədə Könülə demiş, Könül bunu inkar etmişdir. Könül xalası qızının adının “Mehin” olduğunu ona demişdir. Sonradan araşdırma zamanı adının “Şahanə” olduğu ona məlum olmuşdur. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 6000 (altı min) manatı Təqsirləndirilən şəxs verən vaxt taksidə ikisindən başqa heç kim olmayıb, onlar arxada oturmuşlar və pulu orada vermişdir. Taksi sürücüsünü tanımır, dövlət qeydiyyat nişanını da yadında saxlamamışdır. Təqsirləndirilən şəxs Gömrük Komitəsinin özündə avtomobillərin girişçıxışı zamanı qeydiyyat işlərinə baxacağını ona demişdir. Bundan əlavə, “Getcontact” mobil tətbiqində Elvina Babayevanın (Təqsirləndirilən şəxs) nömrəsini axtarış edən zaman adı “Adelya” kimi çıxır. Təqsirləndirilən şəxs nənəsi barədə ona danışmışdır. “Mehin” kimi ona adını dediyi xalası qızı nənəsinə baxırmış, lakin bu barədə dəqiq və konkret məlumat bilmir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan bugünədək ödənilməmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, illərdir ki, saç ustası işləmişdir. 2021-ci ilin təxminən may ayında bir nəfər qadın onun işlədiyi, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında olan “Nur studiyasına gəlmiş, qadının saçını düzəldən zaman adının “Adelya” olduğunu, Gömrük xəstəxanasında ginekoloq işlədiyini bilmişdir. Sonradan istintaq zamanı Təqsirləndirilən şəxs olmasını bildiyi özünü «Adelya» kimi təqdim edən qadın bir neçə dəfə yanına gəlmiş, həmin vaxt aralarında yaxın münasibət yaranmışdır. Təxminən may ayının ortalarında özünü ona Adelya kimi təqdim edən müştərisi ilə söhbət zamanı sonuncuya ağ xalat geymək arzusunda olduğunu bildirmiş, Adelya ona demişdir ki, “mənim tibb bacılarımdan biri ailə həyatı qurub işdən çıxacaq, mən səni özümə köməkçi götürərəm”. Adelya ona atasının İlham Babayev olduğunu, böyük vəzifədə işlədiyini, özünün rütbəsinin isə kapitan olduğunu bildirərək onu tam inandırmışdır. Adelya işə düzəlməyi üçün 500 (beş yüz) manat pul verməli olduğunu ona bildirmişdir. O, may ayının sonlarında Adelya ilə, sonuncunun istəyinə əsasən “Elmlər akademiyası” metrostansiyasına gəlmiş, istəyi ilə sənədlərinin surəti və içərisində 500 (beş yüz) manat pul olan sellofan torbanı Adelyaya vermişdir. Adelya demişdir ki, guya həmin sənədləri və pulu xəstəxanada kiməsə verməlidir. Gömrük hospitalına gedəcəklərini bildirərək ara yollarla onu aparanda, o, hətta Adelyaya bildirmişdir ki, «sən işlədiyin yeri tanımırsan?». Adelya ona demişdir ki, “mən bura həmişə taksi ilə gəlmişəm, ona görə də dəqiq tanımıram”. Onlar taksi çağırmış və taksi ilə Gömrük xəstəxanasının qarşısına getmişlər. Adelya ona gözləməsini bildirərək xəstəxanaya getmiş, 5-10 dəqiqədən sonra xəstəxanadan çıxmış və taksi ilə getmişlər. Sonra, Adelya ilə danışan zaman maşın sürmək istədiyini, lakin sürücülük vəsiqəsinin olmadığını bildirəndə Adelya demişdir ki, tanışı var, 500 manata ona sürücülük vəsiqəsi düzəldə bilər. O, inanmış və 500 (beş yüz) manat pulu yaşadığı evin qarşısında Adelyaya sürücülük vəsiqəsi düzəltməsi üçün vermişdir. Bundan sonra, aralarında olan münasibət daha da səmimi olmuş və problemləri haqqında Adelyaya danışırmış. Bu zaman atasının da işsiz olduğunu bildirəndə Adelya demişdir ki, atsını Gömrük xəstəxanasında təcili tibbi yardım maşınını idarə etməsi üçün sürücü kimi işə düzəldə bilər və bunun üçün də, 500 (beş yüz) manat pul lazımdır. O, Adelyaya bunun üçün 17 iyun 2021-ci il tarixdə 500 (beş yüz) manat pulu yaşadığı evin qarşısında vermişdir. Adelya ilə yaxın münasibətləri olmuş və Adelyaya inandığı üçün sonuncu onun evinə gəlib-gedirmiş. Təhqiqat dövründə izahat verən zaman təhqiqatçı qeyd etdiyi məbləğləri ümumilikdə, 1500 (min beş yüz) manat yazıb, əslində «Adelya» kimi tanıdığı qadın 500 (beş yüz) manatı, guya onu tibb bacısı düzəldəcəyi adı ilə, 500 (beş yüz) manat ona sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə və 500 (beş yüz) manatı isə atasını təcili yardım maşınında sürücü kimi işə düzəldəcəyi adı ilə ondan almışdır. Bunlardan əlavə isə, Adelya ona demişdir ki, “İPhone 12 Pro” markalı telefon istəyir, 13 iyul 2021-ci il tarixdə, günorta saatlarında Adelya taksi ilə onun iş yerinə gəlmiş və onu götürərək “Ukrayna dairəsi” yaxınlığına aparmış, orada “Kontakt Home” mağazasına getmişlər. Adelya ona demişdir ki, onun adına “İPhone 12 Pro” markalı mobil telefon götürsünlər, pulunu isə özü ödəyəcəkdir. O, həmin mağazadan 13 iyul 2021-ci il tarixdə 3397 (üç min üç yüz doxsan yeddi) manat dəyərində olan “İPhone 12 Pro” markalı mobil telefonu öz adına götürmüş və Adelyaya vermişdir. Hətta 25 avqust 2021-ci il tarixdə ona “Kontakt Home”-dan zəng vuraraq aylığın gecikdiyini bildirmişlər. O, bu barədə Adelyaya demiş, sonuncu aylığı ödəyib qəbzinin şəklini ona atmışdır və həmin qəbzin şəklini istintaqa təqdim etmişdir. Bundan sonra, telefonun aylıq ödənişlərini ödəməmiş, bir ayını özü məcbur qalıb ödəmiş, qalan ayları isə ödəməyə imkanı olmamışdır. Hal-hazırda da həmin telefon Adelyadadır. Könüldən işi düzəldə bilmirsə, pulunu və telefonu qaytarmasını tələb etmişdir. Adelya ona demişdir ki, Gömrük orqanına ucuz, sərfəli qiymətə maşın gəlib. 2500 (iki min beş yüz) manatı o versin, 2500 (iki min beş yüz) manatını isə, guya özü düzəldəcək və maşını Gömrük orqanından çıxarıb ustaya 8000 (səkkiz min) manata satacaq, həmin məbləğin yarısı ona çatacaq və beləliklə, ondan aldığı pulları da ödəmiş olacaqdır. O, Adelyaya inanmış və razılaşmışdır. 02 sentyabr 2021-ci il tarixdə axşam saatlarında işdən çıxıb evə getmişdir. Evdə olan zaman Adelya onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, X16, AB yaşayış sahəsi, ev 80, mənzil 114 ünvanın qarşısına gəlmiş, o isə evdən 2500 (iki min beş yüz) manat pul götürmüş, hətta pulu 13 yaşlı qızı Jalə də saymış və birlikdə, Adelya ilə binanın qarşısında görüşmüşlər. 2500 (iki min beş yüz) manat pulu sayıb qızının yanında Adelyaya vermişdir. Bundan sonra, Adelya bu barədə danışmamış, o da Adelyanın onu aldatdığını başa düşmüş və əvvəlcə, Adelyadan xahiş etmişdir ki, ailəsində problem yaranır, pulları qaytarsın, sonra da, dəfələrlə tələb etmişdir. Lakin Adelya onun nömrəsini “block” etmişdir. Bu barədə 31 oktyabr 2021-ci il tarixdə yaşadığı ərazi aidiyyəti üzrə Suraxanı Rayon Polis İdarəsinin 33cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin adını “Adelya” kimi bildiyi, əslində isə Təqsirləndirilən şəxs olan şəxsi tapa bilmədikləri üçün ərizəsi əsasında toplanmış material barədə təhqiqatçı Elşən İsmayılov rədd qərarı qəıbul etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onun şəklini “Tik-tok” sosial şəbəkəsində Aytən Əliyeva adından qoyaraq şəklinin altına “pozğun Vüsalə, 13 yaşlı qızından utan. Masennik 8000, 7000, 3000 camaata atıb” sözlərini yazmışdır, həmin paylaşımın surətini və “X11 yataqxanada qalır tanıyın bunu”, “Mama roza axtarışdadı, tanıyan var yazın polis axtarır” sözlərini yazdığı fotoşəkilləri istintaqa təqdim etmişdir. Könül onu kütləvi informasiya vasitələrində rüsvay etmişdir. O, Adelya kimi tanıdığı qadının Təqsirləndirilən şəxs olduğunu öyrəndikdən sonra, bu barədə Suraxanı rayon prokurorluğuna da şikayət ərizəsi ilə müraciət etmişdir. Bir dəfə Könülün istəyi ilə 2021-ci ilin təminən iyun ayında Xızı rayonuna getmişlər, hətta yolda maşın qəzası olmuşdur. O, Elşadı yalnız orada görmüş, həmin şəxslə başqa heç bir münasibəti olmamışdır. Hazırda ona dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilməmişdir, bu səbəbdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs1 onun doğma qızıdır. 2021-ci ilin iyun ayında qızı Vüsalə ona demişdir ki, “Adelya” adlı bir qadınla tanış olmuşdur və həmin qadın söz vermişdir ki, X5 ginekoloq köməkçisi vəzifəsinə işə düzəldəcək. Bundan ötrü qızı Vüsalənin Adelyaya pul verdiyindən məlumatı olmuşdur. Vüsalə ona demişdir ki, həmin Adelya adlı qadın onu da Gömrük Hospitalında təcili tibbi yardım avtomobilində sürücü kimi işə düzəldəcəkdir. Vüsalə bu işdən ötrü də, əlavə olaraq 500 (beş yüz) manat məbləğində pul vermişdir. Həmçinin həmin “Adelya” adlı qadının, qızı Vüsalənin adına «Kontakt Home»-dan 2827 (iki min səkkiz yüz iyirmi yeddi) manat dəyərində “İphone” markalı mobil telefonu götürdüyündən də xəbəri olmuşdur. Qızı ilə Könülün ilk tanışlıqlarında aralarında yaxşı münasibət olmasını və nəvəsinin ad günündə Könülün qızına köməklik etməsini bilmişdir. Sonradan məlum olmuş ki, həmin “Adelya” adlı qadın əslində, Təqsirləndirilən şəxsdır və həmin şəxs qızı Vüsaləni aldadaraq pulunu alıb dələduzluq etmişdir. Qızı ilə 10 ildən artıqdır ki, ayrı yaşayır və onun bütün sözlərinə inanır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, pulu qızına vermiş, qızı isə Könülə çatdırmışdır. Qızının Könülün evində qalması və onlarda işləməsi barədə məlumatı olmamışdır. Vüsalə ondan şəxsiyyət və sürücülük vəsiqəsinin surətini istəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 02 fevral 2022-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X8 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə Təqsirləndirilən şəxs (özünü Elvina Babayeva kimi təqdim etmiş şəxs) barəsində başlanmışdır. (cild 1, iş.v. 1,) Zərərçəkmiş şəxs2 tərəfindən 08 oktyabr 2021-ci il tarixdə Səbail RPİ-nin 9-cu polis bölməsinin rəisinə ünvanlanan ərizədən görünür ki, 28 iyul 2021-ci il tarixdə Səbail rayonu, Bulvar idarəsində yerləşən saatın yaxınlığında adını “Elvina” kimi bildiyi xanım onu işə düzəldəcəyi vədi ilə ondan 6000 (altı min) manat pul almışdır. (cild 1, iş.v. 4) “Hadisə yerinə baxış keçirilməsi barədə” 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Dənizkənarı Milli parkda yolun kənarıdır. Baxışda iştirak edən vətəndaş Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, 2021-ci ilin may ayında “Tiktok” sosial şəbəkəsi vasitəsilə adını “Adelya” kimi bildiyi bir qadınla tanış olmuş, aralarında dostluq münasibətləri yaranmışdır. 28 iyul 2021-ci il tarixdə “Adelya” ilə Bayıl istiqamətində görüşüb orada taksi ilə üzü Azneft istiqamətinə gedən zaman ona işə düzəlmək üçün 6000 (altı min) manat pul vermişdir. Sonra isə “Adelya” Neftçilər prospektində yolun kənarında düşüb tanışı ilə yolu davam etdiyini bildirmişdir. (cild 1, iş.v. 11-12) 20 yanvar 2022-ci il tarixli Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şükür Həsənov tərəfindən qəbul edilmiş “götürmə aparılması haqında” qərarla Zərərçəkmiş şəxs2 könüllü olaraq təhqiqata təqdim etdiyi “Elvina” adlı qadınla aralarında olan “WhatsApp” yazışmalarına dair fotoşəkillər ondan götürülmüşdür. (cild 1, iş.v. 36) İş materiallarına əlavə edilmiş “WhatsApp” yazışmalarının çıxarışından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 6000 manat məbləğində pulu mənimsənilmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə yazışmalarında ona 6000 manat pul və hərbi biletini verdiyini, işə düzəlməklə bağlı verdiyi vədə əməl etmədiyini, ya işinin düzəlməsini ya da ki, verdiyi 6000 manat pulunun qaytarılmasını tələb etdiyi, Təqsirləndirilən şəxs isə tezliklə pulunun qayıdacağını bildirməsi əks olunmuşdur. (cild 1, iş.v. 37-50) 18 fevral 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərarla Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş.v.62) 17 iyun 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş.v.125) 25 fevral 2022-ci il tarixli, Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və əlavə yoxlama aparılması haqqında” qərarla HK-1123 (rədd 21) nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı Elşən İsmayılovun 31 oktyabr 2021-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Suraxanı RPİ-nin İŞ-ə göndərilmişdir. (cild 1, iş.v.69) 16 yanvar 2022-ci il tarixli, “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş.v.115-118) 17 yanvar 2022-ci il tarixli “götürmə aparılması haqqında” qərardan görünür ki ibtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 könüllü olaraq istintaqa təqdim etdiyi “WhatsApp” yazışmaları və sosial şəbəkədən çıxardığı fotoşəkillər ondan götürülmüşdür. (cild 1, iş.v.132-133) 25 avqust 2021-ci il tarixli ******* nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən “Kontakt-Home” mağazasına 257 (iki yüz əlli yeddi) manat ödəniş edilmiş, ümumilikdə, 570 (beş yüz yetmiş) manat ödəniş edilmiş, 2817 (iki min səkkiz yüz iyirmi yeddi) manat qalıq kredit borcu qalmışdır. (cild 1, iş.v.139). 13 iyul 2021-ci il tarixli **********9 nömrəli müqavilənin əlavəsindən görünür ki, ilkin ödəniş daxil olmaqla toplam məbləği 3397 (üç min üç yüz doxsan yeddi) manat təşkil edən, **********60872 İMEİ kodlu, “İphone 12 Pro 128 GB-Graphite” markalı mobil telefon 313 (üç yüz on üç) manat ilkin ödəniş edilməklə Zərərçəkmiş şəxs1 tərəfindən alınmışdır. (cild 1, iş.v.142) 17 iyun 2022-ci il tarixli, “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş.v. 143-146) 17 iyun 2022-ci il tarixli “yetkinlik yaşına çatmamış şəxsə qanuni nümayəndə təyin etmək haqqında” qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs1, azyaşlı qızı X2 qanuni nümayəndəsi qismində tanınmışdır. (cild 1, iş.v. 148-149). 17 iyun 2022-ci il tarixli “yetkinlik yaşına çatmamış şahidin dindirilməsi protokolu”-na əsasən şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, “Adelya” adlı qadın anası Zərərçəkmiş şəxs1 ilə yaxın münasibətdə olmuşlar. O, yaşadıqları evdə də bir neçə dəfə olmuşdur. Anası saç ustası olduğundan onun saçını bir neçə dəfə düzəltmişdir. Anası “Adelya” ilə iş yerinə gələndə tanış olub. O, anasına Gömrük xəstəxanasında qadın həkimi işlədiyini demişdir. Evdə olan zaman anası Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsini və diplomunu kserekopiya etdirmişdir. Evdə demişdir ki, bu sənədləri və 500 (beş yüz) manatı “Adelya”-ya verəcəkdir ki, onu gömrük xəstəxanasında tibb bacısı kimi işə düzəldəcək. Bundan bir müddət sonra “Adelya” adlı qadın bir dəfə də anası ilə telefonda danışmış və anası aşağı düşüb onunla görüşəcəyini və 500 (beş yüz) manat pulu verəcəyini demişdir, o məqsədlə ki, babasını gömrük xəstəxanasında sürücü kimi işə düzəldəcək. Tarixini xatırladığı 02 sentyabr 2021-ci ildə, axşam saatlarında evdə olduqları zaman “Adelya” anasına zəng vurmuş, maşın şəkli göndərmiş və demişdir ki, həmin maşın gömrük orqanındadır. Anasını inandırmışdır ki, maşını ucuz qiymətə gömrük orqanından çıxara biləcək. Anasından 2500 (iki min beş yüz) manat pul istəmiş, anası da evdən həmin pulu götürmüşdür. Hətta özü də həmin pulu saymışdır. Bir neçə dəqiqədən sonra “Adelya” zəng vurmuşdur ki, evin qarşısındadır. Anası ilə birlikdə binanın qarşısında çıxmış, anası onun yanında 2500 (iki min beş yüz) manat pulu “Adelya”-ya vermiş və pulu saymasını istəmişdir. “Adelya” buna ehtiyac olmadığını deyərək pulu alıb getmişdir. (cild 1, iş.v. 151-153). 17 iyun 2022-ci il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, X7, Bakı şəhəri, Suraxanı rayonu, X16, AB yaşayış sahəsi, ev 80, mənzil 114 ünvanın qarşısını göstərərək 02 sentyabr 2021-ci il tarixdə, adını sonradan tanıdığı Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat pul vermişdir. (cild 1, iş.v. 154-155). 17 iyun 2022-ci il tarixli, Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Pərviz Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild 1, iş.v. 156-158). 15 may 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs saxta profil hesabı açmaqla, onun şəxsi həyatına aid olan internet səhifəsindən çıxartdığı fotoşəkillər, “Whatsapp” yazışmaları və ödəniş qəbzinin surəti iş üzrə sübut kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs2 təqdim etdiyi “Whatsapp” yazışmalarına dair çıxarılmış fotoşəkillər iş üzrə sübut kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi və eyni niyyətlə “Kontakt Home” mağazasından Zərərçəkmiş şəxs1 adına 3397 (üç min üç yüz doxsan yeddi) manat dəyərində “İphone 12 PRO” markalı mobil telefon götürüb, ilkin ödəniş kimi 213 manat, bir ay üçün 257 manat ödəsə də, qalan 2827 (iki min səkkiz yüz iyirmi yeddi) manatını ödəməkdən yayınaraq Zərərçəkmiş şəxs1 2827 (iki min səkkiz yüz iyirmi yeddi) manat maddi ziyan vurmaqla dələduzluq etməsini etiraf etməməsi ilə bağlı göstərdiyi xüsusatlar Zərərçəkmiş şəxs1 özündə həqiqəti əks etdirən ifadəsi, üzləşdirmədə dindirmə, şahidlər X9 və Şahid ifadələri, həmçinin digər istintaq materialları ilə birgə qiymətləndirilərək təsdiq edilmədiyindən rədd edilmiş və Təqsirləndirilən şəxs özünü müdafiəsi kimi qiymətləndirilmişdir. (cild 1, iş.v. 252-261) 02 iyun 2022-ci il tarixli, “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 30 may 2022-ci il tarixdə, saat 18:45-də, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tutularaq 30 may 2022-ci il tarixdə, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. 18 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, 30 may 2022-ci il tarixdən həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. (cild 1, iş.v. səh 95, 168-169, 177-178) Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 senyabr 2013-cü il tarixli, 1(101)-751/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild 1, iş.v. 189-198) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(010)- 55/2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 həyat yoldaşı Rasim adlı şəxsin məhkəmə iclasında şahid qismində dindirilməsi barədə verdiyi vəsatət rədd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(010)- 11/2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs bacısı X3 və taksi sürücüsünün məhkəmə iclasına gətirilərək şahid qismində dindirilməsi barədə verdiyi şifahi vəsatəti rədd edilmişdir. 06 mart 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olmuşdur. Qeyd edilən cinayət işi üzrə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Həmin vəsatətə 28 sentyabr 2023-cü il tarixdə məhkəmə iclasında baxılmış və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməməsi barədə qərar çıxarılmışdır. Həmin qərardan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermiş və cinayət işi Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. 02 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin tarixli sorğusuna cavab olaraq ünvanlanan məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(103)-2149/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-ci il tarixli, 1(101)-60/2023 saylı saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi barədə məhkum Təqsirləndirilən şəxs vəsatətinin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 1(101)-60/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1191/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli məktubla məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması və Azərbaycan Respublikası CPM-in 413-cü maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2149/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsi üzrə məhkəmə baxışı 08 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında keçiriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(103)-2149/2023 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 1(101)-60/2023 saylı qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. 21 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması və Azərbaycan Respublikası CPM-in 413-cü maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi kassasiya baxışından çıxarılaraq 26 fevral 2024-cü il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(103)-2149/2023 saylı qərarından kassasiya şikayəti Cinayət Kollegiyasına daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 1(103)-2149/2023 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(103)-2149/2023 saylı qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət təmin edilmiş və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 1(102)- 2245/2024 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında əvvəlki dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı ittihamı müdafiə edərək bildirmişdir ki, işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 1-3-cü epizodlar üzrə zərərçəkmiş şəxsə vurduğu ziyanın məbləği hər biri ayrı-ayrılıqda 500 manat olmuşdur. Azərbaycan Republikası CM-in 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ilk 3 epizod üzrə törətdiyi əməl cinayət məsuliyyəti yaratmır. 4-cü və 6-cı epizod üzrə isə törətdiyi əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif olunmalıdır, çünki Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qarşı edilmiş dələduzluq hərəkətləri vahid niyyətlə əhatə olunan qəsd kimi qiymətləndirilmədiyindən ayrı-ayrı epizodlar kimi qiymətləndirilmişdir. Belə ki, 4 və 6-cı epizod üzrə törədilmiş cinayət üzrə Zərərçəkmiş şəxs1 vurduğu ziyanın ümumi məbləği 5000 manatdan çox olsa da, vahid niyyətlə deyil, müstəqil törədilmiş cinayətlər olaraq nəzərə alınmalıdır. 5-ci epizodda törətdiyi əməl üzrə isə zərərçəkmiş şəxsə vurduğu ziyanın məbləği 5000 manatdan artıq oluğundan, lakin 4 və 6-cı epizod üzrə törətdiyi cinayət əməli ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən cinayət işinə ibtidai istintaqda verilmiş ittihamlardan yalnız 5-ci epizod üzrə yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı 6000 manat dələduzluq epizodu üzrə baxılmalıdır. CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-in 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-in 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə xitam verilir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona verilmiş ittihamdan qismən imtina edilməli, ittihamın müdafiəsi həmin Məcəllənin yalnız 178.2.4-cü maddəsi ilə davam etdirilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona verilmiş ittihamdan qismən imtina edildiyini bildirərək və dövlət ittihamının müdafiəsinin yalnız, həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə davam etdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinin tələbindən aydın olur ki, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişatında təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. CPM-nin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CMnin 178.2.2-ci maddəsi xaric edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi yuxarıda sadalanmış mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X14 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 verdiyi pulun məbləği 6000 manat deyil, 5000 manat təşkil etmişdir. Həmçinin həmin pulu bacısının yanında taksi şoferinin də iştirakı ilə taksidə Elşada geri qaytarmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda ilkin izahatı və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı Zərərçəkmiş şəxs2 6000 manat pulu Səbail rayonu ərazisində Bayıl qəsəbəsində “Pitaçok” deyilən yerdə onu yalandan işə düzəldəcəyini vəd edərək aldığını etiraf etmişdir. Sonrakı məhkəmə iclasları zamanı 5000 pul aldığını və həmin məbləği Zərərçəkmiş şəxs2 qaytaracağını bildirməsi ilə bağlı məhkəmə iclasında vəsatət vermiş, lakin məhkəmə həmin vəsatəti təmin etməmişdir. Belə ki, Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə bacısı ilə dəfələrlə görüşmüş və yaxın ailə üzvü olduğundan təqsirləndirilən şəxsin lehinə ifadə verməsi qaçınılmazdır. Həmçinin məhkəmə iclasında dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs ilk 3 epizod üzrə törətdiyi əməlin cinayət məsuliyyəti yaratmadığı, 4-cü və 6-cı epizod üzrə isə törətdiyi əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif olunmalı olduğu, 5-ci epizodda törətdiyi əməl üzrə isə zərərçəkmiş şəxsə vurduğu ziyanın məbləği 5000 manatdan artıq olduğundan və 4 və 6-cı epizod üzrə törətdiyi cinayət əməli ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinə ibtidai istintaqda verilmiş ittihamlardan yalnız 5-ci epizod üzrə baxılmalı olduğu qeyd edilmiş, buna görə də dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona verilmiş ittihamdan qismən imtina etmiş, ittihamın müdafiəsinin həmin Məcəllənin yalnız 178.2.4-cü maddəsi ilə davam etdirilməsini xahiş etmişdir. Odur ki, məhz dövlət ittihamçısı tərəfindən ittihamdan qismən imtina edildikdən sonra, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 6000 manat deyil, 5000 manat alması xüsusatını bildirməsi, məhkəmə tərəfindən onun törətdiyi az ağır cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət əməlinə tövsif edilməsi və elə olduğu təqdirdə cinayət məsuliyyətinə cəlb edilməsi müddəti keçdiyindən məhz həmin məsuliyyətdən yaxa qurtarması məqsədi daşımışdır. Bundan əlavə, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş təqsirləndirilən şəxslə olan yazışmalarından da, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxin 6000 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyi aşkar şəkildə görünmüşdür. Həmçinin Təqsirləndirilən şəxs həmin pulu qaytarmasını təsdiq edəcək heç bir dəlil məhkəməyə təqdim edilməmiş, tələbnaməsinə baxış zamanı onun dəfələrlə məhz dələduzluq maddəsi ilə məhkum edilməsi, hazırda da bununla bağlı barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi və Göygöl Rayon Məhkəməsi tərəfindən hökm çıxarılmış, azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman təqsirləndirilən şəxsin ifadəsində özünü qismən təqsirli bilməsi ilə bağlı qeyd etdiyi xüsusatlar toplanmış sübutların məcmusu ilə tam təkzib edilmişdir. Onun qeyd etdikləri isə məhkəmə tərəfindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilərək cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün gətirdiyi əsassız dəlillər kimi qiymətləndirilir. Ona görə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında həmçinin qeyd olunmuşdur ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Hazırki iş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 Gömrük orqanında işə düzəltmək səlahiyyəti olmamışdır. O, 6000 manat pulu zərərçəkmiş şəxsdən almış və həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri yaranmır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqında müdafiə edilən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş yazışmalar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs nəinki vurmuş olduğu ziyanın 25 faizini dövlət büdcəsinə, ümumiyyətlə zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməmişdir. Buna görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixli, 1(101)-60/2023 saylı, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, cəzasının əvvəli 30 may 2022-ci il tarixdən hesablanmaqla, qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göygöl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(066)-53/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə, cəzasının əvvəli 30 may 2022-ci il tarixdən hesablanmaqla, qəti olaraq 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olan, məhkumluğu götürülməmiş və ödənilməmiş şəxsdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində iki uşağının olması, CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmasa da, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti də nəzərə alındığı üçün məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs dəfələrlə məhz dələduzluq maddəsi ilə məhkum edilmiş, sonuncu dəfə isə müvafiq olaraq barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi və Göygöl Rayon Məhkəməsi tərəfindən ittiham hökmü çıxarılmış, barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin başqa maddələri ilə deyil, məhz dələduzluq maddəsi ilə məhkumluqlarının olması, onun bir yox, bir neçə şəxsə qarşı dələduzluq etməsi onun islah olunmadığını, azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin zəruri olmasının göstəricisidir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Hazırki iş üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 qarşı 6000 manat dələduzluq hərəkəti 28 iyul 2021-ci il tarixdə baş vermiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 10 aprel 2023-cü il tarixdə qəbul edilmiş, Göygül rayon Məhkəməsinin hökmü isə 06 iyun 2023-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi hazırki iş üzrə cinayət əməli təqsirləndirilən şəxsin ilkin mühakiməsindən əvvəl törədilmişdir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə ittiham və müdafiə tərəfini, dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi xaric edilməli və bu maddə ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Göygöl Rayon Məhkəməsinin 1(066)-53/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 30 may 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 təqdim etdiyi “WhatsApp” yazışmalarına dair çıxarılmış fotoşəkillərin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 40 iş saatı üçün 240 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi xaric edilsin və bu maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Göygöl Rayon Məhkəməsinin 1(066)-53/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 təqdim etdiyi “WhatsApp” yazışmalarına dair çıxarılmış fotoşəkillərin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə xüsusi müsadirənin və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 40 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 240 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar