Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-110/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 15:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Suraxanı rayonu elektirik idarəsində nəzarətçi mühəndis işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 18 nömrəli evin 2 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00-da Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsi, 12 ünvanında yerləşən yerüstü piyada keçidinin pilləkanı üzərində keçmiş arvadı Zərərçəkmiş şəxs1 qəfil yaxınlaşaraq, kənarda söhbət etmə barədə etdiyi təklifinin rədd edilməsini cüzi səbəb kimi göstərməklə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanların mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, yəni əli ilə arxadan sonuncunun saçından tutub yerə yıxaraq sürükləməklə yanaşı əl və ayaq zərbələri ilə müxtəlif bədən nahiyələrinə zərbələr endirməyə davam etmiş, ardınca sonuncuya məxsus “Xiaomi” markalı, “Mi 5” modelli mobil telefon aparatını qısqanclıq niyyəti ilə əlindən almaq istəyərkən müqavimətlə qarşılaşdığı üçün dişləri ilə Zərərçəkmiş şəxs1 sol əlini dişləyib fiziki ağrı yetirərək mobil telefona yiyələnməklə konstruksiya cəhətdən digər məqsədlər üçün olan, lakin məhv etmə və zədələmə xüsusiyyətinə malik olan mobil telefonu silah qismində istifadə edərək qeyd edilən əşya ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə ardıcıl zərbələr endirməklə Zərərçəkmiş şəxs1 sol əlin arxa səthinin sıyrıqlı qançırı, sol gicgahtəpə nahiyəsində məhdud sahədə saç diblərinə qansızma, sağ alın-təpə, sol bazu və sağ bud nahiyələrinin qançırları, sol dirsək oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə, saat 21:00-da keçmiş arvadının ailə üzvləri ilə birgə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286 H nömrəli fərdi yaşayış evinin qarşısında olarkən keçmiş qayınatası Zərərçəkmiş şəxs2 ilə rastlaşaraq aralarında baş tutan söhbət zamanı əlində saxladığı planşetin yaddaşında sonuncunun qızı Zərərçəkmiş şəxs1 Bayram qızı ilə əlaqəli əxlaq normalarına zidd məlumatların olmasını iddia etdiyi anda Zərərçəkmiş şəxs2 deyilənlərə müstəsna məhəl qoymamasını cüzi səbəb kimi göstərərək, əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanların mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə mübahisə yerini tərk edən Zərərçəkmiş şəxs2 təqib edib ona yetişərək əli ilə sonuncunun baş nahiyəsinə zərbə vurub zərərçəkmiş şəxsə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyunun sağ yan səthinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətlər yetirərək təkrarən qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, evin tək övladıdır və xəstəlikdən əziyyət çəkən valideyinlərinə qulluq edir. 2017-ci ildə “Kooperasiya” Universitetində ali təhsil aldığı zaman həmin Universitetin kollecində Zərərçəkmiş şəxs1 görmüş, onu bəyəndiyinə görə həmin ilin yay ayında Bakı şəhəri, Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığında yaxınlaşıb onunla tanış olmuşdur. Lalə ilə sonradan mobil telefonla danışmaqla, habelə “WhatsApp” prorqamı vasitəsi ilə yazışmışmaqla əlaqə saxlamışdır. Xəstəlikdən əziyyət çəkən anası Leylanın toyunu görə bilməsi üçün Lalə ilə evlənmək qərarına gəlmişdir. Lalə ilə bu barədə danışdıqda sonuncu ona razılıq vermişdir. Bundan sonra telefonla Lalənin anası Şəhla ilə danışıb evliliklə bağlı onun da razılığını almışdır. Həmin vaxt Şəhlaya toy etməyə maddi imkanının olmadığını bildirdikdə Şəhla, qızı Lalənin ərköyün olduğunu, maddi imkanı düzələnə qədər dini kəbinkəsmə əsasında sonuncunu özü ilə aparıb bir yerdə yaşamalarını təklif etmişdir. Şəhlaya, valideyinlərinin bunu müsbət qarşılamayacaqlarını, Lalə ilə bir müddətdən sonra evlənib onu el adəti ilə evinə gəlin gətirəcəyini demişdir. Bu söhbətdən bir neçə gün sonra Lalə ona zəng edərək valideyinləri ilə mübahisə etdiyini, gəlib onu aparmağı, əks təqdirdə özünü öldürəcəyini demişdir. Lalənin dedikləri barədə anası Leylaya danışdıqdan sonra anası, telefon vasitəsilə Şəhla ilə danışmış, həmin vaxt sonuncu Lalənin toydan əvvəl başqa evə getməsinə etirazının olmadığını bildirmişdir. Belə olan halda səhəri günü Lalə ilə Bakı şəhəri, Sabunçu raronu, Bakıxanov qəsəbəsində görüşüb onu yaşadığı evə gətirmişdir. Həmin günü Lalənin xalası Aləmzər, sonuncunun əri və Lalənin dayısı arvadı onlara gəlib gəlib öz xeyir-dualarını vermişlər. Təxminən 10 gündən sonra Lalənin əvvəllər nişanlı olduğunu, keçmiş nişanlısı ilə hal-hazırda da telefonla danışdığını öyrənmişdir. Həmin vaxt Lalə ona, keçmiş nişanlısına artıq ərdə olduğunu demək, halallaşmaq məqsədilə ona zəng etdiyini, sonuncu ilə bir daha danışmayacağını demişdir. xx xxxx 2017-ci il tarixdə isə Lalə ilə toyları olmuş, təxminən 1-2 aydan sonra evdə olmadığı zaman Lalə ilə anası Leyla mübahisə etdiklərinə görə o, Lalə ilə birlikdə köçüb Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində kirayədə yaşamışdır. Lalə əvvəllər “Mcdonalds”-da işədiyinə, evliliklərinin ilk günlərində isə maddi imkanları aşağı olduğuna görə Lalənin işləməsi barədə razılığa gəlmişlər. Birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisindəki metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mcdonalds”-a getmişlər, orada müdiriyyətlə danışdıqdan sonra Lalə işə götürülmüşdür. Lalə “Mcdonalds”-da bir müddət işlədikdən sonra hamiləliyi ilə əlaqədar analıq məzuniyyətinə çıxmışdır. xx xxxx 2018-ci ildə oğlu Xəzan anadan olmuş, həmin ərəfədə onlar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayədə yaşayırdılar. 2018-ci ilin iyun ayında gecə növbəsində qalmalı olduğundan Lalə valideyinlərinin evinə gedib gecəni orada qalacağını, yaşadıqları evə isə səhər qayıdacağını dedikdə o, buna etiraz etməmişdir. Səhər yaşadıqları evə qayıtdıqda Lalənin evdə olduğunu, oğlu Xəzanın isə evdə olmadığını görüb, Lalədən tez qayıtmasının səbəbini, habelə oğlu Xəzanın harada olduğunu soruşmuş, Lalə ona səhər yeməyi vermək üçün tez qayıtdığını, Xəzanı isə nənəsi Şəhlanın yanında qoyduğunu demişdir. Həmin gün sonradan qayınanası Şəhla Xəzanı evə gətirmişdir. Təxminən iki gündən sonra Lalə ilə birlikdə qayınatası Hüseynin evinə qonaq getmiş, orada söhbət əsnasında Lalənin iki gün bundan öncə Xəzanı valideyinlərinin yanına aparsa da özünün orada qalmadığı, valideyinlərinə isə güya onunla (Təqsirləndirilən şəxsla) birlikdə gəzməyə getdiyini dediyi məlum olmuşdur. Həmin vaxt heç bir söz deməsə də yaşadıqları evə qayıtdıqdan sonra bu barədə soruşduqda Lalə, guya onu qısqandığı üçün evdə qaldığını, onu güdmək istədiyini demişdir. Bunda təxminən iki gün sonra isə sinif yoldaşı İlkin zəng edib, gecə saat 02:00 radələrində arvadı ilə birgə hara getdiyini, nəsə bir problemin olub-olmadığını soruşmuşdur. İlkin həmçinin ona Lalənin taksiyə mindiyini gördüyünü, lakin onun özünü sezə bilmədiyini, nəsə bir hadisənin baş verdiyini zənn etmişdir. İlkinə yalandan uşağını narahat olduğu üçün həmin günü qayınatasının evinə apardığını demiş, özü isə dərhal evə gəlib Lalədən gecə saat 02:00 radələrində taksiyə minib hara getdiyini soruşmuşdur. Lalə and-aman edərək həmin vaxt heç bir yerə getmədiyini, evdə olduğunu bildirsə də ona inanmadığını deyib son 3 günün telefon zənglərini çıxartmağı təklif etmişdir. Lalə etiraz edərək, bunu edəcəyi təqdirdə ondan boşanacağı ilə onu hədələmişdir. Əvvəllər də Lalənin belə səhvlərini tutduğu üçün onun kiminləsə görüşdüyünü başa düşmüşdür. Bundan sonra Lalənin valideyinlərinə zəng edib qızlarına sahib çaxmalarını, gəlib qızları Laləni aparmalarını dediyinə görə qayınatası Hüseyn gəlib Laləni öz yaşadığı evə aparmışdır. 2018-ci ilin iyul ayında Lalə “Gənclik Mall” ticarət mərkəzində şirələrin reklamında, o isə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində müvəqqəti hakim köməkçi işləmiş, həmin ərəfələrdə münasibətləri normal olduğundan işdən sonra Laləni götürüb atası evinə aparırmış, Lalə isə öz növbəsində anasından xəbərsiz onu oğlu Xəzanla görüşdürürdü. Bir neçə gündən sonra Lalə münasibətləri haqqında düşünmək üçün evə tək gedəcəyini, həmin günü arxasınca gəlməməyini tapşırmışdır. Laləyə 1-2 həftəyə maaş aldıqdan sonra kirayə ev tutacağını və əvvəlki kimi birlikdə yaşayacaqlarını demiş, Lalə isə bu haqda təklikdə fikirləşəcəyini və arxasınca gəlməməsini bir daha tapşırmışdır. Laləyə bir söz demədən axşam işdən sonra “Gənclik Mall”-a gedib ikinci mərtəbədən, birinci mərtəbədə işləyən Laləyə baxmağa başlamışdır. Həmin vaxt Lalənin iş yerində tanımadığı bir oğlanla yaxın oturub mehriban söhbət etdiyini, həmin oğlanın əli ilə Lalənin ayaqlarını sığalladığını görmüş, onlara yaxınlaşıb Lalədən həmin oğlanın kim olduğunu, hansı səbəbdən onun ayaqlarını sığalladığını soruşmuş, Lalə həmin oğlanın administratoru olduğunu, aralarında hər hansı bir münasibətlərinin olmadığını, sadəcə söhbət etdiklərini, səhv gördüyünü, həmin oğlanın onun (Lalənin) ayaqlarını sığallamadığını bildirmişdir. Buna baxmayaraq, həmin şəxsi çağırıb gördüklərini ondan da soruşmuş, sonuncu isə cavabında səhv başa düşdüyünü, Lalə ilə sadəcə iş yoldaşı olduğunu demişdir. Lalənin bu gündən işləməyəcəyini bildirdikdə həmin oğlan Lalənin admistratoru olmadığını, başqalarının administratoru olduğunu bildirmişdir. Bundan daha da əsəbləşib həmin oğlanın sinəsindən tutub niyə Lalə ilə iş yoldaşı olduğunu deməklə yalan danışdığını soruşmuş, bu zaman mühafizəçilər onları ayırmışlar. Laləyə gedəcəklərini deyib əynini dəyişməsini tələb etmişdir. Lalə etiraz etməyərək əynini dəyişib gələcəyini bildirmiş, yarım saat gözləməsinə baxmayaraq gəlmədiyini görüb Laləyə zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Buna görə də Lalənin iş yoldaşı olan qızdan Lalənin harada olduğunu soruşmuş, həmin qız isə Lalənin çoxdan evə getdiyini demişdir. Dərhal taksi ilə Lalənin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286 H nömrəli fərdi yaşayış evinə getmiş, orada taksidən düşərkən Lalənin başqa taksi ilə gəldiyini görmüş, taksidən düşdüyü zaman onun qolundan tutub niyə belə etdiyini soruşduqda sonuncu qorxub qışqırmağa başlamışdır. Səsə Lalənin valideyinləri çıxmışlar, onlara qızları Lalənin fahişə olduğunu, düzəlməyəcəyini bildirmiş, onun bu sözlərindən əsəbləşən qayınatası Hüseynin evdən götürdüyü mətbəx bıçağı ilə üstünə gəldiyini görüb oradan qaçıb getmişdir. Bundan sonra Lalə nikahın pozulması tələbi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi bir neçə ay çəkdiyi üçün o, həmin müddət ərzində oğlu Xəzanı görə bilməmişdir. Oğlunu görmək üçün hər gün qayınatası Hüseynin yaşadığı evin qarşısına getmiş, qayınanası Şəhla isə hər dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib guya evin qarşısında səs-küy salması barədə yalandan şikayətlər etmişdir. xx xxxxxx 2018-ci ildə bütün bunlardan uzaq olmaq üçün X1 şəhərinə gedib bir müddət orada yaşamışdır. Orada yaşadığı müddət ərzində Lalə “WhatsApp“ proqramı vasitəsi ilə ona yazaraq barışmağı təklif etmişdir. 2019-cu ilin fevral ayının ortalarında Bakı şəhərinə qayıtdıqdan sonra körpə övladının xatirinə Laləni etdiyi səhvlərə görə bağışlamaq qərarına gəlmiş, sonuncu ilə birlikdə yaşamasalar da görüşüb danışmışlar. Lalə də valideyinlərindən xəbərsiz onun, oğlu Xəzanla görüşməsinə şərait yaratmışdır. Onun oğlu ilə görüşməsinə Lalənin valideyinləri razı olmadıqlarına görə o, uşaqla ünsiyyətdə olmaq tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. 2019-cu ilin mart ayında həmin məhkəmənin qərarına əsasən onun, hər həftənin şənbə günü saat 16:00-dan 18:00-dək Lalənin iştirakı ilə oğlu Xəzanla görüşmək hüququ müəyyən edilmişdir. Bundan sonra hər həftənin şənbə günü Lalənin iştirakı ilə o, oğlu Xəzanla görüşmüşdür. 2019-cu ilin avqust ayına kimi Lalə ilə münasibətləri normal olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu köhnə “Komsomol” dairəsi adlanan yerdəki piyada keçidinin aşağı hissəsində olan zaman Lalənin bir avtomobilin qabaq sərnişin oturacağında sürücü ilə öpüşdüyünü görmüş, Lalə avtomobildən düşüb pilləkanlarla qalxarkən yaxınlaşaraq onun qolundan tutub kiminlə öpüşdüyünü soruşmuş və onu söhbət etmək üçün kənara çəkmişdir. Həmin vaxt Lalədən mobil telefonunu ona verməsini tələb etdikdə sonuncu bundan imtina etmişdir. Mobil telefonu Lalənin əlindən almaq istəyərkən, sonuncu səs-küy salmış, mobil telefonu ona verməmişdir. Həmin an Lalənin saçından dartaraq mobil telefonunu əlindən alıb cibinə qoymuşdur. Bundan sonra tanımadığı şəxslər onlara yaxınlaşmışlar, o cümlədən Lalənin bir qədər əvvəl avtomobildə öpüşdüyü şəxs də yaxınlaşıb onun üz nahiyəsinə ardıcıl bir neçə yumruq zərbəsi endirmişdir. Zərbənin təsirindən yerə yıxıldıqdan sonra həmin şəxs onun cibindən Lalənin mobil telefonunu götürüb sonuncuya qaytarmışdır. Bundan sonra Lalə oradan uzaqlaşıb getmiş, o, isə üzündən və əlindən xəsarətlər aldığı üçün yaxınlıqda olan köşkdə əl-üzünü yuduqdan sonra evə getmişdir. Ona xəsarət yetirmiş şəxsin sıravi bir vətəndaş olduğunu zənn edib ondan şikayət etməmişdir. Lalə isə ərizə ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib baş vermiş hadisə barədə məlumat vermişdir. Sonradan həmin polis bölməsinə çağrılaraq izahatı alınmış, orada verdiyi yazılı izahatında hadisəni olduğu kimi qeyd etmişdir. Təxminən bir həftə sonra qeyd etdiyi polis şöbəsinə gedən zaman Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yaxınlığında Lalənin qara rəngli “X6” markalı **-FD-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sərnişin oturacağından düşdüyünü görüb dərhal ona yaxınlaşaraq, oğlu Xəzanla görüşməsinə maneəçilik yaratmasının, üzrsüz səbəbdən məhkəmənin qanuni qüvvəsini almış qərarını icra etməməsinin səbəbini soruşmuşdur. Lalə ona cavab vermədən qara rəngli “X6” markalı **- FD-*** dövlət nömrə nişanlı avtomobilə qayıtmış, o, da Lalənin arxasınca getmişdir. Həmin avtomobilin sürücüsü Laləyə arxa oturacaqda əyləşməyi təklif etmiş, onu isə təhqir etməklə avtomobilinə oturmağını təkid etmişdir. Həmin şəxsin xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00 radələrində onu döyərək xəsarət yetirən şəxs olduğunu görmüş, dərhal Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gedib bu barədə məlumat vermişdir. Həmin gün ona məlum olmuşdur ki, həmin **-FD-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bakı şəhəri Sabunçu rayon Prokuruluğunun işçisi Səbuhi adlı şəxsdir. Bu barədə müvafiq aidiyyəti orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə “Azərişıq” X4 Suraxanı rayon İşıq İdarəsində işdə olduğu zaman Lalə ona zəng edib övladı Xəzana görə aralarında düşmənçiliyin olmasının istəmədiyini, xx xxxxxxxx 2019-cu il tarixdə görüşüb söhbət etməyi təklif etmişdir. Laləyə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Dəmir yolu stansiyasının yaxınlığında olan parkda görüşməyi təklif etmiş, sonuncu isə işdən gec çıxdığını bəhanə edib saat 21:00 radələrində evlərinin yaxınlığında olan dayanacaqda görüşmələrini istəmişdir. Qeyd edilən tarixdə və vaxtda Lalənin dediyi yerə getmiş, orada 30 dəqiqə gözlədikdən sonra Lalənin gəlmədiyini görüb ona zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Həmin günü saat 21:45-də dayanacaqda olduğu zaman keçmiş qayınatası Hüseyn əlində çubuqla yaxınlaşaraq onu təhqir edib gəlməyinin səbəbini soruşmuşdur. Hüseynə qızı Lalənin xahişi ilə gəldiyini bildirmiş, Hüseyn isə onun dediklərinə məhəl qoymadan əlləri ilə bədənindən tutub sıxaraq, onu ölümlə hədələmişdir. Hüseynə, heç nə edə bilməyəcəyini bildirmiş, bundan sonra sonuncu yaşadığı evə tərəf gedərək ondan 200 metr uzaqlaşdıqdan sonra anasının ünvanına nalayiq ifadə işlətmişdir. Bundan əsəbləşib qaçaraq Hüseynə tərəf getmiş, bunu gördükdə Hüseyn evdən bıçaq götürüb üstünə hücum çəkmişdir. Hüseyn ona xəsarət yetirmək istəyərkən o, zərbədən yayınmış və bıçaq köynəyinin sağ qoltuq nahiyəsinə dəyərək köynəyini zədələmişdir. Hüseyn bıçaqla ona ikinci dəfə zərbə endirmək istədikdə o, əli ilə bıçağı tutaraq qırıb yerə atmışdır. Bu zaman Hüseyn qorxaraq qonşularını köməyə çağırmış, sonunculardan onu tutub bağlamalarını və polis çağırmalarını tələb etmişdir. Qonşular isə buna etiraz etmişlər və o, oradan uzaqlaşıb əlindən aldığı xəsarətlə əlaqədar 3 saylı X3 getmişdir. Orada ona ilkin tibbi yardım göstərilərək əlinə sarğı qoyulmuşdur. Xəstəxanaya gedərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, sonradan isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gedib baş vermiş hadisə ilə əlaqədar yazılı izahat vermişdir. Təqsirləndirilən şəxs həmçinin məhkəmə iclasında verilən suallara suallara cavab olaraq bildirdi ki, Lalənin saçından tutub əlindən mobil telefonunu alıb cibinə qoymaqda məqsədi telefondan əldə edəcəyi sübutları sonradan məhkəməyə təqdim etmək olmuşdur. Həmin ərəfələrdə eyni evdə yaşamasalar da münasibətləri normal olmuşdur. Səbuhi adlı şəxs onu vuran zaman ətrafda 3-4 nəfər tanımadığı şəxslər olmuşdur. Lalə əvvəldən dəlisov olub, həmişə özünü düzə çıxartmağa çalışmışdır. Lalənin saçından tutub əlindən telefonunu almağı təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt ətrafda kənar şəxslər olmamış, lakin sonradan səsə tanımadığı şəxslər yığışmışdır. Birinci hadisədən sonra onun Lalə ilə hər hansı bir əlaqəsi olmamış, ikinci hadisədən 2 gün əvvəl Lalə özü zəng edib düşmənçiliyi aradan qaldırmaq üçün görüşməyi təklif etmişdir. Lalənin barışmaqda məqsədi Səbuhinin adının çəkilməsinin istəməməsi olmuşdur. Lalənin telefonunun əlindən alarkən saçından tutduğuna görə peşmandır. Sonda Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxs1 məhkəmədə göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 286-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 2009-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 94 saylı tam orta məktəbi bitirib həmin ildə Anadolu Universitetinə daxil olmuş, 2013-cü ildə həmin Universitetin Turist, Mehmanxana idarəetmə və onun təşkili fakültəsini bitirmişdir. 2014-cü ildə isə Bakı Kooperasiya Universitetinin Mehmanxana idarəetmə kollecinə daxil olmuş, 2017-ci ildə həmin kolleci bitirmişdir. 2010-cu ildən Bakı şəhəri Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında olan “McDonalds”-da işlədiyi ərəfədə təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuş, xx xxxx 2017-ci il tarixdə isə Ələkbərlə evlənib onunla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində kirayə tutduqları evdə yaşamışdır. Təxminən 7-10 gündən sonra Ələkbər “Topaz”-a borcunun olduğunu bildirib, ona məxsus qızılları metronun “Neftçilər” stansiyasının yaxınlığında olan lombarda girov qoyub 800 manat pul götürmüşdür. Ələkbərdən qızıllarının necə olacağını soruşduqda sonuncu maaşını alıb qızılları girovdan çıxaracağını demişdir. Bir aydan sonra Ələkbər ona evin kirayə pulunu ödəyə bilməyəcəyini, müvəqqəti olaraq valideyinlərinin yanında qalmağı, sonradan isə yenə də birlikdə yaşayacaqlarını demişdir. Buna görə də valideyinlərinin evinə köçüb orada yaşamışdır. Bir aydan sonra Ələkbərə 110 manat verib qızılları girovdan çıxartmağı xahiş etmiş, Ələkbər isə satılmaq üzrə olan babasının evi satılan kimi pulu tam şəkildə ödəyib qızılları girovdan çıxaracağına vəd vermişdir. Həmin evin satılması uzandığından o, qızıllarını girovdan çıxartmaq üçün 3 ay Ələkbərə 110 manat vermişdir. 4-cü ayın tamamında anası Şəhla ondan qızılların harada olduğunu soruşmuş, məcbur olub anasına Ələkbərin qızılları lombarda girov qoyub müqabilində pul götürdüyünü etiraf etmişdir. Bundan sonra o, Ələkbərin qızıllarını girov qoyduğu lombarda getmiş, qızıllarını götürmək üçün nə qədər pul ödənilməli olduğu ilə maraqlanmış, həmin vaxt məlum olmuşdur ki, Ələkbər ondan götürdüyü aylıq ödəniş pullarını lombarda vermədiyinə görə qızılları pul əvəzinə banka verilmişdir. Bu məsələni valideyinlərinə danışmış, sonuncular Ələkbərdən ona ər olmayacağını, ondan boşanmağı məsləhət görmüşlər. Valideyinləri ilə razılaşmayaraq, yaxın günlərdə övladının dünyaya gələcəyini, pula görə Ələkbərdən boşanmayacağını demişdir. 2018-ci ilin mart ayında oğlu Xəzan anadan olmuş, lakin Ələkbər nə ona, nədəki körpə oğluna hər hansı bir maddi köməklik göstərmişdir. Xəzanın iki aylığında belə əri ilə birgə yaşamadığına görə valideyinləri ona irad tutmuşlar. Bu barədə Ələkbərlə danışdıqdan sonra sonuncu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə ev tutmuş və köçüb orada birlikdə yaşamağa başlamışlar. Həmin ərəfədə Ələkbər Bakı Metropoliteninin Deposunda mühafizəçi işlədiyinə görə bir gündən bir gecə növbəsində qalırdı, istirahət günündə isə səhər evdən çıxıb gecə evə gəlirdi. Ələkbərdən istirahət günündə səhər evdən çıxıb gecə gəlməsinin, ailəsi ilə maraqlanmamasının səbəbini soruşduqda Ələkbər dostları ilə olduğunu bildirmişdir. 2018ci ilin iyun ayında Ələkbər ondan 1.000 manat pul tapmağı xahiş etdikdə, pulunun olmadığını, üstəlik qızıllarının da lombardda girov qaldığını deməklə narazılığını bildirmişdir. Bundan sonra Ələkbərlə aralarında mübahisələri yaranmış və evdə olan zaman Ələkbər onu döymüşdür. Lakin bu barədə heç bir orqana şikayət etməmiş, əksinə anası Şəhlaya zəng edib Ələkbərin borcunun olduğunu, həmin borcu bağlamaq üçün 1.000 manat pul verməsini xahiş etmişdir. Anası hadisədən xəbər tutan kimi gəlib onu, körpə uşağı ilə birlikdə öz evinə aparmışdır. 2018-ci ilin avqust ayında isə nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda pula ehtiyacı olduğu üçün analıq məzuniyyətində olmasına baxmayaraq “McDonalds”-da işə düzəlmişdir. Ələkbər bir neçə dəfə iş yerinə gəlib narahat etdiyinə görə 2018-ci ilin oktyabr ayında onu işdən çıxartmışlar. 2018-ci ilin dekabr ayında Ələkbər, Bakı şəhəri Sabunçu rayon Məhkəməsində boşanma ilə əlaqədar məhkəmə prosesləri davam etdiyi zaman onun yaşadığı evin daş hasarına barəsində təhqiramiz sözlər yazmışdır. 2019-cu ilin yanvar ayında Bakı şəhər Sabunçu rayon Məhkəməsinin qərarına əsasən Ələkbərlə aralarında bağlanmış nikah qeydi rəsmi olaraq ləğv edilmiş, həmin vaxt X2 getdiyi məlum olmuşdur. Ələkbər 2018-ci ilin mart ayında Rusiya Federasiyasından qayıtdıqdan sonra uşaqla ünsiyyətdə olmaq hüququna dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. 2019-cu ilin aprel ayında Bakı şəhər Sabunçu rayon Məhkəməsinin qərarı ilə Ələkbərə, övladı Xəzanla hər həftənin şənbə günü saat 16:00 radələrində onun iştirakı ilə görüşmək hüququ verilmişdir. Bu qərardan sonra oğlu Xəzanı hər həftənin şənbə günləri saat 16:00 radələrində Ələkbərlə görüşə aparmış, Ələkbər hər dəfə təkidlə barışıb birlikdə yaşamağı təklif etmiş, əks təqdirdə şəkillərini və video görüntülərini yayacağı ilə onu təhdid etmişdir. Ələkbərin bu kimi hərəkətləri səbəbindən onun xahişi ilə sonradan atası Hüseyn, nəvəsi Xəzanı Ələkbərlə görüşə aparmışdır. Ələkbər isə onun yaşadığı evə gələrək barışıb birgə yaşamaları barədə atası Hüseynlə danışmış, lakin sonuncu da buna razı olmamışdır. 2019-cu ilin may ayından reklam mütəxəssisi kimi işləməyə başlamış, xx xxxxxx 2019-cu il tarixdə, saat 20:00 radələrində işdən çıxıb avtomaşınla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yusif Qasımov küçəsinə gəlmiş, Aeroport şossesinə çıxmaq üçün pilləkənlə yuxarı qalxmaq istəyərkən, avtobus dayancağında olan şəxslərin, taksi sürücülərinin və siqaret satıcılarının gözü qarşısında Ələkbər onun sağ qolundan tutub geri çəkərək, söhbət etmək üçün kənara aparmaq istəmişdir. Ələkbərə, onunla danışmağa sözünün olmadığını deyib qolunu buraxmasını tələb etsə də, Ələkbər saçından tutub onu yerə yıxmış, yerlə 6-7 metr sürüyərək, ayağına və bədən nahiyəsinə təpik və əli ilə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Ələkbər onun əlindən mobil telefonunu almaq istəmiş, ona müqavimət göstərdiyini görüb əlindən dişləyərək telefonunu əlindən almışdır. O, qışqıraraq, ətrafda olan şəxsləri köməyə çağırmış, bu zaman Ələkbər onun əlindən aldığı “Xiaomi” markalı, “Mi 5” markalı mobil telefonla 5-6 dəfə başından vurmuşdur. Bu zaman kənarda olan şəxslər yaxınlaşıb onu Ələkbərin əlindən alıb telefonunu özünə qaytarmışlar. Ələkbər həmin şəxslərə döydüyü şəxsin arvadı olduğunu, onu pozğunluq etdiyi zaman tutduğunu demiş, lakin hadisə yerinə toplaşmış şəxslər Ələkbərə öz iradlarını bildirmişlər. Tanımadığı bir nəfər taksi sürücüsü isə onu, öz avtomobili ilə yaşadığı evə aparmışdır. Evə gəldikdə baş vermiş hadisə barədə valideyinlərinə danışmış və sonuncularla birlikdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gedib baş vermiş hadisə barədə şikayət ərizəsi yazmışlar, habelə bədənində olan xəsarətlə bağlı məhkəmə-tibb ekspertizası müayinəsindən keçmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 20-21 radələrində evdə olduğu zaman atası Hüseyn işdən evə gəlmiş, bir neçə dəqiqədən sonra isə süd almaq üçün mağazaya getmişdir. Təxminən 10-15 dəqiqədən sonra Ələkbərin küçə söyüşləri söydüyünü eşitmişdir. Belə ki, həmin vaxt Ələkbər, atası Hüseynə onun (Lalənin) əxlaqsız olduğunu, əlində video görüntülərin olduğunu, habelə onu analıq hüququndan məhrum edib uşağı əlindən alacağını demişdir. Bundan sonra anası Şəhla evdən məhəlləyə çıxmışdır. O, isə evdə qalıb baş verənlərə pəncərədən baxmışdır, həmin vaxt Ələkbər yumruqla, atası Hüseynin üz nahiyəsindən vurmuş, qonşuları Ələkbəri, atasından ayırıb kənara aparmışlar. Həmin zərbənin təsirindən atası Hüseyn yerə çökərək qışqırıb polis çağırılmasını tələb etmiş, anası Şəhla isə atasının qolundan tutub həyətə gətirmiş və dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Qonşular Ələkbəri məhəllədən qovduqdan sonra anası Şəhla, atası Hüseynlə birlikdə 31-ci Polis Bölməsinə gedib ərizə ilə müraciət etmişlər. Zərərçəkmiş şəxs1 həmçinin məhkəmə iclasında verilən suallara cavab olaraq göstərdi ki, Ələkbər onu həmişə izləmiş, o isə sadəcə aralarında düşmənçiliyin olmamasını istəmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 20:00 radələrində Ələkbər telefonla başından bir neçə dəfə vurmuşdur. Ələkbərlə normal qaydada evlənib ailə qurmuşlar, əvvəllər Ələkbər belə olmamış, lakin sonradan çox dəyişmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 20:00 radələrində Bakıxanov qəsəbəsinə taksi ilə gəlmiş, həmin vaxt Ələkbərə telefonunu vermədiyinə görə sonuncu avtobus dayanacağında onun saçından tutmuş, telefonu ala bilməyəcəyini görüb əlindən dişləmiş, həmin vaxt o, Ələkbərin ayağından tutmuş, sonuncu isə qeyd etdiyi kimi telefonla onun başından vurmuşdur. Həmin vaxt əvəvllər tanımadığı şəxs yaxınlaşıb ona kömək etmişdir. Səbuhi adlı şəxsi, 2019-cu ilin sentyabr ayının 9-dan sonra görüb tanımış, ondan polisə şikayət edildiyinə görə Səbuhidən onu polis bölməsinə aparmasını xahiş etmiş, sonuncu və təhqiqatçı Nurəli ilə birlikdə polis bölməsinə gedib izahat vermişdir. Səbuhini sonradan bir dəfə işlə bağlı görmüş, onunla hər hansı bir münasibəti olmamışdır. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmədə göstərdi ki, ünvan 8-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 1991-ci il tarixdə Şahid1 ilə ailə həyatı qurmuş, 1992-ci ildə qızı Lalə, 1994-cü ildə isə oğlu Fərdi anadan olmuşdur. 2017-ci il tarixdə qızı Lalə, Ələkbərlə evləndikdən sonra ünvan 3 mənzil 2 ünvanına gəlin köçmüş, 2018-ci ildə sonuncuların birgə nikahından nəvəsi Xəzan anadan olmuşdur. Bundan sonra Ələkbərlə Lalənin münasibətləri pozulduğundan sonuncu nikahın ləğvinə dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət etmiş və xx xxxxxx 2019-cu ildə onlar rəsmi olaraq boşanmışlar, nəvəsi Xəzan anasının himayəsinə verilmilşdir. Bundan sonra Lalə, körpə uşağı Xəzanla birlikdə, onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286 H saylı evə gəlib onlarla birlikdə yaşamışdır. Lalə xx xxxxxx 2019-cu il tarixdə, saat 09:00 radələrində işə getmiş, həmin günü saat 21:00 radələrində qızı, anası Şəhlaya zəng edib onu qarşılamasını xahiş etdiyi zaman Lalənin telefonda qışqırdığını eşitmişlər, sonradan isə əlaqə kəsilmişdir. Arvadı Şəhla 5-6 dəfə Laləyə zəng etsə də qızı zənglərə cavab verməmişdir, sonuncu zəngə isə bir oğlan cavab verərək, Lalənin bir şəxs tərəfindən döydüyünü bildirmişdir. Təxminən 30 dəqiqədən sonra Laləni, 40 yaşlarında bir kişi, markasını və dövlət qeydiyat nömrəsini xatırlamadığı avtomobillə gətirmişdir. Lalədən nə baş verdiyini soruşduqda, sonuncu Bakı şəhəri, Sabunçu rayonu, Samir Əliyev küçəsində, keçmiş “Komsomol” dairəsinin yaxınlığında olan dayanacağın yanında olan pilləkənlə qalxıb “Aeroport” yoluna çıxmaq istəyərkən, keçmiş əri Ələkbərin arxadan saçından tutub onu yerə yıxaraq döydüyünü, mobil telefonunu əlindən alıb başına vurduğunu, ətrafda olan şəxslərin yanında onu yerlə sürüdüyünü, tanımadığı şəxslərin onu Ələkbərin əlindən alıb evə gətirdiklərini bildirmişdir. Bundan sonra o, ərizə ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib qızı Lalənin keçmiş əri Ələkbər tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bununa baxmayaraq Ələkbər bir neçə dəfə də onun yaşadığı məhəlləyə gələrək, Lalənin pozğun olduğunu hamıya deyəcəyini bildirərək onu hədələmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 20-21 radələrində işdən evə gəlib əynini dəyişdikdən sonra süd almaq üçün yaxınlıqda olan mağazaya getmişdir. Mağazadan evə qayıdarkən keçmiş kürəkəni Ələkbərin əlində planşetlə məhəllədə gəzdiyini görüb ondan gəlişinin səbəbini soruşmuşdur. Əlkbər onun ünvanına nalayiq ifadələr işlədərək, əlində qızı Laləni rüsvay edəcək materialların olduğunu, sonuncunun pozğun olduğunu demişdir. Ələkbərin dediklərinə məhəl qoymadan ona, “əlindən nə gəlirsə elə” deyib evinə tərəf getmişdir. Həmin vaxt qonşuları Arzu, Xanım və arvadı Şəhla, Ələkbərin səsinə çölə çıxmışlar. Evinin həyət qapısının qarşısına çatdıqda Ələkbərin uca səslə, nalayiq söyüşlər söyərək arxasınca gəldiyini görüb ondan arxasınca gəlməsinin səbəbini soruşmuş, bu zaman Ələkbər sağ əlində olan bıçağı nümayiş etdirərək onu bıçaqlayacağı ilə hədələmiş və gözləmədiyi halda yumruqla onun sağ gicgah nahiyyəsinə vurmuşdur. Zərbənin təsirindən başı gicəlləndiyindən yerə çöküb qışqıraraq polis çağırılmasını tələb etmişdir. Arvadı Şəhla qolundan tutub onu həyətə aparmış, sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Ələkbər isə qonşuların təkidi ilə oradan çıxıb getmişdir. Bundan sonra arvadı Şəhla ilə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gedib Ələkbərin hərəkətləri ilə bağlı şikayət ərizəsi yazmışlar. Zərərçəkmiş şəxs2 həmçinin məhkəmə iclasında verilən suallara cavab olaraq göstərdi ki, Ələkbəri gördüyü zaman məhəllədə heç kəs olmamış, sonradan səsə arvadı və qonşular çıxmışlar, sonuncular da həmin vaxt Ələkbərin əlində bıçaq olduğunun şahidi olmuşlar. Ələkbərin əlindəki bıçağı o, qırmış, bıçağı qırarkən əlindən heç bir xəsarət almamışdır. Həmin vaxt mağazadan süd almağa getdiyindən onun üzərində bıçaq olmamışdır. Boşandıqdan sonra Lalə ilə Ələkbərin hər hansı bir münasibəti olmamış, 2019-cu ilin avqust ayında baş verən hadisədən xəbəri olmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə Ələkbər onu sol əli ilə vurmuşdur. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ilkin ifadəsində şahid Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək əlavə olaraq göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 20-21 radələrində əri Zərərçəkmiş şəxs2 işdən evə gəlib paltarını dəyişdidkən sonra süd almaq üçün yaşadıqları evin yaxınlığındakı mağazaya getmişdir. Təxminən 10-15 dəqiqədən sonra Ələkbərin küçə söyüşlərini eşidib evin həyətinə çıxmış, həmin vaxt evin həyət qapısının qarşısında əri Hüseynin yıxılmış vəziyyətdə, Ələkbərin isə sağ əlində bıçaq olduğunu görmüş, lakin sonuncunun əri Hüseyini vurmasını bilavasitə görməmişdir. Əri Hüseynin qolundan tutub həyətə apardıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Qonşular Ələkbəri məhəllədən qovduqdan sonra birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gedib Ələkbərin hərəkətləri ilə bağlı şikayət ərizəsi yazmışlar. İbtidai istintaqda verdiyi ifadəsini polis əməkdaşı kompyuter vasitəsilə yazmışdır. Sonradan Şahid1 məhkəmədə göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə Ələkbərin səsinə məhəlləyə çıxmış, həmin vaxt əri Hüseynin Ələkbəri kürəyindən qucaqlayıb saxladığını, Ələkbərin isə yumruqla ərinin üzündən vurduğunu görmüşdür. Ələkbər dəfələrlə yaşadıqları ünvana gəlib bu kimi əməllər törətdiyindən o, ilkin olaraq verdiyi ifadəsində hadisələri qarışdırmışdır. Şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, ünvan 4 C ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 isə onunla qonşuluqda yaşayır. Ailələri arasında yaxşı qonşuluq münasibətləri var. 2017-ci ilin yay aylarında Hüseynin qızı Lalənin Ələkbərlə toyu olmuş, bundan təxminən bir həftə sonra isə Lalə qayıdıb atası evində yaşamağa başlamışdır. xx xxxxxxxx 2019-cu tarixdə axşam evdə olduğu zaman qonşu Şəhlanın qışqırıq səslərini eşidib küçəyə çıxmış, həmin vaxt Ələkbərlə Hüseynin dalaşdığını, qonşuların isə onları ayırmağa çalışdığını görmüşdür. Habelə həmin vaxt Hüseyn Ələkbərin əlində olan bıçağı burub onun əlindən almaq istəyərkən, bıçaq qırılaraq tiyəsi Ələkbərdə, dəstəyi isə Hüseynin əlində qalmışdır. Bundan sonra qonşuluqda yaşayan Natiq, Vahid və digərləri Ələkbəri məhəllədən çıxartmışlar. Həmin vaxt Ələkbərin paltarında və ya bədənində hər hansı xəsarət izi görməmişdir. Şahid4 həmçinin suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs yaxşı biri kimi tanımışdır. xx xxxxxxxx 2019-cu tarixdə hadisənin baş verdiyi zaman hava artıq qaralmışdı, buna görə də o, Hüseynin Ələkbər tərəfindən vurulduğunun bilavasitə şahidi olmamış, habelə orada qan ləkəsi də görməmişdir. İbtidai istintaq zamanı o, Hüseynin evində dindirilmiş, həmin vaxt ifadəsini polis əməkdaşı yazmış, o isə onu imzalamışdır. Şahid qismində dindirilmiş Şahid3 qızı göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Əliyev küçəsi, ev 294 B ünvanında qediyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 isə onunla qonşuluqda yaşayır və ailələri arasında yaxşı münasibətləri var. Hüseynin qızı Lalə 2017-ci ilin yay aylarında Ələkbərlə toyu olmuş, təxminən bir həftədən sonra isə Lalə qayıdıb atası evində yaşamağa başlamışdır. Ələkbər isə hərdən gəlib Laləyə baş çəkirdi. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 20-21 radələrində evdə olduğu zaman qışqırıq səslərini eşidib küçəyə çıxmış, həmin vaxt Ələkbərin keçmiş qayınatası Hüseynin ünvanına nalayiq küçə söyüşləri söydüyünü eşitmiş, habelə anidən yumruqla Hüseynin üz nahiyəsinə zərbə endirdiyini görmüşdür. Zərbənin təsirindən Hüseyn yerə çökmüş, sonradan Hüseynin arvadı Şəhla gəlib Hüseyni yaşadıqları evə aparmışdır. Qonşular Ələkbəri məhəllədən qovduqdan sonra Hüseynlə Şəhla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişlər. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt Ələkbərə heç kim xəsarət yetirməmiş, onun əlində bıçaq olmuş və sonuncu, həmin bıçağı yalnız nümayiş etdirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə isə küçəyə çıxdığı zaman zaman Hüseynin yaşadığı evin daş hasarına və darvazasının üzərinə nalayiq sözlərin və ifadələrin yazıldığını görmüşdür. Bu barədə Şəhlaya demiş, sonuncu evdən emulsiya gətirərək yazıların üzərinə çəkmişdir. Şahid3 həmçinin suallara cavab olaraq göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini xəstəliyi ilə əlaqədar özü yaza bilmədiyinə görə həmin ifadəsi Hüseynin evində alınmış, ifadəsi onun sözlərindən müstəntiq tərəfindən yazıldıqdan sonra onu oxumadan imzalamışdır. Orada habelə qonşusu Fərman və Hüseynin ailə üzvləri olmuşdur. Ələkbərin Hüseyni yumruqla vurduğunun bilavasitə şahidi olmuş, sonuncu divara dəyərək yerə yıxılmışdır. Bıçağı Ələkbərin əlindən Hüseyn almışdır. Şəhla ondan sonra məhləyə çıxmış, Fərman isə davanın yarısında gəlmişdir. Ələkbər söyüşlər söyərək, səs-küy salmış, Lalənin lüt şəkillərini yayacağını deyirdi. Hüseyn Ələkbəri tutmuş, kənardakı qonşu isə bıçağı Ələkbərin əlindən almışdır. Səsə məhləyə çıxanda Hüseynlə Ələkbərin əlbəyaxa olduqlarını, dava etdiklərini sonuncunun yumruqla Hüseynin sinəsindən vurduğunu görmüşdür. Şahid qismində dindirilmiş Şahid6 məhkəmədə göstərdi ki, ünvan 5 mənzil 8 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 isə onunla qonşuluqda yaşayır, sonuncu və onun ailə üzvləri sakit həyat tərzi keçirən şəxslərdir. Hüseynin qızı Lalə 2017-ci ilin yay aylarında Ələkbərlə evlənmiş, həmin evlilik qısa müddət sürmüşdür. Hadisə ərəfəsində Lalə valideyinlərinin evində yaşamış, Ələkbər isə mütəmadi məhəlləyə gələrək Hüseyni və onun ailə üzvlərini söyüb təhqir edib gedirdi. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 20-21 radələrində evdə olduğu zaman nalayiq söyüşlər söyüldüyünü eşidib məhəlləyə çıxmış, həmin vaxt digər qonşuların artıq məhəllədə olduqlarını görmüşdür. Ələkbərin söyüş söyərək getdiyini, lakin əlində hər-hansı bir əşyanın olduğunu görməmişdir. Şahid6 həmçinin suallara cavab olaraq göstərdi ki, hadisənin baş verdiyi vaxt Ələkbəri birinci dəfədir görmüşdür. Söyüş söyüldüyünü eşidirdi, lakin konkret olaraq həmin ifadələri Ələkbərin işlətdiyinin şahidi olmamışdır. Onu izahat verməyə qonşusu Hüseyn çağırdığından elə hesab etmişlər ki, məhz Ələkbər söyüş söymüşdür. İbtidai istintaq zamanı ifadəsini Hüseynin evində vermiş, müstəntiq ifadələrini onların sözündən özü yazacağını, daha sonra isə ucadan ona oxuyacağını demişdir. Hadisə yerinə sonda gəldiyindən Ələkbəri orada görməmişdir. Şahid qismində dindirilmiş Şahid7 məhkəmədə göstərdi ki, 2007-ci il tarixdən özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00 radələrində həmişəki kimi Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsində, “Komsomol” dairəsi adlanan yerin yaxınlığında dayanıb müştəri gözlədiyi vaxt səs-küy gəldiyini eşidib avtomobildən düşmüş, yaxınlıqda xeyli sayda tanımadığı şəxslərin toplaşdığını görüb ora yaxınlaşdıqda Ələkbərin, təxminən 190 sm hündürlüyündə, qarabuğdayı, 30 yaşlarında olan, enli kürəkli bir nəfər şəxs tərəfindən ağır formada döyüldüyünü görmüşdür. Bir qədər əvvəl Ələkbər hazırki iş üzrə zərəçəkmiş şəxs Lalə ilə pilləkəndən düşərkən mübahisə etdiklərini görsə də, lakin Ələkbərin Lalənin saçından tutub sürüməsini, təpiklə vurmasını, onun mobil telefonunu əlindən almağını və yaxud onun əlini dişləməsini görməmişdir. Hadisə ilə bağlı şahid qismində bir dəfə onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Bölməsinə, bir dəfə isə Bakı şəhər Baş Polis İdarəsinə çağırılmışdır. Şahid qismində dindirilmiş Şahid5 məhkəmədə verdiyi ilkin ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Əliyev küçəsi, ev 286 Q ünvanında yaşayır. Həmin ünvanda, yəni qonşuluqda Zərərçəkmiş şəxs2 da öz ailə üzvləri ilə birgə yaşayır. Hüseynin qızı Lalə 2017-ci ilin yay aylarında Ələkbərlə ailə həyatı qurmuş, bir müddət birgə yaşadıqdan sonra Lalə valideyinlərinin evinə qayıdıb sonuncularla bir yerdə yaşamağa başlamışdır. Bir müddət sonra Lalənin bir oğlu anadan olmuşdur. Ələkbər isə mütəmadi Lalənin yaşadığı məhəlləyə gələrək, Laləni və ounun valideynlərini söyüb təhqir edərək gedirdi. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 20-21 radələrində evdə olduğu zaman Hüseynin və onun ailə üzvlərinə ünvanlanmış nalayiq söyüşlər söyüldüyünü eşidib məhlləyə çıxmış, həmin vaxt digər qonşuların artıq məhəllədə olduqlarını görmüşdür. Hüseyn arvadı Şəhla ilə Ələkbəri sakitləşdirməyə çalışmışlar, sonuncu isə yumruqla Hüseynin üz nahiyəsindən vurmuş, zərbənin təsirindən Hüseyn yerə yıxılmışdır. Daha sonra Şəhla Hüseynin qoluna girərək onu evə aparmışdır. Həmin vaxt Ələkbərin əlində plastik turba da olmuşdur. Sonradan qonşular birləşib Ələkbəri məhəllədən qovmuşlar. Şahid5 həmçinin suallara cavab olaraq göstərdi ki, qonşu xəstə olduğuna görə müstəntiq onların ifadələrini Hüseynin evində almış, onun sözlərindən yazılmış ifadəsini oxuduqdan sonra imzası ilə təsdiq etmişdir. Hadisə yerinə gələndə Fərmanı və Xanımı orada görməmişdir. Ələkbərin Hüseynin başına və sifətinə yumruqla vururduğunu görmüş, Ələkbərin əlində bıçaq olduğunu görməmişdir. Uzun müddət keçdiyinə görə ola bilər bıçaq olduğunu xatırlamır. Sonradan Şahid5 məhkəmədə göstərdi ki, məhəlləyə çıxdıqda Ələkbərin əlindəki plastik boru parçası ilə, habelə yumruqla Hüseynin başına və üz nahiyəsinə vurduğunu, Hüseynin isə onu vurmasın deyə Ələkbəri qucaqladığını görmüşdür. Sonradan qonşular həmin borunu Ələkbərin Əlindən alıb kənara atmışlar. Həmçinin Ələkbərin əlində bıçaq da olduğunu görmüşdür. Bundan əlavə hadisə yerinə toplaşmış şəxlər də qışqıraraq ehtiyyatlı olmağı, Ələkbərin əlində bıçaq olduğunu demişlər. İfadəsini dəyişməsinə səbəb sonradan Şəhla və Xanımla oturub hadisələri xatırlamaları olmuşdur. Şahid qismində dindirilmiş Şahid2 məhkəmədə göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Yusif Qasımov küçəsində avtobus dayanacağının yaxınlığında siqaret satdığı zaman, pilləkənlərlə Yusif Qasımov küçəsindən Aeroport şossesinə qalxan hazırki iş üzrə zərərçəkmiş şəxs Lalənin qarşısını təqsirləndirilən şəxs Ələkbərin kəsdiyini və onların mübahisə etdiklərini görmüşdür. Həmin vaxt avtobus dayancağında tanımadığı şəxslər, habelə taksi sürücüləri olmuşlar. Lalə çıxıb getmək istədikdə Ələkbər onun qoluna girib sonuncunu təxminən 10 metr dayanacağa tərəf aparmış, orada Lalədən mobil telefonunu istəmişdir. Lalə mobil telefonunu verməkdən imtina etdiyinə görə yenə də aralarında mübahisə yaranmışdır. Ələkbər mobil telefonu Lalənin əlindən almaq istəyərkən xanım telefonu özünə sıxaraq yerə oturmuşdur. Lalə telefonu vermədiyi üçün Ələkbər onun əlinə tərəf əyilmiş, həmin vaxtı ətrafda olan şəxslər yaxınlaşıb mübahisə edən Ələkbərlə Laləni ayırmışlar. Həmin vaxt Ələkbər Lalənin mobil telefonun əlindən alsa da, həmin telefonla sonuncu vurmamış, ona telefonla hər hansı bir xəsarət yetirməmişdir. Telefonu aldıqdan sonra Ələkbər çıxıb getmək istəyərkən təxminən 190 sm hündürlüyündə, orta bədən quruluşlu bir cavan oğlan Ələkbərin qarşısını kəsib ondan, mobil telefonu Laləyə qaytarmasını tələb etmişdir. Ələkbər Lalənin onun arvadı olduğunu həmin şəxsə bildirdikdə sonuncu Ələkbərə irad tutaraq, çöldə deyil bu tip söhbətləri evdə etmələrini deyib Ələkbəri yumruqla vurmuşdur. Zərbəsinin təsirindən Ələkbər yerə oturmuş, qeyd etdiyi şəxs Ələkbərdən mobil telefonu alıb Laləyə qaytarmış, özü isə çıxıb getmişdir. Şahid2 həmçinin suallara cavab olaraq göstərdi ki, hadisənin baş verdiyi vaxt artıq hava qaralmışdır. Ələkbər Lalənin telefonunu almaq istəyərkən sonuncu telefonu qarnına sıxaraq yerə oturmuşdur, həmin vaxt Ələkbərin Lalənin əlini dişləməsinin şahidi olmamışdır. Lalə ilə Ələkbər pilləkdəndə, ondan təxminən 4-5 metr məsafədə mübahisə etmişlər. Ələkbər Lalədən mobil telefonu almaq istəyərkən sonuncu yerə yıxılıb Ələkbərin ayağından tutmuş, Ələkbər ayağını çəkdikdə isə Lalə bir az yerlə sürünmüşdür. Onu şahid qismində ifadəsini almaq üçün rəngli 999 dövlət qeydiyyat nişanlı avtomobillə prokurorluğa aparmışlar, həmçinin Bakı şəhəri Baş Polis İdarəsinə də getmiş, qeyd etdiyi orqanlara onu Səbuhi aparmışdır. İfadəsi alınarkən ona hər hansı bir təyziq olunmamışdır. Ələkbərin Laləni təpik və ya yumruqla vurduğunu görməmişdir. Hadisənin gedişatından belə başa düşmüşdür ki, Ələkbər Lalənin əlini dişləmək istəyir, lakin bilavasitə bunun şahidi olmamışdır. Habelə hadisə yerində qadın saçları olsa da, o Lalənin saçının Ələkbər tərəfindən yolunduğunu görməmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 776 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyunun sağ yan səthinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsi, 12 saylı ünvanda baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs həmin ərazidə onun saçından tutaraq bir qədər sürüdüyünü, yerə yıxaraq əli və ayağı ilə bədənin müxtəlif nahiyələrinə vurduğunu, sol əlini dişləyərək, mobil telefonunu əlindən aldığını və həmin mobil telefonla onu bir daha vurduğunu bildirmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1216 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ağrı simptomu ilə müşahidə olunan sol əlin arxa səthinin sıyrıqlı qançırı, sol gicgah-təpə nahiyəsində məhdud sahədə saç diblərinə qansızma, sağ alın-təpə, sol bazu və sağ bud nahiyələrinin qançırları, sol dirsək oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, xx xxxxxx 2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 17/1216 nömrəli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ağrı simptomu ilə müşahidə olunan sol əlin arxa səthinin sıyrıqlı qançırı, sol gicgah-təpə nahiyəsində məhdud sahədə saçların travmatik qopması və saç diblərinə qansızma, sağ alın-təpə, sol bazu və sağ bud nahiyələrinin qançırları, sol dirsək oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, xx xxxxxx 2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 baş nahiyəsində olan xəsarətlər (sol gicgah-təpə nahiyəsində məhdud sahədə saçların travmatik qopması və saç diblərinə qansızma, sağ alın-təpə nahiyəsinin qançırı) müxtəlif şəraitlərdə törənə bilər, eləcə də Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi şəraitdə, yəni onun saçından tutub dartması və mobil telefonla başına vurması nəticəsində törənməsi inkar edilmir. İş materiallarında olan könüllü təqim olunan əşyaları götürmə və baxış keçirmə haqqında xx xxxx 2020-ciu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi fotoşəkillərə, həmçinin Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 xx xxxxxx 2019-cu il tarixdə xəsarət yetirərkən silah qismində istifadə etdiyi sonuncuya məxsus mobil telefona baxış keçirilmişdir. Təqdim olunmuş fotoşəkillərin birincisindən məlum olur ki, açıq mavi rəngli divarabənzər səthdə qırmızı rəngli boya ilə “LALƏ” “HÜSEİN” “PEYSƏR” “SƏBUHİ” “HBƏ” “SON” sözləri, ikinci fotoşəkildə dəmir darvazanın orta səthində “F A H İ Ş Ə” sözü, üçüncü fotoşəkildə isə dəmir darvazanın üst künclərində “uşağı 6 da gətir sabah ya da sabah Lalənin videoların bütün dünya görəcək” cümləsi qeyd edilmişdir. Təqdim edilmiş bir ədəd mobil telefon “Xiaomi” markalı, “Mi 5” modelli olmaqla qara parlaqsız rəngli, 15,5 sm uzunluğunda, 8,1 sm enində, smartfon tipli, android proqram təminatlı, arxa səthində “Ml, Made in China, androidone, CE, Model: Ml 1805D1SG, Xiaomi Communications, Co, Ltd, Designed by Xiaomi” sözləri yazılmış, üzərində sınma, əzilmə və ya digər deformasiya əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 göstərmişdir ki, birinci fotoşəkildəki divar səthində yazılmış “HBƏ” ifadəsi bütov halda “QƏHBƏ” sözü olmuş, sadəcə fotoşəkil çıxarılan zaman texniki səbəblərdən söz bütövlükdə çap edilə bilməmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə baş vermiş hadisənin yerini dəqiqləşdirmək, bundan başqa cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədilə hadisənin baş verdiyi ünvan 8 H saylı ünvanın qarşısına baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin özünün və ətrafının fərdi yaşayış evlərindən ibarət yaşayış məntəqəsi olduğu müəyyən edilmişdir. Hadisənin baş verdiyi yerdə yerləşən Zərərçəkmiş şəxs2 ailə üzvləri ilə yaşadığı fərdi yaşayış evinin çöl darvazasının üst səthində, üzərindən boya çəkilmiş yazı əlamətləri qeydə alınmışdır. Həmçinin həmin darvazaya bitişik sol daş hasarın üst hissəsində də üzərindən ağ boya çəkilmiş yazı izləri vardır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs2, yaşadığı ünvan 8 H saylı ünvanın qarşısını göstərərək, keçmiş kürəkəni Təqsirləndirilən şəxs həmin yerdə onun ünvanına nalayiq ifadələr işlətdiyini, döyərək ona xəsarət yetirdiyini, həmçinin Təqsirləndirilən şəxs həmi evin darvazasına, daş hasarına nalayiq məzmunlu yazılar yazdığını bildirmişdir. İş materiallarında olan DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirlməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanan sübutların həqiqiliyinə və mötəbərliyinə qiymət verilməsi məqsədilə iş materiallarına əlavə edilmiş DVD-R formatında olan diskdəki görüntülərə baxış keçirilmiş və məlum olmuşdur ki, hadisə günün qaranlıq saatlarında baş verdiyindən ictimai təhlükəli əməli törətmiş şəxsin, habelə digər hadisə iştirakçılarının üz cizgilərini, əlamətlərini, xüsusi əlamətlərini, geyim əşyalarının rəngini dəqiqləşdirmək mümkün olmamışdır. Video müşahidə kamerası hadisə yerindən nisbi uzaq məsafədə yerləşməklə tərpənməz dayaqdan 360 dərəcəlik bucaq altında mütəmadi hərəkət etdiyindən, həmçinin yol boyunca hərəkət edən digər avtomobillərin işıqları məhdud görmə şəraiti yaratdığından hadisəni təfərrüatı ilə qeydə almaq mümkün olmamışdır. Videomüşahidə qurğusunun görüntüsündən məlum olur ki, saat 21:03-də Bakı şəhəri Sabunçu rayonu, Y.Qasımov küçəsində yol kənarında yerləşən yer üstü piyada keçidinin pilləkanları üzərində, habelə pilləkənlərin qarşısında çoxlu sayda şəxslərin kip şəkildə yığılması müşahidə olunur. Görüntünün 21:07-ci dəqiqəsində şəxslərin yığışdığı əraziyə üstündə xüsusi sayrışan işıqları, üzərində polis fərqlənmə nişanları olan “Fiat Doblo” markalı olması ehtimal edilən avtomobilin yaxınlaşması qeydə alınır. Videoçarxın sonrakı saat radələrində hər hansı istintaq marağı doğuran görüntü aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-trasoloji, əmtəəşünaslıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 3/102, 9/393 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Köynəyin səthində olan “a” zədəsi kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və ya bənzər xassəli alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Köynəyin səthindəki “b”, “c” zədələri isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıbqoparılma izləridir. Qərarda göstərilən “köynəyin səthindəki zədə(lər) xx xxxxxxxx 2019-cu ildən daha öncəki və ya sonrakı tarixlərdə yarana bilərdimi?” sualına müvafiq elmi metodika olmadığından cavab vermək mümkün deyil. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ağ rəngli, boyun hissəsində qara rəngli etiketində ZARA MAN yazıları olan kişi qısa qol köynəyinin istifadədə olması nəzərə alınmaqla yararsız vəziyyətə düşməsindən dəymiş ziyanın məbləği təxminən 20 manat müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsi nəzərdə tutulur. Bununla da xuliqanlıq cinayətinin obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Buna görə də, əməlin xuliqanlıq cinayəti hesab olunması üçün şəxsin hərəkətlərində bu cinayətin obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə görə isə xuliqanlıq silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq edilməklə törədildikdə, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə həmin maddə ilə məsuliyyət o vaxt yarana bilər ki, şəxsin əməlində eyni zamanda həm də Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında hesab etmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq, başqa cinayətlərdən fərqləndirilməlidir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əmələri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya sair tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xüliqanlıq kimi qiymətləndirilməməlidir. xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00-da Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsi, 12 ünvanında yerləşən yerüstü piyada keçidinin pilləkanı yaxınlığında baş vermiş hadisəyə münasibətdə məhkəmə qeyd edir ki, həmin hadisənin baş verdiyi yerə gəlmiş Şahid7 və hadisənin baş verdiyi yerdən 4-5 metr aralıda olmuş, bununla da baş verənlərin bilavasitə şahidi olmuş Şahid2 məhkəmədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 nə təpik, nə yumruq, nədəki mobil telefonla vurduğunu, əksinə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tanışı zənn etdikləri şəxs tərəfindən hadisə yerinə toplaşmış şəxslərin gözü qarşısında döyüldüyünü, sonuncunun Zərərçəkmiş şəxs1 mobil telefonunu Təqsirləndirilən şəxs alıb sahibinə qaytardığını bildirmələrinə, habelə iş materiallarına əlavə edilmiş maddi sübut olan hadisə yerinin yaxınlığında quraşdırılmış video müşahidə kamerası görüntülərindən ictimai təhlükəli əməli törətmiş Təqsirləndirilən şəxs və digər hadisə iştirakçılarının üz cizgilərinin, əlamətlərinin, xüsusi əlamətlərinin, geyim əşyalarının rənginin, hadisənin təfərrüatının müəyyən edilməməsinə, yəni qeyd edilən sübutlardan Təqsirləndirilən şəxs əməlində həmin vaxt ictimai təhlükəliliyin olmaması təsüratının yaranmasına baxmayaraq, məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış bütün sübutların tam, hərtərəfli, obyektiv yoxlanılmasından və toplanmış sübutların məhz məcmusunun təhlilindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs, arvadı olmuş Zərərçəkmiş şəxs1 müxtəlif şəxslərlə ünsiyyətdə olmasından, sonuncunun başqa şəxslərin avtomobilinə əyləşməsindən qısqanclıq hissi keçirdiyindən xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00-da Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsi, 12 ünvanında yerləşən yerüstü piyada keçidinin pilləkanı yaxınlığında Zərərçəkmiş şəxs1 qolundan tutub söhbət etmək üçün kənara çəkmək istəmiş, sonuncu Təqsirləndirilən şəxsla ümumiyyətlə danışmaq istəmədiyindən aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mobil telefonunun verməsini tələb etsə də sonuncu Təqsirləndirilən şəxs tələbinə rədd cavabı vermişdir. Buna görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 saçından dartıb mobil telefonunu əlindən almış, bu zaman Zərərçəkmiş şəxs1 yerə yıxılaraq Təqsirləndirilən şəxs ayağından tutmuş, sonuncu ayağını çəkdikdiyindən Zərərçəkmiş şəxs1 bir az yerlə sürünmüşdür. Bununla da Təqsirləndirilən şəxs həmin vaxt qəsdən, Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu fakt təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində hadisə zamanı həqiqətən də Zərərçəkmiş şəxs1 saçından tutub dartdığını bildirməsi ilə də öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən ifadəsini, Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsi cinayətin törədilməsində etiraf kimi qəbul edərkən, təqsirləndirilən şəxsin həmin ifadəsinin iş üzrə təyin edilmiş canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1216 nömrəli rəyi ilə də öz təsdiqini tapdığını nəzərə alır. Belə ki, həmin rəylə Zərərçəkmiş şəxs1 müəyyən edilmiş ağrı simptomu ilə müşahidə olunan sol əlin arxa səthinin sıyrıqlı qançırı, sol gicgah-təpə nahiyəsində məhdud sahədə saç diblərinə qansızma, sağ alın-təpə, sol bazu və sağ bud nahiyələrinin qançırları, sol dirsək oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları kimi xəsarətlərin xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisələrin cərəyan etməsi nəticəsində alınmalarına dair məhkəmədə fikir formalaşmışdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Zərərçəkmiş şəxs1 baş nahiyəsində olan xəsarətlərin mobil telefonla başına vurması nəticəsində törədilməsinin, hadisədən bir gün sonra keçirilmiş canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1216 nömrəli rəyində öz əksini tapmadığı halda, lakin hadisədən 03 ay sonra keçirilmiş canlı şəxsin ekspertizasının xx xxxxxx 2019cu il tarixli, 17/1216 nömrəli əlavə rəyində Zərərçəkmiş şəxs1 sağ alın-təpə nahiyəsinin qançırının müxtəlif şəraitlərdə, eləcə də Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi şəraitdə, yəni onun saçından tutub dartılması və mobil telefonla başına vurulması nəticəsində törənməsinin inkar edilmədiyinin qeyd edildiyini nəzərə alaraq hesab edir ki, hadisədən 03 ay sonra keçirilmiş, şahid ifadələri və digər sübutlarla təkzib olunan canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 17/1216 nömrəli əlavə rəyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla da sağ alın-təpə nahiyəsinin qançırı ilə müşayiət olunan xəsarətin xx xxxxxx 2019-cu il tarixdə mobil telefonla Zərərçəkmiş şəxs1 başına vurulması nəticəsində yetirilməsi işdə olan sübutlarla öz təsdiqini tapmır. Hətta qeyd edilən xəsarətin mobil telefonla Zərərçəkmiş şəxs1 başına vurulması nəticəsində yetirildiyi zənn edilsə belə işdə olan sübutlarla həmin mobil telefonun məhv etmə qabiliyyətinə malik olması öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Cinayət qanununun bu müddəasının tərkibi üçün istər əşyaların məhvetmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 21:00-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286 H nömrəli fərdi yaşayış evinin qarşısında baş vermiş hadisəyə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd edilən vaxta keçmiş qayınatası Zərərçəkmiş şəxs2un baş nahiyəsinə zərbə vurub zərərçəkmiş şəxsə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyunun sağ yan səthinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətləri ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə yetirməsi işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, cinayət işinə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 xx xxxxxxxx 2019-cu il tarixdə, saat 21:00-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286 H nömrəli fərdi yaşayış evinə qayıdarkən təqsirləndirilən şəxslə rastlaşdıqda həmin vaxt ətrafda kənar şəxslər olmamış, sonradan qonşuluqda yaşayan şəxslər, o cümlədən Zərərçəkmiş şəxs2 arvadı Şahid1 səsə məhəlləyə çıxmışlar, hazırki işdə digər epizod üzrə Zərərçəkmiş şəxs1 isə baş verənləri yaşadığı evin pəncərəsindən seyr etmişdir. Məhkəmə, Zərərçəkmiş şəxs1 və şahid qismində dindirilmiş Şahid1 ifadələrini, həmin ifadələrin işdə olan başqa heç bir sübutla təsdiq olunmadığını, onların Zərərçəkmiş şəxs2 ailə üzvləri olmaqla yaxın qohumluq münasibətlərində olmalarını, sonuncunun ilkin ifadəsində ərinin keçmiş kürəkəni tərəfindən vurlduğunu bilavasitə şahidi olmadığını, sonradan verdiyi ifadəsində isə Ələkbərin yumruqla ərinin üzündən vurduğunu bildirməklə ziddiyətli ifadələr verməsini, şahid qismində dindirilmiş Şahid4 və Şahid6 həmin hadisənin bilavasitə şahidləri olmadıqlarını, habelə şahid qismində dindirilmiş Şahid3 qızının və şahid qismində dindirilmiş Şahid5 məhkəmədə ziddəytli ifadələr verdiklərini, sonradan ifadələrini məhz Zərərçəkmiş şəxs2 arvadı Şahid1 ilə birlikdə xatırlamaladıqlarına görə dəyişdiklərini nəzərə alaraq qeyd edilən şəxslərin ifadələrini mötəbər sübut hesab etmir. Habelə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onu sağ əli ilə vurduğunu, məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs onu sol əli vurdğunu bildirməklə ziddiyətli ifadələr verdiyini nəzərə alaraq həmin ifadəni də mötəbər sübut hesab etmir. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Beləliklə Təqsirləndirilən şəxs əməlində hər iki epizod üzrə (xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00-da və xx xxxxxxxx 2019-cu il tarixdə, saat 21:00-da) ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlərin və vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin, yəni xuliqanlıq cinayətinin obyektiv tərəfinin bütün əlamətlərinin eyni anda mövcud olması, habelə həmin vaxt Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silah qismində istifadə olunmuş əşyalardan istifadə edilməklə törədilməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə “Azərişıq” X4 Suraxanı rayon İşıq İdarəsində işdə olduğu zaman Lalənin ona zəng edib övladı Xəzana görə aralarında düşmənçiliyin olmasının istəmədiyinə, xx xxxxxxxx 2019-cu il tarixdə görüşüb söhbət etməyi təklif etməsinə, Laləyə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Dəmir yolu stansiyasının yaxınlığında olan parkda görüşməyi təklif etəsinə, sonuncu isə işdən gec çıxdığını bəhanə gətirib saat 21:00 radələrində evlərinin yaxınlığında olan dayanacaqda görüşmələrini istəməsinə, qeyd edilən tarixdə və vaxtda Lalənin dediyi yerə getməsinə, orada 30 dəqiqə gözlədikdən sonra Lalənin gəlmədiyini görüb ona zəng etməsinə, lakin sonuncunun zənglərinə cavab verməməsinə, həmin günü saat 21:45-də dayanacaqda olduğu zaman keçmiş qayınatası Hüseynin əlində çubuqla yaxınlaşaraq onu təhqir edib gəlməyinin səbəbini soruşmasına, Hüseynə qızı Lalənin xahişi ilə gəldiyini bildirməsinə, Hüseyn isə onun dediklərinə məhəl qoymadan əlləri ilə bədənindən tutub sıxaraq, onu ölümlə hədələməsinə dair ifadəsi işdə olan digər sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində şəkər xəstəliyindən əziyyət çəkən atasının, onkoloji xəstəlikdən əziyyət çəkən anasının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış “Xiaomi” markalı, “Mi5” modelli mobil telefonun ibtidai istintaq zamanı sahibi, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs yazdığı nalayiq məzmunlu sözlərin, habelə hədə-qorxu xarakterli ifadələrin fotoşəkilləri Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-trasoloji, əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Ə.Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün öz vəsaiti hesabına Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi ilə müqavilə bağladığına görə iş üzrə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmədiyindən onun hüquqlarını müdafiə edilməsinə görə dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-trasoloji, əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış “Xiaomi” markalı, “Mi5” modelli mobil telefonun ibtidai istintaq zamanı sahibi, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs yazdığı nalayiq məzmunlu sözlərin, habelə hədə-qorxu xarakterli ifadələrin fotoşəkilləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-110/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-110/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver