Məhkəmə qərarları › İş №1(010)-110/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-110/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-110/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1987-ci ildə Gürcüstanın, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, 45 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 86 nömrəli evdə yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 16 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 86 nömrəli evdə qardaşı Zərərçəkmiş şəxs ona irad bildirməsi səbəbindən aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq ona üst dodağın şişkinliyi fonunda selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, qardaşı Seymur Qəminə ilə 2003-cü il tarixdə ailə həyatı qurmuş, 2005-ci il tarixdə isə rəsmi nikaha daxil olmuşdur. Seymurla Qəminənin evliliyindən xx xxxxxxx 2004-cü il tarixdə Oruc, xx xxxx 2007-ci il tarixdə isə Səid adlı oğulları dünyaya gəlmişdir. 2017-ci il tarixdə aralarında olan anlaşılmazlığa görə Seymurla Qəminə ayrılmışlar, elə həmin tarixdən də X1 ilə faktiki nikah münasibətlərində olmuş və bu münasibətdən onların xx xxxxxx 2018-ci il tarixdə Qənirə adlı qızı dünyaya gəlmişdir. 2021-ci il tarixdə isə Seymur Qəminə ilə aralarında olan nikahın ləğv edilməsi üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Qəminədən ayrıldığına görə Seymurla münasibəti pisləşmişdir. xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Seymur, onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 86 nömrəli evə gəlmiş və ondan qeyrirəsmi yaşadığı Əfsanəni nalayiq ifadələrlə təhqir etməsinin səbəbini soruşmuşdur. O, Seymura Əfsanəni təhqir etmədiyini bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəblərini cilovlaya bilməyib yumruqla Seymurun sifət nahiyyəsindən vurmuşdur. Hadisə zamanı yanlarında anası Qənirə, atası Oruc olmuşdur. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldıraraq onunla barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, 2003-cü il tarixdə Qəminə ilə ailə həyatı qurmuş, 2005-ci il tarixdə isə rəsmi nikaha daxil olmuşdur. Həmin evlilikdən xx xxxxxxx 2004-cü il tarixdə Oruc, xx xxxx 2007-ci il tarixdə isə Səid adlı oğulları dünyaya gəlmişdir. 2017-ci il tarixdə aralarında olan anlaşılmazlığa görə Qəminədən ayrılmış, elə həmin tarixdən də X2 ilə faktiki nikah münasibətlərində olmuş və bu münasibətdən xx xxxxxx 2018-ci il tarixdə Qənirə adlı qızı dünyaya gəlmişdir. 2021-ci il tarixdə isə o, Qəminə ilə aralarında olan nikahın ləğv edilməsi üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Qəminədən ayrıldığına görə qardaşı Teymurla onun münasibəti pisləşmişdir. xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 16 radələrində o, Teymurun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 86 nömrəli evə gəlmiş və sonuncudan, Əfsanəni nalayiq ifadələrlə təhqir etməsinin səbəbini soruşmuş və eyni zamanda Teymura öz iradını bildirmişdir. Bu səbəbdən də Teymurla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Teymur yumruqla onun sifətindən vurub ona xəsarət yetirmişdir. Hadisə zamanı yanlarında anası Qənirə, atası Oruc olmuşdur. Sonda Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxsin dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar